Azərbaycan Dövlət Pedaqoji Universiteti Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


təhrikedici, inandırıcı və informasiyaverici



Yüklə 1,69 Mb.
səhifə5/8
tarix10.05.2022
ölçüsü1,69 Mb.
#57267
1   2   3   4   5   6   7   8
Azərb. d. işg. ak. kom. verbal və qeyri verbal

təhrikedici, inandırıcı və informasiyaverici.

Təhrikedici nitqin məqsədi ünsiyyətdə tərəf-müqabilini bu və

ya digər işi yerinə yetirməkdə fəallığa yönəltməkdir. İnandırıcı nitq dinləyicilərin emosiyasına əsaslanır, söyləyən qarşı

tərəfin və ya tərəflərin onun dediklərini necə qavradığını nəzərə alır. İnformasiyaverici hər cür informasiya mübadiləsidir. Monoloqlar təbriklər, təntənəli sağollaşmalar, müraciət, xeyir-dua nitqləridir.

Monoloji nitqin yazılı forması mütəşəkkil: əlaqəli, ardıcıl vəməntiqlidir (məsələn, bədii ədəbiyyatda İsgəndərin, Hamletin, Oqtay Eloğlunun, Sevilin və s. monoloqu). Monoloji nitq son dərəcə fəaldır, lakin elə yazılı forması vardır ki, fikir və mülahizələr sərbəst şəkildə şərh olunsa da, başqaları onu dinləmir və oxumur. Misal olaraq verbal ünsiyyətin məktub növünü göstərmək olar.



Məktub. İşgüzar yazışmalar gedən və gələn sənədlər kimi təşkilatlarda qeyd olunur və saxlanılır. İşgüzar məktub, məsələn, müqavilə və ya əmr kimi ciddi qanuni, hüquqi əhəmiyyətə malik bir sənəd növüdür. İşgüzar yazışmalarda rəsmi və xüsusi məktublar fərqlənir. Ən çox yayılmış məktub növləri bunlardır: rəsmi, şəxsi, xahiş, xəbər, sorğu, ərizə, təsdiq, reklamasiya, sifariş, təklif, əlavə, məlumat, təbrik, dəvətnamə, üzrxahlıq, başsağlığı, yolasalma, təşəkkür, xəbərdarlıq, rədd cavabı ifadə edən müşayiət, təminat, təqdimat, müxtəlif orqanlara müraciət və s. Məktub funksional məqsəd və məzmundan asılı olaraq tərtib olunur, ya adi vərəqlərdə, ya da xüsusi hazırlanmış blankda yazılır, köməkçi və məlumat verən hissələrə ayrılır, bu hissəyə ünvan sahibinə müraciət, məlumat verən aparıcı abzas, nəzakətli məlumat – mətn, sonda göndərənin imzası (lazım gəldikdə postkript) daxildir. Baş paraqraf məktubun, ümumiyyətlə, bir və ya iki cümlədən çox olmayan ilk abzasıdır, məcburi struktur elementi deyil, çox

zaman onun funksiyasını mətnin başlığı yerinə yetirir; birinci abzas qısa və son dərəcə aydın olmalıdır. Onun məqsədi məktubun motivini, mövzusunu, əsas mətni ilə tanışlıq, öyrənmə və qavrayış prosesini asanlaşdırmaqdır.Giriş hissəsi məktubun yazılmasına səbəb olan sualın mahiyyətini konkretləşdirməkdir. Birinci

cümlədə məktubun mahiyyəti aydın şəkildə ifadə edilir, sonrakı cümlələrdə mətnin əsas hissəsi ilə semantik bağlılıq var. Mətnin əsas hissəsi məsələnin müxtəlif tərəflərini ardıcıl və ətraflı şəkildə təsvir etməyə xidmət edir. Məktubun quruluşunun son elementi – imzanın qoyulması vacibdir; iki məqsəd daşıyır: məktub müəllifinin şəxsiyyətini təsdiqləyir və rəsmi məktuba hüquqi norma kimi qəbul edilir. Üslub baxımından işgüzar məktub dəqiq və qısa şəkildə tərtib edilir. Ünvan sahibinə lazımi, xoş təsir bağışlaması üçün bəzi məqamlar nəzərə alınmalıdır: məktub ilk sətrindən sonadək ünvan sahibində səmimilik təəssüratı yaratmalıdır, bütün rəsmiliyinə və

işgüzarlığına baxmayaraq, xeyirxahlıq nümunəsi göstərilməli, nəzakətlə yazılmalıdır; qarşı tərəfə hörmət göstərərkən özünü də unutmaq olmaz.

Epistolyar ənənələrə görə məktub iki növə ayrılır: 1.Cavab tələb olunmayan məktublar – monoloji. Bu, əsasən, bədii üslub üçün xarakterikdir (tipik nümunə kimi Hötenin Şarlotta Bufa platonik məhəbbətinin təsvirini verən avtobioqrafik məzmunlu “Gənc Verterin iztirabları” romanını göstərmək olar); 2.Replikalarla müşayiət olunan məktublar – dialoji. Burada bir və ya bir neçə adamla fikir mübadiləsi aparılır, müraciət edilir, suallar verilir, salam, şifahi öpüş göndərilir: sağ ol, salamat qal, bağrıma basıram, gözləyirəm, əllərini bərk-bərk sıxıram və s. kimi ifadələr işlədilir.

Düzgün imeyl, biznes məktubu aşağıdakı elementlərə malik olmalıdır:

– Məktuba mövzuya uyğun başlıq verilməlidir, təyinatı dəqiq olmalıdır, əks halda, məktubu qruplaşdırmaq olmur.

– Hər bir elektron məktubda bir məsələ qoyulmalıdır. Bir neçə birbiri ilə əlaqəsi olmayan məlumat verildikdə, son dərəcə vacib məsələlər unudulur.

– Salamlama + problem + təklif + sağollaşma: məktubda bu dörd ünsürdən istifadə etdikdə yazı daha rahat və tez yazılır.

– Əsas sözləri fərqləndirmək üçün məktubda müəyyən sözlərin üzərinə aksent edilir – qara və ya kursiv şriftlə yazılır. Bununlahəm yazı monoton olmur, həm də istənilənlər daha dəqiq və aydın olur.Monoloq janr-üslubi və ya funksional-məna xüsusiyyətlərindən asılı olaraq, müəyyən kompozisiya formasına malikdir. Bu mənada bədii, natiqlik, rəsmi-işgüzar monoloqlar təsviri, söyləmə, təfsirvetmə, izahvetmə xüsusiyyətlərinə, onlar da öz növbəsində rəsmiliyinə və hazırlanma dərəcəsinə görə fərqlənirlər. Məsələn, rəsmi şəraiti nəzərə alaraq, monoloji nitq söyləmək mütləq əvvəlcədən hazırlaşmağı tələb edir. Müəyyən mənada monoloq nitqin incəsənət formasıdır, ritorik müraciətləri daim dialoqa meyillidir, bu da adresatın kommunikativ aktivliyinə təsir edir, onda cavab reaksiyası yaradır.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin