Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


Müharibə illərindən sonra bərpa və sosialist



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   2   3   4   5   6   7   8   9   ...   48
II FƏSIL.  

 

SOVET HAKIMIYYƏTI ILLƏRINDƏ 



NAXÇIVAN MSSR-də SƏHIYYƏNIN 

INKIŞAFI 

 

1. Naxçıvanda Sovet hakimiyyəti qurulan illərdə 



bərpa, sənayeləşmə, kənd təsərrüfatının 

kollektivləşməsi dövründə səhiyyə 

(1920 – 1932-ci illər) 

 

1920-ci il iyulun 28-də Naxçıvan zəhmətkeşləri Qızıl 



Ordunun köməyi ilə müdaxiləçiləri devirdilər və Sovet 

hakimiyyətini qurdular. Dörd il keçdikdən sonra (9 fevral 

1924-cü il) Azərbaycan SSR-nin tərkibində Naxçıvan MSSR-i 

yaradıldı. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi Naxçıvan 

zəhmətkeşlərinin tarixi müqəddəratında  əsaslı dönüş yaratdı. 

Beləliklə  də ölkənin iqtisadi və  mədəni inkişafı üçün geniş 

imkanlar açıldı. Bunun nəticəsində respublikada səhiyyə işləri 

yenidən quruldu və inkişaf etdi, əhaliyə tibbi yardım 

göstərilməsi yaxşılaşdırıldı. 

1920-ci il oktyabrın 10-da Naxçıvan inqilab komitəsinin 

dekreti ilə ölkədə ilk səhiyyə  şöbəsi yaradıldı. Bu ağır illərdə 

əhaliyə tibbi yardımın təşkili və səhiyyənin inkişaf etdirilməsi 

işi Naxçıvanda inqilabi hərəkatın iştirakçısı olan Əli Abbas 

oğlu Abbasova tapşırıldı. Bir neçə aydan sonra səhiyyə şöbəsi 

səhiyyə komissarlığına çevrildi. Ə.Abbasov səhiyyə komissarı 

təyin edildi. 

Ilk günlərdən etibarən sovet səhiyyəsinin prinsipləri 

əsasında əhaliyə tibbi yardım göstərilməsi işinə başlandı. 

Qeyd etmək lazımdır ki,  sovetləşmənin ilk illərində 

səhiyyə işini yenidən bərpa etmək əhaliyə tibbi xidməti təşkil 

etmək o qədər də tez başa gəlmədi. Bir tərəfdən büdcənin zəif 

olması, mərkəzi səhiyyə orqanları, xüsusən Azərbaycan 

Səhiyyə komissarlığı ilə  əlaqənin tam bərpa edilməməsi, 

əvvəllər sayca cüzi də olsa müalicə müəssisələrinin 

dağıdılması, olub – qalan tibb işçilərinin hərc-mərcilik 

nəticəsində 1918-1920-ci illərdə ölkəni tərk etmələri, 

 

 

 



42

xəstəliklərin, xüsusən yoluxucu xəstəliklərin həddindən artıq 

artması – bunlar hamısı yenicə təşkil edilmiş səhiyyə şöbəsinin 

fəaliyyətinə ciddi maneələr, çətinliklər yaradırdı. Bunlara 

baxmayaraq, səhiyyə  işinin günü-gündən yaxşılaşdırılması 

sahəsində gərgin iş görülürdü. 

1920-ci ildə XI Ordunun Qafqaz polkunun hissələri ilə 

Naxçıvana gəlmiş və 1967-ci ilə qədər Naxçıvanda işləmiş tibb 

bacısı E.F.Uspenskaya öz xatirələrində o illərdə Naxçıvan 

əhalisinin vəziyyətini təsvir edirdi: «Biz Naxçıvana gələndə 

əhali az idi.  Bir çoxu öz əmin-amanlığını qorumaq üçün ev-

eşiyini tərk edərək qaçmışdı. Bizim gəlişimizlə onlar uşaqları 

ilə geri dönməyə başladılar. Qaçqınların bir çoxu ölmüşdü, 

onlar xüsusən aclıqdan  əzab çəkmişdilər.  Şəhər dağıdılmışdır 

və bərbad hala salınmışdır. Burada Sovet hakimiyyəti bərqərar 

olandan sonra camaat çox sevinirdi. Tibb xidməti haqqında 

danışmağa dəyməz, o çox zəif idi. Naxçıvanda vur-tut bir ya 

iki həkim qalmışdı. Kəndlərdə  nə tibb ocağı, nə  də tibb 

personalı var idi. Ona görə mən və polkun həkimi N.Dmitriyev 

çağırışa  əsasən rayonlara, kəndlərə gedərək  əhaliyə tibbi 

kömək göstərirdik».

1

    



1920-ci ilin axırlarında Bakı ilə  əlaqə  bərpa olandan 

sonra Naxçıvana həkimlər, orta tibb işçiləri və s. gəlməyə 

başlayır. Məsələn, 1920-ci ilin avqust ayında Azərbaycan 

Inqilab Komitəsinin səhiyyə komissarlığı Naxçıvanda sirayət 

edən yoluxucu xəstəliklərlə mübarizə etmək üçün buraya bir 

vaqon dərman preparatları göndərir.

2

     


Naxçıvanda Sovet hakimiyyətinin ilk aylarında  şəhər 

xəstəxanası  bərpa edildi və çarpayıların sayı 20-dək artırıldı, 

yeni uşaq evi, ambulatoriya, sanitariya müfəttişliyi təşkil 

olundu və aptek açıldı. 01.01.1921-ci ildə bu tibb idarələrində 

1 həkim (Abbasov A.A.), 3 feldşer (Qədimov M., 

Allahverdiyev A. və Allahverdiyev M.), 1 sanitar müfəttişi 

(Məhərrəmov M.T.), 2 əczaçı (Musayev I. və Qədimov A.),12 

xəstəyə qulluq edən, 5 sanitarka və 1 aşbaz 

_________________ 

1

 Moskva şəhəri «Feldşer və akuşerka» jurnalı, 1964-cü il, №11, 



səh.51. 

2

 Naxçıvan M.D.A. fond 25, siyahı 2, qovluq 1, səh.15. 




 

 

 



43 

işləyir.


1

     


Respublikada tədricən səhiyyənin  şəbəkəsi və tibb 

işçilərinin sayı artmağa başlayır. 1922-ci ildə burada 2 

xəstəxana, sanitar müfəttişliyi (komitet), feldşer məntəqələri və 

şəhər apteki var idi. 

01.01.1922-ci ilə bu müəssisələrdə 4 həkim (A.Abbasov, 

Malyuyenko, M.T.Sultanov və F.Kəngərli), 4 feldşer, 1 tibb 

bacısı, 1 sanitar müfəttişi (orta tibb işçisi), 4 əczaçı və 32 kiçik 

və texniki işçi işləyirdi. 

1922-ci ilin ortalarında Respublikada, 2 qəzada səhiyyə 

şöbəsi təşkil edilir: Şərurda (S.Q.Antonov), Ordubadda 

(Q.Serqeyev). Habelə Naxçıvan 

şəhərində 

şəhər 

ambulatoriyası, uşaq xəstəxanası, islah evi ambulatoriyası, 2 



feldşer məntəqəsi (biri Şərur qəzasının  Şaxtaxtı  kəndində, o 

biri Ordubad qəzasının Cənnəb kəndində), Bənəniyar kəndində 

olan feldşer məntəqəsi isə Culfaya (Naxçıvan qəzası) 

köçürülür. 

Get-gedə, hər il tibb müəssisələrinin və tibbi kadrların 

sayı artır. 

01.01.1923-cü ilə 3 xəstəxana, 2 ambulatoriya, 3 feldşer 

məntəqəsi sanitar müfəttişliyi (komitə)  şəhər apteki və xüsusi 

kənd apteki var idi ki, onlarda da 6 həkim, 6 feldşer, 1 mama, 1 

tibb bacısı və 2 əczaçı işləyirdi.

2

     


Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet 

Sosialist Respublikası yaradılandan sonra (9 fevral 1924-cü il) 

burada 3 qəza təşkil olundu: Naxçıvan, Ordubad və  Şərur 

qəzaları. Qəzalar öz növbəsində dairələrə bölündü. 

Respublikada  dairələrin sayı 12 idi. Onlardan 8 Naxçıvan 

qəzasında, 4 isə Şərur qəzasında. 

1921-ci il mart ayının 16-da RSFSR və Türkiyə arasında 

«Dostluq və qardaşlıq haqqında müqavilə» Naxçıvanda Sovet 

hakimiyyətinin möhkəmlənməsinə təkan verdi. Bu müqaviləyə 

əsasən Naxçıvan Vilayəti Azərbaycan 

SSR-in himayəsi altında Muxtar Respublika kimi qəbul edildi. 

________________ 

1

 Naxçıvan M.D.A. fond 17, siyahı 2, qovluq 1, səh.11 



2

 Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, fond 17, siyahı 2, 

qovluq 3, səh.1-27 

 

 



 

44

 



1921-ci ildə Vilayət Inqilab Komitəsinin dekretinə 

əsasən Naxçıvan Xalq Komissarlar Soveti yaradıldı  və onun 

tərkibində Xalq Səhiyyə Komissarlığı  təşkil edildi və  Əli 

Abbas oğlu Abbasov ilk Səhiyyə komissarı təyin edildi. O, bu 

vəzifədə 1922-ci ilin fevral ayına kimi işlədi. 

Kommunist Partiyası  və Sovet hökumətinin qayğısı 

nəticəsində sovetləşmənin ilk illərində Naxçıvanın iqtisadi 

həyatında müsbət irəliləyiş oldu. Ölkədə duz sənayesi 

bütünlüklə bərpa olundu və istehsalat texnikası yaxşılaşdı. 

1923-cü ildə Ordubad şəhərində artıq 7 ipəksarıyan 

zavod işə salındı. Kəndlilər kənd təsərrüfatında böyük 

nailiyyətlər  əldə etdilər. 1922-ci ildə respublikada 32 min 

desyatin olduğu halda 1923-24-cü  illərdə o, müharibə illəri 

səviyyəsinə çatdı  və 55 desyatin oldu. Bu illərdə pambıqçılıq 

və pambıq məhsulu 1913-cü ilə nisbətən 5 dəfə genişləndi. 

Naxçıvan MSSR-i Xalq Komissarlar Soveti xalq təsərrüfatının 

bərpası, kənd təsərrüfatının yaxşılaşdırılması, sosialist 

quruluşunun genişləndirilməsi ilə yanaşı  əhalinin mədəni 

səviyyəsinin qaldırılmasına və əmin-amanlığın yaxşılaşmasına, 

savadsızlığın ləğv edilməsinə,  habelə  kəndlilərə  və  fəhlələrə 

pulsuz tibbi yardım göstərilməsini təşkil etmək məsələsinə 

ciddi fikir verirdi. 

1913-cü ildə ölkədə cəmi 13 məktəb var idi ki, bunlarda 

da  2000-ə yaxın adam təhsil alırdı. 

1920/21-ci təhsil illərində burada 45 məktəb olduğu 

halda 1923/24 tədris illərində  məktəblərin sayı 63-ə, 

müəllimlərin sayı 80-ə,  şagirdlərin sayı 4146-ya, o cümlədən 

qızların sayı 910-a çatmışdır. 

1922-ci ildə savadsızlığı  ləğv etmək üçün xüsusi qadın 

pedaqoji kurslar və bir çox dərnəklər açılır. Bununla belə 

sovetləşmənin ilk illərində  əldə edilən nailiyyətlərə 

baxmayaraq hələ  də ölkənin xalq təsərrüfatında kəskin 

nöqsanlar var idi. 

Bu haqda Naxçıvan SSR-i Xalq Komissarlar Sovetinin 

sədri H.Sultanov 1927-ci ildə yazırdı ki, «Naxçıvan ölkəsində 

olan müəssisələrin fəaliyyətini 




 

 

 



45 

qənaətbəxş hesab etmək olmaz»

1

.  


Naxçıvan ölkəsində  zəhmətkeşlərə tibbi xidməti 

yaxşılaşdırmaq məqsədilə 1923-cü ildə Azərbaycan SSRi 

M.I.K. və Xalq Komissarları Soveti qərara alır ki, feldşer 

məntəqələri və malyariya stansiyaları üçün avadanlıq və 

ləvazimat almaqdan ötrü yığılan  ərzaq rüsumu hesabına 10% 

həcmində vəsait ayrılsın.

2   

    


1923-cü ildə Naxçıvan  şəhərində  sığortalananlar üçün 

ambulatoriya, malyariya ambulatoriyası, Ordubad qəzasında 

həkim məntəqəsi, Şərur qəzasının Başnoraşen kəndində feldşer 

məntəqəsi, Cəhri kəndində (Naxçıvan qəzası) feldşer 

məntəqəsi açılır. 

Beləliklə 01.01.1924-cü ilə Respublikada 1 xəstəxana 

(xəstəxanaların sayının azalması ondan irəli gəlmişdir ki, Şərur 

qəzasında xəstəxana üçün münasib bina olmadığına görə 

xəstəxananın  əvəzində malyariya stansiyası açılır, Naxçıvan 

şəhərində isə  uşaq xəstəxanası  şəhər xəstəxanası ilə 

birləşdirilərək orada uşaq  şöbəsi kimi fəaliyyət göstərir), 4 

ambulatoriya, 1 həkim məntəqəsi, 4 feldşer məntəqəsi, 1 

malyariya stansiyası, 1 malyariya ambulatoriyası, sanitar 

müfəttişliyi (komitet), 2 aptek (onlardan biri şəhər 

xəstəxanasında) fəaliyyət göstərir. Bu müəssisələrdə 4 həkim, 

1 diş  həkimi, 8 feldşer, 2 feldşer-mama, 1 tibb bacısı  və 3 

əczaçı işləyirdi.

3

     



Kənd yerlərində stasionar çarpayıları olmadığına görə 

kənd  əhalisinə  şəhər xəstəxanasında tibbi yardım göstərilirdi. 

Kənd yerlərində xəstəxana üçün müvafiq bina olmadığına görə 

orada xəstəxana açmaq mümkün olmurdu. 

1924-cü ildə Ordubad həkim məntəqəsi ambulatoriyaya 

çevrilir. Kənd yerlərində 3 feldşer məntəqəsi, Ordubad 

şəhərində isə şəhər apteki açılır. 

Beləliklə 1925-ci ilə respublikada aşağıdakı tibb 

şəbəkəsi və kadrlar var idi: 35 çarpayılıq Naxçıvan şəhər 

________________ 

1

 H.Sultanov «Naxçıvan ölkəsi və onun iqtisadiyyatı», Bakı, 1927-ci 



il, səh.60. 

2

 Naxçıvan M.D.A. fond 17, siyahı 2, qovluq 1, səh.11. 



3

 Naxçıvan MSSR MDA, fond 17, siyahı 1-2, qovluq 155, səh.6-7 

 

 

 



46

xəstəxanası – uşaq  şöbəsi ilə birlikdə, 5 ambulatoriya, 1 

malyariya stansiyası, 2 çevik (uçan) malyariya dəstəsi, 1 

sanitar müfəttişliyi (komitə), 7 feldşer məntəqəsi, 3 aptek 

(onlardan biri xəstəxananın nəzdində). 

Onlarda 8 həkim, 2 diş  həkimi, 13 feldşer, 2 feldşer-

mama, 2 tibb bacısı və 3 əczaçı işləyirdi. 

1935-ci ildən başlayaraq büdcənin genişlənməsi və kənd 

iqtisadiyyatında irəliləyiş imkan verdi ki,  respublikada 

əhalinin sağlamlığı üçün geniş  tədbirlər həyata keçirilsin və 

müalicə-profilaktika müəssisələri genişləndirilsin. Buna 

baxmayaraq səhiyyənin vəziyyəti əhalinin ona olan ehtiyacını 

kifayət qədər ödəmirdi. 

Naxçıvan MSSR Xalq Komissarlar Sovetinin sədri 

1926-cı ildə öz məruzəsində səhiyyənin vəziyyətinə toxunaraq 

qeyd edir ki: - «1925-ci ilə  qədər respublikada əhalinin 

sağlamlığı üçün az iş görülüb. Belə  vəziyyət hökumət 

qarşısında məsələ qoyur ki, ümumi sanitar vəziyyətin 

yaxşılaşdırılması, müalicə müəssisələrinin genişləndirilməsi və 

onun kənd yerlərinə yaxınlaşdırılması üçün tədbirlər həyata 

keçirilsin».

1

 



Naxçıvan MSSR Xalq Səhiyyə komissarı  Məmməd 

Ismayıl (Baba) Allahverdi oğlu Qədimov 4 oktyabr 1925-ci 

ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının kollegiya 

iclasında Naxçıvan respublikasında səhiyyənin vəziyyətini 

ətraflı  təhlil edir. O, göstərir ki, 1923-cü ildə bütün müalicə 

müəssisələrinə 4000 gəliş olmuşdur, 1924-cü ildə isə 

malyariya stansiyaları da daxil olmaqla 130000 gəliş 

olmuşdur. O, qeyd edir ki, malyariya ölkə  əhalisinin  əsas 

qənimi və  bəlasıdır.  Şərurda  əhali az qala 100%, Naxçıvan 

qəzasında 50-70%, Ordubadın cənub hissəsində 12% 

malyariya xəstəliyinə tutulmuşdur. Statistik rəqəmlərdən aydın 

olur ki, əhalinin 12%-i sifilis xəstəliyi ilə, 30%-i göz xəstəliyi 

ilə, traxoma ilə  xəstələnir. Daha sonra o, qeyd edir ki, 

mamaların çatışmaması üzündən ara mamalarla mübarizə 

aparmaq çətindir. Sanitar maarif işi həkim 

_________________ 

1

 Xalq Komissarlar Sovetinin sədri Həmid Sultanovun 1925-ci ildə 



Naxçıvanın fəaliyyəti haqqındakı məruzəsi. Irəvan şəhəri, 1926-cı il, 

səh.25. 



 

 

 



47 

olmadığından zəif aparılır.

1

  1925-ci il oktyabr ayının axırında 



Naxçıvanda səhiyyə işinin vəziyyəti ilə şəxsən tanış olmaq və 

ona kömək etmək məqsədilə Azərbaycan SSR Xalq Səhiyyə 

komissarı Mövsüm Nəcməddin oğlu Qədirli Naxçıvana gəlir. 

O, vəziyyətlə tanış olduqdan sonra 1 noyabr 1925-ci ildə 

Naxçıvan MSSR həkimlərinin birinci qurultayı çağırılır. 

Qurultay Naxçıvan respublikasında səhiyyənin vəziyyətini 

yaxşılaşdırmaq tədbirləri haqqında qərar qəbul edir.

2

 Qurultay 



səhiyyə  işində olan nöqsanları açıb göstərir və onların 

gələcəkdə aradan qaldırılması yollarını göstərir. Qurultay 

respublikada səhiyyə  işinin yaxşılaşmasında böyük rol 

oynamışdır. 

M.N.Qədirli Naxçıvandan gedəndən beş gün sonra (5 

noyabr) L.P.Solovyev adına Azərbaycan Qırmızı Aypara 

Cəmiyyətinin həkim sanitar dəstəsi Naxçıvana gəlir. Dəstənin 

tərkibində – onun müdiri həkim Krasnovski, feldşer 

Boltuşkina, tibb bacısı Buxarina – Makarova və sanitarka 

Ilina


3

 olur. Dəstə Şərur kənd əhalisinə kömək göstərir. Bundan 

başqa Bakıdan 1925-ci ildə respublikanın tibb müəssisələri 

üçün çoxlu tibb avadanlığı, çarpayılar, laboratoriya ləvazimatı 

və s. göndərilir. 

Müalicə profilaktika müəssisələrinin binaları sanitar–

gigienik tələblərə cavab vermədiyinə görə 1925-ci ildə 

respublikanın hökuməti tərəfindən bir sıra tədbirlər həyata 

keçirilir. Belə ki, Naxçıvan  şəhər xəstəxanasının binası 

yenidən tikilərək 150 çarpayılıq üçün hazırlanır, uşaq 

məsləhətxanasının binası əsaslı təmir edilir. Habelə Ordubadda 

şəhər ambulatoriyası  və  xəstəxana binaları,  Şərurda 

Başnoraşen həkim məntəqəsi, Başnoraşen malyariya 

stansiyasının, Ordubad qəzasının kənd həkim məntəqəsinin 

yerləşdiyi binalar təmir olunur. Bundan başqa yeni tikintilərə 

və başqa müalicə idarələrinin  

________________ 

1

 Naxçıvan M.D.A. fond 17, siyahı 1-2, qovluq 3, səh.18. 



2

 Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, siyahı 2, fond 17, 

qovluq 9, səh.33. 

3

 Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, siyahı 2, fond 17, 



qovluq 9, səh.35.

 

 



 

 

 



 

48

təmirinə başlanılır.



Bu məqsədlə Azərbaycan SSR sosial 

sığorta tərəfindən 40000 manat pul buraxılır və bu işlərə 

xərclənir. 

Elə bu ildə uşaqların səhhətinin mühafizəsi və sığorta 

olunanlara tibbi yardım göstərilməsi işinə də diqqət artırılır. 

1925-ci ildə  müalicə  şəbəkəsi xeyli artır. Ölkə 

xəstəxanası 35 çarpayıdan 50 çarpayıyadək genişləndirilir. 

Naxçıvan  şəhərində 30 çarpayılıq zöhrəvi dispanser, diş 

ambulatoriyası, sığorta olunanlar üçün həkim ambulatoriyası, 

uşaq evi nəzdində ambulatoriya, iki feldşer ambulatoriyası, 

uşaq məsləhətxanası (süd mətbəxi ilə) açılır. Bundan başqa 

daimi həkim komissiyası  və kimyəvi – bakterioloji 

laboratoriya təşkil olunur. 

Şərur qəzasında Başnoraşen həkim məntəqəsi və 

Yengicə kəndində aptek açılır. 

Ordubad qəzasında Ordubad şəhər xəstəxanası (10 

çarpayı) və şəhər ambulatoriyası genişləndirilir, bundan başqa 

2 feldşer məntəqəsi (Culfada və Çənnəbdə) həkim məntəqəsinə 

çevrilir.

2

    


Beləliklə 1925-ci ildə respublikada tibbi şəbəkə xeyli 

artır: - 60 çarpayılıq 2 xəstəxana, 30 çarpayılıq zöhrəvi 

dispanser, ambulatoriya, malyariya stansiyası, uşaq 

məsləhətxanası (süd mətbəxi ilə), kimyəvi – bakterioloji 

laboratoriya, Respublika Xalq Səhiyyə Komissarlığında sanitar 

– epidemiologiya ş.bəsi, Qırmızı Ayparanın həkim sanitar 

dəstəsi 4 həkim və 4 feldşer məntəqəsi, 4 aptek (onlardan biri 

xəstəxanada) fəaliyyət göstərirdi. Bu müəssisələrdə  cəmi 22 

həkim (onlardan biri diş  həkimi), 36 orta tibb işçiləri və 10 

əczaçı  işləyirdi.

3

  1920-25-ci illərdə respublikada səhiyyə 



müəssisələrinin və kadrlarının sayı haqqında məlumat  əyani 

olaraq 8-ci cədvəldə göstərilib.     

1923-cü ildə  xəstəxanaların sayının 3-dən 1-ə enməsi 

___________________ 

1

 Naxçıvan MSSR. M.D.A. fond 17, siyahı 1-2, qovluq 155, səh.8. 



2

 Naxçıvan MSSR. M.D.A.fond 17, siyahı 1-2, qovluq 155, səh.1-10. 

3

 Yenə orada, siyahı 2, qovluq 10, səh.1.



 

Şərurda xəstəxana üçün münasib bina olmadığına görə 

xəstəxana  əvəzinə malyariya stansiyası açılır, Naxçıvan 



 

 

 



49 

şəhərində olan uşaq xəstəxanası isə  şəhər xəstəxanasına uşaq 

şöbəsi kimi birləşdirilir. 

1924-cü ildə  (avqust ayı) Naxçıvan  şəhər malyariya 

komitəsi yaradılır ki, onun da nəzdində 2 «uçan» malyariya 

dəstəsi: biri Şərurda, o biri Naxçıvan qəzasında fəaliyyət 

göstərir. 

Bundan başqa malyariya xəstəliyinə qarşı mübarizəni 

gücləndirmək məqsədilə Azərbaycan SSR-i Qırmızı Aypara 

Cəmiyyəti tərəfindən həkim-sanitar dəstəsi 1925-ci ildə (1 

həkim, 1 feldşer və 1 sanitarka) kənd  əhalisinə kömək etmək 

üçün Şərura göndərilir. 

Sanitar müfəttişliyi (komitə) Səhiyyə Komissarlığının 

aparatında təşkil edilir. 

1926-cı ilin fevral ayında Naxçıvan Mərkəzi Icrayyə 

Komitəsinin qərarına  əsasən respublikanın Xalq Səhiyyə 

Komissarlığında aşağıdakı  tərkibdə kollegiya yaradılır: 

I.A.Qədimov – Xalq Səhiyyə komissarı, Mudrıx V. – Xalq 

Səhiyyə komissarının müavini, Marqulis Y. – X.S.K-nın 

nəzdində sanitar  epidemioloji şöbənin müdiri, M.Məhərrəmov 

– yerli komitənin sədri, R.Əhmədov – Naxçıvan M.I.K. 

nümayəndəsi (kəndlilər tərəfindən).

1

    


1926-cı ilin şəbəkəsinə  əlavə olaraq Şahbuz kəndində 

feldşer məntəqəsi açılır və    Vənənd feldşer məntəqəsi həkim 

məntəqəsinə çevrilir. 

Naxçıvan  şəhər ambulatoriyası genişlənir və  mərkəzi 

ambulatoriyaya çevrilir. Onun nəzdində: göz, cərrahi, 

terapevtik, dəri-zöhrəvi, ginekoloji, diş kabinələri, diş texniki 

laboratoriya təşkil edilir. Bu kabinələr mütəxəssis həkimlərlə 

təmin edilir. 

Ölkə  xəstəxanasında çarpayıların sayı 100-ə çatdırılır. 

Burada – terapevtik, cərrahi, mama – ginekoloji, göz və burun-

qulaq-boğaz şöbələri yaradılır. 

1927-ci ildə respublikada səhiyyə şəbəkəsinin vəziyyəti 

belə idi: - 115 çarpayılıq 2 xəstəxana, 30 çarpayılıq  

________________ 

1

 Naxçıvan MSSR – M.D.A. fond 17, siyahı 2, qovluq 10, səh.26. 



 

8-ci cədvəl 

 

 

 



50

 

1920-1925-ci illərdə Naxçıvan respublikasında səhiyyə 



müəssisələrinin və kadrlarının sayı haqqında məlumat 

 

 



I l l ə r 

Müəssisələrin adı 

1920 1921 1922 1923 1924 1925 

Şəhər xəstəxanası 

(20ç) 


1 3 1 1 

(60ç) 



Ambulatoriya 

1 1 2 3 4 8 

Uşaq evi 

(20ç) 



- - - - - 

Dəri-zöhrəvi 

dispanseri  

- - - - - 

(30ç) 


Malyariya 

ambulatoriyası 

-  -  - 1 1 1 

Malyariya 

stansiyası 

-  -  - 1 1 1 

Uşaq xəstəxanası - 1 1 - - - 

Uşaq məsləhət-

xanası 

- - - - - 1 

Həkim məntəqəsi  -  -  - 1 1 4 

Feldşer məntəqəsi - 2 3 4 7 4 

Sanitar 

müvəkkilliyi 

(komitə (1925-ci il-

dən sanit. epid 

şöbə) 

1 1 1 1 1 1 



Bakterioloji 

laboratoriya 

- - - - - 1 

Aptek 


 

1 1 2 2 3 4 

Həkimlər 

 

1 4 6 4 8 21 



Diş həkimi 

-  -  - 1 2 1 

Orta tibb işçiləri 3 



11 

17 


36 

Əczaçılar 

2 4 2 3 3 10 

 

zöhrəvi dispanser, 10 çarpayılıq malyariya stansiyası, 7 



ambulatoriya (onlardan biri mərkəzi ambulatoriya bütün 

ixtisaslı kabinələrlə), uşaq məsləhətxanası, bakterioloji 

laboratoriya, 4 həkim məntəqəsi, 2 səhiyyə  məntəqəsi, 4 



 

 

 



51 

feldşer məntəqəsi, 4 aptek (onlardan biri xəstəxana nəzdində) 

əhaliyə tibbi xidmət göstərirdi.

1

     



Bu müəssisələrdə 22 həkim, 2 diş həkimi, 1 diş texniki, 

18 feldşer, 15 tibb bacısı, 8 mama, 9 əczaçı  və 87 kiçik və 

texniki personal işləyirdi. 

Naxçıvan MSSR Xalq Səhiyyə komissarının müavini 

Mudrıx Vladimirin məruzəsindən görünür ki, 01.10.1924-cü 

ildən 01.10.1925-ci ilə  qədər olan müddətdə respublikada 

əhaliyə göstərilən müalicə profilaktika köməyinin həcmi 

artmışdır. 

9-cu cədvəl 

 

Naxçıvan MSSR-də əhalinin tibbi köməyə görə 



etdiyi müraciətlərin və gəlişlərin sayı 

 

 



 

Əhalinin 

sayı 

Müraciətlə-rin 



sayı 

Gəlişlərin sayı 

Naxçıvan qəzası 

şəhərlə birlikdə 

49000 23543  53766 

Şərur qəzası 29500 

9765 

64103


x) 

Ordubad qəzası 21500 

15953 

34950 


Respublika üzrə cəmi: 100000  49261  152819 

 

x)



 kimyəvi-profilaktika da daxil olmaqla (10653)  

 

Cədvəldən göründüyü kimi orta hesabla ildə  əhalinin 



1000 nəfərinə 492,6 müraciət və 1528,2 gəliş düşür. 

1925-ci ildə müalicə-profilaktika müəssisələrində 

əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayı 1923-cü ilə 

nisbətən 3,5 dəfə artmışdır. 

1926-cı ilin başlanğıcında respublikanın müalicə-

profilaktika  şəbəkəsi 3 rayon səhiyyə  şöbəsinə tabe idi – 

Naxçıvan (Culfa da daxil olmaqla), Şərur və Ordubad. Bunlar 

da öz növbəsində Naxçıvan MSSR-i Səhiyyə Komissarlığına 

tabe idi. Səhiyyə şöbə müdirləri: - 

Nərimanov M. (Şərur), Abramov (Ordubad) və 

__________________  

 

 



 

52

1



 Naxçıvan MSSR – M.D.A. fond 27, siyahı 2, qovluq 28, səh.124 və    

yenə orada qovluq 27, səh.100

 



 

 

 



53 

 Petrovskaya (Naxçıvan).

1

     


01.01.1931-ci ildə xəstəxanaların və dispanserlərin sayı 

4, onlarda çarpayıların sayı 180 olmuşdur. Tibb işçilərinin 

sayı: - həkimlər-35 nəfər (onlardan 3-ü diş  həkimi), orta tibb 

işçiləri – 56 nəfər və əczaçılar 5 nəfər olmuşdur.

2

 

1931-ci ilin aprel ayında Naxçıvan MSSR-nin ərazisində 



təbii fəlakət – zəlzələ baş verir. Nəticədə xalq təsərrüfatına 

böyük ziyan dəyir. Tibb müəssisələri yerləşən binaların çoxu 

dağılır. Zəlzələ vaxtı xeyli adam ölür və yaralanır. 

Naxçıvan MSSR-i hökuməti Naxçıvan M.I.K.-də 

fövqəladə  bərpa komissiyası  təşkil edir ki, Səhiyyə Xalq 

komissarı da bura daxil olur. Bu vaxt bütün güc zəlzələdən 

zərər çəkənlərə tibbi xidmət göstərməyə  səfərbər edilir. Bu 

işdə respublika Qırmızı Aypara Cəmiyyəti böyük kömək 

göstərir. Zərər çəkənlərə kömək göstərmək üçün tibb dəstələri, 

habelə yemək məntəqələri,  uşaq yasliləri və s. təşkil olunur. 

Həmin il zəlzələ  fondu hesabına xəstəxanaların, 

yaslilərin və s. tikilməsinə başlanılır. 

1932-ci ildə isə Şərur rayonunda xəstəxananın tikintisinə 

başlanılır. 

 

* * * 


 

 

Ana və  uşaqların sağlamlığı qayğısına qalmaq başlıca 



vəzifələrdən biri olub. 

Naxçıvanda Sovet hökumətinin yarandığı ilk aylarından 

Inqilab Komitəsi Naxçıvanın tarixində ilk dəfə ana və 

uşaqların sağlamlığının mühafizəsi üçün tibb ocaqları yaratdı. 

Belə ki, 1920-ci ildə Naxçıvan  şəhərində  uşaq evi açılır. Bir 

ildən sonra o, uşaq xəstəxanasına və  

 

_______________ 



1

 Naxçıvan MSSR M.D.A. fond 17, siyahı 2, qovluq 10, səh.26. 

2

 Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığının arxivi, fond 17, 



siyahı 2, qovluq 44, səh.17.

 

 



 

 

54



sonralar şəhər xəstəxanasının şöbəsinə çevrilir. 

Ilbə-il tibb müəssisələrinin sayı artırdı, onların yeni 

aparatlarla təchizi yaxşılaşırdı. Tibb kadrlarının sayı da get-

gedə artırdı, stasionar xidmətin xeyli artması da nəzərə 

çarpırdı. 

Əgər 1924-25-ci illərdə respublika xəstəxanasına 642 

nəfər daxil olmuşdursa, 1928-29-cu illərdə 2782 xəstə daxil 

olmuşdur.

1

    


O illərdə səhiyyənin büdcəsi də hər il artırdı. Əgər 1924-

25-ci illərdə  səhiyyə  xərclərinə 77883 manat buraxılmışdırsa  

bu rəqəm 1926-27-ci illərdə 278072 manat və ya 1924-25-ci 

illərə nisbətən 3,5  dəfə artıq olmuşdur.

2

   


1930-cu ildə respublikada tibb müəssisələrinin tikintisi 

yeni inkişaf tapdı. Bunu Naxçıvan Xalq Komissarlar Sovetinin 

8 may 1930-cu il qərarından görmək olar. Qərarda göstərilir: 

Naxçıvan Xalq Səhiyyə naziri Ordubad rayonunun Bist 

kəndində 4 çarpayılıq həkim məntəqəsinin, Naxçıvan 

respublikasının başqa  dağ ətrafı hissəsində 6 çarpayılıq həkim 

məntəqəsinin, Naxçıvan respublikasının dağlıq hissəsində yerli 

əhəmiyyət kəsb edən 80 çarpayılıq istirahət evinin tikilməsi 

üçün Azərbaycan SSR Xalq Səhiyyə naziri ilə müqavilə 

bağlasın.

3

     


1930-cu ildə Naxçıvan mərkəzi  şəhər ambulatoriyası 

genişləndirilərək  şəhər poliklinikasına,uşaq məsləhətxanasının 

nəzdində olan qadın kabinəsi – qadın məsləhətxanasına 

çevrilir. 

Elə bu il sanitar maarif evi təşkil edilir, səhiyyə 

məntəqələrinin sayı 6-ya apteklərin sayı 6-ya (onlardan 3-ü 

müalicə müəssisəsində) çatdırılır. 

1925-ci ilin əvvəlində Naxçıvan  şəhərində  uşaq 

məsləhətxanası (süd mətbəxi ilə birlikdə) təşkil edilir. 1929-cu 

ildə Ordubad şəhərində 

uşaq məsləhətxanası (süd 

__________________ 

1

 Naxçıvan MSSR M.D.A. fond 17, siyahı 1-2, qovluq 155, səh.5. 



2

 H.Sultanov «Naxçıvan ölkəsi və onun iqtisadiyyatı». Bakı, 1927, 

səh.54. 

3

 Naxçıvan MSSR M.D.A. fond 17, siyahı 1-2, qovluq 74, səh.17-19 




 

 

 



55 

mətbəxi ilə birlikdə) açılır, Naxçıvan  şəhər uşaq 

məsləhətxanasında isə qadın kabinəsi açılır ki, o 1930-cu ildə 

qadın məsləhətxanasına çevrilir. 

 

 

* * * 



 

Naxçıvan Inqilab Komitəsi ölkədə Sovet hakimiyyətinin 

qurulmasının ilk günlərindən yaşayış yerlərinin sanitar 

vəziyyətinə  və  epidemiya əleyhinə aid tədbirlərin qaydaya 

salınmasına böyük diqqət verirdi. Artıq özünün ikinci ayında 

Naxçıvan Inqilab Komitəsi «Naxçıvan  şəhərində sanitar 

vəziyyətin qaydaya salınması haqqında» ilk qərarını verir. 

Qərarda göstərilir ki, qaçqınlar geri qayıdandan sonra 

Fövqəladə Komitə tərəfindən qaçqınlardan ibarət xüsusi fəhlə 

dəstələri yaradılsın. Səhiyyə şöbəsinin müdiri və milis rəisinin 

nəzarəti altında  şəhərdə  təmizlik işi aparılsın və  şəhərin tələb 

olunan yerlərində ayaqyolları qazılsın.

1

     


Naxçıvan Inqilab Komitəsinin növbəti qərarı 1921-ci 

ilin iyul ayında «kəskin yoluxucu xəstəliyin (vəba) baş 

verməməsi üçün xəbərdarlıq edici tədbirlərin həyata 

keçirilməsi haqqında» imzalanmışdı. Bu qərar xəstəliyin qonşu 

ölkələrdən gətirilməsinin qarşısını almaqla səhiyyə orqanlarına 

böyük kömək etdi. Qərarda həmçinin göstərilirdi ki, Naxçıvan 

ölkəsinə  xəstəliyin gətirilməsinin qarşısını almaq üçün 

aşağıdakı  tədbirlər görülsün: vəbaya  şübhəli olan bütün 

xəstələr dəmir yolu xəttində stansiyada yoxlanılsın; vəbalı 

xəstələr izolə (təcrid) edilsin, xlorlu əhəng hazırlansın, 

stansiyada daimi qaynanmış su olsun, kal meyvələrin qəbulu 

qadağan edilsin, qaçqınların vəziyyəti yaxşılaşdırılsın. 

Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığının 1926-

cı ilə aid hesabatında göstərilir ki, respublikanın kəndlərində 

həyat tərzi və  məişəti sanki bilə-bilə sanitar – gigiyenik 

tələbata cavab verməmək üçün yaranıb.  

 

__________________ 



1

 Naxçıvan MSSR M.K.A. fond 17, siyahı 3, qovluq 1, səh.8.

 

 

 



 

56

Hesabatda daha sonra göstərilir: bizim kəndlər 



ağılasığmaz dərəcədə natəmizdir ki, elə bil yeganə yolu budur 

ki, onları söküb yenidən tikəsən.

 1

   


1920-ci ildə  Səhiyyə  şöbəsinin nəzdində sanitar həkim 

müfəttişi vəzifəsi təsdiq edilir. 

Bir müddət bu vəzifəni həkim olmadığına görə feldşer 

(Məhərrəmov M.T.) əvəz edir. Bir ildən sonra o vəzifənin 

yerinə sanitar müfəttişlik (komitə), 1922-ci ilin oktyabr 

ayından isə Səhiyyə şöbəsində həkimlərdən ibarət sanitar üçlük 

(Sultanov M.P., Dmitriyev I.I. və Boqdanov N.) təşkil edilir. 

Üçlüyə Naxçıvan  şəhərində sanitar epidemioloji vəziyyətə 

nəzarət etmək tapşırılır. Onlara cərimə etmək ixtiyarı verilir. 

1925-ci ildə Xalq Səhiyyə Komissarlığı nəzdində sanitar 

epidemioloji  şöbə yaradılır. Burada iki sanitar müfəttiş – 

həkim köməkçi ilə  işləyir. Həkimlərdən biri Naxçıvan 

qəzasında, o biri Ordubad qəzasında sanitar işlərlə məşğul olur. 

1926-cı ildə Culfada karantin məntəqəsi yenidən bərpa 

edilir. Artıq 1927-ci  ildən respublikanın bütün rayonlarında 

sanitar – epidemioloji şöbələrin özünün sanitar müfəttişləri 

(həkim və onun köməkçisi) olur. 

Naxçıvan MSSR-də Sovet hakimiyyəti qurulan zaman 

dəqiq statistik məlumatlar olmadığından yoluxucu xəstəliklər 

haqqında  fikir söyləmək çətin olur. Lakin bir sıra 

materiallardan aydın olur ki, o zamanlar əhali bir çox xəstəliklə 

– malyariya, vərəm, traxoma, dəri-zöhrəvi, dizenteriya, yatalaq 

və s. müraciət edirdi. 

Naxçıvan Xalq Səhiyyə Komissarlığının  əmr kitabında 

qeyd olunub ki, 1923-cü ilin mart ayında Naxçıvan qəzasının  

Əbrəqunus kəndində  təbii çiçək xəstəliyi baş verib. Bununla 

əlaqədar olaraq Səhiyyə  Komissarlığı öz gücünü xəstəliklə 

mübarizəyə səfərbər edir. 

Malyariya Naxçıvanın əsas epidemik xəstəliyi olmuşdur. 

Respublikanın Xalq Səhiyyə Komissarlığı yarandığı gündən 

malyariya xəstəliyi ilə ciddi mübarizə 

___________________ 

Anserov N.I. Birinci Azərbaycan tibb cəmiyyətinin  əsərləri, Bakı, 



1936-cı il, səh.456.

 

aparmışdır. Onunla mübarizə planlı surətdə dövlət miqyasında 



aparılmağa başlanmışdır. Malyariya ilə mübarizəyə bütün 


 

 

 



57 

müalicə – profilaktika şəbəkəsi, xüsusi malyariya stansiyaları, 

ambulatoriyaları, məntəqələri, habelə  təsərrüfat təşkilatları  və 

əhalinin fəalları cəlb edilmişdir. 

1923-cü ildə Naxçıvan ölkəsində ilk dəfə malyariya 

əleyhinə müəssisələr təşkil edilir: - Naxçıvan  şəhərində 

malyariya ambulatoriyası (o, 1929-cu ildə malyariya 

stansiyasına çevrilir) və Başnoraşen kəndində malyariya 

stansiyası açılır. 

Bütün maraqlı idarələri malyariya ilə mübarizəyə  cəlb 

etmək üçün 1924-cü ildə Naxçıvan Xalq Səhiyyə 

Komissarlığının tabeliyində malyariya komitəsi, onun 

nəzdində iki çevik (uçan) malyariya dəstəsi (biri Başnoraşen 

kəndində, o biri Naxçıvan  şəhərində) təşkil edilir. Komitə 

malyariya  əleyhinə  tədbirlərin həyata keçirilməsində  əhalinin  

müayinə olunmasında böyük işlər həyata keçirir. 

Azərbaycan SSR-i Xalq Səhiyyə Komissarlığı 

rayonlarda malyariya xəstəliyinin yayılmasını öyrənmək üçün 

Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığına daima əməli 

köməklik göstərirdi. Belə ki, 1924-cü ildən 1926-cı ilə kimi 

Azərbaycandan mütəmadi olaraq ekspedisiya dəstələri 

göndərilib. Bu dəstələr  Şərur rayonunun 43 kəndində 21621 

nəfər  əhalinin 16536 nəfərini və ya 3/4-nü  yoxlamadan 

keçirirlər. 

Sonralar  malyariya xəstəliyinə qarşı mübarizə daha da 

gücləndirilir. Professor Ş.Həsənovun məlumatına görə 1925-

1928-ci illərdə  xəstələrin sayı  və onların tibb müəssisələrinə 

müraciəti xeyli artır. Aşağıda  əhalinin malyariya stansiyasına 

və ambulatoriyasına müraciəti göstərilib.

1

  



 

 

 



________________ 

1

  Ş.Həsənov. Azərbaycan SSR-də malyariya (statistik hesabat). 



Azərbaycan tibb jurnalı, 1930-cu il, №1-3.

 

 



 

 

58



10-cu cədvəl 

Naxçıvan MSSR-i əhalisinin malyariya müəssisələrinə 

müraciət etməsi haqqında məlumat 

 

1925 1926 1927  1928 



əssis


ənin ad

ı 

Bi



ri

nc

il



mürac


C



əmi

 ə

ha



li 

Bi

ri



nc

il



mürac



C

əmi


 ə

ha

li 



Bi

ri

nc



il

mürac



C



əmi

 ə

ha



li 

Bi

ri



nc

il



mürac



C

əmi


 ə

ha

li 



Başnoraşen 

malyariya 

stansiyası 

4856 25581 5542 31846 5758 25653 5055  20581 

Naxçıvan 

malyariya 

ambulato-

riyası 


2552 14117 2348 22495 2235 22154 2850  18800 

Hər iki mal-

yariya mü-

əssisəsində 

cəmi 

7048 39698 7890 54341 7993 47807 7905  39381 



 

Göründüyü kimi cədvəldə yalnız malyariya 

müəssisələrinə müraciət edən xəstələrin sayı göstərilib. 

Professor Ş.Həsənov həmin statistik xülasədə göstərir ki, 

1928-ci ildə Naxçıvan respublikasının bütün tibb 

müəssisələrində 16996 birincili malyariyalı xəstə qeydə alınıb 

(o cümlədən şəhərlərdə 4394, kəndlərdə 12602). 

Hesabat materialları göstərir ki, Naxçıvan 

respublikasında 1926-cı ildə 23490 malyariyalı xəstə, 1927-ci 

ildə 18259 xəstə qeydə alınmışdır. 

Gəlişlərin sayı  hər bir birincili qeyd olunan malyariya 

hadisəsi belə olmuşdur: Naxçıvan malyariya stansiyası üzrə 

1925-ci ildə – 5,2; 1926-cı ildə – 5,7; 1927-ci ildə – 4,4; 1928-

ci ildə – 4,0; Başnoraşen malyariya stansiyasında həmin illərdə 

– 5,5, 9,5 və 9,5 və 6,5 (Azərbaycan SSR-də eyni illərdə – 5-3, 

4,7, 5,2 və 4,6). 1928-ci ildə əhalinin 1000 nəfərinə 159, 1929-

cu ildə isə 169 malyariyalı xəstə düşürdü. (Azərbaycan SSR-də 

eyni illərdə 122,4 və 135,2 xəstə düşürdü). 




 

 

 



59 

Naxçıvan MSSR-də malyariya xəstəliyinin yayılma 

dərəcəsini öyrənmək üçün 1929-cu il iyun ayında buraya 

dosent I.Axundovun rəhbərliyi ilə ekspedisiya gəlir və 4 ay 

müddətində  Şərur rayonunda müayinə aparır. Ekspedisiya 44 

kənddə 4875 nəfəri malyariyaya qarşı müayinədən keçirib. 

Nəticədə aydın olub ki, Şərur rayonunda dalaq indeksi (dalağın 

böyüməsi) 27,5%, parazitar indeks (parazit gəzdirən) – 6,5% 

olmuşdur. 

Parazitlərin növünə görə bölünməsi göstərir ki, 

malyariyanın forması belə olmuşdur: kvartana (dörd günlük)- 

49,7%, tropik malyariya – 45,0%, üçgünlük malyariya – 2,2% 

və qarışıq malyariya – 3,1%.

1

    



Naxçıvan Xalq Səhiyyə Komissarlığı yarandığı gündən vərəmə 

qarşı mübarizə aparmağı özünün əsas məsələsi hesab etmişdir. 

Çox təəssüf ki, Sovet hakimiyyətinin ilk illərində  vərəmin 

yayılması haqqında əsaslı rəqəmli məlumat yoxdur. Lakin bəzi 

materiallar göstərir ki, o illərdə Naxçıvanda vərəm geniş 

yayılmışdır. Məsələn, həkim Y.Marqulis «Gigiyena və 

epidemiologiya» jurnalının 1926-cı il 8-ci №-də yazmışdır ki: 

«Vərəm Naxçıvanda özünə yuva salmışdır). 

Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığının verdiyi 

məlumata  əsasən 1928-ci ildə respublikada 474 vərəmli xəstə 

(0,43%) olmuşdur. Sovetləşmənin ilk illərində xüsusi tibb 

müəssisəsi olmadığına görə  vərəmə qarşı mübarizə  tədbirləri 

respublikanın ümumi tibb şəbəkəsi tərəfindən aparılırdı. 

Əhalinin həyat  şəraitinin aşağı  səviyyədə olması, 

əlverişsiz sanitar-gigiyenik vəziyyət sovetləşmənin ilk illərində 

dəri-zöhrəvi xəstəliklərinin yayılmasına  şərait yaratmışdır. 

Keçəllik, qotur və başqa dəri xəstəlikləri daha çox yayılmışdır. 

Ona görə də Səhiyyə Komissarlığı bu sahəyə də xüsusi diqqət 

yetirmişdir. 

Naxçıvan Xalq Səhiyyə Komissarının müavini 

V.Mudrıxın məruzəsindən görünür ki, 1924-25-ci illərdə 

_________________ 

1

 I.Axundov və M.Şahsuvarlı. Şərurda malyariya (Naxçıvan MSSR). 



Azərbaycan Tropik institutunun əsərləri, Bakı, 1936-cı il, səh.19.

 

əhali arasında dəri və zöhrəvi xəstəliklərin yayılması 20%-ə 



çatmışdır. Xəstəliyin  əksərini sifilis xəstələri təşkil edirdi. 

 

 



 

60

Şəhər əhalisi arasında 265 belə xəstənin qeydə alınması haqda 



qeydiyyat var. 

Zöhrəvi xəstəliklərlə mübarizə aparmaq üçün 1925-ci 

ildə Naxçıvan  şəhərində zöhrəvi dispanser, bir az sonra isə 

favazori açılır. Daha sonra, 1926-cı ildə, Naxçıvan mərkəzi 

laboratoriya nəzdində dəri – zöhrəvi kabinə açılır. 

Naxçıvanda Sovet hakimiyyətinin ilk illərində traxoma 

xəstəliyi  əhali üçün böyük bəla idi. Traxomanın fəsadlaşması 

üzündən  yüzlərlə əlil hadisəsi olurdu. Xəstəlik əhali arasında 

Arazətrafı düzənlikdə daha çox yayılmışdı. 

Həkim Y.Marqulis öz məqaləsində göstərir ki, (1926) 

traxoma xəstəliyi haqqında  əhalinin sanitar-gigiyenaya dair 

elementar təsəvvürü olmadığına görə tibb işçiləri qarşısında, 

traxoma və onun profilaktikası sahəsində ciddi iş aparmaq 

vəzifəsi durur.  

Traxoma xəstəliyi məktəblilər arasında da geniş 

yayılmışdır. 1925-ci ildə Naxçıvanda  şəhər məktəblərində 

traxomaya tutulanların faizi – qızlar arasında 47%, oğlanlar 

arasında 35% olmuşdur. 

1926-cı ildə ölkə  xəstəxanasında göz şöbəsi, Naxçıvan 

mərkəzi ambulatoriyada isə göz kabinəsi, bir ildən sonra 

Ordubadda da göz kabinəsi təşkil edilir. 1930-cu ildə ölkə 

xəstəxanasında göz çarpayılarının sayı 30-a çatdırılır. 

Respublikada yuxarıda göstərilən xəstəliklərdən başqa 

dizenteriya, qurd invaziyası, qızılca, təbii çiçək və digər 

yoluxucu xəstəliklər də xeyli yayılmışdır. 

1925-ci ilin payız ayında Naxçıvanın dağlıq hissəsində 

qızılca xəstəliyi daha da şiddətlənmişdi. Həmin xəstəlikdən baş 

verən ölüm hadisəsi isə 15-16%-ə çatmışdır. 

Naxçıvan Səhiyyə Komissarlığının 1928-ci ilə aid 

hesabatında epidemik xəstəliklərin gedişatı haqqında belə 

məlumat verilir: skarlatina – 123 hadisə, qızılca – 369, 

dizenteriya – 422, qulaq altı vəzin xəstəliyi – 460, göy öskürək 

– 1402, qripp – 1446. 

Başqa xəstəliklər arasında birinci yeri qurd xəstəliyi 

tutur. Müayinə vaxtı bu xəstəlik böyük faiz 42-dən 63,2%-ə 

qədər təşkil etmişdir. 




 

 

 



61 

Naxçıvanda Sovet hakimiyyətinin bərqərar  olmasının 

ilk illərində  əhali arasında sanitar maarif işinin aparılmasına 

xüsusi diqqət yetirilir. Əsas məqsəd  əhalinin sağlamlığının 

qorunması və sanitar əmin-amanlığa nail olmaqdan ibarət olub. 

Sanitar maarifi əhalinin sanitar savadsızlığının ləğv 

edilməsində  əsaslı rol oynamışdır. Epidemik xəstəliklərlə 

mübarizə etmək yollarını, gigyeniya elminin əhaliyə 

çatdırılmasını təmin etmişdir. 

Sanitar maarifinin ona xas olan forması -  o vaxtlar 

hamının başa düşəcəyi dildə oxunan mühazirələr, söhbətlər, 

mitinqlərdə çıxışlar etmək və sairədən ibarət idi. 

Epidemiya  əleyhinə  tədbirlərin təbliğ edilməsi ilə 

bərabər ana  və uşaqların mühafizəsi, yaşayış yerlərinin əmin-

amanlığı, vərəmlə, dəri-zöhrəvi və başqa xəstəliklərlə 

mübarizə kimi vacib məsələlər işıqlandırılırdı. 

1930-cu ildə Naxçıvan  şəhərində sanitar maarifi evi 

təşkil edilir. Tezliklə orada sərgi düzəldilir ki, əhali oraya 

həvəslə gəlir (7-ci şəkil). 

Əhalinin çoxsaylı  fəalları xalqın sağlamlığının 

qorunmasında tibb işçilərinin fəal köməkçisi olmuşlar. Buna 

misal, Qırmızı Aypara Cəmiyyətinin fəallarını, kolxoz və 

müəssisələrdən olan ictimai sanitar müvəkkillərini, evlər 

idarəsində  və s. yerlərdə olan səhiyyə komissiyalarını 

göstərmək olar. Bundan başqa səhiyyə  xətti üzrə  əhalinin 

ictimai özfəaliyyətini təşkil etmək sahəsində xeyli iş 

görülmüşdür. 

1924-25-ci illərdə dairələrdə sanitar şuralar, kəndlərdə 

isə  kənd sanitar komissiyaları  təşkil edilir, onların tərkibinə 

həkimlər və ictimai təşkilatların nümayəndələri daxil edilir.

1

    


Naxçıvan MSSR-də Qırmızı Aypara Cəmiyyətinin təşkil 

edilməsi respublikanın səhiyyə orqanlarına sanitar 

müdafiəsinin və əhalinin sanitar mədəniyyətinin yüksəlməsinə 

böyük köməklik göstərmiş oldu. 

____________________ 

1

 H.Sultanov «Naxçıvan hökumətinin 1925-ci ilə aid fəaliyyəti 



haqqında məruzə», Irəvan, 1926-cı il, səh.32.

 

 



 

 

 



62

 

 



7-ci şəkil 

Yenicə təşkil edilmiş sərgiyə baxış 

 

1928-ci ildə 4 qəza, 7 rayon komitəsi və 23 özək var idi. 



Naxçıvan qadınlar klubu nəzdində 1928-ci il may ayının 

16-da ilk tibbi yardım dərnəyi təşkil edilir. Dərnəkdə  məşğul 

olan qadınların sayı 22 olur. Dərnəyə 

həkim 


E.Q.Mahmudbəyov rəhbərlik edir. Burada tibb bacıları  və 

sanitarkalar hazırlanır.

1

      


Əhalinin ictimai-sanitar özfəaliyyətinin təşkil 

edilməsində sanitar maarif evinin böyük köməyi olmuşdur. 

 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin