ARİstotel poetika “Ş Ə r q -q ə r b”


Hər  bir  isim  ya  ümumən  işlənən,  ya  qlossa,  ya  metafora,  ya  ziy -



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix03.04.2017
ölçüsü0,88 Mb.
#13210
1   2   3   4   5   6   7   8   9   ...   12
Hər  bir  isim  ya  ümumən  işlənən,  ya  qlossa,  ya  metafora,  ya  ziy - 

nətamiz,  ya  düzəltmə,  ya  qısaldılmış,  ya  da  dəyişdirilmiş  olur.  Ümu- 

mən  işlənən isim, m ən hamının istifadə etdiyi isimlərə deyirəm; qlossa 

isə, bəzilərinin istifadə etdiyi isim lərə deyirəm, belə ki, eyni zamanda 

eyni  bir  isim həm  qlossa,  həm   ümumən  işlənən  ola  bilər,  amma  eyni 

dairələrdə  yox,  m əsələn,  cnyuvov  (cida)  sözü  kiprlilərdə  ümumən 

işlənən  isimdir,  bizdə  isə  -   qlossadır.  M etafora  qeyri-adi  bir  ismi  ya 

cinsdən  növə,  ya  növdən  cinsə,  ya  da  növdən  növə  keçirmək  v ə  ya 

benzətm ə  yolu  ilə  məcazlaşdırmaqdır.  Cinsdən  növə  keçib  m əcaz 

yaratmağı,  < m əsələn > ,  belə  ifadədə  görmek  olar:  “odur  dayanmışdır 

gəm im  də mənim”, bu  ifadədə  nəzərdə tutulan “lövbərdə dayanmaq” 

anlayışı  özü  “dayanmaq”  məfhumunun  bir  hissəsidir.  Növdən  cinsə 

keçm əklə  məcaza:  “göz  qaraldan  qədər  şərəfli  işlər  görür,  həqiqətən 

Odissey yenə” ifadəsini misal göstərmək olar, belə ki, “qaranlıq”, “intə- 

hasızlıq” -  “çox” demək olduğuna görədir ki, şair “çox” “sonsuz” yerine 

“göz  qaraldan”  sözündən  istifadə  etmişdir.  Növdən  növə  keçmeklə 

məcaza:  “qılıncla canmı alaraq onun” və “kəsib əhədini qılıncla onun” 

ifadəlerini  misal  göstərmək  olar  ki,  burada  da  “almaq”  -   “kəsm ək”, 

“kesm ək”  -  “almaq”  mənasmda  işlənir v ə nə  isə bir  şeydən məhrum 

etmək  menasını  ifadə  edir.  Bənzətm ə  vasitəsilə  məcazda  ise  mən 

[o halı] nezərdə tuturam ki, orada ikincinin birinciyə münasibəti, dördün- 

cünün  üçüncüyə  münasibəti  kimi  olsun;  buna  görə  də  şair  ikincinin 

əv əzin ə  dördüncünü,  dördüncünün  əvəzinə  isə  ikincini  işlədə  bilər; 

bəzən də bir istarəyə onun əv ə z etdiyi ismi də əlavə edirlər, yəni, m əsə- 

len, qalxanın Areyə münasibəti necədirsə, piyalənin də  Dionisə müna-

55


sibəti elədir.  Yaxud:  qocalığın insan həyatmdakı mənası nədirsə,  axşa- 

mm  da  gündüzlə  müqayisədə  mənası  odur;  buna  görə  axşamı  gü n- 

düzün  qocalığı,  qocahğı  isə  ömrün  axşamı  və  ya,  Empedoklun  dediyi 

kimi,  qürub  çağı  adlandırmaq  olar.  Bənzətmələrin  bəzilərinə  ad  ver- 

m ək  mümkün  deyil,  bununla belə,  onlar yenə  də  obrazlı  ibarələr kimi 

işləd ilə  bilər;  M əsələn,  “toxum  səpm ək”  “səpin”  deməkdir,  G ünəş 

şüasınm  səpələnm əsinin  isə  ayrıca  adı  yoxdur;  lakin  şüanın  G ünəşə 

münasibəti  səpinin  toxuma  olan  münasibəti  kimidir,  buna  görə  də 

Günəş haqqmda deyirlər: “İlahi nurunu səpərək”.  Metaforanın bu cin - 

sindən  həmçinin  yad  sözləri  əlavə  edib,  başqa  cür  də  istifadə  etmək 

olar,  onda gərək yad söz  işlədilən  sözə məxsus  mənanm hər hansı bir 

hissəsini  m əhv  etsin,  m əsələn ,  necə  ki,  “qalxan”ı  “Ariyen  p iya ləsi” 

deyil,  “m eysiz  boş  p iyalə”  adlandırasan.  Düzəltmə  sözlər  vaxtilə  heç 

kim tərəfındən işlədilməyib,  şair tərəfındən yaradılan sözlərdir;  m ə sə - 

lən,  %spaxa  [buynuz]  əvəzin ə  işlənən  epvuyeÇ  [pöhrələr],  iepeuÇ 

[kahin]  əvəzin ə  işlənən  äprıxrıp  [xahişçi]  kimi  ifadələri  bu  qəbildən 

hesab  etmək  olar.  Uzadılmış  v ə  ya  qısaldılm ış  sözlərə  gəlincə,  birin- 

cisi -  mövcud sözə məxsus olandan daha uzun ünlü səsdən istifadə və 

heca artırmaq yolu ilə, ikincisi -  sözdən müəyyən şeyləri ixtisar etmək 

yolu  ilə  əm ələ  gəlir;  uzadılmış  sözə 

-  

7

t

6

Ä.r|oÇ,  ITr|Ä.eoÇ-



nr|Ä,ei

8

ou>-riT]A/ni(xöecö;  qısaldılmış  sözə isə ^ p ı, 

5

© 

və  (J.ia  y iv e ta ı  d^cpoiEpcov 

6

D əyişdirilm ə  sözlər o 



zaman  əm ələ  gəlir  ki,  sözün  işlənm əkdə  olan  formasmda  m üəyyən 

hissəsi saxlamr, o biri hissəsi isə uydurmaqla düzəlir, m əsələn, SeÇıov 

əvəzin ə  öeÇıxepöv  yaxä.  jaaÇov  [sağ döşünə]  deyilir.

Xüsusi isimlərin bir qismi -  kişi,  digər qismi -  qadın, üçüncü qismi 

isə -  orta cinsdir.  Kişi cınsinə axırı v,  p v ə <

ct

> ilə bitən bütün  isimlər 

və  onlardan  əm ələ  gələn  hərflərlə  bitən  sözlər  daxildir.  B elə  hərflər 

də  ikidir -   cp  v ə  Ç.  Qadın  cinsinə 

ti

  və  ©  kimi  daim  uzadılan  ünlü  və 

uzadılaraq  a   ilə   nəticələnən  bütün  isimlər daxildir;  beləliklə,  deməli, 

kişi  v ə  qadın  cinsi  sonluqlarınm  sayı  eynidir;  (p  və  £,  tək  <

ct

>  sonlu- 

ğuna aiddir.  Heç bir isim ünsüz səslə, eləc ə də həm işə qısa olan ünsüz 

səslə  də  qurtarmır.  “ı ”  ilə  üç  isim  -   fxsXı  [bal], 

[saqqız]  və

7

ie

7

repı [bibər];  u ilə isə -  beş isim bitir. Orta cinsə aid sözlər isə, həmin 

bu ünlü  səslərlə -  v  və   ilə  bitir.

56

22



Sözlə  ifadənin  m əziyyəti  onun  aydmlığmda v ə  alçaq  olmamasın- 

dadır.  Ən aydm ifadə,  əlbəttə,  ümumən işlənən sözlərdən ibarət olur, 

lakin belə ifadə alçaqdır.  Kleofontun v ə Sfenelin poeziyası buna m isal- 

dır.  Nəcib  və  yıpranmamış,  ifadə  isə  qeyri-adi  sözlərdən  ibarət  olan- 

dır.  Qeyri-adi  isə  m ən  qlossanı,  metaforanı,  uzadılan  sözləri  v ə  ümu- 

mən  işlənən  sözlərdən  xaric  bütün  ifadələri  adlandırıram.  Lakin  əgər 

biri  bütün  nitqi  bu  şəkildə  qurarsa,  tapmaca  və  ya  varvarizm  əm ələ 

gəlir:  daha doğrusu,  ifadə metaforalardan ibarət olduqda -  tapmacaya, 

qlossadan ibarət olduqda isə,  varvarizmə  gətirib çıxarar.  Doğrudan da, 

tapmacanm  m əziyyəti  onun  mümkün  ola  biləcək bir şeydən  mümkün 

olmayan bir şeyin köm əyi ilə danışmasmdan ibarətdir.  [Ümumən işlə- 

nən]  sözlər arasında əlaqə yaratmaq vasitəsilə buna nail  olmaq olmaz, 

metaforalar vasitəsilə isə mümkündür, m əsələn:  "'Ər görmüşəm alovla 

M isi ətə ca layar” v ə  s.

Qlossadan isə varvarizm doğur.  Dem əli,  ifadələri bir-birinə nə  isə 

xüsusi  bir tərzdə  qataraq  istifadə  etmək  lazımdır ki,  qlossa,  metafora, 

zinət  və  digər  bu  kimi  başqa  növlər  nitqin  təravət  və  ucalığım  aşağı 

endirib yıpranmış hala salmasın, ümumən işlənən sözlər isə nitqə aydın- 

lıq  gətirsin.  İfadənin  aydınlığma  v ə  nəcibliyinə  sözlərin  uzadılması, 

qısaldılması və dəyişdirilməsi də az kömək etmir: zira [bu kimi]  sözlər 

adi olmayıb, yeni şəkildə səsləndiyindən, nitqi təravətləndirər, adi ifa- 

də  tərzi  ilə  əlaqəsinə  görə  isə  onun  öz  aydınlığını  saxlamasına  səbəb 

olar.  Buna  görə  də  sözdən  belə  istifadə  üsulunu  pisləyərək,  Böyük 

Evklidin dediyi  kimi,  guya  sözü  istənilən qədər uzatmaq hesabma şeir 

yazmaq asandır, -  d eyə  şairlərə  istehza edənlərin  iradları  ədalətsizdir;

o,  mövcud  ifadə  tərzini  həmin  tərzin  özü  ilə  masqaraya  qoyan  şeirdə 

yazmışdır:

’E

7

iıxdprıv  eıS o v   M apauc5va5e  P a5vcovx a  v ə  o u x   d v   y ’ 



epd^ıevoÇ rov ev eıv o u   e M ip o p o v .

Hər halda bu ifadə tərzindən qeyri-münasib qaydada istifadə etmək 

gülm əli çıxar, zira hər hissənin ölçüsü olmalıdır;  doğrudan da, metafo- 

radan,  qlossadan  və  digər bu kimi  ifadə  növlərindən  zövqsüz  və  q əs-

57

dən  gülüş  doğurmaq xatirinə  istifadə  etmək istəyənlər buna çox yaxşı 

nail  ola bilərlər.  Bu kimi  ifadələri  yerli-yerində  işlətm əyin nə  d ərəcə 

mühüm və xeyirli olduğu barədə ümumən işlənən sözlərin epik p oezi- 

yada vəznə salınıb tətbiq edilm əsinə əsasən mühakimə yürütmək olar. 

Qlossanı, metaforanı və ifadənin digər şəkillərini ümumən işlenən söz- 

lərlə  əv ə z  edən  hər kəs  flkrimizin  ədalətli  olduğunu  görər.  M əsələn, 

Esxil  ilə  Evripid  eyni  yambik  şeir  yazmışlar,  fərq  yalnız  bir  sözün 

dəyişdirilməsindədir,  belə  ki,  Evripid  ümumən  işlənən  adicə  bir  sözü 

qlossa  ilə  e v ə z   etmişdir,  nəticədə  bir  şairin  şeri  gözəl,  digərininki  isə 

bayağı  çıxmışdır.  M əsələn,  Esxil  “Filoktet”də  deyir:  “Yara  y e y ir  

mütəmadən  nə zam andır ayağımın  ətini ",  o biri  isə  “yeyir”in  əvəzin ə 

“sarmışdır”  sözünü  işlətmişdir.  Həmçinin  eynilə:  “Necə  yəni?  M əni 

rəzil b ir cılızın  əlində... ” ifadəsini  biri  ümumən  işlənən  sözlərlə  əv ə z 

edib  desəydi:  “N ecə yəni?  M əni  alçaq  bir  cırtdamn  əlində... ”  yaxud: 

“B ir görkəm siz skamyanı  və xırda  masanı  çəkdi  onun yanına... ”  ə v ə - 

zinə  deyəsen ki:  “Çirkin skamyanı  və balaca masanı  çəkdi onun y a n ı- 

na...  ” yaxud “sahil uğuldayır”  yerinə  deyəsən,  “sahil bağırır”.  Üstəlik 

Arifrad  faciənəvislərə  istehza edir ki,  onlar danışıqda heç kimin  işlet- 

m ədiyi  sözlər,  m esələn,  a7i6  Sco(jdtcov  deyil,  Scoııäxcov  ä n o ,  ırepı 

’ AyxXkz&^, 

CTeuuv, 

syco  5e 

vıv 

deyil,  ’A xıX X m Ç   n ep ı  kimi  ifadələr 

işlədirlər.  Əslində  isə  bu  kimi  ifadələr  adi  danışıqda  işlənm ədiyinə 

göredir ki,  elə  nitqi  də  yıpranmış  şəklə  düşməyə  qoymurlar,  bunu  da

o,  görünür ki,  bilməyirmiş.  D eyilən  ifadə  vasitələrinin  hər birindən,  o 

cüm lədən  mürəkkəb  sözlərdən  və  qlossalardan  yeri  gəldikcə  istifadə 

etmək  son  d ərəcə  mühümdür,  bundan  daha  mühümü  isə  metaforada 

usta olmaqdır.  Lakin bu qabiliyyəti başqasından əx z etmək olmaz;  bu, 

istedad nişanəsidir, zira, yaxşı metaforalar qoşmaq -  oxşarlığı görə bil- 

mək  deməkdir.  Sözlərdən,  mürəkkəb  olanları,  daha  çox  -   difıramba, 

qlossalar -  qəhrəmani, metaforalar -  yambik şeirlərə uyğun gəlir. Qəhrə- 

mani  şeirlərdə  bütün  yuxarıda  deyilənlərin  hamısını  işlətmək  olar, 

yambik  şeirlərdə  isə  o  sözlər  münasibdir  ki,  onlardan  danışıqda  isti- 

fadə edilir, zira bu şeirlərdə danışıq dilinə daha çox təqlid olunur, ümu- 

mən işlənən sözlər, metaforalar ve bəzəyici təşbihlər isə buna uyğundur. 

Faciə  v ə  hərəkətle  təqlid haqqında  isə  dediklərimiz kifayətdir.

58

Poeziyanın tehkiye  v e  hekzametrlə  təqlid növüne  gəlincə,  aydın- 



dır ki, burada da fabula,  faciedə olduğu kimi, öz e w e li, ortası ve  sonu 

olan  müeyyen  bir  bütöv  və  bitmiş  hərekəti  təmsil  edərək,  möhkəm 

dramatik  səciyyə  daşımalıdır  ki,  bütöv  v ə   vahid bir  canlı  varlıq  kimi 

Özüne  məxsus  xüsusi  zövq  oyada  bilsin;  bu  cəhetdən  o,  adi  təhkiyə 

benzəmeməlidir,  zira,  bir qayda olaraq,  adi  tehkiyədə  təkcə bir hərə- 

kət  deyil,  bir  zaman  ortaya  çıxır  və  ona  əm əl  edilir,  yəni,  eyni  bir 

vaxtda baş verən her şey -  bir v e ya bir çox adamın başına gələn v ə bir- 

biri  ile  yalnız  təsadüfi  elaqesi  olan  əhvalatlar  nağıl  edilir.  M əsələn, 

Siciliyada  karfagenlilərin  vuruşması  və  Salamin  yaxınlığındakı  dəniz 

vuruşması  eyni bir vaxtda baş  vermişdir,  amma bunların  arasında heç 

bir  məqsed  ümumiliyi  olmamışdır,  bəzen  də  hadisələr  zamanca  biri 

digərinin ardınca baş vere bilər, amraa aralarında heç bir vahid m əqsəd 

ümumiliyi olmaz.  Halbuki, dem ek olar, şairlerin əksəriyyəti bu [səhvə] 

yol verir. Buna göre de nece ki, demişdik, Homer başqa şairlərlə müqa- 

y ised ə  bu  cehetdən  də  qeyri-adidir:  müharibenin  başlanğıcı  və  sonu 

olsa da, Homer onu başdan-başa bütünlüklə təsvir etmek fikrində olm a- 

mışdır, çünki bu halda onun dastanı ya olduqca böyük v e  qavranılmaz 

derəcəde  çetin  ehatəli  olardı,  eləce  də  o,  hadiseler  silsiləsinin  kələfı 

ile  dolaşmış  kiçik  həcm li  müharibeni  tesvir  etmek  fıkrində  də  olm a- 

mışdır.  Buna  görə  o,  müharibenin  bir hissesini  seçib  götürmüş,  qalan 

bir çox ehvalatlardan ise epizodlar kimi istifadə ederək, məsələn, gəm i- 

lerin  sadalanması  v e   bu  kimi  başqa  lövhelərlə  poemasını  daha  da 

zinetlendirib,  rengareng  etmişdir.  Başqalan  isə,  m esəlen,  “Kipriya” 

v e  “Kiçik İliada” m üəllifleri kimi, bir şexsin haqqında poema yazırlar, 

bir zamanın, eyni bir xırdalanmış həreketin ətrafmda hərlənirlər.  Buna 

göre  de  “İliada”  v ə  “O disseya”nın  hərəsindən  bir,  yaxud  iki  faciə 

çıxarmaq  olar,  “Kipriya”dan  daha  çox,  “Kiçik  İliada”dan  isə  sək - 

kizden çox faciə çıxarmaq mümkündür, m eselən, Silah üstündə müba- 

h ise,  Filoktet,  Neoptolem   Evripil,  Kasıblıq,  lakedemoniyalı  qadınlar, 

İlionun  dağıdılması,  D əniz  seferi,  Sinon,  Troya  qadınları  -   [bunlarm 

heresinden bir facie düzəler].

59


Üstəlik,  faciə  növlərinin  hamısı  dastanda  da  olmalıdır.  Dastan  da, 

faciə  kimi,  ya  sadə,  ya  dolaşıq,  ya  əxlaqvari,  ya  da  patetik  olmahdır; 

musiqini və səhnə şəraitini çıxmaqla, dastanm tərkib hissələri də eyni- 

dir,  zira,  faciədə  olduğu  kimi,  dastanın  da  peripetiya  və  tanımalara, 

  və  iztirablara  ehtiyacı  vardır;  nəhayət,  dastanda  həm 

fıkir,  həm  də  ifadə  tərzi q əşəng [yaxşı]  olmalıdır.  Bütün bunlardan ilk 

dəfə  v ə  kifayət  dərəcədə  Homer istifadə  etmişdir.  B elə  ki,  onun das- 

tanlarının  ikisi  də  bu  cəhətdən  öməkdir:  “İliada”  -   sadə  v ə  patetik, 

“Odisseya” -  dolaşıq və əxlaqamiz qaydada işlənmişdir, (özü də başdan- 

başa  tanımalarla  doludur).  Bundan  əlavə,  fıkirlərinin  mündəricəsi  və 

ifadə tərzinə  görə  də Homer şairlərin hamısından üstündür.

Epopeya  həm   tərkib  hissələrinin  uzunluğu  ilə,  həm   də  vəzni  ilə 

fərqlənir.  Bu uzunluğun həddi m əsələsin ə  gəldikdə, bu, kifayət qədər 

aydınlaşdırılmışdır:  eposun  həcm i  elə  olmalıdır ki,  bir  baxımda  onun 

əvvəlin i və  sonunu qavramaq mümkün olsun;  bu isə o zaman ola bilər 

ki,  dastanın  tərkib  hissələrinin  sayı  qədimdəkindən  az  olmaqla  bəra- 

bər,  bir  tamaşa  müddətinə  nəzərdə  tutulan  faciələrdəki  saya  uyğun 

olsun.  Özünün  həcm   böyüklüyü  cəhətindən  epopeya  m üəyyən  və 

mühüm xüsusiyyətə malikdir:  faciədə  eyni bir vaxtda vaqe olan  çoxlu 

hadisələrdən  yalnız  səhnə  şəraitində  cərəyanı  və  oynamlması  imkan 

daxilində  olan  m üəyyən  qisim hadisələrin  təsvirini  vermək mümkün- 

dürsə,  dastanda,  hər  şey  nağıl  edildiyinə  görə,  m ətləbə  dəxli  olan  və 

eyni  bir  vaxtda  baş  verən  bir  çox  hadisələrin  təsvirini  vermək  müm- 

kündür ki,  bunun  da  sayəsində  dastanın  həcmi  böyüyür.  Deməli,  das- 

tanın  [xüsusi]  bir  üstünlüyü  var ki,  bu  da  onun  ülviliyinə  kömək  edir: 

dastan  öz dinləyicisinin əhval-ruhiyyəsini  dəyişdirə bilər və  m üxtəlif 

epizodlarla  rəngarənglik  yarada  bilər;  halbuki  iştaham  tez  küsdürən 

yeknəsəqlik  faciələrin m üvəffəqiyyətsizliyinə  səbəb  olur.

Qəhrəmani  vəzn  adı  ilə  məlum  vəzni  isə  dastan  [zəngin]  təcrübə 

əsasında mənimsəmişdir:  doğrudan da əgər kim isə böyük bir hekayəti 

həmin  vəznlə  deyil,  başqa  bir  vəznlə  v ə  ya  bir  çox  vəznlərlə  yazsa, 

yersiz görünərdi.  Qəhrəmani vəzn, həqiqətən də, bütün vəznlərdən ən 

60

sakiti v ə ən ləyaqətlisidir; bax, buna görədir ki, qlossa v ə metaforaları 

bu  vəzn  xüsusilə  öz  tərkibinə  qəbul  edir,  zira  təhkiyə  əsəri  ölçüləri 

etibarilə  də  digər  əsərlərdən  fərqlənir.  Tetrametr  v ə  yamb  isə  m ütə- 

hərrik  vəznlərdir,  Özü  də  birincisi  hərəkətə,  ikincisi  isə  rəqsə  uyğun 

gəlir. Xremon etdiyi kimi vəznləri qarışdırmaq isə daha yersizdir.  Buna 

görə  də qəhrəmani vəzndən başqa,  ayrı bir vəzində heç kim iri poema 

yazmamışdır,  lakin,  dediyimiz  kimi,  dastan  üçün  ən  münasib  vəzni 

təbiət özü göstərir.

Homer bir çox başqa m əsələlərdə tərifə layiq olduğu kimi, həm  də 

xüsusən  ona  görə  tərifə  layiqdir  ki,  nə  etməli  olduğunu  şairlərdən 

mükəmməl  bilən  təkcə  odur.  Dastanda  şairin  şəxsiyyəti  gərək  lap  az 

görünə, əks halda o, təqlidçi şair deyildir. Başqa şairlər [əsər boyu] hər 

yerdə  özlərini  gözə  dürtürlər,  təqlid  vasitəsilə  təcəssüm ə  az  və  nadir 

hallarda  səy  göstərirlər;  Homer  isə  üç-dörd  kəlm ə  girişdən  sonra  o 

saat  kişi  və  ya  qadın  xarakterini,  yaxud  hər  hansı  bir  başqa  xarakteri 

hadise  meydanına  çıxarır,  xaraktersiz  heç  bir  surət  göstərmir,  yalmz 

xarakterə  malik olanların təsvirini  verir.

[H əm  eposda,  həm]  faciədə  gərək heyrət doğuran hadisələr təsvir 

olunsun,  epopeyada  isə  xüsusən  ağlagəlm əz  hadisələri  təsvir  etmək 

mümkündür, heyrət özü də elə ən çox belə hadisələrin sayəsində doğur, 

çünki bu cür hadisələrdə iştirakçı özü eposda görünmür; m əsələn, Hek- 

torun təqib olunması əhvalatları səhnədə göstərilsə, gülməli çıxar: b əzi- 

ləri  yerindəcə  dayanaraq təqib  etmir, biri  isə  başı  ilə  onlara  işarə  edir. 

Epopeyada isə bütün bunlar nəzərə çarpmır.  Əksinə,  heyrətamiz hadi- 

sələr  isə  xoşa  gəlir.  Bunu  o  da  sübut  edir  ki,  hekayə  əsnasında  hamı 

əhvalata  özündən  müəyyən  şeylər əlavə  edib,  nağıl  edir,  bu  isə  xoşa 

gəlm ək   arzusundan  doğur.  Yalanı  necə  məharətlə  işlətm ək  üsulunu 

başqa  şairlərə  ən  çox  öyrədən  də  Homerdir.  Bu  üsul  əqli  nəticənin 

yanlışlığına əsaslanır, məsələn: adamlar fıkirləşirlər ki,  madam fılan şey 

mövcud  olanda  v ə  ya  yarananda  fılan  da  mövcud  olur  v ə  ya  yaranır, 

deməli, əgər sonuncu varsa, onda ə w ə lk i də mövcuddur v ə ya baş verir. 

Bu isə səhvdir;  m əhz ona görə səhvdir ki, bir halda ki, əgər əvvəlincisi 

yalandırsa, onda sonrakımn həqiqət olmasma baxmayaraq, hələ demək 

olm az  ki,  əvvəlinci  də  olmuş  v ə  ya  baş  vermişdir,  ya  da  ki,  belə  bir 

n əticə  çıxarıla  bilər.  Çünki  çox  vaxt  biz  sonrakının  həqiqi  olduğunu 

bildiyim iz zaman,  qəlbən yanlış nəticə çıxarırıq ki,  ə w ə lin c i  də həqi- 

qətdir.  “Yuyum”  fəslindən  [parça]  buna misaldır.

61


Ehtimala  görə  mümkün  ola biləcək,  amma  ağlabatmayan h a d isə- 

lərdən ziyadə ehtimala görə az mümkün olub, ağlabatan hadisələri üstün 

tutmaq  lazımdır.  Damşıqlar  məntiqsiz  hissələrdən  tərtib  olunm am a- 

lıdır,  ən yaxşısı  da budur ki,  danışıqda gərək ağlazidd heç nə  olmasm, 

yox,  əgər  buna  ehtiyac  varsa,  belə  danışıq  təsvir  olunan  fabuladan 

xaricdə  verilməlidir,  [m əsələn,  “Edip”də onun Laym  neeə  ölməsindən 

bixəbər olması],  heç  vəchlə  dramın  özündə  verilməməlidir  (m əsələn , 

“Elektra”da  pifıy  oyunlan  haqqındakı  nağılda,  ya  da  “M isiyahlar”da 

lalm  Tegeydən  M isiyə  gəlm əsi  ilə  əlaqədar  söhbətdə  olduğu  kimi). 

Buna görə fabulanın da nəticədə pozulacağmı söyləm ək gülməli olardı: 

axı  lap  ə w ə ld ə n  gərək b elə  fabulalar heç tərtib olunmasın;  lakin  [şair 

əgər]  belə  [bir  fabula]  tərtib  etm işsə  v ə  [bu  ona]  ehtimala  görə  daha 

mümkün və  ağlabatan  görünürsə,  bu halda səfsətənin də təsvirinə yol 

vermək  olar:  aydın  m əsələdir ki,  “Odisseya”nın  ağlabatmayan  h issə- 

ləri,  m əsələn,  [qəhrəmanm  İtaki  adasına]  çıxması  səhnəsi,  naşı  şair 

qələmindən  çıxmış  olsaydı,  çox pis  görünərdi;  şair  isə  burada  m ü əy- 

yən  mənasızlıqları  əlavə  boyalarla  işleyərək  hiss  edilm əyəcək  dərə- 

cədə  b əzem əyə nail olmuşdur.

Əsərin dilinə  gəldikdə,  istər xarakterlerin tesviri,  ister fıkrin  ifadə 

tərzi cəhətdən seçilməyən, mühüm olmayan hisseləri dil cehətdən xüsu- 

silə rövnəqli işləm ək lazımdır, çünki, əksine, dil son dərəcedə rövnəqli 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin