Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası



Yüklə 3,63 Mb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#2371
  1   2   3



Azərbaycan Milli Elmlər Akademiyası

Gənc Alim və Mütəxəssislər Şurası

AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin

Akademik elm həftəliyi – 2015”

adlı beynəlxalq multidissiplinar forumu





2 - 4 noyabr 2015-ci il

Azərbaycan, Bakı


Azərbaycan Milli Elmlər Akademiyası haqqında

Azərbaycan Elmlər Akademiyası SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli Qərarı ilə yaradılıb. Həmin ilin martın 31-də Akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın ilk prezidenti seçildi.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Ulu öndərin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil ölkənin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verildi.

AMEA-nın 6 bölməsi var: Fizika-riyaziyyat və texnika elmləri; Kimya elmləri; Yer elmləri; Biologiya və tibb elmləri; Humanitar elmləri; İctimai elmlər; Aqrar elmlər. AMEA-da, həmçinin 2 regional bölmə (Naxçıvan və Gəncə), eləcə də 3 regional elm mərkəzi (Şəki Lənkəra və, Quba) fəaliyyət göstərir.

Azərbaycan Milli Elmlər Akademiyası respublikanın əsas elmi qurumu kimi onun nəzdində fəaliiyət göstərən müvafiq təşkilatlarda aparılan fundamental və tətbiqi elmi tədqiqatlarla Sovetlər Birliyinin və müstəqil Azərbaycanın neft-kimya sənayesinin, kənd təsərrüfatının, mədəniyyətinin və digər sahələrin inkişaf tarixinin müxtəlif mərhələlərinə, xüsusilə yüksək ixtisaslı elmi kadrların hazırlanmasına öz töhvəsini vermişdir. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasına akademik Akif Əlizadə rəhbərlik edir.

Bu il AMEA-nın 70 illiyi ilə əlaqədar Akademiyada bir sıra silsilə elmi-ictimai tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Gənc və yaşlı alimlər arasındakı konstruktiv dialoqun təşkil olunması, elm, hökümət və biznes nümayəndələrinin bir araya gətirilməsi problemində informasiya və kommunikasiya platformasının təmin olunması və s. kimi vacib məsələləri özündə ehtiva edən “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forum da AMEA-nın 70 illiyinə həsr edilir.

Hörmətli həmkarlar!

Azərbaycan Milli Elmlər Akademiyası Sizi 2-4 noyabr 2015-ci il tarixlərində AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumunu keçirdir.

Forum respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirlikləri, elmin inkişafina dəstək verən fondları, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirilməsini hədəfləyir.

Forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi aktuallıq daşıyan multidissplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə konfransın təşkili də nəzərdə tutulur.

Elmi Təşkilat Komitənin adından Akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini “Akademik elm həftəliyi – 2015” forumunda iştirak etməyə dəvət edirik.

2015-ci ilin noyabr ayında sizinlə görüşmək arzusu ilə...
Elmi Təşkilat Komitəsinin sədri,

akademik Fəxrəddin Qədirov 





Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin