1. Ünsiyyət zamanı dil normalarını gözləmək. Dildə norma dedikdə, ədəbi dil başa düşülür. Ədəbi dil fonetik, leksik və qrammatik qaydaları əhatə edir ki, kommunikasiya prosesində bu, ən vacib şərtlərdəndir. Ünsiyyət zamanı sözlərin düzgün tələffüzü, kobud sözlərdən, dialektlərdən və jarqondan istifadə edilməməsi, cümlənin düzgün qurulması, düzgün söz sırası və s. norma hesab olunur.
2. Mədəni nitqin tələblərinə əməl etmək. Mədəni nitqin tələbləri içərisində bir neçə istiqaməti- anlaşıqlılığı, ifadəliliyi, sadəliyi, yığcamlığı və s. göstərmək olar.
Dostları ilə paylaş: |