Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Adətən hansı qida allergeninə qarşı illər keçdikcə tolerantlıq yarana bilər?



Yüklə 1,32 Mb.
səhifə4/13
tarix16.03.2017
ölçüsü1,32 Mb.
#11744
1   2   3   4   5   6   7   8   9   ...   13

213) Adətən hansı qida allergeninə qarşı illər keçdikcə tolerantlıq yarana bilər?
A) Araxis

B) Qoz


C) Fındıq

D) Balıq


E) Süd
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 569
214) Araxis (yer fındığı) hansı istifadə formasında allergen potensialını xeyli azaldır?
A) Buxarda bişirildikdə

B) Çiy halda

C) Hazırlanma üsulunun allergen potensialına təsiri yoxdur

D) Qızardılmış formada

E) Suda qaynadıldıqda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 291
215) Hansı xəstələrdə meyvə - tərəvəzlər daha çox çarpaz qida allergiyası yaradır?
A) Zərdab xəstəliyi olan xəstələrdə

B) Atopik dermatitli xəstələrdə

C) Pollinozlu xəstələrdə

D) Bronxial astmalı xəstələrdə

E) Övrəli xəstələrdə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 293

216) Qida allergiyasının klinik təzahürü kimi aşağıdakılardan hansı nadir rast gəlinir?
A) Layell sindromu

B) Anafilaksiya

C) Bronxial astma

D) Atopik dermatit

E) Övrə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 298
217) Qida allergiyasının qastrointestinal təzahürünə hansı aid deyil?
A) Ürəkbulanma

B) Övrə


C) Qusma

D) Diareya

E) Qarında spastik ağrılar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 299
218) Qida allergiyasının nadir rast gəlinən dəri təzahürü hansıdır?
A) Övrə

B) Eritema

C) Kvinke ödemi

D) Qaşınma

E) Stivens - Cons sindromu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 299
219) Əsasən hansı qidanın iyi sensibilizasiyalı orqanizmdə bronxospazm yaradır?
A) Balığın

B) Südün


C) Balın

D) Toyuğun

E) Mal ətinin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 292
220) Qida allergiyasının hansı klinik təzahürü immunoloji mexanizmdən asılı deyil?
A) Oral allergik sindrom

B) Laktaz çatmamazlıq

C) Atopik dermatit

D) Eozinofil qastroenterit

E) Övrə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 296

Dərman allergiyası. Zərdab xəstəliyi vaksinasiyanın ağırlaşmaları və onların profilaktikası
221) Zərdab xəstəliyi anlayışana hansı aiddir?

A) Autoimmun reaksiya

B) Yad zərdabın zülalına allergik reaksiya

C) Dərman preparatlarına toksiki reaksiya

D) Dərman preparatlarına qarşı sitotoksik tipli allergik reaksiya

E) Ev tozuna qarşı allergik reaksiya


Ədəbiyyat: Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 532

222) Zərdab xəstəliyinin inkişaf mexanizmində nə iştirak edir?

A) İgG, İgM, İgE tərkibli immun komplekslər

B) Autoanticismlər

C) C1 komplementin komponenti

D) Sekretor İgA

E) Bazofillər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
223) Zərdab xəstəliyinin kliniki əlamətlərinə hansı aid deyil?

A) Kəskin övrə

B) Dalağın böyüməsi

C) Limfadenopatiya

D) Temperatur reaksiyası

E) Qastrit


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
224) Penisillinə allergiyası olan xəstələrin 5%-da hansı çarpaz allergik reaksiya verə bilər?

A) Metronidazol

B) Gentamisin

C) Seftriakson

D) Levomisetin

E) Linkomisin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
225) Eufillinə allergiyası olan xəstələrin hansı preparatı qəbul etməsi məsləhət görülmür?

A) Azitromisin

B) Amoksisillin

C) Teotard, teopek

D) Kalsium ionlarının antaqonistləri

E) Prednizilon


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
226) Zərdab xəstəliyi üçün xarakter əlamətlərdən biri hansıdır?

A) Qaraciyərin böyüməsi

B) Splenomeqaliyanın olmaması

C) Limfoadenopatiya

D) Hidronefroz

E) Selikli qişalarda səpgilər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г
227) 34 yaşlı kişiyə uroqrafiya üçün ilk dəfə olaraq venadaxili yod tərkibli rentgenkontrast maddə yeridilmişdir. İnyeksiyadan 30 dəqiqə sonra xəstədə qarında kəskin ağrılar, ürəkbulanma, qusma, başağrıları baş verib. Sizin ehtimalınız :

A) Qida-toksiko infeksiyası

B) Anafilaktoid reaksiya

C) Xolesistit

D) Appendisit

E) Anafilaktik şok


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 183
228) Övrə zamanı ilkin elementlər özündən sonra nə qoyur?

A) İzsiz keçib gedir

B) Qabıqlanma və piqmentasiya

C) Davamlı piqmentasiya

D) Çapıqlar

E) Qabıqlanma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
229) Stivens-Conson sindromu nə ilə səciyyələnir?

A) Burunun selikli qişasının təcrid olunmuş zədələnməsi ilə

B) Gözün selikli qişasıın təcrid olunmuş zədələnməsi ilə

C) Yalnız dəri zədələnməsi ilə

D) Dərinin, ağız, burunun və cinsi üzvlərin selikli qişalarının zədələnməsi ilə

E) Ağız boşluğunun selikli qişasının təcrid olunmuş zədələnməsi ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
230) Fiksasiya olunmuş eritema nə ilə səciyyələnir?

A) Subyektiv təəssuratlarla müşayət olunması ilə

B) Prosesin sönmə mərhələsində piqmentasiyanın olmaması ilə

C) Səpgilərin müəyyən lokalizasiyasının olmaması ilə

D) Səpgilərin eyni nahiyələrdə lokalizasiya olunması ilə

E) Səpgilərin müxtəlif nahiyələrdə lokalizasiyası ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
231) 42-yaşlı qadının əllərində, üzündə və dabanlarında çəhrayı-qırmızı makulalar (ləkələr) əmələ gəlib. Qadın bir çox kişilərlə cinsi əlaqədə olub. Antibiotiklərlə müalicədən sonra, qadında hipotenziya, temperaturun yüksəlməsi, və səpgilərin pisləşməsi baş vermiş. Qadının vəziyyəti nə ilə əlaqəlidir?

A) Kvinke ödemi

B) Sepsis sindromu

C) Stivens-Jonson sindromu

D) Yariş-Herxgeymer reaksiyası (Jarisch-Herxheimer reaction)

E) Dərman allergiyası


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.

232) Dərman allergiyasının ilk əlamətlərində hansı tədbirlər aparılmalıdır?

A) Antihistamin preparatları təyin etmək

B) Ən çox allergiya etimalı olan preparatı ləğv etmək

C) Müalicəni davam etmək

D) Təyin olunan bütün preparatları kəsmək

E) Preparatın dozasını azaldmaqla müalicəni davam etmək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
233) Dərman allergiyası zamanı tənəffüs sisteminin hansı zədələnməsi təsadüf edilmir?

A) Bronxial astma

B) Birincili ağ ciyər emfizeması

C) Allergik rinit

D) Alveolar və interstisial infiltrat

E) Pnevmoniyalar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.

234) Zərdabın ilk yeridilməsi zamanı serum xəstəliyin yaranması hansı müddətdə təsadüf edilir?

A) Zərdabın yeridilməsindən 3-5 gün sonra

B) Zərdabın yeridilməsindən 15-20 dəqiqə sonra

C) Zərdаbın yeridilməsindən 8-10 gün sonra

D) Dərhal

E) Zərdabın yeridilməsindən 6 saat sonra


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
235) Angionevrotik ödemdə dərinin hansı qatları prosesə cəlb olunur?

A) Epidermis

B) Hamısı

C) Dərialti piy təbəqəsi

D) Derma

E) Bazal membran


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 475
236) Zərdаb xəstəliyi üçün tipik olan klinika hansıdır?

A) Temperaturun yüksəlməsi, dəri səpgiləri, artralgiya

B) Bronxoobstruksiya, rinoreya

C) Selikli qişaların zədələnməsi

D) Bradikardiya, hepatomeqaliya, başgicəllənmə

E) Angionevrotik ödem


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
237) Anafilaktik şokun əsasən hansı klinik gedişində hepatit formalaşa bilər?

A) Abortiv

B) Kəskin xoşxassəli

C) Uzanmış

D) Heç biri

E) Kəskin bədxassəli


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 484
238) Hansı dərman maddələri fiksasiya edilmiş dermatitləri daha tez-tez törədirlər?

A) Kromonlar

B) B qrupu vitaminləri

C) Mukolitiklər

D) Sulfanilamidlər

E) Askorbin turşusu


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 219
239) Dərman allergiyasının simptomu kimi kəskin allergik övrə və Kvinke ödemi necə rast gəlinir?

A) Yalnız böyrəklər zədələndikdə, onlarla birlikdə rast gəlir (böyrək zədəsi ilə eyni vaxtda)

B) Çox nadir hallarda rast gəlir

C) Yalnız ürək zədələndikdə onunla birlikdə rast gəlir (ürək zədəsi ilə eyni vaxtda)

D) Tamamilə rast gəlmir

E) Ən tez-tez rast gələn haldır


Ədəbiyyat: В. А. Остапенко, В.А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лекарственные реакции» 2005г.
240) Qlukokortikoid səbəbindən yaranan avaskular nekroz ən çox bədənin hansı nahiyəsində baş verir?

A) Dizlərdə

B) Budda

C) Dirsəkdə

D) Biləkdə

E) Qabırğalarda


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
241) Eritrodermiyalarda hansı əlamətlər səciyyəvidir?

A) Epidermal nekroliz

B) Kəskin nəzərə çarpan piqmentasiya

C) İrinləmə

D) Yüngül piqmentasiya

E) Lövhəşəkilli dərinin qabıqlanması


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
242) Layell sindromu üçün hansı hal səciyyəvi deyil?

A) Gözün buynuz təbəqəsinin zədələnməsi

B) Epidermal nekroliz

C) İrinli infeksiyanın qoşulması

D) Daxili orqanların zədələnməsinin olmaması

E) Konyuktivanın zədələnməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
243) Allergik kontaktlı dermatit göstərdiyimiz hansı halda formalaşır?

A) Dərmanlar vena daxilinə yeridiləndə

B) Dərman preparatı dəri altına yeridiləndə

C) Maddələrin dəri ilə bilavasitə kontaktı zamanı

D) Dərmanları daxilə qəbul edəndə

E) Dərman preparatlarının istənilən yolla tətbiqində


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
244) Allergik kontakt dermatitin diaqnostikasında hansı testlərdən istifadə olunur?

A) Skarifikasiya testi və dəridaxili test

B) Applikasiya testi

C) Prick-test

D) Skarifikasiya testi

E) Dəridaxili test


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
245) Dərman aqranulositozu hansı əlamətlərlə müşaiyət olunmur?

A) Anemiya ilə

B) Angina ilə

C) Ağızda yaralarla

D) Hipotermiya ilə

E) Sepsislə


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
246) Zərdab təkrar yeridildikdə zərdab xəstəliyi göstərilən hansı müddət ərzində inkişaf edir?

A) Zərbad yeridildikdən 20 gün sonra

B) Sadalananların hamısı düzdür

C) Zərdab təkrar yeridildikdə zərdab xəstəliyi inkişaf etmir

D) Zərdab yeridildikdən 10-12 gün sonra

E) Adətən 12- 36 saat ərzində


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
247) Qlukokortikoid aşağıdakılardan hansına səbəb ola bilməz

A) Qanda cinsi hormonların səviyəsinin azalması

B) Sümüyün rezorbsiyasının (sorulmasının) yüksəlməsi

C) Hipokalsiuriya

D) Hipokalsiuriya

E) Hipertenziya


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
248) Zərdab xəstəliyinin nadir rast gələn təzahürü hansıdır?

A) Beyin qan dövranının pozulması

B) Meningit

C) Qlomerulonefrit

D) Miqren

E) Araxnoidit


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 532г.
249) Allergen daxil edildikdən nə qədər sonra zərdab xəstəliyi daha tez inkişaf edir?

A) 15-20 dəq. sonra

B) 20 gün sonra

C) Dərhal

D) Yeridilmə vaxtından asılı olmadan

E) 8-10 gün sonra


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
250) Dərman allergiyasının spesifik diaqnostikası üçün hansılardan istifadə olunmur?

A) Prick-test (göstəricilərə görə)

B) Təhrikedici testlər

C) Dəri içi test

D) Spesifik İgG müəyyən edilməsi

E) Spesifik İgE müəyyən edilməsi


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 221

251) Pollinozlu xəstələrə müalicə təyin edildikdə hansını tətbiq etmək olmaz?

A) Zərdablar

B) Sulfanilamidlər

C) Analgin

D) Aspirin

E) Fitoterapiya


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
252) Qlukokortikoid istifadəsi aşağıdakı hansı psixiatrik yan təsirə səbəb olur?

A) Yaddaşın pozulması

B) Sadalananların hamısına

C) Hipomaniya

D) Psixoz

E) Depressiya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
253) Vaksinin dərhal baş verən tipli allergik reaksiyalarına hansılar aiddir?

A) Roliartralgiyalar

B) Poliradikulonevrit

C) Ensafalopatiya

D) Mialgiyalar

E) Övrə və Kvinke ödemi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
254) Aşağıda adları çəkilən dərman preparatlarından hansı angionevretik ödem verə bilər?

A) Bisoprolol

B) Hipotiazid

C) Kaptopril

D) Dibazol

E) Loratadin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
255) Hansı immunoglobulinin miqdarı allergik xəstəliklərdə diaqnostika üçün istifadə olunur?

A) İgH


B) İgE

C) İgA


D) İgG

E) İgM
Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000


256) Hansı immunoglobulin plasentar baryerdən keçir?

A) İgG


B) İgE

C) İgA


D) İgM

E) İgD
Ədəbiyyat: Р.М. Хаитов, Н.И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.


257) Mikrob mənşəli immunomodulyatorlara hansı aid deyil?

A) Linopid

B) Bronxomunal

C) Ribomunil

D) Polioksidonium

E) İRS-19


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.
258) Hansı dərman qrupları qanda T-limfositlərin miqdarını azaldır?

A) İmidazol

B) Glukokortikoid

C) Antioksidant

D) Antibiotiklər

E) Proteaz inhibitorları


Ədəbiyyat: В. Г. Кукес. «Клиническая фармаколoгия» 1999 г.
259) Allerqik reaksiyaların inkişafında E immunoqlobulinin rolu nədədir?

A) Sitotoksik immun reaksiyalarda iştirak edir

B) Sürətli allerqik reaksiyaları formalaşdırır

C) İmmunokompleks allerqik reaksiyaların formalaşmasında iştirak edir

D) Birləşdirici toxumanın xəstəliklərində immunokompleks cavabda iştirak edir

E) Ləng tipli hiperhəssas reaksiyaların formalaşmasında iştirak edir


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
260) Allergik bronxospazmı aradan qaldırılması üçün hansı preparatların istifadəsi “tipik” səhvdir?
A) Adrenalin

B) β2 - adrenomimetiklər

C) Aminofillin

D) Kalsium qlükonat

E) Parenteral kortikosteroidlər
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 27
261) Fenobarbitala qarşı allergiya varsa hansı dərmanı istifadə etmək olar?
A) Valokordin

B) Teofillin

C) Antastman

D) Pentalgin

E) Teofedrin
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 26
262) Sulfanilamidlərə qarşı allergiya olduqda hansı preparatla çarpaz allergik reaksiya gözlənilir?
A) C vitamini

B) Brufen

C) Valokordin

D) Aminofillin

E) Hipotiazid
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 26

263) Aspirinə qarşı allergiya olduqda hansı preparatlar ehtiyatla təyin edilməlidir?

A) Aminazin

B) Aminofillin

C) Qeyri-steroid iltihab əleyhinə

D) Aminoqlikozidlər

E) Triampur


Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 26
264) İnsulinə qarşı allergiya olduqda hansı preparatla çarpaz allergik reaksiya gözlənilir?
A) Aminazin

B) Protamin

C) Furosemid

D) Suprastin

E) Prometazin
Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 26
265) Zərdabın ilkin yeridilməsindən neçə müddət sonra zərdab xəstəliyi özünü büruzə verir?
A) Dərhal baş verir

B) 2 aydan sonra

C) 7 - 12 gün ərzində

D) 25 gündən sonra

E) 1 - 3 gün ərzində
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 347
266) Zərdabın təkrar yeridilməsindən neçə müddət sonra zərdab xəstəliyi özünü büruzə verir?
A) 25 gündən sonra

B) 7 - 12 gün ərzində

C) Dərhal baş verir

D) 2 aydan sonra

E) 1 - 3 gün ərzində
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., 347
267) Qlukokortikoid səbəbindən yaranan miopatiyanı ən yaxşı hansı cavab təsvir edir?
A) Qlukokortikoid miopatiyası istisna diaqnozudur

B) Qlukokortikoid miopatiyasında ən dəqiq diaqnostik üsul MRT (maqnit-rezonans tomoqrafiyadır)

C) Qlukokortikoid miopatiyasında ən dəqiq diaqnostik üsul əzələnin biopsiyasıdır

D) Qlukokortikoidlərin qəbulundan miopatiya yaranmır

E) Qlukokortikoid miopatiyasında ən dəqiq diaqnostik üsul elektromioqrafiyadır
Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.

268) Zərdab xəstəliyinin patogenizin əsasını nə təşkil edir?
A) Tosqun hüceyrələrin artması

B) Kininlərin kəskin artması

C) Patogen immun komplekslərinin artması

D) Reaginlərin kəskin artması

E) Leykotriyenlərin kəskin artması
Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г, s. 472
269) Hansı dərmanlar ağciyər eozinofiliyalı xəstələrin vəziyyətini qısa müddət ərzində yaxşılaşdırır?
A) Antihistamin preparatlar

B) Antileykotriyenlər

C) Kortikosteroidlər

D) Membranstabilizatorlar

E) Antibiotiklər
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 153

Anafilaktik şok

270) İnsekt allergiya nəticəsində anafilaktik şok baş verərkən işlədilən 1-ci cərgə preparat hansıdır?

A) Atropin

B) Eufillin

C) Adrenalin

D) İntal

E) Akolat


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
271) Anafilaktik şokun kəskin dövründə ölümün əsas səbəblərindən biri hansıdır?

A) Qara ciyərin funksiyasının pozulması

B) Böyrək çatışmazlığı

C) Kəskin ürək-damar çatmamazlığı

D) Qanaxma

E) Hipoqlikemiya


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
272) Anafilaktik şok zamanı ürək-damar sistemi tərəfindən hansı dəyişiklik qeyd edilir?

A) Bradikardiya

B) Diastolik arterial təzyiqin artması

C) Arterial təzyiqin enməsi

D) Auskultasiya zamanı küyün eşidilməsi

E) Nəbz təzyiqinin artması


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
273) Bunlardan hansı anfilaktik şokun etioloji faktorudur?

A) Məişət tozu

B) Göbələk sporları

C) Bitki tozcuqları

D) Dərman və qida allergenləri

E) Dermatofaqoides pteronissimus


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации» 2006г.
274) Daha tez-tez anafilaktik şok nəyin istifadəsindən sonra yaranır?

A) Yer fındığı (araxis)

B) Yerkökünün

C) Südün


D) Kərəvizin

E) Kələmin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации» 2006г.
275) Anafilaktik şokun patogenezinin immunoloji mərhələsinin xüsusiyyəti hansı sinfə aid immunoqlobulinlərin istifadəsi ilə əlaqədardır?

A) İgA


B) İgD

C) İgM


D) İgE

E) İgG
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации» 2006г.


276) Anafilaktik şok zamanı yaranan hemodinamik pozuntular üçün hansı səciyyəvidir?

A) Kəskin tənəffüs çatışmazlığı

B) Ota arterial təyziqin artması

C) Kəskin ürək-damar çatışmazlığı

D) Beyin ödemi əlamətləri

E) «Kəskin qarın» əlamətləri


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
277) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?

A) Yodtərkibli rentgenkontrast maddələr

B) Beta-laktam həlqəli antibiotiklər

C) Heterogen zərdablar

D) İnsulin

E) Allergen ekstratları


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г., s. 530
278) Anafilaktik şokun intensiv terapiyasında aşağıdakılardan hansı istifadə olunmur?

A) Adrenalin, dopamin

B) Neomisin

C) Antihistamin preparatları

D) Qlyukokortikosteroidlər

E) Qlukaqon


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
279) Göstərilən hansı maddələr daha tez-tez anafilaktik şoka səbəb olur?

A) Kalsium xlorid

B) Reopoliqlükin

C) Qlükoza

D) Fizioloji məhlul

E) Penisillin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
280) Göstərilən hansı hallarda anafilaktik şok daha tez-tez əmələ gəlir?

A) Mığmığa

B) Taxtabitilərin dişləməsi

C) Ağcaqandların dişləməsi

D) Zarlı qanadllıarın sancması

E) Tarakanla kontakt


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin