Akademik kommunikasiya anlayişI. Akademik kommunikasiyanin nöVLƏRİ Akademik kommunikasiyada niTQƏ veriLƏn təLƏBLƏR



Yüklə 16,28 Kb.
səhifə5/8
tarix29.12.2021
ölçüsü16,28 Kb.
#48590
1   2   3   4   5   6   7   8
null

Nitqin təmizliyi. Ədəbi dil normalarına uyğun, yad ünsürlərdən uzaq olan nitq təmiz nitq hesab edilir. Bir sıra söz qrupları - vulqarizmlər (kobud sözlər), varvarizmlər (dilimizdə qarşılığı olan alınma sözlər), dialekt sözlər nitqin təmizliyinə xələl gətirir. Məs.: yenə-genə, niyə-nöş, soyad-familiya, vəzifə-missiya, , sənəd-dokument. Nitqdə şeydi, zaddı, adı nədi, və s. tüfeyli sözlər istifadə də yolverilməzdir. Mədəni nitq onların istifadə olunmasını qəbul etmir.

Nitqin düzgünlüyü.Bu, mədəni nitqin əsas tələbidir. Düzgünlük onunla ölçülür ki, söz fonetik (orfoqrafik-orfoepik), leksik-semantik, qrammatik (morfoloji və sintaktik), eləcə də üslubi baxımdan düzgündür , yoxsa yox? Bunun üçün nitqdə ədəbi dilin qayda-qanunları pozulmamalıdır. Məsələn, “ondan” əvəzinə “onnan” yazılması səhv olduğu kimi, “saxlıyın” tələffüzünü “saxlayın” şəklində etmək də səhvdir, birincidə orfoqrafik, iknicidə orfoepik norma pozulur, deməli nitqin düzgünlüyünə riayət edilmir. Nitq həm məna, həm də qrammatik cəhətdən düzgün qurulmalıdır. Əgər nitq düzgün qurulmazsa, öz ünsiyyət funksiyasını yerinə yetirə bilməz.

Nitqin dəqiqliyi. Dəqiqlik zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan insanın nitqi də dəqiq olar. Dəqiq nitq odur ki, sözlər ifadə olunan nitqə uyğun seçilsin. Bunun üçün dilin leksik tərkibinə dərindən bələdlik, sinonimlikdən düzgün istifadə bacarığına malik olmaq lazımdır. Natiq hər hansı bir sinonimdən istifadə edərkən cərgədən elə bir söz götürməlidir ki, qulaqda yad səslənməsin. Məsələn, söyləmək, demək, bəyan etmək, şərh etmək və s. sinonim sözlər olsa da. onların hər birinin özünəməxsus məna incəliyi vardır.


Yüklə 16,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin