.
21.1918-ci il 28 may İstiqlal Bəyannaməsi və onun demokratik prinsipləri.
Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar olaraq 1918 –ci il 28 may
tarixində Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi
(imzalandı 27 may 1918). Azərbaycan dilində (ərəb əlifbası ) tərtib olunmuş Azərbaycanın
İstiqlal Bəyannaməsinin orjinal əlyazması AR Dövlət Arxivində, Azərbaycan və fransız
dillərində nüxsələri isə AMEA –da saxlanılır.AXC –nin ilk hüquqi sənədi olmaqla, Konstitusiya
aktı statusuna malik idi. Bəyannamədə deyilirdi ki, böyük Rusiya inqilabı gedişində Rusiyada
dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk
etməsi ilə burada yeni siyasi vəziyyət yarandı. Taleləri öz ixtiyarına buraxılmış Zaqafqaziya
xalqları Zaqafqaziya Federativ Xalq Cümhuriyyəti yaratdılar. Lakin siyasi hadisələrin sonrakı
gedişatında gürcü xalqı ZFXC –nin tərkibindən çıxmağı və müstəqil Gürcüstan Demokratik
Respublikası yaratmağı münasib bildi.Azərbaycanın mövcud siyasi durumu xalqı düşdüyü
ağır vəziyyətdən çıxarmaq üçün Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın öz
dövlət orqanizmini yaratmaq zəruri edirdi. Buna görə də ,xalq seçkiləri ilə seçilmiş
Azərbaycan Milli İslam Şurası İstiqlal Bəyannaməsində bildirir:
1.Bu gündən Azərbaycan xalqı suverən hüquqlara malikdir.Şərqi və Cənubi Zaqafqaziyadan
ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir;
Dostları ilə paylaş: |