Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 0,8 Mb.
səhifə4/7
tarix04.06.2023
ölçüsü0,8 Mb.
#124738
1   2   3   4   5   6   7
Musiqi SB

Sergey Prokofyev
Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir.
Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlərini şok vəziyyətinə salsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır. Prokofyevin musiqisi fəal və dinamikdir.
Mən dayanmağı xoşlamıram, daim hərəkətdə olmaq istəyirəm”.
Sergey Prokofyev 1891-ci ildə Yekatirinoslav quberniyasının Sonsov kəndində aqronom ailəsində anadan olmuşdur. 5 yaşında ilk fp pyesinin yazır. 9 yaşında “Nəhəng” adlı opera yazır. 1904-cü ildə Peterburq konservatoriyasına qəbul olur. Bu zaman o 4 opera, 2 sonata, simfoniya, bir neçə fp pyeslərinin müəllifi idi.1918-ci ildə o, Oktyabr inqilabını qəbul etmədiyinə görə Rusiyanı tərk edir və düz on beş il xaricdə yaşayır. Fransa, İspaniya, İngiltərə, ABŞ, Kanada, Yaponiya, Belçika və digər ölkələrdə verdiyi yüzlərlə konsert, bəstələdiyi çoxsaylı əsərlər ona ümumdünya şöhrəti gətirir. Lakin Prokofyev Vətəndən ayrı qala bilmir.
1933-cü ildə Rusiyaya qayıdır və ömrünün ən yetkin illərini, yaradıcılığının ən dolğun dövrünü məhz burada yaşayır. Lakin qeyd etməliyik ki, kommunizm rejimi Prokofyevin bədii axtarışlarına ciddi maneələr törədir. Belə ki, 1948-ci ildə o, Dmitri Şostakoviç və digər görkəmli sənətkarlarla bərabər, kommunist partiyası tərəfindən qeyri-xəlqilikdə, melodiyalarının miskinliyində, milli qaynaqlardan uzaq düşməkdə ittiham olunur. Doğrudur, on il sonra bu tənqidləri elə həmin kommunist partiyası rəsmi şəkildə istedadlı sənətkarları təqib kimi qiymətləndirir. 1953-cü ildə o, SSRİ-nin rəhbəri İosif Stalinlə bir gündə — martın 5-də dünyasını dəyişir.Prokofyev musiqisinin janr dairəsi zəngin və rəngarəngdir. O, musiqili teatra, simfoniyaya, fortepiano və xor musiqisinə müraciət etmiş və bütün bu sahələrdə gözəl sənət nümunələri yaratmışdır. Bəstəkarın istinad etdiyi ədəbi mənbələr sırasında nağıllar xüsusi yer tutur. Məsələn, “Üç portağala məhəbbət” operası İtaliya dramaturqu K.Qotsinin nağılı, “Zoluşka” baleti fransız yazıçısı Ş.Peronun eyniadlı nağüı, “Təlxək haqqında nağıl” “Daş çiçək haqqında hekayət” baletləri isə rus nağılları əsasında yazılmışdır.
Doğma vətəni Rusiyanın tarixi və məişəti, folk-loru və milli özünəməxsusluğu bəstəkarı daim düşündürmüşdür. O, dahi yazıçılardan- L.Tolstoyun “Hərb və sülh”, F.Dostoyevskinin “Oyunçu” romanlarına müraciət edib eyniadlı operalar yaratmışdır. Görkəmli rus rejissoru S.Eyzenşteynin “Aleksandr Nevski” və “İvan Qroznı” kinofılmlərinə yazdığı musiqi də həmin meylin təzahürüdür.
Qeyd etmək lazımdır ki, “Aleksandr Nevski” fılminə bəstələnmiş musiqi sonradan dinləyicilərə kantata şəklində də təqdim olunmuşdur. Lakin Prokofyev yalnız rus mənşəli mövzularla kifayətlənməmişdir.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin