ASİya iNKİŞaf banki



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix06.09.2017
ölçüsü0,97 Mb.
#29038
1   2   3   4   5   6   7   8

VIII.

 

UYĞUNLUĞUN TƏHLİLİ 

177. 


Siyasətin açıqlama tələbləri AİB hesabat mexanizmi ilə uyğun gəlməlidir.

35

 Siyasətin 28‐



38‐ci  paraqraflarında  göstərilir  ki,  55‐130‐cu  paraqraflardakı  xüsusi  açıqlama  tələbləri  və  153‐

166‐cı paraqraflardakı icra planları AİB hesabat mexanizminə görə təhlil edilməlidir. 

 

 

IX.



 

TÖVSİYƏ 

178. 


Prezident Direktorlar Şurasına ictimai əlaqələr siyasətini təsdiq etməyi tövsiyə edir.  

                                                 

35

 ADB. 2003. Funksiyasının Dəyərləndirilməsi: AİBnin Yeni  Hesabat Mexanizminin Yaradılması, 8 May, R79‐03. 



Əlavə

 1 


 

 

38 



ƏLAVƏ 1 

DİGƏR ÇOXTƏRƏFLI İNKIŞAF BANKLARINDA İCTİMAİ ƏLAQƏLƏR VƏ 

İNFORMASİYANIN AÇIQLANMASI İSTİQAMƏTLƏRİ 

A.

 

Digər Çoxtərəfli İnkişaf Banklarının Xarici Əlaqələri  

1. 


Digər  çoxtərəfli  inkişaf  bankları  (ÇİB‐lər)  son  illərdə  menecmentlərinin  öhdəliklərinə, 

əməkdaşlarının sayının artırılmasına və media və ictimai əlaqələrə ayrılmış maliyyə vəsaitlərinə 

arxanalaraq fəal xarici iş fəaliyyətini qururlar. Vaşinqtonda yerləşən ÇİB‐lər inkişaf institutları 

barədə informasiyaya artan tələbata, qeyri‐hökümət təşkilatları (QHT‐lər) tərəfindən beynəlxalq 

maliyyə  təşkiltalarının  əməliyyatlarının  tənqidinə,  və  donor  ölkələrdən  konsessiya  maliyyə 

vəsaitləri üzrə olan böyük müsabiqələrə bir başa cavab verərək önəmli addımlar atmış olurlar.  

 

2. 


Dünya  Bankında  xarici  əlaqələr  istiqamətində  250  peşakar  işçi  çalışır.  Onun  ofisləri  bu 

sahədə,  özəlliklə  də  Asiya  və  Sakit  okean  regionunda  fəaldırlar.  AİB‐lə  bəlkə  də  ən  çox 

müqayisə  olunan  İnter‐Amerika  İnkişaf  Bankı  (İİB)  xarici  əlaqələr  üçün  resurslarını  artırır,  və 

bu sahədə hal‐hazırda onun əsasən məsləhətçilərlə zənginləşmiş 45 peşəkar işçisi var. Tənqidi 

hesabata  cavab  olaraq,  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  xarici  əlaqələr  işi  ilə  məşğul  olan 

işçilərinin sayını 2000‐ci ildə olan 70 nəfərdən 2004‐cü ildə 90 nəfərə çatdırmışdır. Dünya Bankı, 

BVF  və  İİB‐nin  Avropa  və  Asiyada  media  və  ictimai  əlaqələrlə  fəal  məşğul  olan  ofisləri  var. 

Bunun nəticəsidir ki, onlar bu gün 2 onillik əvvəlkindən daha yaxşı tanınırlar.  

 

B.

 

Digər Çoxtərəfli İnkişaf Banklarında İnformasiyanın Açıqlanması 

3. 


İnformasiyanın açıqlanması sahəsində ÇİB‐lər çərçivəsində ictimaiyyətin informasiyaya 

çıxışı  ÇİB‐lərin  inkişafda  olan  ölkələrdəki  nüfuzunun  artmasına  görə  aktual  məsələdir.  

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) 2002 İnsan İnkişafı Hesabatında Dünya 

Bankı  və  BVF‐də  Direktorlar  Şurası  protokollarının  və  səsvermə  qeydlərinin  çatışmamasını 

göstərərək,  beynəlxalq  maliyyə  təşkilatlarında  “şəffaflıqda  ciddi  boşluqların  olmasını”  qeyd 

etmişdir. İnsan İnkişafı Hesabatında belə qənaətə gəlindi kibunun nəticəsi olaraq, “üzv ölkələrin 

vətəndaşları  (və  ya  maraqlı  olan  kənar  şəxslərin)  qarşısında  BVF  və  ya  Dünya  Bankı 

siyasətlərinə dair icraçı direktorlar və ya hökümətlər hesabat vermirlər.”

1

  

 



4. 

1990‐cı  illərin  əvvəllərində  hazırlanmış  ilk  formal  ÇİB‐lərin  informasiya  və  açıqlama 

üzrə  siyasətləri  siyasətlər,  proqramlar  və  layihələrin  detallarını  açıqlamağa  imkan 

yaratmışdırlar.  Bununla  belə,  informasiyanın  yayılmasına  ciddi  məhdudiyyətlər  qoyulmuşdu. 

Layihələrin  planlaşdırılmasında  və  onların  icrasında  layihə  ərazilərində  yaşayan  insanların 

önəmli töhfə verə bilməsi üçün təklif olunan fəaliyyət barədə məlumatlandırılmasına siyasətlər 

heç bir təminat vermirdilər.  Bunun nəticəsi olaraq, açıqlama siyasətləri qəbul olunandan sonra 

                                                 

1

 

BMTİP.  İnsan  İnkişafı  Hesabatı  2002:  Parçalanmış  Dünyada  Demokrtiyanın  Dərinləşdirilməsi.  Nyu  York:  115.  Bax:



 

http://www.undp.org/hdr2002/chapterfive.pdf 



 

Appendix 1 

 

 

 



39

ÇİB  açıqlama  siyasətlərinin  gücləndirilməsinə  dair  ictimai

 

təkliflər  səslənmişdir.  Bu  təkliflərin 



sayı son illərdə çoxalıb və bəzi hökümətlər tərəfindən dəstəklənmişdir.  

 

5. 



Bunun  nəticəsi  olaraq,  bütün  ÇİB‐lər  özlərinin  informasiyanın  açıqlaması  siyasətlərini 

yenidən  dəyərləndirərək  genişləndirdilər  və  ya  hələ  də  genişləndirməkdə  davam  edirlər.  Bu 

yeni  siyasətlərin  bir  çox  ümumi  xüsüsiyyətləri  var.  Bütün  yeni  qəbul  və  təklif  olunmuş 

siyasətlər  əməliyyat  və  digər  informasiyaları  daha  fəal  təqdim  edirlər.  Onlar  ictimaiyyət  üçün 

açıqlanacaq  informasiyanın  miqyası  və  növünü  genişləndirir  və  rəsmi  web  səhifələrin 

informasiyanın  yayımında  xüsusi  rolunu  vurğulayırlar.  Onlar  bəzi  informasiyaların  məsələn, 

hüquqi məsləhət, başqa tərəfin təqdim etdiyi məlumat, kofidensial biznes məlumatı, ÇİB‐lər və 

üzv ölkə hökümətlərinin əlaqələrinə mənfi təsir edə bilən məlumat daxil olmaqla,  ictimaiyyətə 

açıqlanmasında bənzər çətinliklərlə üzləşirlər.    

 

6. 



Ayrı‐ayrı ÇİB siyasətlərini fərqləndirən əsas xüsusiyyətlər aşağıdakı kimi göstərilir.  

 

1. 



Afrika İnkişaf Bankı (AfİB) 

 

7. 


Afrika  İnkişaf  Bankı  İnformasiyanın  Açıqlanması  Siyasəti  Sənədini  1997‐ci  ilin  dekabrında 

qəbul  etmişdir.  AfİB  2003‐cü  ildə  siyasətin  yenidən  baxılmasına  başlamış,  və  2004‐cü  ilin 

martında şəffaflığa dair yeni siyasət qəbul etmişdir.   

 

8. 



Məsələn,  2004‐cü  il  siyasəti  vurğulayır  ki,  məsləhətləşmələr  aparmaq  və  maraqlı 

tərəflərin  iştirakına  nail  olmaq  məqsədilə  əməliyyat  siyasəti  sənədlərinin  layihəsi  və  ölkə 

strategiya  sənədlərinin  layihəsi  bu  sənədlərin  Direktorlar  Şurasında  müzakirəsindən  ən  azı  50 

gün  əvvəl  açiqlanacaq.  Ölkə  üzrə  icra  qiymətləndiriləmələri  və  Direktorlar  Şurası  tərəfindən 

təsdiqlənəndən sonra layihədə ciddi dəyişiliklər baş verərsə, açıqlanır. 

 

 



9. 

Yeni siyasət həmçinin illik toplantıların xülasəsinin açıqlanmasını təmin edir, və ölkə və 

sektor  departamentlərinə  maraqlı  tərəfin  sifarişinə  əsasən  layihə  barədə  texniki  informasiyanı 

təqdim etmək səlahiyyətini verir.  

 

10. 


Yenidən  baxılmış  İnformasiyanın  Açıqlanması  Siyasəti

 

təsdiq  edilərkən,  Direktorlar 



Şurasında qərar verildi ki, bənzər təşkilatların müsbət praktikalarını tətbiq etmək üçün siyasət 

müntəzəm  olaraq  yeniləşməlidir.  Özəlliklə  də,  Direktorlar  Şurasında  vurğulandı  ki,  bənzər 

təşkilatlarda Direktorlar Şurasının protokollarının açıqlanması ilə bağlı nəzarətə ehtiyac var. 

  

2. 



Avropa Yenidənqurma və İnkişaf Bankı  

 

11. 



Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  İctimai  İnformasiya  Siyasətini  2000‐ci  ilin 

iyununda təsdiqləmişdi. Növbəti ildə, AYİB siyasətin icrasının ilkin dəyərləndirilməsini keçirdi 

və  bunun  nəticəsi  olaraq,  Direktorlar  Şurası  ətraflı  dəyərləndirməni  tələb  etmişdi.  Bu 

dəyərləndirmə (yenidən baxılma) 29 aprel 2003‐cü ildə yenilənmiş siyasətin qəbulu ilə bitmişdi.  

 


Əlavə

 1 


 

 

40 



12. 

Layihənin  təsviri  (layihə  xülasəsinin  sənədləri)  özəl  sektor  layihələri  üçün  Direktorlar 

Şurasının  müzakirənsinə  30  gün  qalmış,  dövlət  sektoru  layihələri  üçün  60  gün  qalmış 

ictimaiyyət üçün açıqlanır və Direktorlar Şurasının təsdiqindən sonra son variantda web səhifədə 

saxlanılır. Özəl sector əməliyyatlarının qiymətləndirilməsi həmçinin web səhifədə yerləşdirilir.  

 

13. 



Yeni  siyasətə  uyğun  olaraq,  ictimaiyyət  ölkə  strategiyalarının  hazırlanması 

mərhələsində  şərhlərini  verməyə  dəvət  olunur  və  bunun  üçün  8  həftə  vaxt  qoyulur.  Müvafiq 

ölkə  strategiyası  seminarında  müzakirəyə  çıxarılmamışdan  öncə  alınan  şərhləri  yekünlaşdıran 

əlavə  və  ölkə  üzrə  komandanın  şərhlərə  olan  cavabı  İcra  Komitəsinə  və  Direktorlara  təqdim 

olunmalıdır.  Əlavə  ölkə  strategiyasını  Direktorlar  Şurası  təsdiqləyəndən  sonra  web  səhifədə 

yerləşdirilir.  Siyasət  həmçinin  vurğulayır  ki,  sektor  siyasətləri  layihəsi  ictimai  şərhlər  üçün 

Direktorlar  Şurasında  müzakirədən  əvvəl  və  Direktorların  müzakirəsindən  sonra  45  gün 

müddətinə bankın web səhifəsində yerləşdirilməlidir.  

 

14. 


2003 siyasətində həmçinin təsdiq olunacaq ölkə strategiyalarının yerli dillərə tərcüməsi 

təsbit  olunur.  Buna  əlavə  olaraq,  sənəddə  deyilir  ki,  bank  bankın  3  əsas  siyasətini  (açıqlama, 

təhqiqat və ətraf mühit) tərcümə edəcəkdir.  

 

15. 



AYQİB yeganə ÇİB‐dir ki, açıqlama siyasətinin reallaşdırılması barədə illik hesabatını  is 

website‐nda yerləşdirir.  

 

3. 

Avropa İnvestisiya Bankı  

 

16. 



2002‐ci ilin oktyabrında, Avropa İnvestisiya Bankı (AİnB) Siyasəti üzrə qısa Bəyanat və 

əsas açıqlanan informasiyanı (AinB ictimaiyyətlə necə əlaqələrini qurur – İcmal) təsvir edən broşür 

və  habelə  əsasən  preambula,  sahənin  müəyyən  edilməsi,  terminologiyadan,  və  açıqlama 

istisnalarından ibarət olan Sənədlərin Əldə Edilməsi‐ni nəşr etdirmişdi,. 

 

17. 


AİnB  “açıqlama  prezumpsiyası”  müddəasını  qəbul  etməməsinə  baxmayaraq,  Qaydalar 

bəyan  edir  ki,  “bank  fəal  informasiya  siyasətinin  tətbiq  edilməsini  üzərinə  götürür  və 

ictimaiyyətə strategiya, siyasətlər, fəaliyyət və təcrübələr barədə informasiyanın çatdırılmasına 

səylərinin  gücləndirilməsini  davam  etdirir.    Həmçinin  deyilir  ki,    AİnB,  “əməkdaşlıq  edən 

tərəflərlə  razılaşmada  fərdi  əməliyyatlarla  bağlı  əsas  informasiyanı  açıqlamağı  davam 

etdirəcək.”  İnformasiya  Siyasəti  Bəyanatına  görə,  Avropa  Birliyinin  (AB)  maliyyə  institutu  olan, 

AİnB  özünün  informasiya  siyasətini  “AB  şəffaflıq,  informasiyanın  açıqlanması  və  digər 

qanunvericilik üzrə siyasətlər” əsasında qurur.  

 

18. 


İnformasiya  Siyasəti  Bəyanatına  görə,  əsas  sənədlər  AB‐nin  bütün  rəsmi  dillərində  əldə 

oluna  bilər,  lakin  nəşrlərin  AB  və  ya  qeyri  AB  dillərdə  əldə  olunması  bankın  əməliyyat 

vəzifələri ilə müəyyən edilir.  Web səhifələr ingilis, fransız və alman dillərində yaradılır. 

 

19. 



Tarixi  sənədlərə  gəldikdə,  Qaydalara  görə,  sənədlərin  konfidensiallıq  müddəti  30  ildən 

sonra bitir. 



 

Appendix 1 

 

 

 



41

 

20. 



İnformasiya  Siyasəti  Bəyanatında  deyilir  ki,  Avropa  Birliyinin  Müqaviləsinə  əsasən, 

informasiyanın açıqlanması barədə şıkayətlər Avropa Ombudsmanına ünvanlana bilər. 

 

21. 


2004‐ci  ilin  iyununda  AİnB  Direktorlar  Şurası  İnformasiya  Siyasəti  Bəyanatına  yenidən 

nəzərdən  keçirmədən  təşkilatın  açıqlama  təcrübələrinə  dair  bir  neçə  xüsusi  dəyişiklik  qəbul 

edib.  Məsələn,  hal‐hazırda  həssas  vəzifələrə  aid  davranış  kodeksi,  Direktorlar  Şurasının  və 

Audit  Komitəsinin  əmək  haqqları  və  habelə  korporativ  məsuliyyət  haqqında  yeni  hesabat 

ictimaiyyət üçün açıqdır.  

 

4. 



İnter

‐Amerika İnkişaf Bankı  

 

22. 



1994‐cü  ilin  oktyabrında  İİB  ilk  açıqlama  siyasətini  təsdiqləmiş  və  1994‐cü  ilin 

noyabrında İİB Əməliyyat Siyasəti Vəsaitinə (

OP

/ƏS‐102) daxil etmişdi. 1998‐cil ilin fevralında 



və  sonra  2001‐ci  il  aprelində  açıqlanan  sənədlər  siyahısına  əlavələr  edilməklə  siyasətə  düzəliş 

edilmişdir.  2002‐ci  ildə  İİB  siyasətinin  təshihinə  başlamış,  və  bunun  nəticəsi  olaraq  yeniləşmiş 

sənəd 2003 –cü ilin noyabrında qəbul olunmuşdur.  

 

23. 



Yeni  siyasət  bank  arxivlərinə  daha  sistematik  və  asan  buraxılmanı  təklif  edir. 

Buraxılışdan 20 il sonra tarixi informasiya açıq elan edilir. Buraxılan anda açıqlanmayan tarixi 

informasiya,  lakin  siyasətə  görə  açıqlana  bilən  informasiya,  layihə/proqram  başa  çatdıqdan 

sonra və hökümətin razılığı olduqda açıqlanır.      

 

24. 


Buna  əlavə  olaraq,  hal‐hazırda  Direktorlar  Şurasının  illik  və  üç  aylıq  iş  proqramları 

ictimaiyyət  üçün  açıqlanır.  Komitə  sədri  tərəfindən  Direktorlar  Şurasına  təqdim  edilən 

əməliyyat  və  sektor  siyasətləri,  sektor  strategiyaları,  İİB  ölkə  strategiyaları,  borc  içində  olan 

yoxsul  ölkələrin  sənədləri  və  yoxsulluğun  azaldılmasına  dair  strategiya  sənədləri  

müzakirələrinin  hesabatları  həmçinin  açıqlanır.  Siyasətə  görə,  İİB  Direktorlar  Şurasının 

protokollarını açıqlayan ilk ÇİB‐dir (təsdiq olunan andan 60 gün ərzində). 

 

25. 


Siyasətinə daxil etməməsinə baxmayaraq İİB ümumiyyətlə Direktorlar Şurasına təqdim 

olunan  sənədləri  ingilis  və  ispan  dillərində  açıqlayır.  İdarəçilər  Şurasına  təqdim  olunan 

sənədlər İİB‐nin rəsmi dörd dilinin hər birində, yəni ingilis, fransız, portuqal və ispan dillərində  

açıqlanmalıdır.  

 

5. 

Dünya Bankı Qrupu  

 

a. 

Beynəlxalq Maliyyə Korporasiyası  

 

26. 



Beynəlxalq  Maliyyə  Korporasiyası  (BMK)  ilk  açıqlama  siyasətini  1994‐cü  ildə  qəbul 

edilmişdir.    Yenidən  baxılmış  siyasət  1996‐cı  ilin  yanvar  ayından  qüvvəyə  minmiş,  və  1998‐ci 

ilin  iyulunda  Direktorlar  Şurası  yenidən  baxılmış  siyasətə  edilən  düzəlişləri  təsdiqləmişdir. 


Əlavə

 1 


 

 

42 



Digər  beynəlxalq  maliyyə  təşkilatlarının  siyasətlərinə  görə,  bu  siyasət  “açıqlama 

prezumpsiyası” üzərində qurulub və bura eyni risklər daxildir.  

 

27. 


Özəl  sektor  layihələrinin  təsviri  (layihələr  üzrə  informasiya  sənədlərinin  xülasəsi) 

Direktorlar  Şurasının  müzakirəsindən  30  gün  əvvəl  ictimaiyyət  üçün  açıqlanır  və  web  səhifədə 

Direktorlar  Şurasının  təsdiqinə  qədər  saxlanılır.  Layihənin  ətraf  mühit  və  sosial  informasiyası  

layihənin  ətraf  mühit  və  sosial  risk  kateqoriyasından  asılı  olaraq,  Direktorlar  Şurasının 

təsdiqindən əvvəl ən azı 30 gündən 60 günədək açıqlanır.

  

 



28. 

BMK  keçmiş  BMK  investisiyalarından  (sektor,  mövzu  və  ölkə  üzrə  qruplaşdırılmış) 

öyrənilmiş dərslər daxil olmaqla, özünün özəl sektor əməliyyatları üzrə bir çox qiymətləndirmə 

sənədləri  nəşr  etdirir.  BMK  həmçinin  xüsusi  qiymətləndirmə  araşdırmalarını,  xüsusi 

araşdırmaların xülasəsini və illik icmalları nəşr etdirir.   

 

29. 



2004‐cü ildə, BMK ilk web vasitəsilə məsləhətləşmələr və müştəri sorğularından sonra 

açıqlama siyasətinin yenidən baxılmasına başlamış, 16 avqust 2004 –cü ildə açıqlanmış  

konsultativ sənəd və 2004‐cü ilin noyabrında açıqlanmış yenidən baxılmış siyasət layihəsi üzrə 

rəyləri öyrənir.  

 

30. 


Siyasət layihəsi layihə ilə təsir olunan insanlara ətraf mühit və sosial təsirlər üzrə 

informasiyanın və ətraf mühitə təsirlərin azaldılması üzrə iş planlarının  mümkün qədər tez 

açıqlanmasını təklif edir.  BMK həmçinin bu planlarını açıqlama kanalları vasitəsilə açıqlayır. 

Layihə həmçinin təklif olunan layihələrin təsiri barədə, və müntəzəm olaraq aydın və 

müqayisəli şəkildə BMK investisiyaların illik inkişaf təsirləri barədə informasiyanın 

açıqlanmasını təklif edir.     

 

31. 


Siyasət layihəsi həmçinin Direktorlar Şurasının iclas protokolunun həssas sayılan  

informasiya redaktə ediləndən sonra ictimaiyyət üçün açıqlanmasını təklif edir. 

 

32. 


Yeni siyasətin BMK‐nin Direktorlar Şurasının təsdiqi üçün 2005‐ci ilin 3‐cü rübü ərzində 

təqdim olunması gözlənilir.    



 

b. 

Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi 

 

33. 



Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (ÇİTA) açıqlama siyasətinə görə, digər 

məsələlərlə bərabər investorun adı və ölkəsi, qəbul edən ölkənin adı, invetisiyanın həcmi, 

sığorta və ödəmənin məbləği kimi göstəricilər daxil olmaqla sığortalanmış layihələrin rüblük 

nəşri tələb olunur.  

 

34. 


Layihə  üzrə  müqavilənin  hazırlanmasında  istifadə  olunan  ÇİTA‐nın  standart  zəmanət 

müqavilələri  ərizəçilər  və  ümumiyyətlə  ictimaiyyət  üçün  açıqdır.  Həmçinin,  potensial 

ərizəçilərə  təklif  olunan  investisiyaların  sığorta  ödəmələrini  qiymətləndirməkdə  kömək  etmək 

məqsədilə ÇİTA sığorta ödəmələrinin qiymətlərini nəşr etdirir.   



 

Appendix 1 

 

 

 



43

 

35. 



ÇİTA  BMK‐nın  açıqlama  siyasətinin  yenidən  baxılmasının  yaxından  monitorinqini 

aparır,  və  öz  siyasətinin  baxılmasına  BMK  bu  prosesi  tamamlayandan  sonra  başlamaq 

niyyətindədir (2005‐ci ildə).  

 

c. 



Dünya Bankı  

 

36. 



Dünya  Bankı  öz  əməliyyatları  barədə  informasiyların  ictimaiyyət  üçün  daha  geniş 

təqdim  edilməsində  davam  edir:  seçilmiş  ölkələrdə  sənədlərin  növlərinin  artırılmasına  dair 

pilot layihəyə başlayıb, ictimai informasiya mərkəzlərinin qlobal şəbəkəsinin yaradılması üçün 

böyük  məbləğlər  ayırıb,  həcmi  artan  tərcümə  işini  dəstəkləyən  çərçivəni  qəbul  edib,  və 

informasiyanın  açıqlanması  barədə  ictimai  şikayətlərin  qəbul  etmə  mexaniziminin 

yaradılmasına dair müzakirələrə başlayıb.  

 

37. 


Dünya  Bankı  1993‐cü  ildə  informasiyanın  açıqlama  siyasətini  qəbul  edən  ilk  ÇİB 

olmuşdu.  1995‐ci  və  1997‐ci  illərdəki  işçilərin  icmallarından  sonra,  açıqlama  siyahısına  əlavə 

sənədlər  daxil  edilmişdir.  2000  və  2001‐ci  illərdəki  yenidən  baxılmadan  sonra  2001‐ci  ilin 

sentyabrında genişləndirilmiş açıqlama siyasəti qəbul olunmuşdur.  Dünya Bankının açıqlama 

siyasəti 2002‐ci ildə qüvvəyə mindi.   

 

38. 



Digər  məsələlərlə  yanaşı  yeni  siyasət,  kredit  əməliytalarının  tənzimlənməsi  və  ölkə 

yardımı  strategiyaları  və  sektor  strategiyaları  sənədlərinə  dair  Direktorlar  Şurası  müzakirələri 

ilə  bağlı  sədrin  yekün  şərhləri  sənədlərinin  açıqlanmasını  təklif  etdi.  Yeni  siyasət  bank 

arxivlərinə  girişinə  daha  da  sistematik  tez  yanaşma  təklif  etdi.    Siyasətdə  göstərilməsə  belə 

Dünya Bankı qara siyahıya düşmüş şirkətlərin adını ictimaiyyət üçün açıqlayır.  

 

39. 



Dünya  Bankının  tələblərinə  görə,  ətraf  mühit  qiymətləndirilmələri,  yerli  adamların 

planları  və  köçürülmə  planları  təsir  olunan  insanlara  onların  anladığı  formada,  üslubda  və 

dildə açıqlanmalıdır. Bütün kredit əməliyyatlara hazırlanmış faktiki texniki sənədlərin əsasında 

hazırlanmış layihənin informasiya sənədi, bu sənədlərin siyahısını tələb edir.  

 

40. 


2001‐ci  ildə  siyasəti  təsdiq  etməklə  Dünya  Bankının  Direktorlar  Şurası  həmçinin  təsir 

olunan  insanlarla  əlaqələrin  qurulması  üçün  sənədlərin  tərcümə  variantlarını  araşdırmaq, 

ictimai  informasiya  mərkəzlərini  təkmilləşdirmək,  xarici  əlaqələr  üzrə  ekspertlərin  daha  fəal 

yeni  siyasət  barədə  məlumatlar  yaymaq  kimi  məsələlərdə  sonrakı  fəaliyyəti  təsdiqləmiş  oldu.  

2001‐ci  ildən  başlayaraq,  Dünya  Bankı  ictimai  informasiya  mərkəzlərinin  sayını  artırdı  və 

səlahiyyətlərini  genişləndirdi,  və  maraqlı  olan  üzv  ölkələrlə  ölkə  yardımı  strategiyalarının 

hazırlanması  və  reallaşdırılması,  yoxsulluğun  azaldılması,  yoxsulluğun  azaldılması  strategiya 

sənədləri və layihələr üzrə əlavə məlumatların təqdim edilməsi yollarını araşdırmaq məqsədilə 

pilot proqramı başladı.   

 

41. 



2003‐cü  ilin  iyulunda  Direktorlar  Şurası  ictimai  informasiya  mərkəzlərinin 

gücləndirilməsi  üçün  proqram  təsdiqlədi  və  bu  məqsədə  milyonlarla  dollar  ayırdı.    Dünya 



Əlavə

 1 


 

 

44 



Bankı ölkə üzrə ictimai informasiya mərkəzlərinin işçiləri üçün yerlərdə açıqlama üzrə ekspert 

kimi  fəaliyyət  göstərə  bilmələri  üçün  təlimlər  keçirir,  sənədlərin  yerli  dillərdə  hazırlanmasını 

həvəsləndirir,  tərcümə  ilə  bağlı  işçilərə  məsləhər  verir,  əməliyyat  fəaliyyətləri  barədə 

ictimaiyyəti məlumatlandırır və təşkilat daxilində və xaricində tərəfdaşlığı inkişaf etdirir.  

 

42. 


Dünya  Bankı  həmçinin  2003‐cü  ilin  iyulunda  sənədin  tərcümə  çərçivəsini  qəbul 

etmişdir.  Tərcümə  ilə  bağlı  qərarların  məsuliyyəti  sənədə  məsuliyyətli  şəxslərin  (“biznes 

sponsorun”) üzərindədir. Biznes ehtiyaclardan asılı olaraq onlar mümkün qədər geniş müvafiq 

auditoriyaları əhatə edə biləcək dil seçəcəklər.  

 

43. 


Dünya Bankının ictimai informasiya mərkəzləri bölməsinin məqsədi informasiyanı əldə 

edə  bilməyən  istifadəçilər  üçün  apellyasiya  mexanizmini  yaratmaqdır.  Bu  məsələnin 

araşdırılması üçün ictimai informasiya mərkəzləri bölməsi Dünya Bankının şöbələrini və QHT‐

ləri bir araya gətirmək niyyətindədir.  

 

44. 


2004‐cü  ildə  mədən  sənayelərinin  qiymətləndirilməsi  və  dəyərləndirilməsi  hökümət 

müqavilələri  və  mədən  sənayelərinə  dair  idarəçiliyin  təkmilləşdirilməsi,  korrupsiyanın 

azaldılması  və  bu  gəlirlərin  düzgün  istifadə  olunması  məqsədlərini  daşıyan  böyük  layihələr 

üzrə  hökümətlərin  əldə  etdiyi  gəlirlər  barədə  hesabataların  vacib  olmasını  göstərdi.  Dünya 

Bankının  Menecmenti  bu  dəyərləndirməyə  cavab  olaraq  böyük  layihələr  üzrə  hökümətə 

ödənişlərin  şəffaflığını  və  əsas  müqavilələrin  müvafiq  şərtlərinin  bu  müqavilələr  ictimaiyyət 

üçün maraq kəsb etdikdə açıqlanmasını tövsiyə edir.

2

  



 

45. 


Dünya  Bankının  Menecmenti  və  Direktorlar  Şurası  açıqlamanın  genişləndirilməsi 

imkanlarını  müzakirə  etməkdə  davam  edirlər.  2005‐ci  ilin  mart  ayında  Direktorlar  Şurası 

tərəfindən  Dünya  Bankının  Açıqlama  Siaysəti:  Əlavə  Məsələlər,  İcraya  Nəzarət  Hesabatı  (Yenidən 

baxılmış) adlı sənəd qəbul edilmiş, və bu sənəddə 16 yeni açıqlama müddəaları təsdiqlənmişdir.  

Bunlara  BYİB  ölkələri  üçün  ölkə  yardımı  strategiyalarının  həmişəki  açıqlaması;  qeyri‐formal 

Direktorlar  Şurasının  iclası  üçün  Direktorlar  Şurasına  göndərilmiş  pilot  layihəyə  əsasən 

əməliyyat siyasətlərinin layihəsinin nəşri; və Direktorlar Şurası iclasınının protokolunun, büdcə 

sənədinin, işçilərin mükafat sənədinin və işçilərin iş prinsiplərinin açıqlanması daxildir. 

                                                 

2

 

Dünya Bankı. 2004, 17 Sentyabr. Dünya Bankı Menecment Qrupunun Mədən Sənayesininin Baxılmasına Cavabı 



Bax: 

http://www-wds.worldbank.org/servlet/WDS_IBank_Servlet?pcont=details&eid=000160016_20040921111523 



 

Əlavə 2


 

 

45



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin