Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   2   3   4   5   6   7   8   9   10   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

üçün  standartlar  (proqram  sistemlərinin  keyfiyyətinin  idarə  edilməsi,  keyfiyyətin 

qiymətləndirilməsi, həyat dövrü proseslərinin kamillik dərəcəsənin qiymətləndirilməsi, 

sistemin tamlığının və göstərilən xüsusiyyətlərin təmin edilməsi);  



İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

www.jpis.az 



87 

  Proqram  sistemi  və  proseslərin  təsvir  edilməsi  üçün  standartlar  (sənədləşmələrdə 

istifadə edilən dillər (əsasən UML), açıq paylanmış emal modelinin tətbiqi, müəssisənin 

arxitekturunun təyin edilməsi). 

Əvvəllər proqram mühəndisliyinin standartları əsasən sənədlərin tərtib edilməsi, terminoloji 

lüğətlər və s. bu tipli normativ sənədlərdən ibarət idi. Hal-hazırda bu standartlar proqram təminatının 

bütün həyat dövrünü əhatə edir və müxtəlif şəkildə klassifikasiya edilir. 

ISO 


və  digər beynəlxalq 

standartlar bir-biri ilə terminologiya, struktur və semantika baxımından uzlaşdırılır

 

[11]


.

 

Şəkil 1-də İSO standartlarının proqram təminatının həyat dövrü mərhələlərində tətbiqi və onların 



digər  standartlarla  qarşılıqlı  əlaqəsi  verilmişdir  [12].  Bu  standartlardan  əksəriyyəti  Amerika  Milli 

Standartlar İnstitutu (American National Standards Institute - ANSI) tərəfindən də qəbul edilir. ANSI-

də proqram mühəndisliyi üzrə standartlar şəkil 2-də olduğu kimi klassifikasiya edilmişdir [13].  

Proqram  mühəndisliyinin  standartlarının  hərtərəfli  öyrənilməsi  və  tətbiq  edilməsi  əsas 

problemlərdən  biridir.  Müxtəlif  tipli  böyük  proqram  komplekslərinin  yaradılması  üzrə  dünya 

təcrübəsini  özündə  birləşdirən  standartların  tətbiq  edilməsi  proqram  məhsullarının  qiymətinin, 

əmək  tutumunun,  işlənilmə  müddətinin  əhəmiyyətli  dərəcədə  azalmasına,  texniki-iqtisadi 

göstəricilərinin  yaxşılaşdırılmasına,  mütəxəssislərin  əmək  məhsuldarlığının  və  yaradılan 

məhsulun keyfiyyətinin artmasına gətirir.  

Böyük proqram sistemlərinin həyat dövrü standartlarda proseslər, mərhələlər, fərdi işlər və 

əməliyyatlar  dəsti  şəklində  onların  yerinə  yetiriləcəyi  ardıcıllıqla  verilir.  Burada  tələblərin 

təhlilindən  başlayaraq  proqram  təminatının  istismardan  çıxarılmasına  qədər  bütün  həyat  dövrü 

reqlamentləşdirilir. Bunun nəticəsində də proqram təminatının keyfiyyəti haqda qabaqcadan fikir 

söyləmək və onu idarə etmək mümkün olur.  Layihələrin ölçüləri artdıqca proqram  təminatının 

tətbiqinin keyfiyyəti və təhlükəsizliyi məsələlərinə qoyulan tələblər də artır.  

Digər  sənaye  istehsalı  sahələrində  olduğu  kimi  proqram  mühəndisliyində  də  proqram 

təminatının  yaranma  texnologiyaları    təkmilləşdirilir,  standartların  tətbiqinin  tamlığı  və 

düzgünlüyünə olan tələblər artır.  

Proqram  mühəndisliyi  üzrə  yüzlərlə  sistemləşdirilmiş  beynəlxalq  standartlar  mövcuddur. 

Hər  hansı  bir  proqram  layihəsinin  işlənilməsi  zamanı  həmin  layihənin  təyinatından  asılı  olaraq 

proqram təminatının həyat dövrünü əhatə edən bir neçə standart seçilə bilər. 

Mürəkkəb  sistemlərin  yaradılması  və  müşayiət  edilməsi  zamanı  sistemin  konkret 

funksiyalarının səmərəli şəkildə reallaşdırılması üçün bir neçə baza standartlarından və normativ 

sənədlərdən istifadə edilməsi tələb olunur. Bu funksiyaların reqlamentləşdirilməsi üçün müəyyən 

sinif layihələrə, proses və komponentlərə tətbiq ediləcək baza standartları konkretləşdirilməlidir. 

Bu səbəbdən “standartların profili” anlayışı yarandı [14].  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin