Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   2   3   4   5   6   7   8   9   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

UOT 004.413 (075)                                                                            DOI: 10.25045/jpis.v11.i1.07 

Bayramova T.A. 

AMEA, İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

tamilla@iit.science.az 

PROQRAM  MÜHƏNDİSLİYİ STANDARTLARININ ANALİZİ 

Daxil olmuşdur: 19.09.2019.   Düzəliş olunmuşdur: 24.10.2019.  Qəbul olunmuşdur: 30.10.2019.  



Proqram mühəndisliyinin inkişafı proqram təminatının işlənilmə prosesinin daha da dinamik və 

innovativ  olmasını  və  onun  hüquqi-iqtisadi  bazasının  gücləndirilməsini  tələb  edir.  Sifarişçinin 

tələblərinə  cavab  verə  biləcək  keyfiyyətli  proqram  təminatının  işlənilməsi  üçün  onun  normativ 

bazası  reqlamentləşdirilməli  və  standartlaşdırılmalıdır.  Proqram  təminatının  həyat  dövrü 

proseslərini  əhatə  edən  yüzlərlə  beynəlxalq  standartlar  mövcuddur.  Məqalədə  proqram 

mühəndisliyinin  standartları  təhlil  edilmiş  və  proqram  təminatının  keyfiyyətinin  idarə  edilməsi 

üçün  onların  tətbiqinin  vacibliyi  vurğulanmışdır.  Bu  standartların  tətbiq  sahələri  və  proqram 

mühəndisliyi  standartlarını  işləyən  əsas  təşkilatlar  haqda  məlumat  verilmişdir.  Standartların 

proqram  təminatının  müxtəlif  xarakteristikaları  üzrə  klassifikasiyaları  göstərilmişdir.  Peşəkar 

proqram mühəndislərinin hazırlanması prioritet sahələrdəndir. Onlar tədris müddətində proqram 

təminatının  işlənilməsi,  sənədləşdirilməsi,  proqramların  həyat  dövrünün  idarə  edilməsi, 

menecment  və  s.  bacarıqlara  malik  olmaq  üçün  geniş  biliklər  bazasına  və  bacarıqlara 

yiyələnməlidirlər.  Bu  məqsədlə  beynəlxalq  təşkilatlar  tərəfindən  bir  neçə  tədris  standartı 

işlənilmişdir.  Həmin  standartlar  araşdırılmış  və  Azərbaycanda  milli  tədrisin  xüsusiyyətlərini 

nəzərə  alaraq  peşəkar  proqram  mühəndislərinin  hazırlanması  üçün  beynəlxalq  standartlar 

əsasında  tədris  proqramının  işlənilməsinin  aktuallığı  vurğulanmışdır.  Eyni  zamanda,  proqram 

mühəndislərinə  bu  sahə  üzrə  mövcud  olan  baza  standartlarının,  standartların  profillərinin  və 

onların tətbiqi məsələlərinin tədrisinin vacibliyi göstərilmişdir. 

 

Standartların  işlənilməsi  və  tətbiqi  üzrə  dünyada  mövcud  olan  təcrübəyə  əsaslanaraq 



Azərbaycanda  da  proqram  mühəndisliyi  üzrə  milli  standartların  işlənməsi  və  qəbul  edilməsi 

tövsiyə edilmişdir.   


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin