Azərbaycan Hüquq Tarixi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə29/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   25   26   27   28   29   30   31   32   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

 

18.1870-1892-ci illərdə şəhər islahatı

 

16 iyun 1870ci ildə təsdiq olunmuş və ilkin olaraq Rusiyanın mərkəzi quberniyalarında tətbiq 



olunan  Şəhər  Əsasnaməsi  Zaqafqaziyaya  1874cü  ildə  şamil  edildi.Bu  şəhər  əsasnaməsi 

1878ci ildə yalnız Bakıda tətbiq edildi.Burada yerli əhəmiyyətli məsələlər əsasən təsərrüfat 

əhəmiyyətli  məsələlərin  həll  olunduğu  şəhər  dumalarının  seçki  əsasında  təşkilini  nəzərdə 

tuturdu.4  il  müddətinə  seçilməsi  nəzrdə  tutulan  dumaların  icraiyyə  orqanının-şəhər 

upravasının yaradılması müəyyən olundu.Həm dumaya həm də şəhər upravasına müvəkillər 

tərəfindən seçilən və qubernator və ya daxili işlər naziri tərəfindən təsdiq edilən şəhər başçısı 

rəhbərlik edirdi. 

1870-ci il Şəhər əsasnaməsində müəyyən edilən seçki sisteminə əsasən yalnız yaşayış yeri 

üzrə qeydiyyata malik olan və şəhər xəzinəsinə vergi ödəyən 25 yaşına çatmış kişi cinsindən 

olan  şəxslər  şəhər  dumasına  üzv  seçilə  bilərdilər.Məhkum  olunmuş,istintaq  altında 

olan,vəzifədən  çıxarılmış,dini  rütbədən  məhrum  edilmiş  şəxslər  seçki  hüququna  malik 

deyildilər.Qadınlar və 25 yaşı tamam olmayan gənclər əmlak senzinə mali olduğu təqdirdə 

onlar səsvermədə iştirak etmək hüquqlarını vəkalətnamə əsasında qohumalrına,qəyyum və 

himayəçilərinə verə bilərdilər.    




Şəhər  özünüidarəsinin  işində  xəzinəyə  ödənilən  töyçü  və  vergilərin  miqdarı  ilə  müəyyən 

edilən iştirakçılıq bütün seçicilərin üç kateqoriyaya bölünməsi vasitəsilə həyata keçirildiki,hər 

bir  kateqoriyadan  olan  seçicilərə  şəhər    özünüidarəsi  üzvlərinin  –müvəkillərinin    üçdə  bir 

hissəsini seçmək hüququ verilirdi..Birinci kateqoriyada adətən çoxlu vergi ödəyən bir neçə 

nəfər ikinci kateqoriyada orta miqdarda vergi ödəyən yüzlərlə seçici ,üçüncü kateqoriyada 

isə  az  vergi  ödəyən  minlərlə  seçici  daxil  idi.  Əsasnamədə  iri  sənayeçilər  və  tacirlər  üçün 

imtiyazlar  müəyyən  edilməklə  yanaşı,milli  hüquq  bərabərsizliyi  əks    etdirilmişdi.  11  iyun 

1892-ci il tarixdə yeni”Şəhər Əsasnaməsi” qəbul edildi. Burada əvvəlki qanunla müqayisədə 

müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdu.Bu  məhdudiyyətlər nəzərdə tutulmuşdu.Bu 

məhdudiyyətlər  seçicilərin  sayının  xeyli  azaldılması,kirayənişinlərə  seçki  hüququnun 

verilməsi  haqqında  tələblərin  nəzərə  alınmaması,yüksək    əmlak  senzinin  müəyyən 

edilməsi,milli bərabərsizliyi daha da möhkəmləndirən bir sıra məsələlərin qanunvericilikdə 

Azərbaycan  şəhərlərində  məntəqə  seçki  sisteminin    tətbiq  edilməməsi,qubernatorun 

özünüidarə  orqanlarının    fəaliyyətinə  müdaxilə  etməsinin  qanuniləşdirilməsi  və  s.    kimi 

məsələlərdə  öz  əksini  tapmışdı  duma  rəhbərliyinin  o  cümlədən  bələdiyə  rəisinin,habelə 

şəhər idarəsi üzvlərinin və şəhər katibliyinin  seçilməsi qubernatorun rəyindən asılı idi.Şəhər 

əsasnaməsinin 119-cu maddəsində həmin vəzifəyə seçilən şəxslərin qubernator tərəfindən 

təsdiq  edilmədiyi  və  ya  seçkilərin  səsə  qoyulmaması  şərti  ilə  ikinci  dəfə  seçki  keçirilməli 

olduğu qeyd edilirdi.Seçkilərin yenə də baş tutmadığı və ya yeni seçilən şəxslərin  qubernator 

tərəfindən  yenə  də  təsdiq  edilmədiyi  halda,həmin  vəzifələrin  qubernatorun    təyin  etdiyi 

şəxslərin  tutmalı  olduğu  müəyyən  edilirdi.Yeni  əsasnamə  seçicilərin  kateqoriyaya 

bölünməsinin  ləğvini  nəzərdə  tuturdu.1892ci  il  şəhəR  islahatında  Bakı  şəhəriy6lə  yanaşı 

Gəncə Lənkəran Nuxa Qubada və digər şəhərlərdə həyata keç-di.Şəhər dumaları deyil ictimai 

idarə  orqanları  yaradılmışdı.  Burada  şəhər  duması  əvəzinə  12-15  nəfərdən  ibarət  şəhər 

müvəkilləri məclisi təsis edildi.Şəhər ictimai idarəsinin hüquqları dumadan məhdud idi.Şəhər 

özünü idarəetmənin  fəaliyyəti ilə bağlı məsələr icbarı qərarlar çıxarmaq planları dəyışdirmək 

abadlaşdırma işləri aparmaq,şəhər əmlakını kapitalları idarə etmək , daşınmaz əmlakın zəbt 

edilməsi  iə  bağlı  qəara  verilməsi  şəhər  üçün  vergi  və  töycü  qoymaq  əhalinin  su  ilə  təchiz 

olunması və s. aiddir. 

 

 



 

 

 





Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin