Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Fransa müvəqqəti rejim dövründə



Yüklə 2,21 Mb.
səhifə39/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   186
Fransa müvəqqəti rejim dövründə. 1944-ci ilin avqustun 19-da Paris faşistlərdən azad edildi. Avqustun 30-da Şarl de Qollun başçılığ altında müvəqqəti milli hökumət təşkil edildi ki, onun da tərkibinə sosialist, kommunist və digər antifaşist partiyaların nümayəndələri daxil oldu. Həmin hökumət ölkədə dərhal bir sıra sosial-iqtisadi islahatlar keçirdi. Müharibə dövründə 190 minə qədər faşistlərlə əməkdaşlıq edənlər yəni kollaborosionistlər –cəzalandırıldı. Vişi hökumətinin başçılarından olan Laval gülləndi. General Peten isə xəstəliyinə görə ömürlük həbs cəzasına məhkum edildi.

Şarl de Qoll müharibə dövründə mövcud olan müqa­vimət hərəkatı orqanlarını ləğv etdi, müharibəyə qədərki in­zibati aparatı bərpa etdi. Nizami ordu formalaşmağa başladı, oraya köhnə rejimin hərbi kadrları cəlb edildi. Sol qüvvələrin təzyiqi altında hökumət bir sıra sosial tədbirlər həyata keçirdi. Əmək haqları, təqaüdlər, maddi yardım artırıldı. Satqınlar döv­lət aparatından qovuldu. Kömür şaxtaları, «Reno» avtomobil zavodu və bir neçə digər müəssisələr milliləşdirildi. Xarici siya­sətdə ilk növbədə antifaşist koalisiyasının üzvləri olan ölkələrlə əməkdaşlığa xüsusi diqqət yetirildi. 1944-cü ilin dekabrın 10-da SSRİ ilə Fransa arasında 20 il müddətinə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. ABŞ və İngiltərə ilə sıx münasibətlər yaradıldı. İlk illərdə ABŞ-dan asılılıq nəzərə çarpsa da, hər halda Fransa özünün «böyük dövlət» statusunu bərpa edə bildi. Müvəqqəti hökumətin xarici siyasətində məğlub olmuş Almaniyanın taleyi məsələsi böyük yer tuturdu. Müvəqqəti hökumət Saarı Fransaya birləşdirməyə, Reyn vilayətini Almaniyadan ayırmağa, Puru «beynəlmilləşdirməyə» çalışırdı. Lakin bu tələblər Potsdam sazişlərinə uyğun gəlmədiyindən, digər qalib dövlətlər tərəfindən müdafiə olunmurdu.

Fransa qarşısında iqtisadiyyatı dirçəlmək və demokratikləşdirmə problemi dururdu. 1945-ci ilin oktyabrın 21-də Müəssislər məclisinə seçkilər keçirildi. Fransa tarixində ilk dəfə olaraq qadınlar səsvermə hüququ aldılar. Həmin seçkilərdə sosialist, kommunist, anti-faşist partiyalar üstünlük təşkil etdilər. Kommunistlər 5 milyon səs alaraq 152 deputat, sosialistlər 4,6 milyon səs olaraq 142 deputat, Xalq respublika hərəkatı partiyası 4,5 milyon səs alaraq 141 deputat, müqavimətçilərin demokratik və sosialist ittifaqı isə 51 deputat yeri tutdu. Sosialistlər və kommunistlər Müəssisələr məclisində çoxluq təşkil etdilər. Ölkədə elə həmin gün keçirilən referendumda əhali üçüncü respublikaya qayıtmağa tərəfdar olmadı və Müəssisələr məclisi qarşısında yeni konstitusiya qəbul etmək məsələsini qoydu. Sosialistlər kommunistlərlə birgə hökumət təşkil etməkdən imtina etdidər. Şarl de Qollun başçılığı altında koalisiyalı hökumət təşkil edildi. Fransa xalqı üçüncü Respublikaya qayıtmaq istəmədiyinə görə yeni respublikanın konstitusiyasının hazırlığına başlanıldı. Konstitusiya hazırlanarkən Şarl de Qolla hökumətin digər nümayəndələri arasında fikir ayrılıqları yarandı. Şarl de Qoll tələb edirdi ki, yeni respublikada prezidentin səlahiyyətləri genişlənsin. Konstitusiya ABŞ konstitusiyası tipində olsun. Digərləri isə parlamentin səlahiyyətlərinin artırılmasını tələb etdilər. Şarl de Qoll azlıqda qaldı. Müəssislər Məclisi səs əksəriyyəti ilə hərbi xərclərin ixtisarını tələb etdikdə de Qoll 1946-cı ilin yanvarın 20-də baş nazir vəzifəsindən istefa verdi. Hökumətə 1946-cı ilin iyuluna qədər sosialist Quen, 1946-cı ilin iyulundan isə Xalq res­publika hərakatı partiyasının liderlərindən olan Bido başçılıq etdi.

Fransa fəhlə sinfi bir sıra sosial tədbirlərin həyata keçirilməsinə nail oldu. 1946-cı ildə kömür, qaz, elektrik stansiyaları bütünlüklə, maşınqayarma sənayesinin isə bir hissəsi və 5 iri bank milliləşdirildi. Sənaye müəssisələrinin 20-25%-i dövlət bölməsinə daxil oldu. Qadın və kişi əməyi arasında olan fərq xeyli ixtisar edildi. Dövlət xəstəxanaları açıldı. İcarə haqqında yeni əsasnamə qəbul edildi. Kənd təsər­rüfatı fəhlələrinin sosial təminatı, kəndli-qocaların təqaüdü, gənc kəndli ailələrinə kömək, çoxuşaqlı kəndli ailələrinə maddi yardım göstərilməsi, kənd təsərrüfatı fəhlə­lərinin əmək haqlarının artırılması haqqında qanunlar verildi.

Ölkədaxili problemlərdən biri Fransada dövlət quruluşu məsələsi idi. 1946-cı ilin oktyabrın 13-də yeni konstitusiya layihəsi referendum yolu ilə bəyənildi. 1946-cı ilin dekabrın 24-də onun qüvvəyə minməsi ilə dördüncü respublika fəaliyyətə başladı. Yeni konstitusiyaya görə Fransa parlamentli respublika elan edildi. Parlament 4 il müddətinə seçilir və 2 palatadan ibarət idi. Aşağı palata Milli məclisdən, yuxarı palata sonralar senat adlanan Respublika şurasından ibarət idi. Yeni Konstitusiyaya 1875-ci il konstitusiyasına əlavə olaraq zəhmətkeşlər üçün bir sıra yeni hüquqlar - təhsil, əmək və sosial təminat hüququ salındı. Konstitusiyada göstərilirdi ki, Fransa işğalçı müharibələrin və zor tətbiq etməyin əleyhinədir. Konstitusiyaya əsasən prezident 7 il müddətinə seçilirdi. Parlament tərəfindən seçilən prezident məhdud səlahiyyətlərə malik idi. Hökumət onun qarşısında deyil, parlament qarşısında məsuliyyət daşıyırdı. Konstitusiyada Fransanın müstəmləkələri Fransa ittifaqının bərabər hüquqlu üzvləri kimi qeyd edilirdi. Ümumiyyətlə, dördüncü Res­publikanın konstitusiyası o zaman kapitalist ölkələrində olan kon­sti­tusi­yaların ən demokratiki idi. Bu konstitusiyada Fransanın Xalq cəbhəsi dövründə həyata keçirdiyi tədbirlərin əksəriyyəti öz əksini tapmışdı.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin