ARİstotel poetika “Ş Ə r q -q ə r b”


Bizdə olan məlumata görə “Poetika”nı görkəmli türk estetiki İsma-



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix03.04.2017
ölçüsü0,88 Mb.
#13210
1   ...   4   5   6   7   8   9   10   11   12

Bizdə olan məlumata görə “Poetika”nı görkəmli türk estetiki İsma- 

y ıl  Tunali də tərcümə etmişdir (İstanbul,  1963).

Kitabm meydana çıxmasında m üxtəlif mənbələrdən, şərh və təfsir- 

lərdən  istifadə  olunmuşdur.  “Poetika”nın  azərbaycanca  tərcüməsinə 

verilən  şərhlərdə  bu  sahədəki  əvvəlki  nailiyyətlər  nəzərə  alınmışdır, 

eyni  zamanda  ə w ə lk i  bir çox  şərhlərdən həm  xarakteri  və  əhatə  dai- 

rəsi, həm də məlumatın dərinləşdirilməsi,  dəqiqləşdirilməsi, bəziləri- 

nin  təkzibi  yeni  şəkildə qoyuluşu cəhətdən  fərqlənir.

“Poetika”nm tərcüməsindəki  adi qövs  şəklindəki  mötərizələr -  ( )

-   Aristotelin  özünə  məxsusdur.  Bucaq  şəkilli  mötərizələr  -   < >  -  

“Poetika”nm bizə gəlib çatmış yunanca mətnində nəzərdə tutulmuş və 

ya  unudulmuş  sözlərin  bərpası  üçün  işlənmişdir.  Kvadrat  şəkilli 

mötərizələrdə -   [ ]  -  verilən  söz  və  ifadələr  isə  tərcümənın  aydmlığı 

üçün  mənaya görə  artırılmışdır.

Aşağıdakı  izahlar fəsillərin  sıra ardıcıllığı  üzrə  verilmişdir.

1

1. 

Poetik  sənət  -   sözün  geniş  mənasında  bədii  söz  sənəti,  ədəbi 

yaradıcılıq.  Yunanca “P oyeo” -  “yaradıram”  felindən olan  “poyetike”

-   “bədii  fəaliyyət”ə,  “bədii  iş ”ə   yaxm  bir  mənanı  ifadə  edir. 

E tim oloji,  semantik  baxımdan  yunanca  “p o yetik e”,  “p oyetes”, 

“p oyeo”, “pes”, “pyes”; rusca “poet”, “petar”, “pet”, “pesnya”, “bayan”;

79


azərbaycanca  “bayatı”,  “b oy”  (Koroğlu,  D ədə  Qorqud  boyları)  və 

“bəyan”  qəbilindən ifadələrin yaxınlıqlarını  fərz  etmək olar.

2. 

Fabulanırı necə qurulmalı  olacağından -  hərəkət və  fəaliyyətin 

təqlidinin,  əhvalatların gedişatının  necə  olacağından.  Geniş  tərifı  6-cı 

fəsildə  verilmişdir.



.Avletika və kifaristika -  avlos v ə kifara çalma sənəti (avlos -  qədim 

Yunamstanda qaboy tipindən nəfəsli  alətə, kifara -  simli alətə deyilir). 

Qədim  ellinlilər ziyafət və  teatr tamaşalarında  avlosdan  geniş  istifadə 

etmişlər.  Avlos  çalanlann rəsminə  məşhur qədim yunan  saxsı  vazala- 

rında rast gəlm ək olar.

4. 

Təqlid -  yunanca “m im esis”  anlayışının  azərbaycanca qarşılıqlı 

ifadəsi kimi  işlədilmişdir.  Lakin “təqlid”  “m im esis”in mənasmı bütün 

dolğunluğu  ilə  ifadə  etmir.  “M im esis”  gerçəkliyin  yaradıcı  şəkildə 

canlandırılması,  bədii  təcəssümləndirmə  anlayışına  daha  uyğundur. 

Kökündə  “yaradıcılıq”  sözü  olan  “yaraşdırma”  anlayışı  da bu  mənanı 

ifadə edə bilər.  Etimoloji v ə semantik cəhətdən, şübhəsiz, “mimesis”lə 

dilimizdə sənət sahəsilə bağlı olaraq işlənən “mümarisə”, “müsamirə”, 

“musiqi”, “memar”, “him” “him eləm ək” kimi ifadələr arasmda qohum- 

luq olduğunu fərz etmək olar. Xalq içərisində işlənən “təala çıxarmaq” 

ifadəsi  də  “m imesis”ə  yaxın  anlayışdır.  Təqlid  haqqmda  nəzəriyyəni 

v ə “mimesis” istilahını Platon qorqiçilərdən, Aristotel isə Ksenofont və 

Platondan əx z etmiş,  lakin daha da  dəqiqləşdirmiş,  dərinləşdirmişlər.

Difırambik poeziya -  xor  lirikasının  əsas  üç  mühüm  şəkillərindən 

(difıramb,  epinikiya,  enkomi) biridir.  Şərab  allahı  Dionisin doğulması, 

həyat  və  fəaliyyəti  ilə  bağlı  əhvalatlara  və  ölümünün  təsvirinə  həsr 

olunmuş  mahmlara  deyilir.  Üm um iyyətlə,  yunan  lirikası,  o  cümlədən 

difırambik  poeziyanın  mühüm  xüsusiyyətini  avlosların  təranələri 

altında oxumaq və  oynamaq təşkil  edir ki,  bu da bizim ozan  yaradıcı- 

lığmı xatırladır. Xor difırambik poeziyasının banisi Arion (e.ə. VII əsr) 

hesab  olunur.  Arionadək  difırambı  bir  nəfər  ifa  edirdisə,  Arion  bu 

ənənələri  dəyişdirmiş,  xor  təşkil  etmişdir.  B elə  ki,  Dionis  bayramla- 

rında  xor  dəstəsi  Dionis  minbəri  ətrafında  dayamb  sual-cavab,  təsvir 

və  təntənəli  çıxış  şəklində  xor  oxuyurdu.  Arion,  rəvayətə  görə,  öz 

mövzularına faciəli məzmun verib, satirləri personaj kimi dəstəyə daxil 

etdiyi üçün,  faciənin ünsürlərini yaratmışdır.  Şübhəsiz ki, bu da faciə- 

nin yaranması  üçün m üəyyən hazırlıq idi..

80

Təqlidi sənətlərdir -  sənət anlayışı  yunanlarda geniş  anlayışdır.  O, 



eyni  zamanda  həm   incəsənət,  həm  m üxtəlif “peşə  sahələrini”  əhatə 

edir.  Texniki, praktik peşə v ə  sənətlərdən fərqli olaraq,  burada m im e- 

tik  sən ət sahələri  nəzərdə tutulur.

Bəzilərinin  ustalıq,  başqalarının  vərdiş,  digərlərinin  təbii  istedad 

hesabına...  -   “Politika”  əsərində  Aristotel  deyir  ki,  hər  bir  sənətin 

“m əqsədi təbiətən çatışmayan şeyləri tamamlamaqdan ibarətdir”.  Aris- 

totel  bədii  yaradıcılığın  mühüm  komponentlərindən  birinə,  göstərilən 

elementlərin hamısınm sənət və bədii yaradıcılıqda mühümlüyünə  işarə 

edir.  Uyğun  fikirlərə  sofıst  fəlsəfı  dairələrinin,  Sokrat,  Platon  kimi 

mütəfəkkirlərin  mülahizələrində  rast  gəlm ək  olar. 

Kim  arzuladığı 

müdriklik, qocalıq, bəlağət,  fəzilət kimi  amilləri bir küll halında və ya 

qism ən  kamil bir dərəcəyə  çatdırmaq  istəyirsə,  buna yalnız  aşağıdakı 

şərtlərlə nail olmaq olar. Birincisi, adam təbii qabiliyyətə malik olm a- 

lıdır ki,  bu da (əlbəttə) xoşbəxt təsadüf sayəsində mümkün olur;  ikin- 

cisi  isə  adamın özündən  asılıdır,  yəni  ondan  ibarətdir ki,  gözəlliyə  və 

yaxşılığa can atasan, zəhm ətə qatlaşasan, ən erkən yaşlanndan oxumağa 

başlayıb, uzun zaman  elmini  davam etdirəsən.  Əgər bu şərtlərdən biri 

olmazsa,  heç  nədə  mükəmməlliyin  zirvəsinə  çatmaq  olmaz,  bütün  bu 

şərtlər olarsa, nə ilə məşğul olsan, ən yüksək nəticələrə nail olmaq olar.

Söz,  ritm,  harmoniyanın  köməyi  ilə  -   harmoniya  estetik  və  bədii 

mənada cismani;  m ənəvi,  zehni  sahələrdə, o cümlədən sənətdə  ahəng 

deməkdir.  Mövcud mətndə  səs  ahəngi,  lad,  məlahət,  melodiya m əna- 

sında  işlənmişdir.

Siringə (yunanca -  Syurinks) -  əsatirdə  siringəni k ə şf edən m eşə- 

lər,  otlaqlar Allahı  v ə  çobanlar  hamisi  Panın  adı  ilə  bağlı  olaraq,  ona 

“Pan  svireli”  də  deyilir.  Uzunluğu tədrici  şəkildə  azalan  5,  7,  9  və  11 

paralel  qamışdan  düzələn  siringə  tütəyinin  hər  qolu  m üxtəlif ahəngli 

fleytavari səsə malikdir.  Lakin siringə, fleytadan fərqli olaraq, barmaq- 

ların  köməyi  ilə  deyil,  ağız v ə  dodaqların hərəkəti  ilə  çalınır.

Ritmin  köməyi  ilə  bəzi  rəqqasların  oyunu  m isal ola  bilər -   musiqi 

və  mahnı  ilə müşayiət edilm əyən  xalis  ritmik rəqs v ə pantomima.

Tərifsiz  qalır...  -   qədim  yunanların  düşüncəsində  nəsr  və  nəzm  

yaradıcılığını  ümumi  bir  anlayışla  göstərən  ayrıca  ədəbiyyat,  bədii 

ədəbiyyat  ifadəsi  yox  idi.  Həm in m əsələyə  işarədir.

Sofron vəK senarx mimləri... -  məşhur yunan müəllifləri Sofron və 

oğlu  Ksenarxın  yazdıqları  m əişət  lövhələrinə  həsr olunmuş  səhnələr.

81


Sofronun  “Qaymana”,  “Qadınlar  naharda”,  “Qadmlar  İstimiya bayra- 

mında”  və  başqa  mimləri  məlumdur.  Mimlər ucadan  oxunmaq  v ə  ya 

səhnə  vasitələrinə  müraciət  etmədən  evdə,  ziyafət  m əclisində,  m e y - 

danda  v ə  s.  oynanılmaq  üçündür.  İcraçı  söz,  him -cim ,  ritmik  bədən 

hərəkətləri  ilə  ətrafmdakıları  şənləndirmək  üçün  m üxtəlif  ə y lə n c ə - 

ləri,  m əişət  səhnələrini  v ə  m əzəli  xarakterləri  canlandırır.  Mimist, 

qadın  v ə  kişi  ola  bilər  və  o,  nadir  müstəsnalarla,  çox  hallarda  yükün 

bütün ağırlığmı  öz üzərinə  götürərək,  m üxtəlif rolları  ifadə  edir.  M im  

ifaçılarına  da  “mim”  deyilir  v ə  onlar  dramatik  aktyor,  deklamator  v ə  

müğənnilərə bölünürlər ki, bunlar da “mimoloq”, “loqomim”,  “etomim” 

(“loqos”  -   söz,  nitq  mimçiləri,  “etoloq”  -   etos  -   əxlaq,  m ənəviyyat 

mimçiləri),  “mimobi”  (həyat  m əişət  mimçiləri)  “mimvala”  (fleyta 

təranələri  altında mimçi)  “maqodo”,  “lisiodo”,  “simiodo”,  “qilarodo” 

(“ode”  -  mahnı,  qelos -  gülüş  nəğməkarı) və  s.  adlanırlar.  B əzi m im - 

lərə  isə  “kinedema”  və  ya  “kinedoloq”  (“kino”  -   hərəkət  etdirərəm, 

“aydos”  -   eyibli,  biabırçı)  deyilir,  daha  doğrusu,  ləyaqətsiz,  biabırçı 

hərəkətlər  göstərən  m imlərə  belə  deyilir.  Qədim  yunan  mimləri  v ə 

Azərbaycan  xalq  dramının  qədim  elementləri,  ailə-m əişət  oyunları 

arasında maraqlı paralellər müşahidə  etmək olar.

Sokrati sö h bəth r -   Sokratm müsahibələri  şəklində  yazılar,  fəlsəfi 

mükalimələr  (dialoqlar).  Platonun  “Böyük  Hippiy”,  “Kiçik  Hippiy”, 

“Pir”  (“Ziyafət”),  “Fedr”,  “D övlət”,  “Qanunlar”,  “Sofıst”,  “Qorqiy”, 

“Fileb”,  “Sokrat  appologiyası”,  Ksenofontun  “Sokrat  mükalimələri”, 

Plutarxın  “Qrill”,  “Yeddi  hükəmanm  ziyafəti”,  “Musiqi  haqqında” 

dialoqları  bunlara misal  ola bilər.  Dialoqlar bir çox hallarda  iki  h issə- 

dən  ibarət olur.  Birinci hissədə müsahibə gəzinti  zamanı  aparılır,  söh- 

bətin kulminasiya vaxtı müsahiblər dinclərini almaq m əqsədi ilə ə y lə - 

şib  fıkirlərini davam etdirirlər. Bir sıra hallarda dialoq müəllifi mükalimə 

üsulundan kənara çıxaraq,  müsahibənin predmeti  ilə bağlı mülahizələr 

söyləm ək üsulundan da  istifadə edir.

Elegiyaçılar...  epiklər...  -   elegiya  və  epik  janr  ustaları;  elegiya- 

frigiya  tütəyinin  müşayiəti  ilə  oxunan  hüznlü,  m əsnəvi  formasında 

lirik  şeir;  birinci  misrası  daktilik  hekzametr,  ikinci  misrası  pantametr 

vəznində yazılır. İctimai, siyasi, hüquqi, vətənpərvər mövzulara aid ele- 

giyalar  da  vardır.  Elegiyanm  ən  böyük ustaları  Kallin  (e.ə.  690-663), 

Titrey (e.ə.  VII  əsr) və  Solon  (e.ə.  635-559),  epikanm tanmmış  sənət- 

karları  isə Homer və Hesiod kimi  şairlər sayılır.

82

Empedokl (e.ə. 483-423) -  məşhur yunan materialist fılosofu, təbıət- 



şünası  və  həkimi.  Ritorik  üslubda  hekzametrlə  yazılmış  “Peri  fisis” 

(“Təbiət  haqqında”)  və  “Cätharsis”  (“T əm izlənm ə”)  adlı  fəlsəfı 

poemalann müəllifi. Hər iki əsərin Fəzlullah Nəimi və İmadəddin Nəsimi 

yaradıcılığına  müəyyən  təsiri  olmuşdur.  Q.Dilsin  yunan  mətnlərində, 

A.O.Makovelskinin  “Sələfi  Sokratlar”,  Q.İ.Yakubanisin  “Empedokl” 

kitabında hər iki əsərdən gətirilən fraqmentlərlə Nəsiminin bir sıra şeir- 

lərinin  müqayisəli  təhlili  bunu  sübut  edir.  Azərbaycanca:  “Bu  cisim 

evinə, taliba, seyr edərək çün can gəlir” misrası ilə başlanan 62 beytlik 

poemasında Nəsimi üzvi aləmin inkişafında dörd pillə haqqında Empe- 

dokl nəzəriyyəsini bütünlüklə qəbul edərək, bir sıra hallarda Empedok- 

lun uyğun fraqmentlərinin hərfı tərcüməsini verir. Nəsiminin başqa bir 

sıra  şeirlərinin mətni  də  fraqmentlərə  tam uyğun gəlir.

Xremonun  “K en tavr”  rapsodiyası  -   e.ə.  IV  əsrdə  yaşamış  yunan 

faciənəvis şairlərindən Xremonun əsəri. Aristotelin “Ritorika”da göstər- 

diyi kimi, Xremon öz faciələrini səhnədə oynamaq üçün deyil, ucadan 

oxumaq  üçün  yazmışdır.  Buna  görə  də  “Kentavr”ın  dram janrlarına 

deyil,  epik  sahəsinə  aid  olduğunu  söyləyərək,  onu  rapsodiya  adlan- 

dırır.  Xremonun  əsərlərindən  ancaq  xırda-para  fraqmentlər  qalmışdır. 

Nomlar -  Apollon şərəfınə  oxunan mahnılar.

2

Bizdən yaxşılarmı...  təq lid  -   Aristotel  Esxil  və  Sofoklun  işlətdiyi 

istilahdan  istifadə  etmişdir.  Müasir baxımdan  əzəm i  və  ülvi  xarakterli 

adamların işinin, hal və hərəkətlərinin təqlidi və təcəssümü deməkdir.

Poliqont  (e.ə.  V  əsr)  -   yunan  rəssamı,  ülvi  üslubda  monumental, 

dekorativ  divar  rəngkarlığının  ən  böyük  nümayəndəsi.  Qədim  Attika 

m illi  qəhrəmanı  Tezey,  o  cümlədən  Odisseyin  həyatına  aid  əsərlərin 

müəllifıdir.  Aristotel  Poliqontun  yaradıcılığında  formanın  ideallığına 

işare edir, onu insani təbiiliyin fövqünə ucaldan bir ustad kimi təriflə- 

yir.  Poliqontun yaratmış olduğu xarakterlərin xarici və daxili aləm həqi- 

qetini Aristotel exlaqi  mənada  işlənən  “ethos”  anlayışı  ilə  ifadə  edir.

Pavson  (e.ə.  V  əsr)  -  yoxsul  yunan rəssamı;  hazırcavablığı,  satira 

v e  pamfletləri ilə də tanınmışdır.  Məşhur yunan dramaturqu Aristofanm 

müasiridir.  Aristofan  “Ə hli-keflər”  əsərinin  4 2 7 -6 0 2 -ci,  “Tesmofori 

bayramında qadınlar” əsərinin isə 949-cu strofalarında Pavsondan bəhs

83

edır.  “Axamyanlar” komediyasında o, Pavsonun adını Xolorqa dem in- 

dən  (əyalətmdən)  olan  yoxsul  v ə  pamfletçi  Lisistratla  yanaşı  çəkir. 

“Poetika’’da Aristotel Pavsonun insan təbiətindəki alçaqlıqları v ə e y b ə - 

cərlikləri xüsusi bir aludəçiliklə, karikatur şəkildə təsvir etm əsinə işa - 

rə edir, “Politika” əsərində gənclərə Pavsonun deyil, Poliqontun ə sə r - 

lərinə  tamaşa etməyi m əsləhət görür.

D ionisiy -  yunan portretisti, Poliqontun müasiridir.

Kleofont -  haqqında az məlumat olan  yunan şairlərindəndir.  Onun 

adım  Aristotel,  eyni  zamanda  “Poetika”da  Aristofanın  müasiri  fa c ie - 

nəvis  Sefvpalla  yanaşı  çəkir  və  hər  ikisinin  əsərlərini  aşağı  üsluba 

misal gətirir.  Aristotel “Ritorika”sında Kleofontun dilinin adiliyinə  v ə  

nəsrə yaxınhğına işarə  edir.

Fasoslu Hegemon  (e.ə.  V   əsrin  sonu) -   yunan  komiki  v ə  parodi- 

yanəvısıdir.  Afinahlar  arasında  geniş  yayılmış  bir  çox  epik  əsərlərə 

yazdığı  parodiyaları  ilə  şöhrət  qazanmış  şairlərdendir.  Hegemon  eyni 

zamanda dramatik parodiyalar müəllifıdir.  Rəvayetə göre, Peloponnes 

muharıbəsı  zamanı  onun  “Qiqantomaxiya”  adlı  dramatik  parodiyası 

göstenlərkən tamaşaçılar Afına ordusunun Siciliyada məğlubiyyət x əb e- 

rini  eşidirlər.  Bu  kədərli  xebərin  hamını  sarsıtmasına  baxmayaraq, 

Hegemon tamaşanı  yarımçıq kəsm əyincə  heç  kəs yerindən tərpənmir! 

Bu,  Hegemonun,  şübhəsiz,  güclü  sənətkar olduğuna dəlalət edir.

Nikoxar -   yunan  şairidir.  Özü  v ə  əsəri  “Deliada” 

haqqmda  səhih 

məlumat yoxdur.

Arqant Timofey və Filoksen -  yunan şairləridir. Tərcümələrdə bər- 

pa olunan “Arqant” yerinə əlyazmasında yalnız “Qant” sözii yazılmışdu-. 

Əgər həqiqetdə  əlyazmasında “Ar”  buraxılmışsa,  onda bəzi  şərhçilə- 

rin dediyi kimi, Aristotelin müasiri Kifared Arqantı təxmin etmək olar. 

“Tımofey nom və difıramb şairlərindendir, e.e. 446 -cı ildə Miletdə ana- 

dan olmuşdur. Pavsini onun “İranlılar” adlı nomunun, Afıney isə “Kik- 

loplar  difirambının adını çekir.  Timofeyin “İranlılar” əsəri  I902-ci ildə 

Mısırdə,  Abussir yaxınlığında “Deutsche  Orient gesellschaft”  cemiyyeti 

tərəfındən  aparılan  qazıntı  işləri  zamanı  papiruslardan  birində  tapılıb 

müəyyən edilmişdir. Filoksen (e.e. 453) Kipr adasmda anadan olmuşdur. 

Sıcılıya  tıranı  kiçik  Dionisinin  sarayında  yaşamış,  “Kikloplar”  difı- 

rambında (Polifem adlı kiklopun obrazında) Dionisiyə rişxend etmişdir.

84

3



Təqlidin necə olmasından -  Aristotel təqlid üsulunu nəzərdə tuta- 

raq, poeziyanın epos,  lirika, dram kimi növlərinin ferqindən bəhs  edir. 

Poeziyanm  müvafiq  sahelerini  ayrı-ayrılıqda  teqlid  üsulunun  necə 

şertləndirdiyinden,  eynile Platon da “D övlət”  əserində bəhs etmişdir.

Homer kimi özündən kənar hadisələri hekayə etməklə təqlid -  təq- 

lidin  terzi  kimi  epos  nezərde  tutulur.  Bu  münasibətlə  Belinski  deyir: 

“Homeri  oxuyarkən bedii  kamilliyin mümkün  olduğunu  görürsən.  Bu 

eserlərdə sizı daha çox celb edən odur ki, qədim yunan dünyagörüşünün, 

qedim yunan dünyasmın əsas cəhetləri Homerin şerində öz əksini  tap- 

mışdır.  Siz özünüzü Olimpdə, allahlann yanında, cəbhədə vuruşan qəh- 

remanların arasında hiss edirsiniz;  sizi cəlb eden gözəllik, qehremanlıq 

dövrünün  yunan  cem iyyetinde  insan  münasibətləridir.  Ancaq  şairin 

özü kənarda dayanmışdır. Əserlərin bədii aləmi sizi o qədər cəlb edir ki, 

dayanıb, heç olmasa,  bir şairin  özüne baxmağı yaddan çıxarırsınız...”

ö z   simasını  dəyişmədən,  özlüyündə  qalıb  təqlid  etmək  -   təqlidin 

dram terzi  nəzerdə  tutulur.

D ram ” adlandırılmışdır -  “dram” yunanca “drao”  felindən “hərə- 

ket edirem”, “fealiyyet gösterirəm”, “herəket” deməkdir. Aristotel buna 

işarə edir.

Dorianlar  -   qedim  yunan  tayfalarındandır.  Uzun  müddət  Yuna- 

nıstanın  şimahnda,  e.e.  XII  esrde  isə  Cenubi  Yunanıstanda  məskən 

salmışlar. Miken m edeniyyəti xerabəleri üzerində yüksəlen yeni yunan 

medeniyyetinin  inkişafında xüsusi rolları  olmuşdur.

Demokratiyanm  təşəkkül  dövrünə...  -   demokratiya  Yunanıstanda

VI  esrin sonlannda (e.e. 590-cı ildə) Meqerada qələbə çalmışdır. Qədim 

dövrün mezhekenevisi Susarionun fəaliyyəti (təxminən e.ə. 580-ci  ildə 

anadan  olmuşdur)  m ehz  Meqera  demokratiyasının  çiçəkləndiyi  dövrə 

tesadüf  edir.  Qedimdə  bir  çoxları  Susarionu  komediyanın  yaradıcısı 

hesab etmişler.

Epixarm -  qədim yunan komediyanəvisi v ə filosofiıdur.  Texminən 

55 0 -c i  ilde  Kos  adasında  doğulmuş,  həyatı  Siciliyada  keçmiş,  texm i- 

nen  9 0 -9 7  yaşlarmda  vefat etmişdir.  Bir rəvayətə  göre,  qədim  kom e- 

diyanın  banisi  m ehz  Epixarmdır.  Platon  Epixarmı  komediya,  Homeri 

ise  facie  şairlərinin  en  böyüyü  adlandırmışdır.  Aristotel  “Poetika”da 

onun  adını  çekir  ve  deyir ki,  “Fabula”nı  ilk  dəfə  Epixarm  v e  Formiy

85


işləm əyə  başlamışlar  və  həmin  şəkildə  də  komediya  ilk  d əfə  Y una- 

nıstana  Siciliyadan  keçmişdir.  Epixarm  əsərlərini  Dori  dialektində 

yazmışdır.  Onun  Sirakuz  teatrlarmda  qoyulan  abidəsi  üzərindəki  yazı 

da bunu  sübut  edir:  “Komediyanın  ixtiraçısı,  dili  v ə  m ənşəyi  etibarilə 

dorili  Epixarm”  yunan  ədəbiyyatının  Lukian,  Evripid,  Aristofan  kimi 

nümayəndələrinin də yaradıcıhğmda özünü göstərən bir meylin, m ifo- 

logiyaya özünəməxsus münasibətin banilərindəndir.  Bir rəvayətə görə, 

Homerin “Odisseya”da işlətdiyi kikloplar komik variantını hələ Evripid- 

dən  xeyli  əv v ə l  ilk dəfə  dram janrına tətbiq edən  Epixarm  olmuşdur.

M aqnet -   ilk qədim yunan komik şairlərindəndir.  Xinoidin m üasi- 

ridir.  Əsərlərində  xor  əsasən  quşlardan  və  ya  heyvanlardan  ibarət 

olmuşdur.  Dramlarını,  xorun  adına  görə,  m əsələn,  “Quşlar”,  “Qurba- 

ğalar”  və  s.  adlandırmışdır.  Aristofan  onun gəncliyində xor sahəsində 

çoxlarına  q ələb ə  çalmasından,  tamaşaçılarına  səslər aləminin  zəngin - 

liyini  bəxş  etməsindən bəhs  edir.  Aristofamn “Atlılar”da  (6 4 0 -6 4 5 -ci 

sətirlər)  tamaşaçılardan  gileylənm əsi  Maqnetin  qocalığmda  artıq  səh - 

nədə  əvvəlki hörmətə  malik olmadığına işarədir.

X ionid  -   ilk  qədim  yunan  komik  şairlərindəndir.  Svidin  m əlu - 

matına əsaslanaraq göstərilir ki, Xionid komediyalarım  Salamin döyü- 

şünə  8  il qalmış, yəni 4 8 8 -c i  ilə yaxın tamaşaya qoymağa başlamışdır. 

Əsərlərindən  əlim izə  gəlib  çatanı  yoxdur.

Komadzeyn,  dran, pratteyn  -  komediya və  dram sözlərinin  etim o- 

logiyasına  (m ənşəyinə)  işarədir.  Aristotelin  gətirdiyi  mətnin  özündən 

də,  ümumi  ruhundan  da  aydın  olur  ki,  məhz  doriyalıların  teləbi, 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin