Azərbaycan Dövlət Pedaqoji Universiteti Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


Jest. Hərəkət. Həmsöhbətin jesti, hərəkəti onun haqqında çox şey ifadə edə bilər; insan ünsiyyət zamanı müxtəlif hərəkətlər edir, nitqi bu hərəkətlərlə müşayiət olunur



Yüklə 1,69 Mb.
səhifə8/8
tarix10.05.2022
ölçüsü1,69 Mb.
#57267
1   2   3   4   5   6   7   8
Azərb. d. işg. ak. kom. verbal və qeyri verbal

Jest. Hərəkət. Həmsöhbətin jesti, hərəkəti onun haqqında çox şey ifadə edə bilər; insan ünsiyyət zamanı müxtəlif hərəkətlər edir, nitqi bu hərəkətlərlə müşayiət olunur.

Jest nitqdə müxtəlif funksiya yerinə yetirir:

– emosional (əlləri bir-birinə vurmaq);

– təsviri (mövzunun əhatəsini anlatmaq);

– göstərici (istiqamət və ya əşyanı göstərmək);

– tənzimləyici (sussss! – səssizliyə çağırış);

– simvol (əl sıxma) Situasiyadan asılı olaraq, hər bir jestin mənası olur və bir sıra analoqlar yaradabilir.Məsələn: 1)funksional-sinonimik sıra kimi salamlaşma: əl sıxma, başını tərpətmə,gülümsəmə,yüngülvari (azca) təzim və ya şlyapanı qaldırmaqla salamlaşmaq və s.; 2)antonim xarakterli hərəkətlər: əl sıxmama, salamlaşmama və s.; 3)üslubi fərqləndirmə xarakterli hərəkətlər: emosional, kobud, həyasız (sırtıq), ədəbsiz və s. Ən vacib, jestlərin mənaları ünvan sahibinə aydın olmalıdır.


Mimika ən incə əhvali-ruhiyyəni ifadə edə bilir. Sifət ifadəsi danışanın hisslərinin əsas göstəricisidir – bədənin heç

bir üzvü hisslərimizi sifət qədər dəqiq ifadə edə bilməz. Qədim Roma mütəfəkkiri Siseron yazırdı: “Əgər natiqin sözləri

qəlbi riqqətə gətirirsə, insanın yanaqlarının aldığı təbii qızartını izah etməyə heç bir elmin qüdrəti çatmaz… Natiqin bədən hərəkətləri qəlbinin sirli hisslərinin hökmü, iradəsi, səsinin ifadəsi ilə gizli rabitədədir”.2 Mimikalar bizə həmsöhbətimizi daha yaxşı və onun hansı hiss keçirdiyini başa düşməyə imkan verir. Beləcə, üzdə qaşların dikəlməsi, gözlərin bərəlməsi, dodaqların kənarlarının sallanması, ağızın açıla qalması heyrət, qaşların çatılması, alının qırışması, gözlərin sanki hədəqədən çıxması, dodaqların gərilməsi, dişlərin qıcıdılması, üzün dinamik görkəm alması insanda qəzəb ifadəsini bildirir. Kədər – qaşların sallanmasının, gözlərin sönüklüyünün, dodaqların azacıq sallanmasının, xoşbəxtlik parlaq gözlərin, dodaq kənarlarının azacıq yuxarı qalxmasının, xiffət çəkmək gözlərin sönüklüyünün, ağızın açıla qalması, qaşların yuxarı sıxılması ilə alında qırışların yaxınlaşması rəmzidir. Narazılıq – intensiv əzələ hərəkətlərində özünü göstərir.

Baxış. Qeyri-verbal ünsiyyətin əsas fenomeni qarşılıqlı baxışdır, əlaqəni idarə etmək üçün onların mübadiləsi çox

vacibdir. Hər kəs həmsöhbətinin üzündəki baxışları və hərəkətləri “oxumağa” çalışır, buna daha çox etimad göstərir.

İki informasiya vasitəsi (təbii və süni) arasında ziddiyyət yaranırsa, yəni insan bir söz deyir, amma sifətində başqa ifadə

varsa, bu zaman süni informasiyaya üstünlük verilir. Başqa sözlə, əsas məsələ danışmaqla yanaşı, fikri çatdırabilməkdir

Baxış da ünsiyyətin çox vacib bir komponentidir,

ünsiyyətdə əsas funksiyaları aşağıdakılardır:

– məlumat-informasiya axtarışı (dinləyiciləri süzmək);

– əlaqə kanalı;

– “mən” gizlədilir və ya önə çıxarılır (diqqət mərkəzində olmaq və ya olmamaq);

– sosial qarşılıqlı əlaqə qurulur və qorunur (əlaqə saxlamağa imkan yaradan sürətli, qısa baxışlar);

– psixoloji durum sabit səviyyədə saxlanılır.

A.Piz baxışları dörd məsafəyə ayırır:

1.İntim zona (15 sm ilə 40-50 sm arasında) – bu sahə ən yaxın, məhrəm insanlara aiddir. Əgər digər şəxsin sizi beləhesab etdiyinə əmin deyilsinizsə, məsafə saxlayın, əks halda,

zəhlətökən, tərbiyəsiz görünmək riski yaradırsınız, qarşı tərəf bunu sizin tərəfinizdən üzlülük kimi qəbul edəcək.

2.Şəxsi zona (50 sm ilə 120-150 sm arası) – bu, yaxşı tanıdığınız və xoşməramlı insanlarla qeyri-rəsmi şəraitdə ünsiyyət, söhbət etmək üçün rahat bir məsafədir, belə ki, bir-birinizə gərgin və ya yorğun olmadan baxa bilərsiniz, pıçıldaşdıqda və ya sakit danışanda bir-birinizi yaxşı eşidərsiniz.

3.Sosial zona (120 sm ilə 360 sm arasında) – bu, formal və ya rəsmi ünsiyyət üçün məsafədir. Bu məsafəni interval saxlamaq istəyən müdir və tabeçiliyində olanlar, biznes ortaqları arasında ünsiyyət üçün ən uyğunu hesab etmək olar.

4.İctimai zona (360 sm-dən daha çox) – bu məsafə işgüzar ünsiyyət üçün bir növ sərhədi göstərir, ondan sonra yalnız kommunikasiya baş tuta bilər.



Etiket normaları ilə bəzən canlı dillə ifadəyə ehtiyac duyulmur; bu davranış qaydaları da ünsiyyət və kommunikasiyadır. Etik normalara görə, azərbaycanlı mentalitetində qəbul və qadağan olunan bəzi davranış qaydaları vardır, bu bir işarə sistemidir: Kiçik böyüyə salam verməli. Salamı ucadan deməli. İçəri daxil olanın ayağına durmalı. Böyüyün sözünü kəsməməli. Yaşlı adama nəvaziş və hörmət göstərilməli. Valideynlərinin yanında həyat yoldaşını “arvad” və ya “ərim” deyə çağırmamalı. Söhbət zamanı üzünü yana çevirməməli. Yaşlı adamın əhvalını soruşmalı və s. Bunlar həyat normamızdır, pozulduqda dərhal diqqəti cəlb edir, ünsiyyətə təsir göstərir. İnsanın qeyri-verbal davranışı onun psixi vəziyyəti ilə də

sıx bağlı və onun ifadə vasitəsi kimi göstərici ola bilər. İşgüzar kommunikasiyada qeyri-verbal davranış vacib, mütləq deyil, şəxsiyyətin fərdi-psixoloji və sosial-psixoloji xüsusiyyətlərinin müşahidəsi üçün bilavasitə gizli göstəricidir. Qeyri-verbal davranış əsasında şəxsiyyətin daxili aləmi açılır, ünsiyyət və birgə fəaliyyətin psixi məzmununun formalaşdırılması həyata keçirilir. İnsanlar verbal davranışlarını dəyişən şəraitə uyğunlaşdırmaq üçün kifayət qədər tez alışırlar, lakin bədən dili az plastikdir.


İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR...


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin