Aydin səFİxanli insan hüquqlarinin və Əsas


Azərbaycan Respublikası Konstitusiyasının 102-ci



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#4267
1   2   3   4   5   6   7   8   9   10   11

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci 
maddəsinə 
əsasən, Azərbaycan Respublikası Prezidenti 
seçkilərinin yekunları haqqında məlumatı  səsvermə günündən 
sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya 
Məhkəməsi rəsmən elan edir. 
Azərbaycan Respublikası Konstitusiyasının 103-cü 
maddəsinə  əsasən, Azərbaycan Respublikasının Prezidenti 
seçilmiş  şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin 
yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 
gün ərzində 

 
98 
Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: 
«Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata 
keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına  əməl 
edəcəyimə, dövlətin müstəqilliyini və  ərazi bütövlüyünü 
qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. 
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz 
səlahiyyətlərinin icrasına başlamış sayılır. 
Azərbaycan Respublikasında Prezident seçkilərin 
keçirilməsi ilə bağlı digər müddəalar 
«Azərbaycan 
Respublikası Prezidentinin seçkiləri haqqında« Azərbaycan 
Respublikasının Qanunu ilə nizama salınır. 
Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin 
II hissəsinə görə ümumxalq səsverməsi - referendum Azərbaycan 
xalqının öz suveren hüququnu büavasitə  həyata keçirməsinin 
vasitəsidir. 
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsi-
nin I hissəsinə  əsasən,  Azərbaycan xalqı öz hüquqları  və 
mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə 
bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü 
maddəsinin II əsasən, aşağıdakı məsələlər yalnız referendum yolu 
ilə həll oluna bilər: 
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi                
və ona dəyişikliklər edilməsi; 
2) Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi. 
Referendum haqqında Azərbaycan Respublikası Qanunu 
referendumun keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. 
Həmin Qanunun 3-cü maddəsinə  əsasən, referendum xalq 
iradəsinin ümumi, bərabər, və birbaşa ifadə etmək hüququ əsasında 
sərbəst, gizli və şəxsi səsvermə yolu ilə həyata keçirilir. 
Qanunun 4-cü maddəsinə  əsasən, referendumda qanuna 
müvafiq olaraq seçki hüququ olan Azərbaycan Respublikası 
vətəndaşları  iştirak edə bilərlər. Məhkəmənin qərarı ilə  fəaliyyət 
qabiliyyətsizliyi təstiq olunmuş  şəxslər referendumda iştirak 
etmirlər. 

 
99 
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci 
maddəsinə əsasən, yerli özünüidarəni bələdiyyələr həyata keçirir. 
Bələdiyyələr seçkilər əsasenda yaradılır. 
Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, 
bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. 
Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan 
Respublikası Qanununun 1-ci maddəsinə  əsasən, Azərbaycan 
Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri 
Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən 
edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, 
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu 
ilə seçirlər. 
Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan 
Respublikası Qanununun 2-ci maddəsinə əsasən, bələdiyyələrin 
səlahiyyət müddəti 5 ildir. 
Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və 
yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə 
üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət 
müddətində qüvvədədir. 
Həmin Qanunun 3-cü maddəsinə  əsasən, seçkilər günü 18 
yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan 
Respublikası  vətəndaşlarının bələdiyyələrə üzv seçmək hüququ 
vardır. 
Seçkilər günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan 
Azərbaycan Respublikasının vətəndaşları  bələdiyyələrə üzv seçilə 
bilərlər. 
İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, 
hüquq mühafızə orqanlarının işçiləri, din xadimləri, hərbi 
qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər.  İcra hakimiyyəti 
orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq mühafizə 
orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə 
alındıqdan sonra 3 gün ərzində onlar tutduqları  vəzifədən azad 
olunmalı  və bu barədə müvafiq sənədi  ərazi seçki komissiyasına 
təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin 
şəxslərin qeydiyyatı ləğv edilir. 

 
100
Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı 
olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində 
nəzərdə tutulan ağır cinayətlərə görə  məhkum olunmuş  şəxslər, 
məhkəmənin qanuni qüwəyə minmiş hökmü ilə azadlıqdan 
məhrumetmə yerlərində  cəza çəkənlər bələdiyyə üzvü seçilə 
bilməzlər. 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq 
edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər. 
Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi 
və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə 
münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan 
Respublikası  vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə 
nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya 
başqa şəkildə məhdudlaşdırılması qadağandır. 
Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. 
Seçicilər  şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz 
iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. 
Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan 
Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bələdiyyələrə 
seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. 
Seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası 
Prezidentinin fərmanı rəsmi dərc edilir. 
Bələdiyyələrə seçkilər üzrə səsvermə bazar günü keçirilir. 
Bələdiyyələrin səlahiyyətlərinin qurtarmasına  ən geci 120 gün 
qalmış yeni seçkilər təyin edilir. 
Həmin Qanununun 5-ci maddəsinə  əsasən, majoritar seçki 
sistemi  əsasında seçki əraziləri üzrə  aşağıdakı sayda bələdiyyə 
üzvləri seçilir: 
−  500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü; 
−  500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü; 
−  1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü; 
−  5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü; 

 
101
  
 
−  10000-dən 20000-dək  əhalisi olan ərazilərdə - 13 bələdiyyə 
üzvü; 
−  20000-dən 50000-dək  əhalisi olan ərazilərdə - 15 bələdiyyə 
üzvü; 
−  50000-dən 100000-dək  əhalisi olan ərazilərdə - 17 bələdiyyə 
üzvü; 
−  100000-dən   300000-dək   əhalisi   olan  ərazilərdə - 19 
bələdiyyə üzvü seçilir. 
Azərbaycanda seçki sahəsində  həyata keçirilən islahatların 
məntiqi davamı kimi Seçki Məcəlləsinin layihəsi hazırlanmışdır. 
Venesiya ekspert komissiyasının iştirakı ilə hazırlanan Seçki 
Məcəlləsində Azərbaycan Respublikası parlamenti -Milli Məclisin 
deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, 
bələdiyyələrin seçkilərjnin təşkili və keçirilməsi qaydalarım, 
ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi 
qaydalarını müəyyən edir. 
Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində 
vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olan 
hallara qarşı müvafiq cəza siyasəti təsbit olunmuşdur. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 159-cu 
maddəsi seçki hüquqlarının həyata keçirilməsinə mane olma ya 
görə məsuliyyət nəzərdə tutur. 
CM-nin 159-cu madəsinə əsasən, vətəndaşın seçki hüquqlarının 
həyata keçirilməsinə, habelə ümumxalq səsverməsində 
(referendumda) iştirak etməsinə mane olma - minimum əmək haqqı 
məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və 
ya yüz elli saatdan iki yüz qırx saatadək ictimai işlər və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni əməllər: 
−  ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə  və ya zor 
tətbiq etmə hədəsi ilə; 
−  qabaqcadan  əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə 
tərəfindən törədildikdə; 

 
102
−  vəzifəli  şəxs tərəfındən öz qulluq mövqeyindən istifadə 
etməklə törədildikdə - minimum əmək haqqı  məbləğinin beş 
yüz mislindən min mislinədək miqdarda cərimə  və ya üç 
ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 160-cı 
maddəsinə əsasən, seçki komissiyalarının qanuni fəaliyyətinə mane 
olma - minimum əmək haqqı  məbləğinin yüz mislindən beş yüz 
nıislinədək miqdarda cərimə  və ya yüz əlli saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
Eyni hərəkətlər: 
−  ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə  və ya zor 
tətbiq etmə hədəsi ilə; 
−  qabaqcadan  əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə 
tərəfındən törədildikdə; 
−  vəzifəli  şəxs tərəfındən öz qulluq mövqeyindən istifadə 
etməklə törədildikdə - minimum əmək haqqı  məbləğinin beş 
yüz mislindən min mislinədək miqdarda cərimə  və ya iki 
ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması  və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 161-cı 
maddəsinə  əsasən, seçki və ya ümumxalq səsverməsi 
(referendum) sənədlərini saxtalaşdırma, bilə-bilə  səsləri düzgün 
hesablamama, yaxud səsvermənin gizliliyini pozma cinayət 
məsuliyyəti yaradır. 
Belə ki, seçki və ya ümumxalq səsverməsi (referendum) 
komissiyasının üzvü tərəfindən seçki və ya ümumxalq səsvepməsi 
(referendum) sənədlərinin saxtalaşdırılması, bilə-bilə  səslərin 
düzgün hesablanmaması  və ya səsvermənin nəticələrinin düzgün 
müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin 

 
103
pozulması - minimum əmək haqqı  məbləğinin yüz mislindən beş 
yüz mislinədək miqdarda cərimə  və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır. 
Seçki sənədlərinin başqa  şəxslər tərəfindən saxtalaşdırılması  -
minimum  əmək haqqı  məbləğinin yüz mislindən beş yüz 
mislinədək miqdarda cərimə  və ya bir ilədək müddətə islah işləri 
ilə cəzalandırılır. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
39-cu maddəsinə  əsasən, seçkiqabağı  və ya referendum ilə bağlı 
təbliğatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş 
qaydalarının və müddətinin pozulmasına görə - minimum əmək 
haqqı  məbləğinin iyirmi beş mislindən  əlli mislinədək miqdarda 
cərimə edilir. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
40-cı maddəsinə əsasən, Təşviqat-nəşr materallarını qəsdən məhv 
etmə  və ya namizədin seçicilərlə görüşünə mane olma inzibati 
məsuliyyət yaradır. 
Belə ki, mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə 
qanunvericiliklə müəyyən edilmiş yerlərdə asdmış deputatlığa və 
ya seçkili orqana (vəzifəyə) namizədin portretini, onun tərcümeyi-
hah olan plakatları  və digər təşviqat-nəşr materiallarıın qəsdən 
məhv etməyə, korlamağa, zadələməyə, yaxud namizədin seçicilərlə 
görüşünə mane olmağa görə - minimum əmək haqqı  məbləğinin 
otuz beş mislindən altmış mislinədək miqdarda cərimə edilir. 
Namizəd haqqında yalan məlumatlar yayma Azərbaycan 
Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 41-ci maddəsi ilə 
məsuliyyət yaradır. Belə ki, seçkinin nəticəsinə  təsir göstərmək 
məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd 
haqqında yalan məlumatlar dərc etməyə  və ya onları başqa 
üsullarla yaymağa görə - minimum əmək haqqı məbləğinin iyirmi 
mislindən əlli beş mislinədək miqdarda cərimə edilir. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
42-ci maddəsinə  əsasən, seçki komissiyası (referendumun 
keçirılməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil 
edilmiş 

 
104
şəxslərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının 
səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri 
nümayəndələrinin qanunvericiliklə müəyyen edilmiş hüquqlarını 
pozmağa görə - minimum əmək haqqı  məbləğinin otuz beş 
mislindən altmış beş mislinədək miqdarda cərimə edilir. 
Başqasının yerinə  səsin verilməsi məqsədilə seçki bülleten-
lərinin (səsvermə  vəsiqələrinin) vətəndaşlara verilməsi və ya 
seçki bülletenlərinin (səsvermə  vəsiqələrinin) qalıqlarının 
gizlədilməsi, yaxud onların  əlavə tirajmın hazırlanması 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 43-
cü maddəsinə  əsasən inzibati məsuliyyət yaradır. Belə ki, 
başqasının yerinə  səsin verilməsi məqsədilə seçki komissiyasının 
(referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən 
seçki bülletenlərinin (səsvermə bülletenlərinin) vətəndaşlara 
verilməsinə və ya onlara doldurulmuş seçki bülleteninin (səsvermə 
vəsiqələrinin) verilməsinə, yaxud birdən artıq seçki bülleteninin 
(səsvermə  vəsiqələrinin) alınmasına imkan yaradılmasına görə  -
seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiya-
nm) üzvü minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz 
mislinədək miqdarda cərimə edilir. 
Seçki bülletenlərinin (səsvermə  vəsiqələrinin) qalıqlarının 
gizlədilməsinə  və ya seçki komissiyasının qeydə almadığı seçki 
bülletenlərinin (səsvermə 
vəsiqələrinin) 
əlavə tirajının 
hazırlanmasına görə - minimum əmək haqqı məbləğinin iyirmi beş 
mislindən qırx mislinədək miqdarda cərimə edilir. 
Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və 
digər hüquqlarının pozulması Azərbaycan Respublikasının 
İnzibati Xətalar Məcəlləsinin 44-cü maddəsinə  əsasən 
məsuliyyət yaradır. Belə ki, seçki komissiyasının (referendumun 
keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən: 
−  vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək 
hüququ olan şəxslərin siyahısı) ilə tanış olması hüququnun 
pozulmasına; 
−  seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ  

 
105
olan şəxslərin siyahısındakı) yanhşlıqlar haqqında vətəndaşla-
rın  ərizələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə 
baxılmamasına; 
−  seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə 
vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsinə; 
−  qeydiyyatdan keçmiş seçicilər barəsində  məlumatların 
vaxtında rəsmiləşdirilməməsinə  və  dəqiqləşdirilməməsinə 
görə - seçki komissiyasının (referendumun keçirilməsi üzrə 
komissiyanm) üzvü minimum əmək haqqı  məbləğinin qırx 
mislindən altmış mislinədək miqdarda cərimə edilir. 
Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin 
verilməsindən imtina etmə, Azərbaycan Respublikasının 
İnzibati Xətalar Məcəlləsinin 45-ci maddəsi ilə  məsuliyyət 
yaradır. Belə ki, dövlət və ya yerli özünüidarəetmə orqanlarına 
seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakmın 
təmin edilməsi məqsədilə deputatlığa və ya seçkili orqana 
(vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki 
komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) 
üzvünə qanunvericiliklə müəyyən edilmiş 
məzuniyyətin 
verilməsindən imtina etməyə görə - minimum əmək haqqı 
məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə 
edilir. 
Yerli özünüidarəetmə orqanlarına və ya deputatlığa seçilmiş 
şəxslərin dövlət vəzifələrinin icra edilməsi məqsədilə  həmin 
şəxsləri işdən azad etməməyə görə- minimum əmək haqqı 
məbləğinin  əlli mislindən yetmiş mislinədək miqdarda cərimə 
edilir. 
Seçki kampaniyasının maliyyələşdirilməsi və ya maliyyə 
hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 46-
cı maddəsinə əsasən məsuliyyət yaradır. 
Belə ki, seçki kampaniyasının maliyyələşdirilməsinin 
qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə - 
minimum  əmək haqqı  məbləğinin on beş mislindən iyirmi beş 
mislinədək miqdarda cərimə edilir. 

 
106
Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış  vəsaitlərin 
xərclənməsi hesabatları barədə namizədlər, qeydə alınmış 
namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən 
maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə - 
minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək 
miqdarda cərimə edilir. 
Anonim təşviqat materiallarının və ya reklamların 
hazırlanması və yayılması qaydalarının pozulması Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsinin 47-ci maddəsinə 
əsasən məsuliyyət yaradır. 
Seçkiqabağı  və ya referendum ilə bağlı  nəşr və audiovizual 
təşviqat materiallarında bu materialları hazırlayan və 
hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı  və 
buraxılış tarixi barədə  məlumatların gostərilməməsinə görə - 
minimum  əmək haqqı  məbləğinin on beş mislindən iyirmi beş 
mislinədək miqdarda cərimə edilir. 
Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin 
və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan 
seçkiqabağı 
nəşr materiallarının hazırlanmasına, yaxud 
yayılmasına görə - minimum əmək haqqı  məbləğinin iyirmi 
mis\lindən otuz mislinədək miqdarda cərimə edilir. 
Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya 
qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və 
yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin 
qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -
minimum  əmək haqqı  məbləğinin iyirmi beş mislindən otuz beş 
mislinədək miqdarda cərimə edilir. 
Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında 
məlumatın təqdim edilməməsi və ya dərc olunmaması 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 48-
ci maddəsinə əsasən məsuliyyət yaradır. 
Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi 
partiyaların bloklarının və namizədlərin vəkil edilmiş  şəxslərinin, 
müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların 

 
107
bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya 
vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları 
üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin 
yekunlarına və nəticələrinə aid məlumatların təqdim edilməməsinə 
görə - minimum əmək haqqı  məbləğinin  əlli mislindən yetmiş 
mislinədək miqdarda cərimə edilir. 
Səsvermənin yekunlarına və  nəticələrinə aid məlumatların 
qanunvericiliklə  nəzərdə tutulmuş qaydada və müddətdə  dərc 
edilməməsinə görə - minimum əmək haqqı  məbləğinin yetmiş 
mislindən doxsan mislinədək miqdarda cərimə edilir. 
 
İnsan hüquqiarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın Konvensiyaya və onun birinci Protokoluna artıq 
daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin 
olunmasına dair 4 saylı Protoholu 
Maddə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan 
olunması. 
Heç kəsyalnız hər hansı müqavilə öhdəliyini ödəmək iqtidarın-
da olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
«Azərbaycan Respublikasında  İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, 
heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə 
qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum 
edilə bilməz. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyaya dair 4 saylı Protokolu 
 
Maddə 2. Hərəkət etmək azadlığı 
1. Dövlətin  ərazisində qanuni yerləşən hərkəsin həmin  ərazidə 
sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. 

 
108
bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya 
vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları 
üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin 
yekunlarına və nəticələrinə aid məlumatların təqdim edilməməsinə 
görə - minimum əmək haqqı  məbləğinin  əlli mislindən yetmiş 
mislinədək miqdarda cərimə edilir. 
Səsvermənin yekunlarına və  nəticələrinə aid məlumatların 
qanunvericiliklə  nəzərdə tutulmuş qaydada və müddətdə  dərc 
edilməməsinə görə - minimum əmək haqqı  məbləğinin yetmiş 
mislindən doxsan mislinədək miqdarda cərimə edilir. 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın Konvensiyaya və onun birinci Protokoluna artıq 
daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin 
olunmasına dair 4 saylı Protokolu 
 
Maddə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan 
olunması. 
Heç kəs yalnız hər hansı müqavilə öhdəliyini ödəmək 
iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı 
maddəsinə  əsasən, heç kəs yalnız hansısa mülki müqavilə 
öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə 
alına və ya azadlıqdan məhrum edilə bilməz. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdqfiəsi haqqında 
Konvensiyaya dair 4 saylı Protokolu 
 
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin