A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə182/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   174   175   176   177   178   179   180   181   182

YOXSULLUQ  DƏRƏCƏSĐ  ĐNDEKSĐ

  –  

müvafiq  rayon  üzrə  seçmədə  ailələrin  ümumi 

sayına  aid  edilən  aşağı  gəlirin  orta  aralığıdır 

(fasiləsidir).  Aşağı  gəlirin  aralığı  (yoxsulluğun 

intensivliyi)  -  gəlirin  çatışmazlığının  (defisitin 

həcminin  faizlə  yaşamaq  üçün  zəruri  olan 

minimuma nisbəti) nisbi həcmidir.  

 

YOXSULLUQ  ƏMSALI



  –  əhalinin  ümumi 

sayında  gəlirləri  yoxsulluq  həddinin  müvafiq 

aşağı  kəmiyyətindən  az  olan  əhalinin  payı  kimi 

müəyyənləşdirilir.  

 

YOXSULLUQ 

ƏMSALI 

(ƏHALĐNĐN 

YOXSUL 

HĐSSƏSĐ 



YOXSULLUQ 

DƏRƏCƏSĐ)

  (Minilliyin  bəyannaməsində  əks 

olunmuş  inkişaf  göstəricilərindən)  -  əhalini 

yoxsulluq 

həddindən 

(bununla 

yanaşı, 

bu 


göstəricinin  qiymətinin  sıfıra  bərabər  olması, 

hələlik  əhalinin  müvafiq  hissəsinin  yoxsulların 

sayına  məxsus  olduğunu  bildirmir)  ayıran  orta 

məsafəni  əks  etdirir  və  əhalinin  yoxsulluq 

həddindən  aşağı  vəziyyətdə  yaşayan  hissəsinin 

əhalinin  ümumi  sayına  olan  nisbəti  kimi  faizlə 

hesablanır. 

Yoxsulluq  əmsalı,  yoxsulluq  həddindən  aşağıda 

yerləşən  əhalinin  defisitinin  cəminin  əhalinin 

ümumi  sayına  bölünməsindən  alınan  qismət  kimi 

hesablanır  və  onu  aşağıdakı  düsturun  köməyi  ilə 

əks etdirmək olur: 



 

707


 

 

 



Burada,  z  –  rəsmi  yoxsulluq  həddi,  Y

1

  –  ayrıca  i 

şəxsin  gəliri,  q  –  yoxsulların  sayı,  n  -  əhalinin 

sayıdır.  Yoxsulluq  əmsalı  və  ya  yoxsulluğadək 

məsafəni  aşağıdakı  kimi  də  ifadə  etmək  (deməli, 

həm də hesablamaq) olar: 

 

H

I

PG

×

=



 

burada 


n

q

=

,   


z

Y

z

I

q

=



 

 

haradakı  



=

=



q

i

q

Y

q

Y

1

1



1

 

 



Bütün  düsturlar  məlumatları  adambaşına  çıxarır 

(Y

1



  bir  adamın  gəlir  səviyyəsini  və  ya  istehlak 

həcmini  ifadə  edir).  Əgər  məlumatlar  ev 

təsərrüfatları  üzrə  istifadə  edilirsə,  onda  özündə 

hər  bir  i  ev  təsərrüfatı  üçün  seçmənin 

genişləndirmə  əmsalının  ev  təsərrüfatı  üzvlərinə 

hasilini  əks  etdirən  W

i

  kütlə  göstəricisini  təshih 



etməklə, düsturda düzəlişlər etmək lazımdır.  

 

YOXSULLUQ 



ĐNDEKSĐ

 

– 

yoxsulluq 

həddinin orta artım tempinin səviyyəsidir. 

 

YOXSULLUQ  ZONASI 

–  yoxsulların  daha 

çox  toplandığı  ərazidir.  Özündə  yoxsulluq 



əmsalının (yoxsul əhalinin payının) ölkə üzrə orta 

normadan çox olan regionlarını birləşdirir. 

 

YOLDAŞLIQ 

-  özündə  maliyyə  iştirakı  deyil, 

şəxsi  əsasda  birgə  fəaliyyət  üçün  iştirakçıların 

birləşməsini  əks  etdirir.  Belə  birləşmə  haqqında 

saziş  “intuitu  personae”  (insanın  intuisiyası) 

üzərində qurulur. Tərəfdaşlar (yoldaşlığın üzvləri) 

paylara  sahib  olurlar.  Onlar  bu  payları  digər 

tərəfdaşların  razılığı  olmadan  başqa  şəxslərə  verə 

bilməzlər. Yoldaşlığın üzvləri şirkətin borcu üçün 

şəxsən  və  tam  cavab  verirlər.  Yoldaşlığın  əsas 

formaları aşağıdakılardır: 

-  tam  (ümumi)  yoldaşlıq:  birgə  iş  aparan  və 

ümumi ad altında bizneslə məşğul olan adamların 

birliyidir; 

-  məhdud  məsuliyyətli  yoldaşlıq,  çox  vaxt  tam 

yoldaşlıqla əvəz olunur. 

 

YOLLARIN  DAŞIMA  VƏ  BURAXILIŞ 



QABĐLĐYYƏTĐ

 – ümumilikdə, yol şəbəkəsinin 

və 


sahələrinin 

mühüm 


nəqliyyat-istismar 

xarakteristikasıdır.  Sahələrin  məcmusu  üçün 

sahələrin  uzunluğu  nəzərə  alınmaqla,  orta  hesabi 

ölçü müəyyən edilir. 

Buraxılış  qabiliyyəti  –  bu,  hərəkətin  idarə 

edilməsi  üzrə  daimi  qurğuların  və  əlaqə 

vasitələrinin  mövcudluğu  nəzərə  alınmaqla,  vaxt 

vahidində  (gün  ərzində)  yol  şəbəkəsindən 

nəqliyyat 

vahidlərinin 

maksimum 

keçmə 


qabiliyyətidir. 

Qatar 


cütlərinin 

sayı 


ilə, 

avtomobillərin, gəmilərin və s. sayı ilə ölçülür.  

Boru  kəməri  nəqliyyatının  buraxılış  qabiliyyəti 

texniki,    konstruksiya  və  texnoloji  vəziyyət  üzrə 

faktiki  məhdudiyyətlər  nəzərə  alınmaqla,  optimal 

rejimdə  neftin,  neft  məhsullarının  (tonla)  və  ya 

qazın  (m

3

-lə)  vurulmasının  illik  həcmi  ilə 



müəyyənləşdirilir.  

Daşıma  qabiliyyəti  -  nəqliyyat  vasitələrinin 

səmərəli 

tərkibi 


və 

yükləməsi 

şəraitində 

(doldurma) 

sahənin 

müvafiq 


buraxılış 

qabiliyyətinə  uyğun  olaraq  (məsələn,  qatarın 

tərkibi və sıxlığı və ya qatarın tərkibində vaqonun 

yüklənməsi),  yüklərin  tonla  və  ya  sərnişinlərin 

miqdarıdır.  

 

YOLLAYIŞ  BLANKI



  -  turist  marşrutu  üzrə 

təqdim 


olunacaq 

xidmətlərin 

dəyərinin 

ödənildiyini  təsdiq  edən  və  bu  xidmətlərin 

göstərilməsi üçün əsas olan sənəddir. 

 

YUMURTA  ĐSTEHSALI



  –  bütün  növ  ev 

quşlarından  alınmış  yumurtalar,  o  cümlədən 

quşların  təkrar  istehsalı  üçün  (inkubasiya  və  s.) 

istifadə olunan yumurtaların cəmini  göstərir. 



 

YUN  ĐSTEHSALI

  –    qırxılmış  qoyun,  dəvə, 

keçi  yunlarını  və  keçi  tüklərinin  ümumi  həcmini 

özündə birləşdirir. Qoyun dərilərinin sənaye emalı 

zamanı  alınan  yun  bu  məhsula  daxil  edilmir. 

Qoyunların 

qırxılmasından 

(yəni 


bütün 

yuyulmamış  yunlar)  bilavasitə  əldə  olunmuş 

bütün yunlar fiziki şəkildə göstərilir.  

 

YUNESKO  (BMT-nin  TƏHSĐL,  ELM  VƏ 



MƏDƏNĐYYƏT  MƏSƏLƏLƏRĐ  ÜZRƏ 

TƏŞKĐLATI)

 

- 

1946-cı 


ildə 

yaradılmış 

hökumətlərarası  təşkilatdır.  YUNESKO-nun  əsas 

məqsədi  sülh  və  təhlükəsizlik  işinə  kömək 

göstərmək,  təhsil,  elm,  mədəniyyət  və  məlumat 

vasitəsi  ilə  ölkələr  arasında  əməkdaşlığa  təsir 

etməkdir.  Fəaliyyətin  əsas  növləri  milli  təhsilin, 

elmin  və  texnikanın,  mədəniyyətin  informasiya 

vasitələridir.  YUNESKO-nun  Statistika  Đnstitutu 

bu 


məsələlər 

üzrə 


statistik 

məlumatların 

toplanması,  təhlili,  işlənməsi,  yayılması  və  dərc 

edilməsi  ilə  məşğul  olmur.  YUNESKO-nun  əsas 

nəşri  aşağıdakılardan  ibarətdir:  illik  statistik 

=









 −

=

q



i

z

Y

z

n

PG

1

1



1

 

708 


məcmuələr;  məruzələr,  tədqiqatların  nəticələri, 

cari 


müayinələr, 

beynəlxalq 

tövsiyələr 

və 


təsnifatlar. 

 

YUNĐDO

  –  BMT-nin  sənayenin  inkişafı  üzrə 

ixtisaslaşdırılmış  təşkilatıdır.  Təşkilatın  məqsədi 

inkişaf  etmiş  ölkələrdə  sənayenin  inkişafına 

yardım etməkdən ibarətdir. 1966-cı ildə BMT-nin 

muxtar  orqanı  kimi  yaradılmışdır.  Hazırda 

YUNĐDO-nun 170 üzvü var.   

 

YUVARLAQLAŞDIRMA  XƏTASI

  –  a 


yuvarlaqlaşdırılan  ədədinin  dəqiq  hesablanması 

qiymətinin 

n-ci 

dərəcəyə 



qədər 

yuvarlaqlaşdırılmış  a

ı

  ədədi  arasındakı  fərqdir  (a-



a

ı

).  



 

YÜK    AXINI

  –    müəyyən  dövr  (adətən,  il) 

ərzində 


göndərilmə 

məntəqəsindən 

təyinat 

məntəqəsinə 

bir 

nəqliyyat 



növü 

vasitəsilə 

göndərilən  yüklərin  miqdarıdır.  Yük  axını 

bütövlükdə  və  ayrılıqda  hər  yük  növü  üzrə  tonla, 

tək-tək  hallarda  isə  ton-kilometrlə  ölçülür.  Yol 

şəbəkəsinin 

(istiqamətlərinin) 

ayrı-ayrı 

sahələrində yük axınının səviyyəsi yüklərin həcmi 

(çoxluğu) ilə ifadə olunur.  



 

YÜK  DAŞIMA  STATĐSTĐKASI

  –  müəyyən 

dövrdə  və  dinamikada  yük  daşımalarının  həcmi, 

tərkibi  və  coğrafiyasının  həcmini  öyrənən 

nəqliyyat  statistikasının  bir  bölməsidir.  Daşıma 

sənədləri  ilə  rəsmiləşdirilən  yüklərin  daşınması 

müşahidə vahidi hesab edilir. 

Ümumi 


və 

ayrı-ayrı 

yüklərin 

daşınmasını 

xarakterizə  edən  əsas  göstəricilər  sisteminə 

yüklərin göndərilməsi, gətirilməsi, daşınması, yük 

dövriyyəsi,  yük  daşınmasından  əldə  edilən 

gəlirlər,  daşımaların  uzaqlığı,  daşımaların  sıxlığı, 

çatdırmanın  davamlılığı  və  surəti,  orta  gəlir 

dərəcəsi  və  s.  daxil  edilir.  Əsas  qruplaşdırma 

əlamətləri  –  yükün  mövqeyi,  nəqliyyatın  (üzmə) 

növü, daşımanın uzaqlığıdır. 



 

YÜK  VAQONLARI  PARKININ  BA-

LANSI 

–  sxem  üzrə  dəmir  yolu  bölməsində  və 

dəmir 


yolunda 

yük 


vaqonları 

parkının 

mövcudluğu  və  hərəkətini  xarakterizə  edən 

göstəricilər  sistemidir:  hesabat  gününün  əvvəlinə 

mövcud  olma  balansı  +  daxil  olmuş  vaqonlar  – 

çıxmış  vaqonlar  =  sutkanın  sonuna  mövcud  olma 

balansı. Yük vaqonları parkı balansı mövcud olan 

vaqonların  kateqoriyaları,  onların  vəziyyət  və 

növlər  üzrə  bölgüsünə  dair  bütövlükdə  park  üçün 

tərtib  edilir.  Balans  uçotu  vaqonların  bölmələrdə, 

yollarda 

coğrafi 


yerləşməsini 

göstərən 

stansiyaların uçotu ilə tamamlanır.  

Dəmir  yolu  nəqliyyatında  vaqon  parkında 

təsərrüfat  subyektlərinin  statistik  məlumatları 

aşağıdakı  nəqliyyat  vasitələrini  əhatə  edir:  dəmir 

yolu nəqliyyatının təsərrüfat subyektlərinə məxsus 

bütün  dəmiryol  nəqliyyat  vasitələri;  onların 

sərəncamında  olan,  təmirdə  və  ya  təmiri 

gözləməkdə  olan,  parkda  işlək  və  ya  nasaz 

vəziyyətdə  olan  nəqliyyat  vasitələri;  təsərrüfat 

subyektlərinin  sərəncamında  olan  xarici  ölkənin 

nəqliyyat  vasitələri;  dəmir  yolu  nəqliyyatının 

təsərrüfat  subyektlərinə  deyil,  xüsusi  mülkiyyətə 

məxsus, lakin bu subyektlərin göstərilən şərtlərinə 

əsasən  daşımalara  buraxılan  nəqliyyat  vasitələri;  

xüsusi  mülkiyyətə  məxsus  və  bu  təsərrüfat 

subyektlərinə üçüncü tərəfdən icarəyə verilən yük 

vaqonları.  Dəmir  yolu  nəqliyyatının  təsərrüfat 

subyektlərinin  sərəncamında  olmayan:  1)  dəmir 

yolu  şəbəkəsində  istismar  olunan,  dəmir    yolu 

nəqliyyatının  təsərrüfat  subyektlərinə  məxsus 

olmayan  xarici  nəqliyyat  vasitələri;  2)  başqa 

dəmir 


yolunun, 

təsərrüfat 

subyektlərinin 

sərəncamına  verilən  nəqliyyat  vasitələri,  yalnız 

texniki  daşımalar  üçün  ehtiyatda  saxlanılan  və 

satılmaq və ya silinməyə təyin olunmuş nəqliyyat 

vasitələri bura daxil edilmir. 

 

YÜK VAQONLARININ YÜKLƏNMƏSĐ



 –

 

müəyyən anda (statistik) və orta hesabla bütün yol 

boyu  (dinamika)  vaqonda  olan  yükün  tonla 

miqdarıdır. 

Yük 

vaqonlarının 



statistik 

yüklənməsi, yük altında olan vaqonların məcmusu 

üçün,  orta  hesabla  yüklənmə  anına  yüklənmiş 

yüklərin  tonla  miqdarının  məşğul  vaqonların 

sayına  nisbəti  kimi  müəyyən  edilir.  Yüklənmiş 

yük vaqonlarının dinamiki yüklənməsi yüklənmiş 

vəziyyətdə  vaqonların  hərəkətini  xarakterizə  edir 

və 


ton-kilometrlə 

yük 

dövriyyəsinin 

netto 

istismarının yüklü vaqonların vaqon-kilometrlərlə 

qaçışına  nisbəti  kimi  hesablanır.  Đşçi  parkın  yük 

vaqonlarının  dinamiki  yüklənməsi  vaqonların  boş 

və yüklü vəziyyətdə hərəkətini xarakterizə edir və 

netto  istismarın  yük  dövriyyəsinin  vaqonların 

ümumi qaçışına nisbəti kimi hesablanır (“Hərəkət 



heyətinin (nəqliyyat vasitələrinin) yürüşü”nə bax).  

 

YÜKLƏMƏ  (GÖNDƏRMƏ)  ƏMSALI



  – 

yüklənmiş  və  istehsal  olunmuş  məhsulların 

dəyərlərinin 

nisbətini 

xarakterizə 

edən 


göstəricidir.  Đstehsal  olunmuş  əmtəəlik  məhsulun 

1  manatına  neçə  manat  yüklənmiş  məhsul 

düşdüyünü 

göstərir. 

Müəssisənin 

məhsulun 

satışına  cavabdeh  olan  idarəetmə  bölməsinin 

işinin  keyfiyyətinin  əlavə  xarakteristikası  hesab 

edilir. 

 

YÜKLƏMƏ  (YÜKLƏNĐB)

 

– 

nəqliyyat 



növlərinin  dəmir  yolu  şəbəkəsi  üzrə  daşınmasına 

 

709


başlanmış  yük  kütləsinin  həcmidir.  Hesabat 

dövründə  və  ya  gündə  orta  hesabla  yükləmədə 

olan nəqliyyat vasitələrinin fiziki vahidlərinin sayı 

və  ya  onlara  yüklənən  yüklərin  ümumi  kütləsi 

(çəkisi)  ilə  ölçülür.  Ümumilikdə  və  ya  ayrı-ayrı 

yük  növləri  ilə  uçota  alınır.  Mahiyyətinə  görə 

yüklərin  göndərilməsi  anlayışına  uyğun  gəlir, 

lakin  sonuncudan  uçota  alınma  anına  görə 

fərqlənə bilər.  

 

YÜKLƏMƏ  ĐŞLƏRĐNĐN  ORTA  GÜN-



LÜK  ĐNTENSĐVLĐYĐ

  –  gəminin  limanda  bir 

gün  ərzində  dayanması  müddətində  orta  hesabla 

hazırlanmış yüklərin tonla kəmiyyətidir. Daşınmış 

yüklərin tonla miqdarının iki mislinin (belə ki, hər 

ton  limanda  iki  dəfə  hazırlanır:  yükləmə  və 

boşaltma)  gəminin  liman  dayanacağında  durma 

vaxtının 

gəmi-günlərə 

nisbəti 

ilə 


müəyyənləşdirilir. Yük işlərinin xalis  (texniki) və 

ümumi intensivliyi fərqləndirilir. 



Xalis  intensivlik  gəmilərin  yük  əməliyyatları 

altında  durmasının  vaxt  vahidi  ilə,  ümumi  isə 

gəmilərin  limanlarda  durmasının  ümumi  vaxtı  ilə 

hesablanır.  

 

YÜKLƏMƏ 

MƏNTƏQƏSĐ

 

– 

ixracda, 

göstərilən  məntəqə  zəruri  rəsmiyyətçiliyin  yerinə 

yetirildiyi  vaxt  və  AĐ-nin  sərhədini  keçməli  olan 

malların  fəal  nəqliyyat  vasitələrinə  yükləndiyi 

yerdir. 


 

YÜKLƏNMƏ

  (siyahıyaalma  heyətinə)  – 

əhalinin  siyahıyaalınması  (müşahidəsi)  zamanı 

müxtəlif  dərəcəli  siyahıyaalma  işçiləri  üçün 

məlumatların  toplanması  üzrə  iş  həcminin 

ölçüsüdür.  Siyahıyaalmanın  sayıcıları  üçün  hər 

birinin məlumat toplanmalı olduğu insanların sayı 

ilə, 

təlimatçı-nəzarətçilər 



və 

siyahıyaalma 

şöbələrinin  müdirləri  üçün  –  onların  rəhbərlik 

etdiyi  sayıcılar  tərəfindən  məlumat  toplanmalı 

olduğu  insanların  sayı,  yaxud  onlara  tabe  olan 

siyahıyaalma  sayıcılarının  və  müvafiq  təlimatçı-

nəzarətçilərin  sayı  ilə  ölçülür.  Siyahıyaalma 

proqramında  sualların  sayından,  bir  adamın, 

yaxud 

ailənin 


sorğusu 

müddətindən, 

siyahıyaalmanın  müddəti  və  metodundan  asılı 

olaraq,  1  işçiyə  düşən  orta  və  maksimum  yol 

verilən  yüklənmə  norması  təyin  edilir,  bir  qayda 

olaraq,  şəhər  və  kənd  əhalisi  üçün  fərqlənir. 

Konkret  şəraitə  uyğun  olaraq,  ayrı-ayrı  sahələrdə 

yüklənmə orta kəmiyyətdən fərqlənə bilər. 

 

YÜKLƏNMĐŞ  MƏHSUL

 – hesabat dövründə 

istehlakçılara  faktiki  göndərilmiş  (akt  üzrə 

sifarişçilərə  yerində  təhvil  verilmiş  məhsul  daxil 

edilməklə) 

məhsuldur. 

Yüklənmə 

nəqliyyat 

təşkilatı  tərəfindən  anı  daşınma  üçün  yükün 

qəbulu  faktını  təsdiq  edən  sənədin  tarixi  və  ya 

sifarişçiyə  məhsulun  hazırlandığı  yerdə  təhvil 

verilməsi aktının tarixi hesab olunur.  

 

YÜKLƏRĐN  ÇATDIRILMASI

  –  yüklərin 

müəyyən  nəqliyyat  növü  vasitəsilə  göndərmə 

məntəqəsindən  təyinat  məntəqəsinə  daşınmasını 

təmin  edən  texnoloji  prosesdir.  Yükün  qəbul 

edilməsi,  yükün  istehlakçıya  təhvil  verilməsi  və 

ya  onun    təyinat  məntəqəsinə  çatması  anları  ilə 

məhdudlaşır. 

Çatdırılmanın 

davamlılığı 

və 


yüklərin  çatdırılmasının  sürəti  ilə  xarakterizə 

olunur. 


 

YÜKLƏRĐN  DAŞINMA  (ÇATDIRILMA) 

SÜRƏTĐ

  (orta)  –  daşımanın  zaman  vahidində 

yüklərin 

orta 

hesabla 


yerdəyişdirməsinin 

kilometrlərlə 

ölçüsüdür. 

Bir 


göndərişdə 

daşınmaların  cəmi  üçün  hesablamada,  daşınma 

məsafəsinin  uzunluğunun  (göndərilmə-kilometr) 

göndərilmənin  çatdırılma  vaxtına  (göndərilmə-

gün)  bölünməsi  ilə  hesablanır  və  bir  ton  yükün 

göndərilməsinin 

hesablanmasında 

göndərilmə 

yolunun  uzunluğunu  (ton-kilometr)  çatdırma 

vaxtına bölməklə hesablanır (ton-gün). 

 

YÜKLƏRĐN  DAŞINMASI  ƏMSALI

  – 

müəyyən  dövr  ərzində  (adətən,  il)  göndərilmiş 

(daşınmış) yüklərin miqdarının müvafiq məhsulun 

istehsalının 

(ümumi 

yığımının, 



hasilatının) 

miqdarına  olan  nisbətidir.  Đstehsal  olunmuş 

məhsulun  bütün  və  ya  ayrı-ayrı  nəqliyyat 

növlərində  daşınmış  payını  xarakterizə  edir. 

Daşınan  yükün  düzgün  səciyyələndirilməsi  üçün 

eyni  bir  yükün  müxtəlif  nəqliyyat  növlərində 

daşınmasının  təkrar  hesaba  alınmasının  aradan 

qaldırılması mühüm əhəmiyyət kəsb edir. 

 

YÜKLƏRĐN 

DAŞINMASININ 

ORTA 

MƏSAFƏSĐ  (UZAQLIĞI)

  –  orta  hesabla  bir 

ton  yükün  daşındığı  məsafədir.  Yüklərin  çəkisi 

nəzərə  alınmaqla,  göndərilmiş  yüklərin  daşınma 

məsafəsinin  orta  kəmiyyət  kimi  ton-kilometrlərlə 

yük  dövriyyəsinin  tonla  daşınmanın  həcminə 

bölünməsi  ilə,  ümumilikdə,  nəqliyyat  növü, 

yüklərin  ayrı-ayrı  növləri  və  əlaqə  növləri  üzrə 

müəyyən edilir. 

 

YÜKLƏRĐN 

DAŞINMASININ 

TARĐF 

ĐNDEKSLƏRĐ

  –  ayrı-ayrı  nəqliyyat  növlərinin 

yükdaşıma 

tariflərinin 

dəyişmə 


templərinin 

qiymətləndirilməsi  və  həmçinin  ümumi  daxili 

məhsulun  (ÜDM)  artma  (azalma)  tempinin 

hesablanması, 

istifadə 

olunan 


deflyator 

indekslərinin və digər makroiqtisadi göstəricilərin 

müəyyən  edilməsi  üçün  nəzərdə  tutulmuşdur. 


 

710 


Onlardan  nəqliyyat  müəssisələrinin  müxtəlif 

nəqliyyat  növləri  vasitəsilə  yükdaşımalardan  əldə 

etdikləri  gəlirlərdəki  qiymət  (tarif)  amilinin 

xarakterizə 

edilməsi 

üçün 


istifadə 

edilir. 


Yükdaşıma  tarifləri  indeksləri  makro  səviyyədə 

proqnozların  verilməsi  və  müxtəlif  iqtisadi 

hesablamaların 

aparılmasında 

tətbiq 

edilir. 


Yükdaşıma tarifləri indeksləri müxtəlif əlamətlərə 

- yükün növünə, göndərmənin ölçüsünə, çatdırma 

vaxtına,  daşınma  məsafəsinə,  daşınma  ərazisinə, 

hərəkət  edən  nəqliyyat  növünə,  yükqaldırma 

səviyyəsinə 

və 


s. 

görə 


daşınan 

yüklərin 

strukturundakı  dəyişiklikləri  nəzərə  almadan 

hesabat dövrü üzrə onların dəyişmələrini müəyyən 

etməyə imkan verir.  

Bütün  nəqliyyat  növlərinin  yükdaşıma  tariflərinin 

məcmu  indeksi  dəmir  yolu,  boru  kəməri,  dəniz, 

daxili  sular,  avtomobil  və  hava  nəqliyyatı 

növlərinin 

yükdaşıma 

tariflərinin 

indeksləri 

əsasında müəyyən edilir.  

Hər bir nəqliyyat növü üzrə yükdaşıma tariflərinin 

qeydiyyatı  təmsilçi  xidmətlər  üzrə  əlaqə  növləri 

arasında aparılır. 

Yükdaşıma  tariflərinin  dəyişməsi  və  səviyyəsi 

üzərində 

müşahidə 

üçün 


baza 

nəqliyyat 

müəssisələri  onların  ümumi  sayından  seçmə  yolu 

ilə 2 mərhələdə götürülür. 

Ərazi 

səviyyəsində 



boru-kəməri 

nəqliyyatı 

vasitəsilə 

yüklərin 

nəqlini 

həyata 


keçirən 

müəssisələr 

seçilir. 

Həmçinin 

dəmir 

yolu 


nəqliyyatından  yükdaşıma  tariflərinin  qeydiyyatı 

aparılacaq  dəmir  yollarının  siyahısı  müəyyən 

edilir.  

Qeydiyyata,  əlavə  dəyər  vergisi  (ƏDV),  aksiz  və 

digər  vergilər  nəzərə  alınmadan,  fəaliyyətdə  olan 

faktiki yükdaşıma tarifləri alınır. 

Yükdaşıma  tariflərinin  məcmu  indekslərinin 

formalaşdırılması  zamanı  çəkilər  kimi  bazis 

dövrünə 

görə 


nəqliyyat 

növləri 


üzrə 

yükdaşımalardan 

gələn 

gəlirlər 



haqqında 

məlumatlardan istifadə edilir. 

Yükdaşıma  tarifləri  indekslərinin  hesablanmasını 

zəncirvari 

metodla 

həyata 


keçirmək 

daha 


məqsədəuyğundur. 

Zəncirvari  metoddan  istifadə  zamanı  aylıq  tarif 

indeksi  təmsilçi  xidmətin  hesabat  ayında  olan 

tarifinin  əvvəlki  ayın  tarifinə  gətirilməsi  yolu  ilə 

müəyyən  edilir.  Uzunmüddətli  dövr  üçün  tarif 

indeksləri aylıq tarif indekslərinin vurulması yolu 

ilə müəyyən edilir. 

Yükdaşıma  tariflərinin  məcmu  aylıq  indeksləri 

aqreqasiyanın müxtəlif səviyyələri ilə hesablanır: 

- ayrı-ayrı əlaqə növləri üzrə; 

- ayrı-ayrı nəqliyyat növləri üzrə; 

- bir neçə nəqliyyat növü üzrə; 

- bütövlükdə yükdaşımalar üzrə. 

Laspeyres  düsturu  vasitəsilə  konkret  nəqliyyat 

növü  üzrə  yükdaşıma  tariflərinin  məcmu  aylıq 

indeksləri  hesablanır.  Bu  indeksin  hesablanması 

üçün  aylıq  tarif  indekslərindən  və  konkret 

nəqliyyat  növünün  bütün  əlaqə  növlərində  olan 

yükdaşımalardan  əldə  edilən  gəlirin  həcmi 

haqqında 

məlumatlardan 

istifadə 

edilir. 

Bütövlükdə,  yükdaşımalar  və  bir  neçə  nəqliyyat 

növü  üzrə  tariflərin  məcmu  aylıq  indeksləri  bazis 

dövründə bütün və yaxud bir neçə nəqliyyat növü 

ilə yükdaşımalardan əldə edilən gəlirlərin (hesabat 

və  əvvəlki  ayın  tarifləri  ilə  olan)  bölünməsi  yolu 

ilə alınır. 

 

YÜKLƏRĐN  GÖNDƏRĐLMƏSĐ



  –  dəmir 

yolu  şəbəkəsinin  müəyyən  məntəqələri  arasında, 

bir  yük  göndərən  və  bir  yük  qəbul  edən 

göstərilməklə,  ayrı-ayrı  yükdaşıma  sənədləri  üzrə 

daşımaya 

qəbul 


edilmiş 

yük 


partiyasıdır. 

Müşahidə  vahidi  hesab  edilir,  yükün  qəbul 

edilməsi  anından  yükü  qəbul  edənə  vermə  anına 

qədər bütün proseslərin əks olunmasını təmin edir 

(“Göndərmə kateqoriyası”na bax).  

 

YÜKLƏRĐN 

TƏSNĐFATI 

– 

daşınan 


məhsulların 

həm 


istehsal 

xüsusiyyətləri 

(mənşəyini,  emalının  başa  çatma  dərəcəsini, 

təyinatını),  həm  də  daşınma  xüsusiyyətlərini 

(dəmir  yol  nəqliyyatı  vasitələrinin  növlərini, 

həcmliliyini,  iriliyini  və  s.)  üzrə  əlamətlərin 

qruplaşdırılmasıdır.  Yüklərin  təsnifatı  iqtisadi-

nəqliyyat  əlaqələrinin  öyrənilməsinə,  ayrı-ayrı 

nəqliyyat  növlərində  və  ümumilikdə  tariflərin  və 

daşımaların 

müəyyənləşdirilməsi 

məqsədinə 

xidmət  edir.  Yüklərin  təsnifatı  nomenklatura 

adlanan, 

yüklərin 

sistemləşdirilmiş 

siyahısı 

şəklində  tərtib  olunur.  Dəmir  yolu  və  su 

nəqliyyatının  vahid  statistik-tarif  nomenklaturası 

11  bölmə,  69  qrup,  250  mövqe,  4000-dən  çox 

adda  yük  növlərinə  bölünür.  Nəqliyyatın  digər 

növlərində  qrupların  sayı  kəskin  ixtisar  edilmiş 

daha yığcam nomenklaturadan istifadə edilir. 

Azərbaycanda  Nəqliyyat  Statistikası  üçün  Yük 

Təsnifatı  (NSYT)  2005—ci  ildən  tətbiq  edilir. 

“Nəqliyyat 

statistikası 

üçün 


yük 

təsnifatı 

(siyahısı)” 

nəqliyyat 

statistikası 

sahəsində 

məlumatların  mübadiləsini  təmin  etməyə  imkan 

verir  və  Azərbaycanda  milli  versiyaları  olan 

beynəlxalq  təsnifatlarla  -  “Fəaliyyət  növü  üzrə 

Məhsul  Növləri  Təsnifatı”nın  (Milli  versiyası: 

Məhsul  Növləri  Təsnifatı)  və  “Bütün  Đqtisadi 

Fəaliyyət  Növlərinin  Beynəlxalq  Standart  Sahə 

Təsnifatı”  (Milli  versiyası:  Đqtisadi  Fəaliyyət 

Növləri Təsnifatı) ilə uzlaşdırılmışdır.  

 

 


 

711


YÜKLƏRĐN  VƏ  SƏRNĐŞĐNLƏRĐN  DA-

ŞINMASI

  –  nəqliyyatın  fəaliyyətinin  faydalı 

nəticəsidir. O, yüklərin və sərnişinlərin daşınması, 

sərnişin  dövriyyəsi  və  yük  dövriyyəsi  (yəni 

uzaqlıq  nəzərə  alınmaqla,  daşımanın  həcmi) 

göstəriciləri ilə xarakterizə olunur. Bu göstəricilər 

üzrə  məlumatlar  nəqliyyatın  növləri,  əlaqənin 

növləri  (beynəlxalq,  şəhərlərarası,  şəhərətrafı, 

şəhərdaxili), yükün növləri üzrə verilir 

 

YÜKSƏK  EYNĐLƏŞDĐRMƏ  TƏNLĐYĐ 

 

əgər  k–m>s–1  olarsa,  ekonometrik  modelin 



struktur tənliyi yüksək eyniləşdiricidir, burada k – 

modelin 


əvvəlcədən 

müəyyən 


edilmiş 

dəyişənlərinin  sayı;  m  –  modelin  verilən  struktur 

tənliyinə 

daxil 


olan 

əvvəlcədən 

müəyyənləşdirilmiş 

dəyişənlərinin 

sayı; 

s

modelin  verilən  struktur  tənliyinə  daxil  olan 

endogen  dəyişənlərinin  sayıdır.  Əgər  k-m  =  s-1 

olarsa,  onda  tənlik  eyniləşdirilmiş  və  ya  dəqiq 

eyniləşdirilmiş adlanır.  

 

YÜKSƏK RĐSKLƏ MÜŞAYĐƏT EDĐLƏN, 



SONUNCU  CĐNSĐ  ƏLAQƏDƏ  QORU-

YUCU  VASĐTƏLƏRDƏN  ĐSTĐFADƏ  ET-

MĐŞLƏRĐN  PAYI

 

(Minilliyin 

bəyanna-

məsində əks olunmuş inkişaf göstəricilərindən) 

-  son  12  ay  ərzində  daimi  olmayan  cinsiyyət 

tərəfdaşları  ilə  cinsi  əlaqə  zamanı  qoruyucu 

vasitələrdən  istifadə  haqqında  məlumat  verən  15-

24 yaşlı gənc insanların sayıdır.  

Son  12  ay  ərzində  daimi  olmayan  cinsi 

tərəfdaşlarla (yəni həyat yoldaşı və yaxud məşuqu 

olmayanlar) 

cinsiyyət 

əlaqəsində 

olduqları 

haqqında  və  bu  və  ya  digər  tərəfdaşlarla  axırıncı 

cinsi  əlaqədə  olarkən  qoruyucu  vasitələrdən 

istifadə  etmələri  haqqında  məlumat  verən  15-24 

yaşlı  respondentlərin  sayı,  son  12  ayda  daimi 

olmayan cinsi əlaqədə olmaları haqqında məlumat 

vermiş  15-24  yaşlı  respondentlərin  ümumi 

sayında payı kimi hesablanır.  

 

YÜKÜN  BOŞALDILIB  YÜKLƏNMƏSĐ  



(ĐŞLƏNMƏSĐ)

  –  yükün  limanın  anbarları 

vasitəsilə  bir  nəqliyyat  növündən  digərinə  və  ya 

bilavasitə  bir  nəqliyyat  vasitəsindən  digərinə 

(dəmir 

yolu 


vaqonlarından, 

avtomobil 

nəqliyyatından  su 

nəqliyyatına 

və 

əksinə) 


verilməsidir. Yükün boşaldılıb yüklənməsi birbaşa 

variantla  (bir  nəqliyyat  vasitəsindən  digərinə) 

daha  əlverişli  hesab  edilir.  Belə  ki,  bu  zaman 

yükün  limanın  anbarlarına  daşınması  və  onun 

başqa  nəqliyyat  vasitəsinə  yüklənməsinə  qədər 

orada saxlanması zəruriliyi aradan qaldırılır. 

 

YÜKÜN  ÇATDIRILMASININ  DAVAM-

LILIĞI

  –  göndərilmə  məntəqəsindən  təyinat 

məntəqəsinə,  yük  alıcısının  ünvanına  yükün 

çatdırılmasının  günlərlə  vaxtıdır.  Göndərmə  üzrə 

və  göndərmələrin  məcmusu  üçün  orta  hesabla  1 

göndərmə 

üzrə 


göndərmə 

günlərdə, 

göndərmələrin  çatdırma  vaxtını  göndərmələrin 

sayına  bölməklə,  göndərmələrin  kütləsinin  1 

tonuna  ton-günlərdə  göndərmələrin  çatdırma 

vaxtını  göndərmələrin  tonla  çəkisinə  bölməklə 

müəyyən olunur. 

 


 

712 


-Z-

Zaman laqı.................................................. 713 

Zaman sırası ............................................... 713 

Zavoddaxili dövriyyə ................................. 713 

Zəmanət ...................................................... 713 

Zəncirvari qiymət indeksi .......................... 713 

Zərərli maddələrin atmosferə  atılması ...... 713 

Zəvvar turları.............................................. 713 



 

713


ZAMAN LAQI

“Gecikmək” sözünə bax. 

 

ZAMAN SIRASI

 - bərabər vaxt intervallarında 

həyata  keçirilmiş,  t  -  müşahidə  anlarında 

(t=1,2,...T)  hər  hansı  X



t

  göstəricisinin  müşahidə 

edildiyi  vaxtda  nizamlanmış  sırasıdır.  Zaman 

sırası  bəzən  dinamika  sırası  da  adlandırılır 

(“Dinamika sırası”na bax). 

Sıranın  “uzunluğu”  dedikdə,  adətən,  əvvəlki 

müşahidədən  sonrakı  müşahidəyədək  keçən  vaxt 

və  ya    T  müşahidəsinin  sayı  -  seçmənin  həcmi 

başa düşülür.  

 

ZAVODDAXĐLĐ  DÖVRĐYYƏ

  –  müəyyən 

dövrdə  istehsalçı-müəssisə  tərəfindən  özünün 

sənaye-istehsal  ehtiyacları  üçün  istehsal  olunmuş 

və müəssisə daxilində məhsul istehsalı prosesində 

istehlak edilmiş sənaye məhsullarının dəyəridir. 

 

ZƏMANƏT



  –  (I)  –

  müəyyən  şəxs  tərəfindən 

pul, 

yaxud 


əşya 

öhdəliklərinin 

yerinə 

yetirilməsinə  zəmanət,  qəbul  edilmiş  öhdəliklərin 



yerinə yetirilməsinə məsuliyyət formasıdır; 

(II) 

-    borclunun  özü  tərəfindən  kreditin 

ödənilməsi  qabiliyyəti  olmadıqda,  üçüncü  tərəfin 

bu borcu ödəməsi üçün onun razılığıdır. Zəmanət 

şərtli  və  şərtsiz  ola  bilər,  kreditin  bir  hissəsini  və 

ya    bütün  məbləğini  ödəyə  bilər,  müqavilə  ilə  və 

ya    təslim  yazısı  ilə  rəsmiləşdirilə  bilər.  Zəmanət 

əməliyyatlarında  iştirak  edən  bankların  sayından 

asılı  olaraq,  birbaşa,  dolayısı  və  vasitəçilik 

zəmanətlərini fərqləndirirlər. 



 

ZƏNCĐRVARĐ  QĐYMƏT  ĐNDEKSĐ

 

 

dövrün  qiymətlərinin  keçən  dövrün  qiymətlərinə 



aid  edilməsi  metodu  əsasında  qurulur.  Statistik 

təcrübədə  uzunmüddətli  vaxt  ərzində  qiymət 

indeksinin  hesablanmasında  istifadə  olunur. 

Zəncirvari  metodun  seçilməsi  keçid  dövründə 

istehsalın    və  istehlakın  qeyri-sabit  vəziyyəti  ilə 

şərtlənmişdir. Belə ki, bu zaman əmtəə dəstlərində 

daimi  dəyişikliklər  baş  verir  və  praktiki  olaraq 

yalnız  nəticələrin  qarışıq  müqayisəliliyi  təmin 

edilir  (yəni  bilavasitə  bir-birinin  ardınca  gələn  2 

ay  çərçivəsində  müqayisəlilik).  Bu  şəraitdə 

zəncirvari qiymət indeksi konkret dövr üçün daha 

dəqiq  və  daha  elastik  hesab  edilir.  Belə  ki,  qeyd 

edilmiş 

bazada 


qiymət 

indekslərinin 

hesablanmasında  qaçılmaz  olan  əlavə  hesabat 

tələb  edilmədən  əmtəələrin  dəyişməsi  həyata 

keçirilir.  

 

ZƏRƏRLĐ  MADDƏLƏRĐN  ATMOSFE-

RƏ    ATILMASI

  –  (I) 

bütün  antropogen 

(insanın  cari  təsərrüfat  fəaliyyəti  ilə  birbaşa  bağlı 

olan)  mənbələrdən  insan  və  ətraf    mühit    üçün 

təhlükəli  olan  zərərli  maddələrin  atmosferə  daxil 

olmasıdır.  

Stasionar  mənbələr  tərəfindən  atmosferə  atılan 

zərərli  maddələrin  tərkibinə  daxildir:  mütəşəkkil 

çirklənmə mənbələrindən, yəni toz-qaztəmizləyici 

qurğulardan 

keçdikdən 

sonra 


(natamam 

təmizləmə nəticəsində) hava hövzəsinə daxil olan 

çirkləndiricilər  və  təmizləmədən  keçmədən  hava 

hövzəsinə  daxil  olan  çirkləndiricilər  (qeyri-

mütəşəkkil  mənbələrdən).  Ev  təsərrüfatlarında 

olan  tullantıların  hesablanması  xüsusi  qaydada 

aparılır. 

Qeyri-stasionar  (hərəkətdə    olan)  mənbələrdən 

atmosferə  daxil  olan  tullantıların  hesablanması 

avtomobil,  dəmir  yolu,  dəniz,  çay,  hava 

nəqliyyatları üzrə aparılır. Atmosferə çirkləndirici 

maddələrin  daxil  olmaları  statistikası  bütövlükdə 

bütün  tərkiblər  (kiloqram  və  tonla),  onların  ayrı-

ayrı  növləri,  həm  də  konkret  bir  maddənin  (onun 

son dərəcə yol verilə bilən qatılığında) miqdarının 

statistik  ölçülməsindən  sonra  şərti  hesablamalarla 

uçota alınır.  

Məlumatların 

işlənməsi 

(ümumiləşdirilməsi), 

nisbətən  iri  şəhərlər  və  ekoloji  vəziyyətin  gərgin 

olduğu  təsərrüfat  mərkəzləri  ayrılmaqla,  sahə 

(fəaliyyət  növü),  idarə  və  inzibati  bölmələr  üzrə  

həyata keçirilir.  



(II) 

- ətraf mühitin qorunmasına çəkilən xərclərin 

ölçülməsində  tez-tez  müraciət  olunan,  ətraf 

mühitin  öyrənilməsinin  bir  bölməsidir.  Bu  bölmə 

atmosferə  atılan  zərərli  qazların,  mayelərin  və 

tozların  qarşısının  alınmasını,  azalmasını  və 

onların monitorinqini əhatə edir. 

 

ZƏVVAR  TURLARI



  - 

mömin  və  dindarların 

müqəddəs  yerlərə,  müxtəlif  sitayiş  obyektlərinə 

təşkil  olunmuş  səfərlərdir,  çox  zaman  dini 

qurumlar 

tərəfindən 

dini 

bayramlarla 



(mərasimlərlə) əlaqədar olaraq təşkil olunur.  

 


 

714 


Đstifadə olunan ədəbiyyatların siyahısı 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası – 12.11.1995, № 00. 

Sahibkarlıq  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  –  15.12.1992, 

№ 405. 

Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu – 18.02.1994, № 789 



Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu – 18.02.1997, № 250-

QD. 


Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu – 21.07.2000, № 926-

IQ. 


Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  registri  haqqında

  A


zərbaycan 

Respublikasının Qanunu – 12.12.2003, № 560-IIQ 

Dövlət  borcu  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  –  29.12.1992,  №42 

(qüvvədən düşüb) 22.05.2007, № 334-IIIQ 

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu – 16.01.2004, № 590-IIQ. 

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu – 10.12.2004, № 802-

IIQ. 

Mühasibat  uçotu  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  –  29.06.2004,  № 



716-IIQ. 

Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu – 14.06.2005, 

№ 926-IIQ.  

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu – 19.06.2009, № 833-IIIQ. 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 10.06.1997, № 311-IQ. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsi – 01.02.1999, № 618-IQ.  

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi – 25.06.1999, № 695-IQ. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 28.12.1999, 779-IQ. 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 28.12.1999, № 781-IQ. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi – 30.12.1999, № 787-IQ. 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi – 11.07.2000,  905-IQ. 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi – 30.06.2009, № 845-IIIQ. 

Azərbaycan  Respublikasında  kiçik  sahibkarlıq  subyektlərinin  meyarlarının 

müəyyənləşdirilməsi  və  “Kiçik  sahibkarlığa  dövlət  köməyi  haqqında”  Azərbaycan 

Respublikası  Qanunundan  irəli  gələn  vəzifələrin  icrasını  təmin  etmək  məqsədilə 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  18  dekabr  192  nömrəli 

qərarı. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume  I,  Business registers  -  Luxembourg:  Office  for  Official  Publications of  the 

European Communities, 1994. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume  II,  Structural  business  statistics  -  Luxembourg:  Office  for  Official 

Publications of the European Communities, 1995. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume III, Business accounting - Luxembourg: Office for Official Publications of 

the European Communities, 1994. 



 

715


English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume  IV,  Foreign  trade  -  Luxembourg:  Office  for  Official  Publications  of  the 

European Communities, 1994. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume V, National Accounts - Luxembourg: Office for Official Publications of the 

European Communities, 1994. 

Methodology  for  business  statistics,  Glossary  of  Business  statistics  (Eurostat,  1998 

edition)  –  Методология  статистики  предпритий  Глоссарий  по  статистике 

предприятий  -  Luxembourg:  Office  for  Official  Publications  of  the  European 

Communities, 1999. 

Glossary of statistical terms (OECD), 2007. 

SNA-93 (Commission of European Communities, IMF, OECD, UN, Word Bank). 

ESA-95. 

Glossary  of  terms  for  the  Standardization  of  Geographical  names,  United  Nations, 

New York, 2002.   

Methodology for business statistics, Glossary of business statistics (EC, Eurostat). 

English-Polish Statistical Dictionary.  

«Инкотермс – 2000. Официальный перевод» изд. Эакон и Бизнес, Спб, 2001. 

«Курс социально-экономической статистики», Москва, Финстатинформ – 2002.  

“Minilliyin  bəyannaməsində  əks  olunmuş  inkişaf  (tərəqqi)  məqsədlərinə  nail 

olunmanın monitorinqi üçün göstəricilər” BMT, Nyu-York, 2006-cı il. 

Человеческое развитие: новое измерение социально-экономического прогресса, 

Учебное пособие, Москва, Издательство «Права человека», 2008. 

Система  национальных  счетов,  1993,  том  –  1  (Подготовлено  под  эгидой 

Межсекретариатской  рабочей  группы  по  национальным  счетам,  Комиссия 

Европейских  сообществ  –  Евростат,  Международный  валютный  фонд, 

Организация  экономического  сотрудничества  и  развития,  Организация 

Объединенных  Наций,  Всемирный  банк,  Брюссель/Люксембург,  Вашингтон, 

О.К., Нью-Йорк, Париж – 1998 год. 

Система  национальных  счетов,  1993,  том  –  2  (Подготовлено  под  эгидой 

Межсекретариатской  рабочей  группы  по  национальным  счетам,  Комиссия 

Европейских  сообществ  –  Евростат,  Международный  валютный  фонд, 

Организация  экономического  сотрудничества  и  развития,  Организация 

Объединенных  Наций,  Всемирный  банк,  Брюссель/Люксембург,  Вашингтон, 

О.К., Нью-Йорк, Париж – 1998 год. 

«Статистический  словарь»,  Государственный  комитет  Российской  Федерации 

по статистике, 1996, Финстатинформ, 1996. 

Əhali məsələləri üzrə ensiklopedik lüğət, Bakı-2008. 

Đzahlı iqtisadi terminlər lüğəti, I və II cildlər, Bakı-Nurlan-2005. 

Hüquq ensiklopediyası, Bakı-Qanun-2007.  



 

716 


M Ü N D Ə R Đ C A T 

 

 

Müqəddimə....................................... 



L.....................................................  399 

Lüğətdən istifadəyə dair tövsiyələr.. 

M....................................................  407 



A....................................................... 

N.....................................................  487 



B....................................................... 

45  O.....................................................  511 

C....................................................... 

81  Ö.....................................................  517 

Ç....................................................... 

86  P..................................................... 

527 

D....................................................... 



93  R.....................................................  545 

E.......................................................  143  S..................................................... 

559 

Ə.......................................................  173  Ş..................................................... 



614 

F........................................................  217  T.....................................................  620 

G.......................................................  228  U.....................................................  662 

H.......................................................  241  Ü.....................................................  671 

X.......................................................  262  V.....................................................  677 

Đ.........................................................  277  Y.....................................................  687 

J.........................................................  342  Z ....................................................  712 

K.......................................................  344  Đstifadə olunan ədəbiyyatların  

 

Q.......................................................  379 



 

siyahısı 



715 

 

 



Document Outline

  • Muqeddime ve tefsiat
  • A
  • B
  • C
  • Ch
  • D
  • E
  • e(tersine)
  • F
  • G
  • H
  • X
  • İ
  • J
  • K
  • Q
  • L
  • M
  • N
  • O
  • Oo
  • P
  • R
  • S
  • Sh
  • T
  • U
  • Uu
  • V
  • Y
  • Z
  • Edebiyyat siyahisi
  • Mundericat

Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin