«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


II MÖVZU. АUDITОR FƏАLIYYƏTI VƏ ОNUN TƏNZIMLƏNMƏSININ HÜQUQI ƏSАSLАRI



Yüklə 354,65 Kb.
səhifə14/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   10   11   12   13   14   15   16   17   ...   109
audit

II MÖVZU. АUDITОR FƏАLIYYƏTI VƏ ОNUN TƏNZIMLƏNMƏSININ HÜQUQI ƏSАSLАRI


  1. Аuditin nоrmаtiv hüquqi bаzаsı

  2. Аuditоr fəаliyyətinin lisenziyаlаşdırılmаsı

  3. Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri

  4. Auditin əsas prisipləri, auditorun məsuliyyəti və peşə etikаsı

  5. Аuditоr stаndаrtlаrı




  1. Аuditin nоrmаtiv hüquqi bаzаsı

Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici nor­ma­tiv hüquqi aktların ol­ması vacibdir. Çünki, hüquqi və təşkilati for­ma­sın­dan asılı olma­ya­raq hər bir xidmət növünün hüquqi vəzifələri, mə­suliyyəti və digər öhdəlikləri qa­nun­verici normativ hüquqi aktlarla tən­zimlənir. Audit də xid­mət növü olduüu üçün onun fəaliyyəti qa­nunverici və nor­mativ hüquqi aktlarla tən­zimlənir.

Azər­bay­can Res­­pub­likası ərazisində hüquqi və fiziki şəxs sta­tu­sun­da fəaliy­yət göstərən audit xidməti Azər­baycan Respub­likasının Ali Qa­nun­ve­ricilik orqanı tərə­fin­dən qəbul edil­miş qanun­lara və Azər­bay­can Res­publikası Ali Icraedici or­qan­ları tərə­fin­dən qəbul edilmiş bir sıra qərar və qət­namələrə əsasən təş­kil olu­nur. Bu qa­nun­ve­rıci nor­ma­tiv sənədlərə «Audıtor xidməti haq­qın­da» Azər­bay­can Respub­likasının 16 sentyabr 1994-cü il tarixli Qanunu və ona edılən dəyişikliklər, «Daxili audit haqqında» Azərbaycan Respub­likasının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azər­­bay­can Respublıkasının Milli Məc­lisinin 19 sentyabr 1995-ci il tarixli qəra­rı ilə təsdiq edilmiş «Azərbaycan Respub­likasının Audı­­tor­lar Pala­tası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər, Azər­baycan Respub­lıka­sı­nın Milli Məc­­­lısınin 12 mart 1996-cı il tarixli qərarı ilə təs­diq edilmiş «Azər­bay­can Res­pub­lıka­sının Audıtorlar Palatası haq­qında» Əsasnaməyə dəyişikliklər edilməsi haqqında Qərarı, «Auditorun peşə mə­suliyyətinin icbari sıüortası» haqqında Azərbaycan Respub­lıka­sının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azər­bay­can Res­pub­likası Nazirlər Kabinetinin 11 aprel 1996-cı ildə «Azər­bay­can Res­publikası Auditorlar Palatasının bəzi məsələlərinə edilən dəyışik­liklər» haq­qın­da qərarı və Azərbaycan Respub­lıkasında Auditor­lar Palatası haqqında Azər­bay­can Respub­lıka­sının Prezıden­ti tərəfindən ve­ril­miş bir sıra fər­man­lar və sərəncamlar daxildir. Bu qanun­ve­rici və nor­mativ hüquqi sə­­nədlər Azər­bay­can Res­pub­­­­likasında audit fəaliyyə­tinin təş­kılınin və nizam­lan­ma­sı­nın ümumi hüquqi baza­sını təşkil edir.

«Auditor xidməti haqqında» Azərbaycan Respub­lıka­­sının Qanununda Azərbaycan Respublikasında audit xid­mə­tinin təş­kılı­nin ümumi qaydaları, o cümlədən audit xidməti ilə məş­üul olmaq üçün lisen­ziya verilməsinin əsas prin­sipləri, sər­bəst audıtor­ların və auditor təş­­kilatlarının qeydiyyat qaydaları, audıtorların və sifаrişçi-müştərinin hüquqları, vəzıfə­lə­rınin və onların məsuliyyətinin hüquqi prin­sipləri, audıt xidməti ilə məş­üul olmaq hüququ ve­rən lisenziyaların geri alınması qaydalarının əsas prin­sipləri əks etdirilmişdir.



  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin