Al-lulu vəl-mərcan


Dayanmaq Haqda Allahın Sözü: “Sonra İnsanların Axışıb



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

 

 

Dayanmaq Haqda Allahın Sözü: “Sonra İnsanların Axışıb 

Gəldiyi Yerdən Siz Də Gəlin” 

 

 



 

764.  Urvə  deyir  ki,  insanlar  cahiliyyədə  Kəbəni  çılpaq  təvaf  edərdilər.  Yalnız 

Humsdan  başqa.  Hums  Qureyş  və  ondan  törənən  qəbilələrdən  ibarət  idi.  Bu 

Humslar  insanlara savab  qazanmaq  niyyətilə Allah  üçün  libaslar  verib savab 

qazanardırlar. Kişi kişiyə libas verir, o da aldığı libasda təvaf edirdi, qadın da 


 

 

327 



qadına libas verir ki, onda təvaf edərdi. Humslunun libas vermədiyi kimsə isə 

Kəbəni  çılpaq  təvaf  edərdi.  İnsanlar  Ərafatdan  çıxardılar,  Hums  isə 

Muzdəlifədən  çıxardı.  Aişə 



deyir  ki,  bu  ayə  Hums  haqqında  nazil  olu: 



“Sonra Insanların Axışıb Gəldiyi Yerdən Siz Də Gəlin”. (əl-Bəqərə 199). Onlar 

Muzdəlifədən çıxırdılar (Allah) onları Ərafata getməklərini əmr etdi”. (Buxari 

1665, Muslim 3013, 3014, 1219/152) 

 

 



 

765. Cubeyr İbn Mutim  demişdir: “Ərəfa günü mənim dəvəm itdi və mən onu 

axtarmağa getdim. (Bu vaxt) Peyğəmbərin  Ərəfatda dayandığını görəndə (öz-

özümə)  dedim:  “Vallahi,  bu  adam  əhməsilidir

51

 Elə  isə  onun  burada  nə  işi 



var?” (Buxari 1664, Muslim 3015, 1220/135)  

 

 

 

Ehramdan Çıxmanın Nəsx Olması Və Həcci Tamamlamağın 

Əmr Edilməsi 

 

 



 

766.  Əbu  Musa    rəvayət  edir  ki,  mən  Rəsulullah    Bathda  olduğu  zaman 

yanına gəldim. Rəsulullah: “Həccə niyyət etdinmi?” deyə buyurdu. Mən: “Bəli, 

niyyət  etdim”  dedim.  Rəsulullah:  “Hansı  həcci  niyyət  edib  ehrama  girdim” 

dedi.  Mən:  “Peyğəmbərin    ehrama  girdiyi  kimi  ehrama  girib  Ləbbeykə” 

dedim.  Rəsulullah:  “Çox  gözəl,  indi  get  Beyti  təvaf  et  və  Səfa  və  Mərva 

arasında  səy  et!”  deyə  buyurdu.  Bunları  etdikdən  sonra  Qeys  oğullarından 

olan  bir  qadının  yanına  gəldim.  Başımın  saçıcı  taradı.  (bərabərimdə  qurban 

olmadığı  üçün  ümrə  edib  ehramdan  çıxdım).  Sonra  həcc  niyyətiylə  ehrama 

girib  təlbiyyə  etdim.  Artıq  sonralar  mən  ta  Ömərin    xəlifəliyinə  kimi 

                                                

51

 İslamaqədərki  dövrdə  bəzi  ərəb  qəbilələri,  o  cümlədən  də  qureyş  qəbiləsi  “əhməsi”  –  yəni  imanında  və 



əqidəsində səmimi olanlardan sayılırdılar. Onların əqidəsinə görə, Ərəfatda durmaq vacib sayılmırdı.  

 

 

328 



insanlara bu fətva edirdim. Ömər  xəlifə olduğu zaman bunu ona zikr etdim. 

Ömər:  “Allahın  kitabın  alsaq  o,  bizə:  Allah  üçün  həcc  və  ümrəni  tam  yerinə 



yetirin”  (əl-Bəqərə 196).  Allah  Rəsulunun    Sünnəsini  alsaq  qurban  kəsiləcək 

yerə  çatana  qədər  ehramdan  çıxmamışdır”  dedi.  (Buxari  1724,  Muslim  3016, 

1221/154)  

 

 

 

Təməttu Həccinin İcazəli Olması 

 

 



 

767.  İmran  İbn  Husayn    demişdir:  “Allahın  Kitabında  təməttu  (həcci) 

barəsində  ayə  nazil  olmuş  və  biz  Peyğəmbərin    yanında  ona  əməl  etmişik. 

Peyğəmbər    vəfat  edənədək  bu  ayəni  haram  buyuran  və  ya  onu  qadağan 

edən  bir  ayə  nazil  olmamışdır.  Bu  haqda  bir  adam

52

 yalnız  öz  fikrini 



söyləmişdir.” (Buxari 4518, Muslim 3036, 1226/169).  

 

 

 

Təməttu Edən Kimsəyə Qurban Kəsməyin Vacib Olması, 

Imkan Tapmayan Kimsəyə Üç Gün Həccdə Oruc Tutması 

Və Yeddi Günü Ailəsinə Döndüyü Zaman Tutmasının 

Lazımlığı 

 

 



                                                

52

 Hədisin izahında deyilir ki, burada “bəziləri” deyildikdə Ömər  və Osman  nəzərdə tutulur. Belə ki, onlar 



“təməttu”  həccini  Sünnədən  hesab  etmirdilər  deyə,  camaata  “qiran”  həccini  yerinə  yetirməyi  məsləhət 

bilirdilər.  



 

 

329 



 

 

768.  Abdullah  İbn  Ömər    demişdir:  “Vida  həccində  Peyğəmbər    həccdən 



əvvəl  ümrə  ziyarətini  yerinə  yetirdi,  qurbanlıq  heyvanı  da  özü  ilə  gətirdi.  O, 

qurbanlıq heyvanı Zul Huleyfədən gətirmişdi. Peyğəmbər  öncə ümrə, sonra 

da həcc niyyəti ilə ihrama girdi. İnsanlar da Peyğəmbər  ilə birlikdə öncə ümrə, 

sonra  da  həcc  niyyəti  ilə  ihrama  girdilər.  Onlardan  kimisi  qurbanlıq  heyvanı 

özü ilə gətirmiş, kimisi də gətirməmişdi. Peyğəmbər  Məkkəyə gəlib çatdıqda 

insanlara  dedi:  “Sizlərdən  qurbanlıq  heyvanları  özləri  ilə  gətirənlər  həcc 

ziyarətini  tamamlayanadək  ihramdan  çıxmasınlar;  qurbanlıq  heyvanları  özləri 

ilə gətirməyənlər isə (müqəddəs) Evi təvaf etsinlər, Səfa və Mərvə arasında səy 

etsinlər, saçlarını qısaltsınlar və ihramdan çıxsınlar. Sonra (Tərviyə günü) həcc 

niyyəti ilə ihrama girsinlər. Qurbanlıq tapmayanlar isə həcc günlərində üç gün 

və  ailəsinin  yanına  qayıtdıqda  yeddi  gün  oruc  tutsunlar.”  (Buxari  1691, 

Muslim 3014, 1227/174).  

 

 

 



769.  Aişə 

,  Urvəyə    rəvayət  etdi  ki,  Peyğəmbər    ümrəni  həccə  qataraq 



Təməttu həcci etdi. İnsanlar da onunla bərabər Təməttu etdilər. İbn Ömərin   

hədisində olduğu kimi”. (Buxari 1692, Muslim 3042, 1228/175)  

 

 

 

Qiran Həcci Edən Kimsənin Ehramdan Yalnız İfadə Həcci 



Edən Kimsənin Çıxdığı Vaxt Çıxa Biləcəyinin Bəyanı 

 

 



 

770.  Peyğəmbərin    zövcəsi  Həfsə 

  demişdir:  “Ya  Rəsulullah,  nə  üçün 



camaat  ümrəni  yerinə  yetirdikdən  sonra  ehramdan  çıxmış,  sən  isə  ümrəni 

yerinə  yetirdikdən  sonra  ehramdan  çıxmamısan.  Peyğəmbər:  “Mən  saçımı 



 

 

330 



yapışdırmışam

53

 və  qurbanlıq  heyvanıma  nişan  taxmışam,  elə  buna  görə  də 



heyvanı  kəsənədək  ehramdan  çıxmayacağam.”  (Buxari  1566,  1725,  5916, 

Muslim 3043, 3047, 1229/179)  

 

 

 

Mühasirə Səbəbilə Ehramdan Çıxmanın Və Qiran Həccinin 



İcazəli Olması  

 

 



 

771. Abdullah İbn Ömər  (Şam) ordusu fitnəsi ilində ümrə etmk üçün Məkkə 

istiqamətinə  yola  çıxdığı  zaman  (oğullarının  o,  il  həcc  etməməsinin  daha 

xeyirli  olacağını  söyləmələrinə)  cavabən:  “Əgər  mən  Beytə  yaxınlaşmaqdan 

qadağan  olunsam  biz  də  Rəsulullah    ilə  bərabər  etdiyimiz  kimi  edəriz 

buyurdu  və  Ümrə  niyyətiylə  (Zul  Huleyfədən)  Ehrama  girib  təlbiyyə  etdi. 

Çünki  Peyğəmbər    də  Hudeybiyyə  ili  belə  bir  ümrə  niyyətilə  ehrama  girib 

təlbiyyə  etmişdir.  Sonra  Abdulah  İbn  Ömər   öz  işində götür  qoy  edib  dedi: 

“Ehrmamdan çıxmanın icazəsi Ümrə ilə həccin durumu eynidir, aralarında bir 

fərq  yoxdur.  Sonra  üzünü  yoldaşlarına  yönəldib  dedi:  “Ümrə  ilə  həccin 

durumu  ayrı  ayrı  deyil,  birdir.  Mən  sizləri  şahid  tuturam  ki,  Mən  ümrə  ilə 

həcci özümə vacib etdim. (Qiran həccini niyyət etdi) Məkkəyə çatdıqda ümrə 

və  həcc  üçün  bir  təvaf  etdi  və  bunu  özünə  kifayət  bilib  qurbanını  kəsdi”. 

(Buxari 1813, Muslim 3048, 1230/180)  

 

 

 



                                                

53

 Bunu ona görə edirdilər ki, uzun saçlar ziyarət edən adama maneə olmasın, habelə onu bit, birə, taxtabiti, 



gənə və başqa bu kimi həşəratlardan qorusun.  

 

 

331 



772. İbn Ömər  Həccacın, İbn Zubeyr ilə hərb etmək üçün (Məkkəyə) gəldiyi 

il həcc etmək istədi. Ona deyildi: “İnsanlar arasında bir hərb olduğu zaman biz 

onların səni həcc etməkdən saxlayacaqlarından qorxuruq”. İbn Ömər: “Allahın 

Elçisi  sizlərə  –  Allaha  və  Axirət  gününə  ümidini  bağlayanlara  və  Allahı  çox 

zikr  edənlərə  gözəl  nümunədir”  (əl-Əhzab  21)  Əgər  (Beyti)  həcc  etməkdən 

saxlayarlarsa  o  zaman  mən  də  Rəsulullahın  etdiy  kimi  edərəm.  Mən  sizləri 

şahid tuturam ki, mən ümrə etməyi özümə vacib bildim. Sonra da yola çıxdı. 

Nəhayət (Zul Huleyfədə) olan Beyda meydanına çatdıqda: “Həcc ilə ümrənin 

halı bir şeydir (aralarında fərq yoxdur). Sizləri şahid tuturam ki, mən ümrəmlə 

bərabər həcci özümə vacib etdim” dedi. Yolda Qudeyd adlanan yerdə qurbnını 

aldı, apardı və bundan başqasını əlavə etmədi. Ehramı pozan bir şey etmədiyi 

üçün  başqa  bir  qurban  kəsməyə  ehtiyac  olmadı.  Arada  ehrmdan  çıxmadı, 

ehramdan  dolayı  haram olan əməllərin heç  biri ona  halal olmadı  (ehramında 

qaldı).  Nə  saçını  qısaltı, nə  də qırxdı.  Nəhayət  qurban  günü  qurbanını  kəsdi, 

saçını qırxdı və ifadə təvafını etdi. İbn Ömər  Peyğəmbərin  də belə etdiyini 

söylədi”. (Buxari 1640, Muslim 3051, 1230/182)  

 

 

 

İfadə Həcci İlə Həcci Və Ümrəni Bərabər Etmək 

 

 

 



773.  Bəkr  əl-Bəsridən  rəvayət  edir  ki,  Ənəs  İbn  Məlik    dedi:  “Peyğəmbər 

ümrə və həcc niyyətiylə ehrama girdiyini zikr etdi”. Bunun üzərin İbn Ömər: 

“Peyğəmbər  həcc niyyətiylə ehrama girmişdi. Bizlər də onunla bərabər həccə 

niyyət  edib  ehrama  girdik.  Məkkəyə  gəldiyimiz  zaman  Peyğəmbər:  “Kim 

heyvan  gətirməyibsə  həccini  ümrəyə  çevirsin”  buyurdu.  Peyğəmbərin   

yanında  isə  heyvanı  vardı.  Bu  vaxt  Əli  İbn  Əbu  Talib    Yəməndən  bizim 

yanımıza həcc niyyətilə ehrama girmiş olaraq gəldi. Peyğəmbər: “Nə niyyətlə 

ehrama  girdin?”  deyə  buyurdu.  Əli:  “Bərabərimidə  əhlim  (Fatimə  )  də 

vardır. Mən Peyğəmbərin  ehrama girdiyi kimi ehrama girdim”. Peyğəmbər: 

“Elə isə ehramda qal, çünki bizimlə bərabərimizdə qurbanlıq heyvan vardır”. 

(Buxari 4353, 4354, Muslim 30554, 1232/185) 


 

 

332 



 

 

Həcc Üçün Ehrama Girərkən Məkkəyə Gələn Kimsəyə 



Təvaf Və Səy 

 

 



 

774. İbn Ömərdən  soruşdular ki, ümrə ziyarətində Kəbəni təvaf etmiş, lakin 

Səfa və Mərvə arasında gedib-gəlməmiş adam zövcəsi ilə yaxınlıq edə bilərmi? 

O  dedi:  “Peyğəmbər    (Məkkəyə)  gəldikdə  Kəbəni  yeddi  dəfə  təvaf  etdi, 

(İbrahimin) dayandığı yerin arxasında iki rükət namaz qıldı və Səfa ilə Mərvə 

arasında  gedib-gəldi.  Həqiqətən,  Allahın  elçisi  sizin  üçün  gözəl  örnəkdir”. 

(Buxari 395, 1793, Muslim 3058, 1234/189) 

 

 

 

Beyti Təvaf Edib, Səy Edənə Ehramda Qalmaq Və 

Ehramdan Çıxmaması Haqda  

 

 



 

775. Aişə və Əsmə rəvayət edir ki, Muhəmməd İbn AbdurRahman 

İbn Nofəl əl-Qureyşi, Urvə İbn Zubeyrdən soruşdum: “Peyğəmbər  artıq həcc 

etmişdir?”.  Aişə  mənə  xəbər  verdi:  “Peyğəmbər    gəldiyində  ilk  etdiyi 

şey ibadət olaraq dəstəmaz aldı və təvaf etdi. Sonra Peyğəmbərin  bu təvaf və 

səyi ümrə olmadı  (Yəni,  Ümrə sayıb  ehramdan çıxmadı).  Peyğəmbər   sonra 

Əbu Bəkrin  həcci də: İlk olaraq başladığı şey Beyti təvaf etmək oldu. Onun 


 

 

333 



da  bu  təvafə  ümrə  olmadı.  Sonra  Ömərin    həcci  də:  “İlk  olaraq  başladığı 

Beyti  təvaf  etmək  oldu.  Onun  da  bu  təvafı  ümrə  olmadı.  Sonra  Osmanın   

həcci  də:  “İlk  olaraq  başladığı  şey  Beyti  təvaf  oldu.  Onun  da  bu  təvafı  ümrə 

olmadı.  Sonra  Muaviyə  ,  Abdullah  İbn  Ömər    və  Atam  Zubeyr  İbn 

Əvvamın etdiyi ilk Həcc əməli: “İlk olaraq başladığı Beyti təvaf oldu. Onların 

da  bu  təvafları  ümrə  olmadı”.  Sonra  mühacirləri  və  Ənsarı  gördüm,  onlarda 

belə edirdilər. Ən axrıncı belə edən kəs İbn Ömər   oldu. O, da həcci ümrəyə 

çevirmədi.  Bu  dur,  İbn  Ömər    onların  arasında  olduğu  halda,  ondan  başqa 

heç kəs qalmadığ halda ondan soruşmurlar. Onlar təvaf etməyi bitirməmiş heç 

bir  şey  etməzdilər,  ehramdan  çıxmazdılar.  Anamı  və  xalamı  (Məkkəyə) 

gəldikləri  zaman  ilk  gördükləri  əməl  Beyti  təvaf  etmələri  və  ehramdan 

çıxmadıqlarıdır.  Anam,  Əsma  Binti  Əbu  Bəkr    deyir  ki:  “Mənim,  bacımın 

(Aişə  ),  Zubeyrin  ,  filan  və  filanın  ümrə  niyyətiylə  ehrama  girmələri, 

Həcərul  Əsvədə  əlləriylə  toxunub  təvaf  və  səyi  etdikdən  sonra  ehramdan 

çıxdıqlarını xəbər verdi”. (Buxari 1615, Muslim 3060, 1235/190)  

 

 



 

776.  Əsma  Bint  Əbu  Bəkr 

  hər  dəfə  Həcun  dağının  yanından  keçdikdə 



deyərdi:  “Muhəmmədə  Allahın  salavatı  olsun!  Biz  onunla  birlikdə  buraya 

gəldik.  Həmin gün  bizim əşyamız yüngül,  minik heyvanımız və yol  azuqəmiz 

az  idi.  Mən,  bacım  Aişə,  Zubeyr,  filankəs  və  filankəs  ümrə  ziyarətini  yerinə 

yetirdik.  Biz  (ümrəni  tamamlayıb)  Kəbəyə  toxunduqdan  sonra  ihramdan 

çıxdıq  və  elə  həmin  axşam  həcc  niyyəti  ilə  ihrama  girdik.”  (Buxari  1796, 

Muslim 3063, 1237/193)  

 

 

 

Həcc Aylarında Ümrənin İcazəli Olması 

 

 

 



777. İbn Abbas   rəvayət edir ki, Peyğəmbər   ilə səhabələri (Məkkəyə) həcc 

niyyətilə  təlbiyyə  edərək  Zul  Hiccə  ayının  dördüncü  günü  səhəri  gəldilər 

yanlarında  qurbanlıq  heyvanlarını  gətirənlər  müstəsna,  digərlərinə  həclərini 


 

 

334 



ümrəyə çevirmələrini əmr etdi”. (Buxari 1085, Muslim 3068, 3071, 1240/201)  

 

 



 

 

778.  Əbu  Cəmrə  Nəsr  İbn  İmran  əd-Dubəi  demişdir:  “Mən  “təməttu”  həccini 



yerinə yetirmək istədim. Lakin bəziləri bunu mənə məsləhət görmədilər. Mən 

bu  haqda  İbn  Abbasdan    soruşduqda  o,  mənə  “təməttu”  həccini  yerinə 

yetirməyi əmr etdi. Sonra yuxumda bir nəfərin mənə: “(Təməttu) qəbul olunan 

həcc  və  ümrədir”  dediyini  gördüm.  Mən  bu  haqda  İbn  Abbasa    xəbər 

verdikdə  o  dedi:  “(Bu,)  Peyğəmbərin    Sünnəsidir.  Sən  mənim  yanımda  qal, 

malımın bir hissəsini sənə verəcəyəm.”(Hədisi rəvayət edən) Şobə dedi: “Mən 

(Əbu Cəmrədən) soruşdum: “Nəyə görə (o, malının bir  hissəsini sənə vermək 

istəyirdi?)”  Dedi:  “Gördüyüm  yuxuya  görə.”  (Buxari  1567,  Muslim  3074, 

1242/204) 

 

 

 

Ehrama Girərkən Qurbanlıq Heyvanı Nişanlamaq Və Belini 

İşarələmək  

 

 



 

779. İbn Abbas  deyir ki: “Beyti təvaf edən kimsə ehramdan çıxmışdır” dedi. 

İbn  Abbas    bunu  haradan  söylədi?  –  dedim.  Allahın:  “Onlarda  (qurbanlıq 

heyvanlarda)  sizin  üçün  müəyyən  bir  vaxta  qədər  mənfəət  vardır.  Sonra 

onların  kəsiləcəyi  yer  qədim  evin  (Kəbənin)  yaxınlığındadır”.  (əl-Həcc  33)  və 

Peyğəmbərin    Vida  həcci  zamanı  səhabələrinə  təvafdan  sonra  ehramdan 

çıxmalarını əmr etməsindən söyləmişdir” dedi. İbn Cureyc dedi ki, mən Ataya: 

“Bu ancaq Ərafatda durduqdan sonradır” dedim. Ata: “İbn Abbas  Ərafatda 

durmaqdan  öncə  və  sonra  da  ehramdan  çıxma  görüşündə  idi”  dedi.  (Buxari 

4396, Muslim 3079, 1245/208) 

 

 


 

 

335 



 

Ümrədə Saçın Qısaldılması 

 

 



 

780.  Müaviyə    demişdir:  “Mən  oxun  iti  ucu  ilə  Peyğəmbərin    saçını 

qısaltmışam.” (Buxari 1730, Muslim 3080, 3081, 1246/210) 

 

 

 

Peyğəmbərin  Təlbiyyəsi Və Qurbanlıq Heyvanı 

 

 



 

781.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Əli    Yəməndən  (Məkkəyə) 

Peyğəmbərin    yanına  gəldi.  Peyğəmbər:  “Nə  niyyətlə  ehrma  girib  təlbiyyə 

etdin?” deyə buyurdu. Əli: “Peyğəmbərin  ehrama girdiyi kimi ehrama girib 

təlbiyyə  etdim”  dedi.  Peyğəmbər:  “Yanımda  qurbanlıq  heyvanı  olmasaydı 

mən  də  ehramdan  çıxardım”  deyə  buyurdu.  Muhəmməd  İbn  Bəkr,  İbn 

Cureycdən  rəvayət  edir  ki,  Peyğəmbər    Əliyə:  “Ey  Əli!  Sən  nə  niyyətlə 

ehrama  girib  təlbiyyə  etdin?”  deyə  soruşdu.  Əli:  “Peyğəmbərin  ehram  və 

təlbiyyə etdiyi kimi” dedi. Peyğəmbər: “O, zaman sən Beytə qurbanlıq hədiyə 

et və ehramlı olaraq qal” deyə buyurdu. (Buxari 1558, Muslim 3085, 1250/213)  

 

 

 

Peyğəmbərin  Ümrələrinin Sayı Və Zamanının Bəyanı 

 

 

 



782.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    dörd  dəfə  ümrə  ziyarəti  etmişdir. 

Bunlardan yalnız  həcc ilə  bərabər  etdiyi  ümrəsi müsətsna  digərləri Zul  Qadə 

ayındadır”.  Hudeybiyyədən  döndüyü  zaman  etdiyi  ümrə,  ondan  sonrakı  il 


 

 

336 



etdiyi ümrə, Huneyn qənimətlərini payladığı Ciranədə etdiyi ümrə və həcc ilə 

bərabər etdiyi ümrəsi” dedi. (Buxari 1780, Muslim 3092, 1253/217)  

 

 

 



 

783.  Zeyd  İbn  Ərqamdan    soruşdular:  “Peyğəmbər    neçə  döyüşdə  iştirak 

etmişdir?” (Zeyd) dedi: “On doqquz”. Soruşdular: “Sən onunla neçə döyüşdə 

iştirak  etmisən?”  Dedi:  “On  yeddi”.  Soruşdular:  “Bunların  hansı  birinci 

(döyüş) olmuşdur?” Dedi: “Useyrə və ya Uşeyr”

54

. (Buxari 3949, Muslim 3094, 



1254/218)  

 

 



 

784. Zeyd İbn Ərqam  rəvayət etmişdir ki, Peyğəmbər  on doqquz döyüşdə 

iştirak etmişdir, o, (Mədinəyə) hicrət etdikdən sonra bir dəfə həcc ziyarətində 

olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci 

olmuşdur.” (Buxari 4404, Muslim 4796, 1254/144) 

 

 



 

785. Mücahid demişdir: “Mən Urva İbn Zubeyrlə  məscidə daxil olduqda İbn 

Ömərin    Aişənin  hücrəsinə  söykənib  oturduğunu  və  bəzi  adamların 

məsciddə  duha  namazını  qıldıqlarını  gördüm.  Biz  İbn  Ömərdən    onların 

qıldıqları  namaz  barəsində  soruşduq.  O:  “Bidətdir”  dedi.  Biz:  “Peyğəmbər   

neçə  dəfə  ümrə  ziyarəti  etmişdir?”  deyə  soruşduq.  Dedi:  “Dörd  dəfə  (ümrəyə 

getmişdir).  Bunlardan  biri  rəcəb  ayında  idi”.  Biz  ona  cavab  qaytarmaq 

istəmədik.    Biz  möminlərin  anası  Aişənin  misvakla  dişlərini  təmizlədiyini 

eşitdik.  Urva:  “Ana,  ey  möminlərin  anası,  Əbu  AbdurRəhmanın  nə  dediyini 

eşitmirsənmi?”.  Aişə:  “O  nə  deyir  ki?”  Urva:  “O  deyir  ki, Peyğəmbər   dörd 

dəfə ümrə  ziyarətini yerinə yetirmiş, bunlardan birini rəcəb ayında etmişdir”. 

Aişə: “Allah Əbu Abdur-Rəhmana mərhəmət etsin! O ki Peyğəmbərin  ümrə 

                                                

54

 Söhbət məkkəlilərin karvanlarına edilən basqından gedir.  



 

 

337 



ziyarətlərinin hamısında onun yanında olmuşdur. Peyğəmbər  heç vaxt rəcəb 

ayında ümrə etməmişdir”. (Buxari 1775, 1776, Muslim 3096, 1255/220)  

 

 

 

Ramazan Ayında Edilən Ümrənin Fəziləti 

 

 

 



786.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    Ənsardan  bir  qadına:  “Səni 

bizimlə həcc  etməkdən  saxlayan  nədir?”  deyə  buyurdu.  Bizim  bir  su  daşıyan 

dəvəmiz vardı. Bu su dəvəsinə Əbu Fulan ilə oğlu minib həccə getdilər - əri və 

oğlu  –  Bir  su  çəkmə  dəvəsi  tərk  etdilər.  Biz  də  onunla  baxçamızı  suvarırıq” 

dedi.  Peyğəmbər:  “Ramazan  olduğu  zaman  sən  sən  bir  ümrə  et.  Çünki 

Ramazan  ayında  edilən ümrə  bir  həcc  kimidir  və ya ona yaxındır  (savabda)” 

deyə buyurdu (Buxari 1782, Muslim 3098, 1256/222)  

 

 

 

Məkkəyə Yuxarı Yolla Daxil Olmağın Və Aşağı Yoldan 

Çıxmağın Və Bir Yerə Bir Yolla Girib Başqa Yolla Çıxmağın 

Müstəhəb Olması 

 

 



 

787. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  (Məkkəyə gedərkən) 

Şəcərədən  keçər,  (geri  qayıtdıqda  isə  Mədinəyə)  Müərrəsdən  (Mədinə 

yaxınlığında yer adı) daxil olardı. Peyğəmbər  Məkkəyə gedərkən Şəcərədəki 

məsciddə namaz qılar, (Mədinəyə qayıdarkən isə) Zul Huleyfədə düzəngah bir 

yerdə (iki rükət) namaz qılar və səhər açılanadək (orada) gecələyərdi.” (Buxari 

1533, Muslim 3099, 1257/223)  

 


 

 

338 



 

 

788. İbn Ömər   demişdir: “Peyğəmbər  Məkkəyə Kəda tərəfdən, Bəthadakı 



(Məkkə  yaxınlığında  yer)  yuxarı  dağ  keçidindən  daxil  olar,  (çıxanda  isə)  aşağı 

dağ keçidindən çıxardı”. (Buxari 1575, Muslim 3099, 1257/223)  

 

 

 



789. Aişə 



rəvayət edir ki, Peyğəmbər   Məkkəyə gəldiyi zaman yüksək 



bir  yerdən  daxil  olmuş,  (Məkkənin)  aşağı  hissəsindən  isə  çıxmışdır”.  (Buxari 

1577, Muslim 3101, 1258/224)  

 

 

 



790.  Aişə 



rəvayət  edir  ki,  Peyğəmbər    (Məkkənin)  Fəthi  ili  Məkkəyə 



təpə yolundan girdi və çıxarkən də Məkkənin  yuxarı tərəfində olan Kudadan 

çıxdı”. (Buxari 1578, Muslim 3102, 1258/225)  

 

 

 

Məkkəyə Girmək İstədikdə Zu Tuvada Gecələməyin, Ora 



Girmək Üçün Yuyunmağın Və Məkkəyə Gündüz Girməyin 

Müstəhəb Olması 

 

 



 

791. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  Zu Tuva adlanan yerdə gecəni 

keçirib səhərə çıxdı. Sonra Məkkəyə daxil oldu. Nəfi deyir ki: “İbn Ömər   də 

belə edərdi”. (Buxari 1574, Muslim 3103, 1259/226)  

 

 

 



792. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  Məkkəyə gələrkən Zu 

Tuva  vadisində  (Məkkə  yaxınlığında  yer)  dayanıb  gecəni  orada  keçirər  və 

səhər açılanda sübh namazını qılardı. Peyğəmbərin  namaz qıldığı həmin yer (o 


 

 

339 



vadidə) sonradan məscid tikilmiş yerdə deyil, ondan aşağıda böyük bir təpədə 

yerləşir. (Buxari 491, Muslim 3105, 1259/218)  

 

 

 



793.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    (namaz  qılarkən) 

üzünü  Kəbə  istiqamətində  yerləşən  hündür  dağ  arasındakı  iki  keçidə  tərəf 

çevirərdi.  (İbn  Ömər  namaza  durduğu  zaman  və  sonralar)  orada  tikilmiş 

məscid  təpənin  kənarındakı  məscidin  sol  tərəfində  qalırdı.  Peyğəmbərin   

namaz qıldığı yer isə bu məsciddən aşağıdakı qara təpədə yerləşir. O təpədən 

on  ərəşn  (dirsəkdən  barmaqucuna  qədər  olan  məsfə)  aralandıqdan  sonra 

səninlə  Kəbə  arasında  yerləşən  dağın  iki  keçidinə  tərəf  üz  tutub  namaz  qıla 

bilərsən. (Buxari 492, Muslim 3106, 1260/229)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin