24. 1922 – 36cı illərdə mülki qanunvericilik
Mülki hüquq : Axc -nin süqutunnan sonra burada “sovet hüquq sisteminə “ uyğun bir sira
mülki-hüquqi aktlar qəbul olundu. Mülki hüquq sahəsində əsas qanunvericilik aktı AzMİK-in
1923cü il iyul ayının 16da qəbul edilən və 8 sentyabrda qüvvəyə gətirilən Azərbaycan SSR
Mülki Məcəlləsi oldu. Yeni iqtisadi siyasətin əsas mahiyyəti və bir çox digər məsələlər həmin
məcəllədə ifadə olunmuşdu. Azərbaycan SSRİ Mülki Məcəlləsi 5 bölməni və 524 maddəni
əhatə edirdi. Əsas bölmələr : 1.Ümumi hissə 2.Əşya hüququ(əmlak) 3.Öhdəlik hüququ
4.Vərəsəlik hüququ 5.Nigah, ailə,qəyyumluq hüququ. Ümumi hissə 6 fəsil (ümumi
müddəalar ,hüququn subyektləri(şəxslər ) , hüququn obyektləri (əmlak) , əqdlər ,iddia
müddəti ) , 51 maddədən ibarət idi.O dövürdə mülki dövriyyədən çıxarılmış əşyalar yalnız
qanunla dəqiq müəyyən edilmiş hallarda mülki hüququn obyekti ola bilərdi. Torpaq dövlətin
əmlakı elan olunduğundan mülki dövriyyənin predmeti ola bilməzdi. Torpaq sahibliyinə
yalnız istifadə hüququ əsasında yol verilirdi. Mülkiyyətin əsas forması kimi dövlət
mülkiyyətinə üstünlük verilirdi. Onun obyektləri torpaq , yeraltı sərvərtlər , meşələr, sular,
dəmiryolları və s hesab olunurdu.