Az ərbaycan 2012 İnsan hüQÜqlari üZRƏ hesabat qisa icmal



Yüklə 402.02 Kb.
Pdf просмотр
səhifə1/5
tarix02.03.2017
ölçüsü402.02 Kb.
  1   2   3   4   5

 

AZ

ƏRBAYCAN 2012 İNSAN HÜQÜQLARI ÜZRƏ HESABAT 

 

QISA İCMAL     

   

Konstitusiyaya 



əsasən Azərbaycan prezident üsuli-idarəsi olan respublikadır. 

Qanunvericilik s

əlahiyyəti Milli Məclisə (Parlament) məxsusdur. Faktiki olaraq prezident 

hökum


ətin icraedici, qanunvericilik və məhkəmə qanadları üzərində üstünlük təşkil 

etmişdir. 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilər Avropada Təhlükəsizlik və 

Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə əlaqədar müəyyən etdiyi bir sıra 

əsas standartlara cavab verməmişdir. 50-dən çox siyasi partiyanın olmasına baxmayaraq 

prezidentin r

əhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil 

etmişdir. Ermənistanın dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 

onun 


ətrafındakı yeddi rayonun üzərində nəzarəti davam etdirmişlər. Dağlıq Qarabağın 

yekun statusu Rusiya, Fransa v

ə Amerika Birləşmiş Ştatların həmsədrlik etdikləri 

AT

ƏT-in Minsk Qrupu vasitəsilə aparılan beynəlxalq vasitəçilik prosesinin mövzusu 



olaraq qalmışdır.     

 

İl ərzində insan haqları sahəsindəki ən mühüm problemlər aşağıdakılar olmuşdur: 



 

1. 


İfadə azadlığının məhdudlaşdırılması, o cümlədən internet və internetdən kənarda 

f

əaliyyətdən göstərən jurnalistlər, insan haqlarının müdafiəçiləri və demokratik fəallara 



qarşı hədələmə, həbs və gücdən istifadə;     

 

2. S



ərbəst toplaşma azadlığının məhdudlaşdırılması. Yaz mövsümündə hökumət tərəfindən 

üç dinc etiraz aksiyasının keçirilməsinə və 2011-ci ilin yazında etirazlarda iştirak 

etdikl

ərinə görə həbs olunanların hamısının azadlığa buraxılmasına baxmayaraq, hökumət 



icaz

əli nümayişlərin keçirilməsi məkanını Bakının mərkəzindən kənar ərazilərlə 

m

əhdudlaşdırmışdır, bir qayda olaraq digər dinc siyasi aksiyaların keçirilməsi 



müraci

ətlərini rədd etmiş, icazəsiz aksiyaları güc yolu ilə dağıtmış və çox vaxt 

nümayişçiləri saxlamışdır;       

 

3. M



əhkəmənin ədalətsiz icra fəaliyyəti, o cümlədən əsassız həbs və saxlama hallarının 

davam etm

əsi barədə məlumatlar, siyasi motivli həbslər, lazımı hüquqi prosedurlara əməl 

olunmaması, icraedici qanadın məhkəmə üzərində təsiri və istintaq təcridxanasında uzun 

müdd

ət saxlama. Hakimiyyət orqanları mülkiyyət hüquqları ilə əlaqədar olaraq lazımı 



hüquqi prosedurları təmin etməmişlər, bu isə mülkiyyət sahiblərinin evlərindən zorla 

çıxarılması, dövlətin şəxsi əmlakı məcburi özgəninkiləşdirmək hüququndan istifadə 

əsasında binaların sökülməsi və dövlət tərəfindən alınan əmlaka qeyri-adekvat təzminatın 

öd

ənilməsi ilə nəticələnmişdir.                   



 

İl ərzində məlumat verilən digər insan haqları problemlərinə polis və yaxud hərbi 

t

əcridxanada saxlanılanlara qarşı işgəncə verilməsi və zorakılıq hallarının baş verməsi 



daxil olmuşdur ki, bunun nəticəsində ən azı dörd nəfər həlak olmuşdur; ağır və bəzən insan 

h

əyatı üçün təhlükəli olan həbsxana şəraiti; şəxsi həyatın toxunulmazlığına əsassız 



müdaxil

ələrin davam etməsi; qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian 

qruplarının dini azadlıqlarının məhdudlaşdırılması; siyasi iştirakda olan çətinliklər; 

hökum


ətin bütün səviyyələrində olan korrupsiya, insan haqlarının müdafiəsi üzrə 

qeyri-hökum

ət təşkilatlarının (QHT-lər) qeydiyyatına rəsmi səviyyədə maneələrin davam 

etdirilm


əsi; qadınlara qarşı zorakılıq və insan alveri.      

 

İnsan haqlarının pozulması hallarına yol vermiş əksər rəsmilərin məhkəməyə cəlb 



olunması və yaxud cəzalandırılması istiqamətində hökumət addımlar atmamışdır. 

C

əzasızlıq problem olaraq qalmışdır.   



 

Bölm

ə 1. Şəxsiyyətin toxunulmazlığına hörmət, o cümlədən 

 

a. H

əyatdan əsassız və ya qeyri-qanuni məhrumetmə   

   


İl ərzində hökumət və yaxud onun nümayəndələri tərəfindən əsassız və yaxud qeyri-qanuni 

q

ətllər törədilməsi barədə məlumat verilməmişdir. Buna baxmayaraq insan haqlarının 



monitorinqini h

əyata keçirənlər tərəfindən verilən məlumata əsasən polis və yaxud hərbi 

t

əcridxanada ən azı dörd nəfər həyatını itirmişdir. Məsələn, 26 iyun tarixdə Ataş Xudiyev 



Sumqayıt şəhər polis təcridxanasında olarkən vəfat etmişdir. Xudiyev polis məntəqəsinə 

onu gediş haqqını ödəməməkdə ittiham edən bir taksi sürücüsü tərəfindən gətirilmişdir. 

Polisin verdiyi m

əlumata əsasən Xudiyev məntəqədə ürək çatışmazlığı səbəbindən vəfat 

etmişdir. Buna baxmayaraq Xudiyevin ailəsi polisin qəddarlıq göstərdiyini bildirmiş, 

Xudiyevin b

ədənində qançırların və paltarında qan ləkələrinin olduğunu iddia etmişdir.               

 

Orduda zorakılıq halları geniş yayılmışdır və bəzi hallarda ölümlə nəticələnmişdir. İnsan 



haqlarının müdafiəsi üzrə yerli təşkilatların verdikləri məlumata əsasən il ərzində orduda 

ən azı 97 ölüm halı baş vermişdir ki, bunlardan 77-si döyüş tapşırığının yerinə yetirilməsi 

il

ə bağlı olmamışdır, o cümlədən 11 nəfər əsgər öz əsgər yoldaşları tərəfindən qətlə 



yetirilmiş və 19 intihar halı baş vermişdir. Zorakılıq hallarının cəzasız qalması davam 

etmişdir.       

 

Erm


ənistanın dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər yeddi 

rayonuna n

əzarəti davam etdirmişlər. İl ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər 

iki t


ərəfi ayıran hərbiləşdirilmiş təmas xətti boyunca atışmalar davam etmişdir və hər iki 

t

ərəfdən çoxsaylı insan tələfatına səbəb olmuşdur. Təmas xəttində mülki şəxslər arasında 



baş vermiş tələfatlarla bağlı rəqəmlər təqdim edilməmişdir. Dağlıq Qarabağın yekun 

statusu Rusiya, Fransa v

ə Birləşmiş Ştatların həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupu 


vasit

əsilə aparılan beynəlxalq vasitəçilik prosesinin mövzusu olaraq qalmışdır.   

 

   


 

b. 

İtkin düşmə   

   


İl ərzində siyasi motivlərə söykənən itkin düşmə hallarının baş verməsi barədə məlumat 

verilm


əmişdir.     

 

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının 



verdiyi m

əlumata əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4,031 nəfər Azərbaycan 

v

ətəndaşı itkin düşmüş şəxslər siyahısına daxil edilmişdir. Komitənin verdiyi digər 



m

əlumata əsasən üç nəfər Ermənistan hərbçisi və bir nəfər mülki şəxs Azərbaycan ərazisini 

t

ərk etmişdir. BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) yerli nümayəndəliyi 



qeyd olunan üç n

əfər hərbçini üçüncü ölkəyə yola salmışdır və Beynəlxalq Qırmızı Xaç 

Komit

əsi (BQXK) isə mülki şəxslərin Ermənistana qayıtmasını təmin etmişdir. Dövlət 



Komit

əsi eyni zamanda BQXK-in vasitəçiliyi ilə bir nəfər Azərbaycan əsgərinin geri 

qaytarıldığı barədə məlumat vermişdir. 

 

BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işinin 



araşdırılmasını davam etdirmişdir və hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid 

siyahısının hazırlanması üzərində çalışmışdır. İlin sonunda qohumları tərəfindən BQXK-nə 

axtarış üçün edilmiş müraciətlərə əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4627 

n

əfərin taleyi naməlum olaraq qalmışdır və BQXK-in Azərbaycandakı nümayəndəliyi 



t

ərəfindən Dağlıq Qarabağ da daxil olmaqla 4220 hal nəzərdən keçirilir.     

 

BQXK h


ərbi və mülki əsirlərə kömək göstərilməsini davam etdirmişdir və il ərzində 

onların beynəlxalq humanitar hüquq əsasında müdafiə olunmalarını təmin etmək məqsədilə 

h

ər ay onlara baş çəkmişdir. BQXK hərbi və mülki əsirlər və onların ailələri arasında 



Qırmızı Xaç vasitəsilə müntəzəm məlumat mübadiləsini təmin etmişdir və onlara əlaqəni 

b

ərpa etməyə və bir-birlərindən xəbər tutmağa yardım göstərmişdir. Hökumətin verdiyi 



m

əlumata əsasən BQXK bir nəfər mülki əsirin vətənə qaytarılmasına kömək etmişdir.       

 

c. 

İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış yaxud cəza

   

 

Konstitusiya v

ə cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək azadlıqdan 

m

əhrumetmə cəzasını nəzərdə tutur. 22 may tarixdə parlament, konstitusiyanın 



müdd

əalarının icrası və saxlanılanlara qarşı etik rəftarın təmin olunması məqsədilə qanun 

q

əbul etmişdir. Buna baxmayaraq, insan haqlarının yerli müşahidəçilərinin verdikləri 



m

əlumata əsasən 2011-ci ildə baş vermiş 136 hal ilə müqayisədə il ərzində təcridxanada 

saxlanılan 141 nəfər təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalmışdır (o 


cüml

ədən işgəncə halının baş verdiyi haqda bir sıra məlumatlar daxil olmuşdur). 

M

əlumatlara əsasən bu cür pis rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər polis 



m

əntəqələrində olduqları müddətdə baş vermişdir və zorakılıq halları istintaq 

t

əcridxanalarına aparıldıqdan sonra dayandırılmışdır. Cəzasızlıq problem olaraq qalmışdır. 



Veril

ən məlumatlara əsasən pis rəftar olunduqlarını iddia edən saxlanılanların müstəqil 

m

əhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de-fakto qadağa 



qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır.

    


    

       


8 iyun tarixd

ə qanunsuz odlu silah saxlamaq və gəzdirməkdə ittiham edilərək həbs olunan 

İlham Əmiraslanov, Sabirabad polisinin onu günahını boynuna alması və hökuməti 

daşqınlardan əziyyət çəkmiş vətəndaşlara ayrılmış vəsaiti mənimsəməkdə ittiham edən 

“Kür” v

ətəndaş cəmiyyəti qrupundakı fəaliyyətindən imtina etməsi üçün dəfələrlə 



döydüyünü iddia etmişdir. Döyüldükdən sonra Əmiraslanov qulaq pərdəsinin kəskin 

z

ədələnməsi və daxili orqanlarında ağrıların baş verməsi səbəbindən Ədliyyə Nazirliyi, 



Baş Prokurorluq və tibbi yardım üçün Ombudsman Aparatına müraciət etmişdir. 9 və 28 

iyun tarixl

ərdə Ədliyyə Nazirliyinin həkimləri onu müayinə etmiş və onun döyülmədiyini 

v

ə qulaq pərdəsinin deşilmədiyini bəyan etmişlər. Yerli medianın verdiyi məlumata əsasən 



M

əhkəmə Tibbi Ekspertiza Birliyinin həkimləri Əmiraslanovu 27 iyul tarixdə müayinə 

etmiş və onda qulaq pərdəsinin deşilməsi halının baş verdiyini bildirmişlər. 1 avqust 

tarixd


ə Baş Prokurorluq qulaq pərdəsinin deşilməsi halını təsdiq etmiş, lakin bunun uşaqlıq 

dövründ


ən baş verən xroniki xəstəlik üzündən baş verdiyini bildirmişdir.                 

 

Yerli müşahidəçilər il ərzində hərbi hissələrdə hədələmə və pis rəftar, o cümlədən fiziki və 



cinsi zorakılıq hallarının geniş yayılması barədə məlumatlar vermişlər. Məsələn, 31 iyul 

tarixd


ə Müdafiə Nazirliyi iddia etmişdir ki, 19 yaşlı əsgər İsmayıl İbayev xidməti növbədə 

olark


ən özünü güllələmişdir, lakin buna baxmayaraq İbayevin ailəsi onun bədənində fiziki 

zorakılıq əlamətlərinin, siqaret kötüklərinin yanıqları və qançırların olduğunu iddia 

etmişdir. Hərbi Prokurorluq işlə bağlı rəsmi istintaqa başlamışdır.     

 

H



əbsxana və müvəqqəti saxlama təcridxanalarının şəraiti 

 

Əksər məhbuslar bəziləri həyat üçün təhlükəli olmaqla həbsxanalarda ağır şəraitlə 



üzl

əşmişlər. Hökumət tərəfindən yeni müəssisələrin inşası davam etdirilsə də, əksər 

m

əhbuslar Sovet dövründən qalmış və beynəlxalq standartlara cavab verməyən 



əssisələrdə saxlanılmışlar. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat 

qidalanma, istilik v

ə ventilyasiya sisteminin olmaması və zəif tibbi xidmət göstərilməsi, 

b

əzi həbsxanalarda yoluxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Əksər 



h

əbsxanalarda və müvəqqəti saxlama təcridxanalarında içməli su təmin edilmişdir.            

 

Fiziki şərait: Həbsxanalarda olan məhbusların sayı təxminən 20,000 nəfər təşkil etmişdir. 



Bunlardan 13.5 faizi istintaq t

əcridxanalarında olmuşlar və 2.3 faizi qadın məhbuslardan 

ibar

ət olmuşdur. Dövlət orqanları istintaq təcridxanalarında kişi və qadınları bir yerdə 



saxlamış, lakin məhkum edildikdən sonra qadınlar ayrıca həbsxanalara yerləşdirilmişlər. 

Yerli QHT müşahidəçilərinin verdikləri məlumata əsasən qadın məhbuslar kişi 

m

əhbuslardan daha yaxşı şəraitdə saxlanılmışlar, onların saxlanma şəraiti daha tez-tez 



monitorinq edilmiş, treninq və digər fəaliyyətlərə olan çıxış imkanları daha çox olmuşdur. 

Yetkinlik yaşına çatmayanların da ayrıca müəssisələrdə saxlanılması nəzərdə tutulsa da, 

beyn

əlxalq müşahidəçilər bəzi uşaqların yaşlılarla bir yerdə saxlanılmasını müşahidə 



etmişlər.         

Dövl


ət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri 

il

ə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak 



etm

ələri üçün çox az sayda imkanlar olmuşdur. Keçmiş məhbusların bildirdiyinə əsəsən 

göz

ətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırmışlar. Yerli və 



beyn

əlxalq müşahidəçilər Qobustan Qapalı Həbsxanasındakı şəraitin pis olması barədə 

m

əlumatları təqdim etməyə davam etmişlər.



   

   


Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən 2011-ci ildə baş vermiş 113 ölüm halı ilə 

müqayis


ədə il ərzində 111 nəfər həbsdə olarkən həyatını itirmişdir. Nazirliyin məlumatına 

əsasən ölüm hallarından 84-ü tibbi müalicə müəssisələrində baş vermişdir və buna tibbi 

şərait səbəb olmuşdur. Nazirliyin verdiyi məlumata əsasən 621 məhbus vərəm 

x

əstəliyindən müalicə olunmuşdur ki, 2011-ci ildə bu göstərici 746 nəfər təşkil etmişdir. 



X

ərçəng və ürək xəstəliklərindən sonra həbsxanalarda baş verən ölüm hallarının aparıcı 

s

əbəbi vərəm xəstəliyi olaraq qalmışdır.     



 

   


 

Daxili İşlər Nazirliyi istintaq təcridxanalarında baş vermiş üç ölüm halı barədə məlumat 

vermişdir. Ölüm hallarından birinin intihar olduğu və digər iki halın isə təbii səbəblərdən 

baş verdiyi bildirilmişdir.   

 

İdarəçilik: Həbsxanalarda uçot fəaliyyətinin kifayət qədər həyata keçirildiyi görünür. 



M

əhbusların ailə üzvləri ilə görüşmək imkanı olmuş və onlara dini ayinlərə əməl etməyə 

icaz

ə verilmişdir. Əksər məhbuslar hər hansı senzura olmadan məhkəmə orqanlarına və 



Ombudsman Aparatına şikayətlə müraciət edə bildiklərini bildirsələr də, yerli QHT-lərin 

m

əlumatına əsasən ciddi rejimli həbsxanalarda saxlanılan bəzi məhbuslar bu cür şikayət 



müraci

ətlərini təqdim etməkdə çətinliklə üzləşmişlər. Həbsxana rəhbərliyi müntəzəm 

olaraq m

əhbusların yazışmalarını oxumuşlar. İnsan haqları üzrə yerli ombudsmana insan 

haqları ilə bağlı müxtəlif şikayətlər daxil olmuşdur, o cümlədən məhbuslar tərəfindən. 

Ombudsman Aparatı şikayətlərin araşdırılması məqsədilə müntəzəm səfərlər edildiyini və 

araşdırmaların aparıldığını bildirsə də, QHT-lər məhbusların şikayətlərinə hərtərəfli 

qaydada baxılmasında marağın olmadığını bildirmişlər.             



 

Monitorinq: Hökum

ət beynəlxalq və yerli humanitar və insan haqlarının müdafiəsi 

qruplarının, o cümlədən BQXK, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə 

Komit

əsinin (AŞİQAK), ATƏT, Avropa İttifaqının (üzv ölkələrin bəzilərinin səfirlik 



nümay

əndələrinin müşayiəti ilə) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bəzi 

h

əbsxanalara səfərlər etməsinə icazə vermişdir. Ədliyyə Nazirliyi İşgəncələrə Qarşı 



Az

ərbaycan Komitəsindən nazirliyin tabeçiliyində olan müəssisələrə səfər etməzdən öncə 

bildiriş əldə etməyi tələb etmişdir, lakin Daxili İşlər Nazirliyi öz tabeçiliyində olan istintaq 

t

əcridxanalarına komitənin dərhal səfər etməsinə icazə verməyə davam etmişdir. 



Ümumilikd

ə BQXK-nə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılmış hərbi və mülki 

əsirlər, eləcə də Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin 

tabeçiliyind

ə olan müəssisələrdə saxlanılan şəxslərlə görüşməyə icazə verilmişdir.

        


 

İctimai Komitə kimi tanınan, hökumət və insan haqlarının müdafiəsi qruplarının birgə 

t

əmsil olunduqları həbsxanaların monitorinqi qrupu həbsxanalara səfər etmək imkanı əldə 



etmişdir, lakin bu, yalnız Pentensiar Xidmətə əvvəlcədən məlumat verməklə mümkün 

olmuşdur. Bununla belə, il ərzində verilən məlumatlara əsasən bəzi hallarda qrup üzvləri 

h

ətta əvvəlcədən məlumat versələr də, həbsxanalara səfər etməkdə çətinlik çəkmişlər. 



Bütün bunlara baxmayaraq Komit

əyə müraciət etdiyi səfərlərin əksəriyyətini həyata 

keçirm

əyə icazə verilmişdir: 17 monitorinq səfəri zamanı 310 məhbusla görüş baş 



tutmuşdur. 

 

T



əkmilləşdirmə: BQXK-nə əsasən hökumət yeni müəssisələr inşa etdirməklə və mövcud 

t

əcridxanaların müasirləşdirilməsini həyata keçirməklə təcridxanaların şəraitinin 



yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. İl ərzində Ədliyyə Nazirliyi 

BQXK t


ərəfindən başlanılmış təcridxanalarda vərəm xəstəliyinə qarşı mübarizə 

kampaniyasının həyata keçirilməsini öz üzərinə götürmüşdür və mütəxəssislər tərəfindən 

bu proqram regionda nümun

əvi fəaliyyət kimi nəzərdən keçirilmişdir. Daxili İşlər Nazirliyi 

t

ərəfindən verilən məlumata əsasən üç yeni istintaq təcridxanasının açılışı olmuşdur və 18 



əssisədə təmir işləri görülmüşdür. Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən il 

ərzində nazirlik tərəfindən 19 müəssisənin rekonstruksiyası həyata keçirilmiş və yaxud 

davam etdirilmişdir, eləcə də Gəncə, Lənkəran və Bakıda yerləşən altı həbsxanada iri 

miqyaslı təmir-bərpa işləri aparılmışdır. Şəkidəki qarışıq rejimli pentensiar müəssisənin 

inşası başa çatmışdır.            

   

d. 

Əsassız həbs və yaxud saxlama     


   

Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, təcrübədə hökumət ümumilikdə bu 

qadağalara əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.   

 

Polis v



ə təhlükəsizlik aparatının rolu   

 

Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri daxili təhlükəsizliyin təmin olunmasına 



cavabdehdirl

ər və birbaşa prezidentə tabedirlər. Daxili İşlər Nazirliyi yerli polis 

qüvv

ələrinə nəzarət edir və yerli mülki müdafiə qoşunları nazirliyin tabeçiliyindədir. Milli 



T

əhlükəsizlik Nazirliyinin özünün ayrıca daxili təhlükəsizlik qüvvələri vardır.     

 

Polisin kütl



ə ilə rəftar taktikası il ərzində bir-birindən fərqli olmuşdur. May ayında 

keçirilmiş Avroviziya mahnı müsabiqəsinə yaxın ərəfədə baş tutan etirazlarda bəzi hallarda 

polis h

əddindən artıq çox gücdən istifadə etmişdir. Bununla belə, beynəlxalq 



müşahidəçilərin verdikləri məlumata əsasən il ərzində keçirilmiş digər etirazlara cavab 

olaraq polis daha ölçülmüş və mütənasib taktikadan istifadə etmişdir, belə ki, bu hal 20 

oktyabr, 2 v

ə 17 noyabr və 10 dekabr tarixlərdə Bakı şəhərində keçirilmiş antikorrupsiya 

etiraz aksiyaları zamanı müşahidə edilmişdir.             

 

T



əhlükəsizlik qüvvələri ümumilikdə cəzasız hərəkət edə bilsələr də, hökumət il ərzində 

Daxili İşlər Nazirliyinin 255 əməkdaşına qarşı tədbir görüldüyünü bildirmişdir. Nazirliyin 

verdiyi dig

ər məlumata əsasən vətəndaşların hüquqlarını pozduqlarına görə nazirliyin 177 

n

əfər əməkdaşına qarşı intizam xarakterli cəzalandırma tədbirləri görülmüşdür. 



 

Ədliyyə Nazirliyinin məlumatına əsasən il ərzində nazirliyin 460 nəfər işçisi vətəndaşların 

qanuni hüquqlarını pozduqlarına görə tənbeh edilmişdir. Nazirlik üç əməkdaşını 

v

əzifəsindən xaric etmiş, qanunsuz əməllərə görə digər iki hal üzrə istintaq aparılması üçün 



Baş Prokurorluğa müraciət etmiş və 12 nəfər işçinin vəzifəsi dəyişdirilmişdir.

 

    



 

H

əbs prosedurları və saxlama yerində rəftar   

   


Qanuna 

əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə 

onların hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi 

prosesl


ə təmin olunmalıdırlar. Təcrübədə hökumət bu müddəalara hər zaman əməl 

etm


əmişdir.       

 

Qanunda polis



ə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və 

dindirm


əyə icazə verilir. Buna baxmayaraq həbs orderi olmadan polis, vətəndaşları bir 

neç


ə gün saxlamışdır. Hüquqşünasların bildirdiyinə görə digər hallarda hakimlər həbs 

orderini saxlanma halı baş verdikdən sonra vermişlər. Saxlanılan şəxslərin onlara qarşı irəli 

sürül


ən ittihamlar barəsində dərhal məlumatlandırılmadığı hallar barədə məlumat 

verilm


əmişdir, lakin bir neçə halda ittihamlar sonradan kəskin şəkildə dəyişdirilmişdir. 

Diqq


ət çəkmiş bir misalda, 21 iyun tarixdə Nizami Rayon Məhkəməsi “Tolışi-Sado” 

q

əzetinin baş redaktoru Hilal Məmmədovu narkotik maddə saxlamaqda ittiham edərək 



bar

əsində üç ay həbs cəzası çıxarmışdır. Müşahidəçilərin siyasi motivlərə söykənən addım 

adlandırdıqları həbs qətimkan tədbirindən 15 gün sonra, polis Məmmədova qarşı irəli 

sürülmüş ittihamları dəyişərək onu vətənə xəyanət, milli, irqi və dini zəmində nifrət 

yaratmaqda v

ə etnik ayrı-seçkilikdə ittiham etmişdir. İlin sonunda hakimiyyət orqanları 

M

əmmədovun istintaq təcridxanasında saxlanılmasını davam etdirmişlər.              



 

Qanuna 


əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ 

vardır. Təcrübədə vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda aşağı 

s

əviyyədə olmuşdur. Qanunla buna hüquqları olsa da, çox vaxt saxlanılan imkansız 



şəxslərin bu hüquqları təmin edilməmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən 

dövl


ət orqanları bəzi hallarda onların ailələri ilə görüşmələrini, xüsusilə istintaq 

t

əcridxanalarında məhdudlaşdırmışlar və müəyyən hallarda saxlanılan şəxslər barəsində 



informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan qohumları barəsində hər hansı 

m

əlumat əldə etmələri bir neçə gün çəkmişdir. 



 

Siyasi c


əhətdən həssas olan şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə 

saat v


ə yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılmışlar. Məsələn, 

bloqqer v

ə demokratik fəal Zaur Qurbanlı 29 sentyabr tarixdə həbs olunduqdan sonra 

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən 48 

saatdan çox yaxınları və ya müdafiəçiləri ilə hər hansı təmasa icazə verilmədən təcrid 

olunmuş vəziyyətdə saxlanılmışdır.    

 

F

ərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə verilməsinə, istintaq 



araşdırması zamanı onların azadlığa buraxılmasına nail olmalarına baxmayaraq rəsmi və 

t

əcrübədə tətbiq edilən zəminliyə buraxılma sistemi olmamışdır. Bundan əlavə bəzi 



hallarda dövl

ət orqanları istintaq mərhələsində müttəhimləri müstəqil şəkildə azad etmişlər. 

 

Əsassız həbs:  İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə yalandan 



ittiham olunmaqla baş verən həbs halları problem olaraq qalmışdır, bu xüsusilə may ayının 

axırında keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən əvvəlki həftələrdə və müsabiqə 

zamanı baş vermiş bir sıra dinc nümayişlər zamanı baş vermişdir. Həbs və saxlama 

qaydalarının polis tərəfindən pozulması barədə də məlumatlar verilmişdir. Xüsusilə dinc 

siyasi nümayişlər keçirməyə cəhd göstərən müxalifət partiyalarının üzvləri polis tərəfindən 

saxlanılmışdır.

   

   


İstintaq təcridxanalarında uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş 

vermişdir. Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin 

üç aylıq saxlama müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə 

uzatmışdır.

    

 

 



Amnistiya

 

: 15 mart tarixd



ə prezident 66 nəfəri, o cümlədən demokratik fəallar olan Ruslan 

B

əşirli və Elnur İsrafilovu əfv etmişdir. 4 iyun tarixdə prezident, demokratik fəal və 



parlament seçkil

ərində keçmiş namizəd Bəxtiyar Hacıyevi hərbi xidmətdən yayınmaqda 

ittiham edil

ərək 15 ay həbsdə saxlanıldıqdan sonra əfv etmişdir. 22 iyun tarixdə prezident, 

2011-

ci ilin aprel ayında keçirilmiş etiraz aksiyalarında əlaqəsi olduğuna görə həbs edilmiş 



doqquz n

əfər demokratik fəalı (Arif Hacılı, Sahib Kərimov, Tural Abbaslı, Məhəmməd 

M

əcidli, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Babək 



H

əsənov) əfv etmişdir. Müşahidəçilər bu fəalların həbsinin siyasi motivlərə söykəndiyini 

hesab etmişlər. 26 dekabr tarixdə əlavə olaraq 79 məhbus, o cümlədən Şahin Həsənli və 

Vidadi İsgəndərov əfv edilmişlər, bu şəxslər 2011-ci ilin aprelində keçirilmiş dinc 

etirazlarda h

əbs edilmişdilər.            





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə