Aydin səFİxanli insan hüquqlarinin və Əsas


Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#4267
1   2   3   4   5   6   7   8   9   10   11

 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci 
maddəsinin VIII bəndinə  əsasən,  heç kəs törədildiyi zaman 
hüquq pozuntusu sayılmayan  əmələ görə  məsuliyyət daşımır. 
Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür 
hərəkətlərə görə  məsuliyyət aradan qaldırılmışsa və ya 
yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu 
maddəsinə  əsasən,  əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət 
sayılması  və  həmin  əmələ görə  cəza, bu əməlin (hərəkət və ya 
hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə 
müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə 
heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 
Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını  və 
həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud 
cinayət törətmiş  şəxşin vəziyyətini başqa cür ağırlaşdıran cinayət 
qanununun geriyə qüvvəsi yoxdur. 

 
50 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 8. Şəxsi və ailə həyatına hörmət hüququ. 
1.  Hər kəs öz şəxsi və ailə  həyatına, mənzilinə  və yazışın
sirrinə hörmət hüququna malikdir. 
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah 
maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün 
sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər 
şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla 
nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna 
olmaqla, dövlət hakimyyəti orqanları tərəfiındən bu hüququn həyata 
keçirilməsinə mane olmağa yol verilmir. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə 
əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. 
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin 
həyatına, fiziki və  mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə 
qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə 
əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 
Hər kəsin  şəxsi və ailə  həyatının sirrini saxlamaq hüququ 
vardır. Qanunla nəzərdə tutulan hallardan başqa  şəxsi həyata 
müdaxilə etmək qadağandır. 
Öz razılığı olmadan kimsənin  şəxsi həyatı haqqında məlumatın 
toplanmasına, saxlanmasına, istifadəsinə  və yayılmasına yol 
verilmir. 
Hər kəsin yazışına, telofon damşıqları, poçt, teleqraf və digər 
rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna 
dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada 
cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı 
həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 

 
51 
Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə 
əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 
Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə  qərarı istisna 
olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə 
daxil ola bilməz. 
Vəkillər və  vəkillik fəaliyyəti haqqında  Azərbaycan 
Respublikasının Qanunu 17-ci maddəsinə  əsasən,  vəkilin peşə 
vəzifələrinin həyata keçirilməsi ilə  əlaqədar aldığı  məlumatlar, 
verdiyi məsləhətlər və arayışlar vekil sirrini təşkil edir. 
Peşə  vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın 
sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız 
prokurorun və ya müstəntiqin icazəsi ilə ola bilər. 
İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında 
təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar 
olaraq vəkilə  məlum olmuş hallar barədə o, şahid kimi çağrıla və 
dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və 
ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. 
Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım 
göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin 
vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi 
qiymətləndirilə bilməz. 
Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 
32-ci maddəsinə  əsasən,  notariat hərəkətləri barədə arayışlar və 
sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya 
barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə 
verilməlidir. 
Notariat hərəkətləri barədə  məlumat və  sənədlər yalnız 
məhkəmənin, istintaq və  təhqiqat orqanlarının tələbi ilə onların 
icraatlarında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar olaraq 
verilir. 
Notariat hərəkətləri barədə lazımi məlumatların istisna hallarda 
verilməsinin qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən olunur. 

 
52 
 
Notariuslar, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və 
xidməti vəzifələrini yerinə yetirmələri ilə  əlaqədar notariat 
hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini 
saxlamağa borcludurlar. 
Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin 
ölümündən sonra verilə bilər. 
Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
qaydada məsuliyyət daşımalıdırlar. 
Notariat hərəkətlərinin aparılması ilə  əlaqədar notariusa qarşı 
cinayət işi qaldırıldıqda, məhkəmə onu sirri saxlamaq vəzifəsindən 
azad edə bilər. 
Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 53-cü 
maddəsinə  əsasən,  vətəndaşın tibbi yardım üçün müraciət etməsi 
faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə 
və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya 
həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli 
saxlanılması haqqında ona zəmanət verilir. 
Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim 
sirrini təşkil edən məlumat pasiyentin müayinə  və müalicəsinin 
mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda 
nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün 
başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. 
Həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun 
qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə 
bilər: 
−  vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik 
olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; 
−  yoluxucu xəstəliklərin yayılması  təhlükəsi olduqda, kütləvi 
zəhərlənmələr və zədələnmələr baş verdikdə; 
−  istintaq və  təhqiqat orqanlarının, prokurorun və  məhkəmənin 
sorğusu ilə; 
−  yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni 
nümayəndələrinə məlumat vermək məqsədilə; 

 
53 
−  hüquqa zidd hərəkətlər və  vətəndaşın sağlamlığına vurulan 
zərər barədə şübhə olduqda. 
Həkim sirrinə qanuni qaydada yiyələnən  şəxslər onun 
yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə 
qanunvericiliyə uyğun olaraq tibb və  əczaçılıq işçilərinə  bərabər 
məsuliyyət daşıyırlar. 
Məlumat azadlığı haqqında Azərbaycan Respublikası 
Qanununun 10-cu maddəsinə əsasən, alınması məhdudlaşdırılan 
məlumatlara-dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, 
kommersiya, istintaq və  məhkəmə sirləri,  şəxslərin  şəxsi və ailə 
həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. 
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, 
istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror 
aksiyalarına aid olan məlumatlarla bağlı yaranan münasibətlər 
müvafiq qanunvericiliklə tənzimlənir. 
Məlumat azadlığı haqqında Azərbaycan Respublikası 
Qanununun 13-cü maddəsinə  əsasən,  şəxsiyyət haqqında 
sənədləşdirilmiş  və ya açıq elan edilmiş  xəbər  şəxsiyyət barədə 
məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş  məlumat 
mənbəyi onun adma verilmiş, onun tərəfindən imzalanmış sənədlər 
və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən  şəxsiyyət 
haqqında toplanmış  məlumatlardır.  Şəxsiyyətin dini mənsubiyyəti 
və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim 
edildikdə dövlət orqanları  tərəfindən toplana bilər.  Şəxsiyyətin 
siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə  məlumat 
yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim 
edilməlidir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 9. Fikir, vicdan və din azadlığı. 
1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var: bu hüquqa 
öz dinini və əqidəsini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə 
və ya əqidəsinə həm təkbaşına və başqaları ilə birlikdə 

 
54 
etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və 
mərəsim ayinlərini yerinə yetirmək azadlıqları daxildir. 
2. Öz dininə  və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai 
əsayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud 
mənəviyyatı qorumaq üçün və ya digər  şəxslərin hüquq və 
azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş  və 
demokratik cəmiyyətə  zəruri olan məhdudiyyətlərə  məruz qala 
bilər. 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə 
əsasən, hər kəsin fıkir və söz azadlığı vardır. 
Heç kəs öz fikir və  əqidəsini açıqlamağa və ya fıkir və 
əqidəsindən dönməyə məcbur edilə bilməz. 
İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və 
təbliğata yol verilmir. 
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə 
əsasən, hər kəsin vicdan azadlığı vardır. 
Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər 
hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqat etmək, yaxud 
heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı  əqidəsini 
ifadə etmək və yaymaq hüququ vardır. 
Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydam pozmursa və 
ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. 
Dini etiqat və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının 
Qanunu dini azadlığın həyata keçirilməsi ilə bağlı yaranan 
münasibətləri tənzimləyir. 
Hər bir şəxsin dinə münasibətini müəyyənləşdirməsində, dinə 
etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak 
etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol 
verilmir. Dini etiqadların, dini həyat tərzinin və ibadətlərin zor 
işlədilməklə  və ya insanlar arasında nifaq salmaq məqsədi ilə 
təbliği, dini etiqada məcbur etmək qadağandır. 

 
55 
Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət 
təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə  və 
Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq 
olan hüquq və azadlıqların mühafizəsi üçün zəruri hallarda 
məhdudiyyətlər qoyula bilər. 
Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər tərəfindən dini 
təbliğat aparılması qadağandır. 
Valideynlər və ya onları  əvəz edən  şəxslər, qarşılıqlı razılıq 
əsasında, uşaqlarını özlərinin dini əqidəsinə  və dinə münasibətinə 
müvafiq olaraq tərbiyə edə bilərlər. 
Azərbaycan Respublikasının vətəndaşları dinə münasibətindən 
asılı olmayaraq siyasi, iqtisadi, sosial və  mədəni həyatın bütün 
sahələrində qanun qarşısında bərabərdirlər. Vətəndaşın dinə 
münasibətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız öz istəyi ilə 
yol verilir. 
Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş 
vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. 
Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə 
əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə nəzərdə tutulmuş hallarda yol verilir. 
Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən 
ayrıdır. 
Dövlət ona aid olan hər hansı  işin yerinə yetirilməsini dini 
qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. 
Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Bir 
din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya 
məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. 
Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai 
birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək 
hüququna malikdirlər. 
Dini qurumlar siyasi partiyaların fəaliyyətində  iştirak etmir və 
onlara maliyyə yardımı göstərmirlər. 
Dövlət orqanlarının tərkibinə seçildikdə  və ya vəzifəyə 
keçdikdə din xadimlərinin din xadimi kimi fəaliyyəti həmin 
müddətdə dayandırılır. 

 
56 
Dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına 
əməl edir və məsuliyyət daşıyırlar. 
Qanunun 6-cı maddəsinə  əsasən Azərbaycan Respublikasında 
dövlət təhsil sistemi dindən ayrıdır. 
Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini 
kitabların  əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris 
proqramına daxil edilə bilər. 
Vətəndaşlar istədikləri dildə  fərdi qaydada və ya başqaları ilə 
birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. 
Dini qurumlar öz nizamnamələrinə  (əsasnamələrinə) müvafiq 
olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və 
qmpları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan 
ötrü onlara məxsus olan və onların istifadəsinə verilən  əmlakdan 
istifadə etmək ixtiyarına malikdirlər. 
Qanuna  əsasən dini icmalar, idarələr və  mərkəz, dini 
qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini 
qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə  təmsil 
olunurlar. 
Dini qurumlar yetkinlik yaşına çatmış  şəxslərin dini etiqad 
azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı 
və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır. 
Dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək 
məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini 
qurumudur. 
Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini 
icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-
müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə 
fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və 
tabeliyini dəyişdirmək hüququ vardır. 
Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam 
dini mərkəzində - Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. 
Təşkilati mərkəzlərin xaricdə olan qeyri-islam dini qurumları öz 
fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd 
olmayan hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta 
bilərlər. 

 
57 
Dövlətin dini mərkəzlə  və idarələrlə, o cümlədən Azərbaycan 
Respublikasının hüdudlarından kənarda olan dini mərkəzlərlə  və 
idarələrlə qanunla tənzimlənməyən münasibətləri onların öz 
aralarında və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə 
nizamlanır. 
Dini mərkəz və idarələr öz nizamnamələrində 
(əsasnamələrində) nəzərdə tutulmuş qaydada ibadətgahlar, 
ziyarətgahlar, dini tədris müəssisələri və dini qardaşlıqlar yarada 
bilərlər. 
Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması 
üçün dini tədris müəssisələri yalnız dini mərkəz və idarələr yarada 
bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris 
müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri ilə dini mərkəz 
və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən 
edilir. 
Əyani alı və orta dini tədris müəssisələrində təhsil alanlar dövlət 
tədris müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq 
və güzəştlərdən istifadə edirlər. 
Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on 
nəfər yetkin yaşlı  şəxs icmanın təsis protokolu və nizamnaməsi 
(əsasnaməsi)  əlavə olunmuş  ərizə ilə dini mərkəzə  və ya idarəyə 
müraciət edir. Dini mərkəz və ya idarə 15 gün ərzində  həmin 
sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra 
hakimiyyəti orqanına göndərir. 
Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini 
qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə 
müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə 
(əsasnamə) təqdim edilir. 
Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində 
həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət 
qeydiyyatı orqanına göndərir. 
Dini qurumların dövlət qeydiyyatına alınması, dövlət 
qeydiyyatından imtina edilməsi, mübahisəli məsələlərin həlli və 
məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. 

 
58 
Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara 
münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan 
ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan 
istifadə etmək hüququna malikdirlər. 
İbadətlər, dini ayinlər və  mərasimlər ibadətgahlarda və onlara 
məxsus  ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların 
idarələrində, vətəndaşların mənzillərində  və evlərində maneəsiz 
keçirilir. 
Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) 
hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə  və dini 
ayinləri yerinə yetirmələrinə mane ola bilməz.  Əsgəri bölmələrdə 
hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir. 
Xəstəxanalarda, qospitallarda, qocalar və  əlillər evlərində, 
yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər 
orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin 
müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, 
ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa  şərtlərinin 
müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, 
dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin 
keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur. 
Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və  əlillər 
evlərində, yataqxanalarda, islah-əmək müəssisələrində olan 
vətəndaşlara ibadətlər keçirilməsi üzrə  təkliflərlə müraciət etmək 
hüququna malikdirlər. 
Vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, 
eləcə  də dini təyinatlı başqa  əşya və materiallar əldə edə  və 
bunlardan istifadə edə bilərlər. 
Dini qurumlar dini işlər üzrə müvafiq icra hakimiyyəti 
orqanının razılığı ilə dini təyinatlı  ədəbiyyatı,  əşyaları  və dini 
məzmunlu başqa məlumat materiallarını istehsal, idxal edə  və 
sərbəst yaya bilərlər. 
Dini qurumlar həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə 
və ya digər formada mədəni-maarif fəaliyyəti göstərirlər. 

 
59 
Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq 
dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə  iştirak edə, 
ziyarətlərə gedə bilərlər. 
Vətəndaşların dini tədris müəssisələrində  təhsil almaq üçün 
xaricə göndərilməsi, qəbulu və din xadimlərinin mübadiləsi dini 
mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir. 
Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasında 
günahkar olan vəzifəli  şəxslər və  vətəndaşlar Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
məsuliyyət daşıyırlar. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 10. İfadə etmək (ekspression) azadlığı. 
1Hər kəs ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz 
rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər 
hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, 
məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu 
maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya 
müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik,  ərazi 
bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya 
cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın 
mühafızəsi üçün, digər  şəxsin nüfuzu və hüquqlarının müdafiəsi 
üçün gizli əldə edilmiş  məlumatların açıqlanmasının qarşısını 
almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və  qərəzsizliyini 
təmin etmək üçün qanunla nəzərdə tutulmuş  və demokratik 
cəmiyyətdə 
zəruri olan müəyyən formallıqlara, 
şərtlərə, 
məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin I 
bəndinə əsasən, hər kəsin fıkir və söz azadlığı vardır. 

 
60 
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə 
əsasən,  hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə 
etmək, ötürmək, hazırlamaq və   yaymaq azadlığı vardır. 
Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi in-
formasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası 
qadağandır. 
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 
III bəndinə  əsasən,  müharibə, hərbi vəziyyət və fövqəladə 
vəziyyət, habelə  səfərbərlik elan edilərkən insan və  vətəndaş 
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan 
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə 
qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi 
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında  əhaliyə 
qabaqcadan məlumat verilir. 
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin