ASİya iNKİŞaf banki



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix06.09.2017
ölçüsü0,97 Mb.
#29038
1   2   3   4   5   6   7   8

a.

 

Açıqlama 

136. 


XƏO  ictimai  informasiya  və  açıqlama  üzrə  yeni  bölmə  (İnfoBölmə)  bütün  AİB 

departamentlərinə  məsləhət  və  siyasətin  izahatını  verəcək  və  informasiyaların  açıqlanma 

tələblərinin  monitorinqini  aparacaq.  Həmçinin  İnfoBölmənin  əməkdaşları  üçün  Siyasət 

informasiyalarının  açıqlanması  tələbləri  üzrə  məcburi  təlimlər  keçirəcək,  və  AİB  öz  Siyasətinə 

müvafiq  təminatı  üçün  əməkdaşlarının  məlumatlandırma  və  həvəsləndirmə  sistemlərini  

hazırlayacaqdır.  O,  əməliyyat  departamentlərinə  xarici  əlaqələr,  strategiya,  proqram  və 

layihələr üzrə planların hazırlanmasına kömək edəcəkdir. O, bilavasitə açıqlama üzrə məsləhət 

komitəsinin  işinə  kömək  edəcək,  Siyasətin  icrasındakı  irəliləyişlərin  monitorinqi  haqqındakı 

hesabatları  ötürəcəkdir  (paraqraf  151  bax).  İnfoBölmə  müntəzəm  olaraq  AİB  buraxdığı 

əməliyyat sənədlərinin siyahısını təzələyəcək və ictimaiyyətə geniş istifadəli sənədlər haqqında 

informasiya verəcəkdir. O, həmçinin Siyasətin tələblərinə uyğun sorğuların izlənməsi sistemini 

aparacaqdır. 

 

137. 


XƏO  İnternet  səhifəsi  (web)  –  dizaynerlər  komandası  məlumatın  işıqlandırılmasını 

elektron  poçtla  saxlayacaq,  bu  müvafiq  sənədlərin  hazırlanmasından  dərhal  onlara  yanaşmaq 

və  elektron  poçt  vasitəsilə  onları  maraqlandıran  hər  hansı  informasiyanın  alınmasına  imkan 

verəcəkdir.  

 

138. 


XƏO  AİB  işçiləri  arasında  açıqlama  mədəniyyətinə  imkan  yaradacaq,  və  aktiv 

informasiya mübadiləsinə həvəsləndirməyə cəhd edəcəkdir.  

 

b.

 

Tərcümə 

139. 


Siyasətin  təsdiqi  anından  6  ay  ərzində  İnfoBölmə  maraqlı  tərəflərlə  razılaşma  üzrə 

tərcümə  sistemini  hazırlayır.  Tərcümə  sistemi  elə  üsulları  təsvir  edəcək  ki,  bununla  AİB  işlək 

dili  sayılan  ingilis  dilindən  əlavə,  digər  dillərdə  olan  informasiyaları  AİB  geniş  həcmdə  yaya 

biləcəkdir.  

 

140. 


İnfoBölmə  həmçinin  AİB  çərçivəsində  tərcümə  işlərini  əlaqələndirəcək,  AİB  əsas 

sənədlərinin  mərkəzləşdirilmiş  qeydiyyatını  yaradacaqdır.  AİB  üzvlərinin  istifadə  etdikləri 

tərcüməçilərin‐mütəxəssis dilçilərin əsas baza göstəricilərini dəstəkləyəcəkdir. AİB departament 

və ofislərinin tərcümə xidmətləri haqqında məlumatlandırılmasına köməklik göstərəcəkdir.   

 

 

c.



 

İctimaiyyətlə Əlaqələr Siyasəti üzrə Təlimat 

141. 


Xüsusən  ictimaiyyətə  istifadəyə  təqdim  edilən  əməliyyat  informasiyaları  və  sənədlərə 

XƏO  ictimaiyyətlə  əlaqələr  üzrə  əməkdaşları  üçün  prosedurun  mərhələli  təsviri,  və  AİB 



 

 

31



əməkdaşlarının  təlimatlandırılması  üçün  əsasnamə  nəşr  etdirəcək.  AİB  əməkdaşları  və 

Menecmenti  üçün  təlimat  açıqdır.  Siyasətin  icrası  üzrə  özəl  sektorun  sponsorları  və  AİB‐dən 

borc alan hökümətləri təlimatlandırmaq üçün ayrı təlimat hazırlanacaqdır. Kütləvi informasiya 

sahəsinə aydınlıq gətirmək və prosedurların gələcək faydası üçün XƏO öz direktivlərini kütləvi 

informasiya  vasitələri  ilə  əlaqələri  təshih  edəcəkdir.  Bütün  bu  əsasnamələr  ictimaiyyət  üçün 

açıqlanacaqdır.  (paraqraf 68).  

 

d.

 

İctimai İnformasiya Mərkəzləri Şəbəkəsi 

142. 


Siyasətin  icrasının  birinci  ilində,  XƏO  kitabsaxlamalar  yeri  üzrə  AİB  proqramlarına 

yenidən baxılmasını keçirəcək və AİB ictimai informasiya mərkəzlərinin təkmilləşdirilməsi üzrə 

strategiyanı  hazırlayır.  Siyasətin  icrasına  başlanan  tarixdən  2  il  ərzində  ictimai  informasiya 

mərkəzlərinin strategiyası və proqramı axıradək işlənib tamamlanacaqdır. 

 

143. 


AİB  strategiyası  özlüyündə  informasiya  mərkəzlərinin  yaradılması  və  işlərində  digər 

beynəlxalq  təşkilatlarla  tərəfdaş  kimi  iştirak  edə  bilər.  O,  həmçinin  yollar  təyin  edərək  onun 

köməkliyi  ilə  QHT‐lər  və  qeyri‐hökümət  araşdırma  təşkilatlarını  AİB  fəaliyyəti  haqqında 

informasiyanın yayılmasında istifadə edə bilər.  

 

4.

 

Nümayəndəliklər və Daimi Nümayəndəliklər 

144. 


AİB  formalaşmasında  və  ictimai  nüfuzunun  saxlanmasında  nümayəndəliklər  və  daimi 

nümayəndəliklər birinci dərəcəli rol oynayır, bunun onların məqsədli auditoriyalara yaxınlığı, 

onların  operativ  və  iqtisadi  məsələlərdə  təcrübəsi,  və  yenə  də  onların  yerləşdiyi  ölkə  və  ya 

regionun unikal mədəni və kommunikativ xüsusiyyətlərini bilməsi ilə şərtlənir.   

 

145. 


Nümayəndəliklərin və daimi nümayəndəliklərin başçıları AİB əsas əlaqələndiriciləridir. 

Onlar  AİB  kütləvi  informasiya  vasitələri  ilə,  bu  ölkələr  və  ya  regionlarda  qərar  qəbul  edən 

nüfuzlu  şəxs  və  ya  şəxslərlə  əlaqələrin  genişlənməsinə  və  möhkəmlənməsinə  səlahiyyətli 

olacaqlar.  AİB  belə  şəxsləri  bu  vəzifələrin  yerinə  yetirilməsinə  təyin  edəcək  ki,  onlar  operativ 

işlərdə təcrübəyə, yaxşı kommunikativ səriştəsi və müvafiq münasibətlərə malikdir.  

 

146. 



AİB  öz  daimi  nümayəndəliklərində  ictimaiyyətlə  əlaqələr  üzrə  işçilərin  miqdarını 

tədricən  artırır.

30

  Xarici  əlaqələr  üzrə  personal  daimi  nümayəndəliklərin    başçılarına  peşakar 



kömək  və  məsləhətlər  verəcək,  o  daimi  nümayəndəliyin  menecment  komandasının  tərkib 

hissəsini  təşkil  etməklə,  missiyanın  tam  fəaliyyət  kursunda  olacaq.    Daimi  nümayəndəliyinin 

xarici  əlaqələr  üzrə  əməkdaşları  müvafiq  funksional  təsvir  və  kvalifikasiya  tələblərinə  malik 

olmaqla həmçinin məqsədyönlü və daimi treninq  keçəcəklər.  

 

147. 


Daimi nümayəndəliklərin xarici əlaqələr üzrə əməkdaşlarının əsas funksiyalarına geniş 

ictimai  qruplarla  əlaqələrin  qurulması  və  inkişafı,  və  AİB  rəhbərliyi  işçilərinin  özəl  sektorla 

                                                 

30

  Hal‐hazırda 20‐daimi nümayəndəlikdən beşinin yerli səviyyələrdə xarici əlaqələr ofisi mövcuddur (Çin, Hindistan, 



İndoneziya, Nepal və Filipin). 

 

 

 



32 

əlaqələrinin  asanlaşdırılması  daxil  ediləcəkdir:  yerli  və  beynəlxalq  kütləvi  informasiya 

vasitələrinin AİB nümayəndələrinə və AİB informasiyalarına daimi daxil olması təminatı; daimi 

nümayəndəliklərin  əməkdaşlarına,  bu  strategiya  informasiyasının  açılma  aspektlərinin  tətbiqi; 

ölkə  ictimaiyyətinin  siyasətin  tələblərinin  başa  düşülməsində  informasiya  açıqlamalarına 

yardım və AİB maraq kəsb edən yerli dövlət və beynəlxalq yeniliklərin ingilis və yerli dillərdə 

monitorinqi.  

 

148. 



Müvafiq  informasiyalarının  təkmilləşdirilməsi  və  onun  mübadiləsindən  maksimal 

mənfəət  almaq  məqsədilə,  tərkibi  xarici  əlaqələr  üzrə  nümayəndəliklərin  bütün  işçiləri,  daimi 

nümayəndəliklər XƏO  olmaqla xarici əlaqələr  şəbəkəsi yaradılacaq, və onlar videokonfranslar 

(və hər il  şəxsən) vasitəsilə görüşəcəklər. Xarici əlaqələr üzrə nümayəndəliklər ikiqat hesabata 

malik olacaqlar‐ müvafiq ölkə üzrə direktora və XƏO. 

 

149. 



Nümayəndəliklər və daimi nümayəndəliklər bu lazım gələrsə, sənədlərin tərcüməsini və 

tərcümənin dəqiqliyə yoxlanılmasını koordinasiya edəcəkdir.  

 

5.

 

Borc Alanlar və ya Özəl  Sektor Layihələrinin  Sponsorları 

150. 


AİB  layihələr  üzrə  informasiyanın  açıqlama  məsuliyyətinin  böyük  hissəsi  borc  alan 

hökümət,  və  ya  özəl  sektor  sponsorunun  üzərinə  düşür.  Layihəyə    münasibətdə,  layihə 

zonalarında  təsir  olunan  şəxslərlə  dialoq  aparmaq  üçün  borc  alanlar  əməliyyat 

departamentlərinin  əməkdaşları  ilə  işləyərək  əlaqələndiriciləri  təqdim  edəcəklər(paraqraf  74). 

Layihə əlaqələndiriciləri informasiyanı əldə etmək üçün AİB İnternet  səhifəsindən istifadə edə 

bilərlər, layihəyə və ya ölkəyə dəxli olan belə informasiyaların maraqlı tərəflərə açıqlanmasında 

yerli  səviyyədə  mədəni  xüsusiyyətlər  nəzərə  alınmaqla  müvafiq  ötürmə  mexanizmindən 

istifadə olunur.  

 

6.

 

Açıqlama üzrə Məsləhət Komitəsi 

151. 


Siyasətin  informasiya  açıqlanması  üzrə  tələblərinə  təfsir,  monitorinq  və  yenidən 

baxılmasına  nəzarətə  AİB  bir  orqan,  Açıqlanma  üzrə  Məsləhət  Komitəsi  (AMK)  yaradacaq. 

AMK  Baş  Direktordan  (sədr  qismində  çalışan),  XƏO  Baş  Direktorundan,  Katiblik  və  Baş 

Məsləhətçidən  ibarət  olacaqdır.  Komitə  birbaşa  Prezidentə  hesabat  verəcəkdir.    Bunlara  AİB 

departamentləri  və  ya  ofisləri  tərəfindən  rədd  cavabı  verilibsə,  o,  sorğuların  baxılması  və 

informasiyaların verilməsi üçün çağırılır.   

 

152. 


Siyasətin  elementlərinin  icrası  yolunda  informasiyanın  açıqlanması  zəminində  AMK 

ictimaiyyətlə  əlaqələr  siyasəti  üzrə  illik  hesabatın  hazırlanmasına  öz  töhfəsini  verəcəkdir.  İllik 

hesabata  ictimaiyyətə  təqdimatı  cəlb  edilən  informasiyaların  nəticələri  həmçinin  siyasətdə 

istənilən tövsiyələr üzrə dəyişikliklər, AİB informasiya açıqlanmasına kömək edən, operativ iş 

üzrə təlimatları və ya təşkilat strukturları daxildir. (paraqraf 162)  

 


 

 

33



B.

 

İnformasiyanın Əldə Edilməsinin Təşkili 

1.

 

Aktiv Açıqlama 

153. 


Siyasətdə  təyin  edilən  ictimaiyyət  üçün  olan,  informasiya  alınmasına  verilən  sorğular 

AİB‐ə həm yazılı, həm də şifahi formada göndərilə bilər. Lakin 157‐ci paraqrafda təyin edilmiş 

müvəqqəti  çərçivə,  Asiya  İnkişaf  Bankının  sorğunu  yazılı  şəkildə  aldığı  andan  hesablanır. 

Sorğular  İnfoBölməyə,  nümayəndəlik  və  ya  daimi  nümayəndəliyə  yaxud  Əməliyyat 

Departamentinə  göndərilə  bilər.  AİB‐in  istənilən  işçisi  yüksək  müasir  və  təcrübəvi  tərzdə 

sorğunu istəyən şəxsə tövsiyə xarakterli müraciətlə, ictimaiyyətə səmt olan sənədin, əgər onun 

İnternetə girişi varsa, müvafiq İnternet səhifədə axtarmasını təmin etməlidir.

31

  



 

2.

 

İstisnalı İnformasiya Sorğuları    

154. 


Siyasətdə ictimaiyyətin açıq olmayan informasiya və sənədlərin alınması üçün sorğular 

yazılı  surətdə  göndərilməlidir  (elektron  poçt,  İnternet  poçtu,  və  ya  faksla).  Sorğular 

İnfoBölməyə,  və  ya  müvafiq  nümayəndəlik  və  ya  daimi  nümayəndəliyə  göndərilə  bilər.  Adı 

çəkilən ofislərlə informasiya əlaqəsi ictimaiyyət üçün açıq olmalıdır. 

 

155. 


Bir halda ki, AİB fəaliyyəti inkişaf etməkdə olan üzv ölkəyə yardım etməyə aiddir, belə 

halda  müvafiq  əməliyyat  departamenti  sənədlərdəki  informasiyaların  ictimaiyyətə  verilməsini 

istisna  bölməsinə  əsasən  (paraqraflar  123‐130),  təyin  etməlidir,  vəziyyətdən  asılı  olaraq,  ölkə, 

layihənin  sponsoru  və  ya  birgə  maliyyələşdirən  tərəfdaşlarla  məsləhətləşməlidir.  Əgər 

Siyasətdəki  istisnalara  əsasən  sənəddəki  informasiyaların  məxfiliyi  təyin  edilirsə,  müvafiq 

departament sənədin açıqlanması anınadək məxfi informasiyanı çıxarmalı və qeyd etməlidir ki, 

bu  material  çıxarılmışdır  (çıxarılma  səbəbini  göstərməklə).  Əgər  lazım  gələrsə,  İnfoBölmənin 

işçiləri başqa departamentlərə Siyasətin şərh edilməsi barədə məsləhətlər təqdim etməlidir.     

 

3.

 

Sorğuların Dili 

156. 


AİB  sorğuları  ingilis  və  yaxud  istənilən  rəsmi  və  ya  AİB  üzv  ölkənin  dövlət  dilində 

verilə  bilər.  İngilis  dilindən  başqa  digər  dillərdə  verilən  informasiya  və  sənədlərə  sorğular, 

müvafiq daimi nümayəndəliyə və ya İnfoBölməyə göndərilə bilər. 

 

4.



 

Cari İnformasiya Sorğularına Cavabların Müddəti  

157. 


AİB  sorğuların  qəbulunu  (paraqraflar  153‐154  təsvir  edilən  kimi)  5  iş  günü  ərzində 

təsdiq etməlidir. Sonra AİB sorğu istəyən şəxsi, hər hansı bir qərar qəbul edilməsi barədə, hər 

halda 30 təqvim günündəm gec olmayaraq, məlumatlandırmalıdır. AİB öz cavabında soruşulan 

informasiyanı  təqdim  etməlidir,  yaxud  sorğuya  rədd  cavabını,  Siyasətlə  təyin  edilmiş  rəddin 

səbəblərini  göstərməklə  verməlidir.  AİB  baxılmış  sorğuların  müvafiq  qərar  və  səbəblərinin 

siyahısını tərtib etməli və ictimaiyyətə açıqlamalıdır.   

                                                 

31

 Xərclərin ödənilməsi proseduru ictimai əlaqələr siyasət üzrə personalın təlimatında. 



 

 

 



34 

 

5.



 

Şikayətlər 

158. 


Əgər sorğu istəyən şəxs hesab edir ki, onun xahişi əsaslandırılmamış rədd edilib və ya 

Siyasət  düzgün  şərh  edilməyib,  onda  sorğu  yazılı  surətdə  AİB  Məsləhət  Komitəsinə 

açıqlanmaya  göndərilə  bilər.  Ünvan  ʺ6  ADB  Avenue,  Mandaluyong  City,  1550  Metro  Manila, 

Philippines”, və ya elektron poçt: pdac@adb.org, və ya faks: +63 2 636 2640”.  

 

159. 


AMK 5 iş günü müddətində sorğunun alınmasını təsdiq etməlidir. Şikayətin baxılması 

üçün  AMK  lazımı  qədər  tez  yığılmalıdır.  Soruşulan  informasiyanın  rəddinə  baxılarkən,  AMK 

Siyasətin informasiyanın açıqlanması üzrə istisnaları və həmçinin ictimaiyyətin belə soruşulan 

informasiyaların  açılmasına  marağı  öyrənməlidir.  AMK  sorğu  istəyən  şəxsi  qərar  qəbul 

ediləndən sonra öz səbəblərini əsaslandırmaqla yazılı məlumatlandırır. İstənilən halda bu sorğu 

alınandan  30  gün  gec  olmayaraq  verilməlidir.  AMK  ictimaiyyətə  təkrar  əsaslarda  açıqlanması 

üçün  belə  sorğuların  siyahısını  tərtib    edir,  hər  sorğunun  və  qərarın  hər  bir  halda  xarakterini 

təsvir  etməli  və  bu  sorğu  və  qərarın  alınmasından  sonra  2  həftədən  gec  olmayaraq  onu 

yeniləşdirməlidir.  

 

6.



 

Tarixi İnformasiya Sorğuları 

160. 


Sorğuya  görə,  arxiv  göstəricilərinə  daxil  olmaq  siyasətin  127‐129‐cu  paraqraflarına 

əsaslanır.  Belə  sorğular  Asiya  İnkişaf  Bankının  İnformasiya  Resursları  və  Xidmətləri  şöbəsinə 

yazılı  şəkildə  bu  ünvana  göndərilə  bilər:  6  ADB  Avenue,  Mandaluyong  City,  1550  Metro 

Manila,  Philippines,  və  ya  elektron  poçt:  to  adblibrary@adb.org,  və  ya  faks:    +63  2  632  5020.  

Tarixi  informasiya  sorğuları  soruşulan  xüsusi  informasiyalardan  təşkil  olunmalıdır;  arxiv 

göstəricilərinə  daxil  olmağa  ümumi  sorğular  qəbul  edilməyəcəkdir.  AİB  belə  sorğuların 

alınmasını 5 gün ərzində təsdiq edir və tarixi informasiya sorğularına cavabları 30 təqvim günü 

ərzində verməlidir. Əgər geniş həcmli informasiya tələb olunursa, bu müddətlər uzadıla bilər.  

 

C.

 

Qüvvəyə Minmə Tarixi və Keçid Dövrü 

161. 


Siyasətin  qüvvəyə  mindiyi  tarix  1  sentyabr  2005‐ci  il  olmalıdır.  Siyasətin 

informasiyasının açıqlanma qaydaları o fəaliyyət növlərinə tətbiq edilir ki, onlar ya başlanıb və 

ya yenicə hazırlanmaqdadır. Siyasətin qüvvəyə mindiyi ana qədər Menecment təfsilatında rast 

olunan  strategiya  və  proqramlara  qalınca,  informasiyanın  açıqlanması  üzrə  siyasətin  tələbləri 

onların  yenidən  baxılması  və  təshihində  istifadə  olunacaqdır.  Siyasətin  qüvvəyə  mindiyi  ana 

qədər  qiymətləndirilmiş  layihə  və  proqramlara  gəlincə  informasiyanın  açıqlanması  üzrə 

Siyasətin  tələbləri  layihə  və  proqramların  hazırlıq  fazası  layihə  və  proqramın  Şura  tərəfindən 

bəyənilməsinə  qədər  tətbiq  edilməyəcək,  ancaq  layihənin  icra  və  tamamlanma  dövrlərində 

istifadə  ediləcəkdir.  Siyasətin  qüvvəyə  mindiyi  2  ildə,  AİB  həyata  keçirilməkdə  olduğu  layihə 

(proqramlar) üzrə informasiya sənədlərini (LİS)  açıqlamalıdır. Siyasətin qüvvəyə mindiyi 1‐ci il 

ərzində AİB, gerçəkləşdirməkdə olduğu layihə və proqramların, ən azı 50%‐ni açıqlamalıdır. 

 


 

 

35



D.

 

Monitorinq və Hesabat 

162. 


AİB  Siyasətin  reallaşdırılması  və  onun  təsirinin  dəyərləndirilməsinin  monitorinqini 

keçirir. AİB monitorinqin nəticələrini AİB illik informasiya fəaliyyəti haqqında olan hesabatda 

nəşr  etdirməlidir.  Siyasətin  effektivliyinin  qiymətləndirilməsi  üzrə  AİB  strukturunun  təsviri  2 

əlavədə verilir.  

 

163. 


AİB  maraqlanan  şəxslərə  müxtəlif  məsələlərin  qaldırılmasına,  informasiyadan  istifadə 

etmək və Siyasətin icrasında AİB‐lə birlikdə effektiv iştirakına imkan verir. Siyasətin icrasında 

əgər onlar tərəfdən xahiş olunursa, ayrıca şəxslərin və ya qrupların adı açıqlanmasın, buna görə 

narahatdırlarsa, onda AİB bu adları açıqlamayacaq.    

 

E.

 

Yenidən Baxılma və Düzəlişlər 

164. 


AİB  icra təcrübələrini, digər siyasətlər və strategiyaların dəyərləndirilməsi nəticələrini, 

açıqlama praktikalarını əks etdirmək məqsədilə Siyasətin müddəalarına dəyişikliklər etməli ola 

bilər.  Bu  dəyişiklikləri  müntəzəm  olaraq  etmək  üçün  AİB  çevik  olmalıdır.  Buna  uyğun,  AİB 

Direktorlar Şurasının təsdiqindən sonra Siyasətdə düzəliş edə bilər.  

 

165. 


AİB digər mövcud siyasətlər və strategiyalara yeni açıqlama siyasəti tətbiq olunduqda, 

bu siyasətlər və ya strategiyaların Əməliyyat Vəsaiti seksiyaları siyasət təsdiq olunduğu andan 

6 ay ərzində təshih edilməlidir.  

 

166. 



Siyasətə  qüvvəyə  mindiyi  tarixdən  ən  geci  5  ildən  sonra  AİB  tərəfindən  yenidən 

baxılmalıdır. Bu prosesdə fərdlər və təşkilatlar aktiv iştirak etməlidirlər.  

 

 

VII.



 

KADRLAR VƏ VƏSAİTİN CƏLB OLUNMASI 

167. 


Siyasətin uğurla reallaşdırılması AİB əməkdaşlarının qarşısına yeni tələblər qoyacaq və 

əlavə  xərclər  tələb  edəcəkdir.  AİB‐nin  geniş  aşkarlığa,  açıqlığa  və  daha  fəal  informasiya 

mübadiləsinə  keçməsi  AİB‐nin  geniş  məsuliyyətidir,  və  yuxarıda  göstərilən  vacib  proseslər  və 

hərəkətlər  müəyyən  sahələrdə  əlavə  resurslar  tələb  edəcəkdir.  Bütün  səylər  yeni  Siyasətin 

icrasında  əlavə  xərclərin  olmamasına  yönəlmişdir;  siyasət  qüvvəyə  minən  kimi  bu  xərclər 

nəzarətdə saxlanılacaq və buna müvafiq olaraq büdcə vəsaitləri ayrılacaqdır.  

 

168. 


Aşağıda göstərildiyi kimi, AİB resursları mərhələlərlə ayıracaqdır. Cəmi, 1 peşakar işçi, 

10  milli  (yerli)  işçilərin  vəzifələri,  5.2  illik  peşakar  işçilərin  ekvivalenti  və  1.5  illik  əlavə  işçilər 

yaxın  gələcəkdə  lazım  olacaq. 

32

  Siyasətin  icrası  bir  dəfəyə  təxminən  $203,000  və  dövri  xərclər 



üçün ildə $208,000 tələb edir.  

 

                                                 



32

 AİB 2005‐ci il büdcəsinə bir peşakar işçinin və altı yerli işçinin vəzifəsi daxildir 



 

 

 



36 

A.

 

Xarici Əlaqələr 

169. 


Siyasətin  təsdiqindən  sonra,  səkkiz  yeni  milli  (yerli)  işçi  məhdud  xarici  əlaqələr 

inkanlarına  malik  əsas  daimi  nümayəndəliklərə  təyin  ediləcək:  Banqladeş  Qazaxstan,

33

 

Qırğızıstan,  Pakistan,  Şri  Lanka,  Tayland,  Özbəkistan  və  Vyetnamda  (paraqraf  146).



34

  Orta 


müddətli  vaxta,  AİB  xarici  əlaqələrin  tələb  və  imkanlarına  uyğun  dami  nümayəndəlikləri 

prioritetləşdirəcək,  və  buna  uyğun  yeni  vəzifələr  təyin  edəcək.    AİB  müvafiq  daimi 

nümayəndəliklər  tərkibində  peşəkar  regional  məsuliyyətli    iş  yerlərinin  açılması  ehtiyacını 

qiymətləndirəcəkdir.  

 

170. 


Xarici  əlaqələrin  yeni  təşkilatı  planlarına  əsasən,  AİB  Siyasətə  uyğun  olaraq,  xarici 

əlaqələr  strategiyasını  reallaşdırmaq  üçün  kadrlar  üzrə  tələbləri  qiymətləndirəcək,  XƏO  və 

nümayəndəlik  ofislərində  əməkdaşalrın  bacarıqlarını  yaxşılaşdırmaq  üçün  çərçivəni 

müəyyənləşdirəcək  və  lazım  gəldikdə,  təsdiq  olunmuş  büdcə  çərçivəsində  mövcud  resurslar 

ayıracaq. Anlama sorğuları üçün bir dəfəlik xərclər və missiayanın səfərləri, treninq, medianın 

xarici 


fəaliyyətləri 

kimi 


dövrü 

xərclər 


qiymətləndiriləcək 

və 


bu 

fəaliyyətin 

maliyyələşdirilməsinə illik büdcə prosesində vəsaitlər axtarılacaqdır.  

 

171. 



İnkişaf  etməkdə  olan  üzv  ölkələrə  xidmət  edən  daimi  missiayalar  və  digər  sahə 

ofislərinin  nəzdindəki  ictimai  informasiya  mərkəzlərinin  təkmilləşdirilməsinə  XƏO  tərəfindən 

baxılacaq və bununla bağlı təxmini xərclər Direktorlar Şurasına təqdim ediləcəkdir. 

 

B.



 

İnformasiyanın Açıqlanması 

172. 


XƏO‐nun  yeni  ictimai  əlaqələr  və  açıqlama  bölümünün  (İnfoBölmə)  Siyasətin  icrası, 

monitorinqi  və  açıqlama  tələblərinin  qiymətləndirilməsi  məqsədilə  yaradılması  bir  peşəkar 

işçinin və bir yerli işçinin vəzifəsinin əlavə olunmasını tələb edəcək. Buna əlavə olaraq, bir yeni 

yerli  işçi  web  komandanın  işini  əməliyyat  şöbələri  və  digər  ofislərlə    AİB  İnternet  səhifəsində 

bir  çox  sənədlərin  yerləşdirilməsini  koordinasiya  etmək  üçün  təyin  ediləcəkdir.  Siyasətin 

monitorinqi  üçün  XƏO  birinci  il  üçün  təxminən  $133,000  təlim  büdcəsi,  hər  növbəti  il  üçün 

$20,000 tələb edəcəkdir. 

 

173. 



Siyasət  üzrə  əlavə  sənədlərin  açıqlaması,  təsir  olunan  insanlarla  müntəzəm  olaraq 

əlaqələr qurması, maraqlı tərəflərin rəylərinə münasibət bildirməsi və sənədlərin tərcümələrini 

təşkil  etməsi  və  təshihi  üçün  əməkdaşlarına  əlavə  vaxt  lazım  olacaq.    Regional  şöbələr  5.2 

peşakar  iş  ilini  ($960,000),  1.5  dəstək  iş  ilini  $32,500)  və  illik  səfərlər  xərclərini  $60,000 

məbləğində  tələb  edəcək.  Regional  şöbələr  həmçinin  layihə  üzrə  informasiya  sənədlərini 

hazırlamaq məqsədilə bir dəfəlik xərclər üçün $70,000 və tərcümə xərcləri üçün hər il  $128,000   

tələb  edəcək.  XƏO  Siyasətin  təsdiq  olunduğu  andan  6  ay  müddətinə  AİB  tərcümə  etdiyi 

                                                 

33

  Xarici  əlaqələr  ofisi  Qazaxstan  və  Mərkəzi  Asiya  Regional  İqtisadi  Əməkdaşlıqla  bağlı  ictimai  əlaqələrlə  məşğul 



olacaq.  

34

  Bax istinad 30.



 

 

 

37



sənədlərin  növlərinin  genişləndirilməsi  çərçivəsini  inkişaf  etdirəcəkdir.  Tərcümə  çərçivəsinə 

daha aydın illik tərcümə büdcəsi daxil ediləcəkdir.   

 

174. 


Gözlənilən  tarixi  məlumatla  bağlı  çox  saylı  sifarişlər  yeni  Siyasətin  nəticəsi  olaraq 

təkmilləşdirilmiş  və  daha  qənaətli  kitabxana,  yazı  və  arxiv  idarə  sistemləri  vasitəsilə 

gerçəkləşdirilə bilər.  

 

175. 



AİB  yeni  informasiya  sistemləri  və  II  texnologiya  strategiyasına  (2004‐2009)  uyğun 

olaraq,  AİB  kompüter  sistemlərini  informasiyanın  vaxtında  təqdim  etmək  məqsədilə 

birləşdirəcəkdir.  Strategiyaya  uyğun  planlaşdırılan  yeni  informasiya  sistemlərinin  həmçinin 

asan  informasiya  əldə  edilməsi  üçün  xidmət  edəcəkləri  gözlənilir.  Gözlənilir  ki,  AİB  İnternet 

səhifəsində    layihəyə  aid  məlumatlar  hazırlanıb  açıqlanarsa—informasiya  sifarişlərinə  cavab 

vermək üçün personal daha az vaxt sərf edəcəkdir. 

 

176. 


Kredit  və  texniki  yardım  üçün  reallaşdırılan  əlaqə  planlarının  qiyməti  və  təsir  olunan 

insanlarla  əlaqələrin  inkişaf  mexanizmləri  (bax  paraqraf  74‐76)  layihənin  tipi  və  coğrafi 

yerləşməsinə görə dəyişəcək və bu, dizayn mərhələsində müəyyənləşdirilərək hər proqram və 

layihənin büdcəsinə daxil ediləcəcək. 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin