A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər 
 
Avropa dövlətləri arasında həmrəyliyin pozulmasında mühüm əhəmiyyətə malik 1848-1849-cu illər 
inqilabları Vyana sisteminin çökməsində  də böyük rol oynadı.  əsrin ortalarında Avropanın yaşadığı ictimai-
siyasi sarsıntılar dövlətləarası münasibətlərdə «real siyasət» adını almış strateji xəttin meydana 
gəlməsinişərtləndirdi. Vyana sisteminə sonuncu zərbə isə 1853-1856-cı illər  Krım müharibəsi oldu. Onun 
başlanmasında Fransa, Rusiya və Ingiltərə ilə yanaşı Avstriya və Prusisiya da maraqlı idilər və hər biri konkret 
məqsədlərə malik idilər. 
Avropa dövlətləri «real siyasət» kursuna birdən-birə keçmədilər.  əsrin ortaları üçün kontinentdə yeni 
geosiyasi durum formalaşmaqda idi. Fransa onilliklər boyu davam edən müharibənin nəticələrinin aradan 
qaldırmış, III Napoleon hakimiyyətə gəlmiş (1853-1870) və II imperiya qurulmuşdu. Fransanın başlıca məqsədi 
Vyana sisteminin buxovlarından qurtulmaq idi ki, Macarıstanda baş vermiş 1848-1849-cu il hadisələri bunun 
üçün əlverişli imkan yaratmışdı. Avstriya impetorunun xahişi ilə I Nikolay rus qoçunlarının Macarıstanda baş 
verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi 
çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar. 
Yaranmış  şəraitdə Rusiyanın  əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III 
Napoleon bundan istifadə edərək Müqəddəs  İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay 
Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını  tələb edir, sultan isə bundan qəti olaraq imtina 
edirdi. Məhz bu zəmində «Şərq məsələsi»yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı. 
Şərq məsələsinin kökləri tarixin dərinliklərindədir, konseptual əsaları isə rus çarı I Pyotrun 
«Vəsiyyətnaməsinə» əsasən qoyulmuşdur. Avropa dövlətləri bu məsələdən istifadə etməklə aşağıdakı məqsədlri 
reallaşdırmağa çalışırdılar: 
- Türkiyənin Avropa qitəsində yerləşən torpaqlarının onun əlindən alınması. 
- Qüds və Vifleym şəhərindəki xristian müqəddəslərin qəbrlərinin müsəlmanların hakimiyyətindən azad 
edilməsi. 
Şərq böhranının qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya. 
- Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs Ittifaqın dağıdılmasına çalışırdı. 
- I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi. 
Avropa dövlətlərindən  İngiltərə Qara dəniz boğazında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına 
üstünlük verirdi. Avstriya isə şərq böhranından Balkanlarda möhkəmlənmək üçün bir vasitə kimi istifidə etməyə 
çalışırdı. K.Marks yazırdı ki, «Avropa müharibə tufanlarından, siyasi sarsıntılardan qurtaran kimi, ənənəvi 
məsələ ilə qarşılaşır. Bu qurtarmaq bilməyən şərq məsələsidir».  
I Nikolay Müqəddəs Ittifaqın meydana gəlməsindən sonra Avropada əminamanlığı qorumaq adı altında rus 
qoşunlarının bir neçə  dəfə Avropada görünməsinə nail olmuşdu və Rusiyaya “Avropanın jandarmi” adını 
qazandırmışdı.  
Artıq XIX əsrin ortaları üçün I Nikolayda belə bir fikir yaranmışdı ki, Türkiyə «xəstə adam» timsalıdadır və 
tezliklə «öləcəkdir». Buna görə  də, Türkiyə imperiyasının  ərazisini bölüşdürmək və Qara dəniz planını 
reallaşdırmaq olar. Halbuki bu dövrdə beynəlxalq şərait kəskin şəkildə Rusiyanın əleyhinə idi.  
Avropa dövlətlərinin hamısı Rusiyanın cahangirliyindən bezmişdi və ona qarşı  çıxış etmək üçün fürsət 
axtarırdı. Belə fürsəti isə rəqiblərinə I Nikolay özü verdi. 1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu 
Çar sarayında olarkən I Nikolay İngiltərənin Rusiyadakı  səfiri Seymur Hamiltona yaxınlaşaraq Türkiyənin 
gələcəyinə  İngiltərənin münasibətinin necə olacağı fikrini öyrənmək istədiyini bildirdi. Səfir Rusiyanın 
mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz verdi. Bir  aydan sonra, fevralın 9-da İngiltərənin stats katibi 
Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə  İngiltərənin kəskin mənfi münsibətini bildirən cavab gəldi. 
Fransa və Avstriya da analoji mövqe nümayiş etdirdilər. 
Artıq bu dövr üçün Rusiyanın Xarici İşlər naziri Nesselrode I Nikolayı inandırmışdı ki, Türkiyə Avropa 
dövlətlərinin gözündən düşmüşdür. Rusiyanın Fransadakı  səfiri Kiselyov, İngiltərədəki səfiri Brunnov və 
Avstryadakı səfiri Meyndorf I Nikolayı arxayınlaşdırmışdılar ki, Rusiya Türkiyəyə müdaxilə edəcəyi təqdirdə 
Avropa diplomatiyasının dəstəyini qazanacaqdır. Çar elə hesab edirdi ki, 1848-49-cu il inqilabından sonra 
Avstiya Rusiyaya müttəfiq olmaq üçün onun tərəfindən çıxış edəcəkdir. Fransa isə 1852-ci il dövlət 
çevrilişindən sonra özünə  gəlməyib, buna görə  də Avropada hamı Rusiyanın tərəfində duracaq. Çar bununla 
olduqca ciddi siyasi səhvə yol verirdi. Çünki Fransa keçmiş müttəfiqlərin arasını vurmaq üçün belə fürsəti 
çoxdan gözləyirdi. 
    Xaricdəki rus diplomatlarından yalnız A.Qorçakov əvvəlcə Vyanadan, sonra isə Alman knyazlarından I 
Nikolayın adına göndərdiyi təqdimatda göstərirdi ki, Avropadakı beynəlxalq  şərait Rusiyanın  əleyhinə 
çevrilmişdir. Avstriya Rusiyanın hegemonluğundan çıxmaq üçün fürsət axtarır. III Napoleon isə «Avropa 
konsertini» dağıtmaq üçün bəhanə gəzir. Təsadüfü deyildi ki, Fransa Avropa dövlətlərindən ilkini kimi, 1853-cü 
ildə hələ 1740-cı ildə imzalanmış Fransa-Türkiyə müqaviləsinin şərtlərini bərpa etməyə müvəffəq olmuşdu. 


 
113
Müqavilənin  şərtlərinə görə, Fransa Yaxın  Şərqin katolik xristianları üzərində Türkiyədən qəyyumluq 
hüququ alırdı. Bundan xəbər tutan I Nikolay türk sultanına etirazını bildirərək analoji hüququn 1829-cu il 
Ədirnə sülhü ilə Türkiyənin pravoslav xristianlarına aid olduğunu bildirmişdi. Fransanın həqiqi məqsədlərindən 
bəhs edən Xarici İşlər Naziri Druyen de Lyus sonralar qeyd edirdi ki, «Müqəddəs yerlər» məsələsinin Fransa 
üçün heç bir əhəmiyyəti yoxdur. Bu qədər hay-küy salmış «Şərq məsələsi» III Napoleona ona görə lazım idi ki, 
o artıq yarım  əsrə yaxın Fransanı iflic vəziyyətinə salmış «Konstantinopol İttifaqının» (Müqəddəs  İttifaq 
nəzərdə tutulur – S.J.) dağıda bilsin. Yalnız bu yolla İngiltərə, Avstriya və Prussiyanın Rusiyadan ayırmaq 
mümkün idi. I Nikolayın belə mövqeyi üzündən 1853-cü ilin əvvəllərindən etibarən Rusiya-Türkiyə 
münasibətləri kəskinləşməyə başladı. Rusiyanın aparıcı Avropa dövətləri ilə münasibətləri də yaxşı vəziyyətdə 
deyildi. Fransız diplomatiyasının qəsdən təhriki ilə Tütk sultanı  Əbdül Məcid Rusiyaya münasibətdə daha az 
barışdırıcı mövqe tutmağa başlamışdı. Istambuldakı  İgilis səfiri də Türkiyənin Rusiyaya qarşı mövqeyinin 
pisləşməsində az rol oynamamışdı.   
Məhz belə  vəziyyətə I Nikolayın  əmri ilə  Hərbi Dəniz Naziri knyaz A.J.Menşikov Rusiyanın Türkiyədə 
fövqaladə səlahiyyətli səfiri təyin edildi. Onun isə nəinki diplomatiyadan, normal danışıqlar aparmaqdan xəbəri 
yox idi. A.Menşikov 1853-cü il 10 martın 10-da XİN Rüfət paşaya Rusiyanın aşağıdakı  məzmunda notasını 
təqdim etdi:  
- Rusiyanın Türkiyədəki pravoslav kilsəsi və pravoslav əhalisi üzərində  qəyyumluq hüququ təsdiq 
edilsin. 
- Bu hüqüq  fərmanla yox, Sultan sənədi ilə (divani-humayun) təsdiq olunmalıdır.  
Çünki fərman yerli xarakter daşıyır, sultan sənədi isə beynəlxalq hüquqi qüvvəyə malik olurdu. O 
dövrki mətbuat yazır ki, əgər Türkiyə həmin fərmanı qəbul edərsə, onda I Nikolay Türkiyənin II Sultanı olar. 
Şübhəsiz bu ilk növbədə  fransız diplomatiyasının səyi ilə ortaya atılmış  şayə idi, lakin, türk-rus 
münasibətlərinin pisləşməsində əsas rol oynadı.  
1853-cü ilin aprelində  İngiltərə hökuməti Rusiyaya qarşı barışmaz mövqeyi ilə  məşhur olan Stratford 
Kanninq (Lord Redklif) İstanbula səfir təyin etdi. Kaninq rus səfiri ilə ilk görüşündən sonra müəyyənləşdirdi ki, 
Menşikovun baçlıca məqsədi Türkiyə ilə müharibəyə nail olmaqdır və çox ustalıqla iki işi reallaşdırdı: 
- Türkiyənin Xarici İşlər Naziri Rüfət paşanın Rəşid paşa ilə  əvəz olunmasına nail oldu. Rüfət paşa 
ruspərəst mövqeyə malik idi, Rəşid paşa isə Rusiyaya düşmən münasibət bəsləyən şəxslərdən idi.  
- Rusiya ilə Türkiyə arasında diplomatik münasibətlərin qırılmasına nail olmaq, bu isə müharibə demək 
idi.  
Məlum olduğu kimi, çar knyaz Menşikova verdiyi məxfi göstərişdə notanın qəbul edilməyəcəyi təqdirdə 
Türkiyə ilə diplomatik münasibətləri kəsməsi səlahiyyətini vermişdi. Mayın ortalarına qədər davam edən 
diplomatik mübarizə Türkiyənin notanı  rədd etməsi ilə  nəticələndi.Yaranmış  şəraitdə Menşikov mayın 21-də 
Türkiyə ilə diplomatik münasibətləri kəsdi və Odessaya qayıtdı.  
Rusiyanın xarici nümayəndəliklərinin susduğu dövrdə Vyanadakı  səfir A.Qorçakov sonuncu dəfə 
Rusiyanı Türkiyə ilə müharibəyə getməkdən çəkindirmək üçün xarici işlər naziri Nessellroda təqdimatı göndərdi. 
Lakin buna əhəmiyyət verilmədi. Çünki heç kəs çarın arzusunda olduğu müharibənin  əleyhinə getməyə  cəhd 
etmirdi. Müharibə dövründə Rusiyada Avropada təcrid vəziyyətinə düşmüşdü. Bu da çox tezliklə Rusiyanı 
böyük fəlakət qarşısında qoydu. 
Ingiltərədəki rus səfiri Brunnov Türkiyə  tərəfindən nota rədd edildikdən sonra yenə  XİN-ə müraciət 
edərək  İngiltərə  və Fransanın hadisələrə müdaxilə etməyəcəyini Nesselrodun və I Nikolayın diqqətinə 
çatdırmışdı. Bundan sonra I Nikolay bildirdi ki, qanuni tələbləri yerinə yetirilməyənədək Dünayboyu 
knyazlıqları işğal edib girov götürür və iyunun 21-də general M. Qorçakovun komandanlığı altinda 80 minlik 
rus ordusu Prut çayını keçərək Moldava və Valaxiyanı işğal etdi.  
Lakin I Nikolayın arzuları ürəyində qaldı. Belə ki, hələ mart ayında III Napoleon knyaz Menşikovun 
İstanbul səfərindən xəbər tutduqdan sonra Tulon limanında dayanmış fransız donanmasına  İstanbul boğazına 
hərəkət etmək  əmri verildi. Analoji addım  İngiltərə  tərəfindən də atıldı  və ingilis donanması Qara dəniz 
boğazlarına yeridildi. Yalnız Avstriya və Prussiya vahid mövqeyə  gələ bilmirdilər. Amma Rusiyanın məğlub 
olması nəticəsində heç nə qazanmayacaqlarından ehtiyatlanırdılar.  
Türkiyə  İngiltərə  və Fransanın mövqelərindən arxayınlaşdığı üçün nə quru qoşunlarında, nə  də  dəniz 
qüvvələrində ciddi hazırlıq görmədi. Uzun sürən diplomatik mübarizədən sonra 1853-cü il oktyabrn 16-da 
ingilis səfiri Stratford və fransız səfiri Lakurun təhriki ilə Türkiyə Rusiyaya müharibə elan etdi. Noyabrın 2-də I 
Nikolayın Türkiyə ilə müharibə haqqında manifesti elan olundu.  
Müharibə başladıqdan az sonra noyabrın 18-də rus admiralı Naximovun başçılığı altında 8 gəmidən 
ibarət rus donanması Sinop buxtasında dayanmış 16 gəmi və çoxlu sursata malik türk donanmasını darmadağın 
etdi, komandan Osman paşanı əsir götürdü.  
Sinop məğlubiyyəti Avropada sensasiya yaratdı. Müasirləri deyirdilər ki, türk donanmasının məğlub 
edilməsindən sonra Avropada Rusiyaya qarşı müharibədən daha populyar heç nə tapmaq olmazdı.  
Sinop epizodundan sonra ingilis və fransız donanması Qara dəniz boğazlarına daxil oldu və 1854-cü ilin 


 
114
yanvarında admirallar bildirdilər ki, Qara dənizə daxil olmaqda əsas məqsədləri Türkiyənin sahil məntəqələrini 
rusların qəfil hücumundan qorumaqdır. Çətin vəziyyətə düşmüş I Nikolay Fransa və İngiltərədəki səfirlərindən 
generalların bəyanatının Rusiyaya aid olub-olmamasını öyrənməyi tələb etdi. Məlum oldu ki, generalların 
bəyanatı ancaq Türkiyə ilə bağlıdır və çarın  əmri ilə Londondakı rus səfiri Brunnov İngiltərə ilə diplomatik 
münasibətləri kəsərək geri qayıtdı. Anoloji addım Parisdəki rus səfiri Kiselyov tərəfindən də atıldı.  
1854-cü il yanvarın 29-da Fransanın hökumət orqanı olan «Monityer» qəzetində III Napoleonun I 
Nikolaya açıq məktubu dərc olundu. İlk dəfə idi ki, bir monarx digər monarxa mətbuat vasitəsi ilə açıq müraciət 
edirdi. Müraciətdə Sinop döyüşünün təkcə Türkiyənin yox, İngiltərə  və Fransanın da ləyaqətini təhqir etdiyi 
göstərilirdi. Ancaq müraciətdə Türkiyə  ətrafında baş verənlərin daha çox İngiltərə ilə bağlı olması öz əksini 
tapmışdı.  
Bununla belə, III Napoleon tələb edirdi ki, nə qədər Rusiya Avropa ilə üz-üzə qalmayıb rus donanması 
Qara dənizdən çıxarılmalı, Türkiyəyə qeyd-şərt irəli sürülmədən danışıqlar başlamalıdır. III Napoleonun 
bəyanatına I Nikolayın Rusiya XİN-nin mətbuat orqanı olan “Jurnal De Sen-Peterburqda” cavab məktubu dərc 
olundu. Jurnalda dərc edilməklə yanaşı, I Nikolay cavab məktubunu rəsmi sənəd kimi Fransanın Rusiyadakı 
səfirinə də təqdim etdi.  
Məktubda  Sinop döyüşünün günahı I Nikolay tərəfindən həm Türkiyə, həm də  İngiltərə  və Fransa 
üzərinə qoyulurdu. Burada göstərilirdi ki, İngiltərə  və Fransa diplomatiyasının təhriki ilə Türkiyə-Rusiya 
münasibətləri müharibə  həddinə çatmışdır. Hər iki hökmdar məktubun sonuna “Siz əlahəzrətin yaxın dostu” 
kunu imza qoymuşdular.  
Fransa və Rusiyanın qarşılıqlı münasibətləri səfirlərə münasibətdə  də özünü aydı göstərirdi. Belə ki, 
İngiltərə  və Rusiya arasında diplomatik münasibətlər kəsildikdən sonra Rusiyadakı  İngilis səfiri Seymur 
Hamilton heç bir xəbərdarlıq edilmədən ölkədən xaric edilmişdi. Lakin Fransa səfiri general Kastelbajaka 
Rusiyanı tərk etməsi üçün kifayət qədər vaxt verilmiş, o Rusiyanın ali mükafatı olan Aleksandr Nevsk ordeni ilə 
təltif olunmuşdu. Fransadakı rus səfiri general Kiselyov da eyni hörmətlə Parisdən yola salınmışdı.  
Mövcud tədqiqatlarda Krım müharıbəsi üç mərhələyə bölünür və  hər mərhələnin diplomatiyası öz 
xarakterik əlaməti ilə seçilir. Ingiltərə və Fransa martın 27-28-ə qədər Rusiya ilə diplomatik danışıqlar aparmış 
və  həmin tarixdə Rusiyaya müharibə elan etmişdirlər. Müharibə başlandıqdan sonra 1855-ci ilin noyabrına 
qədər İngiltərə və Fransa Avstriya və Prussiyanı hərbi əməliyyatlara cəlb etmək üçün böyük diplomatik səylər 
göstərmişdilər. 
Ingiltərədə lord Ebert hökümət kabinetində  XİN postunu tutan Palmerston Rusiyanı gücdən salıb 
parçalamaq planı  tərtib etmişdi. Plana görə, Moldova, Valaxiya və Dunay boyu ərazilər müttəfiqlərin qalib 
gələcəyi təqdirdə Avstriyaya vəd edilmişdi. Ingiltərədə xarici siyasət məsələləri üzrə stats-katib lord Klarendon 
Rusiya əlehinə müharibəni sivilizasiyanın barbarlara qarşı müharibəsi adlandırmışdı.  
Ingiltərə və Fransa kimi, Rusiya da Avstriya və Prusiyanı öz tərəfinə çəkmək üçün müxtəlif danışıqlar 
aparırdı. Lakin Rusiya müttəfiqlərdən fərqli olaraq nə Avstriyaya, nə  də Prusiyaya heç nəyi vəd etmirdi. 
Avstriyaya Moldova, Valaxiya və Dunay boyu knyazlıqlarda Rusiyanın təklifinə görə birgə idarəçiliyin həyata 
keçirilməsi vəd edilirdi. Bu isə Avstriya diplomatiyasının arzu etmədiyi bir iş idi. I Nikolay səhv olaraq belə 
hesab edirdi ki, 1848-49-cu il inqilabından sonra Frans İosif hökmən Rusiyanı müdafiə edəcək.  
Diplomatik mübarizə son nəticədə Avstriyanın da müttəfiqlərin tərəfinə keçməsi ilə nəticələndi. Frans 
İosif rus çarından Moldova və Valaxiyanı  tərk etməyi tələb etdi. 13 minlik Avstriya ordusu Transilvaniya 
ərazisinə daxil oldu və iyunun ortalarında çar höküməti öz qoşunlarını Dunay boyu ərazidən çıxardı.  
I Nikolayın Prussiyanı öz tərəfinə  çəkmək səyləri də  nəticə vermədi. Sərhədlərinin yaxınlığında 200 
minlik rus ordusu yerləşməsinə görə ehtiyatlanan Prussiya əvvəlcə  tərəflərdən heç birinə qoşulmaq istəmirdi. 
Hətta Bismark demişdi ki, biz heç vaxt Rusiyanın  müttəfiqi ola bilmərik, ancaq müharibənin gətirdiyi xeyirdən 
istifadə etmək məsələnin başqa tərəfidir və Prussiyanın bundan imtina etməsi ağılsızlıq olardı. Çox keçmədən 
hadisələrin gedişi Prussiyanın müttəfiqlərin tərəfinə keçməsini şərtləndirdi. 1854-cü il aprelin 20-də Prussiya da 
Avstriyaya qoşuldu və Rusiyaya qarşı Avropa dövlətlərinin koalisiyası yarandı.  
Rusiyanın Avropadan təcrid olunmasını göstərən əsas faktorlardan biri III Napoleonun “4 bəndindən” 
ibarət notasi olmuşdu. 1854-cü il iyulun 18-də Rusiyaya təqdim edilən nota aşağııdakı şərtləri əks etdirirdi:  
 
- Dunay boyu knyazlıqlar Fransa, İngiltərə, Avstriya, Rusiya və Prussiyanın birgə protektoratlığı altına 
keçir və müvəqqəti olaraq Avstriya qoşunları tərəfindən işğal edilir;  
- Bu beş dövlət Türkiyə xristianlarının kollektiv qəyyumu hesab edilir;  
- Bu beş dövlət  Dunay boyu knyazlıqlarda ali nəzarəti həyata keçirirlər; 
- Türkiyə ilə göstərilən dövlətlər arasında bağlanmış 1841-ci il müqaviləsinə yenidən baxılır. 
 
Məlum olduğu kimi, 1841-ci ildə beş dövlət arasında imzalanmış London müqaviləsinə görə, Qara 
dəniz boğazlarında gəmiçilik reqlamenti nizamlanırdı. Çar notanı qəbul etdi, lakin onu cavabsız qoydu. Çünki 
notada cavab üçün vaxt qoyulmamışdı. 1855-ci ilin fevralında I Nikolayın vəfatı, avqustun 27-də Sevastopolun 
müttəfiqlər tərəfindən tutulması, müharibənin gedişində müttəfiqlər arasında yaranmış ziddiyətdən istifadə edən 
A.Qorçakovun Vyanada fəaliyyəti hərbi əməliyyatların çox tezliklə başa çatmasını şərtləndirdi.  


 
115
 1855-ci 
ilin 
oktyabrında Fransa ilə Rusiya arasında qeyri-rəsmi və qeyri-leqal danışıqlar başladı. Lakin 
rus diplomatlarının ehtiyatsızlığı üzündən danışıqlar çox tezlilə qırıldı. Hadisələrin kulminasiya nöqtəsi 1855-ci 
il dekabrın 2-də Avstriyanın Rusiyaya “5 bənddən ibarət ultimatumu” oldu.  
 Ultimatumun 
şərtləri III Napoleonun 4 bəndindən daha ağır idi. Lakin notadan fərqli olaraq ultimatuma 
vaxt qoyulmuşdu. Onun qəbul edilməyəcəyi təqdirdə Avstriya Rusiyaya qarşı müharibəyə başlaya bilərdi. 
Hakimiyyətə yeni gələn I Aleksandr 1856-cı il yanvarın 1-də ultimatumun Dövlət  Şurasında müzakirəsini 
keçirdi. 9 nəfərin iştirakı ilə keçirilən müzakirələr zamanı general Buludovdan başqa bütün üzvlər ultimatumun 
qeyd-şərtsiz qəbul edilməsinə razılıq verdilər.  
 Rus 
diplomatiyasının gərgin səyi nəticəsində Avstriyanın müharibənin nəticələri ilə bağlı Vyanada 
beynəlxalq konqresin keçirilməsi təşəbbüsü baş tutmadı. Konqresin 1856-cı il fevralın 25-dən Parisdə 
keçirilməsi qərara alındı. Paris konqresinə sədrliyi I Napaleonun qrafinya Valevskyadan olan oğlu qraf Valevski 
başçılıq edirdi ki, bu da Rusiyanın mövqelərinin möhkəmlənməsinə böyük təsir göstərmişdi. Rus nümayəndə 
heyətinə qraf Orlov və Brunnov daxil idilər.  
 
Paris sülh konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı. Bunların içərisində sülh müqaviləsinin 
mətni, Rusiya ilə Türkiyə arasında konvensiya əsas yer tuturdu. Sülhün şərtlərinə görə, Qara dəniz 
neytrallaşdırılır, müharibə  və sülh dövründə boğazlar ticarət və  hərb gəmilərinin üzünə açıq elan olunur, 
Rusiyanın sahil istehkamları sökülür, Rusiya və Türkiyəyə Qara dənizdə  hərbi donanma saxlamaq qadağan 
edilirdi.  
 
Xüsusi konvensiyaya görə, Rusiya və Türkiyəyə qaçaqmalçılığa qarşı mübarizə  məqsədilə 10 kiçik 
hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Əslində Paris konqresi İngiltərə  və 
Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə  də Türkiyənin 
Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi.  Bununla belə, A.Qorçakov Paris sülh 
müqaviləsini «Rusiyanın tarixində ən biabırçı ləkə» adlandırmışdı.  

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin