36
37
müasir dialektoloji araşdırmalar yeni təkmilləşdirilmiş təsnifatın
olmasını zəruri etmişdir.
E.Əzizovun fikrincə, müasir Azərbaycan dili tarixən 3 əsas
ləhcənin (şimal-şərq, qərb, cənub) qovuşması nəticəsində forma-
laşmışdır. Bu ləhcələrin əlamətlərinin qarşılıqlı surətdə bir-birinə
keçməsi nəticəsində əsas ləhcələr arasında bir sıra keçid (qarışıq,
aralıq) tipli şivələr əmələ gəlmişdir.
Azərbaycan dilinin əsas ləhcələri üç başlıca regionda – Kür-
dən şimalda (şimal-şərq ləhcəsi), Kür və Araz çaylarının arasın-
dakı ərazilərdə (qərb ləhcəsi), Arazın sol sahili hissəsindən və
Muğandan cənubda (cənub ləhcəsi) formalaşmışdır. Azərbay-
canın şimal-qərb hissəsində dağlıq ərazidə qarışıq tipli şivələr
(şimal-qərb şivələri), Kür çayından şimalda və Qarabağın cə-
nub-qərb sərhədlərində (Arazdan şimalda) və Muğan zonasında
aralıq şivələr yaranmışdır.
Şimal-şərq ləhcəsi. Bu ləhcə Kür çayından şimaldakı ərazinin
şimal-şərq hissəsinin Bakı-Şamaxı, Muğan, Quba- Xaçmaz, Dər-
bənd regionlarının şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir:
1) Bakı-Şamaxı, 2) Quba- Xaçmaz, 3) Dərbənd
Bu ləhcəni səciyyələndirən xüsusiyyətlər bunlardır:
1) Sözün ilk hecasında
y səsi qarşısında
a>e dəyişməsi:
qeyiş,
qeyçi, qeysi, qeymağ və s.
2) a>o dəyişməsi:
boba, popağ, hova və s.
3) Sözün birinci və ikinci hecalarında ə
Dostları ilə paylaş: