Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

 

Standartların profilləri 

Proqram mühəndisliyi sahəsində standartlaşmanın vəziyyəti və inkişafı aşağıda göstərilən 

xüsusiyyətlərlə xarakterizə olunur və profili yaradarkən və tətbiq edərkən bunları nəzərə almaq 

lazımdır [15]: 

 

Mövcud  çoxsaylı  beynəlxalq  və  milli  standartlar  mürəkkəb  sistemlərin,  proqram 



vasitələrinin  və  onların  komponentlərinin  işlənilməsi  və  tətbiqi  proseslərinin 

standartlaşdırılmasına qoyulan tələbləri tam əhatə etmir

  Beynəlxalq və milli standartların işlənilmə, razılaşdırılma və təsdiq edilmə müddətinin uzun 



olması  (3-5  il)  bu  sənədlərin  tələb  və  təkliflərinin  mürəkkəb  sistemlərin  yaradılma 

texnologiyaları və təcrübəsinin cari tələblərindən geridə qalmasına gətirir; 

 

Paylanmış proqram vasitələrinin yaradılmasının və inkişafının daha mürəkkəb və yaradıcı 



proseslərini  (sistemli  analiz,  layihələndirmə,  komponentlərin  inteqrasiyası,  sınaq  və 

sertifikatlaşdırma)  formallaşdırmaq  və  eyni  bir  sistemə  gətirmək  çətin  olduğundan  onları 

demək olar ki, standartların tələb və təkliflərinə uyğunlaşdırmaq olmur; 

 



Standartlaşmalı olan obyektlər və proseslər mürəkkəbləşdikcə standartın təkliflərində nəzərə 

alınan  şərtlərə  daha  çox  ehtiyac  yaranır  və  onların  müəyyən  layihədə  düzgün  istifadə 

edilməsi üçün konkretləşdirilməsi və adaptasiya edilməsi lazım olur; 

 



Yüksək  səviyyəli  standartların  işlənilməsi  və  nəşr  edilməsində  gecikmələr  və  proqram 

mühəndisliyi  sahəsində  müasir  obyekt  və  proseslərin  eyni  sistemə  gətirilməsi  və 

reqlamentləşdirilməsinə olan tələblər sahələr, idarələr və şirkətlər səviyyəsində çoxlu sayda 

normativ və metodik sənədlərin yaranmasına və tətbiqinə gətirir. 

Proqram təminatının yaradılmasında standartların profilini tətbiq edərkən bəzi hallarda milli 

standartlardan və normativ sənədlərdən istifadə edilməli olur. Bu onunla əlaqədar olur ki, beynəlxalq 

standartlarda  bəzi  məsələlər  göstərilməyib  və  ya  sistemin  yaradılmasında  milli  xüsusiyyətlərin 

nəzərə  alınması  vacibdir.  Standartları  tətbiq  edərkən  bəzi  standartlarda  boşluqlar  aşkar  edilir  və 

onlarda  göstərilən  tələblərin  əlavə  edilməsi  və  ya  təkmilləşdirilməsi  lazım  gəlir.  Standartlarda 

göstərilməyən, lakin sistemin komponentlərinin qurulması və qarşılıqlı əlaqəsi zamanı vacib olan 

bəzi funksiyalar idarə və müəssisələrin normativ sənədləri vasitəsilə təyin edilə bilər. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin