Akademik kommunikasiya anlayişI. Akademik kommunikasiyanin nöVLƏRİ Akademik kommunikasiyada niTQƏ veriLƏn təLƏBLƏR



Yüklə 16,28 Kb.
səhifə7/8
tarix29.12.2021
ölçüsü16,28 Kb.
#48590
1   2   3   4   5   6   7   8
null

Akademik etika və plagiatçılıq

Akademik hüquqi yazıda hər kəs akademik etika qaydalarına riayət etməli olduğunu yaxşı bilməlidir. Bu etik qaydalardan biri də plagiatçılığa yol verməməkdir. Müxtəlif mənbələrdə isə plagiatçılığa qısa olaraq belə anlayış verilir:



  • başqalarının əsərlərini və ideyalarını öz əsərinizə tam rəsmi bəyanat vermədən köçürmə və ya parafraz etmə;

  • başqalarına məxsus ideyaları, anlayışları, sözləri və ya strukturları istinad etmədən birbaşa olaraq yazınızda öz adınızdan göstərmək.

Tədqiqatçılar plagiatçılığı əsasən iki səbəbə görə mühakimə edirlər. Birincisi, plagiatçılığa yol verməklə siz oxucuları bir növ aldatmış olursunuz. Siz hər hansı mövzu barədə tədqiqat apardıqda (məqalə yazdıqda) orada öz mövqeyinizi ortaya qoymalısınız. İkincisi, siz plagiatçılığa yol verməklə oxucuların inamını itirmiş olursunuz. Bir tərəfdən onlara öz yaradıcılıq qabiliyyətinizi göstərmək istəyirsiniz, digər tərəfdən isə məqalənizi oxuyarkən burada plagiatçılığa yol verildiyini görən oxucularda sizin barənizdə mənfi düşüncələr yaratmış olursunuz.

Plagiatçılığın – sözbəsöz plagiatçılıq, maskalanmış və ya ört-basdır edilmiş plagiatçılıq, struktur və ideya plagiatçılığı  – formalarını fərqləndirirlər.

Plagiatçılığın qarşısını almaq üçün başlıca tələb isə istinad formasına riayət etməyinizdir. Hər hansı bir kitaba istinad etdikdə bu zaman müəllif, kitabın tam adı, istinad etdiyiniz səhifə, nəşr olunduğu il dəqiq olaraq göstərilməlidir.  Akademik etikada belə qəbul olunur ki, istinad etmək sizin məqalənizin və ya araşdırmanızın daha çox etibarlı olmasını və onun əsaslı mənbələrə dayanmasını bir növ sübut edir.


Yüklə 16,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin