müqəyda), pulun xırdalanması (əqd i-sərf), barışıq sazişi (əqd əs-sülh). Alqı-satqı
müqaviləsinin predmeti qadağan edilməyən (mübah) və bəyənilməyən (məkruhat) ola
bilərdi. Alqı-satqı m-sinin bəzi şərtləri – 1) əşyanın keyfiyyəti barədə məlumat verilməli idi.
2)əşyanın qiyməti dəqiq müəyyən edilməli idi. 3)müqavilə bağlandıqdan sonra əşya alıcının
mülkiyyətinə keçməli idi.4)satılan əşyaya münasibətdə heç kimin iddiası olmamalı idi. 5)
satıcı əşyanı digər şəxsin sərəncamına vermək imkanına malik olmalı idi.
İcarə və kirayə müqavilələri müəyyən edilmiş haqq əsasında hər hansı əşyanın
müəyyən müddətdə digər şəxsə istifadə hüququnun verilməsidir. Bu müqavilələrin fərqi –
İcarə m-də obyekt mülkiyyətçinin idarəçiliyində olduğundan icarəçi sahibkar kimi çıxış edə
bilməz. Kirayə m-də isə müqavilə obyekti mülkiyyətçinin idarəçiliyindən çıxıb müvəqqəti
olaraq kirayəçinin mülkiyyətinə keçə bilər. Bu dövrdə müzaraə (torpaq icarəsi) və məsaqat
(meyvə ağaclarını icarəsi) geniş yayılmışdı. Kəndli kütlələtini istismar etmək üçün yardarlıq
Dostları ilə paylaş: |