Abdulla Şaiqin “Köç” əsərində söz birləşmələri Abdulla Şaiqin həyat və yaradıcılığı


Abdulla Şaiqin “Köç” əsərində söz birləşmələri



Yüklə 34,43 Kb.
səhifə2/6
tarix19.05.2022
ölçüsü34,43 Kb.
#58591
1   2   3   4   5   6
Abdulla Şaiq-Köç Hekayesi

Abdulla Şaiqin “Köç” əsərində söz birləşmələri
Abdulla Şaiq bir çox dəyərli əsərlərin müəllifidir. Onun belə əsərlərindən biri də “Köç” hekayəsidir. “Köç” hekayəsi söz birləşmələri ilə zəngindir. Söz birləşmələri iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir. Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır. Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.

Söz birləşmələri və sözlərin Oxşar cəhətləri


  1. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir.

  2. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.

  3. Hər ikisi də cümlə üzvü olur.

  4. Hər ikisinin də başlanğıc forması olur.

Söz birləşmələri və sözlərin Fərqli cəhətləri


  1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.

  2. Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.

  3. Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:

a) Söz birləşmələrinin tərəfləri müstəqil leksik mənasını saxlayır və onlara ayrılıqda sual vermək olur. Məsələn: incə (necə?) sənət (nə?), üç (neçə?) bucaq (nə?) və s. Mürəkkəb sözlərin tərəfləri isə bütövlükdə bir anlayışı bildirir və onlara ayrılıqda sual vermək olmur. Məsələn: incəsənət (nə?), üçbucaq (nə?) və s.
b) Söz birləşmələrində tərəflərin hər birinin öz müstəqil vurğusu olur. Məsələn: qara göz, uzun saç və s. Mürəkkəb sözlər isə bir vurğu ilə deyilir. Məsələn: qaragöz (inək), uzunsaç (qız) və s.



Yüklə 34,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin