Azərbaycan Hüquq Tarixi


 19-cu əsr  cinayət  hüququnun  xüsusiyyətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə31/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

20. 19-cu əsr  cinayət  hüququnun  xüsusiyyətləri. 

Azərbaycanda bu dövrdə hakimiyyə tərəfindən qəbuledilmiş və ilkin tətbiq edilən cinayət 

qanunvericiliyi  aktların  danbiri  1831-ci  ildə  verilmiş  “Məhkəmə  və  cəza,keçmiş  tatar 

distansiyalarının,Yelizavetpol  dairəsinin,müsəlman  əyalətlərinin  sakinlərinin  və  dağlı 

xalqlarının cinayətləri və xətaları haqqında Qaydalar” idi.Həmin qaydalara uyğun olaraq 

hüquqa zidd əməllər sadə xətalara,aztəhlükəli və ağır cinayətlərə bölünürdü.Oğurluq və 

dələduzluq yolu ilə əldə edilmiş əşyanın dəyəri gümüş pulla 5 rubla qədər olduğu hallarda 

müvafiq  əməllər,sərxoşluq,özbaşınalıq,itaətsizlik  və  s.  xəta  sayılırdı.Talanan  əşyanın 

dəyərinin  5  rubldan  100  rubla  qədər  olduğu  hallarda,birinci  və  ya  ikinci  dəfə  törədilən 

oğurluq  və  dələduzluq  əməlləri  aztəhlükəli  cinayətlərə  aid  edilirdi.1831-ci  il  Qaydaları 

dəyəri 5 rubldan 100 rubladək təşkil edən üçüncü dəfə törədilmiş oğurluq və dələduzluq 

;  məbləği  100  rubldan  artıq  olan  birinci  dəfə  törədilmiş  oğurluq  və 

dələduzluq;soyğunçuluq  və  adamöldürmə  kimi  ictimai  təhlükəli  əməlləri,habelə 

törədilməsinə görə soyğunçuluq və adamöldürmə kimi cinayətlərə görə nəzərdə tutulan 

cəzaya  uyğun  cəzaların  müəyyən  edildiyi  bütün  digər  cinayətləri  ağır  cinayətlərə  aid 

edirdi.Qarət formasında oğurluq etmiş şəxs əgər oğurlanmış əşyaların məbləği 20 rubldan 

az  olardısa  “Şəhər  məhkəmələri  haqqında”  1823-cü  i  Yermalov  Əsasnaməsinə  görə  “iş 

evi”nə  göndərilirdi  və  o,burada  etdiyi  cinayətlə  vurduğu  zərəri  ödəyib  qurtaranadək 

işləməli 

idi.Ümumiyyətlə 

cinayət 

hüququ 


sahəsində 

Azərbaycanda 

Rusiya 



qanunvericiliyinin  tətbiqi  ilə  dövlət  əleyhinə  cinayətlər  istisna  olmaqla,bütün  digər 

cinayətlərin törədilməsinə görə ölüm hökmü ləğv edilmiş,bədən əzalarının kəsilməsi ilə - 

əllərin,qulaq  və  burunun  kəsilməsi,göz  çıxarılması  ilə  əlaqədar  cəzaların  tətbiqi  aradan 

qaldırılmışdır.1840-cı  il  10  aprel  tarixli  “Təsisat”ın  2-ci  cildi,92-ci  maddəsinin  24-cü 

bəndinə  uyğun  olaraq  qəza  rəisinə  hər  cür  zorakılığın  və  özbaşınalığın,dava-dalaşın  və 

azəhəmiyyətli  cinayətlərin  qarşısını  almaq  hüququ  verilmişdir.Qəza  rəisi  qanunda 

göstərilən  şəxslərdən  başqa,təqsirkarlara  cismani  cəza  vermək  hüququna  malik 

idi.Cinayət Qanunnaməsinin 19-cu maddəsinə 1-ci əlavədən cismani cəzadan azad olunan 

şəxslərin 

dairəsi 


müəyyən 

edilmişdi.Bunlara 

xan 

nəslindən 



olanlar,bəylər,ağalar,sultanlar,məliklər,habelə 

islam 


ruhaniləri 

 



şeyxül-

islam,müfti,axundlar,qazılar daxil idi.



 

Azərbaycanda  müstəmləkə  əleyhinə  çıxışların  yatırılması  məqsədi  ilə  cəza  sistemi 

sərtləşdirildi.1844-cü  il  22  fevral  tarixli  fərmanla  Qafqazın  baş  idarə  rəisinə  cinayət 

məhkəməsi  və  mülki  məhkəmə  palatasının  hökmü  ilə  şübhəli  hesab  olunan  şəxslərin 

müəyyən  müddətdə  Sibirə  sürgünə  və  ya  həbs  rotasına  göndərmək  hüququ 

verilirdi.Sürgün  edilənin  nümunəvi  davranışı  həmin  müddətin  qısaldılmasına  səbəb  ola 

bilərdi.Cinayətə  görə  cismani  cəzaya  məruz  qala  bilən  şəxslərə  1844-cü  il  fərmanının 

tətbiq  edildiyi  halda,onlar  həbs  rotasına  verilir,yüksək  təbəqədən  olan  şəxslərə    isə 

cismani cəza qanunla qadağan olunur və onlar Rusiyanın ayrı-ayrı quberniyalarına sürgün 

edilirdilər.15 avqust 1845-ci il tarixində cinayət hüququ sahəsində ilk məcəllələşdirilmiş 

akt – Cinayət və islah cəzaları haqqında Qanunnamə qəbul edilir.Hər biri bölmə və fəsillərə 

ayrılan 12 hissədən 2224 maddədən ibarət olan Qanunnamənin bütün Rusiya təbəələrinə 

şamil edilməsi nəzərdə tutulurdu.Qanunnamənin birinci bölməsində ümumi hissəyə aid 

olan  hüquq  institutları  əks  etdirilmişdir.Cinayətlərin  sisteminə  din  əleyhinə  olan 

cinayətlər,dövləti  cinayətlər,idarəetmə  qaydaları  əleyhinə  cinayətlər,şəxsiyyət  əleyhinə 

cinayətlər,əmlak  cinayətləri,ailə  əleyhinə  cinayətlər,vəzifə,ədəb  qaydaları  əleyhinə 

cinayətlər  daxil  idi.Qanunnamə  cəzaları  iki  kateqoriyaya  :  cinayət  cəzalarına  və  islah 

cəzalarına  bölür.Ümumilikdə  35  dərəcəyə  bölünən  14  cəza  növü  müəyyən 

edilmişdi.Cinayət cəzalarına bütün ictimai vəziyyət hüquqlarından məhrum edərək : ölüm 

cəzası,katorqaya  göndərmək,Qafqaza  sürgün  və  Sibirə  sürgün  cəzaları  aid  edilirdi.İslah 

cəzalarına isə bütün xüsusi hüquq və imtiyazlardan məhrum etmə və Sibirə sürgün,islah 

həbs bölmələrinə vermə,həbsxanaya,qalaya salma,başqa quberniyaya sürgün,töhmət,pul 

cəriməsi  aid  edilmişdi.Cəzalar  əsas,əlavə  və  əvəzedici  cəzalara  bölünürdü.Əsas  cəzalar 

cəzanın  11  növündən  ibarət  idi.1863-cü  ildə  verilmiş  reskriptlə  mülki  və  hərbi 

məhkəmələrin hökmləri üzrə qamçı və çubuqla döyülmə cəzaları,cinayətkarlara damğa və 

nişanların  qoyulması  ləğv  olundu.1845-ci  il  Cinayət  və  islah  cəzaları  haqqında 

Qanunnamənin  yeni  redaksiyaları  1857,1865  və  1885-ci  illərdə  verilmişdir.1885-ci  il 



redaksiyasında  Qanunnaməyə  bir  sıra  qanunvericilik  aktları  –  imperatoru  təhqir 

etmə,partlayıcı maddələr haqqında,fəhlələr və kənd işçiləri haqqında və s. daxil edilməklə 

yanaşı məhkəməyə hüquqda boşluq olduğu zaman qanunu tamamlamaq hüququ verən 

analogiya institutu da daxil edildi.



 

Cinayət  hüququ  sahəsində  həmin  dövrdə  mövcud  olan  mənbələrin  sırasına  1875-ci  il 

Hərbi-cinayət məcəlləsi və 1886-cı il cəzalar haqqında hərbi-dəniz nizamnaməsi də daxil 

idi.Həmin  normativ  aktlar  yalnız  orduda  hərbi  xidmətdə  olanlara  deyil,həmçinin 

baxılmasının  hərbi  və  hərbi-səhra  məhkəmələrinə  yönəldildiyi  bir  siyasi  cinayətlərin 

törədilməsində ittiham edilən şəxslərə də şamil olunurdu.




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin