ASİya iNKİŞaf banki



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix06.09.2017
ölçüsü0,97 Mb.
#29038
1   2   3   4   5   6   7   8

 

  

 

 



 

 

 



 

Asiya İnkişaf Bankının İctimai Əlaqələr Siyasəti  

İnformasiyanın Açıqlanması və Mübadiləsi 

 

 



I.

 

GİRİŞ 

1. 


AİB  zamanımızın    ən  böyük  təşəbbüslərindən  biri  olan  yoxsulluqla  mübarizə  ilə 

məşğuldur.  Təqribən  700  milyon  əhalisi  olan  regionda  yaşamaq  üçün  gündə  1  dollardan  az 

pula,  və  1,9  milyard,  bəşəriyyətin  ¼  hissəsi  olan  əhalisi  günə  təqribən  2  dollardan  az  pula 

yaşayır.  

 

2. 


AİB yoxsulluğu azaltmaq üçün 2 əsas istiqamətdə işləyir.

1

  AİB yoxsulluğun azaldılması 



və  iqtisadi  inkişafa  yönəlmiş  xüsusi  layihə  və  proqramlara  dəstək,  və  üzv  ölkələrin 

hökümətlərinə  insanların  həyatını  yaxşılaşdırmaq  üçün  siyasətləri  və  təşkilatlarının 

formalaşdırılmasında ideyalar verir.  

 

3. 



Bunun  effekttiv  olması  üçün  AİB  bir  çox  təşkilat  və  insanlarla  işləməlidir.  Güclü  və 

faydalı  tərəfdaşlıq  qurmaq  üçün  AİB‐in  məqsəd  və  vəzifələri  aydın  və  yaxşı  anlaşılan  olmalı, 

özü isə geniş tanınmış, peşəkar, nəticə yönümlü və təcrübəli bir təşkilat kimi qəbul olunmalıdır. 

İnam  qazanmaq  və  inkişaf  prosesində  iştiraka  dəstək  vermək  üçün  AİB  maraqlı  tərəflərlə  fəal 

olaraq  informasiyanı  bölüşdürməli  və  onların  rəylərini  öyrənməklə    aşkarlıq    və  məsuliyyət 

nümayiş etdirməlidir.

2

 AİB maraqlı tərəflərin sifarişlərini cavablandıra bilməlidir.  



 

4. 


Effekttiv  xarici  əlaqələr  və  informasiyanın  açıqlanması,  yəni  daha  açıq  və  fəal  ictimai 

əlaqələr  bu    tərəfdaşlığın    qurulmasının  özül  elementləridir.  AİB  bunu  özünün  Uzun  Müddətli 



Strateji (2001‐2015)

3

 və biliklərin idarəetmə strukturlarında tanımışdır .



4

  

 



5. 

Ötən  onillikdə,  daha  çox  aşkarlığavə  informasiyanın  əldə  edilməsinə

5

  doğru  aydın  bir 



tendensiya  vardır,  bu  gün  isə  artıq  qəbul  olunub  ki,  informasiyanın  mübadiləsi

 

inkişaf 



prosesində iştirakın özülünü təşkil edir. Şəffaflığa yönəlmiş və qlobal əlagələr inqilabı ilə ikiqat 

gücləndirilmiş bu tendensiya insanların dövlət, özəl və gəlirsiz sektorlar təşkilatları tərəfindən 

təqdim  olunan  informasiyanın  növü,  əhatəsi  və  ötürülməsi  ilə  bağlı  gözləntilərini  artırır.  AİB  

                                                 

1

   AİB. 1999.  Asiya və Sakit Okean Regionunda Yoxsulluqla Mübarizə Strategiyası. Manila. Bax həmçinin AİB. 2004. Asiya 



İnkişaf Bankının Yoxsulluqla Mübarizə Strategiyasının İcmalı. Manila. 

2

  “Maraqlı tərəflər” təsir olunan insanlar, qruplar və ya təşkilatlar inkişaf təşəbbüsünün məqsədinə nail olmaq üçün 



vacibdirlər. 

3

   AİB.  2000. Asiya İnkişaf Bankının Uzun Müddətli Strateji Strukturu (2001‐2015). Manila. 



4

   AİB. 2004. AİB Biliklərinin Menecmenti. Manila. 

5

  İnformasiyanın əldə edilməsi hüququnun önəmliliyi 50 ildən çoxdur ki, tanınmışdır. BMT‐nin Baş Assambleyasının 



1946‐cı ildə qəbul olunmuş qərarına görə, “İnformasiya azadlığı əsas insan hüququdur və   BMT‐yə aid olan bütün 

hüquqların təməlini təşkil edir”. İnformasiya hüququ bir çox ölkələrin konstitusiya və informasiyaların əldə edilməsi 

qanunlarında əksini tapmış, AİB üzv ölkələrinin bir çoxunun imzaladığı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq 

Sazişin 19‐cu maddəsində təsbit olunmuşdur. (ətraflı məlumat üçün 

http://www.unhcr.ch/pdf/report.pdf

 ‐ə bax)


 

 


 

 

 





Qutu 1. Xarici Əlaqələr nə deməkdir?  

Xarici əlaqələr anlayışına təşkilatı əlaqələrin bütün 

aspektəri, o cümlədən xarici müştərilərlə və 

ictimaiyyətlə əlaqələr daxildir. Bura müxtəlif 

səviyyələrdə qarşılıqlı əlaqələr aiddir—qərar verənlər, 

təsir olunan insanlar, QHT‐lər, məsləhətçilər, alimlər, 

özəl sektor tərəfdaşları, xidmət göstərənlər, media ilə və 

s.—və bir çox səbəblərdən—layihə və proqramları 

başlamaq, planlaşdırmaq və icra etmək; informasiya ilə 

təmin etmək; əmtəə mal və xidmətlərinə dair 

müqavilələrə əməl etmək; əməkdaşlıq şəbəkələri və iş 

razılaşmalarını qurmaq; AİB iş və vəzifələrini izah 

etmək və rəyləri öyrənmək. Təbii ki, AİB‐də hər kəs 

AİB‐in mövqeyi və adının qorunması, gücləndirilməsi 

və saxlanması üçün xarici əlaqələrin qurulmasına 

məsuliyyət daşıyır.   

AİB  və Xarici Auditoriyalar (Saat əqrəbi istiqamətində aşağı sol tərəfdən

 İnkişaf təşkilatları, donor ölkə üzrə rəy liderləri, qərar verənlər, rəy 

liderləri, özəlsektor, vətəndaş cəmiyyəti, təsir olunan insanlar 

ictimaiyyət



ADB 

Donor Country 

Decision Makers

Donor Country 

Opinion Leaders

DMC Opinion 

Leaders

Development 



Organizations

Affected People

DMC 

Decision Makers



General

Public 


Civil Society 

Private Sector 



ADB’s Constituents and External Audiences 

daha da genişlənən aşkarlıq erasına

 

uyğunlaşmalıdır ki,



 

üzv ölkələrdəki rəqib təşkilatlarla, bir 

çox  hökümətlərin    və  özəl  sektorun  təcrübələri  ilə,  habelə  insanların  gözləntiləri  ilə  ayaqlaşa 

bilsin.


6

 

 



 

6. 


AİB‐in  bu  sahədə  olan  indiki 

siyasəti


7

  1990‐cı  illərin  ortalarına  aiddir 

və təkmilləşdirilməlidir. 2003‐cü ilin may 

ayında  AİB  prezidenti  Məxfilik  və 



İnformasiyanın 

Açıqlanması 

Siyasəti 

(Açıqlama  Siyasəti)  və  İnformasiya  Siyasəti 

və  Strategiyasını  (İnformasiya  Siyasəti) 

yenidən  dəyərləndirmək  və  dövlət,  özəl 

və  gəlirsiz  sektorlarda  maraqlı  tərəflərlə 

fəal  məsləhətləşmələr  aparmaqla  yeni, 

vahid  siyasət  inkişaf  etdirmək  üçün  Baş 

Direktorun  sədrliyi  ilə  idarə  komitəsi 

təyin etmişdir.  

 

7. 



Yazılan şərhlərə əlavə olaraq, AİB 

regionda  və  regiondan  kənarda  olan 

maraqlı  tərəflərin  görüşlərini    öyrənmək 

üçün 


bir 

çox 


üzv 

ölkələrdə 

15 

məsləhətləşmə 



aparmışdır. 

Videokonfrans və seminarlarda 430 –dan 

çox adam iştirak etmişdir. İştirakçıların ¼ 

hissəsini 

ictimai 

rəsmilər 

təşkil 

etmişdilər.  Dəyərləndirmə  prosesinin 



incəlikləri  və  xarici  fikirlərin  xülasəsinə 

Əlavədəbaxa 

bilərsiniz 

(sifariş 

olunduqda əldə edilə bilər). 

 

 



8. 

Sənəd bu icmalın nəticələrindən bəhs edir və AİB‐in ictimai əlaqələr üzrə yeni siyasətini 

təqdim edir. Bu sənəd mövcud olan siyasətləri əvəz edəcəkdir. 

 

 



 

                                                 

6

   Əlaqələr  və  digər  çoxtərəfli  inkişaf  banklarında  informasiyanın  açıqlanması  istiqamətləri  Əlavə  1‐də  əksini 



tapmışdır. 

7

   AİB. 1994. Informasiya Siyasəti və Strategiyası  və İnformasiyanın Açıqlanması və Məxfiliyi  Siyasəti. Manila. 



 

 

 

3



II.

 

İCTİMAİ ƏLAQƏLƏR VƏ İNKİŞAFIN EFFEKTİVLİYİ 

9. 


AİB‐i  daha  da  tanınmış,  anlaşılan  və  hörmətli  olmasına  xidmət  edən  effektiv  xarici 

əlaqələr  (Qutu  1)  bir  çox  ərazilərdə  AİB  inkişafının  effektivliyinə  dəstək  olacaqdır.  AİB‐in 

səhmdarları  əmin  olmalıdırlar  ki,  AİB  inkişafda  effektiv  rol  oynayır  və  onun  rolu  alimlər, 

vətəndaş cəmiyyəti, media və ölkələrindəki daha geniş ictimaiyyətə təsir edə biləcək qurumlar 

tərəfindən  qəbul  olunmuşdur.  İnkişaf  mütəxəssisləri,  media  və  vətəndaş  cəmiyyəti  tərəfindən 

daha  yaxşı  başa  düşüldükdə  inkişaf  etməkdə  olan  üzv  ölkələrdə  AİB  üzərində  vəkillik  etdiyi 

siyasət və praktikalara daha çox dəstək verəcəkdir.  

 

10. 



Donor  ölkələrdə  rəsmi  inkişafa  yardım  büdcələrində  olan  cüzi  vəsaitlərə  müsabiqələr 

artır,  və  hökümətlər  ikitərəfli  layihələr,  qlobal  çoxtərəfli  təşkilatlar  və  AİB  kimi  regional 

strukturlar  üçün  ayrılmış  ehtiyatların  faydasını  götür‐qoy  etməlidirlər.    Maliyyə  rəsmiləri, 

yardım  nazirlikləri  və  siyasi  liderlər  onların  vergi  ödəyicilərinin  pullarının  yalnız  effektiv 

xərclənməsinə  deyil,  həm  də  ictimaiyyətin  bunu  bir  faydalı  iş  kimi  qəbul  etməsinə  əmin 

olmalıdırlar. 

 

11. 


Effektiv  xarici  əlaqələrin  önəmliliyini  müəyyən  edən  başqa  səbəblər  də  var.  Donor  və 

inkişaf  etməkdə  olan  üzv  ölkələrdə  olan  rəy  liderləri  ilə  təşkilatın  tərəfdaşlıq  qurmasında  

təşkilata  hörmət  və  təşkilat  barədə  informasiya  böyük  rol  oynayır.  Başqa  mənfəətlərlə  yanaşı, 

bu  həm  də  yüksək  səviyyəli  AİB  əməkdaşlarını  cəlb  edəcək  və  saxlayacaqdır.  Təsir  olunan 

insanlarla daha faydalı əlaqələr layihə dizaynının və icrasının keyfiyyətini təkmilləşdirəcəkdir.   

 

12. 



İnformasiyanın  fəal  açıqlanması  effektiv  ünsiyyət  və  bir  çox  maraqlı  tərəflərlə  faydalı 

əlaqələrin  qurulmasının  ilk  şərtidir.  Vaxtında  münasib,  əldə  edilən  informasiya  olmadan 

layihələrin  işlədiyi  icmalarda  məsləhətləşmələrin  effektivliyi  ciddi  şəkildə  azalacaqdır. 

İnformasiya  layihənin  üstünlük  və  çatışmazlıqlarını  təsir  olunan  insanlar  tərəfindən  düzgün 

təhlil  etməyə  və  dizayn  və  icrası  ilə  bağlı  müzakirələrə  daha  faydalı  töhfə  verməyə  imkan 

yaradacaqdır. Bu proses nəhayət daha yaxşı və davamlı layihələrə gətirib çıxaracaqdır.   

 

13. 


Şəffaflıq  iqtisadi  inkişafın

8

,  maliyyə  stabilliyinin  və  effektiv  idarəetmənin  əsas 



elementidir. İnformasiya əldə edilməsinin asanlaşdırılması ilə təmin olunmuş daha çox şəffaflıq 

dövlət və özəl təşkilatlara inteqrasiyanı gücləndirəcəkdir.   

 

 

14. 



Nəhayət,  dövlət  təşkilatları  tərəfindən  informasiyanın  açıqlanması  üçün  mənəvi  dəlil 

mövcuddur.  Bir  çox  AİB  üzvləri  hökümət  məlumatlarının  informasiya  qanunları  və  ya 

konstitusiya  maddələri  vasitəsilə  açıq  olmalı  olmasını  hesab  edirlər.  İctimai  təşkilat  kimi  AİB 

ictimaiyyət  qarşısında  məsuliyyət  daşımalıdır.  İnformasiya  olmadan  cavabdehliyə  nail  olmaq 

mümkün deyil.  

 

                                                 



8

  

78  inkişaf  etməkdə  olan  və  keçid  dövrü  ölkələri  arasında  son  20  ildə  artımın  müxtəlif  səviyyələrinin  izahı  üçün 



araşdırmalar  göstərir  ki,  “artımın  proqnozlaşdırılmasında  vacib  olan  fərdi  xüsusiyyət  informasiyanın  əldə 

edilməsidir”. Siegle, Joseph. 2001. Demokratikləşmə və İqtisadi Artım: Hesabatlı Təşkilatların Töhfəsi

.

 


 

 

 





Qutu 2. AİB Xarici Əlaqələrin İcmalı:  

Əsas Dərslər  

AİB  xarici  əlaqələrinin  genişlənməsi  və  ictimai 

məzmunun  gücləndirilməsi  üçün  aydın  və  məqsəd 

yönlü xarici əlaqələr strategiyasını inkişaf etdirməlidir. 

Bu strategiya aşağıdakı kimi əsaslanmalıdır: 

 



 

Güclü  liderlik  və  əməkdaşlarının  stimulu.  Menecment 

bir başa  xarici  əlaqələrlə  məşğul olmaqla liderliyini 

nümayiş 

etdirməli 

və 

mümkün 


olduqda 

əməkdaşlarını  xarici  əlaqələrlə  məşğul  olmağa 

həvəsləndirməlidir.    Güclü  Menecment  liderliyi 

əməkdaşlarının daha fəal xarici əlaqələr fəaliyyətinə 

qatılmasına  yönəlmiş  mədəniyyətin  əsasını  təşkil 

edir.  


 

 



AİB  üstünlüklərinin  aydın  olması.  AİB  bilməlidir  ki, 

onun  üstünlükləri  hansılardır,  bununla  əlaqədar 

işlərdə  harda  durur,  və  nə  üçün.  Bu  daha  geniş 

ictimaiyyətə informasiyanın çatdırılması üçün onun 

bacarığının əsasını təşkil edir.    

 



 

Orijinal  düşüncə.  AİB  təşkilatın  divarlarından 

kənarda  maraq  kəsb  edən  məsələlərlə  bağlı 

araşdırma  aparıb  mövqeyini  müəyyənləşdirməli  və 

bu mövqeyini fəal olaraq ictimaiyyətə çatdırmalıdır.  

 



 



İnformasiyanın  Effektiv  yayılma  strategiyası.  AİB  əmin 

olmalıdır 

ki, 

əməliyyat 



təcrübələri 

və 


araşdırmalarının  əksəriyyəti  hədəf  qruplarına 

yönəlmiş  münasib  və  əldə  edilə  bilən  nəşrləri 

yaratmaq üçündür.  

 



 

Fəal  daxili  əlaqələr.  Əməkdaşlar  effektiv  olaraq  AİB 

görüşlərini  xarici  hədəf  qruplarına  çatdırmaq  üçün 

AİB  görüşləri  ilə  tanış  olmalıdır.  Bu,  AİB‐lə  daha 

aktiv daxili ünsiyyət qurmağı tələb edir. 



III.

 

İCTİMAİ ƏLAQƏLƏRDƏ AİB TƏCRÜBƏSİ 

A.

 

Informasiya Siyasətinin İcrası 

1. 

Informasiya Siyasətinin Əsas Xüsusiyyətləri

 

15. 


Informasiya  Siyasəti  AİB‐in  strateji  gündəliyi  və  vəzifələrini  dəstəkləyir.  O  mesajların 

ötürülməsini,  onların  çatdırılacağı  hədəf  qruplarını  və  çatdırılma  metodunu  müəyyənləşdirir. 

Bunun əsas dörd mesaji vardır: (i) AİB Asiya və Sakit Okean regionunda bütün üzv ölkələrinin 

marağında  olan  davamlı  iqtisadi  inkişafı 

həvəsləndirir;  (ii)  AİB  mühüm  inkişaf 

rolunu  yerinə  yetirir;  (iii) AİB  iqtisadi  və 

sosial  dəyişikliyin  katalizatorudur;  və  (iv) 

AİB  regional  və  subregional  əməkdaşlığı 

həvəsləndirir.  AİB  bu  mesajların  hədəf 

qruplarını 

və 

mesajların 



onlara 

çatdırılmasının 

müxtəlif 

yollarını 

müəyyənləşdirir.  

 

 



2.

 

İcranın 

Qiymətləndirilməsi 

16.  Informasiya Siyasətinin qəbul olunduğu 

onillikdə, AİB vətəndaş cəmiyyəti qrupları, 

inkişaf  təşkilatları,  beynəlxalq  və  yerli 

media  daxil  olmaqla  böyük  miqdarda 

hədəf 


qrupları 

ilə 


əlaqələrini 

genişləndirmiş  və  gücləndirmişdir.  Geniş 

ictimaiyyətə 

xəbərlər 

və 

görüşlərini 



ötürürdü.  İnformasiyanın  yayılmasından 

hədəf  qrupları  ilə  fəal  işləməyə  doğru 

dönüşə başladı. 

 

17. 



Aydın  başlanğıc  nöqtəsi  və  ya 

monitorinq  strukturunun  olmamasından, 



Informasiya  Siyasətinin  məqsədlərinə  bu 

günə  olan  nail  olub‐olmama  proqresini 

qiymətləndirmək  çətindir.    Bununla  belə, 

siyasətin  qəbul  olunduğu  onillikdən,  AİB 

əməliyyatlarının  müxtəlif  aspektlərinin 

dəyərləndirilməsini aparmışdır və bu AİB‐

in  xarici  əlaqələrində  şərh  olunmuşdur. 

Uzun Müddətli Strateji Struktur (2001‐2015), 


 

 

5



Daimi  Nüməyəndəliy  Siyasətinin  İcrasında  Tərəqqinin  Dəyərləndirilməsi  (2000)  və  Asiya    İnkişaf  

Bankının Yenidən Qurulması (2001) daha güclü xarici əlaqələrə ehtiyac olduğunu ön plana çəkir. 

AİB  xarici  əlaqələrinin  dəyərləndirmələri  həm  qərargah,  həm  də  sahə  səviyyəsində  xarici 

əlaqələrin  gücləndirilməsini  tövsiyə  edir  (əsas  dərslər  üçün  Qutu  2‐yə  müraciət  edin). 

İnformasiya  Siyasətinin  məqsədlərinə  çatmaq  üçün  bu  tövsiyələrdən  yalnız  bir  neçəsinə  əməl 

olunmuşdur.  Bununla  belə  siyasət  qəbul  olunduğu  vaxtdan  AİB  əməliyyatlarının  müxtəlif 

aspektlərinin  dəyərləndirilməsini  aparmış,  və  xarici  əlaqələrlə  bağlı  şərh  vermişdir.  Uzun 

Müddətli  Strateji  Struktur  (2001‐2015),  Daimi  Nümayəndəlik  Siyasətinin  İcrasında  Tərəqqinin 

Dəyərləndirilməsi (2000) və Asiya  İnkişaf  Bankının Yenidən Qurulması (2001) xarici əlaqələrin daha 

da güclü olmasına ehtiyacı vurğulamışdır.  

 

18. 


Çıxarılası  nəticə  odur  ki,  xarici  hədəf  qruplarının  AİB  barədə  anlayışlarında  müəyyən 

tərəqqinin olmasına baxmayaraq, AİB Asiya və Sakit okean regionunun inkişafında olan roluna 

müvafiq ictimai rəyə hələ də nail ola bilməmişdir. Informasiya Siyasəti elə bir vaxtda yazılmışdır 

ki, AİB inkişafa verdiyi töhfəsini təbii və buna aid izahatı lazımsız hesab etmişdir. Buna görə də 

AİB  xarici  əlaqələrə  az  vəsait  ayırmış  və  buna  lazımı  səviyyədə  diqqət  ayırmamışdır.  Qısa 

olaraq,  Informasiya  Siyasəti,  yazıldığı  zamanın  məhsulu  olmuşdur.  Zaman  dəyişib.  Uzun‐



müddətli  Strateji  Strukturda  (2001‐2015)  ifadə  olunmuş  ümumi  niyyətə  çatmaq  üçün  “xarici 

nüfuzu gücləndirmək” və ya Asiya və Sakit okean regionunda öyrənən təşkilat və inkişafa dair 

biliklərin mənbəyi olması üçün artıq kifayət deyildir. 

B. Açıqlama Siyasətinin İcrası 

1. 

Açıqlama Siyasətinin Əsas Xüsusiyyətləri 

 

19. 


Açıqlama Siyasəti AİB‐in üzərinə “informasiyanın açıqlanması prezumpsiyası” öhdəliyini 

qoyur. Prezumpsiya müəyyən hüquqi və praktiki məcburiyyətin olmadığı halda tətbiq olunur. 



Açıqlama  Siyasəti  AİB  missiyasının  uğuruna,  ictimai  dəstəyə  müvafiq,  yardım  göstərmək 

istədiklərinə  isə  nümunə  olmaq  üçün  bütün  sahələrdəki  əməliyyatlarının  mümkün  olan  ən 

yüksək səviyyədə şəffaflığını və açıqlanmasını təmin etmək məqsədini daşıyır. Açıqlama Siyasəti  

üç təsnifat kateqoriyasına bölünür: “məxfi,” “yalnız rəsmi istifadə üçün,” və “təsnif edilməmiş.”  

 

20. 


Açıqlama Siyasəti tələb edir ki, layihə və ya proqram məzmunu ilk dəfə olaraq AİB Biznes 

İmkanları siyahısına salındıqda bütün layihə və proqramlar üçün hazırlansın. Bu, dövlət sektor 

layihə və ya proqram məzmunlarının layihə və ya proqram Direktorlar Şurası tərəfindən təsdiq 

olunandan  sonra  müntəzəm  olaraq  təshihini  tələb  edir,  lakin  özəl  sektor  layihə  məzmunları 

haqda heç nə deyilmir. Açıqlamanın baş verə biləcəyi şərtlər Prezidentin hesabat və tövsiyələri 

(PHT),  texniki  yardım  hesabatları,  sektor  sənədləri,  imkanların  araşdırılması  və  ətraf  mühit 

sənədləri  daxil  olmaqla  müəyyən  sənədlər  üçün  izah  edilir.  Açıqlama  Siyasətinə  istinad 

olunmayan  layihələr  və  ya  sənədlərə  aid  texniki  informasiya  sifarişi  müvafiq  departament  və 

hökümət  tərəfindən  təsdiqlənməlidir.  Nəhayət,  Açıqlama  Siyasətində  göstərilir  ki,  informasiya 

sifarişçiləri 22 iş günü ərzində AİB‐dən cavab almalıdırlar. 

 


 

 

 





2.İcranın Qiymətləndirilməsi  

21. 


Açıqlama  Siyasəti  qəbul  olunan  zamandan,  AİB  xarici  hədəf  qrupları  üçün  daha  çox 

informasiyaların  açıq  olmasına  nail  olumuşdur,  və  bu  proseslə  də,  AİB  rolu,  məqsədləri  və 

əməliyyatları  barədə  ictimaiyyətin  daha  da  geniş  məlumatlandırılmasına  töhfə  vermişdir. 

Şəffaflığın  faydasının  tanınmasına  baxmayaraq  icra  strategiyasının  olmaması  bunun  tam 

anlaşılmasına mane yaratmışdır.   

 

22. 



Bir  çox  xarici  maraqlı  tərəflər  hesab  edirlər  ki,  açıqlama  həmişə  mümkün  olmur,  və 

məxfiliyin  aydın  meyarlarına  ehtiyac  var.  Praktikada,  informasiyanın  “məxfi”  olub  olmaması 

AİB  və  üzv  hökümətlərə  aiddir.  Hesab  olunur  ki,  AİB  çox  vaxt  kredit  alanın  informasiyasını 

açıqlama prezumpsiyasını nəzərə alaraq məxfi qəbul edir. Xarici respondentlər iddia edirlər ki, 

xüsusi  bir  strategiya,  siyasət,  layihəyə  aid  açıqlama  yalnız  müzakirələr  bitdikdən  və  qərarlar 

qəbul olunduqdan sonra verilə bilər. 

 

23. 


Başqa sahələr də var ki, onlara aid cari Açıqlama Siyasətində təkmilləşdirmə tələb olunur

Açıqlama  Siyasəti  bəzi  sahələrdə  qeyri‐aydın  və  qarışıqdır  və  bir  çox  cari  sənədlərə  mətndə 

istinad  olunmamışdır.  Bir  çox  əməkdaşlar  sifarişləri  yerinə  yetirir,  və  AİB  və  üzv  ölkə 

hökümətlərinin  layihə  ərazisində  yaşayan  insanlar,  və  onların  adından  problemləri  qaldıran 

təşkilatlara  maraq  kəsb  edən  müəyyən  sənədləri  açıqlamaqdan  ötrü  təsdiqlərini  gözləyərkən 

sərf  etdikləri  vaxt  barədə  narahatdırlar.  Bəzi  əməkdaşlarhansı  informasiyanın  açıq  olub‐

olmaması,  hansı  ofislərin  açıqlanma  sifarişlərinə  cavabdeh  olmaları  və  bu  sifarişlərin  necə 

əlaqələndirilmələri  barədə  çətinlik  çəkirlər.  Onların  treninqə  ehtiyacları  var.  Bundan  əlavə 

əməkdaşlardeyirlər  ki,  layihə  məzmunlarının  məcburi  təshihinə  AİB  administrativ  sistemləri 

əngəl törədir və bu məsələ arxa plana çəkilir. 

 

24. 



Təcrübə  göstərir  ki,  aşkarlıq  əməliyyatların  keyfiyyətini  artırır.

9

  Təcrübə  həmçinin 



göstərir ki, layihələr layihənin dizayn və icrası zamanı informasiya qənaətbəxş olmadığından və 

vaxtında  açıqlanmadığından  yerli  müştərilərin  şikayətlərinə  səbəb  olur.

10

  Bir  çox  əməkdaşlar 



hesab  edirlər  ki,  əhəmiyyətli  məsləhət  və  inkişaf  prossesində  iştiraka  daha  çox  dəstək  təklif 

edən, islah edilmiş siyasətə ehtiyac var. 

 

25. 


Bununla yanaşı, əməkdaşlaranlayır ki, şəffaflıq daxili məsləhətləşmə prosesini müdafiə 

etmək,  üzv  ölkə  hökümətlərinin  inamını  qorumaq  və  güclü  müştəriyə  yönəlmiş  istiqaməti 

saxlamaq  ehtiyacı  ilə  tarazlaşdırılmalıdır.  Ümumiyyətlə,  məxfilik  daha  çox  həssas  sahələrdə 

hökümətlərə birbaşa məsləhətlər  veriləndə, müzakirələrin daha erkən mərhələlərində münasib 

hesab  olunur.  Çətin  iş  vəzifələrinə  istinad  edərək,  əməkdaşlar  həmçinin  xəbərdarlıq  edir  ki, 

yeni qoyulacaq açıqlama tələbləri düşünülməmiş əlavə işə gətirib çıxara bilər.  

                                                 

9

  Fowler, Alan. 2001. Ölkə Strategiyası və Proqramının Planlaşdırılmasında İştirakın Gücləndirilməsi. Manila. AİB.  



10

  Xüsusi  Layihə  Fasilitatoru  tərəfindən  AİB  ofisinə  keçmiş  Ekspertiza  Funksiyası  altında  təqdim  olunmuş 

şikayətlərdə AİB yardım fəaliyyətləri barədə məlumatın açıqlanmasının qənaətbəxş olmadığı göstərilir.  


 

 

7



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin