Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 0,8 Mb.
səhifə2/7
tarix04.06.2023
ölçüsü0,8 Mb.
#124738
1   2   3   4   5   6   7
Musiqi SB

Dərsin üçüncü mərhələsi musiqi ədəbiyyatı mərhələsində proqrama müvafiq hər hansı bir bəstəkarın yaradıcılığı haqqında məlumat alır və həmin bəstəkarın əsərlərindən birini, yaxud əsərin müəyyən bir hissəni, epizodu dinləyirlər. Bu zaman onlar əsərin forma və janrı ilə tanış olur, avazını yadda saxlamağa çalışırlar ki, onu digər musiqi əsərlərindən fərqləndirə bilsinlər.
Əgər onların dinlədikləri musiqi əsəri simfonik yaxud xalq çalğı alətləri orkestrin ifasında səslərinsə, bu zaman şagirdlər simfonik orkestrin və ya xalq çalğı alətləri orkestri ilə onun tərkibindəki alətlərlə tanış olmalıdırlar. Onun digər musiqi alətlərindən fərqləndirməyi bacarmalıdırlar.

«Musiqi» fənninin tədrisi zamanı keçiriləcək bir saatlıq dərsin mövzusunda dərsin hər üç mərhələsi – mahnı oxuma, musiqi savadı, muiqi ədəbiyyatı öz əksini tapmalıdır. Eləcə də həmin mövzunun tədrisində mütləq məqsəd bildirilməlidir. Yəni, məqsəddə də hər üç mərhələ öz əksini tapmalıdır – mahnının öyrədilməsində, xorla oxumada, eləcə də musiqi savadı və musiqi ədəbiyyatı, musiqi dinlənilməsi prosesində nəyə nail olunmalıdırsa, o da planda yaxud icmalda göstərilməlidir.
Tədris prosesində istifadə olunan müasir təlim metodlar əvvəlki təlim sistemlərini heç də inkar etmir. Bu metodlar sadəcə olaraq dərsin təkmilləşdirilməsində çatış- mamazlıqları dəf etməkdə mühüm bir vasitə kimi fəaliyyət göstərərək qarşılıqlı əlaqə və asılılıqları dərinləşdirir.
Müasir təlim proseslərinin həyata keçirilməsi müǝl- limdən onun nəzəri, pedaqoji, psixoloji, metodik hazır- bığından, erudisiyasından, dərsə hazırlaşarkən işini məqsədəuyğun planlaşdırmasından, dərs zamanı təfəkkürün itiliyindən, çevikliyindən asılı olur. Müəllim dərin elmi biliklərə malik olmalıdır. Müəllim dərsdə mövzunun mahiyyətini şagirdlərə hərtərəfli əlaqələr şəraitində, təbii vəhdətdə dərk etmələri üçün digər fənlərə də müraciət etməli, eyni zamanda təbiət və cəmiyyətdə baş verən qanunauyğunluqlarla əlaqələndirərək başa salmalıdır.
Müəllim şagirdləri yalnız yaxşı musiqişünas, idmançı, rəssam, alim yetişdirməyi qarşısına məqsəd qoy- mamalıdır. O, çalışmalıdır ki, həm də əsl tinsan, şəxsiyyət tərbiyə edə bilsin.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin