AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


K.MARKS MÜVƏQQƏTİ MƏRKƏZİ ŞURA NÜMAYƏNDƏLƏRİNƏ AYRI-AYRI MƏSƏLƏLƏR BARƏSİNDƏ TƏLİMAT38



Yüklə 1,16 Mb.
səhifə7/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   2   3   4   5   6   7   8   9   10   ...   16

K.MARKS

MÜVƏQQƏTİ MƏRKƏZİ ŞURA NÜMAYƏNDƏLƏRİNƏ AYRI-AYRI MƏSƏLƏLƏR BARƏSİNDƏ TƏLİMAT38

1. BEYNƏLXALQ BİRLİYİN TƏŞKİLİ

Müvəqqəti Mərkəzi Şura təşkilatın Müvəqqəti Nizamnamədə şərh olunmuş planını ümumən və bütünlüklə qəbul etməyi tövsiyə edir. Bu planın düzgünlüyü və onu fəaliyyət birliyinə ziyan vurmadan müxtəlif ölkələrin şəraitinə tətbiq etməyin mümkün olması iki ilin təcrübəsi ilə sübuta yetmişdir. Biz gələn il Mərkəzi Şuranın iqamətgahını Londonda saxlamağı məsləhət görüruk, çünki kontinentdə şərait görünür, hər hansı dəyişiklik üçün əlverişli deyildir.

Aydındır ki, Mərkəzi Şuranın tərkibinə üzvlər konqres tərəfindən (Müvəqqəti Nizamnamənin 5-ci paraqrafı) daxil edilmək hüququ ilə seçilməlidirlər.

Baş katibi Birliyin tərkibində maaş alan yeganə vəzifəli şəxs kimi bir il müddətinə konqresdə seçmək lazımdır. Biz ona həftədə 2 f.st. verməyi təklif edirik (Fransızca və almanca mətnlərdə sonra belə bir abzas gəlir: «Əslində Mərkəzi Şuranın icraiyyə orqanı olan Daimi komitə konqrss tərəfindən seçilməlidir; onun ayrı-ayrı üzvlərinin funksiyalarını Mərkəzi Şura müəyyən edir». Red.).

Birliyin hər bir fərdi üzvü üçün illik vahıd üzvlük haqqı yarım penni (bir penni də ola bilər) müəyyən edilir. Üzvlük kartoçkasının (kitabçasının) dəyəri əlavə olaraq ödənilməlidir.

Biz Birliyin üzvlərini qarşılıqlı yardım cəmiyyətləri təşkil etməyə və onların arasında beynəlmiləl əlaqə yaratmağa çağırır və eyni zamanda bu məsələdə təşəbbüsü (qarşılıqlı yardım cəmiyyətlərinin təşkil edilməsi; Birlik üzvlərinin yetim uşaqlara mənəvi və maddi yardım göstərməsi) həmin təklifi ötən ilin sentyabrında keçirilmiş konfransda39 irəli sürən isveçrəlilərə veririk.


2. ƏMƏK İLƏ KAPİTAL ARASINDA MÜBARİZƏDƏ BİRLİYİN YARDIMI İLƏ BEYNƏLMİLƏL FƏALİYYƏT BİRLİYİ

(a) Ümumiyyətlə, bu məsələ məqsədi müxtəlif ölkələrin fəhlə sinfinin öz azadlığı uğrunda indiyədək pərakəndə şəkildə apardığı mübarizəni birləşdirib, ümumi axına yönəltməkdən ibarət olan Beynəlxalq Birliyin bütün fəaliyyətini əhatə edir.

(b) Birliyimizin indiyədək müvəffəqiyyətlə yerinə yetirdiyi xüsusi funksiyalardan biri tətillər və lokautlar baş verəcəyi təqdirdə xarici fəhlələrin xidmətlərindən sui-istifadə etməyə, onlardan yerli fəhlələrə qarşı bir vasitə olaraq istifadə etməyə həmişə hazır olan kapitalistlərin fitnələrinə müqavimət göstərməkdir. Birliyin ən böyük məqsədlərindən biri ona nail olmaqdan ibarətdir ki, müxtəlif ölkələrin fəhlələri özlərini nəinki vahid, orduda azadlıq uğrunda mübarizə aparan qardaş və yoldaş olaraq hiss etsinlər, həm də qardaşlar və yoldaşlar kimi fəaliyyət göstərsinlər.

(c) Bütün ölkələrdə fəhlə sinfinin vəziyyətinin fəhlə sinfinin özü tərəfindən statistika cəhətdən yoxlanması «beynəlmiləl fəaliyyət birliyinə» böyük nümunə olacaqdır. Müvəffəqiyyət qazanmaqdan ötrü hər hansı ehtimala arxalanıb hərəkət etmək üçün təsir göstərilməli olan materialı bilmək lazımdır. Fəhlələr belə böyük işə başlamaqla sübut edəcəklər ki, özlərinin müqəddəratını öz əllərinə ala bilərlər. Buna görə də təklif edirik:

Birliyimizin şöbələri olan hər yerdə dərhal işə başlamaq və əlavə edilən yoxlama sxemində göstərilmiş müxtəlif bəndlər üzrə faktik material toplamaq.

Konqres Avropanın və Birləşmiş Ştatların bütün fəhlələrini fəhlə sinfi haqqında statistika məlumatı toplamasında iştirak etməyə çağırır; məruzələri və faktik. məlumatı Mərkəzi Şuraya göndərmək lazımdır. Mərkəzi Şura həmin materiallar əsasında ümumi məruzə hazırlayacaq, faktik məlumatı əlavə şəklində məruzəyə birləşdirəcəkdir.

Bu məruzə əlavə ilə birlikdə növbəti illik konqresə təqdim olunur və konqres tərəfindən təsdiq edildikdən sonra Birliyin vəsaiti hesabına çap edilir.

YOXLAMANIN ÜMUMİ SXEMİ;

HƏR BİR YERDƏ SXEMƏ, ŞÜBHƏSİZ, DƏYİŞİKLİKLƏR DAXİL EDİLƏ BİLÖR

1. İstehsalın adı.

2. İstehsalda çalışan şəxslərin yaşı və cinsi.

3. İstehsalda çalışanların sayı.

4. Əmək haqqı: (a) şagirdlərin əmək haqqı; (b) əməyin günəmuzd və ya işəmuzd ödənilməsi; vasitəçilər tərəfindən ödənilən haqqın məbləği. Orta həftəlik, illik əmək haqqı.

5. (a) Fabriklərdə iş gününün müddəti. (b) Xırda sahibkarların müəssisələrində və ev istehsalında bütün bu istehsal növləri mövcud olduqda iş gününün müddəti. (c) Gecə və gündüz əməyi.

6. Nahar fasilələri və fəhlələrlə rəftar.

7. Emalatxananın və əmək şəraitinin xarakteristikası: binanın darısqallığı, havanın pis dəyişməsi, günəş işığının çatışmaması, qaz işığından istifadə edilməsi. Təmizlik və i.a.

8. Məşğuliyyətin növü.

9. İşin fiziki vəziyyətə təsiri.

10. Mənəvi şərait. Tərbiyə.

11. İstehsalın vəziyyəti. İstehsal mövsümidirmi və ya bütün il ərzində az-çox müntəzəm fəaliyyət göstərir, böyük dəyişikliklər baş verirmi, xarici rəqabətə məruz qalırmı, o, ən çox daxili və ya xarici bazara xidmət edir və i.a.


  1. İŞ GÜNÜNƏ HƏDD QOYULMASI

İş gününə hədd qoyulması elə ilk şərtdir ki, bunsuz fəhlələrin vəziyyətini yaxşılaşdırmaq və onları azad etmək üçün göstəriləcək bütün cəhdlər hökmən müvəffəqiyyətsizliyə uğrayacaqdır.

İş gününə hədd qoyulması həm hər bir xalqın əsas özəyini təşkil edən fəhlə sinfinin cansağlığını və fiziki qüvvəsini bərpa etmək, həm də fəhlələrə zehni inkişaf, öz aralarında dostcasına ünsiyyət, ictimai və siyasi fəaliyyət imkanı təmin etmək üçün zəruridir.

Biz iş gününə qanunvericilik yolu ilə 8 saatlıq hədd qoyulmasını təklif edirik. Belə hədd qoyulması Amerika Birləşmiş Ştatları40 fəhlələrinin ümumi tələbidir; konqresin qərarı onu bütün dünyada fəhlə sinfinin ümumi platformasına çevirəcəkdir.

Birliyin fabrik qanunvericiliyində təcrübəsi nisbətən az olan kontinental üzvlərinin nəzərinə çatdırmaq üçün əlavə edək ki, əməyin həmin 8 saatını günün hansı vaxtının əhatə edəcəyi dürüst göstərilməsə, qanun tərəfindən hər hansı şəkildə hədd qoyulması öz məqsədinə çatmır və kapital tərəfindən pozulur. Bu vaxtın uzunluğu əməyin 8 saatı və nahar fasilələri üçün verilən əlavə müddətlə müəyyən edilir. Məsələn, əgər nahar üçün müxtəlif fasilələr bir saat vaxt aparırsa, qanun tərəfindən müəyyən edilən gün vaxtı 9 saatı, tutaq ki, səhər saat 7-dən saat 4-dək və ya səhər saat 8-dən saat 5-dək olan vaxtı əhatə etməlidir və i.a. Gecə əməyinə yalnız istisna şəklində qanunla dürüst müəyyən olunmuş istehsalatlarda və ya istehsalat sahələrində icazə verilir. Çalışmaq lazımdır ki, gecə əməyi tamamilə ləğv edilsin.

Bu paraqraf yalnız yaşlı kişilərə və qadınlara aiddir; lakin qadınlar heç bir gecə işinə, habelə zərif qadın orqanizmi üçün təhlükəli olan, onu zəhərli və ya başqa ziyanlı maddələrin təsirinə məruz qoyan hər hansı əmək növlərinə yaxın buraxılmamalıdırlar. Yaşlılar dedikdə biz 18 yaşına çatmış bütün şəxsləri nəzərdə tuturuq.
4. UŞAQLARIN VƏ YENİYETMƏLƏRİN (HƏR İKİ ÇİNSDƏN) ƏMƏYİ

Müasir sənayenin hər iki cinsdən olan uşaqları və yeniyetmələri böyük ictimai istehsal işində iştiraka cəlb etmək meylini biz mütərəqqi, sağlam və qanuni bir meyl hesab edirik; hərçənd kapitalizm quruluşunda bu meyl eybəcər formalar kəsb etmişdir. Ağıllı ictimai quruluşda hər bir əmək qabiliyyətli yaşlı adam kimi, hər bir uşaq 9 yaşından etibarən məhsuldar işçiyə çevrilməli, təbiətin ümumi qanununa tabe olmalı, yəni: o, yeyə bilmək üçün işləməli, həm də təkcə başı ilə deyil, əlləri ilə də işləməlidir, Lakin hazırda bizim vəzifəmiz yalnız fəhlə sinfindən olan uşaqlar və yeniyetmələr haqqında qayğı göstərməkdir.

Biz fiziologiyaya əsaslanaraq, hər iki cinsdən olan üşaqları və yeniyetmələri müxtəlif münasibət tələb edən üç qrupa bölməyi zəruri sayırıq: birinci qrupa 9 yaşından 12 yaşınadək, ikinci qrupa 13 yaşından 15 yaşınadək, üçüncü qrupa 16 yaşlı və 17 yaşlı uşaqlar daxildir. Biz təklif edirik ki, qanun birinci qrup üçün hər hansı emalatxanada və ya evdə əməyə iki saat; ikinci qrup üçün dörd saat və üçüncü qrup üçün altı saat hədd qoysun. Üçüncü qrup üçün nahar və ya istirahətdən ötrü heç olmazsa bir saat fasilə verilməlidir.

Bəlkə də yaxşı olar ki, ibtidai məktəb tədrisinə 9 yaşından tez başlansın: lakin biz burada fəhləni kapital yığımının sadə aləti səviyyəsinə endirən və ehtiyacın taqətdən saldığı valideynləri öz uşaqlarını satan quldarlara çevrilməyə vadar edən ictimai quruluşun meyllərinə qarşı ən zəruri çarəyə toxunuruq. Uşaqların və yeniyetmələrin hüquqları müdafiə edilməlidir. Onlar özləri özlərini müdafiə etməyə qadir deyillər. Buna görə də onların müdafiəçisi olmaq cəmiyyətin borcudur.

Əgər burjuaziya və aristokratiya öz övladları barəsindəki vəzifələrinə etinasızlıq göstərirlərsə, bu, onların öz işidir. Həmin siniflərin imtiyazlarından istifadə edən uşaq onların məhdud zehniyyətindən də əziyyət çəkməlidir.

Fəhlə sinfi üçün məsələ tamamilə başqa cürdür. Fəhlə öz hərəkətlərində sərbəst deyildir. Bir çox hallarda o, elə avamdır ki, öz uşağının həqiqi mənafeyini və ya insanın normal inkişaf şəraitini başa düşə bilmir. Hər necə olsa da daha qabaqcıl fəhlələr tamamilə başa düşürlər ki, onların sinfinin və, deməli, bəşəriyyətin gələcəyi tamamilə böyüməkdə olan fəhlə nəslinin tərbiyəsindən asılıdır. Onlar bilirlər ki, işləyən uşaqları və yeniyetmələri müasir sistemin dağıdıcı təsirindən birinci növbədə qorumaq lazımdır. Buna yalnız ictimai şüuru ictimai qüvvəyə çevirmək yolu ilə nail olmaq olar, indiki şəraitdə isə buna yalnız dövlət hakimiyyətinin həyata keçirdiyi ümumi qanunlar vasitəsi ilə nail olmaq mümkündür. Belə qanunları həyata keçirməklə fəhlə sinfi hökumətin hakimiyyətini heç də möhkəmlətmir. Əksinə, fəhlə sinfi hazırda onun özünə qarşı istifadə edilən hakimiyyəti öz əlində bir vasitəyə çevirir, o, saysız-hesabsız, dağınıq fərdi cəhdlər yolu ilə nail olmağa əbəs yerə çalışacağı bir şeyi ümumi qanunvericilik aktı yolu ilə həyata keçirir.

Bunu əsas götürərək, biz bildiririk ki, əgər əmək tərbiyə ilə əlaqələndirilmirsə, valideynlərə və sahibkarlara uşaqların və yeniyetmələrin əməyindən istifadə etməyə heç vəchlə icazə verilə bilməz.

Tərbiyə dedikdə biz üç şey başa düşürük:

Birinci: zehni tərbiyə.

İkinci: gimnastika məktəblərində və hərbi təlim vasitəsilə verilən fiziki tərbiyə.

Üçüncü: bütün istehsal proseslərinin əsas prinsipləri ilə tanış edən və eyni zamanda uşağa və ya yeniyetməyə bütün istehsalatların ən sadə alətləri ilə davranmaq vərdişləri aşılayan texniki təlim.

Tədricən çətinləşən zehni və fiziki tərbiyə və texniki təlim kursu uşaqların və fəhlə yeniyetmələrin yaş qruplarına görə bölgüsünə uyğun gəlməlidir. Texniki məktəblərə çəkilən xərclər qismən onların məhsulunun satılması yolu ilə çıxarılmalıdır.

Haqqı ödənilən məhsuldar əməyin, zehni tərbiyənin, fiziki məşqlərin və politexnik təlimin əlaqələndirilməsi fəhlə sinfini aristokratiyanın və burjuaziyanın səviyyəsindən xeyli yüksəyə qaldırar.

Özlüyündə aydındır ki, 9 yaşından 17 yaşınadək (17 yaş da daxil olmaqla) bütün şəxslərin əməyindən gecə və cansağlığı üçün zərərli sayılan bütün istehsalatlarda istifadə olunması qanunla ciddi qadağan edilməlidir.


5. KOOPERATİV ƏMƏYİ

Beynəlxalq Fəhlə Birliyi fəhlə sinfinin kortəbii hərəkatını birləşdirib, ümumi axına yönəltmək məqsədi daşıyır, heç də hər hansı doktrinyor sistemləri zorla onun boynuna qoyub qəbul etdirmək istəmir. Buna görə də konqres hər hansı bir xüsusi kooperasiya sistemini elan etməməli, bəzi ümumi prinsipləri izah etməklə kifayətlənməlidir.



(a) Biz belə hesab edirik ki, kooperativ hərəkatı sinfi antaqonizmə əsaslanan müasir cəmiyyəti dəyişdirən qüvvələrdən biridir. Həmin hərəkatın böyük xidməti bundan ibarətdir ki, o, pauperizm doğuran müasir istibdad sistemini–əməyi kapitala tabe etdirmək sistemini respublikaçı və səmərəli sistemlə–azad və bərabər hüquqlu istehsalçılar cəmiyyəti sistemi ilə əvəz etməyin mümkün olduğunu işdə göstərir.

(b) Lakin öz cəhdləri ilə muzdlu əməyin ancaq ayrı-ayrı kölələrini yaradan xırda formalarla məhdudlaşmış kooperativ sistemi kapitalizm cəmiyyətini heç vaxt dəyişdirə bilməz. İctimai istehsalı vahid, geniş və ahənkdar azad kooperativ əməyinə cevirmək üçün ümumi ictimai dəyişikliklər lazımdır, ictimai quruluşun əsasları dəyişdirilməlidir; bu dəyişikliklər yalnız cəmiyyətin mütəşəkkil qüvvələrinin, yəni dövlət hakimiyyətinin kapitalistlərdən və torpaq sahiblərindən istehsalçıların özlərinin ixtiyarına keçməsi yolu ilə mümkündür.

(c) Fəhlələrə tövsiyə edirik ki, kooperativ ticarətindənsə kooperativ istehsalına üstünlük versinlər. Kooperativ ticarəti müasir iqtisadi quruluşa ancaq üzdən toxunur, kooperativ istehsalı isə onun əsaslarını sarsıdır.

(d) Bütün kooperativ cəmiyyətlərinə tövsiyə edirik ki, öz gəlirinin bir hissəsini öz prinsiplərini həm işdə, həm də sözdə təbliğ etmək üçün fonda çevirsinlər, yəni öz təlimlərini yaymaqla yanaşı, yeni istehsal-kooperativ cəmiyyətləri təsis olunmasına kömək etsinlər.

(e) Kooperativ cəmiyyətlərinin adi burjua səhmdar cəmiyyətlərinə (societes paractions) çevrilməsinə yol verməmək üçün hər bir müəssisənin fəhlələri payçı olub-olmadıqlarından asılı olmayaraq, gəlirdən bərabər pay götürməlidirlər. Xalis müvəqqəti tədbir kimi, biz payçıların cüzi faiz almasına yol verilməsinə razıyıq.
6. FƏHLƏ HƏMKARLAR İTTİFAQLARI (TRED-YUNİONLAR). ONLARIN KEÇMİŞİ, İNDİKİ VƏZİYYƏTİ VƏ GƏLƏCƏYİ

(a) Onların keçmişi.

Kapital təmərküzləşmiş ictimai qüvvədir, fəhlənin sərəncamında olan isə yalnız özünün iş qüvvəsidir. Deməli, kapital ilə əmək arasında heç vaxt ədalətli şərtlərlə, hətta, yaşayış və əməyin maddi vasitələri üzərində mülkiyyətin canlı məhsuldar qüvvəyə qarşı durduğu cəmiyyət baxımından da ədalətli şərtlərlə müqavilə bağlana bilməz. Fəhlələrin ictimai qüvvəsi yalnız onların sayındadır. Lakin say üstünlüyünün gücü fəhlələrin dağınıqlığı üzündən yox olub gedir. Fəhlələrin dağınıqlığı onların özləri arasında labüd rəqabət nəticəsində yaranır və davam edir.

Həmkarlar ittifaqları əvvəlcə fəhlələrin kortəbii cəhdləri–fəhlələri adi kölə vəziyyətindən xilas edən muqavilə şərtlərinə nail olmaq məqsədi ilə həmin rəqabəti aradan qaldırmaq və ya heç olmazsa zəiflətmək cəhdləri nəticəsində yaranmışdır. Həmkarlar ittifaqlarının bilavasitə vəzifəsi buna görə də gündəlik ehtiyaclarla, kapitalın fasiləsiz hücumunu dayandırmaq cəhdləri ilə, bir sözlə,–əmək haqqı və iş vaxtı məsələləri ilə məhdudlaşdırılırdı. Həmkarlar ittifaqlarının bu cür fəaliyyəti nəinki qanunidir, həm də zəruridir. Müasir istehsal üsulu qaldıqca, həmin fəaliyyət olmadan keçinmək mümkün deyildir. Bundan əlavə, həmin fəaliyyət bütün ölkələrdə həmkarlar ittifaqları yaradılması və onların birləşməsi yolu ilə hər yerdə geniş yayılmalıdır. Digər tərəfdən,–özləri də dərk etmədən həmkarlar ittifaqları fəhlə sinfi üçün təşkilat mərkəzlərinə çevrilmişlər, necə ki, orta əsr bələdiyyə idarələri və kommunaları burjuaziya üçün təşkilat mərkəzləri idilər. Əgər həmkarlar ittifaqları kapital ilə əmək arasında partizan mübarizəsi üçün zəruridirsə, onlar muzdlu əmək sisteminin özünü və kapital hakimiyyətini məhv etmək üçün mütəşəkkil qüvvə kimi daha çox əhəmiyyətlidir.

(b) Onların indiki vəziyyəti.

Çox vaxt ancaq yerli mübarizə və bilavasitə kapitala qarşı mübarizə ilə məşğul olan həmkarlar ittifaqları muzdlu köləlik sisteminin özünə qarşı mübarizə üçün necə qüvvə olduqlarını hələ dərk etməmişlər. Buna görə də onlar ümumi ictimai və siyasi hərəkatdan çox kənarda qalmışdılar. Bununla belə, son vaxtlar, görünür, onların şüuru oyanmış (Almanca mətnində əlavə edilmişdir: «heç olmazsa İngiltərədə») və özlərinin böyük tarixi vəzifəsini dərk etmişlər; məsələn, İngiltərədə41 hazırkı siyasi hərəkatda onların iştirakı, Birləşmiş Ştatlarda42 onların öz funksiyasını daha geniş başa düşməsi və tred-yunion nümayəndələrinin bu yaxınlarda Şeffilddə keçirilmiş böyük konfransda43 qəbul etdikləri aşağıdakı qətnamə buna sübutdur:

«Bu konfrans bütün ölkələrin fəhlələrini vahid qardaşlıq ittifaqında birləşdirmək sahəsində Beynəlxalq Birliyin fəaliyyətini lazımınca qiymətləndirərək, burada təmsil olunan müxtəlif cəmiyyətlərə son dərəcə təkidlə tövsiyə edir ki, həmin Birliyə daxil olsunlar; konfrans belə hesab edir ki, Birlik bütün fəhlələrin tərəqqisinə və inkişafına xeyli kömək edir».

(c) Onların gələcəyi.

Həmkarlar ittifaqları özlərinin ilkin məqsədlərindən asılı olmayaraq, indi fəhlə sinfinin təşkiledici mərkəzləri sifəti ilə şüurlu fəaliyyət göstərməyi öyrənməli, fəhlə sinfinin tamamilə azad olunmasını özlərinin böyük vəzifəsi kimi qarşıya qoymalıdırlar, həmkarlar ittifaqları bu istiqamətdə gedən hər cür ictimai və siyasi hərəkatı müdafiə etməlidirlər. Onlar özlərini bütün fəhlə sinfinin nümayəndələri və onun mənafeyi uğrunda çarpışan mübariz hesab edərək və işdə belə də hərəkət edərək qeyri-mütəşəkkil fəhlələri də öz sıralarına cəlb etməyə borcludurlar. Həmkarlar ittifaqları xüsusilə ən pis əmək haqqı verilən istehsal sahələri fəhlələrinin, məsələn, şərait əlverişli olmadığına görə, tamamilə köməksiz olan (Fransızca mətnində «tamamilə köməksnz olan» sözlərinin əvəzində «mütəşəkkil surətdə muqavimət göstərməyə qabil olmayan» yazılmışdır. –Red.) kənd təsərrüfatı fəhlələrinin mənafeyi qayğısına qalmalıdırlar. Həmkarlar ittifaqları bütün dünyaya sübut etməlidirlər ki, onlar heç də məhdud, xudbin mənafe uğrunda deyil, milyon-milyon məzlumun azad edilməsi uğrunda mübarizə aparırlar.


7. VASİTƏSİZ VƏ VASİTƏLİ VERGİLƏR

(a) Vergi qoyulmasının formasında heç bir dəyişiklik əmək ilə kapital arasındakı münasibətlərdə ciddi dəyişikliyə səbəb ola bilməz.

(b) Bununla belə, vergi qoyulmasında iki sistemdən birini seçmək lazım gəlsə, biz vasitəli vergilərin tamamilə ləğv olunmasını və onların ümumən vasitəsiz vergilərlə əvəz edilməsini tövsiyə edirik.

Ona görə ki, vasitəli vergilər malların qiymətlərini artırır, çünki alverçilər bu qiymətlərin üstünə təkcə vasitəli vergilərin məbləğini deyil, həm də həmin vergilərin ödənilməsi üçün avans verilən kapitalın faizini və mənfəətini də gəlirlər.

Ona görə ki, vasitəli vergilər ayrılıqda hər bir şəxsin dövlətə ödədiyi məbləği ondan gizlədir, halbuki vasitəsiz vergi heç nə ilə pərdələnməmişdir, açıq-aşkar alınır və hətta, ən avam adamı da azdırmır. Deməli, vasitəsiz vergilər hər kəsi hökumətə nəzarət etməyə sövq edir, halbuki vasitəli vergilər hər cür özünüidarə cəhdini boğur.

8. BEYNƏLMİLƏL KREDİT

Təşəbbüsü fransızlara vermək lazımdır.



9. POLŞA MƏSƏLƏSİ

(Fransızca mətnində yazılmışdır: «Millətlərin öz müqəddəratını təyin etməsi hüququnun həyata keçirilməsi və Polşanın demokratnk və ictimai zəmində bərpa edilməsi yolu ilə Avropada rus təsirini məhv etmək zərurəti haqqında». Red.)



(a) Avropa fəhlələri bu məsələni nə üçün qaldırırlar? Birinci növbədə ona görə ki, burjua yazıçıları və təşviqatcıları bu barədə susmaq üçün dilbir olmuşlar, hərçənd onlar kontinentdəki bütün millətlərə, hətta, İrlandiyaya da havadarlıq edirlər. Bu susmağın səbəbi nədir? Səbəbi odur ki, aristokratlar da, burjualar da arxa planda duran avam Asiya dövlətinə, yüksələn fəhlə hərəkatı dalğasına qarşı axırıncı istinadgah kimi baxırlar. Bu dövlət həqiqətən, yalnız Polşanı demokratik zəmində bərpa etmək yolu ilə sarsıdıla bilər.

(b) Mərkəzi Avropada, xüsusilə də Almaniyada vəziyyətin dəyişdiyi indiki şəraitdə demokratik Polşanın mövcud olması hər hansı bir vaxtdakından daha zəruridir. Onsuz Almaniya Müqəddəs ittifaqın44 dayağına çevrilər, onun varlığı şəraitində isə respublikaçı Fransa ilə əməkdaşlığa girər. Nə qədər ki, Avropanın bu mühüm məsələsi həll edilməmişdir, fəhlə hərəkatı həmişə əngəllərə rast gələcək, məğlubiyyətlərə uğrayacaq və onun inkişafı ləngiyəcəkdir.

(c) Bu məsələdə təşəbbüsü ələ almaq xüsusilə Almaniya fəhlə sinfinin borcudur, çünki Almaniya Polşanın bölüşdürülməsi iştirakçılarından biridir.
10. ORDULAR

(Fransızca, mətnində: «Daimi orduların istehsala münasibəti».)



(a) Böyük daimi orduların istehsala məhvedici təsiri hər növ burjua konqreslərində, sülh, iqtisadi, statistika, filantropiya və sosiologiya konqreslərində kifayət qədər sübut edilmişdir. Buna görə də biz həmin mövzu üzərində çox dayanmağı tamamilə lüzumsuz hesab edirik.

(b) Biz xalqın hamılıqla silahlanmasını və silahdan istifadə etməyin hamılıqla öyrənilməsini təklif edirik.

(c) Müvəqqəti zəruri tədbir olmaq etibarı ilə milisin komanda heyətinin təlim məktəbləri xidmətini görən kiçik daimi orduların mövcud olmasını biz məqbul sayırıq; kişi cinsindən olan hər bir vətəndaş çox qısa müddət bu ordularda xidmət etməlidir.
11. DİN MƏSƏLƏSİ

(Fransızca mətnində: «Dini ideyalar; ictimai, siyasi və zehni inkişafa onların təsiri». Red.)

Təşəbbüsü fransızlara vermək lazımdır.

K.Marks tərəfindən 1866-cı il avqustun sonunda yazılmışdır.



«The İnternational Courie» qəzetinin 1867-ci il fevralın 20-də 67-ci nömrələrində və martın 13-də 8–10-cu nömrələrində, «Le Courier international» qəzetinin 1867-ci il martın 9-da və 16-da 10-cu 11-ci nömrələrində, habelə 1866-cı ilin oktyabr və noyabrında «Der Vorbote» jurnalının 10-cu və 11-ci nömrələrində dərc edilmişdir.
K.MARKS

«KAPİTAL»IN BİRİNCİ CİLDİNİN ALMANCA BİRİNCİ NƏŞRİNƏ MÜQƏDDİMƏ45

Birinci cildini camaatın nəzərinə təqdim etdiyim əsər 1859-cu ildə çap edilən «Siyasi iqtisadın tənqidinə dair» (K.Marks. Siyasi iqtisadın tənqidinə dair. Azərnəşr, 1955. Red.) adlı əsərimin davamıdır. İşin başlanması ilə davam etdirilməsi arasında böyük fasiləyə səbəb odur ki, xəstəliyim illərlə davam etmişdir və işimi dəfələrlə dayandırmışdır.

Yuxarıda adı çəkilən daha əvvəlki əsərin məzmunu bu cildin birinci fəslində46 xülasə şəklində verilmişdir. Mən bunu yalnız tədqiqatın daha rabitəli və dolğun olması xatirinə etməmişəm. Şərhin özü də yaxşılaşdırılmışdır. Orada ancaq ötəri qeyd edilən bir çox bəndlər burada tədqiq edilən məsələnin imkan verdiyi dərəcədə daha da inkişaf etdirilmiş və əksinə, orada ətraflı işlənmiş olan müddəalar burada ancaq qısaca qeyd edilmişdir. Özlüyündə aydındır ki, dəyər və pul nəzəriyyəsinin tarixi inkişafına aid olan hissələr burada tamamilə atılmışdır. Lakin «Siyasi iqtisadi tənqidinə dair» əsərilə tanış olan oxucu bu əsərin birinci fəslinə verilən qeydlərdə həmin nəzəriyyələrin tarixinə dair yeni məxəzlər tapar.

Hər işin əvvəli çətindir,–bu həqiqəti hər bir elm barəsində söyləmək olar. Burada da ən çətin anlaşılan yer birinci fəsildir, xüsusilə də bu fəsildə əmtəənin təhlili verilən hissədir. Xüsusi olaraq dəyər substansiyasının və dəyər kəmiyyətinin təhlilinə gəldikdə, mən bunu mümkün olduğu qədər sadələşdirmişəm (Bu xüsusilə ona görə zəruri idi ki, hətta F. Lassalın Şültse-Deliç əleyhinə yönəldilən əsərində, müəllifin dediyinə görə, bu məsələ barəsində mənim tədqiqatımın «mənəvi məğzi» verildiyi yerdə mühüm anlaşılmazlıqlar vardır47. Yeri gəlmişkən deyək ki, əgər F.Lassal öz iqtisadi əsərlərində bütün ümumi nəzəri müddəaları, məsələn, kapitalın tarixi xarakteri haqqında, istehsal münasibətləri ilə istehsal üsulu arasındakı əlaqələr və i.a. haqqında müddəaları, hətta mənim yaratdığım terminləri də mənim əsərlərimdən demək olar hərfiyyən götürüb, bunun heç mənbəyini də göstərmirsə, bu, əlbəttə, təbliğat mülahizələri ilə izah olunur. Aydındır ki, mən təfərrüata aid olan müddəalardan və bunların əməli tətbiqindən danışmıram, çünki bunlara mənim əsla daxlim yoxdur.). Pul formasında öz mükəmməl şəklini alan dəyər forması çox məzmunsuz və sadədir. Bununla belə, insan zəkası onu 2000 ildən artıq bir müddət ərzində dərk etməyə çalışmışsa da, bunu edə bilməmişdir, halbuki digər tərəfdən, o hər halda təxmini olsa da, xeyli artıq dərəcədə məzmunlu və mükəmməl formaları təhlil edə bilmişdir. Bu nəyə görə belədir? Ona görə ki, inkişaf etmiş cismi öyrənmək cismin bir hüceyrəciyini öyrənməkdən asandır. Həm də iqtisadi formalar təhlil edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır. Lakin əmək məhsulunun əmtəə forması, yaxud əmtəə dəyərinin forması burjua cəmiyyətinin iqtisadi hüceyrəciyinin formasıdır. İşə bələd olmayan adama onun təhlili sadəcə xırda şeylər barəsində əllaməlik kimi görünə bilər. Bunlar isə həqiqətən xırda şeylərdir, lakin elə xırda şeylərdir ki, bunlarla, məsələn, mikroanatomiya məşğul olur.

Dəyər forması haqqında hissə istisna olmaqla, bu kitabı başa düşmək çətin olmayacaqdır. Mən, əlbəttə, yeni bir şey öyrənmək istəyən və, deməli, müstəqil düşünmək istəyən oxucuları nəzardə tuturam.

Fizik ya təbiət proseslərini ən aydın formada meydana çıxdığı və bunları pozan təsirlər üzündən bunların ən az tutqunlaşdığı yerdə müşahidə edir, ya da mümkün olarsa, prosesin saf şəklində gedişini təmin edən şəraitdə təcrübə aparır. Bu əsərdə mənim tədqiqat predmetim kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir. İndiyədək bu istehsal üsulunun klassik ölkəsi İngiltərədir. Buna görə də mən öz nəzəri nəticələrimi nümayiş etdirmək üçün həmin ölkəni başlıca nümunə götürürəm. Lakin alman oxucusu İngiltərə sənaye və kənd təsərrüfat fəhlələrinin salındığı şərait münasibətilə riyakarlıqla çiyinlərini atsa, yaxud nikbinliklə özünə təsəlli vermək fikrinə düşsə ki, Almaniyada vəziyyət heç də bu qədər pis deyildir, onda mən ona bu sözləri deməli olaram: «De te fabnla narratur!» [Məgər bu əhvalat sənin barəndə deyilmi!] («Mutato nomine de te fabnla narratur» (Ancaq adını dəyişdirsən, bu sənin əhvalatın deyilmi). Horatsi. «Satiralar», 1-ci kitab, birinci satira. Red.).

Burada məsələ özlüyündə kapitalist istehsalının təbii qanunlarından irəli gələn ictimai antaqonizmlərin inkişafının çox və ya az yüksək pilləyə çatmasında deyildir. Məsələ qəti zərurətlə fəaliyyət göstərən və həyata keçən bu qanunların, bu meyllərin özündədir. Sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə az inkişaf etmiş ölkəyə onun yalnız öz gələcəyinin mənzərəsini göstərir.

Lakin bu azdır. Bizdə kapitalist istehsalının tamamilə bərqərar olduğu yerdə, məsələn, sözün əsl mənasında fabriklərdə bizim şəraitimiz İngiltərədəki şəraitdən xeyli pisdir, çünki bizdə buna qarşı dura biləcək fabrik qanunları kimi bir amil yoxdur. Qərbi Avropanın başqa kontinent ölkələri kimi, bütün qalan sahələrdə biz kapitalist istehsalının yalnız inkişaf etməsindən deyil, habelə onun kifayət qədər inkişaf etməsindən də əzab çəkirik. Müasir dövrün fəlakətləri ilə yanaşı olaraq biz keçmişdən irs qalan bir sıra fəlakətlərdən də əzab çəkirik, bunlar isə ona görə mövcuddur ki, dövrü keçmiş, qədim istehsal üsulları və bunlarla yanaşı gələn köhnəlmiş ictimai və siyasi münasibətlər donu qalmaqdadır. Biz yalnız dirilərdən deyil, ölülərdən də əziyyət çəkirik. «Le mort saisit le vif!» [Ölü dirinin yaxasından yapışır!]

İngiltərəyə nisbətən Almaniyada və Qərbi Avropanın başqa kontinent ölkələrində ictimai statistika acınacaqlı vəziyyətdədir. Lakin bu statistika pərdəni məhz o qədər qaldırır ki, bunun arxasında Meduzanın başı sezilə bilər. Bizim hökumətlər və parlamentlər, İngiltərədə olduğu kimi, vaxtaşırı surətdə iqtisadi şəraiti tədqiq edən komissiyalar təyin etsəydilər, həqiqəti aşkara çıxarmaq üçün bu komissiyalara İngiltərədə olduğu qədər səlahiyyət verilsəydi, bu məqsədlə «Public Health» («Əhalinin sağlamlığı») haqqında hesabatlar tərtib edən ingilis fabrik müfəttişləri, ingilis həkimləri kimi, qadınların və uşaqların istismar edilməsi şəraitini, mənzillərin, yeməyin vəziyyətini və i.a. araşdıran ingilis komissiyaları üzvləri kimi səriştəli, qərəzsiz və qətiyyətli adamlar tapmaq mümkün olsaydı, öz vəziyyətimiz bizi dəhşətə gətirərdi. Əjdahaları təqib edərkən Persey gözə görünməmək üçün başına sehirli papaq qoymalı olurdu. Biz isə sehirli papaqla gözlərimizi və qulaqlarımızı bağlayırıq ki, əjdahaların hətta mövcud olduğunu inkar etməyə imkanımız olsun.

Xülyaya qapılmaq lazım deyildir. XVIII əsrdə Amerikada istiqlaliyyət uğrunda müharibə10 Avropa burjuaziyası üçün bir çağırış səsi olduğu kimi, XIX əsrdə Amerikadakı Vətəndaş müharibəsi4 də Avropanın fəhlə sinfi üçün eyni rolu oynadı. İngiltərədə çevriliş prosesi artıq tamamilə hiss edilməkdədir. Bu proses müəyyən pilləyə çatdıqda, kontinentə də keçməlidir. Burada həmin proses fəhlə sinfinin öz inkişaf səviyyəsindən asılı olaraq daha sərt və ya daha humanist formalar alacaqdır. Beləliklə, hər hansı daha yüksək səbəblər bir yana dursun, indi hökmran olan siniflərin ən vacib mənafeyi fəhlə sinfinin inkişafını sıxışdıran və qanunvericilik yolu ilə tənzim edilə bilən bütün maneələri aradan qaldırmağı tələb edir. Bir də buna görədir ki, mən bu cilddə İngiltərə fabrik qanunvericiliyinin tarixinə, məzmununa və nəticələrinə bu qədər çox yer vermişəm. Hər bir millət başqalarından öyrənə bilər və öyrənməlidir. Cəmiyyət, hətta öz inkişafının təbii qanununun izinə düşsə də,–mənim əsərimdən son məqsəd isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu kəşf etməkdən ibarətdir,–nə təbii inkişaf mərhələləri üzərindən sıçraya bilməz, nə də bu mərhələləri dekretlərlə ləğv edə bilməz. Lakin cəmiyyət doğum əzabını azaldıb yüngülləşdirə bilər.

Ola biləcək anlaşılmazlıqlara yol verməmək üçün bir neçə söz söyləməliyəm. Mən kapitalist və torpaq mülkiyyətçisi kimi şəxsiyyətləri heç də əlvan boyalarla təsvir etmirəm. Lakin burada şəxsiyyətlərdən ancaq, iqtisadi kateqoriyaların təcəssümü, müəyyən sinfi münasibətlərin və mənafeyin daşıyıcısı olduqlarına görə bəhs edilir. Mən iqtisadi ictimai formasiyanın inkişafına təbii-tarixi bir proses kimi baxıram; buna görə də ayrıca bir şəxs ictimai mənada hansı şəraitin məhsuludursa, subyektiv cəhətcə həmin şəraitdən nə qədər yüksəkdə dursa da, onu bu şərait üçün, hər hansı başqa nöqteyi-nəzərə nisbətən, mənim nöqteyi-nəzərimcə daha az məsul hesab etmək olar.

Siyasi iqtisad sahəsində sərbəst elmi tədqiqatın qarşısına çıxan düşmənlər onun başqa sahələrdə rast gəldiyi düşmənlərdən çoxdur. Siyasi iqtisadın məşğul olduğu materialın spesifik xarakteri sərbəst elmi tədqiqata qarşı mubarizə səhiəsinə insan qəlbinin ən kəskin, ən alçaq və ən iyrənc ehtiraslarını–xüsusi mənafe ifritəsini gətirir. Məsələn, ali anqlikan kilsəsi48 öz pul gəlirinin 1/39 hissəsinə qəsd edilməsindənsə, öz etiqad simvolunun 39 ehkamından 38-nə qəsd edilməsini bağışlayar. Bizim zəmanəmizdə ənənəvi mülkiyyət münasibətlərinin tənqid edilməsinə nisbətən ateizm özü «clupa levis»dir [kiçik günahdır]. Lakin burada da tərəqqi olduğu şübhəsizdir. Mən, məsələn, son həftələr ərzində çap edilən: «Correspondence with Majestys Missions Abrood, regarding İndustrial Questions and Trades Unions»3 adlı Göy kitabı göstərə bilərəm. İngiltərə taxt-tacının xaricdəki nümayəndələri burada ən qəti şəkildə bildirirlər ki, Almaniyada, Fransada,–bir sözlə, Avropa kontinentinin bütün mədəni dövlətlərində,–kapital ilə əmək arasındakı mövcud münasibətlərdə əsaslı dəyişiklik İngiltərədə olduğu qədər kəskin və labüddür. Eyni zamanda Atlantik okeanın o tayında Şimali Amerika Birləşmiş Ştatlarının prezident müavini C-b Ueyd açıq bir yığıncaqda demişdir: köləlik aradan qaldırıldıqdan sonra kapital münasibətlərini və torpaq mülkiyyəti münasibətlərini əsaslı surətdə dəyişdirmək gündəlik məsələ olur. Zəmanəmizin diqqətəlayiq hadisələri belədir; bunları nə hökmdarların zərli libası, nə də ruhanilərin qara əbası gizlədə bilməz. Əlbəttə, bu o demək deyildir ki, sabah möcüzə baş verəcəkdir. Lakin bu göstərir ki, artıq hakim siniflər özləri indiki cəmiyyətin bərk bir kristal olmayıb çevrilmələrə məruz qala bilən və daimi bir çevrilmə prosesində olan orqanizm olduqunu tutqun şəkildə hiss etməyə başlayırlar.

Bu əsərin ikinci cildi kapital tədavülü prosesinə (II kitab) və bütövlükdə kapitalist prosesi formalarına (III kitab), axırıncı, üçüncü cild (IV kitab) isə iqtisadi nəzəriyyələr tarixinə həsr ediləcəkdir.

Mən elmi tənqidin hər bir mülahizəsinə məmnun olaram. İctimai fikir deyilən və mənim heç zaman güzəştə getmədiyim şeyin mövhum düşüncələrinə gəldikdə, yenə əvvəlki kimi mənim şüarım böyük florensiyalının bu sözləridir:

«Segui il tuo cozso, e lascia dir le genti!» (Sən öz yolunla get, qoy adamlar nə deyirlər desinlər! Dante. «İlahi komediya», Məhşər, V fəsil (sözlər başqa şəkildə verilmişdir). Red.)

Karl Marks

London, 25 iyul 1867-ci il.



İlk dəfə bu kitabda dərc edilmişdir: K.Marx. «Das Kapital. Kritik der politischen Oekonomie». Erster Band. Hamburg, 1867.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin