Suallar: Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodları hansılardır?



Yüklə 24.05 Kb.
tarix21.03.2017
ölçüsü24.05 Kb.
Məsələ №1.

7 aylıq uşaq, 3 gündür ki, xəstələnib. Hərarəti 38-39°С ,narahatdır, iştahı zəifləyib.Yaş öskürək və burundan çoxlu miqdarda selikli ifrazat qeyd olunur.

Stasionara daxil olarkən: vəziyyəti orta ağırdır,hərarəti 38,3°С, göz qapaqları ödemlidir, konyunktiva hiperemikdir. Sağ aşağı göz qapağında ağ rəngli pərdə vardır. asanlıqla ayrılır, bu zaman səth qanamır. Bütün qrup limfa düyünləri 1-2 sm-dək böyüyüb, ağrısız, elastikdir. Badamcıqlar və udlağın arxa divarındakı follikullar böyüyüb, əsnək hiperemikdir. Burun tənəffüsünün çətinləşməsi, burundan külli miqdarda selikli-irinli ifrazat qeyd olunur. Ağciyərlərdə sərt tənəffüs, keçib-gedən xırıltılar eşidilir. Ürək tonları ritmikdir. ÜVS-132 zərbə 1 dəqiqədə. Qaraciyər +3,5 sm. Dalaq +1,5 sm. Nəcis formalaşmışdır.

Laborator müayinələr

Qanın klinik müayinəsi: НЬ - 133 q/l, er - 4,Зх1012/l, r.g.. -0,93, leyk. - 7,9х109/l; ç/n - 3%, s/n - 38%, b - 1%, e - 2%, l - 51%, m -4%, EÇS - 4 mm/saat.

sidik:rəngi- samanı-sarı, şəffaflığı- bulanıq, nisbi sıxlığı -1031,zülal-0,3%о, qlükoza-yoxdur, leykositlər-1-3 g/s, duzlar-uratlar.

Qanın biokimyəvi müayinəsi: Ümumi zülal - 74 q/l, sidik çövhəri- 5,2 mmol/l, АlАТ - 32 İU/l, АsАТ - 42 İU/l.

Döş qəfəsi orqanlarının R-qramında-ağciyər şəkli güclənib,ağciyər sahələrində ocaqlar və infiltrativ kölgəliklər müəyyən edilmir, köklər strukturludur,diafraqma dəqiqdir,sinuslar differensasiya olunur.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodları hansılardır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 007.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 199 - 558 с.

Məsələ №2.

2,5 yaşlı uşaq, bağçaya gedir,kəskin xəstələnib, hərarəti 39°С-yə yüksəəlib,baş ağrılarından şikayət edib, təkrari qusmalar olub.Günün sonunda –qısamüddətli qıcolmalar, şüurun itirilməsi.Xəstəxanaya toksik qrip diaqnozu ilə gətirilib.

Baxış zamanı vəziyyəti çox ağırdır, dərisi boz rənglidir,akrosianoz qeyd olunur.Döşün, qarnın, ətrafların dərisində müxtəlif ölçülü və formalı hemorragik səpkilər qeyd olunur.Uşaq yuxuludur,bədən hərarəti 39°С-dir.Arterial təzyiqi-50/25 mm.c.süt. Ağciyərlərdə sərt tənəffüs eşidilir, ürək tonları aritmikdir, bradikardiyaya tendensiya qeyd olunur.Qarın yumşaqdır, qaraciyər+1sm.Sidik ifrazı yoxdur.2 saatdan sonra vəziyyəti pisləşdi.

Məcburi vəziyyətdə başı arxaya qatlanmış halda uzanıb, inildəyir,dəridəki hemoorragik elementlərin sayı artdı.Çoxsaylı qusmalar.Nəbzi tezləşib,zəifdir.Göz bəbəkləri mülayim genəlib,işığa reaksiya süstdür.


Laborator müayinələr:

Qanın klinik müayinəsi: Hb-120q/l,er-3,6x1012 /l, leyk.- 17,0х109/l; ç/n - 27%, s/n - 53%, e - 2%, l - 10%, m - 8%; EÇS-30 mm/saat.


Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodları hansılardır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 007.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 199 - 558 с.

Məsələ №3.

4 yaşlı oğlan uşağı, kəskin xəstələndi: bədən hərarəti 38°С –dək yüksəldi.Qarında ağrıların olmasından şikayət edirdi, təkrari qusmalar olub, ümumi zəiflik hiss edirdi. Sahə həkiminin diaqnozu-KRVİ.Xəstəliyin 4-cü günü sidiyin rəngi tündləşdi, 5-ci günü isə dəri və skleraların sarılığı aşkarlandı.uşaq hospitalizə olundu.Uşaq bağçasında, qonşu qrupda son 3 həftə ərzində eyni əlamətlərlə uşaqların xəstələnməsi rast gəlib. Stasionara daxil olarkən əhvalı kafidir, aktivdir,iştahı saxlanılıb,şikayəti yoxdur.Skleraları və dərisi mülayim saralıb.Ağız-udlağın selikli qişası nəm, sarıdır. Ağciyərlərdə vezikulyar tənəffüs eşidilir, xırılltılar yoxdur.Ürək tonları ritmikdir.Qarnı yumşaq olub palpasiya zamanı sağ qabırğaalti və epiqastral nahiyyədə ağrılıdır. Qaraciyər qabırğa altından +2,5 sm çıxır, konsistensiyası bir qədər bərkiyib, palpasiyada ağrılıdır.dalaq əllənmir.Sidiyi tündləşib. Sonrakı 4 gün ərzində sarılığın tədricən azalması və yox olması müşahidə edildi, sidiyin rəngi açıldı.


Laborator müayinələr:

Qanın klinik müayinəsi:Hb-130q/l, er-4,0x10 12/l, leyk-5,4x109/l, ç/n-2%, s/n-49%, e-1%, l-40%,m-8%, EÇS-10mm/saat.

Qanın biokimyəvi müayinəsi: ümumi bilirubin-80 mkmol/l, birləşmiş-50 mkmol/l, AlAT-1100 İU/l, AsAT-830 İU/l, timol sınağı-22 v.

Sidiyin ümumi təhlili: rəngi-qəhvəyi, nisbi sıxlığı -1017, zülal-yox, qlükoza-yox, leykositlər-2-3 g/s,eritrositlər-1-2g/s, öd piqmentləri –(+++).

Qarın boşluğu orqanlarının USM-nin nəticələri: qaraciyər normal exogenlikdədirölçüləri ,böyüyüb,öd kisəsinin boynunda deformasiya qeyd olunur, dalaq, böyrəklər, mədəaltı vəz patologiyasızdır.

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodları hansılardır?

  2. Klinik diaqnoz nədir?

  3. .Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2 007.



Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 199 - 558 с.
Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə