Az ərbaycan 2012 İnsan hüQÜqlari üZRƏ hesabat qisa icmal



Yüklə 402,02 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix02.03.2017
ölçüsü402,02 Kb.
#9915
1   2   3   4   5

İnternet azadlığı   

   


Hökum

ət ümumilikdə internetə çıxışı məhdudlaşdırmamışdır, lakin internet 

provayderl

ərdən lisenziya almaq və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə 

r

əsmi müqavilə bağlamaq tələb edilmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqı 



t

ərəfindən açıqlanmış statistik məlumatlara əsasən il ərzində ölkə əhalisinin təxminən 70 

faizi internetd

ən istifadə etmişdir.         

   

Demokratiya f



əallarının internet vasitəsilə apardıqları ünsiyyətə hökumət tərəfindən 

n

əzarət olunduğunu göstərən əlamətlər olmuşdur. Yerli QHT-lərdən təşkil edilmiş “Onlayn 



İfadə Təşəbbüsü” koalisiyası tərəfindən noyabr ayında açıqlanmış hesabatda internetdə 

ifad


ə azadlığına qarşı olan ən mühüm təhlükənin burada tənqidi fikirlər bildirən şəxslərin 

dövl


ət orqanları tərəfindən hədəfə alınması göstərilmişdir. Bu cür fikirlərə etirazların 

keçirilm


əsinə çağırış, rəsmi şəxslərin korrupsiya əməllərinin ifşa edilməsi və yaxud 

prezident v

ə onun ailə üzvlərinin tənqid olunması daxil edilmişdir. Bu kimi fəaliyyətlə 

m

əşğul olan şəxslər həbs və yaxud digər formada cəzalanmaq təhlükəsi ilə üzləşmişlər. 



Azadlıq Axtarışında: Azərbaycanda Onlayn İfadə adlı hesabata əsasən internetdə ifadə 

azadlığından istifadə etdiyinə görə beş nəfər internet fəalı saxlanılmış və ya həbs edilmiş, 

bir n

əfər isə cinayət əməlində ittiham edilmişdir.           



 

Müxalif


ətə məxsus olan internet saytlarına hücumlar olan zaman bəzi hallarda xidmətf 

göst


ərilməsindən imtina olunduğu barədə məlumatlar verilmişdir. Məsələn, müxalifətin 

Azadlıq qəzetinin internet saytı və xəbər portalı olan Kontakt internet səhifəsinə hücumlar 

olan zaman xidm

ət göstərilməsindən imtina edilmişdir. İnternet saytlarına qadağaların 

qoyulması hallarının Naxçıvanda geniş yayıldığı bildirilmişdir.               

 

T

ədris azadlığı və mədəniyyət tədbirləri   


   

Hökum


ət bəzi hallarda tədris azadlığını məhdudlaşdırmışdır. Məsələn, 2011-ci ildə 

keçirilmiş etiraz aksiyalarında iştirak etdiklərinə görə təhsil aldıqları institutlardan 

qovulmuş tələbələr Tural Abbaslı və Elnur Məcidlinin müvafiq olaraq Bakı Dövlət və Qərb 

Universitetl

ərinə təkrar qəbul olunmaları ilə bağlı müraciətləri il ərzində dövlət orqanları 

t

ərəfindən rədd edilmişdir.       



 

B

əzi yerli müşahidəçilər, dövlət tərəfindən maliyyələşdirilən xaricdə təhsil proqramlarına 



hökum

ətin keçirdiyi iştirakçıların seçim prosesinin qərəzli olması və burada siyasi 

m

ənsubiyyətin nəzərə alınması ilə bağlı narahatlıqlarını bildirmişlər. Bu ittihamlar 



hökum

ət tərəfindən rədd edilmişdir və aparılan seçim prosesinin şəffaf olduğu iddia 

edilmişdir. Müxalifət partiyalarının üzvləri məktəblərdə və universitetlərdə müəllim işinə 

düz


əlməkdə çətinliklərlə üzləşdiklərini bildirməyə davam etmişlər. Dövlət təhsil 

əssisələrində çalışan əksər tanınmış müxalifət partiyalarının üzvləri əvvəlki illərdə işdən 



qovulmuşlar.               

 

QHT-l



ərin məlumatına əsasən yerli icra hakimiyyəti orqanları bəzən azlıqların öz 

m

ədəniyyətlərini ifadə etmələrinin qarşısını almışlar, məsələn mədəniyyət tədbirlərinin 



keçirilm

əsini qadağan etmişlər. Talış dilində nəşr olunan “Tolışi-Sado” qəzetinin baş 

redaktoru Hilal M

əmmədovun həbs olunmazdan bir neçə ay əvvəl dövlət orqanları 

t

ərəfindən onunla əlaqə saxlanıldığı və talış mədəniyyət tədbirlərini təşkil etməyin qadağan 



edildiyi bildirilmişdir.         

   


b. S

ərbəst toplaşma və birləşmə azadlığı   

   


S

ərbəst toplaşma azadlığı   

   


S

ərbəst toplaşma azadlığı qanunla müəyyən edilir. Buna baxmayaraq təcrübədə hökumət 

s

ərbəst toplaşma hüququnu sərt şəkildə məhdudlaşdırmışdır. 2 noyabr tarixdə Milli Məclis 



qanunvericiliy

ə dəyişiklikləri qəbul edərək icazəsiz aksiyalarda iştirak edənlərə və 

t

əşkilatçılara qarşı tətbiq olunan cərimələri əhəmiyyətli dərəcədə artırmışdır. Qəbul edilmiş 



d

əyişikliklər iştirakçıların 300 manatdan 600 manata (337-755 ABŞ dolları) qədər 

c

ərimələnməsinə və ya 15 gün inzibati qaydada saxlanılmasına və yaxud 160 saatdan 200 



saata q

ədər islah işlərinə cəlb olunmasına icazə verir. Təşkilatçılar isə 1500 manatdan 3000 

manata (1900-

3800 ABŞ dolları) qədər cərimələnə, 15 gün inzibati qaydada saxlanıla və 

yaxud 200 saatdan 340 saata q

ədər islah işlərinə cəlb edilə bilərlər.          

 

Konstitusiyaya 



əsasən qrupların müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar 

etm


əklə sərbəst toplaşması nəzərdə tutulsa da, hökumət bu müddəanı əvvəlcədən icazə 

almaq t

ələbi kimi şərh etməkdə davam etmişdir. Yerli dövlət orqanları keçirilən bütün 

yürüşlər üçün əvvəlcədən icazə alınmasını və müəyyən olunmuş ərazidə, həmişə şəhər 

m

ərkəzindən çox uzaqda keçirilməsini tələb etməyə davam etmişlər. Əksər siyasi 



partiyalar v

ə QHT-lər bu cür tələblərin qəbuledilməz və konstitusiyaya zidd olduğunu 

hesab etmişlər. Bütün ölkə ərazisində dövlət orqanları müntəzəm olaraq bildirişləri qəbul 

etm


əkdən imtina etmişlər və bu yolla sərbəst toplaşma azadlığını təmin etməmişlər.   

 

Mart v



ə aprel aylarında dövlət orqanları üç ictimai nümayişin keçirilməsinə icazə vermişlər 

v

ə bunların hamısı Bakının ətraf ərazilərində, hər hansı ictimai nəqliyyatın olmadığı 



yerl

ərdə keçirilmişdir. Siyasi gənc qruplar tərəfindən təşkil edilmiş nümayişlərdən biri 17 

mart tarixd

ə keçirilmişdir və digəri müxalifətin təmsil olunduğu İctimai Palata tərəfindən 8 

apreld

ə baş tutmuş və burada təxminən 2500 nəfər iştirak etmişdir. 8 aprel tarixdə 



keçirilmiş nümayiş ərəfəsində doqquz nəfər müxalifət fəalı broşür paylayan zaman dövlət 

orqanları tərəfindən saxlanılmış və polisə müqavimət göstərməkdə ittiham edilmişlər; 

saxlanılanlardan biri dərhal azad edilmiş və səkkiz nəfər barəsində bir gündən 15 günə 

q

ədər inzibati həbs cəzası çıxarılmışdır.         



 

May ayında keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən bir neçə həftə əvvəl gənclər və 

müxalif

ət fəalları demokratik islahatların keçirilməsi və hökumətin istefası tələbi ilə bir 



sıra icazəsiz dinc etirazlar təşkil etmişlər. Bu etiraz aksiyaları tez bir zamanda və güc tətbiq 

edilm


əklə dövlət orqanları tərəfindən dağıdılmış və bir neçə iştirakçı müvəqqəti 

saxlanılmışdır. 21 may tarixdə Bakının mərkəzində müxalifətin keçirdiyi dinc etirazlar 

zamanı dövlət orqanları tərəfindən 41 nümayişçi saxlanılmışdır. Etiraz aksiyası Avroviziya 

müsabiq


əsi ilə əlaqədar olaraq Bakıya gəlmiş beynəlxalq media tərəfindən işıqlandırılmış 

v

ə bir neçə etirazçıya mülki geyimdə olan şəxslər və polis əməkdaşları tərəfindən xəsarət 



yetirildiyini göst

ərən görüntülər yayılmışdır. “Amnesty İnternational” təşkilatı dinc 

etirazları yatırdığına görə hakimiyyət orqanlarını tənqid etmişdir. İkinci misalda, 24 may 

tarixd


ə Bakının dənizkənarı bulvar ərazisində İctimai Palatanın icazəsiz etiraz aksiyası 

keçirm


əyə cəhd göstərməsi zamanı 35-60 nəfər müxalifət fəalı polis və mülki geyimli 

şəxslər tərəfindən saxlanılmışdır. Etirazçılar zorla əvvəlcədən təşkil olunmuş 

mikro-avtobuslara v

ə avtobuslara yerləşdirilmiş və yerli polis məntəqəsinə aparılmışdır, 

burada onlar t

əxminən yeddi saat saxlanılmış, inzibati qaydada ittiham olunmuş və azad 

edilmişlər. Üç nəfər etirazçı barəsində altı gün həbs cəzası çıxarılmış və doqquz nəfər 25 

manata (31 ABŞ dolları) qədər cərimələnmişdir. Yerli və beynəlxalq QHT-lər dövlət 

orqanlarını həddindən çox güc tətbiq etdiklərinə görə tənqid etmişlər.                          

 

Dövl



ət orqanları sanksiyalaşdırılmamış etiraz aksiyalarına əsassız məhdudiyyətlər tətbiq 

etmiş, siyasi müxalifətə qarşı keçirilən etirazların hətta əvvəlcədən rəsmi xəbərdarlıq 

t

əqdim olunmadığı halda belə baş tutmasına icazə vermişdir. Məsələn, 25 may tarixdə 



müxalif

ət liderlərindən birinin evinin qarşısında keçirilmiş icazəsiz yürüşdə iştirak etmiş 



iqtidar yönüm

lü nümayişçilər nə saxlanılmış, nə də ki, həbs olunmuşlar; nümayişçilər 

müxalif

ət liderini “satqın” adlandırmış və homoseksuallığa qarşı olan geniş yayılmış 



düşüncələrdən istifadə edərək onun cinsi oriyentasiyası barədə iddialar səsləndirmişlər.

 

   



 

Birl

əşmə azadlığı   

   


S

ərbəst birləşmə azadlığı qanunla müəyyən olsa da, təcrübədə hökumət bu hüququ 

m

əhdudlaşdırmışdır. Bir sıra müddəalar, o cümlədən bütün təşkilatların Ədliyyə Nazirliyi 



v

ə ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçməsi tələbi 

hökum

ətin siyasi partiyaların, dini qrupların, müəssisələrin və QHT-lərin fəaliyyətinə 



n

əzarət etməsinə imkan verir. Qanunda hökumətin qeydiyyatla bağlı müraciət qəbul 

edildikd

ən sonrakı 30 gün ərzində bu müraciətə baxması tələb olunsa da, qeyri-müəyyən, 

yorucu v

ə qeyri-şəffaf qeydiyyat prosedurları müraciətlərə baxılmasını uzun müddət 

l

əngitmiş və vətəndaşların birləşmək azadlıqlarının məhdudlaşdırılmasını davam 



etdirmişdir. Məsələn, 2011-ci ilin mart ayında dövlət orqanları “Human Rights House” 

(İnsan Hüquqları Evi) təşkilatına öz fəaliyyətini dayandırmaq barədə göstəriş vermiş və bu 

qrupun il 

ərzində fəaliyyət göstərməsinin qarşını almağa davam etmişlər (bax bölmə 5).    

   

 

2009-cu ild



ə qəbul edilmiş və ölkədə fəaliyyət göstərən beynəlxalq QHT-lərin Ədliyyə 

Nazirliyi, Milli T

əhlükəsizlik Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən qeydiyyatdan 

keçm


əsini nəzərdə tutan qanunun icrası ilə əlaqədar 2011-ci ilin mart ayında hökumət qərar 

q

əbul etmişdir. QHT-lərdən “Azərbaycan xalqının milli və mənəvi dəyərlərini” 



d

əstəklədiklərini nümayiş etdirmək və dini və siyasi təbliğat fəaliyyətlərində iştirak 

etm

əməyə öhdəlik götürmək tələb olunur. Qərarda təkrar qeydiyyat proseduru ilə bağlı hər 



hansı vaxt məhdudiyyəti göstərilmir və QHT-lər prosedurların icrasının gecikməsindən və 

yorucu olmasından şikayət etmişlər.     

 

Avropa Şurasının Venesiya Komissiyası tərəfindən 2011-ci ilin oktyabr ayında verilmiş 



r

əydə QHT-lər haqqında bu qanunun insan haqları normalarına uyğunluğu barədə bir sıra 

narahatlıqlar ifadə edilmiş və qeyd olunmuşdur ki, “fəaliyyət göstərə bilməsi üçün lazım 

olan hüquqi şəxs statusu əldə etməzdən öncə hər hansı QHT-in baxışlarını, fəaliyyətini və 

davranışını müəyyən etmək vətəndaş və siyasi hüquqların müdafiəsinin əsasını təşkil edən 

başlıca dəyərlərə ziddir”.   

 

QHT-l


ər haqqında qanun sərbəst birləşmə azadlığını məhdudlaşdırır, belə ki, qanunda 

QHT-l


ərin filial rəhbərlərinin müavinlərinin Azərbaycan vətəndaşı olması və xarici 

QHT-l


ərin fəaliyyətə başlamazdan əvvəl hökumətlə müqavilə bağlaması tələb edilir. 

Bundan 


əlavə QHT-lər haqqında qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan prezident 

f

ərmanında QHT-lərin aldıqları bütün qrantların Ədliyyə Nazirliyi tərəfindən qeydə 



alınması tələb edilir.     

 

B



əzi mütəxəssislər ilin sonunda təxminən 1000 QHT-in qeydiyyatdan keçmədiyini 

bildirmişlər. Ədliyyə Nazirliyi il ərzində 172 QHT-ni və 2011-ci ildə 144 QHT-ni 

qeydiyyatdan keçirdiyini bildirmişdir.   

 

c. 



Dini etiqad azadlığı     

   


Bax Dövl

ət Departamentinin 

www.state.gov/j/drl/irf/rpt

 internet s

əhifəsində yerləşdirilmiş 

Beyn

əlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabatı.    

   


d. S

ərbəst hərəkət azadlığı, məcburi köçkünlər, qaçqınların müdafiəsi və vətəndaşlığı 

olmayan şəxslər 

 

Ölk



ə daxilində sərbəst hərəkət azadlığı, xaricə səfər, mühacirət və repatriasiya qanunla 

əyyən olunur, lakin hökumət bəzi hallarda, xüsusilə məcburi köçkünlərin sərbəst 



h

ərəkət azadlığını məhdudlaşdırmışdır.     

 

Hökum


ət məcburi köçkünlərə, qaçqınlara, geri qayıdan qaçqınlara, sığınacaq axtaranlara, 

v

ətəndaşlığı olmayan şəxslərə və aidiyyəti olan digər şəxslərin müdafiəsi və onlara yardım 



göst

ərilməsi istiqamətində BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığı (UNHCR) və 

dig

ər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. Qaçqın statusunun müəyyən olunması da 



daxil olmaqla qaçqınlarla bağlı olan bütün məsələlərə Dövlət Miqrasiya Xidməti cavabdeh 

olmuşdur. Beynəlxalq QHT-lər bu idarənin fəaliyyətinin səmərəli olmadığı və şəffaf 

f

əaliyyət göstərmədiyi barədə məlumatlar verməkdə davam etmişlər.   



 

Xaric


ə səfər:  Hökumət Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin pasportunu 

yenil


əməkdən imtina etməklə 2006-cı ildən bəri onun xaricə səfər etməsinin qarşısını 

almışdır. Hökumət bunun ona qarşı 1994-cü ildə qaldırılmış mülki iddia ilə əlaqəli 

olduğunu bildirmişdir, baxmayaraq ki, iddianın qaldırıldığı vaxtdan sonra hər hansı etiraz 

olmadan K

ərimlinin pasportu bir neçə dəfə yenilənmişdir. Kərimli bu qərardan şikayət etsə 

d

ə, onun bu şikayəti məhkəmə sisteminin bütün instansiyaları tərəfindən rədd edilmişdir. 



2009-cu ild

ə Kərimli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir və ilin 

sonuna olan m

əlumata əsasən bu şikayətə baxılmamışdır.

     

 

H



ərbi xidmət yaşına çatmış şəxslərin xaricə səfər etməzdən öncə hərbi qurumlarda 

qeydiyyatdan keçm

əsi qanunla tələb edilir. Ali təhsilini davam etdirmək istəyən şəxslər öz 

t

əhsillərini başa vurmaq üçün möhlət istəyə bilərlər. Hərbi xidmət haqqında qanunda 



magistratura v

ə ya aspirantura pilləsində təhsil alanlar üçün möhlət nəzərdə tutulmamışdır, 



lakin buna baxmayaraq h

ərbi çağırış komissiyaları qəbul haqqında illik sübut təqdim 

etdikd

ən sonra belə möhlətlər vermişlər. Milli təhlükəsizliyə dair informasiyaya çıxışı olan 



h

ərbi işçilərin səfərlər etməsinə müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Cinayət 

əməlində ittiham olunan və ya məhkum edilmiş və şərti cəzaya məhkum edilmiş şəxslərin 

xaric


ə səfər etməsinə icazə verilməmişdir.   

 

Hökum



ətin rəsmi siyasəti etnik erməni mənşəli vətəndaşların səfər etməsinə icazə versə də, 

aşağı vəzifəli dövlət qulluqçularının pasport almaq üçün müraciət etmiş etnik ermənilərdən 

çox vaxt rüşvət tələb etdikləri və ya onları hədələdikləri bildirilmişdir.     

 

M



əcburi köçkünlər   

   


İlin sonunda BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığından (UNHCR) verilən 

m

əlumata əsasən ölkədə qeydə alınmış 600 336 nəfər məcburi köçkün olmuşdur ki, onlar 



da 153 336 ail

əni təmsil etmişlər. Onların əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi 

n

əticəsində 1988 və 1993-cü illərdə öz evlərini tərk etmiş insanlardır.   



 

M

əcburi köçkünlərdən yaşadıqları yeri dövlət orqanlarında qeydiyyata almaq tələb 



edilmişdir və onlar yalnız icazə verilmiş ərazilərdə yaşa bilmişlər. Sovet dövründən qalmış   

“propiska” sistemi 

əsasən Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi rayonu 

separatçıların nəzarətinə keçdikdən sonra öz evlərini tərk etmək məcburiyyətində qalmış 

şəxslərə tətbiq edilmişdir. Hökumət bu qeydiyyatın məcburi köçkünlərə göstərilən yardımı 

t

əmin etmək üçün lazım olduğunu bildirmişdir. Məcburi Köçkünlüklə bağlı Monitorinq 



M

ərkəzinə əsasən Bakı şəhərində yaşayan əksər məcburi köçkünlər öz yaşadıqları yerə 

qeydiyyata düşə bilməmişlər və ya rəsmi işə düzəlmək, dövlət yardımını almaq, tibbi 

xidm


ətdən, təhsildən yararlanmaq və ya pensiya almaq imkanları olmamışdır və əmlak 

almaqda ç

ətinlik çəkmişlər.       

 

BMT-



in Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata əsasən il 

ərzində hökumət təxminən 22 765 nəfərin təmsil olunduğu 4553 ailəni yeni evlərə 

köçürmüşdür. Yeni evlərə köçürülmə Ağcabədi, Goranboy, Abşeron və Qazax 

rayonlarında, eləcə də Bakı şəhərində baş vermişdir.         

 

Qaçqınların müdafiəsi   

   


Sığınacaqlarla təminat:  Sığınacaq və ya qaçqın statusunun verilməsi qanunla müəyyən 

olunur v


ə hökumət, bəzi qaçqınların müdafiəsinin təşkil olunması üçün Dövlət Miqrasiya 

Komit

əsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Şöbəsi tərəfindən həyata keçirilən 

sistemi mü

əyyən etmişdir. BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən 

Az

ərbaycanda 1465 nəfər (sığınacaq axtaranlar, UNHCR-ın səlahiyyəti çərçivəsində olan 



şəxslər və UNHCR-ın mandatına uyğun qaçqın kimi tanınmış şəxslər) qeydə alınmışdır və 

onlara BMT-

in Qaçqınlar üzrəAli Komissarlığının (UNHCR) müdafiə məktubları təqdim 

edilmişdir; 27 nəfərin sığınacaq barədə müraciəti baxılma mərhələsində olmuşdur. Əvvəlki 

ill

ərdə olduğu kimi, qaçqınlar arasında çoxluq təşkil edən üç ən böyük fəal əhali çeçenlər, 



əfqanlar və iranlılar olmuşlar.

    


      

Müv


əqqəti müdafiə:

 

  Hökum



ətin qaçqın kimi tanınmayan şəxslərə müvəqqəti müdafiə 

t

əmin etmək üçün hüquqi mexanizmi yoxdur. Hökumət, qaçqın hesab etdiyi şəxslərə 



UNHCR t

ərəfindən verilmiş müdafiə məktublarını qəbul etmişdir. Nəticədə UNHCR 

ölk

ədə onun səlahiyyəti çərçivəsində olan əhali qrupları üçün bütün müdafiə və yardım 



f

əaliyyətini göstərməkdə davam etmişdir. Çeçen, əfqan və iranlıların UNHCR tərəfindən 

onun s

əlahiyyəti çərçivəsində olan şəxslər kimi qeydə alınmasına baxmayaraq, Azərbaycan 



Respublikasının yaşayış, qeydiyyat, qaçqın və məcburi köçkünlərin statusu haqqında 

qanunları polis tərəfindən qeydiyyata alınması tələb olunan və yaşamağa icazəsi olmayan 

bu şəxslərə şamil edilmir. Nə Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınmış, nə də ki, 

UNHCR-


ın məktubu əsasında müdafiə olunan qaçqınlara qanuni yolla işləməyə icazə 

verilm


əmişdir.     

V

ətəndaşlığı olmayan şəxslər   

   


V

ətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin vətəndaşlığı əsasında 

əyyənləşdirilir. Vətəndaşlığı olmayan statusun alınması üçün müraciət etmək hüququ 



qanunla n

əzərdə tutulur. Buna baxmayaraq bəzi şəxslər müraciət etmək üçün tələb olunan 

s

ənədləri əldə edə bilməmişlər və bu səbəbdən də rəsmi qaydada qeydə alınmamışlar. 



V

ətəndaşlıq haqqında qanuna əsasən xaricilər və vətəndaşlığı olmayan şəxslərin 

v

ətəndaşlıq alması çətindir.   



 

Dövl


ət Miqrasiya Xidmətinin açıqladığı statistik məlumatlara əsasən ilin sonunda ölkədə 

1776 n


əfər vətəndaşlığı olmayan şəxs olmuşdur; buna baxmayaraq UNHCR tərəfindən 177 

n

əfər qeydə alınmışdır. Vətəndaşlığı olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və 



İrandan olan etnik azərbaycanlılar olmuşlar. QHT-lərin məlumatlarına əsasən çoxlu sayda 

dig


ər vətəndaşlığı olmayan şəxslər də olmuşdur və bu rəqəmlərin yüz və on minlərlə 

olduğu bildirilmişdir.   

 

Bölm

ə 3. Siyasi hüquqlara hörmət: vətəndaşların öz hökumətlərini dəyişmək hüququ 

 

V



ətəndaşların öz hökumətini dinc yolla dəyişmək hüququ konstitusiya və qanunla 

əyyən edilir. Buna baxmayaraq təcrübədə hökumət seçki prosesinə müdaxilə etməklə 

bu hüququ m

əhdudlaşdırmağa davam etmişdir. Qanun eyni zamanda müstəqil 

qanunvericilik hakimiyy

ətinin olmasını da nəzərdə tutur, lakin Milli Məclisin müstəqilliyi 

m

əhdud səviyyədə olmuş və onun icraedici qanaddan ayrıca müstəqil qanunvericilik 



t

əşəbbüsü az olmuşdur.       

 

Seçkil

ər və siyasi iştirak   

   


Son seçkil

ər:  2010-cu ildə keçirilmiş parlament seçkilərində iqtidar yönlü və müxalifət 

siyasi partiyalarının iştirak etməsinə baxmayaraq bu seçkilər demokratik seçkilərlə bağlı 

bir sıra beynəlxalq standartlara cavab verməmişdir. Yerli və xarici müşahidəçilərin fikrinə 

əsasən çatışmazlıqlara namizədin qərəzli qeydə alınması prosesi, sərbəst toplaşma və ifadə 

azadlığının məhdudlaşdırılması, namizədlərin mediada qeyri-bərabər səviyyədə 

işıqlandırılması və namizədlərə dövlət orqanları tərəfindən qeyri-bərabər münasibət 

göst


ərilməsi daxil olmuşdur. ATƏT-in müşahidə missiyasının yekun hesabatında qeyd 

olunmuşdur ki, ümumilikdə seçkilər ATƏT-in demokratik seçkilərlə bağlı müəyyən etdiyi 

bir sıra əsas öhdəliklərə və ya yerli qanunvericiliyin əhəmiyyətli elementlərinin tələblərinə 

cavab verm

əmişdir. Eyni zamanda yerli seçki müşahidəçiləri, namizədlər və onların ailə 

üzvl


ərinə təzyiqlərin göstərildiyi barədə məlumatlar verilmişdir. Bu cür təzyiqlərə bu 

şəxslərin işdən qovulması və Naxçıvan Muxtar Respublikasında qeydə alınmış döyülmə 

halları daxil olmuşdur.               

 

Keçmiş prezident Heydər Əliyevin oğlu İlham Əliyev 2008-ci ildə keçirilmiş seçkilərdə 



ikinci müdd

ətə seçilmişdir və bu seçkilərin də, müstəqil müşahidəçilər tərəfindən qüsurlu 

olduğu bildirilmişdir.       

   


Siyasi partiyalar:  

50 siyasi partiyanın qeydiyyatdan keçməsinə baxmayaraq hakimiyyətdə 

olan Yeni Az

ərbaycan Partiyası siyasi sistemdə dominantlıq etmişdir. Yerli 

müşahidəçilərin verdikləri məlumata əsasən iqtidar partiyasına üzvlük müəyyən imtiyazlar 

t

əmin etmişdir, belə ki, dövlət qulluğuna işə qəbul zamanı partiyanın üzvlərinə üstünlük 



verilmişdir. Ölkənin müstəqillik qazanmasından bəri ilk dəfə olaraq 2010-cu ildə 

keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisdə müxalifətin Müsavat və Xalq 

C

əbhəsi partiyalarının üzvləri yer almamışdır.



   

 

20 aprel tarixd



ə Milli Məclis siyasi partiyalar haqqında qanuna siyasi partiyaların dövlət 

t

ərəfindən maliyyələşdirilməsi, siyasi partiyanın maliyyələşməsinə olan məhdudiyyətlərin 



əyyən olunmasını nəzərdə tutan dəyişiklikləri əlavə etmişdir və fərdi mənbələrdən 

alınan ianələrin açıqlanması üzrə yeni qaydaları müəyyən etmişdir. Qanun ümumilikdə 


Avropa Şurasının Venesiya Komissiyası tərəfindən qəbul olunsa da, yerli QHT-lər 

d

əyişikliklərin siyasi plüralizmə mane olacağını iddia etmişlər.      



 

Dig


ər vətəndaşlarla müqayisədə müxalifət üzvlərinin rəsmən təqib olunması, əsassız həbs 

edilm


əsi və saxlanılması daha çox baş vermişdir. Müxalifət partiyalarının regional və 

m

ərkəzi şöbələrinin verdikləri məlumata əsasən Bakıda və Qubada, yerli dövlət orqanları 



çox vaxt münt

əzəm keçirilən partiya fəaliyyətlərinin qarşısını almağa cəhd göstərmişlər, 

m

əsələn, müxalifət partiyalarının toplantı və tədbirlər keçirməsinə icazə verməmək 



m

əqsədilə restoran sahiblərinə təzyiq etmişlər. Regionlarda fəaliyyət göstərən partiya 

üzvl

əri çox vaxt toplantının məqsədini gizlətmək məcburiyyətində qalmış və bu cür 



görüşləri ucqar ərazilərdə keçirmişlər. Müxalifət partiyalarının üzvlərinin verdikləri 

m

əlumata əsasən polis çox vaxt çayxanalarda keçirilən kiçik görüşləri dağıtmış və 



dindirm

ək məqsədilə iştirakçıları saxlamışdır. Müxalifət partiyalarının ofis icarəyə 

götür

ərkən üzləşdikləri çətinliklər davam etmişdir, belə ki, verilən məlumatlara əsasən 



əmlak sahibləri rəsmilər tərəfindən onlara təzyiq göstərilməsindən qorxmuşlar; bəzi 

partiyalar r

əhbərlərinin mənzillərində fəaliyyət göstərmişlər.   

 

Qadınlar və azlıqların iştirakı



 

:  Milli M

əclisdə 19 qadın millət vəkili olmuşdur. Bir nəfər 

qadın nazirlik səviyyəsində vəzifə tutmuşdur. Talış, avar, rus və yəhudi kimi azlıqların 

üzvl

əri Milli Məclisdə və hökumətdə təmsil olunmuşdur.



    


Yüklə 402,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin