A. N. Abbasbəyli, S. Z. Yusifzadə


XIX Mövzu  Azərbaycanın Rusiya tərəfindən



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

XIX Mövzu 
Azərbaycanın Rusiya tərəfindən 
işğalı və beynəlxalq nəticələri 
 
XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. 
Əvvəlcə  Şəki, sonra isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və 
vahid dövlət yaratmaq  cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər 
tərəfdən isə xarici istilalar - İranının və çar Rusiyasının bu yerləri  ələ keçirmək üçün Azərbaycana yürüşləri 
mane oldu.  
Ayrı-ayrı xanların öz xanlığını qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə 
prosesinə  əsaslı surətdə mane olurdu. Yaranmış  şəraitdə Azərbaycanı istila etməyə çalışan  İranın, Sultan 
Türkiyəsinin və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi.  
I Pyotr dövründə başlamış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı  ələ keçirmək 
cəhdlərindən sonra XIX yüzilliyin başlanğıcında çar Rusiyası bütün Cənubi Qafqazı istila etməyə  hazırlaşırdı. 
Rus əsilzadələrinin və tacirlərinin mənafeyi çar Rusiyasının yeni torpaqlar zəbt etməyə, Rusiya sənayesi üçün 
xammal mənbələri və satış bazarları  əldə etməyə sövq edirdi. Çarizm Xəzər dənizini öz daxili dənizinə 
çevirmək və Cənubi Qafqazı zəbt etməklə daha cənuba – İran körfəzinə  doğru yol açmaq, Yaxın Şərqin iqtisadi 
ehtiyatlarına, habelə bazarlarına sahiblənməklə İngiltərəni sıxışdırmaq planları mövcud reallıqlara əsaslanırdı.  
Hindistanda sipahilər üsyanını yatırdıqdan sonra İngiltərənin  də Rusiyaya münasibətdə ehtiyatlı olmağa 
vadar edirdi. Xarici siyasət maraqları baxımından Cənubi Qafqaz Rusiya üçün hərbi-strateji əhəmiyyətə malik 
idi. Yaranmış şəraitdə I Napoleon bilərəkdən İngiltərə və Rusiyanın Qafqaz maraqlarını qıcıqlandırmaqda idi. 
Məqsəd II koalisiyanı diplomatik yolla dağıtmaqla yanaşı Fransaya qarşı gələcək koalisiyaların yaranmasına yol 
verməmək idi. 1800-ci ildə  İngiltərənin  İranla bağladığı müqaviləyə cavab olaraq Fransa 1801-ci ilin 
oktyabrında Türkiyə ilə müqavilə imzaladı  vəMisiri Türkiyəyə qaytardı. 1805-ci ilin dekabrında olmuş 
Austerlis döyüşündəki qələbədən sonra türk sultanı III Səlim I Napoleonu «Fransanın padişahı» və özunun «ən 
qədim, sadiq və vacib dostu» elan etdi. Təsadüfi deyil ki, Fransa bundan Rusiyanın qüvvələrini parçalamaq və 
onu Türkiyə ilə müharibəyə girmək kimi fakt qarşısında qoymaq məqsədilə istifadə etdi. I Napoleon çox tezliklə 
İranla münasibətlərdə də diplomatik üstünlüyə nail oldu və Rusiya-İngiltərə ziddiyyətlərinə barışmaz xarakter 
verdi.  
XVIII əsrin sonu-XIX əsrin başlanğıcında belə bir ziddiyyətli və qeyri-sabit beynəlxalq şəraitdə Cənubi 
Qafqaz, məsələləri, xüsusilə  Azərbaycan məsələsi mühüm yer tuturdu.  
Vahid Azərbaycan dövlətinin olmaması xarici siyasətdə  də özünü göstərirdi. Azərbaycan xanlıqları 
özlərini qoruyub saxlamaq üçün vahid mövqe nümayiş etdirə bilmir, bir tərəfdən  İran və Türkiyəyə, digər 
tərəfdən isə Rusiyaya meyl edirdilər. Bunu xanlıqların 1768-1774-cü illər rus-türk  müharibəsi  ərəfəsi və 
dövrünün siyasəti bariz şəikldə göstərir. Hətta müharibədən sonra - 1775-ci ildə Azərbaycan xanlıqlarının 
böyük bir qisminin əvvəlcə Türkiyəyə, sonra isə Rusiyaya istiqamətlənməsi də açıq şəkildə nümayiş etdirilirdi. 
Xüsusilə yaranmış  şəraitdə  İran və Türkiyə Azərbaycanın istiqlaliyyəti üçün təhlükəli deyildi, çünki bu 
dövlətlər bəhs edilən dövrdə istilaçılıq siyasəti yeritmirdilər. Avropa dövlətləri isə, əksinə, müstəmləkələr  ələ 
keçirmək uğrunda geniş müharibələrə başlamışdılar.  İngiltərə  və Fransanın Cənubi Qafqaz, habelə, 
Azərbaycana münasibətləri onların bilavasitə İrandakı mövqeləri ilə müəyyən edilirdi. XVIII əsrin sonlarından 
etibarən Azərbaycana qarşı əsas təhlükə şimaldan çar Rusiyası idi. Məhz bu zəmində  Rusiya-İran münasibətləri 
pisləşməkdə idi, buna isə həm İngiltərə, həm də Fransa çalışırdı.  
Xeyli davam edən ciddi diplomatik-siyasi və  hərbi hazırlıqdan sonra Georgiyevsk traktatına  əsasən 
1801-ci ildə  Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiyaya birləşdirildi. O dövrdə Qazax və  Şəmşəddil 
sultanlıqları Gürcüstandan asılı  vəziyyətdə olduğundan  Şərqi Gürcüstanla birlikdə onlar da Rusiyaya ilhaq 
edilmişdi. Azərbaycanın işğalına bununla da start verilmiş oldu. Rusiya Gürcüstanın ardınca Azərbaycanı  ələ 
keçirməyə hazırlaşırdı. Bu məqsədlə 1802-ci ilin sentyabrında P. D. Sisianov Rusiyanın Qafqaz ordusunun baş 
komandanı təyin edilmişdi. I Aleksandrın bu vəzifəyə knyaz P.Sisianovu təyin etməsi təsadüfi deyildi. Mənşəcə 
gürcü olan bu knyaz II Yekaterinanm göstərişilə vaxtilə V. Zubovun yürüşündə  iştirak etmiş, 1796-1797-ci 
illərdə Bakı qalasının komendantı olmuşdu. 
İran bu siyasətlə razılaşmayaraq, Avropa dövlətlərinin köməyinə arxalanmaqla Gürcüstanı Rusiya 
hakimiyyətindən qurtarmağa çalışır, antirus hərəkatına yardım göstərirdi. 
Azərbaycan xanlıqları ilə dil tapmağa xüsusi diqqət verilirdi. 1802-ci ildə  İrana tabe olmaq haqqında 
Qarabağ və Ba-kı xanlıqlarına təkliflər edildi. 
I Aleksandrın tapşırığı ilə Sisianov 1802-ci ilin dekabrında Georgiyevskdə xanlarla danışıqlara başladı. 
Görüşə Quba, Dərbənd, Talış xanları  və Dağıstanın bəzi hakimləri gəlmişdilər. Bakı xanı görüşə  gəlmədi. 
Dekabrın 26-da imzalanmış müqaviləyə görə onu imzalayan xanlar və hakimlər aralarındakı düşmənçiliyi, 
narazılığı, mübahisələri və s. kənara qoymalı və ara müharibələri aparmamalı, ortaya çıxan mübahisələr yalnız 
dinc yolla həll edilməli idi. İranın hücum edəcəyi halda ona qarşı birgə  çıxış etmək ayrıca göstərilirdi. 


 
105
Müqavilədə ticarətin inkişaf etdirilməsindən, dənizçiliklə bağlı məsələlərdən və s. bəhs olunurdu. 
1803-cü ildə Bakı xanlığı ilə belə bir müqavilə imzalandı. 
Georgiyevsk müqaviləsi bağlandığı vaxtdan əhəmiyyətsiz bir sənədə çevrildi. Müqaviləyə qoşulan 
xanlıqlar İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Ona görə Georgiyevsk müqaviləsi qüvvəsini 
itirdi. 
Çar Rusiyası ayrı-ayrı xanları öz tərəfinə  çəkmək, onları himayəsi altına almaqla yanaşı, işğalçı 
qoşundan da istifadə etmək fikrindən daşınmamışdı. Gürcüstandan Şərqə Azərbaycanın əsas xanlıqlarına doğru 
qoşunların irəliləyəcəyi yolun üzərində böyük hərbi-strateji əhəmiyyəti olan Car-Balakən camaatları idi. 1803-
cü ilin yazında rus qoşunları general Qulyakovun komandanlığı altın-da Alazan (Qanıq) çayı keçidində  və 
Balakən yaxınlığında da Car-Balakən camaatını məğlubiyyətə uğratdılar. Balakəni tutub viran etdilər. Sonra isə 
Car camaatı müqavimət nəticə-sində Balakənin başına gətirilmiş  fəlakəti nəzərə alaraq, martın 29-da 
müqavimətsiz təslim oldu. Aprelin 12-də Tiflisdə Rusiya və Car-Balakən arasında "andlı öhdəlik" imzalandı. 
Car-Balakən camaatının nümayəndələri Tiflisə  gələrək Rusiyanın ali hakimiyyətini qəbul etmək barəsində 
müqaviləni imzaladılar. Bu müqaviləyə görə Car-Balakənlilər hər il çar xəzinəsinə 220 pud ipək verməli, Tiflisə 
girovlar göndərməli, Car-Balakəndə rus qoşunlarını yerləşdirməli idilər. Rusiya hökuməti Car-Balakən 
camaatının daxili idarə işlərinə qarışmayacağını  vəd etmişdi. 
Car-Balakənin tutulması Azərbaycanın sonrakı  işğalını nisbətən asanlaşdırdı. Təsadüfi deyildir ki, 
Sisianov Xarici işlər kollegiyasına bu qələbənin "xüsusi diqqətəlayiq olduğunu" yazmışdı. 
"Andlı öhdəliyin"  şərtləri Car-Balakən üçün ağır olduğundan onu yerinə yetirmək çətin idi. Rusiya 
müəyyən edilmiş ipəyi vaxtında ala bilmirdi. Bu da Sisianovun Car-Balakən camaatına hədələyici məktublar 
yazmasına səbəb oldu. Lakin bu onunla kifayətlənməyərək yenidən hərbi müdaxiləyə  əl atdı. Qulyakov 2500 
nəfərlik qüvvə ilə 1804-cü il yanvarın əvvəllərində yenidən  Car-Balakənə yürüşə başladı. Əhalinin tərk etdiyi 
Car tutuldu. Qulyakov camaatın müqavimətini qırmaq üçün təqiblərə başladı. Lakin 1804-cü il yanvarın 15-də 
carlılar tərəfindən öldürüldü. Vəziyyəti belə görən Sisianov Car-Balakən camaatı ilə barışıq bağladı. Car-
Balakəndən sonra İlisu sultanlığı da Rusiyanın təbəəliyinə keçməyə məcbur oldu. 
 Cavad xan Rusiyaya birləşməyin  əleyhinə idi, o xanlığı müstəqil idarə etməyi israr edirdi. Bu isə 
Rusiya hökumətini təmin etmirdi. Cavad xanın dövründə Qazax, Şəki,  Şəmşəddil və başqa yerlər Gəncə 
xanlığına daxil edildi. O, Qarabağ ilə münasibəti sahmana saldı. Cavad xan sədaqət rəmzi olaraq bir qızını və 
oğlunu İbrahimxəlil xanın yanına göndərdi. II İrakli daim Gəncəyə sahib olmağa can atırdı, yerli feodallar isə 
onu sıxışdıranda, Cavad xandan imdad gözləyirdi. Gürcüstan Rusiya dövlətinin himayəsinə keçəndə Şəmşəddil 
barədə general Georgi ilə Cavad xanm sözləri çəp düşdü. Lazerevin başçılığı ilə Gəncəyə qoşun gəl-di. Cavad 
xan bildirdi ki, həm ruslarla, həm də gürcülərlə dostluq münasibətləri saxlamaq istəyir, bircə  şərtlə-gərək rus 
qoşunu Şəmşəddildən çıxıb getsin. Sonra P. D. Sisianov gəldi. Qafqazdakı rus qoşunlarının başçısı təyin edilmiş 
və burada çarizmin müstəmləkə siyasətini zor gücünə həyata keçirən general P.D. Sisianov Gəncəni zəbt etməyə 
xüsusi  əhəmiyyət verirdi. O, Gəncəyə yürüş üçün məqam axtarırdı. Lazarev iki nəfər erməninin məktubuna 
əsaslanaraq 1803-cü il yanvarın 9-da Sisianova yazırdı ki, "Bütün Gəncə erməniləri rus ordusunun gəlişini 
səbirsizliklə gözləyirlər.  Gəncə xanının ehtiyat tədbiri yalnız ondan ibarətdir ki, əmrlə hər gün Şəmkirədək on 
nəfərlik süvari mühafizə  dəstəsi yola nəzarət edir". Deməli, Lazarev rəsmi  şəkildə bildirirdi ki, ermənilər 
Gəncəyə yadların gəlişini səbirsizliklə gözləyirlər. Üstəlik xəbər verirdi ki, qorxmayın yollarınız açıqdır, vur-tut 
onca nəfər yola göz qoyur. 
Onda Cavad xan hələ ruslarla səmimi qonşuluq, dostluq arzusunda idi. Öz sözünü Sisianova açıqca 
bildirmirdi. 1803-cü il fevralın 25-də Sisianov Cavad xana ilk məktubunda yazırdı:"...Sizi və sizin xalqı rus 
imperatoru öz himayəsinə götürür. Şərafətli etimadmızın...ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə 
alaraq yüksək mənsəbli böyük oğlunuzu - Uğurlu ağanı bir əmanət kimi Tiflisə göndərəydiniz". Cavad xan ona 
ikibaşlı bir cavab yazdı. Sisianov gördü ki, Cavad xan xoşluqla ipə-sapa yatmayacaq, Gəncəyə yürüşə 
hazırlaşdı. 1803-cü il noyabrın 29-da Şəmkirə çatdı və Cavad xana təcili məktub yazdı:"...Gəlmişəm ki, şəhərini 
Avropa adəti üzrə tutam... Sizdən ikicə söz tələb edirəm, birini seçin:"Hə", yaxud "yox". 
Cavad xan elə  həmin gün Sisianova ətraflı cavab yolladı. (29 noyabr, 1803-cü il). Məktubda 
deyilirdi:"...Müharibə etmək istəyirsənsə  mən hazır. Mənə müharibəyə hazır olmaq təklif edirsən? Sən 
Şəmşəddilə girən gündən döyüşə hazıram. Savaşmaq istəyirsənsə savaşaq, hədələyirsən ki, təklifini qəbul 
etməsəm bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu za-
man, bir də davanın özü göstərəcək". 
1803-cü il noyabrın 30-da Sisianov Gəncə ermənilərinə müraciət etdi:"... Hamımızı  əmin edirəm ki, 
Ümumrusiya tac-taxtının müdafiəsi üçün qalxan hər kəs özünün və  əmlakının təhlükəsizliyinə tam təminat 
alacaq, müsəlmanların soyğun çuluğundan, hər cür təqib və  sıxışdırmalardan canımız qurtaracaq. Sizə 
Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi asudə yaşamaq hüququ veriləcəkdir". 
...Sisianov az sonra 1803-cü ilin dekabrında təslim olmaq barədə Cavad xana ultimatum verdi. Cavad xan dərhal 
məktub yazdı; bildirdi ki, şəhərin təhvil verilməsi barədə xam xəyal-dan  əl çək. Gəncəyə yalnız meyidinin 
üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox". Rus qoşununun tərkibində 11 topu olan 6 


 
106
piyada batalyonu, 3 eskadron və 200-dək kazak vardı.  İlk döyüş  Gəncənin iki verstliyindəki Quluqobu adlı 
yerdə baş verdi. Cavad xan düşmənə ciddi müqavimət göstərdi. Lakin düşmən onu sıxışdırmağa başladı. Cavad 
xan Gəncə qalasına çəkildi. Sisianov 1804-cü il yanvarın 3-də səhər qalaya hər tərəfdən od yağdırmağa başİadı. 
Qarabağ qapısı tərəfdən hücum edən general S.A.Portnyakin qoşuna komandanlıq edirdi. Cavad xanın burada 
toplanan  əsas qüvvələri iki dəfə Portnyakinin hücumunu dəf edə bildi, yalnız üçüncü hücumda ruslar şəhərə 
daxil ola bildilər. 
Düşmənin digər hissəsi Tiflis qapıları səmtdən hücum edirdi. Onlar əsas qülləni tutduqdan sonra döyüş 
daha da şiddətləndi. Gəncəlilər  şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş  və ox 
yağdırdılar. Hücum zamanı xanın döyüşçülərindən 500 nəfəri öldürüldü, 500 nəfəri əsir ahındı. 
Qala bürclərinin birində Cavad xan topun üzərinə qalxaraq əlində siyirmə  qılınc rusların hücumunu 
fövqəladə  mətanətlə  dəf edirdi. Lakin mətanətli Cavad xanı ruslar qətlə yetirdilər. Elə  həmin gün oğlu 
Hüseynqulu ağa da döyüş meydanında vuruldu. Şəhər çar qoşunları tərəfindən zəbt edilib dairəyə çevrildi. 
Gəncə  işğal edildikdən sonra qalanın müdafiəçiləri arasında olan Cavad xanın arvadı  Bəyimxanım 
ərinin və  oğlunun meyitlərini döyüş yerindən saraya gətirilməsinə nail olmuşdu. Bu zaman Sisianov ağlaşma 
səsinə xanın cənazəsi olan otağa gəlib çıxdı. Sisianovu görən Bəyimxanım onu qılıncla öldürməyə  cəhd 
göstərdi. Bu hadisənin şahidi olan bir rus generalı yazırdı ki, "Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o 
qəhrəman tatar (azərbaycanlı-red.) xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı 
zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. O nə ərinin, 
nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray 
adamları idilər... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-
başa qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı..." 
Xan və onun oğlu yanvarın 5-də  Şah Abbas məscidinin həyətində  dəfn edildilər. Amansız düşmənlə 
qeyri-bərabər döyüşdə  həlak olmasına baxmayaraq, Cavad xanın qəhrəman-lığı Azərbaycan tarixinin 
unudulmaz səhifələrindəndir. Gəncənin işğal edilməsi çar Rusiyası üçün böyük əhəmiyyətə malik oldu. 
Azərbaycanın digər xanlıqlarının taleyi də faktik olaraq həll edildi. Rus qoşunlarının Xəzər sahillərinə  çıxıb 
Həştərxanla əlaqələri təmin etməsinə şərait yarandı. Cənubi Azərbaycana da yol açıldı. 
Ona görə də çar hökuməti Gəncə xanlığı üzərində qələbəni yüksək qiymətləndirərək, onu xüsusi qeyd 
etmişdi. Bu qələbəyə həsr edilmiş medal təsis olundu. Gəncə xanlığı ləğv edildi. Qədim Azərbaycan şəhərinin 
adı I Aleksandrın arvadı çariça Yelizaveta Alekseyevnanın  şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə sözünü 
dilinə  gətirənlər isə  cərimə edilməyə başlandı. Gəncə xanlığından asılı olan Samux hökmdarı  Şirin bəy də 
Rusiyanın hakimiyyəti altına gəlməyə  məcbur oldu və ildə Rusiyaya 1000 çervon xərac verməyi öhdəsinə 
götürdü. 
Rus qoşununun işğalçılıq hücumları sultan Türkiyəsi və  şah  İranını narahat etdi. Rusiyanın Cənubi 
Qafqazda güclən-məsi  İngiltərənin və Fransanın mənafelərinə zidd idi. Türkiyənin və  İranın vasitəsilə rus 
qoşunlarını  Cənubi Qafqazdan çıxarmaq məqsədilə onları Rusiyaya qarşı müharibəyə  təhrik edirdilər. Bu 
məqsədlə onlar Türkiyəyə və İrana hərbi yardım edirdilər. İngiltərə tərəfindən qızışdırılan şah İranı 1804-cü ilin 
mayında Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmağı tələb etdi, rədd cavabı aldıqdan sonra 1804-cü 
ilin iyunun 16-da Rusiya ilə İran arasında müharibə başlandı. Müharibə hər iki tərəfdən ədalətsiz idi, çünki özgə 
torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Eyni vaxtda İranla bərabər Rusiya Azərbaycan xanlıqlarına qarşı 
da müharibəni davam etdirir, onların  ərazisini işğal edir, yerli xal-qın mənafeyini tapdalayırdı. Rusiyanın  ələ 
keçirdiyi torpaq-ların etnik mənsubiyyətə görə vahid inzibati ərazidə birləşdirilməsi də Balkanlarda olduğu 
kimi, dövlət qurumları yaratmağa səy etməmək idi. Beləliklə,  İran öz qoşunlarmı,  əsasən, Ermənistanın  şərq 
torpaqlarında cəmləşdirmişdi. General Sisianov öz qoşunlarını həmin istiqamətə apardı. Onun məqsədi İrəvan 
qalasını  ələ keçirmək idi. Çoxsaylı  İran qoşunları ilə toqquşmada qələbə qazana bilməyən Sisianov geri 
çəkilməyə məcbur oldu. İran qoşunu da itkiyə məruz qaldığından hücumu davam etdirmədi. 
1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov İbrahimxəlil xandan, onun öz xarici 
siyasətində kimə arxalanması haqqında son sözünü deməsini tələb etdi. Xanlığın siyasi taleyi həll olunurdu. Ya 
Rusiya ilə, ya da İranla birləşməli idi. İbrahimxəlil xan Rusiyanı seçməyə məcbur oldu. 1805-ci il mayın 14-də 
Gəncə yaxınlığında Kürəkçay adlı yerdə Sisianovla İbrahimxəlil xan arasında müqavilə" ("andlı öhdəlik") 
imzalandı. Bu müqaviləyə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağa razılıq verir, xarici dövlətlər ilə 
müstəqil münasibətlər saxlamaq hüququn-dan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə  hər il 8 min 
çervon bac verməyi öhdəsinə götürürdü. Şuşa qalasın-da və xanlığın  ərazisində Rusiya qoşun dəstələri 
yerləşdirilirdi,  İbrahimxəlil xan öz nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün 
göndərməli idi. Çar qoşunları general-leytenantı  hərbi rütbəsi alan İbrahimxəlil xan birbaşa çar baş 
komandanına tabe edilirdi. Bununla ya-naşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək 
hüquqlarına heç vaxt toxunmayacağım öhdəsinə götürürdü. 
Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyinə arxalanmaq istəyən Səlim xan Kürəkçay 
sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi, yeznəsi İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il 
mayın 21-də Şəki xanlığı da Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin 


 
107
də şərtləri Qarabağ xanlığı ilə bağlanan müqavilənin, demək olar ki, eyni idi. 
Az sonra Səlim xan öz əvvəlki qeyri-məhdud hakimiyyətini bərpa etməyə çalışdı. 1806-cı ilin iyununda 
Şuşa qalasında çar zabiti Lisaneviçin əmri ilə Səlim xanın bacısı və əri İbrahimxəlil xan, bütün ailəsi ilə birlikdə 
qətlə yetirildi. Qara-bağda gözlənilmədən baş vermiş bu faciə  Səlim xanın Rusiya himayəsindən imtina 
etməsinə  səbəb oldu. O, Şəkidə yerləşən rus qarnizonuna basqın etdi. Rus qoşun dəstəsi Gəncəyə qayıtmalı 
oldu. Tezliklə, Abbas Mirzə Şəkiyə 300 sərbaz və ləzgilərdən muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min 
çervon pul göndərdi. Sisianov 1806-cı il sentyabrın 9-da general Bulqakova yazırdı ki, Bakım ələ keçirəndən 
sonra "Kür boyu irəliləyərək xəyanət etmiş Şəki xanını cəzalandırsın". Həmin ildə Şamaxı xanı Mustafa xan da 
ona kömək etməli, müqabilində Şəki xanlığı ərazisinin bir hissəsi Mustafa xana verilməli idi. Səlim xan nəyin 
bahasına olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar etməyi qət etdi və 
general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərdi. 
Abbas Mirzədən aldığı pul ilə avar və ləzgilərin topladığı qoşunun Səlim xana köməyi olmadı. 1806-cı 
il oktyabrın 22-də Şəki yaxınlığında baş vermiş döyüşdə Səlim xan basıldı və ailəsi ilə birlikdə xanlıqda olan 
Gəldək kəndinə qaçdı. Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 4 
bəydən ibarət müvəqqəti idarə yaradıldı. Səlim xan hər  şeyin  əldən çıxdığını görərək Abbas Mirzənin 
düşərgəsinə qaçdı. Çar hökuməti İran şahından üz döndərərək Rusiyaya köçmüş Cəfərqulu xanı Şəkiyə hakim 
təyin et-di. Lakin yenə də Şəki əhalisi sakitləşmədi. Aşağı və Yuxarı Göynük kəndlərinin əhalisi üsyan etdi və 
Cəfərqulu xana tabe olmayacaqlarmı bildirdi. Ələ keçmiş 40 nəfər üsyançı öldürüldü. Başqa kəndlərdə  də 
narazılıq artdı. Əhalinin bu çıxışı obyektiv olaraq çarizmin müstəmləkə siyasətinə qarşı, habelə ona can-başla 
qulluq edən satqın yerli feodal hakimlərə qarşı yönəldildi. 1807-ci ilin sonuna yaxın Cəfərqulu xana qarşı 
müvəffəqiyyətsiz sui-qəsd oldu. Çar hökuməti  əhalini qorxutmaq üçün Şəkiyə  əlavə bir batalyon qoşun 
göndərdi. Beləliklə, Şəkidə də çar idarə-üsulu bərqərar oldu. 
Şamaxı, Bakı  və Quba xanlıqlarının işğal edilməsi. Qarabağ  yə  Şəki xanlıqlarının Rusiyaya 
qatılmasından bir ay sonra İran qoşunu Tiflis üzərinə yeridi. Onlar yolüstü İrana tabe olmaq təklifini rədd etmiş 
Qazax camaatmı tənbeh etmək fikrinə düşdülər. Qazaxlılar İran vəliəhdi Abbas Mirzəyə təkcə ciddi müqavimət 
göstərmir, hətta hücuma keçib onu qaçmağa məcbur etdilər. Bir İran tarixçisi yazır ki, "Qazax əhalisi İrəvana 
doğru gedən farslara müqavimət göstərdi. Qazaxlılar  İrəvan düzünə  qədər olan 18 fərsəxlik (hər fərsəx 6 km 
bərabərdir-red.) məsafənin hər fərsəxində İran qoşun-larına tələ düzəldirdilər. Onlar şahzadəyə (Abbas Mirzəyə- 
red.) silahdan atəş açdılar". General Sisianov Rusiya-İran müharibəsində Rus qoşunları tərəfindən iştirak etmək 
üçün yerli əsilzadələrdən atlı dəstələr təşkil edirdi. Bu atlı dəstələrə nökərlər və maaflar da daxil idilər. 
İranla müharibə aparan çar qoşunları Azərbaycanın digər xanlıqlarmı  da  tabe  etmək üçün ölkənin 
içərilərinə doğru irəliləməkdə davam edirdi. Sisianov Şamaxı, Bakı və Quba xanlıqlarını tezliklə ələ keçirmək 
fikrində idi. "Qarabağnamə"nin müəllifi yazır ki, "Sisianovun indi qarşıda duran başlıca məqsədi dənizlər 
(Kaspi və Qara) arasmdakı yerləri  ələ keçirməkdən ibarətdir. Sisianovun qoşunları  Şamaxı üzərinə yeridi. 
Şamaxı xanı tərəddüd edirdi. Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Şirvanın Rusiyanın hakimiyyəti altına 
keçməsi barədə Sisianovla Şamaxı xanı Mustafa xan arasında danışıqlar olmuşdu. Sisianov Mustafa xandan 
Qarabağ  və  Şəki xanlıqlarının qəbul etdikləri  şərtləri eyni ilə  qəbul etməsini tələb edirdi. Lakin Mustafa xan 
gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən əl çəkməyi və Şəki xanlığı torpaqlarının Şirvana 
qatılmasında ona kömək etməyi Sisianova təklif etdi. Şamaxı xanı eyni zamanda Qarabağ xanlığına qatılmış 
Cavad torpaqlarının geri qaytarılacağı haqqında təminat verməsini və  həm də ona Rusiyadan daimi maaş 
verilməsini xahiş edirdi. Lakin xanın bu tələbləri çar hökumətini təmin etmirdi. Ona görə  də 1805-ci ilin 
noyabrında Sisianovun qoşun dəstəsi Mingəçevir yaxınlığında Kürü keçib Şamaxı istiqamətində  hərəkət etdi. 
Mustafa xan Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu. Lakin o, Şamaxı xanlığının Rusiyanın hakimiyyəti 
altına keçməsi barədə müqaviləyə qol çəkmək üçün Sisianovun düşərgəsinə getmədi. Belə olduqda, Sisianov 
qoşunlarmı  Şamaxı yaxınlığındakı  ərazidə  cəmləşdirməyə başladı. Mustafa xan, öz növbəsində, Fitdağdakı 
qalada gizlənərək hücumu dəf etməyə hazırlaşırdı. Lakin dekabrın ortalarında tərkibində Qarabağ erməniləri 
olan rus qoşunu ilə Şamaxı xanının qoşunu arasında elə bir ciddi hərbi əməliyyat olmadı. Mustafa xan xanlığın 
Rusiyanın hakimiyyəti altına keçməsinə razılıq verməli oldu. Öz şəxsi təhlükəsizliyini nəzərə alan xan 
müqaviləni Sisianovun düşərgəsində yox, Fitdağla düşərgə arasındakı çöldə imzalamağa razı oldu. Bu 
müqaviləyə görə,  Şamaxı xanı başqa dövlətlərlə  əlaqələrini kəsməyi, öz gəlirindən Rusi-ya xəzinəsinə 8 min 
çervon ayırmağı, rus hökuməti üçün Kürün mənsəbində istehkam tikilməsinə  şərait yaratmağı, rus qoşununu 
ərzaqla təchiz etməyi, yolların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdü. Beləliklə, 1805-ci il dekabrın 25-
də  Şamaxı xanlığı Rusiyanın tərkibinə qatıldı.  Şimali Azərbaycan xanlıqları içərisində  ən böyük və  zəngin 
xanlıqlardan biri olan Şamaxı xanlığının Rusiya tərəfindən işğalının Rusiya üçün böyük iqtisadi-siyasi və hərbi-
strateji əhəmiyyəti var idi. Sisianov Şamaxı xanlığını tutduqdan sonra, 1805-ci ilin qışında Bakıya doğru hərəkət 
etdi. Sisianov öz dəstəsini geri Zavalşinin desant dəstəsi ilə birləşdirərək, 1806-cı ilin yanvarında Bakıya 
yaxınlaşdı və Rusiyanın hakimiyyəti altına keçmək haqqmda müqavilə layihəsini Hüseynqulu xana gön-dərdi. 
Hüseynqulu xan Sisianovun təklif etdiyi şərtləri qəbul etdiyini, Bakı qalası darvazalarının açarlarını Sisianova 
vermək istədiyini və "bir neçə məxfi söz demək istədiyini" bildirdi. 


 
108
Söhbətin səmimi qurtaracağını güman edən Sisianov ordunu kənarda saxlayaraq podpolkovnik E. 
Eristavinin müşayiəti ilə xanın görüşünə getdi. 1806-cı il fevralın 8-də Bakı qalası darvazası qarşısında açarları 
təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisianovu vurdu və həmin gecə Sisianovun 
başmı kəsərək Təbrizə Abbas Mirzəyə apardı. Bu xidməti müqabilində şah İbrahim bəyə xan titulu verdi və onu 
İran qoşun dəstəsinin komandiri təyin etdi. Bu hadisədən sonra general Zavalşin rus qoşunu ilə birlikdə Bakıdan 
geri çəkildi, Sarı adasında yerləşdi. 1806-cı ilin yazda Abbas Mirzənin komandanlığı altında 20 minlik İran 
ordusu Şuşaya hücum etdi. Lakin tezliklə rus ordusunun mövqeyi möhkəmləndirildi, Xanaşin aşırımında  İran 
qoşunu məğlubiyyətə uğradı. 
1806-cı il iyunun 22-də  Dərbənd işğal edildi. Şəhərin idarəsi Rusiyaya rəğbəti olan mayor rütbəsi 
verilən Əlipənah bəyə tapşırıldı. 
1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu Bakıya tərəf hərəkət etdi və 
əhalinin təslim olmasını tələb etdi. Bulqakov yerli əhaliyə toxunmayacağını bildirmək üçün öz oğlunu Bakıya 
göndərdi. Lakin Sisianovun intiqamından qorxan şəhər əhalisi şəhəri tərk etdi. Hüseynqulu xan əvvəlcə Qubaya, 
oradan da İrana qaçdı. Beləliklə, 1806-cı il oktyabrın 3-də Bakı işğal olundu, Bakı xanlığı ləğv edildi. Bundan 
bir qədər sonra Quba xanlığı da döyüşsüz təslim oldu. Şeyxəli xan dağlara qaçdı. 
Bakı  və Quba xanlıqlarının işğalından sonra rus qoşunu  Şəkidəki üsyanı yatırtmaq üçün oraya 
göndərildi. 1806-cı il oktyabrının 22-də Səlim xanın silahlı qüvvələri darmadağın edildi, Səlim xan İrana qaçdı. 
Bunun ardınca ruslar Car-Balakən camaatları üzərinə hücuma keçdilər. Rus qoşunu car-balakənlilərin köməyinə 
gəlmiş Avar xanını mühasirəyə aldılar, tezliklə carlılar və onların müttəfiqləri təslim oldular. 
Azərbaycanın  şimal xanlıqlarında baş vermiş üsyanları yatırtdıqdan sonra rus qoşununun baş 
komandanı general Qudoviç bir sıra yerli feodal hökmdarları  dəyişdi. Məsələn, Dər-bənd və Quba xanlıqları 
müvəqqəti olaraq Tərki  şamxalına verildi. Bir qədər sonra isə bu yerlər imperiyanın  əyalətlərinə çevrildi. 
İbrahimxəlil xanın oğlu Mehdiqulu xan Qarabağa xan təyin olundu. Cəfərqulu xan Xoylu Şəki xanlığının 
hakimi təyin edildi. Xoydan Şəkiyə köçürülmüş  əhali yeni salınmış Yenikəndə, Cəfərabad və s. kəndlərdə 
məskunlaşdılar. 
Gülüstan sülh müqaviləsi. 1806-cı ilin sonlarında Türkiyə Rusiya əleyhinə müharibəyə başladı. Hərbi 
əməliyyat Balkan yarımadasında və Qafqazda gedirdi. İran qoşununun təhlükəsini dəf etmək üçün general 
Nebolsinin dəstəsi Tərtər çayı  ətrafında yerləşdirildi. Arpaçay sahilindəki döyüşlərdə rus qoşunu türkləri 
məğlubiyyətə uğratdı. 
Napoleon Fransa, İran və Türkiyənin iştirakı ilə Rusiya-ya qarşı Üçlər ittifaqı yaratmaq haqqında 1807-
ci ilin yanvarında Fətəli  şaha məktub yazdı. Mayın 9-da Finkenşteyndə bağlanmış Fransa-İran müqaviləsinə 
görə Fransa İrana hərbi kömək göstərməyə başladı. 1807-ci ilin yayında Rusiya ilə Tilzit müqaviləsinin 
imzalanması  İranda Fransanın mövqeyini zəiflətdi.  İngilis diplomatiyasının səyi nəticəsində  İngiltərə  İranla 
yaxınlaşdı. 
Rus-İran cəbhəsində döyüşlər ara vermirdi. İrəvan xanlığının tutulması ruslar üçün əvvəlki kimi başlıca 
vəzifə olaraq qalırdı. 1808-ci ilin payızında  İrəvan  şəhəri mühasirəyə alındı. General Qudoviç Naxçıvanı 
tutmağı general Nebolsinə həvalə etdi. 1808-ci il oktyabrın sonunda Naxçıvan tutuldu. Lakin ruslar İrəvandakı 
uğursuzluqdan sonra Naxçıvanı da tərk etməli oldular. Müvəffəqiyyətsiz 1808-ci il kompaniyasından sonra 
Qudoviç istefaya çıxdı general Tormosov baş komandan təyin edildi. 
1809-cu ildə Rusiya ilə  İran arasında yeni toqquşmalar baş verdi. Avqustun ortalarında Abbas Mirzə 
Arazı keçərək Gəncə yaxınlığındakı  Ağbulağa yaxınlaşdı. Lakin Gəncəni tuta bilməyərək  İrəvana çəkildi. Bu 
zaman  Əsgəranda yenidən sölh danışıqları başlandı. Hər iki tərəfin Talış xanlığının kimə çatacağı barədəki 
mübahisəsi bir nəticə vermədi. 1809-cu ilin sentyabrında İran qoşunları Talış xanlığına soxuldu və  Lənkəranı 
dağıtdı. 
Beləliklə, Türkiyə və İranın Rusiyaya qarşı hərbi əməliyyatları bərpa etmək təhlükəsi yarandı. 1810-cu 
ilin avqustunda İran və Türkiyə arasında hərbi ittifaq bağlandı. Lakin bu ittifaqın da İrana real köməyi olmadı və 
İran sülh danışıqlarına başlamağı qərara aldı. 1810—1811-ci illərdə Rusi-ya Balkan və Qafqaz hərbi əməliyyat 
meydanlarında yeni qələbələr  əldə etdi. Bu, Sultan Türkiyəsini 1812-ci il mayın 16-da Buxarestdə Rusiya ilə 
möqavilə imzalamağa məcbur etdi. Həmin müqaviləyə  əsasən Türkiyə  Cənubi Qafqazın böyük bir hissəsinin 
Rusiya tərəfindən işğal edilməsi faktım təsdiq etməli oldu. 
1812-ci ilin yayında rus xalqı Napoleonun ordusuna qarşı müharibəyə qalxdı. Napoleon yalnız fransız 
qoşunlarım deyil, ona tabe edilmiş bir sıra Avropa dövlətlərinin hərbi qüvvələrini də Rusiya üzərinə yeritmişdi. 
Rusiyanın bütün qüvvələrinin Napoleon qoşununa qarşı döyüşə  cəlb olunmasından istifadə edən  İran ordusu 
Cənubi Qafqazda fəal  əməliyyata başladı. 1812-ci ilin iyununda Abbas Mirzənin 20 minlik qoşunu 
Xudafərindən keçib Qarabağa girdi və  Şahbulağı tutdu. Lakin P. Kotlyarevskinin qoşun dəstəsi tezliklə  İran 
ordusunu geri çəkilməyə məcbur etdi. Həmin ilin iyulunda iki min nəfərlik Iran süvari dəstəsi Gəncəyə basqın 
etmək istədi, lakin yerli ermənilərin silahlı  dəstələri ilə birlikdə ruslar tərə-findən məğlubiyyətə  uğradıldı. 
Azərbaycanlılar iranlıların sürüb apardığı bütün qaramalı geri aldılar və çoxlu qənimət ələ keçirdilər. Həmin ilin 
avqustunda 10 min nəfərlik İran dəstəsi fransız polkovniki Druvilin komandanlığı altında Talış xanlığına basqın 


 
109
edərək, Lənkəran qalasını tutdu. Bunun ardınca 4 minlik İran qoşunu  Şəki xanlığına hücum etdi. Lakin 
oktyabrın 19-dan 20-ə keçən gecə general P. Kotlyarevski 2 min nəfərlik ordu ilə Aslanduz təpəsində Abbas 
Mirzənin böyük ordusuna hücum edib, tam qələbə  əldə etdi. Bu döyüşdə  İran qoşunundan ölənlərin və 
yaralananların sayı 120 nəfər idi; 16 nəfər isə zabit əsir alındı. Rus ordusundan da xeyli ölən və yaralanan var 
idi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası ruslar tərəfindən hücumla alındı. 
Rusların qələbəsi Fətəli  şahı Rusiyanın qəddar düşməni olan Abbas Mirzəni ordu komandanlığından 
kənar etməyə  məcbur etdi. İngilis məsləhətçiləri rus qüvvələrinin  İranın içərilərinə doğru irəliləməsindən 
qorxuya düşərək  şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, birinci Rusiya və  İran müharibəsi  İranın tam 
məğlubiyyəti ilə qurtardı. 
1813-ci il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran 
tərəfindən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi və Rusiya tərəfindən Qafqazın yeni baş komandanı Rtişşev 
imzaladılar. Gülüstan sülhünün şərtlərinə görə: 
Talış  Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ,  Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatıldı. 
Bununla vahid Azərbaycan iki yerə bölündü. İran  Şərqi Gürcüstana, Qazax və  Şəmşəddil sultanlıqlarına və 
Dağıstana olan iddialarından  əl çəkdiyini bildirdi. Irəvan və Naxçıvan xanlıqları  hələlik  şahın hakimiyyəti 
altında qalırdı. Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi. Rusiya-İran ticarəti üçün əlverişli 
şərait yaradıldı. Rusiya tacirləri daxili gömrük vergisindən azad edilirdilər. 
Gülüstan sülh müqaviləsi Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin başlanğıcını qoydu. 
Beləliklə, birinci Rusiya-İran müharibəsinin başa çatması  və Gülüstan sülh müqaviləsinin bağlanması 
ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əslində birinci mərhələsi başa çatdı. 
Birinci Rusiya-İran müharibəsində  məğlubiyyətə  uğramış, Gülüstan sülh müqaviləsini imzalamağa 
məcbur olmuş İran Cənubi Qafqazı əldən verməsi ilə heç cür razılaşmaq istəmirdi, Rusiya ilə yeni müharibəyə 
hazırlaşırdı. Bu işdə  İngiltərə bütün vasitələrlə  İrana kömək edirdi. O, 1814-cü il-də  İranda Rusiyaya qarşı 
müqavilə bağladı. Bu müqaviləyə əsasən İngiltərə hökuməti Iran qoşunlarını nizama salmaq üçün İrana ingilis 
zabitləri göndərir, bu qoşunları silahla təchiz edir, başqa şəhərlərdə silah zavodları tikdirir və s. Şah hökuməti 
özünü dirçəlmiş hesab edib, Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxmağı Rusiya hökuməti-nə təklif 
etdi. Lakin danışıqlar nəticə vermədi.  İran Türkiyəni Rusiyaya qarşı sövq etmək, Rusiya ilə birgə mübarizə 
aparmaq üçün Türkiyə hökuməti ilə danışıqlara girdi, Türkiyənin Rusiya ilə münasibətlərmi kəskinləşdirmək 
üçün bütün vasitələrə əl atdı. Şah hökuməti öz xanlıqlarını itirdikdən sonra İrana qaçmış xanlardan da istifadə 
etmək, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı qaldırmaq fikrində idi. 
1826-cı ilin əvvəlində  Şah sarayı Rusiyada-Peterburqda dekabristlərin üsyanı  xəbərini aldı.  Şah 
hökuməti bu üsyanın Rusiyada daxili çəkişmələrə gətirib çıxaracağını, bunun isə Rusiya dövlətinin zəifləməsinə 
səbəb olacağını zənn edərək müharibəyə hazırlığı sürətləndirdi. 1826-cı il iyulun 16-da 60 minlik İran ordusu 
Azərbaycanın  Şimal torpaqlarına soxuldu. İkinci Rusiya İran müharibəsi başlandı.  İran  şahı, həmişə olduğu 
kimi, bu dəfə də birinci Qarabağa soxuldu. Yenə də ilk həmlə obyekti Şuşa qalası oldu. İran qoşunlarının bir-
birinin ardınca edilən həmlələrinə, şəhərin top atəşinə tutulmasına baxmayaraq, Şuşanı tutmaq mümkün olmadı. 
Qalanın müdafiəsinə Rus qarnizonu ilə birlikdə,  şəhər  əhalisinin bir hissəsi də qalxmışdı. Qadınlar və  qızlar 
qalanın müdafiəsində ərlərinə, atalarına, qardaşlarına kömək edirdilər. Şah qoşunları Şuşanı 48 gün mühasirədə 
saxladılar, lakin onu ala bilmədilər.  İran qoşunları Azərbaycanın başqa torpaqlarına da  hücum etdilər.  
Lənkəranı,  Salyanı aldılar,  əhalinin xeyli hissəsini əsir apardılar. İran qoşunları ilə Azərbaycana gəlmiş keçmiş 
xanlıqların  İrana qaçmış xanları  Gəncə,  Şamaxı,  Şəki və s. kimi şəhərləri  ələ keçirib öz xanlıqlarını  bərpa 
etdilər. Həmin yerlərdə olan az saylı rus qoşun dəstələri geri çəkilməyə məcbur oldular. Azərbaycan ərazisinə 
girmiş  şah qoşunları  əhaliyə amansız divan tutur, cavan kişiləri, qız-gəlinləri  əsir aparırdılar. Bir müşahidəçi 
yazırdı ki, "Şirvan əyalətini tamamilə dağıdılmış gördüm. İran süvariləri dəhşətli qarətlər törətmişdilər... Bir çox 
kəndlər boşalmışdı". Fürsətdən istifadə edən rus komandanlığı  pərakəndə  vəziyyətdə olan qüvvələri 
birləşdirərək, strateji təşəbbüsü ələ aldı və əks hücuma keçdi. Ümumən, İran qoşunu Şimali Azərbaycana daxil 
olan kimi çarizm əleyhinə üsyan dalğası genişləndi. XIX əsrin başlanğıcından etibarən işğal olunmuş 
Azərbaycan torpaqlarında çarizmin həyata keçirdiyi müstəmləkə siyasəti, ictimai və milli zülm həddini aşmışdı. 
Bütün bunlar ölkədə çar hökumətinə qarşı güNdən-günə nifrəti artırdı. Hərəkatın əhalinin müxtəlif zümrələrini 
əhatə etməsinə baxmayaraq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə əsas məqsədə çevrilmişdi. 
Ona görə do üsyanlar bütün ölkəni əhatə edirdi. 1826-cı il iyulun 28-nə keçən gecə  Gəncədə üsyan başlandı. 
Şəhərdəki Rus qoşunu darmadağın edildi. Uğurlu xan Gəncəyə daxil oldu. 
Talış xanlığında da azadlıq uğrunda mübarizə genişlənirdi. Xanlıqda yerləşən Xəzər dəniz batalyonunun 
komandanı mayor Ilyinskinin özbaşınalığı  nəticəsində 1826-cı il iyunun 4-də Mir Həsən xan İrana qaçmışdı. 
Onun qayıtması ilə Lənkəranda da üsyan baş verdi. 
Bakı xanlığında da həyəcanlar başlanmışdı. Lakin möhkəm qala divarları rus qoşununa keçmiş Bakı 
xanı Hüseynqulu xanın hücumlarını dəf etməyə imkan verdiyindən, şəhərdə həyəcanlar asanlıqla yatırılırdı. 
Şirvanda, Qubada, Şəkidə və digər yerlərdə baş vermiş üsyanlar Ölkəni təlatümə gətirmişdi. Geniş xalq 
kütlələrinin üsyanlarda fəal iştirakı qələbələrin rəhni idi. 


 
110
Müharibə başlanandan bir neçə ay sonra Rusiyadan Cənubi Qafqaza yeni qoşunlar gəldi. I Nikolay A. 
P. Yermolovu, İ.F.Paskeviçlə  əvəz etdi və rus qoşunu  əks hücuma keçdi. 1826-cı il sentyabrın 3-də  Şamxor 
yaxınlığındakı döyüşdə İran qoşunları ağır məğlubiyyətə uğradı, xeyli tran sərbazı öldürüldü və yaralandı, sağ 
qalanlar qaçmaqla canlarım qurtara bildilər. Rus qoşunlarının hücumu Abbas Mirzəni  Şuşa qalasını 
mühasirəsindən  əl çəkməyə,  Şamxor tərəfə  hərəkətə  məcbur etdi. Bu qoşunlarla rus qoşunları  Gəncə 
yaxınlığında üzləşdilər. Bu dəfə də rus qoşunları üstünlük qazandılar. İran qoşunu darmadağın edildi. Bu qələbə 
üsyançıların vəziyyətini də  ağırlaşdırdı. Rus hərbi cəza dəstələri üsyanları  qəddarlıqla yatıraraq üsyançılara 
divan tuturdular. Döyüşdə Azərbaycan feodallarından və onların nökərlərindən təşkil edilmiş süvari dəstələri də 
iştirak edirdi. Bu döyüş barəsində Qarabağnamə müəllifi Mirzə Adıgözəl bəy yazırdı:"...Qızılbaşlar basıldılar, 
məğlubiyyətin qabağını almaq mümkün olmayıb, qaçdılar. Bir gün bir gecə Arazdan keçdilər. "'Rus qoşunları 
Gəncəni yeni-dən ələ keçirdilər. İran qoşunlarının köməyi ilə öz torpaqlarını geri qaytarmış keçmiş xanların da 
müqəddəratı faktiki olaraq həll edilmişdi. Lənkəran xanlığı hələlik İran qoşununun əlində qalırdı. Az sonra Rus 
qoşunları  İrəvan və Naxçıvan xanlıqlarına hücum etdilər, xanlıqları tutdular. 1827-ci ilin sonlarında buradan 
Azərbaycanın cənub torpaqlarına girdilər. Rus qoşunlarının köməyi ilə hakimiyyəti  ələ keçirmək istəyən 
feodallar, həmçinin  İran  şah hakimiyyətinin zülmündən cana gəlmiş  əhalinin bir qismi, xüsusilə xristianlar 
onların Xoy və Təbrizə yürüşünə kömək edirdilər. Rus qoşunları dəstələrin-dən birinin başçısı yazırdı ki, "əhali 
hər yerdə öz yerində alıb qoşunlarımızı düşmənlər kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, onları 
qarşılamağa çıxırdı". Camaat qacarların zülmündən o qədər cana doymuşdu ki, sonralar nələr ola biləcəyinin, 
bir zülmkarın digər müstəmləkəçi ilə əvəz olunacağını nəzərə almadan şəhərlərin darvazalarını rus qoşunlarının 
üzünə açırdılar. Rus qoşunları  Təbrizə yaxınlaşanda Təbriz ruhanilərinin başçısı Mir Fəttahın çıxışı ilə  əhali 
onları qarşılamağa çıxdı. Təbrizlilər Qacar zülmündən o qədər Əziyyət çəkmişdilər ki, rus qoşununu Tehrana 
hücum etməyə çağırır, 12 min nəfərlik qoşunla kömək etməyə hazırlaşdıqlarım bildirirdilər. 
Rus qoşunu 1827-ci il aprelin 27-də Xudafərin körpüsünü ələ keçirdi. Hələ aprelin 23-də əsas qüvvələr 
İrəvana doğru irəlilədi, qala mühasirəyə alındı. Rus qoşunu böyük strateji əhəmiyyəti olan Abbasabad qalasına 
hücum etdi. Abbas Mirzə iyulda 16 minlik qoşunla qalaya köməyə  gəldi. Lakin iyulun 5-də Cavadbulaq 
döyüşündə  məğlub olandan sonra iyulun 7-də  təslim oldu. Avqustun 13-də Alagöz dağının  ətəklərində baş 
vermiş döyüşlərdə do ruslar qalib gəldilər. Sentyabrın 20-də Sərdərabad təslim oldu, ayın 26-da yenidən İrəvan 
qalası mühasirəyə alındı. 1827-ci il oktyabrın 2-də ruslar mərkəzə daxil oldular, 1828-ci ilin yanvarında 
Qaradağın mərkəzi  Əhəri tutdular. Hələ buna qədər Təbrizə yol açılmışdı  və oktyabrın 13-də  Təbrizə daxil 
oldular, Az sonra Urmiyya və  Ərdəbili tutdular. Tehrana yol açıldı.  Şah  İranı danışıqlara girməyə  tələsdi. 
Təbrizdən bir qədər Cənubda olan Türkmənçay kəndində, 1828-ci il fevralın 10-da İranla Rusiya arasında sülh 
müqaviləsi imzalandı. Türkmənçay danışıqlarında rus yazıçısı A.S.Qriboyedov və A.A.Bakıxanov da iştirak 
edirdilər. Müqaviləyə görə, çar qoşunları Azərbaycanın cənub torpaqlarından çıxırdı, yenicə tutulmuş İrəvan və 
Naxçıvan xanlıqları isə Rusiyanın tərkibinə qatıldı.  İran  şah hökuməti bu müqavilə ilə  Şimal xanlıqlarının 
Rusiya tərəfindən zəbtini təsdiq etdi. Bu müqavilə  hələ Gülüstan müqaviləsi ilə Rus tacirlərinə verilmiş 
imtiyazların, həmçinin Xəzər dənizində yalnız Rus hərbi donanmasının saxlanması hüququnu da təsdiq etdi. 
Müharibədə  məğlub olmuş  İran Rusiyaya 20 milyon manat gümüş pulla təzminat verməli idi. İran hökuməti 
təzminatı ödəyib qurtarana qədər zəbt edilmiş Cənubi Azərbaycan vilayətləri Rusiyanın himayəsində qalırdı. 
Rusiya-İran müharibəsi qurtarana yaxın Rusiya-Türkiyə münasibətləri kəskinləşdi. Bu iki dövlət 
arasında 1828-ci ilin aprelində müharibəyə gətirib çıxardı. Qafqaz cəbhəsində Rus qoşunlarının tərkibində dörd 
Azərbaycan süvari alayı iştirak edirdi. Bu alaylar çar Rusiyasına can-başla qulluq edib torpaq sahələri, vəzifələr 
almağa can atan bəylərdən, onların nökərlərindən və maaflardan ibarət idi. Çar hökuməti onları eyni zamanda 
müharibənin gedişində qənimət ələ keçirib varlanmaqla şirnikləndirmişdi, Bir sıra şəhərlərin ələ keçirilməsində 
bu alayların mühüm rolu olmuşdu. Bir rus yazıçısı alayların döyüşlərini belə mədh edir: "Bu alaylar barəsində 
mühakimə yürütmək üçün onları döyüşdə görmək hazıradır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş 
Allahın birdən-birə düşmənlər içərisinə ölüm və  dəhşət saçan atəşinə  bənzəyirdi. Müsəlman alaylarının 
gözlərim önündə törətdikləri igidlik xarüqələrini hələ də heyrətlə yad edirəm". 
Türkiyə hökuməti rus qoşunlarının ölkənin içərilərinə yeriyəcəyindən ehtiyat edərək sülh müqaviləsi 
bağlamağa tələs-di. 1829-cu ildə  Ədirnədə müqavilə imzalandı. Türkiyə  Cənubi Qafqazın çar Rusiyası 
tərəfindən zəbt olunmasını təsdiq etməli oldu. 
Azərbaycanın Rusiya tərəfindən  zəbt edilməsinə  münasibət birmənalı olmamışdır, onun mənfi 
nəticələri ilə yanaşı  əhəmiyyətli cəhətlərinin olmasına da diqqət verilmişdir.  İlk növbədə  də qeyd etmək 
lazımdır ki, Azərbaycanın  şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət 
müstəqilliyini itirdi. Xalqı onun dövlət müstəqilliyindən məhrum etmək  ən mürtəce hadisədir.  Şimali 
Azərbaycanın işğalı  nəticəsində Azərbaycan xalqının zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş 
verdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni 
inkişaf yoluna düşməyə məcbur oldu. İşğal nəticəsində Azərbaycan çar Rusiyasının xammal bazasına və satış 
bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə, o demək idi ki, ölkə 
yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli, öz sənayesi də buna xidmət etməli idi. Bununla da 


 
111
Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. 
Azərbaycanın çar Rusiyası  tərəfindən işğal edilməsi nəticəsində faciənin başlanğıcı qoyuldu, ölkə iki 
hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf yolu götürdü,  Azərbaycanın torpaqları hərraca 
qoyuldu, ermənilərin, rusların, almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz 
talan edilidi, tariximiz sistemli şəkildə saxtlaşadırılmağa başlandı. Bununla belə, on illər boyu davam edən ara 
müharibələrinə son qoyuldu, xanlıqları dövrünün sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit 
iqtisadi inkişafı  şərtləndirdi, kapitalist istehsalının  əsasları qoyuldu, xüsusilə neft Bakısının sürətli inkişafı 
başlandı. Bununla belə, işğal faktorunun mənfi nəticələri, Azərbaycanın iki hissəyə parçalanması (bu siyahını 
kifayət qədər uzatmaq mümkündür) onun müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki, 
bugünkü müstəqil Azərbaycan Respublikası məhz Rusiyanın tərkibində olan Şimali Azərbaycanın varisidir. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin