A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə14/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   10   11   12   13   14   15   16   17   ...   182

 

BAZAR  ĐQTĐSADĐYYATINDA  STATĐS-

TĐKA

  –  statistikanın  əsas  vəzifəsi  idarəetmə 

orqanlarında  planların  hazırlanması  və  onların 

yerinə 

yetirilməsinə 



nəzarət 

etməsi 


üçün 

məlumatlarla  təmin  etmək  olan  mərkəzləşdirilmiş 

planlı  iqtisadiyyatdakından  fərqli  olaraq,  başqa 

rolu  yerinə  yetirir.  Məcburi  qaydada  daxil  olan, 

toplanan və işlənən statistik hesabatlar daha ətraflı 

məhsul  nomenklaturası  üzrə  istehsalın  həcminin 

əks 

etdirilməsinə 



yönəldilmişdir. 

Bazar 


münasibətlərinə  keçid  prosesində  statistikanın 

yeni  sahələrinin  yaradılmasına  və  ənənəvi 

sahələrin 

modifikasiya 

olunmasına 

zərurət 


yaranır.  Đdarəetmə  orqanlarının  məşğulluq  və 

işsizlik, 

sosial 

təbəqələşmə, 



qiymətlərin 

dinamikası,  işgüzar  aktivlik,  özəlləşdirmə  və 

inhisarsızlaşdırma,  strukturun  yenidən  qurulması, 

investisiyalar,  kredit-maliyyə  mexanizmi,  tədiyyə 

balansı haqqında keyfiyyətli və operativ məlumata 

ehtiyacı 

yaranır. 

Makroiqtisadi 

aqreqatlar 

kompleksi  kimi,  milli  hesablar  sisteminin  rolu 

artır.  Statistikanın  qarşısında  duran  yeni  vəzifələr 

və  dəyişən  şərait  (özəl  müəssisələrin  sürətli 

inkişafı  və  bununla  əlaqəli  “kommersiya  sirləri” 

problemi),  bu  şəraitə  uyğun  olaraq  məlumatların 

yığılması  və  işlənməsinin  yeni  metodlarının 

hazırlanması  və  tətbiqini,  bir  çox  sahələrdə 

başdan-başa 

müşahidələrin 

müxtəlif 

seçmə 


müayinələri  ilə  əvəz  edilməsini  tələb  edir. 

Statistik  məlumatlara  yalnız  dövlət  idarəetmə 

orqanlarının 

deyil, 


həmçinin 

kommersiya 

strukturlarının, 

ictimaiyyətin, 

beynəlxalq 

təşkilatların da tələbatı artır ki, bu da istifadəçilər 

üçün  statistik  məlumatların  aşkarlığı  və  əldə 

edilən  olmasına  xüsusi  tələb  irəli  sürür. 

Respondent-statistika-istifadəçi 

münasibətləri 

yaranır.  

 

BAZAR ĐQTĐSADĐYYATININ ĐNKĐŞAFI-

NIN TƏLƏBLƏRĐNƏ UYĞUN OLARAQ, 

AZƏRBAYCAN 

RESPUBLĐKASINDA 

BEYNƏLXALQ  TƏCRÜBƏDƏ  QƏBUL 

OLUNMUŞ  UÇOT  VƏ  STATĐSTĐKA 

SĐSTEMĐNƏ 

KEÇĐLMƏSĐ 

ÜÇÜN 

DÖVLƏT  PROQRAMLARI  (DP)

 – ölkənin 

rəsmi 


statistikasının 

beynəlxalq 

tələblərə 

uyğunlaşdırılması  proqramlarıdır.  Azərbaycan 

Respublikası öz müstəqilliyini əldə etdikdən sonra 

ötən  dövr  ərzində  (01.01.2010-cu  ilə  qədər 

dövrdə)  rəsmi  statistikanın  inkişafı  ilə  bağlı  dörd 

Dövlət  Proqramı  qəbul  edilmişdir:  respublika 

hökumətinin 8 dekabr 1992-ci il tarixli, 653 saylı 

qərarı 


ilə 

təsdiq 


edilmiş 

“Azərbaycan 

Respublikasında  beynəlxalq  praktikada  qəbul 

edilmiş  uçot  və  statistika  sisteminə  keçilməsi”, 

ölkə  Prezidentinin  20  avqust  1998-ci  il  tarixli  və 

20  fevral  2003-cü  il  tarixli  fərmanları  ilə  təsdiq 

edilmiş 

“1998-2002-ci 

illərdə 

Azərbaycan 

Respublikasının 

dövlət 


statistika 

sistemində 

islahatların  aparılmasına  dair”  və  “2003-2007-ci 

illərdə 


Azərbaycan 

Respublikasında 

rəsmi 

statistikanın təkmilləşdirilməsinə dair”, 26 dekabr 



2007-ci 

il 


tarixli 

“2008-2012-ci 

illərdə 

Azərbaycan  Respublikasında  rəsmi  statistikanın 

təkmilləşdirilməsinə dair”. 

Bu  proqramlarda  əsas  məqsəd    ölkədə    statistika 

sahəsində  islahatların  aparılması  üçün  beynəlxalq 

və  ölkədaxili  sahədəki  dəyişikliklərlə,  sosial  və 

ictimai-iqtisadi 

mühitin 


transformasiyası 

ilə 


şərtlənən  yeni  hadisə  və  proseslər  haqqında 

obyektiv məlumatlar əldə etmək üçün statistikanın 

ümumi  metodoloji,  texniki  və  təşkilati-hüquqi 

əsaslarının  inkişaf  etdirilməsinə  yönəldilmiş 



 

56 


tədbirlər  kompleksinin  həyata  keçirilməsidir. 

Göstərilən 

dövlət 

proqramlarının 



yerinə 

yetirilməsi ölkədə statistika sisteminin beynəlxalq 

statistika  standartlarına  uyğunlaşmasına  imkan 

yaratmışdır. 



 

BAZAR  ĐSTEHLAKI

  –  yalnız  mənşəyinə 

görə,  pərakəndə  ticarət  vasitəsilə  bölüşdürülən 

mallar  ailələrin  bazar  istehlakına  daxildir.  Onlara 

su, qaz və elektrik üzrə xidmətlər və istehlak daxil 

edilmir.  

 

BAZAR ĐSTEHSALÇISI

 - bazar məhsulunun 

hamısını  böyük  hissəsini  istehsal  edən  və  ya 

iqtisadi  fəaliyyət  növü  üzrə  yerli  vahiddir  və  ya 

institusional 

vahiddir. 

Əgər 


yerli 

və 


ya 

institusional  vahid  bazar  istehsalçısı  hesab 

edilirsə,  onda  müəyyənləşdirməyə  görə  onların 

əsas məhsulu da bazar məhsulu hesab edilir. Belə 

ki,  bazar  istehsalçısı  konsepsiyasında  nəzərdə 

tutur  ki,  yerli  və  institusional  vahidlər  tərəfindən 

istehsal  edilən  məhsul  bazar  üçün,  özünün  son 

istehlakı üçün və ya digər qeyri-bazar  məqsədləri 

üçün istehsal edilir.  

 

BAZAR ĐSTEHSALI

 

– mal və xidmətlərə olan 



tələbata  əhəmiyyətli  dərəcədə  təsir  göstərən 

qiymətlərlə bazarda satılmaq üçün istehsal olunan 

mal  və  xidmətlərdir.  Bazar  istehsalına  mal  və

 

xidmətlərin  satışı,  onların  barter  yolu  ilə 



dəyişdirilməsi,  muzdlu  işçilərə  əmək  haqqı  kimi 

natura  formasında  verilməsi,  digər  müəssisələrə 

göndərilməsi,  həmçinin  illik  məhsulun  ehtiyatı 

şəklində yığılması daxildir. 



 

BAZAR  QĐYMƏTLƏRĐ  ĐLƏ  ĐSTEHSAL 

ÜZRƏ 

ÜMUMĐ 

DAXĐLĐ 

MƏHSUL 

(ÜDM)

 

– 

xərclər 


üzrə 

ÜDM 


müəyyənləşdirmələrinə  uyğun  olaraq,    bütün 

istehsalçılar-rezidentlər, 

yəni 

istehsal 



üzrə 

məlumatlar  toplandıqda,  aşağıdakı  bərabərlik 

(eynilik) alınır:   

 a) ÜDM = istehsalçıların qiyməti ilə ümumi əlavə 

dəyərin  məbləği  +  subsidiyalar  çıxılmaqla  idxala 

vergilər  +  əlavə  dəyər  vergisinin    çıxılmayan 

məbləği; 

b) ÜDM = əsas qiymətlərlə əlavə dəyərin məbləği 

+ subsidiyalar çıxılmaqla məhsula bütün vergilər; 

c)  ÜDM  =  faktor  dəyərləri  ilə  əlavə  dəyərin 

məbləği  +  subsidiyalar  çıxılmaqla  məhsula  bütün 

vergilər  +  subsidiyalar  çıxılmaqla  istehsala  bütün 

digər  vergilər.  a)  və  b)  hallarında  subsidiyalar 

çıxılmaqla  məhsula  vergilər  maddəsi  məhsul 

istehsalına  vergilərə  əlavə  olaraq,  idxala  vergiləri 

və  subsidiyaları  da  birləşdirir.  AĐ  birləşdirilmiş 

iqtisadi  hesablarının  Avropa  sistemində  ümumi 

əlavə  dəyər  əsas  qiymətlərlə  müəyyənləşdirilir  (b 

halında). 

 

BAZAR 

QĐYMƏTLƏRĐNDƏ 

ƏLAVƏ 

DƏYƏR

 – aşağıdakı kimi hesablanır: 

Əsas qiymətlərdə əlavə dəyər 



(çıxılsın) məhsula subsidiyalar 

(üstə gəl) məhsula vergilər 

+ (üstə gəl) ƏDV (yalnız əlavə edilmiş) 



-  (əlavə edilmiş) ƏDV (alışa)  

_____________________________ 

=  (bərabərdir) Bazar qiymətlərində əlavə dəyər 

 

BAZAR 

QĐYMƏTLƏRĐNDƏ 

ÜMUMĐ 

ƏLAVƏ  DƏYƏR

  -  aşağıdakı  kimi  hesablanır: 

dövriyyə  +  ehtiyatların  dəyişməsi  -  mal  və 

xidmətlərin  alınması  +  xüsusi  yığım  üçün 

məhsullar  =  bazar  qiymətləri  ilə  əks  olunmuş 

ümumi əlavə dəyər. 

Amortizasiya  ayırmaları  onun  tərkibinə  daxil 

olduğundan,  əlavə  dəyər  “ümumi”  adlanır.  Bu 

əlavə  dəyər  istehsal  vahidinin  ümumi  daxili 

məhsula  qoyduğu  dəyəri  müəyyənləşdirir.  O, 

dövriyyənin 

saldosundan 

və 


bir 

tərəfdən 

ehtiyatların dəyişməsi, digər tərəfdən isə əmtəə və 

xidmətlərin  (əsas  kapitala  aid  olanlardan  başqa) 

alınması 

və 


sonda 

kapitallaşdırılmış 

məhsullarından  yaranır.  Ehtiyatların  dəyişməsi 

müsbət və ya mənfi ola bilər.  

 

BAZAR  MƏHSULU 

–  bazarda  satılmaq 

məqsədi ilə istehsal olunmuş əmtəə və xidmətlərin 

məcmusudur.  O,  bazarda  iqtisadi  əhəmiyyət  kəsb 

edən  və  ya  bazarda  istifadə  edilən  qiymətlərlə 

satılır. Qiymətlər o zaman iqtisadi əhəmiyyət kəsb 

edir  ki,  istehsalçıların  satmağa  və  alıcıların 

almağa  hazır  olduqları  əmtəələrin  həcmlərinə 

əhəmiyyətli təsir göstərir.  

 

BAZAR  PAYI  VƏ  BEYNƏLMĐLƏL-

LƏŞDĐRMƏ 

–  bu  ifadə  əsasən  ölkə  daxilində 

həyata  keçirilən  məhsul  istehsalının    ümumi 

həcmində  rezident  vahidlər  tərəfindən  istehsalın 

payına aid edilir. 

Məhsul üzrə bazar payının təhlili məhsulun zahiri 

istehlakını  təşkil  edən  müxtəlif  komponentlərin 

(dövriyyə,  ixrac,  idxal)  müqayisəsi  yolu  ilə 

aparılır. 

Xidmət  sahələrinin  beynəlmiləlləşdirilməsinin 

təhlilini  yalnız  ixrac  və  idxalla  məhdudlaşdırmaq 

olmaz.  Həmçinin  xaricdə  olan  törəmə  şirkətlərin 

yaradılması  faktorunu  onlarda  yaranan  ehtiyatlar 

və  axınlar  (xaricdə  qoyulan  illik  investisiyalar) 

nöqteyi-nəzərindən 

nəzərə 


almaq 

lazımdır. 

Nəhayət,  “qalan  dünya”  ölkələrində    törəmə 

şirkətlərin  və  ya  iş  yerlərinin  yaradılması 



 

57

nəticəsində  baş  verən  gəlir  (xərclər  və  buraxılış) 



axınlarının  hesablanması  zəruridir.  Bu  dəyişən 

kəmiyyətlər, 

sahə 

sektoru 


çərçivəsində 

beynəlmiləlləşdirmə 

səviyyəsinin 

ölçülməsini 

mümkün etməlidir. 

 

BAZAR  STATĐSTĐKASINDA  BALANS 

METODU

  -  bazarda  əmtəələrin  hərəkəti 

prosesinin,  ticarətin  ehtiyatlarla  təminatının  aşkar 

edilməsinin, 

bazar 


konyunkturasının 

təhlili 


üsuludur.  Bazar  statistikasında  balans  metodunun 

mahiyyəti aşağıdakı balans düsturunda əks olunur 

ki,  onun  da  sol  tərəfi  ehtiyatları,  sağ  tərəfi  isə 

ehtiyatlardan istifadəni göstərir: 

E

ə

+ D= R + В + E



burada, E

ə

 və E


s

 - müvafiq olaraq dövrün əvvəlinə 

və  sonuna  əmtəə  ehtiyatını;  D  –  dövr  ərzində 

daxilolmaları;  R  –  dövr  ərzində  əmtəələrin 

satışını; A - əmtəələrin bazardan kənar istifadəsini 

(qaytarılmadan  ötürmə,  itkilər,  oğurluq  və  s.) 

göstərir. 

Topdansatış bölməsində əmtəələrin hərəkətini əks 

etdirən  əmtəə  balansı,  istehlak  bazarının  əmtəə 

ehtiyatları  mənbəyini  aşkara  çıxaran  pərakəndə 

əmtəə  dövriyyəsinin  əmtəə  təminatı  balansı  və 

digər balanslar qurula bilər. 

 

BAZARIN 

DOLĞUNLUĞU

 

– 

1) 


istehlakçılarda 

əmtəələrin 

mövcudluğunu 

xarakterizə edən göstəricidir (“Bazarın tutumu”na 

bax).  Bazarın  dolğunluğu  istehlakçıların  xüsusi 

müayinələrinin  məlumatları  əsasında,  həmçinin 

balans  yolu  ilə:  dövrün  axırına  mövcud  olan 

bərabərdir dövrün əvvəlinə mövcud olan, üstə gəl 

daxilolmalar,  çıxılsın  –  köhnəlmə  nəticəsində 

sıradan  çıxılmalar  (fiziki  və  mənəvi);  2)  çeşid 

siyahıları 

üzrə 


ticarətdə 

əmtəələrin 

mövcudluğudur. 

 

BAZARIN 

DÖVRĐLĐYĐ 

– 

müxtəlif 



davamlılıqla 

bazarın 


vəziyyətinin 

bazar 


dövriliyinin 

təkrarlanan 

kənarlaşmaları 

ilə 


əlaqədar  xarakteristikasıdır.  Đl  ərzində  istehsalın 

və  istehlakın  mövsümiliyi  ilə  şərtlənən  mövsümi 



kənarlaşmalarla 

bazar 


iqtisadiyyatının 

qanunauyğunluqları ilə şərtlənən bazar dövriyyəsi 

fərqləndirilir. 

Đkinci 


halda 

artım 


bazarın 

doldurulmasına (təmin olunmasına) gətirib çıxarır 

və tənəzzülü əvəz edən satış böhranı baş verir ki, 

bu da öz növbəsində canlanmaya səbəb olur və s. 

dövrələr dəfələrlə təkrarlanır. 

 

BAZARIN 

FƏALĐYYƏTĐNĐN 

TƏMĐN 

OLUNMASI  ÜZRƏ  ÜMUMĐ  KOMMER-

SĐYA  FƏALĐYYƏTĐ  XĐDMƏTLƏRĐNĐN 

GÖSTƏRĐLMƏSĐ (BURAXILIŞI)

 – bazarda 

sövdələşmələrin  baş  verməsinin  təşkili  üzrə 

vasitəçilik  xidmətlərinin,  həmçinin    əmtəənin 

bazarda  hərəkətinə  kömək  edən  və  ya  nəzarət  və 

uçota  almaq  fəaliyyəti  ilə  məşğul  olan  ayrı-ayrı 

vahidlərin  göstərdiyi  xidmətlərin  dəyəridir.  Bu 

sahəyə 

daxildir: 



broker 

kontorlarının 

və 

ixtisaslaşmayan  firmaların  əmtəə  alış-verişi  üzrə 



agentliklərin  vasitəçilik  xidmətləri;  nəqliyyat, 

mənzil-kommunal  təsərrüfatı,  məişət  xidmətləri, 

təhsil, mədəniyyət, səhiyyə və elm, avadanlıqların 

sazlanmasına 

yardım, 

yeni 


texnologiyaların 

tətbiqi,  nou-hauların  satışı  və  alışı,  patentlər, 

lisenziyalar, digər müəllif hüquqları sahələrindəki 

vasitəçilik  xidmətləri;  ədəbiyyat  və  incəsənət 

əsərlərinin  ifa  edilməsinə  müəllif  hüquqlarının 

alınması  və  güzəştlər;  reklamlar,  təmsiledici 

xidmətlər, auditor fəaliyyəti, marketinq axtarışları, 

kommersiya 

fəaliyyəti 

və 


idarəetmə 

üzrə 


məsləhətlər.  Xidmətlərin  göstərilməsi  onlara  görə 

sövdələşmələrdən 

əldə 

olunan 


faizlər, 

komisyonlar və s. şəklində ödəmələrin miqdarı ilə 

müəyyən edilir. 

 

BAZARIN  ĐQTĐSADĐ  FƏALĐYYƏTĐNĐN 

SƏMƏRƏLĐLĐYĐ

 

əmtəə 



kütləsinin 

istehsalçıdan  istehlakçıya  çatdırılma  prosesinin 

səmərəliliyini 

xarakterizə 

edən 

statistik 



göstəricilər  sistemidir.  Buraya  daxildir:  əmtəə 

dövriyyəsinin  ümumi  daxili  məhsula  nisbəti, 

ticarət  fəaliyyətindən  əldə  olunan  gəlir,  gəlirlilik 

(əmtəə  dövriyyəsinin  100  pul  vahidinə  gəliri  və 

dövriyyənin  100  pul  vahidinə  xərcləri),  fond 

təchizatı, ticarətdə əmək məhsuldarlığı (bir ticarət 

işçisinə  düşən  əmtəə  dövriyyəsi)  və  s.  Dinamika 

(indeks) 

göstəriciləri 

ilə 


hesablanır 

və 


səmərəliliyin amil modelləri qurulur. 

 

BAZARIN 

ĐNFRASTRUKTURU

 

əmtəələrin alqı-satqısı üzrə əsas bazar fəaliyyətini 

təmin 

edən 


köməkçi 

sahələrin 

(iqtisadi 

institutların)  məcmusudur.  Özündə  ticarət-satış 

müəssisələrinin  və  birjalarının  maddi-texniki 

bazalarını  (bina,  tikili,  avadanlıq  və  s.),  onların 

nəqliyyat  və  informasiya  təminatlarını  və  digər 

xidmət 


formalarını 

birləşdirir. 

Bazar 

infrastrukturunun  statistikası  ticarətin  həcmini, 



strukturunu,  əsas  fondlarının  yenilənməsini, 

investisiyaların səmərəliliyini və özünü ödəməsini 

(çıxarmasını);  ticarət-satış  müəssisələrinin  sayını, 

tərkibini, 

yerləşməsini 

və 


miqdarının 

dinamikasını,  onların  texniki,  informasiya  və 

nəqliyyatla təmin edilməsini öyrənir. 

 

BAZARIN  ĐNHĐSARLAŞDIRILMASI

  – 

bazarda  yaranmış  elə  bir  vəziyyətdir  ki,  bunun 



nəticəsində  müəyyən  inhisarçılar  əmtəə  istehsalı 

və 


satışının 

əksər 


hissəsini 

öz 


əllərində 

 

58 


cəmləşdirirlər  və  bu  yolla  bazarda  satış  şərtlərinə 

və inhisarçı qiymətlərin müəyyənləşdirilməsinə öz 

təsirlərinin  diktə  olunması  imkanlarını  təmin 

edirlər.  Bazarın  inhisarlaşdırılması  istehsalçının 

ticarət  və  istehlak  üzərində  hökmranlığına  və 

bunun nəticəsində durğunluğa səbəb olur. Bazarın 

inhisarlaşdırılması 

ilə 


mübarizənin 

mühüm 


istiqamətləri  orta  və  kiçik  sahibkarlığın  inkişaf 

etdirilməsi,  marketinq  prinsiplərinin  tətbiqi  və 

antiinhisarçılığa 

dair 


qanunvericiliyin 

təkmilləşdirilməsi 

sayılır. 

 

Bazarın 



inhisarlaşdırılmasının 

statistik 

xarakteristikası 

bazar iştirakçılarının ölçüləri və onların bazardakı 

xüsusi çəkisi hesab edilir. 

 

BAZARIN  KONYUNKTURU  (VƏZĐY-

YƏTĐ

)  (latınca  conjungere  -  əlaqələndirmək, 

birləşdirmək deməkdir) – tələb və təklifin nisbəti, 

əmtəə  ehtiyatlarının  həcmi,  sifariş  portfeli, 

qiymətin  səviyyəsi,  məhsul  satışının  kommersiya 

şərtləri  ilə  xarakterizə  olunan,  dövrün  müəyyən 

anına  bazarda  iqtisadi  vəziyyətdir.  Bazarın 

konyunkturası  kəmiyyətcə  orada  baş  verən 

dəyişikliklərin  qiymətləndirilməsinə  və  onların 

inkişaf  tendensiyasının  müəyyənləşdirilməsinə 

imkan  verən  göstəricilərin  köməyi  ilə  öyrənilir. 

Bazarın  konyunkturu  göstəricilərini  4  qrup  üzrə 

sistemləşdirmək olar: 1. Đstehsal. Konkret məhsul 

növünün istehsalının strukturu və dinamikası; əsas 

əmtəə istehsalçıları; innovasiya fəaliyyəti; istehsal 

güclərindən  istifadə;  investisiya  layihələri;  sifariş 

portfellərinin 

dinamikası; 

maya 


dəyərinin 

strukturu;  yeni  iş  yerlərinin  yaradılması;  məşğul 

və  işsizlərin  sayı;  qiymətli  kağızların  kursunun 

dinamikası  haqqında  məlumatlardır.  2.  Tələb  və 



təklif. Bazar ehtiyatlarının (müəssisələr tərəfindən 

yüklənmiş  məhsulların  həcmi,  idxal,  ixrac,  hazır 

məhsulların  anbarlarda  qalığı),  məhsulların  çeşidi 

və  keyfiyyəti,  bazarın  tutumu  (konkret  məhsul 

növü üzrə müəyyən vaxt ərzində satılan məhsulun 

həcmi), 


kreditlə 

satışın 


dinamikası 

və 


strukturudur.  3.  Beynəlxalq  ticarətin  vəziyyəti

Đdxal-ixrac  əməliyyatlarının,  əsas  idxalçı  və 

ixracatçıların  strukturu  və  dinamikasıdır.  4. 

Qiymət.  Verilmiş  əmtəənin  aparıcı  istehsalçı  və 

istehlakçı  ölkələrdə  topdansatış  qiymətlərinin, 

ixrac  qiymətlərinin  dinamikası;  inflyasiyanın, 

enerji  daşıyıcılarının  qiymətinin  dəyişməsinin, 

valyuta  kursunun  dəyişməsinin  qiymətlərə  təsiri; 

inhisarın  qiymətin  səviyyəsinə  təsiri,  qiymətin 

yaradılmasının  dövlət  tənzimlənməsi  və  s. 

haqqında məlumat. 



 

BAZARIN  PAYI  VƏ  ONUN  BEYNƏL-

MĐLƏLLƏŞDĐRĐLMƏSĐ 

ÜZRƏ 

GÖS-

TƏRĐCĐLƏR

  –  rezidentlərin  nəzarəti  altında 

satılan  əmtəəlik  məhsulların,  məhsulların  daxili 

istehsalının  ümumi  həcmində  payıdır.  Xidmətə 

gəldikdə isə, beynəlmiləlləşdirmənin təhlili yalnız 

mal  göndərmələrin  və  almaların  ixrac-idxalına 

dair  məlumatlarla  məhdudlaşa  bilməz.  Həmçinin 

xaricdə  olan  törəmə  şirkətlərin  yerləşməsinin, 

həm 


onların 

xaricdə 


yerləşməsi 

nöqteyi-


nəzərindən,  həm  də  onların  axınları  nöqteyi-

nəzərindən  (xaricdə  investisiyaların  illik  həcmi) 

tədqiqi  də  zəruridir.  Həmçinin  AĐ-də  yerləşən, 

qalan  dünyaya  aid  olan  müəssisələrin  sayını 

müəyyənləşdirmək  də  zəruridir.  Axırda  törəmə 

şirkətlərin  və  ya  onların  iş  bölmələrinin  qalan 

dünyada yerləşməsi və işgüzar fəallığı nəticəsində 

baş 


verən 

gəlirlər 

və 

xərclər 


axınının 

müəyyənləşdirilməsi zəruridir. Bu göstəricilər hər 

bir 

bölmə 


üzrə 

beynəlmiləlləşdirmənin 

səviyyəsinə  təsirini  müəyyən  etməyə  imkan 

verməlidir. 



 

BAZARIN  PAYININ  TƏHLĐLĐ

  –  faktiki 

istehlak  olunmuş  məhsulların,  onların  ayrı-ayrı 

növləri  üzrə    tərkibinin  (dövriyyə,  ixrac,  idxal) 

müxtəlif  komponentlərinin  müqayisəsi  yolu  ilə 

həyata keçirilir.  

 

BAZARIN  SEQMENTLƏŞDĐRĐLMƏSĐ



    – 

istehlakçıların 

məcmusunun 

oxşar 


qruplara, 

seqmentlərə  bölünməsinin  marketinq  prosesidir. 

Firma  o  seqmenti,  bazarın  o  hissəsini  (kiçik 

firmalar  –  böyük  olmayan  bazar  taxçasını)  seçir 

ki,  orada  onun  malının  satılması  üçün  daha 

əlverişli  şərait  vardır:  aşağı  səviyyəli  rəqabət, 

yüksək 

gəlir 


səviyyəsi 

və 


s. 

Bazarın 


seqmentləşdirilməsində aşağıdakılar nəzərə alınır: 

bazarın  regional-coğrafi  quruluşu;  istehlakçıların 

sosial-demoqrafik  tərkibi,  onların  davranışlarının 

psixoloji xüsusiyyətləri və spesifikasiyası. Bazarın 

seqmentləşdirilməsinin  mühüm  ilkin  şərti  - 

istehlakçı  qrupunun  mala  və  firmanın  marketinq 

fəaliyyətinə 

eyni 


reaksiyasıdır. 

Bazarın 


seqmentləşdirilməsində  statistik  qruplaşdırmanın 

metod və prinsiplərindən istifadə edilir. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin