1) Əşya üzərində müstəsna sahiblik. 2) Mülkiyyət üzərində mütləq sərəncam vermə hüququ.
3) Əşyanın mövcudluğu ərzində mülkiyyət hüuqunda daimilik.
Müsəlman hüququnda öhdəliklər 3 yerə ayrılır. 1)Etiqadla bağlı olan öhdəliklər,
2)Müqavilələrdən yaranan öhdəliklər, 3) Zərərin vurulmasından əmələ gələn öhdəliklər.
Birinci qrupa aiddir: təharət və ibadət, namaz qılma, oruc tutma, zəkat vermə və həccə
getmə. Bunlar fiqhin ayrıca bir sahəsi kimi Allah qarşısındakı öhdəliklərdir.Bu öhdəliklər
insanların bir biriləri qarşısındakı öhdəliklərilə müqayisədə birinci dərəcəli hesab olunur.
Müsəlman hüququ əqd və müqavilələri ayrılıqda nəzərdən keçirir.
Dostları ilə paylaş: |