AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov  A.A,  Qurbanov  A.İ.:  Kitabxanaların  kompüterləşdirilməsinin  əsasları: 
Dərslik.-B.: Bakı Universiteti nəşriyyatı, 2007.- 200 s. 
2.
 
 Xələfov  A.,  Musayeva  N.  Avtomatlaşdırılmış  kitabxana  –  informasiya  idarəetmə 
sistemləri // Bakı Universitetinin xəbərləri: Humanitar elmlər seriyası.- 2002.- № 2.- 
S. 243- 250. 
3.
 
Rüstəmov Ə., Mustafayeva N. Avtomatlaşdırılmış kitabxana – informasiya idarəetmə 
sistemləri və şəbəkələri (nəzəri və metodiki məsələləri). – Bakı, 2007.- 236 s.  
 
 
Aygun Huseynova 
 
USĠNG AUTOMATED LĠBRARY ĠNFORMATĠON  
SYSTEMS ĠN LĠBRARĠES 
 
Summary 
Modernizing libraries. Works on making digital catalog, digital library. Orginizing the 
training of the use of Azerbaijan Automated Library Information System (ALISA). Orginizing 
ALISA in libraries. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 96 - 
Samirə Nadir qizi Cəlilova  
 Respublika Mədəniyyət Müəssisələri İşçilərinin 
Hazırlıq və İxtisasartırma Mərkəzi                                                             
celilova_samire@mail.ru 
 
 
KĠTABXANAÇILARIN PEġƏ FƏALĠYYƏTĠNĠN ARTIRILMASINDA 
“MƏDƏNĠYYƏT HAQQINDA” AZƏRBAYCAN RESPUBLĠKASI 
QANUNUNUN ROLU 
 
 
Açar  sözlər:  Mədəniyyət  Qanunu,  mədəni  müxtəliflik,  mədəniözünüifadə,  maddi  və 
qeyri-maddi mədəni irs,sosial tədbirlər, mədəniyyət sənayesi, multimedia, multikulturalizm. 
 
Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü 
boyu maariflənsin. (A.V.Lunaçevski) 
Peşəkarlıq-öz  ixtisasını  mükəmməl  bilmək,  yüksək  peşəkarlıq  nümayiş  etdirmək 
deməkdir. Peşəkarlıq insana əmək fəaliyyətindən həzz almağa stimul verir. İnsanın həyatının 
ən vacib, mürəkkəb məsələlərindən biri peşə seçimidir. 
Kitabxanaçı bu gün peşəsini nə səviyyədə bilir? 
Bu günün kitabxanaçısı əvvəlki dövrlərlə müqayisədə komputeri mükəmməl bilir, infor-
masiya  resurslarından  istifadə  edə  bilir,  avtomatlaşdırılma  sisteminə  görə  kitabların  elektron 
sistemini  yarada  bilir,  təşkil  olunmuş  proqramlarla  işləyir,  sosial  əhəmiyyətli  tədbirlərin  ikt-
dən istifadəsini təmin edir və s. 
Kitabxanada  fəaliyyət  göstərən  bütün  şöbələr  üzrə  kitabxanaçı  öz  vəzifə  borcunun 
öhdəsindən layiqincə gələ bilir. Kitabxanaçının, bununla yanaşı, Azərbaycan Respublikasının 
Konstitusiyasını  (1995-ci  il),  ―Mədəniyyət  haqqında‖  Azərbaycan  Respublikasının  Qanunu 
(2012-ci  il),  Azərbaycan  Respublikasının  ―Mədəniyyət  Konsepsiyası‖nı  (14  Fevral,  2014-cü 
il), Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Res-
publikasının  Prezidenti  tərəfindən  20  aprel  2007-ci  il  tarixdə  ―Azərbaycanda  kitabxanaların 
fəaliyyətinin  yaxşılaşdırılması  barədə‖6  oktyabr  2008-ci  il  tarixdə  ―Azərbaycan  Respublika-
sında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı‖nı 
və s. bilməyi vacib şərtlərdəndir. Xüsusi olaraq qeyd edilməli ən vacib məsələ ondan ibarətdir 
ki, kitabxanaçı Azərbaycan Respublikasının Qanunlarını mükəmməl bilərsə, o, davranış nor-
malarını, milli mədəni irs nümunələrini təbliğ və təşviq etməyi, kitabxana işinə dair normativ-
hüquqi aktları işinə tətbiq etməyi bacaran bir şəxs kimi formalaşmış olar. 
Kitabxanaçı mədəniyyət sahəsində çalışan bir şəxs olaraq, mədəniyyətin bütün növ və 
formalarını, mədəniyyətə dair anlayışları bilməli, o cümlədən, tətbiq etməyi bacarmalıdır. 
Mədəniyyət nədir? 
―Mədəniyyət  haqqında‖  Azərbaycan  Respublikası  Qanununda  mədəniyyətə  verilən 
tərif, həqiqətən də, öz inkişaf aspektinə  görə əvvəlki təriflərdən fərqlənir. ―Mədəniyyət haq-
qında‖ Azərbaycan Respublikası Qanunu Maddə 1-də mədəniyyətə verilən tərif: 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 97 – 
 
1.0.1.Mədəniyyət, ədəbiyyət və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupla-
rın  maddi,  mənəvi,  intellektual  və  emosional  xüsusiyyyətlərini  müəyyənləşdirən,  insanların 
həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin 
məcmusudur.[1] 
Kitabxanaçı sosial qruplar - mədəniyyət, turizm, idman, səhiyyə, elm, təhsil sahələri ilə 
əlaqə yaradan şəxs kimi formalaşır. Bu səbəbdən kitabxanaçı, eyni zamanda, insanların həyat 
tərzini, birgə yaşayış qaydalarını öyrənmək baxımından maraqlıdır. 
Kitabxanaçının  peşə  fəaliyyətindən  danışarkən  bir  məsələni  də  xüsusi  qeyd  etmək  la-
zımdır ki, kitabxanaçı bu gün şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məq-
sədilə yaradılan şəraitə uyğun mədəniyyət xidmətini nə səviyyədə göstərir. 
Bu gün kitabxanalarda mədəniyyət xidmətini göstərən subyekt kitabxanaçıdır. Mədəniy-
yət xidmətinin yüksək səviyyədə göstərilməsi üçün şəraitin yaradılması vacib şərtlərdəndir. 
Müasir multimedia işinin yüksək səviyyədə qurulması xidmətlərin istehsalının yaranma-
sına səbəb olmuşdur. Bu səbəbdən mədəniyyət sənayesi bu gün müasir anlayış kimi çox pers-
pektivlidir. 
Mədəniyyət  sənayesi  dedikdə,  mədəniyyət  məhsulları  və  xidmətlərinin  istehsalını  və 
realizə  edilməsini  təmin  edən  fəaliyyət  sahəsi  başa  düşülür.  Kitabxana  sahəsində  nəşriyyat, 
elektron  nəşriyyat,  multimedia  işi  mədəniyyət  sənayesinə  daxildir.  Məlum  məsələdir  ki,  çap 
məhsulları, elektron kitablar ən əsas mədəniyyət vasitəsi olaraq ünsiyyət yaradır. 
Mədəniyyət  sənayesi  baxımından  aparılan  işlərdən  danışdıqda  kitabxanaların  avtomat-
laşdırılma  məsələsini  xüsusi  olaraq  qeyd  etmək  lazımdır.  Bu  səbəbdən  Nazirlik  tərəfindən 
―2011-2012-ci  illər  kitabxanaların  avtomatlaşdırılması  ili‖  elan  olunmuşdur.  Kitabxanaların 
avtomatlaşdırılması  kitabxanaçı  və  oxucuların  işini  asanlaşdırmışdır.  Mədəniyyət  sənayesinə 
daxil  olan  istiqamətlərdən  biri  kimi  multimedia  işinin  də  adını  xüsusi  qeyd  etmək  lazımdır. 
Gənc  nəslin  milli-mənəvi  dəyərlər  ruhunda  tərbiyəsində  kitabxanalarımızda  təşkil  olunmuş 
multimedia zalının  böyük  əhəmiyyəti vardır. Kitabxanaçı  mədəniyyətimizi- maddi və qeyri-
maddi  mədəni  irsimizi  təbliğ  etmək  məqsədilə  Qanunda  öz  yerini  tapmış  məsələlərə  xüsusi 
diqqət yetirməlidir. 
Kitabxana  eyni  zamanda  sosial  institut  olaraq  cəmiyyətin  təhsillə  bağlı  təlabatını  ödə-
məyə xidmət edir. Bu səbəbdən kitabxanada dərslərin və dərnəklərin təşkili, uşaqlara mütaliə 
mədəniyyətinin aşılanması, valideynlər və uşaq mütaliəsinə rəhbərlik edənlərlə iş qeyri-maddi 
mədəni irsin təbliğinə həsr olunmalıdır. Multimedia imkanlarından düzgün istifadə kitabxana-
çının əsas vəzifəsi olmalıdır. Müxtəlif mövzular üzrə təqdimatların, video çarxların hazırlan-
ması bərabərlik, demokratiklik, humanistlik, keyfiyyətlilik, dünyəvilik, səmərəlilik və s. prin-
siplərə əsaslanmalıdır. 
Kitabxana sahəsində qanunvericiliyə əsasən keçirilən tədbirlər milli mədəniyyətin bərpa 
edilməsi,  qorunması,  inkişafı  və  təşviqinə  yönəldilməlidir.  İnsanların  Azərbaycan  və  dünya 
mədəniyyəti  nümunələrinə,  mədəni  sərvətlərə  sərbəst  yiyələnmələri  üçün  sosial  əhəmiyyətli 
tədbirlərin təşkilinin böyük əhəmiyyəti vardır. Sosial əhəmiyyətli tədbirlərə mədəniyyət gün-
ləri, festivallar, baxış,  müsabiqə, təqdimat,  yubiley  və xatirə  tədbirləri, eləcə də, mədəniyyət 
və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbir-
ləri aid edilir. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 98 - 
İnsanlarda kitaba marağı daha da artırmaq məqsədi ilə ölkəmizdə çox əhəmiyyətli təd-
birlər  keçirilmişdir.  IV  dəfə  keçirilmiş  Bakı  Beynəlxalq  Kitab  Sərgi-Yarmarkasında  təşkil 
olunmuş tədbirlər, təqdimat mərasimləri, yubileylər, yazıçı-şairlərlə görüşlər öz əhəmiyyətinə 
görə fərqlənmişdir. 
Kitabxanaçı eyni zamanda sərgilərin təşkil edilməsinin ən əsas təşkilatçısı, dəyərli ədəbi 
-əsərlərin təbliğatçısı olan bir şəxs kimi fəaliyyət göstərir. O, dekorativ-tətbiq sənət növləri ilə 
dekorativ-tətbiqi  sənət  nümunələrini  seçməyi,  daşınar və  daşınmaz mədəni  irs nümunələrini, 
milli mədəni irs nümunələrini təbliğ etməyi bacarmalıdır. 
―Mədəniyyət haqqında‖ Qanun - Maddə 5-də dövlətin vəzifələrindən biri də mədəniyyət 
sahəsində  tədbirlərin  hazırlanması  və  icrası  işinin  fəaliyyət  göstərən  şəxslərlə  əməkdaşlıq 
şəraitində həyata keçirilməsindən bəhs edir. 
Son  illərdə  ədəbi  həyatda  baş  verən  ən  mühüm  hadisələrdən  biri  də  ―Qızıl  Kəlmə‖ 
Ədəbi Mükafatının təsis edilməsidir. Dövlətimiz tərəfindən dəyərli əsərlərə qiymət verilməsi, 
qeyri-maddi mədəni irsin qorunması baxımından mühüm addım sayıla bilər. Bu layihəyə görə 
―Qızıl Kəlmə‖ mükafatı 2009-cu ildən başlayaraq hər iki ildən bir təqdim olunur. 
Mənəvi sərvətimiz olan klassiklərimiz hər zaman dövlətin nəzərində olmuşdur. Onların 
xatirəsini əbədiləşdirmək məqsədi ilə keçirilmiş sosial əhəmiyyətli tədbirlərdə kitabxanaların 
iştirakını xüsusi olaraq qeyd etmək lazımdır. 
―Mədəniyyət  haqqında‖  Qanun-  Maddə  7-də  mədəni  həyatda  iştirak  etmək  hüququna 
görə hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradı-
cılıq  fəaliyyətini  seçməkdə, mədəni  sərvətlərin  yaradılmasında, mədəni  nemətlərdən bərabər 
istifadə etməkdə tam sərbəstdir. Maddə 8-də mədəni özünəməxsusluq hüququna görə hər kə-
sin öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mənəvi, estetik və digər dəyərlə-
rini sərbəst seçmək hüququ vardır. Dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsuslu-
ğunun qorunmasına və inkişafına dəstək göstərir. 
Kitabxanaçı yaradıcılıq fəaliyyəti ilə məşğul olan bir şəxs olaraq, ―Mədəniyyət haqqın-
da‖  Qanun-  Maddə  9-da  yaradıcılıq  azadlığına  görə  ―Müəlliflik  hüququ və  əlaqəli  hüquqlar 
haqqında‖ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq fəaliyyəti-
nin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanu-
nun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, ha-
belə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir. 
―Mədəniyyət  haqqında‖  Qanuna  görə  Azərbaycan  Respublikası  vətəndaşları  xaricdə 
mədəniyyət  fəaliyyəti  ilə  məşğul  olmaq,  mülkiyyət  hüququ,  sahibkarlıq  hüququ,  təhsil  hü-
ququ,  mədəniyyət  müəssisələrindən  və  mədəni  sərvətlərdən  istifadə  etmək  hüququna  ma-
likdir. 
Azərbaycan Respublikasında mədəniyyət fəaliyyətinin subyektləri dövlət orqanları, fizi-
ki, o cümlədən, yaradıcı şəxslər, hüquqi şəxslər, həmçinin mədəniyyət müəssisələri və qeyri-
hökumət təşkilatları ola bilərlər.[8] 
Kitabxanaçı eyni zamanda mədəniyyət sahəsində təşkilati fəaliyyət  göstərən bir insan-
dır. Maddə 21-də mədəniyyət sahəsində təşkilati fəaliyyətə Azərbaycan mədəniyyətinin milli 
və bəşəri dəyərlərin təbliği, təşviqi, mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, on-
ların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkilinə xüsusi yer verilir. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 99 – 
 
Mədəniyyət  sahəsində  fəaliyyətin  xüsusiyyətlərindən  danışarkən,  bir  məsəni  də  xüsusi 
olaraq  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respubliasının  milli  mədəni  irsinə  aid  sərvətlər 
bank zəmanəti kimi istifadə edilə bilməz. 
―Mədəniyyət haqqında‖ Qanun - 22.5. Milli mədəni irsə aid, o cümlədən, muzey, arxeo-
logiya,  etnoqrafiya,  kitabxana,  kino  fondlarına  və  ya  arxivlərinə  məxsus  mədəni  sərvətlərin 
hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə 
edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.[9] 
Mədəniyyət sahəsində fəaliyyət  göstərən kitabxanaçı  yuxarıda göstərilən qaydalara uy-
ğun olaraq işini qurmalıdır. Eyni zamanda kitabxanaçı mədəniyyət sahəsində dövlət reyestri-
nə,  beynəlxalq  təşkilatlar  tərəfindən  qorunan  milli  mədəni  irs  nümunələrimizə  hörmətlə  ya-
naşmalı, onların təbliği və təşviqi işini qurmağı bacarmalıdır. 
  Mədəniyyət  sahəsində  dövlət  siyasətinin  təmin  edilməsi  məqsədilə  yerli  və  mərkəzi 
elektron  məlumat  sistemini  ehtiva  edən  elektron  məlumat  sisteminin  yaradılması  da  mühüm 
hadisədir. Bu məsələ də Qanunda öz əksini tapmışdır. 
Mədəniyyət sahəsində məlumatların obyektivliyinin və müqayisəliliyinin təmin edilmə-
si məqsədi də ―Mədəniyyət haqqında‖ Qanun, Maddə 28-də öz əksini tapmışdır. 2015-ci ilin 1 
iyul tarixinə olan statistik məlumatlara görə Azərbaycan Respublikasında 3002 kütləvi kitab-
xana (4 respublika əhəmiyyətli kitabxana, 76 mərkəzi kitabxana, 369 şəhər, qəsəbə kitabxana 
filialı,(o  cümlədən,  Bakıda  75)  2358  kənd  kitabxana  filialı)  fəaliyyət  göstərir.  2008-2014-cü 
illərdə 891 kitabxana filialı fəaliyyətini  dayandırmış,  yaxud birləşdirilmişdir[155]. Mədəniy-
yət  müəssisələrinin  yaradılması  və  fəaliyyətinə  xitam  verilməsi  bu  Qanunun  20.2-ci  maddə-
sinə uyğun olaraq həyata keçirilir. 
2016-cı  il  Hörmətli  Prezidentimiz  İ.Əliyev  tərəfindən  ―Multikulturalizm  ili‖elan 
olunmuşdur.  Multikulturalizm  məsələsi  ―Mədəniyyət  haqqında‖  Qanun  Maddə  1.  Əsas 
anlayışlar-1.0.19.-da  mədəni  özünüifadə  müxtəlifliyi  (mədəni  müxtəliflik)  adı  ilə  izahını 
tapmışdır.  Mədəni  özünüifadə  müxtəlifliyi  (mədəni  müxtəliflik)-ayrı-ayrı  qrupların  və 
cəmiyyətlərin  mədəniyyətlərinin  öz  ifadəsini  tapdığı,  qruplar  və  cəmiyyətlər  arasında  və 
onların daxilində ötürülən müxtəlif formalardır. 
Kitabxanaçı  multikulturalizm  məsələsini  dərindən  öyrənməli,  tək  sərgilənmə  işində 
deyil,  təhsil  müəssisələri  ilə  də  əlaqə  yaradarkən  tətbiq  etməlidir.  Sərgilənmə  işində  mədəni 
müxtəliflikdə hansı ədəbiyyatın təbliğinə və təşviqinə dəyər verilməlidirsə, onu bilməlidir. 
                             
    
ƏDƏBĠYYAT 
 
1.‖Mədəniyyət haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 2012, 21 dekabr. 
2.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2006-2016. Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, 2016. 
3.Azərbaycan Respublikasının ―Mədəniyyət Konsepsiyası‖ 14 Fevral 2014-cü il. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 100 - 
Samira Jalilova 
 
LEARNING “THE LAW OF AZERBAIJAN REPUBLIC ABOUT CULTURE” ON 
INCREASING LIBRARIANS ACTIVITIES AS AN ACTUAL PROBLEM 
 
 
 
 
 
 
 
Summary 
The Libraian who works at the library serves culturally. He (she) must know the law of 
the Azerbaijan Republic which is about “Culture”, must be able to use it while working must 
try to propagate the cultural heritage examples.           

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 101 – 
 
Tamilla Əsgərova  
ADMİU, Kitabxana müdiri 
asgerova.70@mail.ru  
 
 
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNĠYYƏT VƏ ĠNCƏSƏNƏT 
UNĠVERSĠTETĠNDƏ TƏHSĠL PROSESĠNĠN KĠTABXANA-ĠFORMASĠYA 
TƏMĠNATININ MÜASĠR VƏZĠYYƏTĠ VƏ PERSPEKTĠVLƏRĠ 
 
Açar  sözlər:  elektron  kataloq,  informasiya  cəmiyyəti,  tədris  ədəbiyyatı,  monoqrafiya, 
layihə. 
 
“Xalqımızın  yaratdığı  qiymətli  tarixi-mədəni,  ədəbi-bədii  və  elmi-fəlsəfi  irsin  toplanıb 
saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında 
və  cəmiyyətimizin  intellektual-mənəvi  potensialının  artırılmasında  kitabxanalarımız  əvəzsiz 
rol oynayır.” 
İlham ƏLİYEV 
 
 
Azərbaycanda  mədəniyyət  və  incəsənət  sahələri  üzrə  yüksəkixtisaslı  mütəxəssis  kadr 
hazırlayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universiteti (ADMİU) ali təhsil və 
elm  məbədgahı  kimi  yarandığı  gündən  indiyə  qədər  şərəfli  tarixi  inkişaf  yolu  keçmiş,  bir 
məşəl kimi təhsilin, elmin yolunu aydınlatmaqla qüdrətli bir elm ocağına çevrilmiş, öz elmi-
intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə nəinki respublikamızda eləcə də, ölkə-
mizin hüdudlarından kənarda da tanınaraq böyük nüfuz qazanmışdır.  
Azərbaycan Maarif Komissarlığının qərarı ilə 1923-cü ildə yaradılmış Bakı Teatr Mək-
təbinin bazası əsasında 1945-ci ildə təşkil olunmuş Teatr İnstitutunda (indiki ADMİU) həmin 
dövrdə  təkcə  Azərbaycan  üçün  deyil,  Özbəkistan,  Türkmənistan,  Dağıstan,  Krım  və  digər 
regionlar üçün də aktyor və rejissor kadrları hazırlanırdı [3].  
Ölkəmizin dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildə ADMİU Bakı Dövlət Univer-
sitetindən sonra respublikamızda universitet statusu əldə etmiş ilk institut olmuşdur.  
Bəşər sivilizasiyasının elm və mədəniyyət tarixindən məlum olduğu kimi, heç bir təhsil 
və elm müəssisəsi kitabxanasız fəaliyyət göstərə bilməz. Müəllim və tələbələrin elmi mütaliə 
prosesini təşkil etmək məqsədilə bu təhsil ocağında   yaradılmış kitabxana hələ 1925-ci ildən   
fəaliyyətə  başlasa  da,  zəngin  kitab  fonduna  malik  kitabxananın  formalaşması  və  kitabxana-
biblioqrafiya xidmətinin səviyyəsinin yüksəlməsi, ali təhsil müəssisəsinə çevrildikdən sonrakı 
ADMİU-nun  fəaliyyəti dövründə əldə etdiyi ən mühüm elmi-mədəni nailiyyətlərdən biri ol-
muşdur.  
Bu  gün  ADMİU-nun  kitabxanası  (bundan  sonra  -  Kitabxana)  möhtəşəm  kitab  məbədi 
olaraq  ölkəmizdə  mədəniyyətin  müxtəlif  sahələri,  eləcə  də  sosial,  ictimai  və  humanitar  elm 
sahələri  üzrə  ən  iri  ali  təhsil  müəssisəsi  kitabxanasıdır  və  hazırda  dünya  xalqlarının  bir  çox 
dillərində (ingilis, alman, fransız, rus, türk, fars, ərəb və s.) 100 mindən artıq informasiya re-
sursları  fonduna  malikdir.  Bu  zəngin  xəzinəyə  Azərbaycan,  Şərq  və  Avropa  xalqlarının 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 102 - 
dillərində  nəşr  edilmiş  elmi  monoqrafiyalar,  dissertasiyalar,  dövri  nəşrlər,  məlumat  nəşrləri, 
təsviri sənət materialları və elektron nəşrlər daxildir. 
Müstəqillik illəri Kitabxananın həyatında yeni mərhələnin başlanğıcı, yenidənqurma və 
böyük islahatlar illəri kimi xarakterizə olunur. Müstəqil Azərbaycanda əsası ulu öndər Heydər 
Əliyev  tərəfindən  qoyulmuş  kitabxana  siyasəti  müvəffəqiyyətlə  davam  etdirilir.  Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycanda kitab-
xanaların  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında”  sərəncamı  və  “Azərbaycan  Respublika-
sında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” 
Kitabxananın fəaliyyətinin inkişafına təkan vermişdir. 
Hazırki mərhələdə də ölkəmizdə kitabxanaların davamlı inkişafının stimullaşdırılmasına 
yönəlmiş,  dolğun,  təşkilati-struktur  cəhətdən  yenilənməsi,  bütün  proseslərin  texnoloji  cəhət-
dən  müasirləşməsi,  həmçinin  personalın  peşəkar  şüurunda  pozitiv  dəyişikliklərin  meydana 
gəlməsi hesabına reallaşdırılan kitabxana işinə dair innovativ dövlət siyasəti həyata keçirilir. 
[1, 70]. 
Bu günə qədər Kitabxanada formalaşmış informasiya sərvətləri Azərbaycan elminin in-
tellektual potensialı, onun qüvvəsi və qüdrətinin mühüm tərkib hissəsidir. Fəaliyyət göstərdiyi 
dövrdə  Kitabxana  ölkəmizdə  kulturologiya  və  sənətşünaslıq  üzrə  elmi  araşdırmalar  aparan 
alim  və  mütəxəssislərin  informasiya  təminatının  optimallaşdırılması  istiqamətində  məqsəd-
yönlü tədbirlər həyata keçirmiş, onların dünya informasiya məkanına inteqrasiyası üçün lazı-
mi şərait yaratmışdır və bu sahədə fəaliyyətini uğurla davam etdirməkdədir. 
Hər il Kitabxananın oxucularının sayı artmaqdadır, hazırda Kitabxananın 5 mindən artıq 
istifadəçisi var. Müəllim və tələbə heyətinin, eləcə də alim və mütəxəssislərin informasiya tə-
ləbatlarının ödənilməsində 150 mindən artıq biblioqrafik informasiyanı əks etdirən təkmilləş-
miş informasiya-axtarış sisteminin xüsusi rolu vardır. 
Oxuculara xidmət  işinin  informasiyalaşdırılması  istiqamətində Kitabxanada iş aparılır, 
―ИРБИС-64‖ avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) vasitəsilə elektron ka-
taloq yaradılır. Elektron kataloqda kitablar, avtoreferatlar, dissertasiyalar, jurnal və dövri mət-
buat materialları ayrı ayrı bazalarda yığılır.  
 ―ИРБИС-64‖ AKİS-i Kitabxananın fondunun komplektləşdirilməsini və uçotunu, abo-
nement  və  axtarış-məlumat  xidmətini  avtomatlaşdırır,  internet  şəbəkəsi  vasitəsilə  oxucuların 
uzaq məsafədən ―online‖ rejimində ədəbiyyat axtarışı və sifarişini təmin edir. Eyni zamanda 
Kitabxanada elektron məlumat bazalarının yaradılması və zənginləşdirilməsi üzərində də işlər 
davam etdirilir.  
Müxtəlif elmi mövzulara, əlamətdar və tarixi günlərə, ayrı-ayrı alim və yazıçı, görkəmli 
mədəniyyət  və  incəsənət,  dövlət  xadimlərinin  yubileylərinə  həsr  edilmiş  ənənəvi  və  virtual 
ədəbiyyat sərgiləri və eyni zamanda yeni daxil olan kitabların sərgiləri də Kitabxananın fəa-
liyyətində mühüm yer tutur. Hər il orta hesabla 35-40 sərgi təşkil edilir. Son illərdə dövlətçili-
yimizlə, azərbaycanşünaslıqla, həmçinin multikulturalizm üzrə ədəbiyyat  sərgilərini təşkilinə 
xüsusi diqqət yetirilmişdir. 
İşgüzar  münasibətlərin  genişləndirilməsi  və  möhkəmləndirilməsi  məqsədilə  Kitabxana 
ADMİU-nin əməkdaşlıq etdiyi dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət mü-
əssisələri ilə olan əlaqələrini daha da  möhkəmləndirməyə başlayıb. Belə ki, hazırda ADMİU  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 103 – 
 
22 xarici dövlətin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 24-i ilə arasında 
əməkdaşlıq  müqaviləsi  imzalanmışdır.  Bu  müqavilələr  əsasında  Kitabxana  beynəlxalq  kitab 
mübadiləsi həyata keçirməyə çalışır. 
Hazırda Kitabxananın fondunun, onun informasiya resurslarının inkişafı mövcud prob-
lemlərə baxmayaraq mövzu tərkibi baxımından əsasən sistemli xarakter daşımış, ADMİU-da 
tədris olunan fənlərin və burada aparılan tədqiqatların mühüm istiqamətlərinə uyğun olmuş və 
komplektləşdirilmə  prosesində  universitetdə  nəzəri  ixtisaslardan  dərs  deyən  professor-müəl-
lim  heyətinin  elmi-tədqiqat  işləri,  dərsliklər  və  monoqrafiyalarının  əldə  edilməsinə  xüsusi 
önəm verilir. 
 Qeyd edək ki,  son beş ildə ADMİU-da 49 monoqrafiya, 53 dərslik, 70 dərs vəsaiti, 260 
proqram  və  metodiki  göstəriş  nəşr  edilmiş,  müəllim  və  tələbələrin  respublika  və  xarici  elmi 
jurnallarda yüzlərlə elmi məqalələri çap edilmişdir. Bu dövrdə universitetdə 800-ə yaxın mə-
qalə və resenziya çap olunmuşdur.  
Kitabxana fondunun komplektləşdirilməsində ADMİU-da çap olunan ―Mədəniyyət dün-
yası‖  və  ―Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  Elmi  Əsərləri‖  adlı 
elmi-nəzəri məcmuələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası Prezidenti  ya-
nında Ali Attestasiya Komissiyasının nəşrləri siyahısına daxil edilmiş bu məcmuələrdə sənət-
şünaslıq,  kulturologiya,  muzeyşünaslıq,  fəlsəfə  və  onların  tədrisi  metodikası  ilə  bağlı  elmi 
əsərlər çap olunur.  
 Kitabxana  çoxillik  fəaliyyəti  dövründə  müxtəlif  diplom  və  fəxri  fərmanlarla  mükafat-
landırılmışdır. Əldə edilmiş nailiyyətlər Kitabxananın kollektivinin səmərəli əməyinin nəticə-
sidir. Bu illər ərzində Kitabxana Bakıda 4 dəfə təşkil olunmuş ənənəvi Beynəlxalq kitab sərgi-
yarmarkasında  fəal  iştirakına  görə,  Azərbaycan  Turizm  və  Mədəniyyət  Nazirliyi  tərəfindən 
diplomlarla təltif olunmuş, əməkdaşlara fəxri fərmanlar təqdim edilmişdir. Qeyd edək ki, Ki-
tabxana Azərbaycanın mədəniyyətinə, incəsənətinə, tarixinə, elminə və s. aid Azərbaycan və 
xarici dillərdə ədəbiyyatı həmin sərgilərdə nümayiş etdirib. 
2016-cı ildən ADMİU-nun rəhbərliyinin göstərişi ilə Kitabxananın fondu yenidən yox-
lanılmış,  universitetin  fakültə  və  ixtisaslarına  müvafiq  ədəbiyyat  saxlanılmış,  siyasi-ideoloji 
cəhətdən  köhnəlmiş  və  qeyri-ixtisasa  aid  ədəbiyyatlar  fonddan  çıxarılmışdır.  Eyni  zamanda 
sənəd-informasiya fondu seçilərək yenidən inventarlaşdırılaraq sistemli şəkildə yığılır. Kitab-
xananın fondu ADMİU-nun 2 korpusuna uyğun şəkildə yığılır: 1-ci korpus - rəssamlıq, teatr 
sənəti, kino-televiziya, 2-ci korpus-musiqi, kulturologiya fakültələrinə dair ədəbiyyat. Bunun-
la yanaşı bu fakültə və ixtisasalarla birbaşa bağlı elm sahələri - filologiya elmləri, bədii ədə-
biyyat, tarix, dövlətçilik, siyasət və s. sahələri əhatə edən ədəbiyyat da bu korpusda yerləşdi-
rilir. 
Müasir mərhələdə ADMİU-da təhsil prosesinin kitabxana-informasiya təminatının opti-
mallaşdırılması  istiqamətində  mühüm  layihələr  də  həyat  keçirilir.  Xarici  ölkələrdə  müvəfəq-
qiyyətlə davam etdirilən tərbiyəvi və mədəni təsisatlar vəzifəsini yerinə yetirən sosial institu-
tun yeni forması olan ―Kitab köşkü‖ xidmətindən qaynaqlanaraq, ölkəmizdə ilk dəfə ADMİU-
nun rektoru, professor Fərəh Əliyevanın göstərişi ilə ―Seç.Oxu.Qaytar‖ adlı layihənin icrasına 
başlanılmışdır. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 104 - 
Kitabxana innovatikasının yeni xidmət növlərindən biri olan ―Kitab köşkləri‖nin istifa-
dəsində məqsəd insanların sıx olduqları məkanlarda (dayanacaqlar, metrolar, istirahət parkla-
rı,  təhsil  müəsissələri  və  s.)  kitabxana  (kitab)  -  oxucu  fəaliyyətinin  təcrübi  əhəmiyyətinin 
yüksəldilməsi, cəmiyyətin mədəni sərvətlərinin xalqa çatdırılması, insanların bir-birlərini tə-
mənnasız  surətdə  savadlandırması  və  elmi-mədəni  xidmətdir.  ―Kitab  köşkü‖nü  kitabxananın 
işçiləri  yaxud  müəyyən  fiziki  şəxslər  idarə  edə  bilərlər.  Beləliklə,  ictimaiyyətin  sıx  oldugu 
məkanlarda təqdim oluan bu köşklər əslində bir ölkənin inkişafı, mədəniyyəti, elmi, təhsili de-
məkdir.  
 ADMİU-nun  Kitabxana-İnformasiya  Mərkəzi  tərəfindən  mütamadi  olaraq  tənzimlənə-
cək  bu layihə  çərçivəsində  nümayiş  olunacaq kitablar  kitabxananın  fondunda artıq  olan nüs-
xələr yaxud ayrı-ayrı fiziki şəxslərin təklif etdiyi kitablardan ibarət olacaqdır.  
Universitet  həyatında  təbiidir  ki,  müəllim  və  tələbələri  istirahət  vaxtlarının  müəyyən 
hissəsini universitet yeməkxanasında keçirirlər. Məhz bu səbəbdən layihədə təqdim olunacaq 
kitablar ADMİU-nun  yeməkxanasında yerləşdirilən vitrinlərdə nümayiş olunacaqdır. Oxucu-
lar istədikləri ədəbiyyatı bu vitrindən əldə edəcəklər. İstifadəyə təqdim olunan ədəbiyyatların 
içərində bu layihənin məqsədi və istifadə qaydaları haqqında məlumat veriləcəkdir. Cari ildə 
rüblük  olaraq  Kitabxana-İnformasiya  Mərkəzinin  əməkdaşları  ―Seç.Oxu.Qaytar‖  layihəsinin 
―ən yaxşı mütaliəçi‖sini aşkar edəcək və nəticədə qalib oxucu rəhbərlik tərəfindən mükafat-
landırılacaqdır.    
Onu  da  vurğulayaq  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyevin 
proqmatik  iqtisadi  və  siyasi  nailiyyətlərinin  nəticəsidir  ki,  son  illər  ölkəmiz  biri-birindən 
uğurlu beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir [2, 9]. Hər il çoxlu sayda xarici vətən-
daşlar  şəhərimiz  və  regionlarımızda  qonaq  olurlar.  Bütün  bunları  nəzərə  alaraq,  elmimizin, 
təhsilimizin  və  mədəniyyətimizin  göstəricisi  kimi  ―Kitab  köşkləri‖nin  şəhərimizi  bəzəməsi 
labüddür.  Çünki  oxucular  əsasən  ənənəvi  qaydada  kitabxanaya  müraciət  edirlər,  yaxud  da 
müasir formada internetdən istifadə etməklə elektron kataloq və ya elektron kitabxananın xid-
mətlərindən istifadə  edirlər.  Lakin  ―Kitab köşkü‖  vasitəsilə oxucu kitabla bilavasitə  təmasda 
olur. 
Apardığımız  araşdırmada  əldə  etdiyimiz  nəticə  bizə  deməyə  imkan  verir  ki,  bu  gün 
ADMİU-nun kitabxanasının informasiya cəmiyyətinin tələbləri səviyyəsində fəaliyyəti mədə-
niyyət və incəsənət sahələrində elmin və təhsilin informasiya potensialının optimallaşdırılma-
sını, müəllim və tələbələrə, alim və mütəxəssislərə göstərilən kitabxana-informasiya xidməti-
nin  modernləşdirilməsini,  beynəlxalq  standartlar  səviyyəsinə  çatdırılmasını  və  inkişafını 
təmin edəcəkdir. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin