Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) İrsi angioödemin neçə tipi var?



Yüklə 1,32 Mb.
səhifə3/13
tarix16.03.2017
ölçüsü1,32 Mb.
#11744
1   2   3   4   5   6   7   8   9   ...   13

146) İrsi angioödemin neçə tipi var?
A) 2

B) 6


C) 5

D) 4


E) 3
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 474

147) Bəlgəmin müayinəsində bol alveolar makrofaq, eozinofil və Şarko-Leyden kristalları tapılan bir xəstədə ilk növbədə aşağıdaılardan hansı düşünülməlidir?
A) Bronxial astma

B) Silikoz

C) Ağciyər adenokarsinoması

D) Virus pnevmoniyası

E) Bronxopnevmoniya
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)37
148) Mikoplazma pnevmoniyasında aşağıdakılardan hansı görünür?

A) Kəskin bronxit

B) İnterstisial pnevmoniya

C) Lobar pnevmoniya

D) Ağciyər absesi

E) İrinli bronxopnevmoniya


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 127
149) Hansı xəstəliyin müalicəsində pankreatik fermentlər istifadə edilir?
A) Kvinke ödemi

B) Qeyri - allergik (psevdoallergik) övrə

C) Allergik övrə

D) Zərdab xəstəliyi

E) İnsekt allergiya
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г., s. 392
150) Dərmana qarşı yaranan hansı klinik əlamət Gell Kumbs təsnifatına görə I tip üzrə inkişaf edir?
A) Anafilaktik şok

B) Anemiya

C) Trombositopeniya

D) Zərdab xəstəliyi

E) Layella sindromu
Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.144
151) Qida allergeni ilə təxribat testi aparmaqdan neçə müddət öncə şübhəli qida rasiondan xaric edilməlidir?
A) 2 həftə

B) 12 saat

C) 3 gün

D) 1 gün


E) 1 həftə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 569
152) Hansı halda qida allergenləri ilə təxribat testi aparmaq olmaz?
A) Yanaşı bronxial astma olduqda

B) Günahkar qida allergenini aşkarlamaq mümkün olmadıqda

C) Xəstəliyin remissiyasında

D) Anamnezdə nə vaxtsa şübhəli qidadan anafilaktik reaksiya olubsa

E) Yanaşı parazitar invaziya olduqda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 569

153) 24 - yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Revmatizm

B) Zərdab xəstəliyi

C) Hemorragik vaskulit

D) Limfoqranulematoz

E) İnfeksion mononukleoz
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004

Tozcuq allerqiyası

154) Tozcuq allergiyası zamanı hansı antihistamin preparatı daha yaxşı effekt verir?

A) Setirizin

B) Simetidin

C) Famotidin

D) Ranitidin

E) Nizatidin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.

155) Pollinoz üçün hansı dərmana allergiya ilə birgə gediş ən xarakterikdir?

A) Sadalananların hamısı

B) Sulfanilamid preparatlarına

C) Fenotiazin sırası preparatlara

D) Aspirin və pirozolon törəmələrinə

E) Bitki mənşəli dərmanlara

Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000 г.
156) Pollinozlarda hansı qidaya qarşı yanaşı gedən qida allergiyası inkişaf edir?

A) Balığa

B) Quş ətinə

C) Bala


D) Şokolada

E) Süd və süd məhsullarına


Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000г.
157) Tozcuqlu bronxial astma üçün nə xarakterikdir?

A) İlin payız vaxtında kəskinləşmə

B) Otaqlarda, mənzildə yır-yığış edərkən kəskinləşmə

C) İlin qış fəslində kəskinləşmə

D) Prosesin il boyu gedişi

E) İlin yaz-yay vaxtlarında kəskinləşmə


Ədəbiyyat: И. Д. Копылев. «Болезни органов дыхания» 2000г.
158) Tozcuqlarla təması azaltmaq üçün alına biləcək tədbirlər

A) Gözləri tozcuqlardan qorumaq üçün eynək və ya günəş eynəyi taxılmalı

B) Tozcuq konsentrasiyası yüksək olduğu saatlarda mümkün qədər küçəyə çıxmamalı

C) Tozcuq konsentrasiyası yüksək olduğu saatlarda ağız və burun maska ilə örtülməlidir

D) Tozcuq konsentrasiyası ən yüksək olduğu saatlarda pəncərələr bağlı saxlanılmalı

E) Ağ ciyərlərin bütün funksional pozğunluqları tamamilə normallaşır


Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.97
159) Pollinozun kəskinləşməsinin profilaktikasına yönəlmiş ən effektli üsul hansıdır?

A) İynərefleksterapiyası

B) Antimediator dərman preparatlarının təyini

C) Fizioterapiya

D) Spesifik immunoterapiya

E) Qlükokortikosteroidlərin təyini


Ədəbiyyat: Н. Р Палеев. «Болезни органов дыхания» 2000г.
160) Aşağıdakılardan hansı tozcuq allergiyası zamanı meydana çıxan klinik əlamətlər üçün səciyyəvidir?

A) Quru isti küləkli havada artması

B) Hava şəraitindən asılı olmaması

C) Yağışlı havada artması

D) İlin soyuq vaxtında artması

E) Quru isti küləkli havada azalması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
161) Allergik reaksiyanın patokimyavi mərhələsi səviyyəsində təsir göstərən və hədəf- hüceyrələrdən allergiya mediatorlarının azad olmasının qarşısını alan preparatlar qrupu necə adlanır?

A) Membranostimulyatorlar

B) Membranostabilizatorlar

C) Membranoaktivatorlar

D) Membranoblokatorlar

E) Membranokorrektorlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
162) Pollinozlarda allergik anticismlər əksəriyyətcə hansı lokalizasiyalı hədəf-hüceyrələrdə fiksasiya olunur?

A) Kiçik qan damarları yaxınlığında

B) Konyuktiva və respirator apparatın selikli qişasında

C) Parenximatoz orqanların damarlarında

D) Mədə-bağırsaq traktında

E) Dəridə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
163) Tozlu allergik konyuktivit nə zaman kəskinləşir?

A) İlin mövsümündən asılı olmayaraq

B) Mövsümə uyğun olaraq ilin soyuq aylarında

C) Yalnız rütubətli havada

D) Bütün il boyu

E) Mövsümə uyğyn bahar-yay dövründə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
164) Allergik rinitlərdə paranazal sinusların cəlb olunması adətən hansı xarakter daşıyır?

A) Allergik

B) Neyrosirkulyator

C) Toksik

D) İrinli

E) Virus
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.


165) Tozcuq mənşəli bronxial astma nə zaman kəskinləşir?

A) Mövsümdən asılı olmayaraq yalnız soyuqladıqda

B) İlin mövsümündən asılı olmayaraq

C) İlin soyuq aylarında

D) İl boyu, mövsumdən asılı olmayaraq

E) Mövsümə uyğun yaz-yay dövründə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
166) Pollinozlarda tez-tez hansı məhsullara qarşı qida allergiyası yaranır?

A) Süd və süd məhsullarına

B) Yumurtaya

C) Balıqa

D) Quş ətinə

E) Bitki mənşəli məhsullara


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
167) Pollinozların klinik təzahürlərinə biri aid deyil:

A) Bronxial astma

B) Allergik rinit

C) Atopik dermatit

D) Allergik konyunktivit

E) Kontaktlı dermatit


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
168) Pollinozlarda daha səciyyəvi qida allergiyası hansı məhsullara qarşıdır?

A) Quş ətinə

B) Şokolada

C) Südə


D) Yumurtaya

E) Qozlara


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
169) Pollinozu olan xəstəyə soyuqdəymə zamanı hansı birini istifadə etmək məsləhət deyil?

A) Analgini

B) Parasetamolu

C) Fenasetini

D) Aspirini

E) Balı
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.


170) Bronxial atsmanın mövsümə uyğun kəskinləşməsində hansı prepratları istifadə etmək olmaz?

A) Fenatiazini

B) Sulfanilamid preparatlarını

C) Etilentiamin törəmələrini

D) β-adrenostimulyatorlar

E) β-adrenoblokatorları


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Национальное руководство. Пульмонология» 2008 г.
171) Pollinozun spesifik immunoterapiyasının klassik üsulu zamanı allergen ekstarktı necə yeridilir?

A) Dəri altı

B) Oral yolla

C) İnhalyasiya üsulu ilə

D) Kombinə olunmuş üsullarla

E) Aplikasiya üsulu ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
172) Pollinozların spesifik müalicəsində yaranan yerli allergik reaksiyalara hansı aiddir?

A) Allergik konyuktivit

B) Arterial təzyiqin enməsi

C) Hərarətin artması

D) Allergenin yeridildiyi nahiyədə qabarcıq və eritemanın yaranması

E) Boğulma tutması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.

173) Atopik dermatit ən çox hansı yaş dövrlərində inkişaf etməyə başlıyır?

A) 5 yaşa qədər

B) 20 yaşdan sonra

C) İstənilən yaşda

D) 35 yaşdan sonra

E) 50-60 yaş


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.436.
174) Pollinoz üçün hansı qrup preparatlara qarşı dərman allergiyası səciyyəvidir?

A) Sulfanilamid preparatlara

B) Aspirin və pirozolon törəmələrinə

C) Bitki mənşəli preparatlara

D) Fenotiazin sırası preparatlara

E) Antibiotiklərə


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
175) Pollinoz halında göstərdiyimiz maddənin yerli tətbiqindən hansı allergik reaksiyanın törəməsi ən ehtimal olunandır?

A) Gülümbahar (Kalendula) kremi

B) Vazelin

C) Lanolin kremi

D) Qətranlı krem

E) Uşaq kremi


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
176) Məişət allergeni ilə allergizasiya üçün xarakterik əlamətlər hansıdır?

A) Allergik əlamətlər yaşayış yerini dəyişdikdə azalır

B) Qida allergiyası ilə birlikdə olduqda.

C) Allergik əlamətlər yazda baş verir

D) Eozinofiliya

E) Allergik əlamətlər yayda baş verir


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
177) Tozcuqlu allergenin ekstraktına qarşı sistemli allergik reaksiya üçün nə səciyyəvidir?

A) Arterial təzyiqin yüksəlməsi

B) Artralgiya

C) Dəri örtüklərində sarılıq

D) Yuxululuq

E) Arterial təzyiqin aşağı düşməsi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
178) Aşağıdakılardan hansı pollinozların spesifik terapiya üsuluna aiddir?

A) Dekongestantların təyini

B) Allergenlərin ekstraktlarının yeridilməsi

C) Tosqun hüceyrələri membranostabilizatorların təyini

D) Antihistamin preparatının təyinisi

E) Antibiotiklərin təyini


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
179) Pollinozların qeyri-spesifik müalicə üsuluna hansı aiddir?

A) Allergen ekstraktlarının yeridilməsi

B) Allergenin tam eliminasiyası

C) Antihistamin preparatlarının təyini

D) Antibiotiklərin təyini

E) Mövsüm qabağı immunoterapiya


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
180) Ağacların tozcuqlarına allergiya olduqda aşağıda saydıqlarımızdan hansı profilaktiki tədbir düzgün deyil?

A) Ağacların çiçək açdığı dövrdə başqa şəhərə ezamiyyətə getmək

B) Bitki mənşəli ərzaq məhsullarından istifadə etməyi məhdudlaşdırmaq

C) Havada tozcuqların çox olan vaxtında həyətdə iş görməmək

D) Otağın pəncərələrini açıq saxlamaq

E) Maşında gedərkən pəncərələri bağlı saxlamaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
181) Atopik dermatit üçün nə xarakter deyil?

A) Epidermal nekroliz

B) Dəri qaşınması

C) Yanaşı atopik xəstəliyin olması

D) Dəri elementlərinin yaşa uyğun lokalizasiyasının dəyişməsi

E) Xroniki residivverən gediş


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.442
Qida allergiyası
182) Qida alergiyası tez-tez nə zaman təsadüf edilir?

A) Doğulduqdan sonrakı ilk aylar və illərdə

B) Ahıl yaşda

C) Yetkinlik yaşında

D) Bütün yaş dövrlərində

E) Yeniyetmə yaşında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
183) Əsas qida allergeni aşağıdakılardan hansıdır?

A) Piylər

B) Sadalananların hamısı

C) Karbohidratlar

D) Zülallar

E) Lipidlərarı


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 s.197
184) Bunların hansı qida allergiyası zamanı həzm sistemi orqanlarının zədələnməsi əlamətlərinə aid deyil?

A) Ürəkbulanma və qusma

B) Steatoreya

C) Diareya

D) Spastik yaxud sancı xarakterli abdominal ağrılar

E) Qusma
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.


185) Hansı əlamət qida allergiyasının tipik dəri ifadələrinə xas deyil?

A) Makuloz səpgilər

B) Dəri qızarması

C) Övrə


D) Dəri qaşınması

E) Dərinin atrofiyası


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
186) Yalançı qida allergiyası həqiqidən nə ilə fərqlənir?

A) Yaranma mexanizmi ilə

B) Reaksiyanı yaradan qida məhsulları ilə

C) Klinik əlamətlərin meydana çıxmasının sürrəti ilə

D) Klinik əlamətləri ilə

E) Klinik əlamətləri yaradan mediatorlarla


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
187) Hansı tədbirlər qida allergiyasının profilaktikasına daxil deyil?

A) Uşaqların 4-6 ay müddətində yalnız döşlə əmizdirilməsi

B) Şübhəli qida məhsulların rasiondan müvəqqəti çıxarılması

C) Mədə-bağırsaq xəstəliklərinin müalicəsi

D) İmkan daxilndə uşaqlarda süni qidalanmaya yol verməmək

E) Antihistamin preparatlarının daimi istifadəsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
188) Qida allergiyasının əsasında aşağıdakı immunoloji reaksiya tiplərindən hansı üstünlük təşkil edir?

A) Sadalananlardan heç biri

B) İgE- dən asılı sürətli reaksiya

C) T-asılılıqlı reaksiya

D) İmmun kompleks reaksiyalar

E) Sitoksiki reaksiyalar


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
189) Qida allergiyası zamanı klinik reaksiyanın allergenin dozasının miqdarından asılılğı necə olur?

A) Asılı deyil

B) Nə qədər çox allergen udulursa klinika bir o qədər zəif nəzərə çarpır (immun tolerantlığı effekti)

C) Nə qədər çox allergen udulursa klinika bir o qədər də kəskin olur

D) Ev tozu allergiyasında olduğundan daha kəskin nəzərə çarpır

E) Ev tozu allergiyasında olduğu kimidir


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
190) Qida allergiyasının diaqnostikasına hansı usullar aid deyil?

A) Trombositopenik test

B) Spesifik İgE anticisimlərin müəyyən edilməsi

C) Qida gündəliyinin aparılması

D) Eliminasiya sınaqları və təxribat xarakterli test

E) Allerqoloji anamnezin toplanması


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

191) Hansı spesifik laborator üsullar qida allergiyasının diaqnostikasında istifadə olunur?

A) Nəcisin disbakterioza tədqiq edilməsi

B) Qida allergenlərinə spesifik anticisimlərin radioimmun və immunoferment yolu ilə müəyyən edilməsi

C) Trombositopenik test

D) Leykopenik test

E) Tərdə xloridlərin konsentrasiyasının müəyyən edilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

192) Hansı qida maddələri respirator allergiyalı fərdlərdə qeyri-patogen kif göbələklərində çarpaz reaksiya verə bilər?

A) Fındıq

B) Turş süd məhsulları və pendir

C) Toyuq əti

D) Toyuq yumurtası

E) Buğda və paxla


Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Аллергические заболевания легких» 1990г.
193) Tərkibində çoxlu histamin olmayan qida maddələri hansılardır?

A) Pomidor

B) Şokolad

C) Alma


D) İspanağ

E) Çiyələk


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
194) Hansı terapevtik tədbir qida allergiyası zamanı daha effektivdir?

A) Kromoqlikat natriumun (nalkrom) tətbiqi

B) Anti İgE anticisimlərin tətbiqi

C) Peroral allergenlərlə spesifik immun terapiya

D) Parenteral tətbiq üçün nəzərdə tutulmuş allergenlərlə spesifik immun terapiya

E) Səbəbkar qidanın eliminasiyası


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
195) Uşaqların 80%-da 3 yaşına çatanda nəyə qarşı allergiya keçir?

A) Balığa

B) Qoza

C) Araxisə



D) Şokolada

E) Südə
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 s.197


196) Allergen yumurtanın hansı hissəsində olur?

A) Həm ağında, həm sarısında

B) Allergen yalnız çiy (bişməmiş) yumurtada olur

C) Yalnız ağında

D) Yalnız sarısında

E) Yumurtanın tərkibində allergen yox, hapten mövcuddur.


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 s.197
197) Lateks allergenləri hansı qida allergenləri ilə çarpaz reaksiya vermir?

A) Kivi


B) Şabalıd

C) Pomidor

D) Armud

E) Banan
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002, s. 457


198) Lateks allergiyası olanlar hansı qidaya qarşı çarpaz allergik reaksiya verirlər?
A) Meyvə - tərəvəz

B) Balıq


C) Mal əti

D) Yumurta

E) Donuz əti
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 313
199) Lateks allergiyasından daha çox hansı peşə sahibləri əziyyət çəkirlər?
A) Hərbiçilər

B) Rəssamlar

C) Müəllimlər

D) Tibb işçiləri

E) Musiqiçilər

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 309


200) Soya bitkisinə allergiya olduqda nə ilə çarpaz allergiya gözlənilmir?
A) Fındıq

B) Hisə verilimiş ətlər

C) Araq (vodka)

D) Yer fındığı (araxis)

E) Hot doq (sosiska)
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 557
201) Paxlalılara (lobya, soya) qarşı aşağıda sadalananlardan hansı çarpaz allergen xüsusiyyətinə malikdir?
A) İtburnu

B) Gülxətmi

C) Bian kökü

D) Sürvə (şalfey)

E) Aloe
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 558
202) Nanəyə qarşı aşağıda sadalananlardan hansı çarpaz allergen xüsusiyyətinə malikdir?
A) Gülxətmi

B) İtburnu

C) Aloe

D) Bian kökü



E) Süvrə (şalfey)
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 558
203) Ambroziya bitgisi aşağıda sadalananlardan hansı ilə çarpaz allergik reaksiya vermir?
A) Banan

B) Boranı

C) Yemiş

D) Qarpız

E) Kivi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 558
204) Hansı bitkinin tərkibində təbii salisilat yoxdur?
A) Üzüm

B) Çiyələk

C) Moruq

D) Banan


E) Portağal
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 559
205) Yenidoğulmuşlarda və körpələrdə həqiqi qida allergiyasının formalaşmasına şərait yaradan faktor hansıdır?
A) İg A - nın müvvəqqəti defisiti

B) Prostaqlandinlərin sintezinin pozulması

C) Histaminlə zəngin olan ərzaqların həddindən artıq istifadəsi

D) Qaraciyər xəstəlikləri

E) Trombositar monoaminooksidazanın hissəvi defisiti
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 561
206) Yalançı qida allergiyasının formalaşmasına şərait yaradan faktor hansıdır?
A) Alkoqollu içkilərin istifadəsi

B) Atopik status

C) Həzm sisteminin selikli qişasının funksional çatışmazlığı nəticəsində histaminin qana çox miqdarda daxil olması

D) Erkən süni qidalanma

E) Körpələrdə bağırsaqın inkişaf etməməsi nəticəsində bağırsaq divarının keçiriciliyinin artması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 561
207) Hansı allergen ədətən sistem allergik reaksiya yaratmır?
A) Fındıq

B) Yumurta

C) Xərçənglər

D) Düyü


E) Balıq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 562
208) Qidaya qarşı xoşagəlməz reaksiya hansı deyil?
A) Qidaya qarşı nifrət

B) Qida allergiyası

C) Ferment defisiti

D) Qida dözülməzliyi

E) Malabsorbsiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 567
209) Körpələrdə və az yaşlı uşaqlarda ilk dəfə allergiya adətən hansı qidanın qəbulundan sonra baş verir?
A) Dənli bitkilər

B) Süd və yumurta

C) Balıq

D) Qoz və fındıq

E) Sitrus və tropik meyvələr
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 567
210) Aşağıda sadalanan hansı dənli bitki daha nadir halda allergiya verir?
A) Yulaf

B) Arpa


C) Düyü

D) Qarabaşaq

E) Buğda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 567
211) Hansı qida allergeni digərlərindən daha ciddi həyata təhlükəli anafilaktik şok səbəbi ola bilər?
A) Kofe

B) Araxis

C) Süd

D) Nanə


E) Yulaf
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 568
212) Qan damarlarına və sinirlərə təsir edərək üzün qızarmasına, baş ağrısına, bəzən övrəyə səbəb olan Vazoaktiv aminlər hansı qidanın tərkibində yoxdur?
A) Pendir

B) Şokolad

C) Qarpız

D) Sitruslar

E) Şərab (çaxır)
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 568


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin