«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR



Yüklə 354,65 Kb.
səhifə1/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
  1   2   3   4   5   6   7   8   9   ...   109
audit




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

KAFEDRA: MÜHASİBAT UÇOTU VƏ AUDİT

«AUDİT»
FƏNNİ ÜZRƏ MÜHAZİRƏLƏR

b/m. BABAŞİRİNOVA E.M.

BAKI-2016

I MÖVZU. AUDİTİN MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ


  1. Auditin mаhiyyəti, məqsədi və vəzifələri

  2. Аuditin meydаnа gəlməsi və inkişаfı

  3. Auditin növləri

  4. Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi




  1. Auditin mаhiyyəti, məqsədi və vəzifələri

Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informa-siyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəs­sisənin fəaliy­yətinin inkişaf etdirilməsi strateqi­ya­sının hazırlanması və səmərəliliyin yüksəldil­məsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əla­qədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, di­gər kre­ditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kre­ditlərin qay­tarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Eyni zamanda mal­gön­dərənlər, alıcılar, investorlar və təsərrüfat subyek­ti ilə işgüzar qar­şılıqlı əlaqələrə malik olan müəssisə və təşkilat­lar da informa­siyaların dürüst olmasında maraqlıdır.

Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.

Аudit "audio" - latın sözündən götürülmüş və mə­nası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatla­rının həqiqətə uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utk­in isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.

Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlə­rin formalaşdırılması məq­sə­di ilə aparılan müstəqil yoxlanmasıdır.

"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmt­əə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılması­nın, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılm­asınd­a məq­səd qanunvericiliklə, auditor fəal­iyyəti­nin tənz­imlən­məsi­nin normativ sistemi ilə, auditorun və müştəri­nin müqavilə öh­dəli­kləri ilə müəyyən olunan konkret mə­sə­lə­ləri­n həll edilməsi­dir.

Nəza­rət forması kimi audit hesabat dövr­ü üçün aktivləri­n, öh­dəli­kləri­n, xüsusi vəsa­itləri­n və maliyyə nəti­cə­ləri­nin əks etdirilməsi­nin dürüstlüyünü, tamlı­ğını, dəqi­qliyini müəyyən etmək məq­sədi ilə təsərrüfat subyektinin möv-c­ud qanunvericiliyə müvafiq tərt­ib etdiyi illik maliyyə hesabatları­nın müstəqil yoxlanılm­ası­dır. Döv­ləti­n, müəssisə rəh­bərl­iyinin və onun sahibləri­nin (payçıla­rın, səhm­darların) qarşı­lıq­lı maraqları onun əsa­sını təşk­il edir.

Аuditor fəal­iyyəti­ni yalnız yoxlama kimi xarakterizə et­mək olmaz. Bura mühasibat (maliyyə) hesabatları­nın, ödəmə-hesab­­laş­ma sə­nəd­ləri­nin, vergi bəyan­namə­ləri­nin və iqtisadi subyektin digər maliyyə öh­dəli­kləri­nin və tə­ləb­ləri­nin müstəqil idarə­dən­kəna­r yox­lanılm­ası, eləcə də digər auditor xidmət­ləri­nin gös­təril­məsi: mühasibat uçotunun qurulması, bərp­a olunması və aparılm­ası; gəli­rlər haq­qınd­a bəya­nnamə­ləri­n və mühasibat (maliyyə) hesabatları­nın ha­zır­l­anması; maliyyə-təsərrüfat fəal­iyyəti­nin təhl­ili, iqtisadi subyektin aktivləri­nin və passivləri­nin qiymət­lənd­irilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi mə­sə­lə­ləri üzrə məs­lə­hət­ləri­n verilməsi və s. daxildir.



Audit – mühasibat uçotunun aparılm­ası qaydası­nın göz­ləni­lməsi­nin, təsərrüfat əməli­yyatları­nın AR-nin qanunvericiliyinə uyğunlu­ğu­nun, müəssisəni­n fəal­iyyəti­nin mühasibat (maliyyə) hesabatlarınd­a əks etdirilməsi­nin tamlı­ğı­nın və dürüstlüyünün yoxlanılm­ası əsa­sınd­a müəssisəni­n mühasibat (maliyyə) hesabatları­nın müstəqil eksper­tiza­sı­dır.

Audit müstəqil təftiş key­fiy­yə­ti­nə ma­lik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə he­sa­­­bat­la­rının yox­lan­ması ilə məh­dudlaşa bil­məz. Məlu­mat­­la­rın küt­­ləvi axı­nı şə­raitində on­l­arın ümumiləş­­dıril­mə­si və səmərəli is­tıfadə olun­­ması menecerin və təsərrüfat rə­h­bərinin qarşı­sın­da duran ən vacib mə­­sələlərdir. Digər tərəfdən, müəssisələrdə (təş­kilatlarda) uçot və nəza­rə­tin yüksək səviyyədə qurul­ma­sı ilə resurs­la­rın səfərbər edilməsini, on­lar­dan səmərəli is­tı­fa­də olun­ma­sını, məh­­su­lun maya dəyərinin mınımum həddə çat­­dı­rıl­ma­sını, mən­­fəətin аrtımını, sаbit maliyyə və­ziy­yə­tini tə­min etmək olar. Auditin məqsəd və və­zıfə­lə­rı bu prinsiplər üzərində qurulur.

Auditor nəza­rəti üzrə əsas məq­sədə çatmaq və müştəri­yə rəyi təqd­im etmək üçün auditor aşağıda­kı mə­sə­lə­lər üzrə öz fikrini fоr­mа­lаş­dır­mа­lı­dır:

 hesabatların ümum qəbu­l edilməsi (hesabatın bütövlükdə bütün tə­ləb­lərə cavab verməsi, yanlış informasiyaları özündə əks et­dir­mə­məsi);

 əsa­slı olması (hesabatda gös­təri­lən məb­ləğ­ləri­n hesabata da­xil edilməsi haqda əsa­sın olması);

 qiymət­lənd­irmə (bütün kateqoriyaların düzgün qiymət­lənd­irilməsi, düzgün hesablanması);

 təsn­ifləşd­irmə (hesablarda əks etdirilən məb­ləğ­ləri­n hə­qi­qə­tən də həmi­n hesablara aid olmasına inanmaq üçün əsa­sın olması);

 bölg­ğ (balansın tərt­ib olunması tarixinə qə­dər və ya bilava­si­tə ondan sonra aparıl­mış əməli­yyatların aparıla­n döv­rə aid edilməsi);

 dəqi­qlik (ayrı-ayrı əməli­yyatlar üzrə məb­ləğ­lə­rin analitik uçot kitablarınd­a və jurnallarınd­a əks olunan məlu­matlara uyğunlu­ğu, onların yekununun düzgünlğyğ, Baş kitabda verilmiş məlu­mat­ların yekun məb­ləğ­ləri­nə uyğun­luğu);

 açıql­anması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçğ­­rğlməsi və hesabatlarda və onlara əla­və­lər­də düzgün əks etdiril­məsi).





  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin