ARİstotel poetika “Ş Ə r q -q ə r b”



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix03.04.2017
ölçüsü0,88 Mb.
#13210
  1   2   3   4   5   6   7   8   9   ...   12

ARİSTOTEL

POETIKA

“Ş Ə R Q -Q Ə R B”

B A K I-2006

Bu kitab “Aristotel.  Poetika" (Bakı, Azərnəşr,  1974) nəşri əsasında 

təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni, ön söz ve

şərhlərin müəllifi: 

Aslan  Aslanov

808.2-dc22

AZE

Aristotel. Poetika. Bakı, “Şərq-Qərb”, 2006,  120 səh.

Qədim yunan filosofu və alimi Aristotel (e.ə.384-e.ə.322) geniş və çox- 

cəhətli yaradıcılığa malik olub məntiq, psixologiya, təbiətşünaslıq, etika, siya- 

sət, tarix, ritorika və poeziyaya aid əsərlər yazmışdır. Antik dövrün bu universal 

zəka sahibinin əsrlərdən bəri  məzmun dərinliyi və təravətini itirməyən qiy- 

mətli əsərlərindən biri  də  “Poetika”dır.  Kiçik həcmli  olmağına baxmayaraq, 

bəhs  etdiyi  bədii  sənət  məsələlərindən  estetik  fikir tarixində  heç  bir  nəzəri 

məktəb  və  ya  cərəyanın  yan  keçmədiyi  əsərdə  “poetika”  anlayışı  müasir 

mənasından fərqlənir və özündə “yaradıcılıq”, “bədii yaradıcılıq sənəti” məz- 

mununu ehtiva eləyir.

Bütün “Poetika” boyu Aristotelin diqqət mərkəzində dayanan başlıca məsə- 

lələrdən  biri  də  faciə  problemidir.  Əsərdə  faciə  ilə  bağlı  görüşlərin  spektri 

faciənin mənşəyi və inkişafı, tərkib hissələri, eposla ümumi və fərqli cəhətləri, 

fəci təmizlənmə (katarsis) və b.  haqda fikirləri  əhatə edəcək qədər genişdir.

Əsər toxunulan məsələlərə aydınlıq gətirən xüsusi şərh və izahlarla təc- 

hiz edilmişdir.

ISBN10 

9952-34-021-4 

ISBN13 978-9952-34-021-1

© “ŞƏRQ-QƏRB”, 2006

A zərb aycan  R esp u b lik asın m   Prezidenti 

İL H A M   Ə L İY E V İN  

“Azərbaycan dilində latm qrafikası 

iiə kütləvi nəşrlərin həyata 

keçirilməsi haqqında”

12  yanvar 2 0 0 4 -c ü   il  tarixli  sərən cam ı 

ilə   n əşr  olunur v ə   ö lk ə   kitabxanalarına 

h ə d iy y ə   edilir

J

ÖN SÖZ

Qədim  yunanların  dünya  mədəniyyəti  tarixində  oynadıqları  rol  misil- 

sizdir.  Yunanlar bəşəriyyətə  Homer və Hesiod, Poliklet və  Fidiy, Evripid və 

Sofokl, Aristofan və Esxil, Demokrit və Heraklit, Pifaqor və Sokrat, Platon və 

Aristotel kimi onlarca mədəniyyət, fəlsəfə, elm və sənət xadimləri vermişlər.

Yunan elminin və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir. 

Dante onu “müdriklər müəllimi”, Engels “ən universal zəka” adlandırmışdır.

Aristotel  dünya  mədəniyyəti  xəzinəsinə  “Analitika”,  “Metafizika”, 

“Etika”,  “Politika”,  “Ritorika”,  “Poetika”  ilə  yanaşı,  fızika,  astronomiya, 

fiziologiya,  psixologiya,  təbabət,  cəmiyyət,  dövlət,  hüquq  məsələlərinə  dair 

onlarca ensiklopedik əsərlər bəxş  etmiş,  özündən  sonrakı  elm  və  fəlsəfənin 

inkişafına müstəsna  dərəcədə  güclü təsir göstərmişdir.  Müxtəlif mənbələrin 

verdiyi  məlumata  görə,  e.ə.  II  əsrədək  İsgəndəriyyə  kitabxanası  fondunda 

Aristotelin  yazdığı  400  kitab  (445270  sətirdən  ibarət  146  əsər)  olmuşdur. 

Siseron  dövründə  isə  Aristotelin  adına yazılan  əsərlərin  sayı,  hesablamalara 

görə,  1000-ə  qədər kitabı əhatə  etmişdir.1

Böyük filosofun yaratdığı zəngin elmi irs  özündən əvvəlki dövrün bütün 

başlıca nailiyyətlərinə əsaslanmışdır.

Hələ Aristotelə qədər Yunanıstanın ictimai-iqtisadi həyatında xeyli dəyi- 

şikliklər  baş  vermişdi.  İctimai-iqtisadi  həyatda  gedən  yeni  proseslər,  daha 

yüksək səviyyədə  dayanan  Şərq ölkələri  ilə  iqtisadi-mədəni  münasibətlərin 

güclənməsi,  mütərəqqi  qüvvələrin müxtəlif sahələrdə  köhnəliyə qarşı  çıxışı 

yunan mədəniyyətinin çiçəklənməsi ilə nəticələnmişdi.

Fəlsəfə sahəsində e.ə.  VI əsrdə Milet məktəbi nümayəndələrinin (Fales, 

Anaksimandr,  Anaksimen)  xüsusi  elmi,  nəzəri  xidmətləri  olmuşdu.  Onlar 

riyaziyyat,  astronomiya,  coğrafiya  sahəsində  ilk qiymətli  kəşflər etmişdilər. 

Pifaqor  və  ardıcılları  riyaziyyat,  səs  bəhsi,  musiqi  və  poeziyanın  nəzəri  və 

təcrübi problemlərini nəzərdən keçirmişdilər.  Qədim fəlsəfənin banilərindən 

Heraklit dialektikanm  bir sıra  müddəalarını  işləyib hazırlamış,  fəlsəfə,  este- 

tika və  sənət nəzəriyyəsi  ilə  əlaqədar olaraq,  inikas təlimini  əsaslandırmağa 

ciddi  təşəbbüs  göstərmişdi.  Empedoklun,  Sokratın,  sofıstlərin  hüsn-nitq  və 

poetikanın  inkişafına  güclü  təsirləri  olmuşdu.  Sofist  estetikasının  nümayən- 

dələri Homerin, Esxil və Anakreontun əsərlərinin təhlilini vermiş, Farissmax

1 HcTopna  rpewcKoH  JiHTepaTyptı,  M .,  1955,  c.200.

4

teatrla əlaqədar “Təəssüflərbarəsində” risaləsini, Simay, Simon və Kriton kimi 



sokratçılar  “Musiqi  haqqında”,  “Epos  barəsində”,  “Gözəllik”,  “Gözəlliyin 

mahiyyəti”,  “Poetik sənət haqqında” əsərlərini yazmışdılar.

Antik mədəniyyətin inkişafında böyük xidməti olan Demokrit, materialist 

“atomizm” nəzəriyyəsini işləyərək, özündən sonra fəlsəfə, riyaziyyat,  fızika, 

ritorika,  poeziya,  musiqi  məsələlərinə  dair  zəngin  irs  qoyub  getmişdi. 

“Qanunlar”, “Kiçik aləm”  kimi fəlsəfı əsərləri  ilə yanaşı,  Demokritin “Ritm 

və  harmoniya”,  “Poeziya  haqqmda”  əsərləri  öz  zamanında  geniş  şöhrət 

qazanmışdı. Demokrit estetikada da materialist mövqedə dayanaraq göstərirdi 

ki,  şüur bilavasitə  maddi,  obyektiv  aləmin  inikasıdır,  predmetlər özlərindən 

müəyyən  “obrazlar”,  “idollar”  şüalandırır  ki,  bunları  da  məhz  hiss  üzvləri- 

mizin köməyi ilə qavramaq mümkündür. Hiss üzvləri, Demokritə görə, insa- 

nın təbiəti dərk etməsinin başlıca əzasıdır. Hələ Aristoteldən əvvəl Demokrit 

və  ardıcılları göstərmişdilər ki,  sənət  və  bədii  fəaliyyətin mənası təqliddə -  

oxşatmadadır. Təqlid isə, öz növbəsində, gözələ -  gözəlliyə meyildən doğur.

Aristoteldən əvvəl qədim yunan fəlsəfəsi və estetikasının bir sıra mühüm 

müddəaları  Platon  tərəfindən  işlənmişdi.  Fəlsəfədə  “Demokritin  materialist 

məsləkinə”  qarşı mübarizə  aparan  Platon  estetika və bədii  yaradıcılıq  sahə- 

sində  də  idealist məsləki müdafiə  edib  əsaslandırmışdı.  Aşkar  idealist möv- 

qedə  dayanan  Platonun  bir  sıra  müddəaları  özündən  sonrakı  estetik  fıkrin, 

poetikanın,  faciə və  dram nəzəriyyəsinin inkişafına güclü tesir göstərmişdir. 

Platonun,  gözəllikdə  obyektiv  cəhətin  səciyyəsi,  sənətin  ictimai-tərbiyəvi 

rolu, bədii ilham, əsatir, faciə, komediya haqqında fikirlərində xeyli səmərəli 

və dərin fıkirlər mövcud idi.  Aristotel “Poetika”sım yazana qədər Homer və 

digər söz ustaları, Evripid, Aristofan, Esxil,  Sofokl kimi bir çox böyük sənət- 

karlar fəaliyyət göstərmiş,  öz dahiyanə  əsərləri  ilə yunan  incəsənəti və dra- 

maturgiyasını şöhrətləndirmişdilər.

Bir  sözlə,  Aristotel  əsərlərini  yaradarkən  özündən  çox-çox  əvvəllərin 

bədii  və  nəzəri  təcrübəsinə,  dövrünün  fəlsəfə  və  sənət  xadimlərinin  yarat- 

dıqları  son  dərəcə  rəngarəng,  dolğun  mənbələrə  əsaslanmışdır.  O,  özünə 

əbədilik dünya şöhrəti  qazandıran  elmi  zirvəyə  qalxanadək,  xeyli mürəkkəb 

həyat və yaradıcılıq yolu keçmişdir.

Aristotelin həyat və fəaliyyəti quldarlıq demokratiyasının tənəzzülü döv- 

rünə  təsadüf etmişdir.  Aristotel  kəskin  ictimai-siyasi  münaqişələrin,  gərgin 

toqquşmaların  və  müharibələrin  şahidi  olmuşdur.  Bu müharibələr sayəsində 

öz müstəqilliyini itirən antik dövrün dövlətlərinin Makedoniyanın itaəti altın- 

da birləşməsi  məhz Aristotelin zamanında başa çatmışdır.  Həmın dövrdə  qul 

və  qul  sahibləri  arasında  sinfı  mübarizə  kəskin  bir  şəkil  almış,  daha  da 

şiddətlənmişdir.

5


Aristotel  e.ə.  384-cü  ildə  Yunanıstanın  Egey  dənizi  sahilindəki  Stagira 

şəhərində anadan olmuşdur. Atası Nikomax Makedoniya padşahı II Aminitin 

şəxsi həkimi idi.  17 yaşında ikən Aristotel Afınaya gəlmiş  və iyirmi  il müd- 

dətində Platonun akademiyasında şagird olmuşdur.

Platonun vəfatından sonra Aristotel Afınanı tərk etmiş, əvvel Kiçik Asi- 

yada  Atraney  şəhərində,  sonra  Lesbos  adasmda  yaşamış,  müəyyən  vaxtdan 

sonra isə Filip şahın dəvəti ilə Makedoniyaya gəlib, gənc İsgəndərə (e.ə. 365- 

e.ə.  323) siyasət və fəlsəfədən dərs demişdir. Aristotel müəllimlik vəzifəsini 

bitirdikdən  xeyli  sonra,  yəni  e.ə.  335-ci  ildə  yenidən  Afinaya  qayıtmış  və 

orada  öz  fəlsəfı  məktəbi  olan  Likeyin  esasını  qoymuşdur.  Onun  yaradıcılıq 

fəaliyyətinin  daha  da  çiçəklənməsi  məhz  bu  dövrə  təsadüf edir.  Aristotelin 

Likeyi fılosofun ölümündən sonra da min ilə yaxın bir müddət öz fəaliyyətini 

davam  etdirmişdir.  Bu məktəbə,  eyni  zamanda  Qərbdə  “peripatetiklər mək- 

təbi”, Yaxın Şərqdə isə “məşaiyyə” demişlər ki, bu da “peripatos” kimi, eyni 

ilə “səyahət”, “gəzinti” mənasım ifadə edir. Aristotel adətən Likey bağındakı 

xiyabanda gəzinti zamanı öz fəlsəfı müddəalarını şagirdlərinə şərh edərmiş.

Likeydə dərslər iki növbədə -  gündüz və axşam keçilirdi.  Gündüz dərs- 

ləri  xüsusi hazırlığa  malik adamlar,  axşam məşğələləri  isə  həvəskarlar üçün 

idi.  Alimlərin  çoxu  bu  rəydədir  ki,  Aristotelin  əldə  olan  əsərlərinin  böyük 

əksəriyyəti  məhz  Likeydə  oxuduğu  xüsusi  mühazirələrdən  tərtib  olunmuş- 

dur.  Yaradjcılığınm  Likey  dövründə  Aristotel  və  məktəbinin  şöhrəti  çox 

uzaqlara yayılmışdı. Aristoteli bu qədər şöhrətləndirən,  elm və fəlsəfənin ən 

müxtəlif sahələrinə dair yazdığı çoxlu sanballı əsərlərindən başqa, bir də siyasi 

həyatda və mübarizədə fəal iştirak etməsi idi.

Aristotel öz ictimai-siyasi  görüşlərində  quldarlıq quruluşunun müdafıə- 

çisi  kimi  çıxış  etmişdir.  O,  Afina  demokratiyasına  qarşı  Makedoniya  firqə- 

sinin  tərəfmdə  dursa  da,  Makedoniyanın  siyasi-iqtisadi  nüfuzunun  həddən 

artıq genişlənməsini də istəmirdi.

Bununla yanaşı, göstərmək lazımdır ki, hələ Likeydə işlədiyi zaman Aris- 

totel  Demosfen  və  Likurqun  Makedoniya  əleyhinə  olan  fırqəsinə  qarşı  fəal 

mübarizə  aparmış  və  siyasi  məsələlərə  yaxından  nüfuz  etmişdi.  Odur  ki, 

İsgəndər öldükdən sonra onun  artıq Afınada qalması mümkün deyildi.  Aris- 

totel, e.ə. 323-cü ildə Xalkidaya, Evbey adasına qaçaraq, orada öz elmi işlərini 

davam etdirməklə məşğul olmuşdur. 0 , e.ə.  322-ci ildə orada vəfat etmişdir.

Aristotelin fəlsəfə  tarixində böyük xidmətlərindən  biri elmlərin  ilk dəfə 

müfəssəl təsnifatmı verməyə çalışmasıdır. O bütün elmləri üç əsas qisme böl- 

müşdür:  1) nəzəri, 2) təcrübi, 3) yaradıcılıq elm sahələri. Bu sahələri də Aris- 

totel konkret fəsillərə ayırmışdır. Aristotelin əldə olan əsərlərini (onun təsni- 

fatına əsasən) yeddi bölmeyə ayırxrlar ki, buraya da:  1)  Sonradan “Orqanon” 

adı  ilə  bəlli  olan  məntiqə  aid  əsərler;  2)  Fizikaya;  3)  Biologiyaya;  4)  “İlkin

6

fəlsəfə”yə;  5)  Etikaya;  6)  İctimaiyyət,  siyasət  və  tarixə;  nəhayət 7)  İncəsə- 



nət, poeziya və ritorikaya aid əsərləri daxildir.

Aristotelin  əzəmətli  biliklər sistemində  onun  estetika və  bədii  yaradıcı- 

lığa dair əsərləri mühüm yer tutur.  “Poetika”dan başqa Aristotel bədii yaradı- 

cılıq ve teatr səneti mesələlərindən özünün “Dialoqlar” və “Didaskalilər”ində, 

həmçinin “Ritorika”, “Politika”, “Etika”  və başqa əsərlərində bəhs etmişdir.

Aristotelin eldə olan əserləri içərisində bədii sənət məsələlərini daha ətraf- 

lı şəkildə əhatə edəni məhz “Poetika”dır. Bu kiçik kitabçanm məzmun dərin- 

liyinə, əsrlərdən bəri solmayan təravətinə heyran qalmamaq mümkün deyil.

Sənət və estetik fikir tarixinde elə bir məktəb və ya nəzəri cərəyan tapıl- 

maz ki, “Poetika”da qoyulan problemlərdən yan keçsin. Müasir dövrdə struktu- 

ral, ontoloji,  fenomenoloji estetikanm müxtəlif nümayəndələrinə qədər hər kəs 

“Poetika”da  ireli  sürülən  ideyalan  özünə  məxsus  bir  şəkildə  təhlil  və  şərh 

etməklə,  bu  gün  də  Aristotelin  əsərindən  mötəbər  bir  mənbə  kimi  istifadə 

etməkdədir.

Bu əsər bir-birindən seçilən ən müxtəlif ədəbi zövqlərin mütləq toqquş- 

malı  olduğu  etibarh  smaq  daşlanndan biri  olaraq  qalır.  Onun  məziyyətlərini 

yüksək  qiymetləndirən  böyük  alman  mütəfəkkiri  və  yazıçısı  Q.E.Lessinq 

“Hamburq  dramaturgiyası”nda  yazmışdır:  “Mənim,  “Poetika”nın  yaranması 

və  əsasları  haqqında  öz xüsusi  mülahizəm  vardır...  Mən  onu  Evklidin  “Ele- 

mentləri” qədər mükəmməl və qüsursuz bir əsər sayıram... Bu əsərin başlıca 

müddəaları  eyni  dərəcədə  şəksiz  ve  dürüstdür;  o,  bütövlükdə  götürüldükdə, 

Evklidin kitabı ilə müqayisədə, həmişə onun qədər duyumlu olmadığma görə- 

dir ki, yalmz, müəyyən iradlara düçar olur. Faciə haqqında dövrümüzədək hifz 

olunan mövcud fikrə gəlincə, mən sübut etmək əzmindəyəm ki, faciə Aristo- 

telin cızdığı yoldan bir addım belə kənara çıxa bilməz, zira faciənin bu yoldan 

sapması eyni dərəcədə öz mükəmməlliyindən uzaqlaşması demək olardı”1.

Həqiqətən də Aristotelin “Poetika”sınm ruhunu,  canım təşkil edən faciə 

haqqındakı nəzəriyyəsi bu gün belə öz əhəmiyyətini itirməmişdir və bir nəzə- 

riyyə kimi,  indi də diqqət mərkəzindədir.

Aristotelin  digər əsərləri  kimi “Poetika”nm  da keşməkeşli və mürəkkəb 

bir tarixçəsi  olmuşdur.

Bir rəvayətə görə, “Poetika”da, Aristotelin başqa əsərləri kimi, uzun vaxt 

gizli  və  nəm  yerdə  saxlanmış,  Yunanıstan  və  Romada  yenidən  üzə  çıxarı- 

laraq,  nəhayet  ərəb  mədəniyyət xadimləri  Əbdül  Bəşər Mətta,  İbn-Rüşt  və 

tacik fılosofiı İbn Sinanın tercümə və təfsirləri sayəsində latm dilinə tərcümə 

olub,  Avropada  yayılanadək  əldən-ələ  keçmiş  və  dövrümüzə  tam  şəkildə 

gəlib çatmamışdır.  Lakin “Poetika”nın natamamlığı lehinə gətirilən fıkirlərlə 

razılaşmayanlar da vardır.

1  F.Ə.JIeccHHr.  H36paHHbie  npoH3BejıeHH5i. 

rocnoJumnflaT.  M .,  1953, 

c .6 1 0 .

7


“Poetika”, hər şeydən əvvəl, bədii yaradıcılıq məsələlərindən bəhs edən 

bir  əsərdir.  Aristotelin  nəzərində  “Poetika”  anlayışı  müasir  dildə  bizim  bu 

istilaha verdiyimiz mənadan xeyli fərqli bir mənam ifadə etmişdir. Lakin bezi 

mənbələrdə Aristotelin hər yerdə məhz bu anlayışı “yaradıcılıq”, “bedii yara- 

dıcılıq sənəti” mənasında işlətdiyini və bu istilahm hər yerdə “Poeziya” sözü 

ilə  əvəz edilə biləcəyini göstərir.  Beləliklə,  “Poetika”nm şərhçiləri düzgün- 

lük  və  dəqiqlik  xatirinə  onun  adının  “yaradıcılıq  sənəti  haqqmda”  və  ya 

sadəcə olaraq “poeziya haqqmda” şəklində tərcümə edilməsini məqsədəmü- 

vafıq bilirlər ki, bununla da razılaşmaq lazımdır.

Anlaşılması  o  qədər  də  asan  olmayan  çətin  istilahlardan  biri  də 

“mimesis”dir.

“Mimesis”  Aristotel  “Poetika”smda  sənətin,  bədii  fəaliyyətin  məğzini 

təşkil edən, yaradıcı təqlidi ifadə etmək üçün işlənən bir anlayışdır. Aristotel 

bədii  yaradıcıhğın  mənşə  və  mahiyyətinı  şərh  edərkən,  öz  sələfləri  Sokrat, 

Platon və digər filosoflar kimi,  “təqlid” nəzəriyyəsinə əsaslanır.  Lakin Aris- 

totelin “təqlid” nəzəriyyəsi özündən əvvəlki fılosofların bu məselə ile əlaqə- 

dar irəli  sürdükləri müddəalardan xeyli, bəzən isə  əsaslı derəcədə fərqlenir. 

Platonun sənət və onun mənşəyini son nəticədə fovqəltəbii ideyalar aləmi ile 

bağlayan  “xatırlama-mimesis”  haqqındakı  nəzəriyyəsindən  fərqli  olaraq, 

Aristotelin  “təqlid-mimesis”  nəzəriyyəsi  dünyevi  səciyyə  daşıyır,  gerçək- 

liyin yaradıcı-bədii inikasını və təcəssümünü nəzərdə tutur,  sənətin idrak və 

tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir.

Yunan  fılosoflarmın  nəzərində  “təqlid”  sadəcə  “surət  çıxarmaqdan”, 

“yamsılamaqdan”, müasir istilahla desək, naturalizmdən uzaq bir fəaliyyət şek- 

lidir. Onlara görə “mimesis” yaradıcı təxəyyülün, azad yaradıcılıq istedadmın 

köməyi  ilə  təbiətin,  daha doğrusu,  insan  təbiətinin bədii  obrazlı  vasitələrlə 

yeni şəkildə canlandırılmasıdır.  Yunanlar “mimesis”i soyuq hekayətə, təlimə, 

mücərrəd mühakiməyə əks olan anlayış kimi  işlətmişlər.

Məsələn, Samoslu Duri bəzi yunan tarixçilərini ittiham edərək yazırdı ki, 

“onlar əhvalatlann arxasmca düşə bilmirdilər, ona görə ki, nə təqlidə, nə heka- 

yətin zövqlə təsvirinə qabil olmayıb, təkcə yazmağa flkir verirdilər”. Plutarx 

isə  göstərir  ki,  tarixçi  ədibdən,  eyni  zamanda,  etdiyi  təqlidin  şəklinə  görə 

fərqlənir.

“Təqlidin” mənşəyi və səbəblərindən bəhs edərək Aristotel yazır: “Zenn 

etmək olar ki, poeziya sənətini, ümumiyyətlə, iki, həm də təbii səbəb doğur- 

muşdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər can- 

hlardan bununla fərqlənirlər ki, təqlidə daha çox maildirlər və ilk bilikləri də 

məhz  onun  sayəsində  əldə  edirlər;  ikinci,  təqlid  və  onun  nəticəsi  hamıya 

zövq  verir.  Həyatda  baş  verən  hadiselər  də  bunu  sübut  edir:  heyatda  bize

iyrenc  görünən  şeylərin  təsvirinə  baxarkən  xoşumuz  gelir,  məsələn,  iyrənc 

heyvanlann  ve  meyitin təsviri.  Bunun  səbəbi  isə  ondadır ki,  bilik qazanmaq 

neinki  filosoflar,  eyni  zamanda  başqa  adamlar  üçün  də  son  dərəcə  xoşdur, 

yalmz bir ferqlə ki, bu  sonuncular bilikləri uzun  zaman üçün əldə  etmirlər” 

(“Poetika”, 4-cü fəsil).

Misal  getirdiyimiz  həmin  parçadan  çıxan  nəticələrdən  biri  bundan 

ibarətdir ki, Aristotel təqlidi, hər şeydən evvəl, mənşə cəhətdən insanın təbii 

meyil və tələbatmdan  irəli  gələn fəaliyyət sahəsi  kimi  qiymətləndirir.  Onun 

nəzərində  bu  təbii  xüsusiyyet  bütün  canlılara  aiddir.  Daha  ümumi  canlılar 

şkalasında insam “İctimai heyvan” adlandıran Aristotel təqlidin bütün heyvan- 

lar aləminə  xas  olduğunu söyləyir,  lakin göstərir ki,  bu,  əslində,  insana daha 

artıq  dərəcəde  xas  bir  keyfiyyətdir.  Buna  əsasən,  heç  də  belə  bir  qənaətə 

gəlmək olmaz ki,  guya Aristotel bədii yaradıcıhq məsələlərini yalnız bioloji 

mövqedən aydınlaşdırır. Özünün “Nikomax etikası”nda Aristotel bedii yaradı- 

cılığın  mənşə  və  inkişafı  məsələsindən  bəhs  edərək  yazır:  “Yaradıcılığm 

prinsipi  yaradılan  predmetdə  deyildir.  Yaradıcı  şəxsiyyətdədir,  çünki  sənet 

nəyin mövcud olması və ya zərurət əsasında yaranmasına, həmçinin təbiətən 

nəyin mövcud olduğuna toxunmur”  “Sənət”  gerçəklik sahəsinə deyil,  yara- 

dıcılıq sahəsinə  daxildir”  “Hər bir sənətin vəzifəsi  təbiətən çatışmayan şey- 

ləri tamamlamaqdan ibarətdir”.  Buna bənzər misallara “Poetika”da daha çox 

təsadüf etmək olar.

Bədii yaradıcılıqda təbii  istedadm rolunu ayrıca qiymətləndirən Aristotel 

yaxşı dərk edir ki, yaradıcılıqda onun rolu nə qədər əhəmiyyətli olsa da, həl- 

ledici  deyildir.  Bununla  belə,  təbii  amilin  rolunun  aynca  qeyd  olunmasımn 

özü, məsələnin qoyuluşu cəhətdən əhəmiyyətlidir.

Yeri gəldikcə Aristotel, bir növ, diqqəti tez-tez teqlid və bədii zövqü şərt- 

ləndirən müəyyən ictimai  amillərə  cəlb  edir.  Hələ  o  dövrdə məsələnin belə 

geniş planda düşünülməsinin əhəmiyyəti  bir də burasındadır ki, biologizmdə 

ittiham olunmaq vahiməsi altında elə alimlər tapılır ki, bədii yaradıcılıq prob- 

lemlərini  vulqar  sosioloji  mövqedən  həll  edir,  insanın  ictimai-sosioloji  bir 

xilqət olmasının, hələ təbii bir xilqət olduğunu inkar etmədiyini  görmürlər.

Aristotel  təqlidi,  yüksək  bədii  yaradıcılıq  məhsulunun  mənbəyi  olmaq 

etibarilə  də,  genealoji  planda  da,  idrak  problemi  ilə  üzvi  rabitədə  şərh  edir. 

İnsan  lap  uşaqlıqdan  neyi  isə  təqlid  edə-edə  öyrənir,  bu  prosesdə  o  şeyləri 

tanıyır və onların müəyyən xüsusiyyətlerini  əxz edir,  onları yenidən yaradır, 

təkmilləşdirir,  yaratdığı  predmetdən  öz  əməyinin  nəticəsi  kimi  zövq  alır, 

bəhrələnir,  özünün qabiliyyət və  istedadını tərbiyələndirir.  Yaradıcı  təqlidin 

nəticəsinden, məhsulundan aldığımız zövqü yaradan amil müəyyən bir əsər- 

də  əks  olunan  predmetin,  insan  cisminin,  xarakterinin,  həyati  kolliziyaların 

müəyyən şəkillərinin tanmmasıdır.

9


Sənətdə tanınmanm köməyi ilə əldə edilən idraki məlumatın rolu o dərə- 

cədə  əhəmiyyətlidir ki,  hətta eybəcər bir  şey kimi  həyatda  tamaşasından üz 

çevirdiyimiz şeylərin belə sənətkaranə çəkilən rəsminə baxarkən zövq alırıq. 

Aristotelin həmin eyni fıkrinin bu və ya digər şəkildə bərpası və ya təkrarına 

yunan intibahmm görkəmli nümayəndələrindən Plutarxın (təxm. 46-126-cı il) 

əsərlərində  rast  gəlirik.  Plutarx  yazır:  “Biz  kərtənkələyə,  meymuna  və  ya 

Tersitin  rəsminə  baxarkən  onların  gözəlliyinə  yox,  bənzərliklərinə  sevinib 

heyran qalırıq...  gözəl olan hər hansı bir şeyin təqlidi” və “hər hansı bir şeyin 

gözəl təqlidi eyni şey deyildir”. Həmin fıkri Çemışevski də başqa şəkildə tək- 

rar edərək yazır ki, “sifəti gözəl çəkməklə”, “gözəl sifəti çəkmək” tamamilə 

başqa  şeylərdir.  Nəhayət,  fransız  klassiki  Bualo  Aristotelin  eyni  fıkrini 

“Poeziya  sənəti”  əsərində  təkrar  edərək  yazır:  “Əgər  bir  tabloda  canlı  və 

gözəl rənglərlə nəhəng bir əjdaha və  ya zəhərli  əfı  bir ilan təsvir edilmişsə,

o  tablo bizim də nəzərimizi cəlb edər, ona tamaşa edərik; sənətin sirri belədir; 

həyatda bizə qorxunc və dəhşətli  görünən şeylər sənətkarın fırçasmda dəyi- 

şir,  gözəlləşir”.1

Deməli, Aristotelin söylədiyi  fıkirlərdə  mühüm bir həqiqət vardır və bu 

fikirlərin bir çox dühalann diqqətini özünə cəlb etməsi heç də təsadüfı deyil.

Aristotel zövqü oxşarlıq sayəsindəki tanıma ilə, tammanı isə idrak prob- 

lemi ilə bağlayır. Təcəssümünü tamdığımız şey orijinalma bədii cəhətdən nə 

dərəcə  oxşar  olarsa  zövqün  dərəcəsi  də  o  qədər  artıq  olar.  Həyatda  ikrah 

doğuran  şeylərin sənət əsərindəki  təsvirindən  aldığımız zövq isə,  öz növbə- 

sində,  ona görə mümkün olur ki,  onun əsasmda insanm idrak marağı dayanır 

və  biz müəyyən bir şeyə baxanda,  ona tamaşa edəndə öyrənə  və mühakimə 

yürüdə bilirik ki, fərdi olan şey nə deyən şeydir.  Məsələn, fılan-fılan şeydir. 

Aristotelə görə, əks edilən şeyi biz əvvəllər hətta görməmiş olsaq belə, bun- 

dan  müəyyən zövq  ala  bilərik.  Bu  halda zövq,  təqlid  obyektini tanımağımız 

üzündən deyil,  əksin, rəsmin ümumi ruhundan — onun naxış və boyalanndan 

alınan təəssüratdan yaranır.

Təsviri  sənətdə  “sənət-sənət  üçündür”  nəzəriyyəsinin,  müxtəlif ultra- 

modemist cərəyanların tərəfdarları bəzən Aristoteli ümumi kontekstdən ayır- 

dıqları məhz bu deyilən fıkrinə “istinad”dır ki, guya sənətin əsil qayəsi və qiy- 

məti, zövqün yeganə qaynağı olan real aləmin həqiqi məzmununu yox, müəy- 

yən formal kombinasiyaları, rəng və boyaların əlaqəsini əks etdirməsindədir.

Belə fikirlərin tərəfdarları unudurlar ki, rənglərin özündən alınan zövqlər

o  zaman  lazımi  təsir  dərəcəsinə  malik  olur  ki,  bizim  dərk  edib-etməməyi- 

mizdən asılı olmayaraq,  onların  əsasında real həyati məzmun dayansm.



Bualo.  Poeziya  sən əti.  Torcüm əsi  v ə  izahları  Ə kbər  Ağayevindir.  A zem əşr, 

Bakı,  1969,  səh.45.

10

Aristotel,  istisnasız  olaraq,  sənətin  bütün  növlərinin  təməlində  təqlidin 



dayandığmı  göstərir:  “Epik və fəci poeziya, həmçinin komediya və  difıram- 

bik poeziya, avletika və kifaristikanm böyük bir qismi -  bütün bunlar hamısı, 

ümumiyyətlə  desək,  təqlidi  sənətlərdir.  Bu  sənətlər  bir-birindən  üç  cəhət- 

dən: ya təqlidin nə ilə olduğuna, ya nəyin təqlid olduğuna, ya da təqlidin necə 

olduğuna görə fərqlənir ki, bu da həmişə eyni cür olmur” (“Poetika”,  1 -ci fəsil).

Estetik  fikir  tarixində  Aristotelin  mühüm  xidmətlərindən  biri,  təqlidin 

başlıca  əlamətlərindən  çıxaraq,  incəsənətin  növləri  və janrlannın  təsnifatını 

verməsidir.  Bu əlamətlər isə, göstərildiyi kimi, üçdür.  Təqlidin nə  ilə olması

-   onun  əsas,  başlıca  vasitəsinə  işarədir ki,  burada  da Aristotel təqlidi əmələ 

gətirən  materialı  nəzərdə  tutur.  Məsələn,  Aristotelə  görə,  təqlid  həm  ayrı- 

aynlıqda, həm birlikdə -  ritm, söz və harmoniyanın köməyi ilə ola bilər. Belə 

ki,  musiqinin  əsas  təqlid  elementini  təşkil  edən  harmoniya  və  ritmdir;  bəzi 

rəqs  növlərində  isə  harmoniyasız  yalnız  ritmin  vasitəsilə  müəyyən  xarak- 

terləri, mənəvi halları və hərəkətləri canlandırmaq mümkündür.

Şeirdə  (məsələn,  difırambik  poeziya,  faciə  və  komediyada)  əgər  ritm, 

melodiya və vəzndən istifadə olunursa, təsviri sənətdə müxtəlif formalardan, 

boyalardan istifadə olunur.

Insanın  əsil  cismani  heykəlini,  Aristotelin  istilahı  ilə  desək,  formanın* 

köməyi  ilə  yaratmaq olar,  bədii  sözün köməyi  ilə  yox.  Poetik  sözün köməyi 

ilə isə belə bir heykəli məcazi mənada, yalnız xəyalda yaratmaq mümkündür. 

Musiqinin  materialı  söz  ola  bilməz,  heykəltəraşlığın  materialı  boya  və  ya 

melodiya ola bilməz.  Deməli, hər sənət sahəsi  öz müvafiq materialma,  daha 

doğrusu,  təqlid  vasitəsinə  malikdir.  Sənətin müxtəlif növlərinin  fərqlənmə- 

sini şərtləndirən amillərdən biri elə budur.

Lakin təqlidin  həmin  əlaməti,  sənət  növlərinin  müxtəlifliyini  şərtləndi- 

rən  yeganə  amil  deyil.  Daha  doğrusu,  o  özlüyündə  zəruri  olsa  da,  təklikdə 

sənət əsərinin meydana çıxmasını müəyyən etmir. Bunu müəyyən edən təqli- 

din daxili mahiyyətinin xarakteri, bədii məzmunudur. Müəyyən bir əsər nozm 

ilə də yazıla bilər, nəsrlə də, qafıyəli də, qafıyəsiz də. Məzmunun özü poetik 

olmadığı halda, nəzmlə yazılan bir əsərə,  əslində,  sənət əsəri  demək olmaz, 

halbuki  nəsrlə  yazıldığına  baxmayaraq,  müəyyən  bədii  məzmuna  malik  hər 

bir əsəri poetik əsər adlandırmaq lazımdır.

Sənətin  şəkillərini  bir-birindən  ayıran  digər  əlamət  “nəyin  təqlid  ol- 

ması”dır.  Aristotelə  görə,  təqlidin  diqqət  mərkəzində,  başlıca  olaraq  insan 

dayandığına görədir ki, təqlid, mahiyyətcə, insanın daxili aləmi, əxlaqı, əməl- 

lərindən ibarət olmalıdır. Bu nəzərdən etik cəhətin təqlidi müxtəlif şəkillərdə 

və  dərəcələrdə  sənətin  bütün  sahələrinə  şamildir.  Mənəvi  ehtizazları,  amal 

və əməlləri, məsələn, rəqs vasitəsilə də, rəsmlə də əks və ifadə etmək müm-

11


kündür. Lakin musiqi və poeziyada məhz bu xüsusiyyətlərin təqlidi, rəqsə v ə 

digər sənət sahələrinə nisbətən, daha üstün yer tutur.

Aristotel,  təqlidin  ikinci  başlıca  əlaməti  (“nəyin  təqlid olunması”  prob- 

lemi) ilə əlaqədar, daha çox faciə və komediyanın fərqləndirici xüsusiyyətləri 

üzərində dayanır.

Filosofun  fıkrincə,  poeziyada  təqlidin  təməlində  mücərrəd  insan  yox, 

gözəl, miyana və pis əməl və xarakter sahibi olan konkret adamlar dayanır v ə 

buna  görə  də  poeziya  sənəti belə  adamlarm  müvafıq  xarakter və  əməllərini 

təqlid etməlidir. İnsanlar isə əsasən iki cür olurlar; gözəl və eybəcər, fəzil və 

yaramaz. İnsanların bu iki başlıca xüsusiyyəti isə məhz poeziyanın iki başlıca 

sahəsinin  -   faciə  ilə  komediyanın  təqlid  hədəfıni  təşkil  edir.  Faciə  bizdən 

yüksəkdə  dayanan,  bizdən  yaxşı,  gözəl,  ülvi  adamların təqlidi  olduğu halda, 

komediya -  bizdən  aşağı, pis adamların təqlididir.

Aristotel təqlidin üçüncü əlamətindən damşarkən belə bir cəhətə  diqqət 

yetirir ki, eyni şeyi eyni şeylə müxtəlif şəkillərdə təqlid etmək olar. Mahiyyət 

etibarilə bu təqlidin “necəliyi” məsələsidir. Aristotel təqlidin üsulunu, daha doğ- 

rusu,  təqlid  tərzlərinin  müxtəlifliyini  bədii  yaradıcılığın,  sənətin  müxtəlif 

növlərini şərtləndirən mühüm əlamətlərdən biri hesab edir. O, poetik yaradı- 

cılıq  sahəsində  məhz üç  təqlid  tərzinin  mövcud  olduğunu  göstərir:  özündən 

kənar hadisələri hekayə edərək təqlid etmək olar, məsələn, Homer kimi; təq- 

lid edən, öz simasmı dəyişməyərək, özlüyündə qalıb, təqlid edir; ya da təsvir 

etdiklərini hərəkətdə və fəaliyyətdə verir.

Birinci halda Aristotel, şairin öz subyektiv hiss-həyəcanlarma qapılmadan, 

hadisələrin obyektiv gedişinə  müdaxilə  etmədən,  onların soyuqqanlı  şəkildə 

təsvirə  alınmasını  nəzərdə  tutur  ki,  bu  da,  ədəbi janr  kimi,  eposun  xarakter 

cəhətini təşkil edir.  İkinci halda,  o,  şairin daxili yaşantılarını və həyəcanları- 

nın ifadəsini nəzərdə tutur ki, bu da, ədəbi janr kimi lirikamn xarakter cəhə- 

tini  təşkil  edir.  Üçüncü  halda  isə,  Aristotel,  hadisələrin  gözümüz  qarşısında 

bilavasitə hərəkətdə açılıb göstərilməsini əsas götürür ki, bu da dramın xarak- 

ter  cəhətini  təşkil  edir.  Beləliklə,  Aristotel  təqlidin  müxtəlif tərzlərinə  görə 

bədii yaradıcılığın üç əsas — epos, lirika, dram növünü bir-birindən fərqləndırir.

Aristotel elə buradaca sənətin növləri və janrlarının təqlidin əlamətlərinə 

görə  necə  ayrıldıqlarını  əyani  şəkildə  sübut  etmək  üçün  Sofokl,  Homer  və 

Aristofan  yaradıcılığına  müraciət  edir.  Təqlidin  müəyyən  əlamətinə  görə, 

əgər,  Sofokl Homer ilə eyniyyət təşkil  edirsə,  digər əlamətinə görə,  Aristo- 

fanla eyniyyət təşkil edir.  Onun hərfən fikirləri belədir, məsələn, Homer də, 

Sofokl  da  ləyaqətli  adamları  təqlid  edirlər.  Deməli,  onlar  təqlidin  hədəfinə 

(yəni,  nəyi  təqlid  etmələrinə)  görə  bir-birindən  fərqlənmirlər.  O  biri  təref- 

dən,  Sofokl da,  Homer də əsərlərini metrlə yazmışlar.  Deməli, onlar təqlidin

12

vasitələrinə  görə  də  bir-birindən  fərqlənmirlər.  Sofokl  ilə  Homeri  ayıran 



cəhət budur ki,  Sofokl -  dram,  Homer isə  dastan ustasıdır.  Sofokl əhvalat və 

hadisələri  hərəkətin  bilavasitə  özünü  göstərmək  yolu  ilə,  Homer  isə  bədii 

hekayət yolu  ilə  təqlid  edir.  Buradan  da  onlar etdikləri təqlidin tərzinə  görə 

fərqlənirlər.  Onlar  təqlidin  “nə  ilə”  olduğuna  görə  eyniyyət  təşkil  edirlər. 

Zira ikisi də  şeirlə yazır,  təqlidin “necəliyi”nə  görə  isə  ayrılırlar.  Buna görə 

də  biri  dastannəvis,  digəri  dramnəvis  -   ragik  adlanır.  Aristotel  Sofokl  ilə 

Aristofanı müqayisə  edərək göstərir ki,  onlar ikisi  də dramaturqdurlar, çünki 

ikisi  də  adamları  hərəkətdə,  özü  də  dramatik hal-hərəkətdə  göstərirlər.  Bəs 

onları fərqləndirən nədir? Sofokl -  faciənəvis, Aristofan -  komediyanəvisdir. 

Sofokl əsərlərini şeirlə, Aristofan isə -  nəsrlə yazmışdır.  Odur ki,  Sofokl bir 

cəhətdən (hər ikisi əsərlərini şeirlə yazdıqlarına görə) Homerlə, o biri cəhət- 

dən (ikisi də dram sahəsində çalışdığına görə) Aristofanla yaradıcılıq “qohum- 

luğuna” malikdir.

Aristotel poetik təqlidin  səciyyəsindən danışarkən,  bizim  indi  başa düş- 

düyümüz  mənada  şeir  yaradıcılığından  deyil,  sözün  geniş  mənasında  bədii 

yaradıcılıqdan bəhs edir, əsərin şeir və ya nəsrlə yazılmasmdan asılı olmaya- 

raq,  bədii  məzmunun  mahiyyətindən  çıxaraq  fikir  söyləyir.  Bu  cəhətdən, 

onun nəzərində,  ədəbiyyat üçün tarixi  məzmunu şeirlə yazmaqdansa,  tarixin 

bədii məzmununu nəsrlə yazmaq üstündür. Aristotelin tarixlə poeziyamn spe- 

sifık fərqləri haqqındakı  fıkirləri bu nöqteyi-nəzərdən indi  də  öz  əhəmiyyə- 

tini  itirməmişdir.  O,  hətta,  əksinə,  bəzi  müstəsnalar  olmaq  şərtilə,  həmin 

spesifıkliyi daha dərindən anlamağa kömək edə bilər.

Bəzən nəzəri ədəbiyyatda sənətin spesifikası barədə belə tələsik formula 

edilən fıkirlərə təsadüf etmək mümkündür ki, bədii təfəkkürün spesifıkliyini 

təşkil edən onun “obrazlıhğıdır”, sənətdə “fərdiliyə”, fərdi faktların təsvirinə 

əməl  edilməsidir və  s.  Axı  elmi  təfəkkür özü  də  obrazlı  təfəkkürdür.  O  biri 

tərəfdən, tarix də fərdi,  xüsusi hadisələrdən,  faktlardan bəhs edir.  Bu cəhət- 

dən poeziya tarixdən hətta daha “ümumidir”. Aristotel isə açıq yazır ki, “poezi- 

ya  daha  ümumidən,  tarix  ferdidən  bəhs  edir”,  hətta  “poeziya  tarixdən  daha 

ciddi,  daha fəlsəfidir”.  Bəs bədii  təfəkkürün,  sənətin spesifıkliyini  “obrazlı- 

lığın”,  “fərdiliyin”,  “konkretliyin”  təşkil  etməsi  haqqındakı  fıkirlər  harada 

qaldı?  Bədii təfəkkürün,  ədəbiyyatın spesifıkliyini  “obrazlılığın”  və ya “fər- 

dilik”  və konkretliyin” təşkil etməsi haqqındakı  fıkir,  şübhəsiz ki,  tam deyil, 

bir tərəflidir, yanmçıq və nəhayət, müəyyən mənada yanlışdır.

Bədii və ya elmi təfəkkürdən söhbət gedərkən hansı obrazlılıqdan, hansı 

fərdilikdən  və  konkretlikdən,  hansı  ümumidən  söhbət  getdiyini  nəzərdə 

tutmaq  lazımdır.  Aristotelin  xidmətlərindən  biri  də,  bəzi  başqa  məsələlərlə 

yanaşı, məhz bu məsələnin də mahiyyətini sezə bilməsidir.

13


Aristotelin  “Poetika”da  və  digər əsərlərində  bədii  yaradıcılığa  tətbiqən 

nəzərdə tutduğu ümumi,  elmə tətbiqən nəzərdə  tutulan ümumidən  fərqlidir. 

Onun bədii  yaradıcıhq  sahəsində  qəbul  etdiyi  fərdilik tarix  sahəsində  qəbul 

etdiyi  fərdi və xüsusi deyil.  “Poeziya ümumiliyə -  müəyyən xaraktere malik 

adamlara ixtiyari adlar verməklə, onlann ehtimal və ya zərurətə görə nə danış- 

malı  və  ya nə  etməli  olmalanm  göstərməklə  nail olur.  Xüsusi  isə,  məsələn, 

Alkviadm  nə  eləməsi  və  onun  başına  nə  kimi  əhvalatların  gəlməsidir” 

(“Poetika”, 9-cu fəsil).

Deməli,  əgər  tarixçi,  Alkviadın  bir  şəxsiyyət  olmaq  etibarilə,  həyatda 

həqiqətən nə etməsindən, onun başına nə kimi əhvalatların gəlməsindən bəhs 

edirsə,  şair müəyyən şəxsin simasında müəyyən insani  xarakterin ehtimal və 

zərurət qanunları üzrə nə şəkildə, hansı əməllərdə təzahür etdiyini, edə bilə- 

cəyini,  daha  artıq  dərəcədə  insamn  zənn  edilən  əməllərini  və  hərəkətlərini 

təsvir edir.

Tarix -  xüsusi və tək bir dəfə olub keçmiş əhvalatın, poeziya isə -  daha 

ümumi  əhvalat  və  hadisələrin qələmə  alınmasıdır.  Professor Asmusun qeyd 

etdiyi kimi, ədəbiyyatda ehtimal edilən ona görə üstündür ki, özünün altema- 

tivliyinə görə bircə dəfə olub-keçəndən daha universaldır və genişdir. Bir dəfə 

olub-keçən şey və əhvalat isə, elə birdəfəliyinə görə də məhduddur.

Aristotel, əlbəttə, daha çox öz dövründəki tarixin xüsusiyyətlərindən çıxış 

edərək  göstərir  ki,  müəyyən  əhvalat  və  hadisələri  əksərən  təhlilsiz  təsvir 

etməklə, mühümü qeyri-mühümdən, mahiyyəti təsadüfdən ayırmayan, onları 

daxilən  rabitəsiz  şəkildə  yalnız  xronologiyaya  əsasən  təsvir  edən  tarixdən 

fərqli olaraq, poeziya insan həyatmı ümumi zirvədən seyr etməklə təcəssüm 

edir, onu daxili məntiqi əlaqədə götürür, həyatda başlıca xarakter şeylərin təs- 

virini yaradır.

Şübhəsiz ki,  Aristotel bütün bunları göstərməklə  yanaşı, tarixi hadisə və 

onun məzmunu ilə poeziya  və poeziyanm predmeti  arasında mütləq mənada 

keçilməz  sədd  çəkmək  istəməmiş  və  belə  bir  fıkir  onun  ağlına  da  gəlmə- 

mişdir.

Odur ki,  Aristotelin “Şair də, rəssam və ya başqa sənətkar kimi, təqlidçi 

olduğundan, təqlid zamam mütləq üç yolun biri ilə getməlidir.  Şair -  şeyləri 

olmuş  və olan kimi,  ya onların haqqında  düşünülən  və  danışılan kimi,  ya da 

ki,  olması lazım gələn şəkildə verməlidir”  fıkrinə geniş baxmaq lazımdır.

Bəzi hallarda füosofun bu fıkirlərini qiymətləndirərkən belə güman edir- 

lər  ki,  bu  tələb  Aristoteli  həyata  naturalist  münasibətdən  (?)  onu  müsbət 

cəhətdən idealizə  etmək,  mənfı  cəhətdən  isə  tənqid  etmək üsullanna  qədər 

gətirib çıxanr.  Burada bir cəhət unudulur ki, Aristotel “şeyləri olmuş və olan 

kimi təsvir etmək” və gerçəkliyə sədaqət üsulundan danışarkən heç də natu- 

ralist  təsviri  nəzərdə  tutmur.  Aristotelin  məntiqinə  görə,  belə  bir  üsul  faciə

14

şairlərinin  də  istifadə  etdikləri  əsas  üsullardan  biri  ola  bilər.  Aristotel  açıq 



deyir ki, şairi əgər düzgün təsvir etməkdə təqsirləndirərlərsə, buna belə cavab 

vermək olar ki, bəlkə belə təsvir etmək lazım imiş, hətta Sofokl demişdir ki, 

o,  insanların  olmasını  zəruri  bildiyi  kimi  verirsə,  Evripid  onları  həqiqətdə 

olduğu kimi təsvir edir.

Aristotel  şairə  geniş  sərbəstlik  verir,  bədii  ümumiləşdirmə  prosesində 

rəngarəng  yollardan  istifadə  etməyin  mümkünlüyünü  göstərir.  Lakin  sənət- 

kann sərbəstliyi bədii yaradıcılığın qanunları daxilində olmalıdır.  Bu qanun- 

lar isə  başqa  sahələrin  qanunlanndan  fərqli  qanunlardır.  Bu  qanunlar  sənət- 

karın  öz  bədii  qayəsinə  nail  olmaq  naminə  buraxılan  səhvlərə  belə  sənət 

əsərində bəraət qazandıra bilər.

Aristotelə  görə,  bədii  ümumiləşdirmə  prosesində  adətən,  iki  cür  səhv 

mümkündür: birinci növ səhv, bilavasitə sənətin mahiyyətinə aid olduğundan

-   mühüm,  ikincisi  isə  -   təsadüfi  səciyyə  daşıya  bilər.  Əgər  şair  poeziyanın 

imkanları daxilində təsviri mümkün olmayan şeylərin təcəssümünə çalışarsa, 

bu,  birinci  növ  səhvə  daxildir.  Belə  səhvə  yol  verilməsinə  bəraət  qazandır- 

maq olmaz.  Lakin,  əgər şair (hər hansı bir şeyin mahiyyətini) düzgün müəy- 

yən edə bilməyərək,  məsələn,  atı sağ ayaqlarmın ikisini də yuxan qaldırdığı 

vəziyyətdə təsvir edir və ya professional sənət sahələrinin qanunları ilə  əla- 

qədar bir nöqsana, xülasə -  ümumiyyətlə, mümkün olmayan bir şeyin təsvi- 

rinə  yol  verirsə,  bu  -   poeziyanm  mahiyyətinə  aid  olan  səhv  deyildir.  Belə 

səhvlərə  yol  verən  sənətkann  nə  dərəcədə  haqlı  olub-olmadığını  konkret 

olaraq  müzakirə  etmək  lazımdır.  Əgər  şair  ola  bilməyəcək  şeyləri  təsvir 

etməklə  səhvə yol verir, lakin bu səhv sayəsində  öz qayəsinə, öz məqsədinə 

daha  yaxşı  nail  olursa,  buna bəraət  qazandırmaq  lazımdır,  zira  şair bu  yolla 

əsərinin müxtəlif hissələrinin heyranediciliyi sayəsində  onun təsir qüvvəsini 

artırır (“Poetika”, 25-ci  fəsil).

Mövcud qəbildən olan səhvlərə yalnız bir halda -  sənətkarm ifadə etmək 

istədiyi  qayəyə  -   həmin  səhvi  buraxmadan  da  nail  olmaq  mümkün  olduğu 

halda bəraət qazandırmaq olmaz.

Deməli,  Aristotel bu məsələni də  mücərrəd şəkildə deyil, sənət əsərinin 

həyatiliyi,  canhlığı  və  təsirliliyi  məsələsinə  tabe,  onunla  üzvi  şəkildə  bağlı 

məsələ  kimi  həll  edir.  Aristotelin  nəzərində,  müasir  istilahla  desək,  “həyat 

həqiqəti”  probleminə  münasibət  mücərrəd  deyil,  konkret normativ  münasi- 

bətdir. Bu münasibət, sənətkarın qayəsindən, subyektiv qabiliyyətindən, onun 

məşğul olduğu sənət sahəsinin xarakterindən asılı olaraq, müxtəlif şəkillərdə 

təzahür edə bilər.

Aristotelin bütün  “Poetika”  boyu  diqqət mərkəzində  dayanan ən  başlıca 

məsələsi  faciə  problemidir.  Onun  faciə  haqqındakı  fikirləri  genişdir:  buraya 

faciənin mənşəyi və inkişafı, predmeti və şəkilləri, tərkib hissələrinin xarak-

15


teristikası  və  həcmi,  eposla  ümumi,  fərqləndirici  cəhətlərinin  təhlili,  fəci 

“təmizlənmə”  (“katarsis”) haqqında fıkirləri və  s.  daxildir.

Aristotel faciəyə belə tərif verir:  faciə -  ciddi və bitmiş müəyyən həcmə 

malik hərəkəti nağıletmə yolu ilə  deyil, hərəkətin özü vasitəsilə,  onun ayrı- 

ayn  hissələrində  müxtəlif cür bəzənmiş  dillə  təqlid  etməkdir ki,  mərhəmət 

və qorxu hissi sayəsində həmin hisslərin və onlara bənzər ehtirasların təmiz- 

lənməsinə kömək edir.

Aristotelin tərifindən aydın olur ki, faciə, hər şeydən əvvəl, ciddi hadisə- 

lərin  təqlidindən  ibarət  olmalıdır,  halbuki  komediyada  belə  deyildir.  Faciə 

müvafiq həcmə malik olmalıdır, yəni elə həcmə malik olmalıdır ki, onun gös- 

tərildiyi vaxt  arzində  gözümüz  qarşısında  cərəyan  edən  əhvalatlarm mahiy- 

yətini, xəyalən əhatə və təsəvvür edə bilək,  qəhrəmanın taleyində baş verən 

köklü təbəddülatın -  xoşbəxtlikdən bədbəxtliyə və tərsinə dönüşün mənasını 

qavraya  bilək.  Buna  görə  faciə  həcmcə  nə  həddən  artıq  uzun,  nə  də  qısa 

olmahdır.  Çünki  kiçik  həcm  daxilində  lazımi  fəci  duyğuları  oyada  biləcək 

hadisələrin əhatəsi qeyri-mümkündür. Faciə həddən artıq uzun da ola bilməz. 

Çox  uzun  faciə  hadisələrinin  qeyri-yığcamlığı  üzündən,  adamı  yorar  və 

nəticədə öz təsirini göstərməz.

Faciə,  həcm  etibarilə,  dastandan  fərqlənməlidir (“Poetika”,  26-cı  fəsil). 

Şübhəsiz  ki,  Aristotel  nəinki  faciənin,  o  cümlədən  sənətin  digər janrları  və 

növlərinin də həcmini müəyyən edərkən yunan estetikasında kök salan (Aris- 

totelin daha da inkişaf etdirdiyi) “gözəllik əndazədədir” fıkrindən çıxış etmişdir.

Faciə,  eyni  zamanda,  bitkin  bir  hadisənin  ifadəsi  olmalıdır.  Aristotel, 

poeziyanm  digər  sahələrindən  fərqli  olaraq,  faciənin  məhz  özünəməxsus 

müəyyən,  yəni  əlvan  bəzəkli  dilə  malik  olduğunu  göstərir.  O,  faciə  dilinin 

müəyyənliyi  dedikdə,  musiqi  və  nəğmənin müşayiəti  ilə  ifadə  edilən ritmik 

danışığı  nəzərdə  tutur  ki,  bütün  bu  vasitələrdən  də  faciə  əsərinin  müxtəlif 

hissələrində, müxtəlif tənasüb və münasibətlərlə istifadə edilir.

Faciənin tərifində, onun ən mühüm spesifık xüsusiyyətlərindən biri kimi, 

canlı  hərəkət  və  hadisənin  təqlidi  olmasına  da  işarə  olunur.  Aristotel  forma 

cəhətdən dastandan fərqləndirdiyi  faciəni hərəkətin elə  təqlidi adlandınr ki,

o,  hekayət yolu ilə  deyil,  hərəkətin  özünün  əyani  göstərilməsindən yaranan 

qorxu və mərhəmət  hisslərinin köməyi  ilə  insanın həmin  və uyğun  ehtiras- 

lardan təmizlənməsinə kömək etsin.

Lessinq  çox  yaxşı  göstərir  ki,  Aristotelin  nəzərində,  mərhəmət  və  can 

yanğısının  yaranması  üçün  insanm  başma  əvvəllər  onun  yaşamadığı  bəd- 

bəxtliklərin gəlməsi  tələb  olunur.  Belə ki,  biz başqasının mövcud məqamda 

düçar olduğu bədbəxtlikləri yaşadığımız qədər heç də çoxdan olub-keçmiş və 

ya hələ uzaq gələcəkdə baş verəcək bədbəxtliklərə ya yanmaz, ya da o qədər 

yana bilmərik; buna görədir ki, hərəkətin elə şəklinin təsviri lazımdır ki, tələb

16

olunan mərhəmət və can yanğısı hissini doğura bilsin, bu da hekayət yolu ilə 



deyil, məhz bilavasitə hələ yaşanılmayan bədbəxtliklərin təsvirini verən bilən 

dramatik formanm köməyi  ilə mümkündür.

Aristotel  faciənin  tərkib  hissələrinin  necəliyini  də  təhlil  etmişdir.  Onun 

fikrincə, faciə tərkibcə altı hissədən ibarətdir: dekorativ bəzək və ya görkəm; 

fabula;  xarakterlər;  musiqi  kompozisiyası;  bədii  söz  və  fıkir.  Bu  hissələr 

içərisində  isə  ən  mühüm  və  əsas  yeri  fabula  tutur.  Fabula,  Aristotelə  görə, 

müxtəlif hadisələrin rabitəliliyi,  onların  bütöv bir hərəkət halında təqlididir. 

Fabula  haradan  gəldi  başlayıb,  harada  gəldi  bitə  bilməz.  Onun  başlanğıcı, 

ortası,  sonu  olmalıdır.  Sonda  hadisə  qurtarmalı,  bütün  mübhəmliklər  aydın- 

laşdırılmalıdır.  Fabula  hərəkət  vəhdəti  qanununa  tabedir.  Bu  qanuna  görə, 

bütün  hadisələr  elə  vahid  və  bitkin,  tam  hərəkətin  ətrafındə  cəmləşməli, 

onunla  sıx  rabitədə  olmalıdır  ki,  həmin  hadisələrdən  bəri  aradan  çıxarılan 

zaman  əsərin  də  bütövlüyünə  ciddi  xələl  gəlsin,  ziyan  dəysin.  Hadisələrin 

məcmusunda fabula ona görə mühüm və əsasdır ki, faciə, ümumiyyətlə, insan- 

ları deyil, onların hərəkətlərini, əməllərini və həyatlannı, xoşbəxtliklərini və 

bədbəxtliklərini  təqlid  edir;  xoşbəxtlik  və  bədbəxtlik  isə  özünü  hərəkətdə 

göstərir (“Poetika”, 6-cı fəsil).

Dramaturq insanı  bilavasitə işdə,  əməldə  göstərməklə,  onun xarakter və 

xasiyyətlərini  də bu yolla açmaq əvəzinə, hərəkətin təsvirini unudub, yalnız 

xarakter  və  xasiyyəti  açmağa  fikir  verərsə,  onun  əsəri  öz  qayəsinə  nail  ola 

bilməz.  Şairlər  hərəkət  adamlarmı  onlann  xarakterini  təsvir  etmək  naminə 

göstərmirlər, onlar bu hərəkəti göstərdiklərinə görə xarakterləri də əhatə edir- 

lər.  Şəxsiyyət,  hətta,  xaraktersiz  də  ola bilər,  belə  halda  onu  elə  xaraktersiz 

də göstərmək lazımdır. Rəngkarlıqda rəsmin rolu necədirsə, faciədə də fabu- 

lanın rolu elədir.

Aristotel  hərəkəti  ön  plana  çəkməklə,  faciədə  xarakteri  ifadə  etməyi 

inkar etmir.  O, hadisələrin inkişafından kənarda,  yalnız söz vasitəsilə  xarak- 

terin  təsvirini  əsas  məqsədə  çevirməyin  əleyhinə  çıxır.  Bu  isə,  öz  növbə- 

sində, heç  də o demək deyildir ki, söz faciədə xarakteri ifadə  etməyə kömək 

etməməlidir. Bu o deməkdir ki, xarakterin necəliyi başlıca olaraq hərəkətdən, 

insanın davranışmdan anlaşılmalıdır.

Biz  isə  burada  axırmcı  bir  məsələ  üzərində  dayanaq  ki,  bu  Aristotelin 

katarsis (təmizləmə) məfhumu altında nəyi nəzərdə tutması məsələsidir. Həmin 

məsələ haqqında indiyə qədər geniş ədəbiyyat yaranmış və uzun mübahisələr 

getmişdir.  Bu mübahisələri dörd istiqamətdə qruplaşdırmaq olar;  birinci  isti- 

qamətin  nümayəndələri  problemi  -   etik;  ikincilər  etik-estetik;  üçüncülər  -  

tibbi; dördüncülər isə -  dini nöqteyi-nəzərdən izah edirlər.

Etik nəzəriyyənin nümayəndələrinə Vinçenso Maci, Lessinq və Ordınski 

daxildirlər.  Maci  özünün  1550-ci  ildə  çıxan “İzahlar”ında yazırdı ki,  Aristo-

17


telin  faciəyə  verdiyi  tərifdə  “bu  affektlərdən”  təmizlənmə  haqqındakı  söz- 

lərini “uyğun” affektlərdən təmizlənmə kimi anlamaq lazımdır və buna görə 

də,  deməli,  faciənin  qayəsi  qorxu və  mərhəmətə  uyğun  qəzəb,  tamahkarlıq, 

mənsəbpərəstlik, nifrət və s.  ehtirasların təmizlənməsi mənasında anlaşılma- 

lıdır.  Başqa  sözlə,  Maci  Aristotelin  faciəyə  əxlaqi  baxımdan  yanaşdığını, 

sənətin isə əxlaqi qayə daşıdığını göstərir.

Aristotelin  “Poetika”sı  ilə  əlaqədar  faciənin  əxlaqi  qayəsi  haqqmdakı 

nəzəriyyəni daha mükəmməl şəkildə əsaslandırmağa çalışan Lessinq olmuş- 

dur. Lessinqə görə, Aristotel “katarsis” dedikdə, bəzilərinin düşündüyü kimi, 

mərhəmət ehtirasının hər cür ehtirasları  deyil,  qorxu  və  mərhəmətin bilava- 

sitə özünü və  onlara uyğun ehtirasların təmizlənməsini nəzərdə tutur.  Qorxu 

dedikdə  isə,  nəinki  qarşıdakı  fəlakətin  doğura biləcəyi  zəhmli  hissləri,  eyni 

zamanda,  digər müvafıq duyğuları, məsələn,  baş verməkdə  olan və ya olub- 

keçən fəlakət və bədbəxtlik üzündən yaranan qəm,  hüzn kimi  əzablı  duyğu- 

ları nəzərdə tutmaq lazımdır.  Qorxu və mərhəmət ehtiraslarım məhz belə bir 

tam həcmə malik qorxu və mərhəməti doğuran faciə təmizləyə bilər. Əlbəttə, 

Lessinq onu da göstərir ki,  faciədə  öyüdlü şeylərə  də  təsadüf etmək olar  ki, 

bunlar başqa ehtiraslann da təmizlənməsinə kömək edə bilər, lakin bu, faciə- 

nin  əsas  məqsədini  və  qayəsini  təşkil  etmir.  Bu  onun  poema  və  komediya 

kimi  sahələrlə ümumi  olan  cəhətidir.  Fəci  mərhəmət nəinki  ifrat mərhəmət 

duyğusuna malik adamların, eyni zamanda, bu duyğunu son dərəcə zəif yaşa- 

yan adamlarm da təmizlənməsidir. Fəci qorxu nəinki heç bir fəlakət və bəd- 

bəxtlikdən qorxmayanların,  eyni zamanda hər cür, hətta ən uzaq, ən ağlabat- 

maz bədbəxtliklərdən belə narahat olan adamların qəlbən təmizlənməsidir.

Fəci  əsərdə  müəyyən  qəhrəmanın  iztirablarınm  təsvirinə  baxan  tama- 

şaçının  qəlbində  müztəribə  qarşı  bir  rəhm  və  mərhəmət  yaranır  ki,  bu  da 

qorxu  hissinə  keçir.  Bu  zaman  tamaşaçı  düşünür  ki,  “mən  də  bu  günə  düşə 

bilərəm” və  “fılan-fılan əməllərdən saqmmalıyam”.

İfrat  dərəcə  heç  nədən  qorxmayan  adamların  düşə  biləcəyi  fəci  vəziy- 

yətləri uyğun səhnələrdə  canlandırmaqla,  faciə belələrinin qəlbini  qorxunun 

köməyilə  yumşaldır,  “yuyur”,  “təmizləyir”sə,  insani  iztirabların  qanunauy- 

ğunluğu  və  zəruriliyini  göstərməklə,  insanları  fəlakəti  səbirlə,  yüksək 

mənəvi vüqarla qarşılamağa alışdırmaqla, həddən artıq qorxaq olanlara ürək- 

dirək verir, onları cəsarətləndirir, ülvi mənəvi amallara səsləyir və s.

Faciənin yaratdığı qorxu və mərhəmət insanı əxlaqi cəhətdən saflaşdırır, 

fəzilətləndirir.  Ordınski  “Poetikaya”  yazdığı  şərhlərində  “katarsis”in  etik- 

əxlaqi mənasını əsaslandıran Lessinqin bütün bu fıkirlərinə tərəfdar çıxır.

Bəzi alimlər “təmizlənməyə” əxlaqi məna verən baxışlarla razılaşmırlar. 

Bununla yanaşı, katarsisi başqa mövqelərdən şərh etməklə, onun əxlaqi məna-

18

smı tamam danmayanlar da vardır. Məsələn, Belçika alimi P.Somville “Katarsis 



və Aristotel estetikası” (Brüssel,  1971) adlı əsərində yazır: “Əlbəttə, Aristotel 

fəci tamaşanm və musiqi ladlannın tərbiyəvi əhəmiyyətini “Poetika” və “Poli- 

tika” əsərlərində qeyd edir, lakin o, katarsis anlayışını tərbiyə anlayışına mün- 

cər etmir”.

Bolqar  alimi  Aleksandr Niçev  isə  “Aristoteldə  fəci  təmizlənmənin  sir- 

ləri” adlı tədqiqatmda (Sofiya,  1970) katarsisin əxlaqi və idraki əhəmiyyətinə 

ayrıca nəzər salır.

İkinci nəzəriyyə məşhur alman filosofu Zellerin adı ilə daha çox bağlıdır. 

Zeller “Yunan fəlsəfə tarixi”ndə Aristotelin “təmizlənmə” haqqındakı fikir- 

lərini şərh edərək yazır: “İncəsənət affektləri şəxsi deyil, ümumbəşəri cəhət- 

lərə  müncər  etmək,  öz  qanunlanna  tabe  etmək,  müəyyən  mənada  onlara 

hakim olmaq, qüvvələrini məhdudlaşdırmaq yolu ilə saflaşdmr, sakitləşdirir. 

Məsələn,  faciə  öz  qəhrəmanlannın  başına  gələn  əhvalatlar  vasitəsilə  bəşər 

taleyinin ədəbi qanunlannın təcəssümünü göstərirsə, musiqi coşan ehtirasları 

ritm və ahəngin köməyi ilə səngidib sakitləşdirir. Fəci şairin vəzifəsi mərhə- 

mət  və  qorxu  hisslərini  şiddətləndirmək  yolu  ilə  təmizləməkdir.  Gözümüz 

önündə  canlanan  bədbəxtliklər  mərhəmət  hissimizin  oyanmasına  səbəb 

olduğu kimi  müztəriblə yaxınlığımızı  anlamağımız da həyatımız  üçün qorxu 

hisslərimizin oyanmasına bais olur”.

Üçüncü  nəzəriyyənin  nümayəndəsi  alman  alimi  Bemays  isə  “katarsis”i 

tibbi  baxımdan  izah  etmişdir.  Onun  fikrincə,  faciənin  köməyi  ilə  qorxu  və 

mərhəmət  ehtiraslanndan  təmizlənmə  teatr  tamaşaçısının  qəlbində  yaranan 

müəyyən təbii reaksiyanın nəticəsində baş verir. Tamaşada göstərilən duyğu- 

lara müvafiq, oxşar duyğular ilə teatra gələn adamm qəlbindəki mövcud hiss- 

ləri həyəcana gətirməyin, onları gərgin bir məqama çatdırmağın nəticəsi olmaq 

etibarilə bu reaksiya mərhəmət,  qorxu kimi uyğun həyəcanlı hisslərə şövqlü 

adamlann həmin hisslərini yuyur, duruldur, göz yaşmdan yüngülləşmə zamanı 

olduğu kimi, insanda xüsusi bir yüngülləşmə və razılıq, rahatlıq hissi doğurur.

Bemays kimi Lenert də təmizlənməyə “tibbi”, “homopostik” məna verə- 

rək, ona affekti affektlə təmizləmək kimi baxır.

Haupt, Ronde və İvanov isə Aristotelin “katarsis” nəzəriyyəsinin mənasmı 

dini  nöqteyi-nəzərdən  izah  etməyə  çahşmışlar.  Bu nəzəriyyənin  tərəfdarla- 

nna görə, Aristotel “təmizlənmə” istilahını dini misteriyalar dilinin lüğət tərki- 

bindən götürmüş ki, bu da faciə ilə sıx rabitədə olan Dionis kultu ilə bağlıdır.

Dini-intellektual nəzəriyyənin  nümayəndələrinin  fikri,  bir növ,  Lukretsi 

Kann  “Şeylərin  təbiəti  haqqında”  əsərində  təsvir  olunan  bir  hissin  elmi- 

obrazlı izahı ilə həmahəngdir. Lukretsi yazır ki, başqasının tufan zamanı dər- 

yada təhlükəyə qərq olmasmı seyr etmək doğrudan da adama xoşdur, ona görə

19


yox  ki,  özgəsinin  bədbəxtliyinə  tamaşa  eləmək,  ümumiyyətlə,  xoşdur.  Ona 

görə  ki,  insanın  özünü  fəlakət  və  ya  döyüş  meydanmdan  kənarda,  tamam 

təhlükəsiz bir yerdə olmasını hiss etməsinin özü xoş və sevindiricidir.

Yuxudan ayılan bir adam, ağlı başına gələr-gəlməz, röyadakı keşməkeş- 

lərdən  qurtardığına sevindiyi kimi faciəyə baxan adam da sevinir ki, o,  qəh- 

rəmanm düşmüş olduğu bədbəxtliyə düşməmişdir.  Bu ona müəyyən mənada, 

təsəlli  verir  və  tamaşaçı  özündə  bir  yüngüllük  hiss  edir.  Bu  isə,  bir  növ, 

bulanıq çay selinin cuşa gəlib səngiməsindən sonra yaranan durulmaya bən- 

zəyir ki,  elə təmizlənmə də budur.

Şübhəsiz ki,  bu nəzəriyyələrin hərəsinin müəyyən üstünlükləri  olsa  da, 

aynlıqda,  onlardan heç biri “katarsis”in mənasını tam ifadə edə bilmir.

Aristotelin  bu  əsərdə  toxunduğu  bir  sıra  başqa  məsələlər  (faciənin  və 

komediyanın mənşəyi və tarixi, onlann təqlid obyekti və qayələri, qədim yunan 

faciəsinin  quruluşu  və  xarakteristikası,  fabulanm  növləri  və  şəkilləri  və s.) 

haqqında  bu  kitabm  sonunda  verilən  xüsusi  şərh  və  izahlarda  da  məlumat 

vardır.

Aslan Aslanov

20

İ POtTlKA



1

s

m

lagnıııiiiııııniiniiiıiiaıııiiiııııııiiBi



m

B iz  həm  ümumiyyətlə  poetik  sənətdən,  həm   də  onun  ayrı-ayrı 

növlərindən, bu növlərin hər birinin əhəm iyyətinin təqribən nədən iba- 

rət  olduğundan,  həmçinin  poetik  əsərin  yaxşx  çıxması  üçün  fabulanın 

necə  qurulmalı  olduğundan  bəhs  edəcəyik;  bundan əlavə,  poetik  ə s ə - 

rin  neçə  və  hansı  hissələrdən  ibarət  olduğundan,  e ləc ə  də  həmin  bu 

m əsələyə  dəxli  olan  bütün  digər  şeylərdən  danışacağıq;  söhbətimizə, 

işin mahiyyətinə uyğun olaraq,  ən əsas m əsələd ən  başlayaq.

Epik  və  fəci  poeziya,  həmçinin  komediya  v ə  difırambik  poeziya, 

avletika və kifaristikanm böyük bir qismi -  bütün bunlar hamısı, ümu- 

m iyyətlə desək, təqlidi  sənətlərdir; bu sənətlər bir-birindən üç cəh ət- 

dən; ya təqlidin nə ilə olduğuna, ya nəyin təqlid olunduğuna, ya da təq- 

lidin necə olduğuna görə fərqlənir ki, bunlar da həm işə eyni cür olmur.

Şeyləri  təcəssüm  zamam  n ecə  ki,  bəziləri  ustalıq  sayəsində,  baş- 

qaları  vərdişlə,  digərləri  isə  təbii  istedadın  sayəsində  rənglərdə  və 

formalarda bir çox cəhətləri təqlid edirlər, indicə adları çəkilən sənət- 

lərin də hamısında b elə olur. Burada da eynilə təqlid, ya ayrı-ayrılıqda 

və ya birlikdə ritm, söz v ə harmoniyanın köm əyi ilə başa gəlir: belə ki, 

harmoniyadan  və  ritmdən  yalnız  avletika,  kifaristika  v ə  

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin