A. bakixanov



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix31.01.2017
ölçüsü7,74 Mb.
#7188
1   2   3   4   5   6   7   8   9   ...   13

3) Dağlıq Qumuq - Səririn şimalında və Qaytağın qərbində-
dir. Əhalisi nəsaradır (xristiandır). Padişahları olmadığından öz rəis-
lərinə itaət edirlər. Çox məhsuldar və abad olan Alan ölkəsinə bu-
radan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz 
banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padişahının 
ləqəbi Kərkərandac, və ya Kərkəndac, arvadının adı isə, Məğəs idi. 
Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin 
birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər on-
lar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) 
dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri 
ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasın-
da, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, 
Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək 
ancaq burdan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars 
şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir. 
Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına 
aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara sərhəd 
boyunda olan Tiflis şəhərindən maaş  və  ərzaq göndərilirdi. Babi-
Laziqə də Gürcüstan nahiyəsində olub, padişahı müsəlman idi. Ala-
nın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni 
Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfa-
dır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan 
bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə 
gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kəna-
rında qalaları vardır, Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bun-
lar ittifaq etsəydilər, hamıya qalib gələrdilər. Onların ölkəsinin o 
biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir... 

 
17 
Kəşək tayfası  çərkəzlərdir, onları  qədim rus tarixçiləri kasoq, 
Os (Osetin) tayfasını isə kasaq adlandırırlar. 
Məhəmməd Rəfi  Əbdürrəhim oğlu  Şirvaninin
1
 öz tarix kita-
bında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt, 
2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə 
ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə 
dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4) 
Hun. “Dərbəndnamə” müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatı-
na görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax, 2) Tuman-
şah mülkü, 3) Qaytaq və 4) Dağlıq Qumuq. 
Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur. 
Birinci məmləkət - Alan və ya Sulağın o tərəfindəki Qumuq 
Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur. 
İkinci məmləkət - Tumanşah mülkü, ya Haptaq ya da, birinci 
bölgüyə görə, Qaytaq ölkəsidir ki, Şamxal və Üsmi mülklərinin 
aşağı qismini təşkil edir. 
Üçüncü məmləkət - Dağlıq Qumuq, ya Hun, ya da Avar ölkə-
sidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir. 
Dördüncü məmləkət - Baslas, ya Zirihgəran, ya Sərir, ya da, 
axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissə-
sindən, Aqquşa və Sürhi mahallarından ibarətdir. 
Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətə-
ləmyusun
2
 dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. 
Bu mülk onların adı ilə adlanmışdır. “Rövzətüssəfa”
3
 müəllifinin və 
                                                 
1
 
Məhəmməd Rəfi  Əbdürrəhim oğlu  Şirvani –XVI əsrin ikinci və XVII əsrin birinci 
yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aud bəzi 
əsərləri vardır. «Risaleyi-rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından 
Rüstəm xanın adına yazmışdır. 
2
 Bətləmyus (Ptolemey) məşhur yunan riyaziyyatçı və astronomlarındandır, II əsrin 
birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənis-
tan haqqında da məlumat vardır. 
3
  Şərqdə yetişən  ən məşhur tarixçilərdən Mirxondun əsəridir. 1433-cü ildə  Bəlxdə 
anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət 
olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünun sonlarında yazılmış ən mühüm 
tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır. 
 
18
başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya 
Kamarı  nəslindəndirlər. Bunlar Yafəsin Bulqar adlı  oğlunun adını 
daşıyan yerdə sakin idilər. Ehtimala görə o yer Kiçik Qabardı ölkə-
sində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, 
Baxsan, Bizənki əhalisi və başqaları indi də türk dilində qumuq ləh-
cəsilə danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni 
“Həbibüssiyər”
1
 və sair kitablar da təsdiq edir. 
Bu mənbələrin yazdığına görə,  Əmir Teymur Toxtamış xanı 
məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının 
kənarında  ənam vermiş  və Qum boğazında qışlamışdır. Qumari 
adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və 
rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-
birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və 
Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da 
ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» - yəni 
hamı - sözü əlavəsilə «Həptaq», Üsmi mülkünə  də, Keyxosrov və 
sair Kəyan padişahlarına nisbətilə, ya da böyük və uca mənasına 
gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində 
ta dala, kaf və ğəyn hərfləri də qafa və  biləks dəyişilmişdir. 
Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin 
yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahi-
lində sakin imişlər.  İndi yeri məlüm olmayan Varçan, bunların  ən 
böyük şəhəri olmuşdur. Simaca kafir, qaniçən, talançı və cəsur olan 
bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə  və 
Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülm-
lər etmişlər. Bunların padişahı Atilla... müxtəlif tayfaları, hətta Ma-
carıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. 
                                                 
1
 «Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özu də 
məşhur tarixçilərdəndir. 1475-ci ildə Heratda anadan olmuş  və 1535-ci ildə 
Gucəratda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən 
böyuk və  ən qiymətlisi «Həbibüssiyər» adlı kitabdır. Xandəmir «Həbibüssiyər»də 
dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri 
təsvir edir. 
 

 
19 
Hicri 454-cü ildə  vəfat etdikdən sonra, övladı arasında gedən 
çəkişmələr nəticəsində Ğun dövləti dağıldı. 
Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin
1
 yazdığına 
görə,  ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları  çıxmasın. 
Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. 
Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyər-
dilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və 
dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisin-
dən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və su-
suzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman 
atdan enərdilər. Həya və  əxlaq sahibi deyildilər. Talançı, qaniçən, 
qanun bilməyən, yalançı  və dinsiz idilər. Atillanın yanında olan 
Rum səfirlərindən Prist belə nağıl edir: Biz onunla orduda görüş-
dük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul 
etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı 
yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilin-
də şerlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əha-
tə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər 
çağı evinin qapısında oturub, xalqın divan işlərilə  məşğul olurdu. 
Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə 
bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və  qızıl 
camlarda, özü üçün isə  ağac qablarda yemək-içmək gətirdərdi. 
Yeməkdən sonra Ğun  şairləri gəlib onun zəfər və fütuhatından 
bəhs edən  şeirlər oxuyardılar. Bu zaman onun qoşunu  şadlanar, 
qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar... 
Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atil-
la bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola 
                                                 
1
 Ammian Martselli - Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. 
«Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. 
Ammian Martsellinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır. 
 
 
20
bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adın-
dan alınmışdır. 
Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları mü-
nasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada ya-
şayırdılar. Sərmat padişahı  Qıpçaq çölündən gəlib, onları  məğlub 
etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran ara-
sında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII 
əsrlərdə  dəbunların dövləti mövcud idi. Bunların padişahlarından 
Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi 
də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını 
layiqi deyə yazırlar. 
Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-
birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana 
çıxmışdır... 
«Həbibüssiyər» sahibinin yazdığına görə, Ermənistan ölkəsinə 
daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zama-
nında  ələ keçirdi. Bura həmişə  xəlifələrin ixtiyarında olmuşdur. 
Bunu, Tiflisdə ərəblər tərəfindən zərb edilən dirhəmlər də göstərir. 
İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başa-
çıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim 
gürcüləri ivros, yəni dağlı adlandırırdılar. 
Yaqutun
1
 yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğ-
ru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və 
qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğ-
lanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə 
zamanı Tiflis şəhərini ələ keçirdilər. 
Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida 
hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya 
olmuşdur. 
                                                 
1
 Yaqut Həməvi -1178 və 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə və-
fat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya 
aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Mö'cəmülbüldan»dır. 
Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir. 

 
21 
Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkə-
nin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban söz-
lərinin bir-birinə  bənzəməsindən zənn etmək olar ki, biri o birin-
dən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azad-
lığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. 
Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget 
nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfa-
sını  Xəzər dənizinin  şərq sahillərindən qovaraq buralarda yerləş-
mişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasın-
dakı yerləri tutmuşlar. Onlar cəsarətli, vəhşi xasiyyətli və köçəri 
olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflə-
rin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot
1
 deyir ki, Skif 
gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası mey-
dana çıxmışdır. Lakin Qatterer
2
 isbat edir ki, Sərmat tayfası İsanın 
anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don cayı 
ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb 
Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfa-
sını məğlub edərək onların yerlərinə sahib olmuşdur. 
Alan tayfası  şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb 
ona səcdə edirdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. 
Prokopi
3
 Alan tayfasını Masaget nəslindən və Böyük Get məna-
sında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir. 
Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafə-
sin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasın-
da məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsildən və ya Masoq 
                                                 
1
 Herodot - ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər ara-
sında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ti-
carət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla 
qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi 
uçun olduqca qiymətlidir. 
2
 Qatterer - alman tarixçisidir, 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat 
etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan ümumdünya 
tarixi» adlı kitabıdır.
 
3
 Prokopi - yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən 
məşhur tarixçisidir. 
 
22
nəslindən sayılır. Ola bilsin ki, Masaget bu nəsildən və ya Masoq və 
Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin
1
, alan sö-
zünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı qə-
dim zamanda Altay dağlarında yaşadıqları üçün belə adlandırmışlar. 
Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. 
Alanlar, Bətləmyusun zamanından XIV əsrə  qədər, Qafqaz dağla-
rının  şimal-qərbində  məşhur olmuşlar. Məsudinin yazdığına görə, 
Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində 
olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səd-
dindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir 
etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xara-
bası Qubanın Şabran mahalında, Gilhin-çayın sol kənarında, qala-
nın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də 
mövcuddur. 
Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığın-
da olan Əlixanlı - ehtimala görə, əslən Alğonlı olmuş - kəndinin üst 
tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində bö-
yük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin 
üstündən Baba dağına doğru gedir. 
Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan 
qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası 
Qafqazın  şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki 
tərəfdən hücum yolları var idi. Alan adı  məşhur olduğu üçün bir 
çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıla-
rın hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının 
şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə  məşhurdur. 
Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan 
Alban şəhəri, yerin vəziyyəti və münasibətinə görə, gərək Dərbənd 
                                                 
1
 Degin - fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə 
vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların, türklərin, moğolların və sair 
tatarların ümumi tarixi» adlı kitabdır. 
 

 
23 
şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, 
Tarxu ilə Buynaq arasından axır. 
Keçmiş uzun əsrlər belə bu ölkədəki yer adlarının bəzisini hələ 
də  dəyişdirə bilməmişdir.  Şamaxı  şəhəri Kamaxı  və ya Ksamaxı 
olmuşdur. Burada olan Qəbələ şəhəri - Xabaladır ki, Bətləmyus da 
onların adını çəkir. 
Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən 
dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcud-
dur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə»dəki qey-
dinə görə, Əşkəbus türklərdən bir pəhlivan olub, xaqanın döyüşün-
də Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın «Məcməülbül-
dan»da yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də Firuzqubad 
şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından 
alınmışdır. Xəzərgan adlı yer də «İskəndərnamə»də yazılan Xəzran-
kuh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlə-
rinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da, 
Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, 
adının münasibəti və yerinin vəziyyətinə görə, həmin naxiya və ya 
Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. 
Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün 
sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın 
adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətlə, bu dəniz 
müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və 
Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır. 
Qafqaz sözü də, həmin qaspi adlı tayfanın adından və Quran-
da qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ, əfsanə kitabların-
da divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pəri-
lərin padişahına Şahbal deyirlər. «Dərbəndnamə» müəllifi, ərəblə-
rin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl 
deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda 
məşhur olan kəndlərdən birinin adı  Pəravuldur. Bu da Pəri-avul, 
yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur. 
 
24
Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli 
və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi 
təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasın-
dan ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri 
deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 
1228-ci (=1813) ildə Rusiya ilə  İran dövlətləri arasında Gülüstan 
əhdnaməsi burada bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir 
yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır. 
İslam tarixçilərinin çoxu Qafqaz dağlarını  Əlbürz dağı deyə 
adlandırırlar. Bunlardan Katib Çələbi
1
, «Cahannüma» adlı əsərində 
deyir: Əlbürz dağı Babül-əbvabın, yəni Dərbəndin qərb tərəfində-
dir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uza-
nan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn 
etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük 
Qaf, digərinə isə Kiçik Qaf deyirlər. 
Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə, 
ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth 
dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət 
vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ 
haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə 
qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki 
keçmiş insanlar, bu əcaiblə dolu dağların  şimal tərəflərindən və 
daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar, bu 
səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, 
vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur 
olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz. 
İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə 
tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o 
                                                 
1
 
Katib Çələbi - məşhur Şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstan-
bulda anadan olmuş və 1067-ci (1656/7) ildə vəfat etmişdir. Əsərlərindən ən məş-
huru coğrafiyaya aid «Cahannüma» ilə biblioqrafiyaya aid «Kəşfüzzünun» adlı 
kitablarıdır. 
 

 
25 
biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar, Qaf dağına, 
xəyalata qapılan sadədillərin təsvir etdikləri tərzdə, heç yerdə rast 
gəlməmişlər. 
Qədim və naməlum  əsrlərdən bəri bir çox müxtəlif tayfalar, 
Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və 
şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox 
ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və 
qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə 
olmuşlar. İranın qədim padişahları, xüsusilə Yəzdicird Bəhrami-Gur 
oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox 
qəbilə köçürərək, bu yerlərdə  şəhər və  kəndlər bina etdirmişlər. 
Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, 
ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatar-
lardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində 
saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri ol-
muşdur. Səfəvilər dövründə  İran və Osmanlı qoşunları bir-birinin 
ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə 
əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hə-
lə də mövcud olan bir çox müxtəlif abidələri, adları, dilləri, adətləri 
və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir. 
Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq 
bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb 
qismində, Samur və Kürə nahiyələrində yaşayan  əhalinin  əksəri 
müxtəlif tayfalarla qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, 
Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, 
Bakı, Şirvan və Səlyan vilayətlərində yaşayanlar fars, ərəb, moğol və 
tatarlardan ibarətdir. Burada olan erməni və  yəhudilərin çoxu da, 
get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, 
Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində 
isə daha çox qalmışlar, Onlar öz din və dillərini saxlamışlar. Qarışıq 
nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dillərini və 
adlarını saxlaması ən aydın bir dəlildir. 
 
26
Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi 
Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini
1
  və Strabon
2
 onları bu 
ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada 
yaşayan Udilu tayfası Udi şəhəri  əhalisindən olmalıdır. Bu şəhər 
miladi III əsrdə Ermənistan padişahlarının paytaxtı olmuşdur. İndiri 
kəndinin tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysu-
nun sağ  tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə 
və arxlara sahibdirlər. Onlar əvvəldən burada sakindirlər. 
Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşaр tayfası-
nın qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbə-
çi əhalisi, öz babalarından eşitdikləri rəvayətə görə, ticarət məqsə-
dilə buralara gəlmiş Yunan və  Cənəviz  əhalisindən bir dəstədir. 
Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat 
şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbə-
ristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan 
sözündən dəyişmiş ola bilər. 
Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki 
kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi 
indi də, öz aralarında  ərəbcə danışırlar. Təbərsərandakı  Dərvaq 
kəndində  də  əhali son zamanlaradək  ərəb dilində danışarmış; bu 
dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də 
bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və 
Samur nahiyəsi, bütün Dağıstan kimi, öz kitablarında və yazılarında 
ərəb xətti və ərəb dili işlədirlər. 
                                                 
1
 Plini - məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin 
«Təbii-tarix» adlı  əsərində Azərbaycan tarixi və coğrafiyası haqqında qiymətli 
məlumat vardır. 
2
  Strabon - məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il 
əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri 
«Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. 
Strabon  əsərini Pompeyin Azərbaycana olan yürüşləri zamanında, romalıların 
topladıqları məlumata əsasən tərtib etmişdir. 
 

 
27 
Qubadakı Bərmək mahalı, Harunərrəşidin vəziri Cəfər Bərmə-
kinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib 
buraya sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; 
Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, 
Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qə-
biləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar 
vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair 
elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kən-
dinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan bu-
raya köçürmüşdür. Bu nahiyədə yalnız Miskincə kəndi şiə məzhəb-
dir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin 
padişah, İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin 
qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi, sünni məzhəbində olsalar 
da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur. 
Samur nahiyəsindəki Mikrah kəndinin və Qaziqumuq əhalisi-
nin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin 
istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qi-
yafəsi və bir çox adət və ənənələri də buna şahiddir. Qaziqumuq 
əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov» 
deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır.  İndiki 
halda, Qaziqumuq şəhərində üç tayfa sakindir: Qaççi, Məçcə  və 
Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və  Xəzər 
nəslindən olsun; Məçcə - Məkkə sözündən dəyişmə olub, ərəblərin 
Qüreyş qəbiləsindən və Qumuq da, qədim Kamak tayfasından ol-
sun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan 
Aqquşa, Qaytaq mahalları  və  Şamxal mülkü əksəriyyətlə  qədim 
nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar. 
Sulağın o tərəfindəki Qumuq əhalisi, Mıçıqıç, Avar və  əslində 
qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif  şimal 
tayfaları ilə qarışmışlar. 
Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış 
olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab 
edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məş-
 
28
hur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamış-
dır, yalnız tarix kitablarında adları çəkilməkdədir. 
Karamzin
1
 və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Tür-
küstan çöllərində iqtidar və  şöhrət sahibi bir tayfa olmuşlar. Çin 
tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan Hun nəslin-
dəndir. II əsrdə türk tayfaları  tərəfindən məğlub edilən avarlar, 
cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı 
Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları 
arasında ipək döşənəcək və  qızıl qab-qacaqla bəzənmiş çadırda, 
Rum qeysəri Yustinianın elçilərini və  hədiyyələrini qəbul edərək, 
onunla barışmış  və iranlılarla müvəffəqiyyətli müharibə etmişdir. 
Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış 
uzun saçlarından başqa surət və əxlaqca da, tamamilə Hun tayfa-
sına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların hey-
rətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə 
gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlubedilməz 
tayfası  səninlə dost olmaq, səndən  ənam, məvacib və yaşamaq 
üçün yararlı  və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən 
heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan 
bolqarları  məğlub edərək, qətl və qarətdə  əlindən gələni etdi. O, 
çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohe-
miyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna 
çayına gəlib çıxdı. Burada lonqbard tayfası ilə ittifaq edərək Qəbi-
diyan dövlətini alt-üst etdi və Macarıstanı  ələ keçirib İtaliyanı al-
maq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə 
(Volqaya) qədər olan sahəni tuturdu. 
Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türk-
lərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kəna-
rında o zamana qədər başlı-başına yaşayan slavyan tayfasını  qətl 
və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar 
                                                 
1
 Karamzin Nikolay Mixayloviç - məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş 
və 1826-cı ildə  vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki cildlik əsərin 
müəllifidir. 
 

 
29 
xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı 
onu  əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə 
etdisə  də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa, sonralar, 
müxtəlif zamanlarda cürbəcür qəbilələrlə  şiddətli müharibə etmiş 
və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, baş-
qa tayfalara qarışmışdır. 
Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar 
o qədər də  vəhşi olmayıb  İran, Çin və Rum ilə ticarət  əlaqəsi 
saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşa-
maqla bərabər, ayrıca dilə malik və xüsusi əmrlərə tabe olaraq adət 
və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar üsmisi 
də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək 
dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padişa-
hının köməyi ilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padişahı 
tərəfindən verilən fərman indi də durur. Lakin baxılan vaxt məlum 
oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini  ələ keçirmiş olan 
Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir. 
Qunib - 
  kəndinin  əhalisi (sözün axırında «b -  » hərfi 
atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşixasiyyət Ğun və 
ya Hun tayfasının qalıqlarındandır. Bu kənd  Əndələl nahiyəsində 
tarlalı, otlaqlı, çaylara və  ağaclara malik çox çətin keçilən bir dağ 
təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis 
xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları  qısa 
və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərq-
lənirlər. 
Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan 
tərəfindən bina edilmiş bir şəhərin xarabaları  ətrafında Calqan, 
Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeylərin  əhalisi tat dilində 
danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum 
olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, 
həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhər-
də  sənətkaranə bir tərzdə  işlənmiş  qəribə bir darvaza vardır. Bu 
darvaza indi də durur. Ehtimala görə, Babülhədid haman budur, 
 
30
kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib 
Bilhədi olmuşdur. 
Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan ma-
halda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, 
Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində - altı tə-
rəkəmə kəndindən başqa - bütün əhali tat dilində danışır. Məlum 
olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi - xüsusi 
dilə malik olan Xınalıq kəndindən başqa - Samur və Kürə nahiyələri 
və  Təbərsəranın Dərə  və  Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli 
xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan  əhalini moğol 
adlandırırlar. «Dərbəndnamə»nin qeydinə  və sair əlamətlərə görə 
məlum olur ki, bu tayfa Alan masagetlərinin nəslindəndir. Bakıdakı 
Məşqətə - «s» hərfi «ş» hərfinə təbdil edilmişdir - kəndinin əhalisi 
də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul et-
mişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhali-
sindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa 
dilləri vardır. Mağarti, Mərağə, Xoçni və  Çıraq adlı dörd kənddə, 
Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkə-
mə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran ma-
hallarında və Quba şəhərinin özündə, Səlyan ilə Şirvanın digər ma-
hallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində 
əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar 
nəslindən olub, bəziləri də, Osmanlı - İran müharibələri zamanın-
da, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcə-
ləri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir 
çox yerlərində  işlənən türk dilinə  mənsubdur. Bu ləhcə Osmanlı, 
Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin 
hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu 
dil üçün hələ təyin edilməmişdir. 
Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri 
və hesabsız ləhcələri vardır. Bunlardan beş dil, ümumiyyətlə, daha 
çox işlənir: 

 
31 
1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı his-
səsində,  Şamxal mülkündə  və Qumuqda olan bütün düzlərdə  iş-
lənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu 
da bu dili bilir. 
2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış  və bir çox 
xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu 
dili bilir. 
3) Beş Aqquşa mahalının dilidir. Bu dildə Sürhidə və Qaytağın 
yuxarı mahallarında müxtəlif ləhcələrdə danışırlar. 
4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur. 
5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə  və bu ölkənin yuxarı 
nahiyələri olan Şübut, Carili və sairə məxsusdur. 
Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Za-
xur, Auvax, Qabalal camaatı və Qaziqumuğa mənsub olan Köbəçi, 
Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə  və 
ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqi-
qat aparmaq lazımdır. 
Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam 
dinində olub, bəzisi  şiə  və  bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, 
Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Səlyanın hamısı, Şəki və Qu-
banın bir hissəsi  şiə  məzhəbdir.  Şirvanın yarısı,  Şəki və Qubanın 
çoxu, Dərbəndin azacıq bir hissəsi, butün Təbərsəran, Kürə, Miskin-
cəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. 
Bu məzhəb burada iki şöbədən ibarət olub, biri hənəfi, digəri 
şafiidir. Samur, Kürə, Təbərsəran nahiyələri və  Dərbəndin sünni 
hissəsi, bütün Dağıstan kimi, şafiməzhəbdirlər. 
Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları  və  qədim asarı 
geniş bir surətdə  tədqiq edilərsə, mənşəini təyin etmək mümkün 
olacaqdır. 
 
32
Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin