Avqust 2016 İş yeri statistikası açıqlanıb


nəfərin ölkədən çıxışı yasaqlanıb



Yüklə 4,35 Mb.
səhifə32/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

708 nəfərin ölkədən çıxışı yasaqlanıb


24.08.2016

Avqustun 24-də Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin adlarını açıqlayıb. Rəsmi məlumata görə, ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı 308, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 400 nəfərdir.

Ölkə qanunvericiliyi vergi borcunu tam ödəməyən şəxslərin ölkədən kənara çıxmasına icazə vermir.


Cahangir Hacıyevin məhkəməsi: ittiham aktı elan edilib


24.08.2016


Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən 7 nəfərin işi üzrə proses davam edir. APA-nın məlumatına görə, avqustun 24-də keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layicov vəsatət qaldıraraq məhkəmə tərkibinə etiraz ediblər. Fəxrəddin Mehdiyev deyib ki, buna səbəb məhkəmə heyətinin indiyədək 6 vəsatətdən heç birini təmin etməməsidir.

Digər təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə razılaşmayıb və indiki mərhələdə buna ehtiyac olmadığını bildiriblər. Dövlət ittihamçısı Fərid Nağıyev də vəsatətin əsaslı olmadığını deyərək təmin olunmamasını istəyib. Məhkəmə tərkibi vəsatəti baxılmamış saxlayıb.

Fəxrəddin Mehdiyev Cahangir Hacıyevin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil Cahangir Hacıyevə istintaq təcridxanasında təzyiq edildiyini də diqqətə çatdırıb: “Onun soyuducusu belə əlindən alınıb və bu, Cahangir Hacıyevin günlərlə ac qalmasına səbəb olub”.

Prokuror vəsatətə münasibət bildirərək yalnız ifadə verən vaxt təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasının mümkün olduğunu və buna etiraz etmədiyini deyib. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Aqil Layicov verilən kreditlərlə bağlı tələb-güzəşt sənədlərinin məhkəməyə təqdim olunmasını və araşdırılmasını istəyib. Hakim bu vəsatətə sənədlərin tədqiqi mərhələsində baxılacağını deyib.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib. Cahangir Hacıyev də daxil olmaqla təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini təqsirli bilməyiblər. Məhkəmə indiki mərhələdə təqsirləndirilən şəxslərin ifadə verməsi haqqında qərar qəbul edib.

Beynəlxalq Banka külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar işin istintaqını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. İstintaq bildirib ki, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. İddiaya görə, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə və digər 7 şəxsə (filial rəhbərləri olmuş Anar Sultanov, İlqar Abdullayev, Yusif Ələkbərov, Kənan Orucov, Məmməd Cahangirov, “İnter Security” MMC-nin sabiq direktoru İbrahim Hüseynov, Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov) ittiham elan edilib.

Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir. 38 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin