Allahyar xocali


ƏLAĞALIYA YOLSUZ YOLLARLA



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   16   17   18   19   20   21   22   23   ...   56
ƏLAĞALIYA YOLSUZ YOLLARLA 

 

Sərvər Məmməd oğlu Rəcəbov Xocalıda məskunlaşmış  məhsəti türklərindəndir. On ildən çox 



Özbəkistan milis şöbəsində çalışıb. Çoxlu tərifnamələri var. Xocalı özünümüdafiə batalyonunda rota komandiri, 

sonralar batalyon komandiri olmuşdu. 




20 

 

Sərvərin dediklərindən:— Fevralın 25-də türklər məhəlləsindəki postda idik. Birdən aeroport, 

İnciltəpə, Daştəpə  və Noraguğ istiqamətindən atəşə tutulduq. Biz yaşayan evlər taxtadan olduğu üçün BMP-

lərdən atılan atəşlər onları yandırırdı. Mən yoldaşlarıma postu tərk etməyi  əmr etdim. Özüm isə  hələlik 

gözləyirdim. Kimsə Mehdikənd tərəfdən posta yaxınlaşdı. Betonların   arxasından onu avtomat atəşinə tutdum, 

o yıxıldı. Sonra üç nəfərin yaxınlaşmasını gördüm. Atəş açsam da, onlar yıxılmayıb posta yaxınlaşırdılar. 

Deyəsən, arxadan yenə də gələnlər var idi. İki dənə qumbara tulladım. Gərək ki, üçü də öldü. Postdan çıxıb evə 

gəldim. Ailəmiz və qonşularımız qapıda qazdığım zirzəmiyə dolmuşdular. Bir azdan zirzəminin üstü ilə 

ermənilərin qaçdığını hiss etdik. Əlimdə avtomat qapının ağzını kəsmişdim. Qaranlıq olduğundan onlar buranın 

zirzəmi olduğunu hiss etməmişdilər. Səhər saat beşə kimi zirzəmidə qaldıq. Tezdən durub, yola düşmək 

istədikdə atamla-anam getmədilər. Onlar bildirdilər ki, bu qarda, çovğunda nabələd, keçilməz yollarla necə gedə 

bilərik? Siz gedin. Qonşumuz Qələndərin qızı Zeynəb   də burda idi. 

 [35-36]

 

Onun 17 yaşı vardı. Özü də gözəl qızdı. O, dedi ki, mən də getmirəm, anam heç bilmirəm harda qalıb. 



O, inad edəndə avtomatı üstünə çəkdim və bildirdim ki, səni özüm burda atacağam, dur, düş qabağıma. On bir 

nəfər qadın, qardaşım və mən yola düşdük. Bu yol ilə Həsən kişi və İman üç-dörd gün əvvəl mallarını keçirib 

Ağdama aparmışdılar (Atamı,  ənamı bir neçə türklə birlikdə Stepanakertə aparıb, üç gündən sonra 

buraxmışdılar. Orda ermənilər məni də axtarırmışlar). 

Köhnə Noraguğun yanında bir erməni tutdum. Bildirdim ki, bizi Əlağalıya tərəf aparsan, səni salamat 

buraxacağam. Erməni qabağımıza düşüb, bizi keçilməz meşələrlə gətirdi. Topatılan postunda heç kim yox idi. 

Erməni bildirdi ki, bütün qüvvələr Xocalıya hücuma gedib. Bu tərəflərdə heç kəs yoxdur. Ermənilərin postuna 

girdik, çay içib, yenidən yolumuza davam etdik. Mənim beş günlük Azər adlı oğlum da bizimlə idi. Keçilməz 

pöhrəlik meşəlikdə paltarlarımız cırıqlanıb  əynimizdən çıxmışdı. Nəhayət, erməni xeyli aralıda bir kəndi 

göstərib dedi: —Bax, Əlağalı oradır.  İnanmadım. Dedim bizi yəqin, erməni kəndi səmtə yollayır. Erməninin 

ayaqlarını-əllərini bağlayıb, dörd-beş metrlik bir qayadan itələyib saldım. Bunu belə etdim ki, gedib, başqa 

erməniləri arxamızca salmasın. Burdan xeyli aralanandan sonra qardaşıma bir qumbara verib dedim: 

— Mən o kəndin hansı kənd olduğunu yoxlamağa gedirəm. Sən qadınların yanında dur. Erməni gəlsə

qumbaranı atıb hamınızı məhv edərsən. 

Mən kəndə yaxınlaşdım. Fikirləşdim ki, azərbaycanca çağırsam düz çıxmaz. Ermənilər azərbaycanca 

çağırıb məni tutarlar. Ona görə də fit verdim ki, görüm postdakı adamlar hansı dildə mənə hay verir. Bir-iki dəfə 

fit verib, göyə bir güllə atdım. Kimsə dedi: — Ayə, kimsən?—Bildirdim ki, Xocalıdan gəlirəm, türkəm, arvad-

uşaq gətirirəm.—Gəlin, mənə kömək edin. 

On-on beş  oğlan gəldi. Məni qayıtmağa qoymadılar. Qadınlardan bir neçəsinin və qardaşımın adını 

onlara bildirdim ki, gedib onları çağırsınlar. Uşaqlar gedib, çağıranda bizim adamlar gizləndikləri yerdən çıxıb, 

Əlağalı  uşaqlarına yanaşırlar. 

[36-37] 


 Hamımızı  Əlağalı  kəndinə  gətirib, bizə paltar verdilər, üç gün orda 

saxladılar. Bizə olduqca yaxşı hörmət etdilər, 

 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin