281) Hansı spesifik immunoterapiya aparıldıqda anafilaktik şok daha tez inkişaf edir?
A) Allergik applikasiya metodu ilə yeridilməsi
B) Allergen peroral yeridilərkən
C) Udmadan dilaltına qoyduqda
D) Dəri kvadratları üsulu ilə yeridilərkən
E) Allergen parenteral yeridilməklə
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические
282) Göstərilən hansı kliniki əlamətlər anafilaktik şokun abortiv gedişi üçün səciyyəvidir?
A) Prodormal dövrün olmaması
B) Kəskin ürək-damar çatışmazlığı
C) Xoşxassəli gedişata malikdir
D) Beyinin ödemi
E) Həyati vacib orqanlarda ağır, geridönməz dəyişikliklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г. с. 484
283) Göstərilən hansı əlamətlər anafilaktik şokun gedişinin abdominal variantı üçün səciyyəvidir?
A) Kəskin tənəffüs çatışmamazlığı
B) Beyin ödemi simptomlarının
C) «Kəskin qarın» simptomlarının mövcudluğu
D) Kəskin ürək çatışmamazlığı
E) Boğulma tutmaları
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Анафилактический шок. Лечение болезней легких» 2005 г.
284) Hansı xəstəliklərdə allergik iltihab qeyd olunur?
A) Zəhərlənmə
B) Pollinoz
C) Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri (AXOX)
D) Ooforit
E) Timusun hiperplaziyası
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
285) Uzun təsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) Kəskin xoşxassəli gediş
B) Kəskin bədxassəli gediş
C) Heç biri
D) Residiv verən və uzanmış gediş
E) Abortiv gediş
Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г., s. 487
286) Anafilaktik şokun gedişinin serebral variantı üçün nə səciyyəvidir?
A) Boğulma tutması
B) Beynin ödemi simptomları
C) Kəskin tənəffüs çatışmamazlığı
D) «Kəskin qarın» simptomları
E) Kəskin ürək çatışmamazlığı
Ədəbiyyat: Под ред. А. И. Грицюка. «Неотложные состояния в клинике внутренних болезней» 1985 г.
287) Anafilaktik şokun kəskin dövrdə baş verən fəsadları nə ilə xarakterizə olunur?
A) Arterial təzyiqin artması ilə
B) Kəskin tənəffüs çatışmazlığı simptomlarının olmaması ilə
C) Qarın ağrılarının olmaması ilə
D) Kəskin ürək qan-damar çatışmazlığı simptomlarının olmaması ilə
E) Həyati vacib orqanlarda ağır,geri dönməz dəyişikliklər ilə
Ədəbiyyat: Под ред. А. И. Грицюка. «Неотложные состояния в клинике внутренних болезней» 1985 г.
288) Şok əleyhinə tədbirləri zamanı hansı preparatların istifadəsi mütləqdir?
A) β-adrenoblokatorlar
B) Adrenalin və qlükokortikosteroidlər
C) Antibakterial preparatlar
D) Hemodez
E) Diuretiklər
Ədəbiyyat: Под ред. Е. И. Чазова. «Неотложные состояния и экстренная медицинская помощь» 1990 г.
289) Anafilaktik şokun müalicəsi zamanı aparılan tədbirlər nədən başlamalıdır?
A) Antibakterial preparatlarının yeridilməsindən
B) Yerindəcə təcili tibbi yardımın göstərilməsi və adrenalinin yeridilməsindən
C) İxtisaslaşmış «Təcili yardım» briqadasının çağrılmasından
D) Mədənin yuyulmasından
E) Xəstənin tibbi müəssisəyə nəql olunmasından
Ədəbiyyat: Под ред. Е. И. Чазова. «Неотложные состояния и экстренная медицинская помощь» 1990 г.
290) Allergenin təsirindən sonra hansı vaxt ərzində anafilaktik şok yarana bilər?
A) 7 saat sonra
B) 10-12 saat sonra
C) 2-ci sutkada
D) 24 saat sonra
E) Bir neçə saniyədən 1-2 saata qədər
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г. с. 530
291) Anafilaktik şokun müalicəsində işlədilən ilk seçim preparatı hansıdır?
A) Adrenalin
B) Ventolin
C) Dekstran
D) Dimedrol
E) Eufillin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
292) Qansorucu həşəratların dişdəyi yerində yaranmış allergiyanın yerli təzahürü hansıdır?
A) Dərinin kəskin quruması və/və ya lixenifikasıya
B) Düyünlü eritema və/və ya qabıqların yaranması
C) Dərinin çatlaması
D) Yerli reaksiya müşahidə edilmir
E) Kəskin eritema və/və ya vezikulyoz - bullyoz səpgi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 500
293) Həşərat sancması nəticəsində yaranmış anafilaktik şokda əsas ölüm səbəbi hansıdır?
A) Övrə
B) Ensefalit
C) Kollaps və ya nəfəs yollarının obstruksiyası
D) Sepsis
E) Böyrək çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 501
294) Dərman vasitələrinin istifadəsi nəticəsində yaranmış hansı dəri təzahürü qeyri - allergik reaksiyalara aiddir?
A) Layell sindromu
B) Allergik vaskulit
C) Artüs fenomeni
D) Lixenoid səpgilər
E) Övrə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 524
295) Hansı dərman(lar) İgE asılı anafilaksiya yarada bilər?
A) İnsulin
B) Aspirin
C) Siprofloksasin
D) Dekstranlar
E) Rentgenkontrast maddələr
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 530
296) Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq anafilaktik şokun gediş variantı hansı deyil?
A) Hemodinamik variant
B) Serebral variant
C) Abortiv variant
D) Abdominal variant
E) Asfiksik variant
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 10
297) Hamilə qadında anafilaktik şok baş verərsə kaval kompressiyanın qarşısını almaq məqsədlə onu hansı vəziyyətdə saxlanılması tövsiyə olunur?
A) Sağ böyrü üstə uzadılması
B) Vəziyyətin əhəmiyyəti yoxdur
C) Oturaq vəziyyət
D) Sol böyrü üstə uzadılması
E) Kürək üstə uzadılması
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 17
298) Anafilaktik şok zamanı hansı xəstələrdə oturaq vəziyyətə üstünlük verilə bilər?
A) Hipertoniyalı xəstələrdə
B) Qanaxmalı xəstələrdə
C) Tənəffüs pozulması olan xəstələrdə
D) Serebral pozuntuları olan xəstələrdə
E) Hamilə qadınlarda
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 17
299) Anafilaktik şok zamanı hansı antihistamin preparatın istifadəsi tövsiyə olunmur?
A) Prednizolon
B) Adrenalin
C) Setirizin
D) Pipolfen
E) Tavegil
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 19
300) Anafilaktik şokun ilkin yardımı zamanı dərman preparatlarının ilk növbədə hansı üsulla yeridilməsi tövsiyə olunur (daha tez icra olunmasının mümkünlüyü baxımından)?
A) İnhalyasion
B) Per cutaneus
C) Vena daxili
D) Əzələ daxili
E) Per os
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 17
301) Anafilaktik şokun klinik gedişatına hansı xarakter deyil?
A) Ləng gediş
B) Residivləşən gediş
C) Xroniki gediş
D) Abortiv gediş
E) Kəskin bədxassəli gediş
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 8
302) Əgər, hər dəfə süd qəbulundan sonra həzm olunmursa və diareya müşahidə olunursa, bu nəyin əlaməti ola bilər?
A) Südə yalançı allergiya
B) Südə allergiya
C) Saxaraza - izomaltaza fermentlərinin defisiti
D) Laktaza fermentinin defisiti
E) Südlə qida zəhərlənməsi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 568
303) Qida allergiyasının ən ağır sistem təzahürü hansıdır?
A) Atopik dermatit
B) Övrə
C) Oral allergik sindrom
D) Bronxial astma
E) Anafilaktik şok
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 299
Tənəffüs orqanlarının allergik xəstəlikləri
304) Qırtlağın allergik ödeminin başlanğıc simptomlarına hansılar aid deyil?
A) “Stridoroz” tənəffüs
B) Xırıltılı səs
C) Ekspirator təngənəfəslik
D) İnspirator təngənəfəslik
E) “Tutqun” öskürək
Ədəbiyyat: Лолор, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
305) Qırtlağın allergik ödemi zamanı hansı təxirəsalınmaz tədbirlər məqsədə uyğun deyil?
A) Adrenalinin parenteral yeridilməsi
B) Laziksin parenteral yeridilməsi
C) Qlukokortikoidlərin vena daxili yeridilməsi
D) Antihistamin preparatların həb şəklində qəbulu
E) İsti ayaq vannaları
Ədəbiyyat: Лолор, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
306) Astma tutmasını tez aradan götürən preparat hansıdır?
A) Ketotifen
B) Salmeterol
C) Salbutamol
D) Kalsium qlukonat
E) İntal
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
307) Aspirin astmasının müalicəsində uyğun preparat hansıdır?
A) Tayled
B) Dezloratadin
C) Montelukast
D) Omalizumab
E) Teopek
Ədəbiyyat: А. Г. Чучалин. «Глобальная стратегия лечения и профилактики бронхиальной астмы» 2006г.
308) Bronxial astmanın atopik (allergik) variantının baş verməsində əsas səbəb amili
hansıdır?
A) Endokrin sistemində pozğunluq
B) Aspirin keçirməməzliyi
C) Vegetativ sinir sistemində pozğunluq
D) Allergenlər
E) Mərkəzi sinir sistemində pozğunluq
Ədəbiyyat: Н. Р. Палеева. «Болезни органов дыхания. Руководство для врачей» 1990г.
309) Döş qəfəsi orqanların rentgenoqrafiyasında “arı pətəyi” əlaməti və düyünlü infiltratlar hansı xəstəlik üçün xarakter ola bilər?
A) Hemotoraks
B) Bronxial astma
C) Aspirin astması
D) Ekzogen allergik alveolit
E) Pnevmokokk pnevmoniyası
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 585
310) Atopik forma bronxial astmanın müalicəsində ‘‘bazis terapiyasına‘‘ aid preparat hansıdır?
A) Berodual
B) Teofillin
C) Berotek
D) Budesonid
E) Ventolin
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
311) Bronxial astmanın idarə edilməsində istifadə olunan yüngülləşdirici preparat hansıdır?
A) Omalizumab (ksolar)
B) Flutikazon propionat
C) İntal
D) Akolat
E) Fenoterol
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
312) Hal-hazırda bronxial astma necə xəstəlik hesab edilir?
A) Ağciyərin birləşdirici toxumasının yarım kəskin zədələnməsi
B) Ağciyərin interstisial toxumasının xronik xəstəliyi
C) Boğulma tutması ilə xarakterizə olunan sporadik xəstəlik
D) Tənəffüs yollarının xronik iltihabi xəstəliyi
E) Tənəffüs yollarının xronik iltihabi xəstəliyi
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
313) Bronxial astmadan əziyyət çəkən xəstə xarici tənəffüs funksiyasına özü nəzarət etmək üçün hansı tibb avadanlığından istifadə edir?
A) Pletizmoqraf
B) Pnevmotaxoqraf
C) Spiroqraf
D) Qanın qaz tərkibini yoxlayan analizator
E) Pikfluometr
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
314) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?
A) Kimyəvi qıcıqlandırıcı maddələr
B) Sürətli tip allergiya
C) Fiziki iş
D) Adrenoreseptorların fəallaşması
E) Dərman qəbulu
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
315) Atopik bronxial astmanın immunoloji mexanizmi hansıdır?
A) Sürətli tipli allergik reaksiya
B) Həm sürətli tipli, həm də ləng tipli allergik reaksiya
C) İmmunokompleks reaksiyalar
D) Autoimmun mexanizm
E) Ləng tipli allergik reaksiya
Ədəbiyyat: И.Д. Копылев. «Болезни органов дыхания» 2000г.
316) İntalın inhalyasiyası üçün göstəriş nədir?
A) Xroniki bronxit
B) Bronxial astma tutmasının profilaktikası
C) Bronxial astmanın kəskin tutmasının müalicəsi
D) Yuxarı tənəffüs yollarının kəskin infeksiyasının müalicəsi
E) Astmatik statusun müalicəsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005 г.
317) ß2-adrenoreseptorları stimulyasiya edən qısa müddətli təsirə malik olan adrenomimetiklərdən hansı məqsədlə istifadə olunur?
A) Bronxların qalınlaşmasının qabağını almaq üçün
B) Boğulmanın kəskin tutmasının aradan qaldırılması üçün
C) Tənəffüs çatmamazlığını azaltmaq üçün
D) Astmada ilitihabəleyhinə təsirinə görə
E) Bronxial astma tutmalarının uzunmüddətli profilaktikası üçün
Ədəbiyyat: В. А.Остапенко, В.А.Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
318) Sürətli tipli allergik reaksiyanın gecikmiş (2-4 saat ərzində) fazasında əmələ gələn mediator aşağıdakılardan hansıdır?
A) Histamin
B) Serotonin
C) Asetilxolin
D) Leykotriyenlər
E) Bradikinin
Ədəbiyyat: : Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
319) Atopik bronxial astmanın kəskinləşmə səbəbi daha çox hansıdır?
A) Xlamidiyalar
B) Havada olan bakteriyaların həyat fəaliyyətinin maddələri
C) Ev tozu
D) Helmintlər
E) Kif göbələklərinin sporları
Ədəbiyyat: И.Д. Копылев. «Болезни органов дыхания» 2000г.
320) İmmunoqlobulinlərin sinifləri arasında reaginlərə ən uyğun olanı hansıdır?
A) İgA
B) İgG
C) İgD
D) İgM
E) İgE
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
321) Qida allergiyası anlayışına nə aiddir?
A) Qida maddələrinin uyğunlaşmaması
B) Qida maddələrinə allergik reaksiya
C) Qida maddələrinə toksiko-allergik təsir
D) Qida maddələrinə davamsızlıq
E) Qida maddələrinin toksiki təsiri
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
322) Müalicəyə başlamazdan əvvəl bronxial astmanın ağırlıq dərəcəsini hansı müayinə üsulu ilə təyin etmək olar?
A) Spirometriya ilə
B) Yalnız obyektiv müayinə ilə
C) EKQ və pikfluometrapiya ilə
D) Rentgen müayinəsi ilə
E) Dəridə allergik testlərin aparılması ilə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
323) Aspirin mənşəli bronxial astma xəstələrinə hansının qəbul edilməsi məsləhət görülmür
A) Sulfanilamid preparatların
B) Antikoaqulyantların
C) Azitromisinin
D) Qeyri-steroid iltihab əleyhinə preparatların
E) Maqnezi sulfatın
Ədəbiyyat: Под ред. Лолора, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
324) Bronxial astmanın kəskinləşməsinə hansı qrup preparatlar səbəb ola bilər?
A) Angiotenzin II reseptorlarının antaqonistləri
B) Kalsi ionlarının antaqonistləri
C) Bronxolitiklər
D) Tiazid qrup diuretiklər
E) β-adrenoblokatorlar
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
325) Allergik rinitin əsas simptomlarından biri hansıdır?
A) Təngənəfəslik
B) Baş gicəllənmə
C) Burundan selikli ifrazat
D) Ürəkdöyünmə
E) Baş ağrıları
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
326) Allergik rinitin əsas simptomlarından biri hansıdır?
A) Akrosianoz
B) Bradikardiya
C) Burunda qaşınma
D) Arterial hipotenziya
E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
327) Ekzogen allergik alveolitin kəskin forması tipik hallarda nədən sonra inkişaf edir?
A) Antigenin aşağı konsentrasiyası ilə birinci kontaktdan sonra
B) Antigenin aşağı konsentrasiyası ilə kontakt olduqda
C) Antigenin təsiridən asılı deyil
D) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri varsa
E) Antigenin konsentrasiyası kəskin ifadə olarkən, böyük və ağır kontakt
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987 г.
328) Ekzogen allergik alveolitin kəskin formasının təzahürü antigenlə kontakdan neçə saat sonra inkişaf edir?
A) 24-36 saat
B) 36-48 saat
C) 48-72 saat
D) 12-24 saat
E) 4-6 saat
Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 229
329) Ekzogen allergik alveolitin kəskin forması üçün nə xarakterikdir?
A) Leykositoz, neytrofilez
B) EÇS-in kəskin artması
C) Yüksək eozinofiliya
D) Limfositoz
E) Neytrofilez, eozinofiliya
Ədəbiyyat: А.Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
330) Ekzogen allergik alveolitin kəskin forması üçün hansılar xarakterikdir?
A) Ağciyərlərdə ocaqlı infiltratlar
B) Bronxopulmonal limfa düyünlərinin böyüməsi
C) Plevral boşluqda maye
D) Bütöv bir payı tutan infiltrativ dəyişikliklər
E) Ağ ciyərlərin fibrozunun əlamətləri
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
331) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :
A) Quru öskürək
B) Bronxektoziya
C) Bronxial astma
D) «Bazar ertəsi fenomeni», öskürək, təngənəfəslik
E) Miliar vərəm
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 585
332) Ekzogen allergik alveolitin xroniki forması nədən sonra inkişaf edir?
A) Antigenin aşağı kontentrasiyası ilə ilk kontaktdan sonra
B) Antigenin kəskin ifadə edilmiş konsentrasiyasında böyük, geniş kontakt yarandıqda
C) Yalnız bir neçə antigen birlikdə təsir edirsə
D) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri olduqda
E) Antigenin konsentrasiyası və təsir müddətindən asılı deyil
Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 229
333) Ekzogen allergik alveolitin bütün formaları üçün hansılar xarakterikdir?
A) Qusma
B) Öskürək, təngnəfəslik, yorğunluq
C) Quru öskürək
D) Ürəkbulanma
E) Qanhayxırma
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
334) Ekzogen allergik alveolitin bütün formalarında ağ ciyərlər üzərində nə eşidilir?
A) Fitli xırıltılar
B) Yaş xırıltılar
C) Tənəffüsün zəifləməsi
D) Quru xırıltılar
E) Plevranın sürtünmə səsi
Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 230
335) Kəskin ekzogen allergik alveoliti nə ilə diferensiasiya etmək lazımdır?
A) Ağciyərlərin exinokokkozu ilə
B) Pnevmoniyalarla
C) Plevritlə
D) Ağciyər absesi ilə
E) Ürək xəstəlikləri ilə
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
336) Allergik rinitin erkən mərhələsinin əlamətləri hansı hüceyrələrin mediatorları ilə əlaqədardır?
A) Neytrofillərin
B) Monositlərin
C) Eozinofillərin
D) Tosqun hüceyrələrin
E) Bazofillərin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
337) Allergik rinitin əlamətləri bu hüceyrələrin iştirakı ilə əlaqədardır, birindən başqa?
A) Tosqun hüceyrələrin
B) Alveolositlərin
C) Eozinofillərin
D) Bazofillərin
E) Neytrofillərin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
338) Kromonlar hansı xəstəlikdə istifadə olunmur?
A) Allergik rinitdə
B) Bronxial astmada
C) Allergik övrədə
D) Pollinozda
E) İdiopatik ağciyər fibrozlarıında
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
339) Əksər hallarda gecə saatlarında obstruksiya güclənərsə, istifadə olunan preparatlardan üstünlüyü hansına verirlər?
A) Efedrinə
B) Salbutamola
C) Fenoterola
D) Beroduala
E) Seretidə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»
2008 г.
340) Restriktiv pozuntular üçün spirometriyanın hansı göstəricilərinin azalması səciyyəvidir?
A) Tənəffüs həcmi
B) Tiffno indeksi
C) Alveolyar ventilyasya
D) Ağciyərlərin həyat tutumu
E) Ekspirasiyanın ehtiyat həcmi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
341) Bunların hansı ağciyər eozinofiliyasının səbəblərindən biri deyil?
A) Şiş xəstəlikləri
B) Göbələk sensibilizasiyası
C) Alkoqol qəbulu
D) Tozcuq sensibilizasiyası
E) Nikel istehsalatında işləmək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
342) Sadə ağciyər eozinofiliyanın (Leffler sindromu) patogenezində aparıcı rolu hansı mexanizmlər oynayır?
A) Ləng tipli reaksiya
B) Sitotoksik mexanizm
C) Reagin + immunokompleksli mexanizmlər
D) İmmunosupressiv mexanizmlər
E) Autoimmun mexanizmlər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590
343) Ekzogen allergik alveolit Gell-Kumbs təsnifatına görə hansı tipdə inkişaf edir?
A) I tip (İgE-asılı)
B) heç biri
C) İmmunokompleks və ləng tip
D) Sitotoksik
E) Sürətli tip
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 585
344) Sadə ağciyər eozinofiliyası üçün hansı rentgenoloji dəyişikliklər səciyyəvidir?
A) Ağciyər fibrozu əlamətləri
B) Bronxopulmonal limfa düyünlərinin böyüməsi
C) İnterstisial dəyişikliklər
D) Plevra boşluğunda maye
E) Ağciyərlərdə hər iki tərəfdən miqrasiyaedici infiltratlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
345) Ekzogen allergik alveolitdə klinik simptomlar adətən antigenlə təmasdan nə qədər müddət sonra inkişaf edir?
A) 40 dəqiqədən sonra
B) 4-12 saat sonra
C) 25 dəqiqədən sonra
D) ilk 10 dəqiqədə
E) 12 sutkadan sonra
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
Dostları ilə paylaş: |