Azərbaycan Hüquq Tarixi


 Müstəqil Azərbaycanın  siyasi quruluş forması Xalq Cümhuriyyətidir;  3



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə33/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   29   30   31   32   33   34   35   36   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

2. Müstəqil Azərbaycanın  siyasi quruluş forması Xalq Cümhuriyyətidir; 


3.  AXC  bütün  millətlər  xüsusilə  qonşu  xalqlar  və  dövlətlərlə  mehriban  qonşuluq 

münasibətləri yaratmağa çalışır; 



4.AXC  öz sərhədləri daxilində millətindən, dinindən ,  sosial vəziyyətindən və cinsindən asılı 

olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir; 



5.AXC öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir; 

6. Müəssislət Məclisi çağırılana qədər bütün Azərbaycanən idarəsi başında xalq seçkiləri ilə 

seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökümət durur. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  9  nəfərdən  ibarət  tərkibdə  təşkil  edilmiş  ilk  höküməti 

dərhal  fəaliyyətə  başlamışdı.  Azərbaycan  ərazisində  əvvəl    mövcud  olmuş  dövlətlər 

monarxiyaya,  təkhakimiyyətliliyə  əsaslanırdısa,AXC  demokratik  ,dünyəvi  prinsiplərə 

söykənir,  bilavasitə  xalqın  arzu  və  ümidlərini  ifadə  edirdi  və  bu  baxımdan  Yaxın  və  Orta 

Şərqdə ,eyni zamanda bütün islam dünyasında ilk demokratik dövlət qurumu idi. Bu dövlətin 

demokratik prinsipləri isə öz əksini İstiqlal Bəyannaməsində tapmışdı. Bu hüquqi sənəddə 

Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş  ,onun hakimiyyətinin şamil edildiyi ərazinin 

hüdudları müəyyənlaşdirilmiş ,həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. 

Bəyannamədə demokratik dövlətə məxsus atributlar – hakimiyyətin xalqa mənsub olması, 

vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi ,bütün xalqların və hər bir kəsin 

milli, dini,  sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin