A. bakixanov



Yüklə 4.51 Kb.
Pdf просмотр
səhifə1/13
tarix31.01.2017
ölçüsü4.51 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

АЗЯРБАЙЪАН ССР ЕЛМЛЯР АКАДЕМИЙАСЫ НЯШРИЙЙАТЫ
Бакы - 1951
А З Я Р Б А Й Ъ А Н С С Р Е Л М Л Я Р А К А Д Е М И Й А С Ы
Т А Р И Х в я Ф Я Л С Я Ф Я И Н С Т И Т У Т У
ЭЦЛЦСТАНИ-ИРЯМ
А.БАКЫХАНОВ
М. Ф. Ахундов адына Азярбайъан Милли Китабханасы
GÜLÜSTANİ - İRƏM
A. BAKIXANOV

A.Bakıxanov
(
)
1794-1847

В. Бящмянли
Я. Ясядзадя
Н. Мащмудов
А. Аллащвердийев
С. Сямядова
А.Бакыханов
Эцлцстани-Ирям
“Хатун Плйус“
Бакы
2010
Бурахылыша мясул:
Редактор:
Дизайн:
Компцтер сящифяляйиъиси:
Корректор: 
М. Ф. Ахундов адына 
Азярбайъан Милли Китабханасы 
Ясяр чапа щазырланаркян илк няшрин китаб эюстяриъиляри сахланылmышдыр
ISBN  995221045-3

 

Giriş 
 
Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu 
Azərbaycan tarixinə aid yazılmış  əsərlərdən biri olan “Gülüstani- 
İrəm”i Azərbaycan  dilində birinci dəfə olaraq nəşr edir. 
 «Gülüstani-İrəm»  əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 
1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmirəcan kən-
dində anadan olmuşdur. Abbasqulu ağa Bakıxanov Azərbaycanın 
böyük feodallarından olan Bakı xanı II Mirzə  Məhəmməd xanın 
oğludur.  İbtidai təhsilini  ərəb və fars dillərində  alan  A.  Bakıxanov 
sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini 
öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, 
fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir. 
1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə 
daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə gədər 
yüksəlir. A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən 
tərəqqipərvər Azərbaycan alimlərindən biri olmuşdur. 
A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq 
ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və güdrətli bir ölkə olduğu-
nu dərindən başa düşmüş  və Azərbaycanın Rusiyaya birləşməsini 
müsbət bir hadisə olaraq giymətləndirmişdir. 
1847-ci ildə vəfat edən  A. Bakıxanov hərbi və mülki xidmət-
lərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi 
fəaliyyətə  həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yara-
dıcılığında islam dininin  təsirindən qurtarmamış, onun dünyanı dərk 
etmək üsulu idealistcəsinə olmuşdur. Şübhə yoxdur ki, A. Bakıxano-
vun idealist dünyagörüşü onun mənsub olduğu iri feodal sinfinin 
ideolojisı ilə sıxı sürətdə əlaqədardır. …Bakıxanov idealistdir, ömrü-
nün axırına qədər mömin müsəlman olaraq qalmışdır… Həqiqətdə 
Bakıxanov bəylərin və xanların silk imtiyazlarını müdafiə edirdi. 
A. Bakıxanovun Azərbaycan tarixinə  həsr etdiyi «Gülüstani- 
İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhə-
siz ki, birinci yeri tutur. A. Bakıxanova gədər, Azərbaycan tarixinə 
 
6
aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi 
və coğrafi  əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və 
sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk 
dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən 
«Gülüstani - İrəm» adlı əsərini yazmışdır. 
A. Bakıxanov «Gülüstani - İrəm» əsərini yazarkən təqribən yüz-
dən artıq məxəzdən istifadə etmişdir. Bu məxəzlər içərisində Hero-
dot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-
Hövqəl,  İbnələsir, Yaqut Həməvi,  Əbülfida, Həmdullah Qəzvini, 
Mirxond, Xandəmir,  Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi  Şirvani
Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yu-
nan, Roma, rus, erməni, Azərbaycan,  ərəb və fars müəlliflərinin 
əsərləri vardır. 
A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün 
tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədə-
niyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də 
istifadə etmişdir. Onun tətbiq etdiyi  bu üsul Azərbaycan xalqının 
zəngin tarixini  göstərməkdə birinci addım olmuşdur. 
«Gülüstani-İrəm»in mətnindən  anlaşılır ki, A. Bakıxanov yuxa-
rıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə 
aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin 
bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-
İrəm»in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəy-
yən hissələri indi əsas məxəz şəklini almış olur. 
«Gülüstani-İrəm»  əsərində A. Bakıxanov Azərbaycan xalqının, 
xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qə-
dim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi»nə qə-
dər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nə-
ticədən ibarətdir. 
Əsərin müqəddəmə hissəsində müəllif  Şirvan və Dağıstan 
xalqlarının mənşəi haqqında məlumat verir. O, islam dininin, istifa-
də etdiyi şərq məxəzlərinin, eyni zamanda özünün idealist görüşlə-
ri  əsasında, ümumiyyətlə, xalqların, xüsusilə  Şirvan və Dağıstanda 

 

yaşayan xalq və tayfaların mənşəini təhrif edilmiş bir tərzdə izah 
etməyə çalışmışdır. 
 «Gülüstani-İrəm» əsərində müəllif tərəfindən buraxılan əsaslı 
nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bölünmə mə-
sələsidir. A. Bakıxanov, «Gülüstani-İrəm»in müqəddəməsində gö-
ründüyü kimi Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, 
ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və haki-
miyyət dövrlərinə görə tərtib etmişdir. 
A.Bakıxanov istifadə etdiyi ilk məxəzlərə  tənqidi surətdə ya-
naşmamışdır. O, qədim və orta əsr müəlliflərinin yazdıqlarını öz 
əsərinə köçürmüş və tənqid süzgəcindən keçirməmişdir. Bu hal isə, 
şübhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz. 
Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərinin ver-
diyi  əfsanəvi məlumata  əsasən yerli Azərbaycan sülalələrinin bir 
çoxunun  mənşəini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını 
və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. 
Buna görə  də onun irəli sürdüyü mülahizələrə  və elmi üsullara 
tənqidi surətdə yanaşmaq lazımdır. 
A.Bakıxanov «Gülüstani-İrəm»  əsərində  əsas etibarilə    siyasi 
hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai  
həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç 
şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını 
qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi.  
 «Gülüstani-İrəm»də bu və ya digər tərzdə daha bir çox nöq-
san vardır. Bütün bu qüsurlardan öz yaxasını qurtara bilməyən 
müəllif, əsərin müqəddəməsində belə yazır: «Ümidvarəm ki, həqi-
qətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlı-
ğına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və  vəsaitin 
azlığına həml edib, onun islah və təkmilinə çalışarlar». 
Bütün bu nöqsan və qüsur cəhətlərə baxmayaraq, A. Bakıxa-
nov tərəfindən Azərbaycan tarixinə  həsr edilən «Gülüstani-İrəm» 
əsərinin bir çox müsbət cəhətləri də vardır. 
 
8
«Gülüstani-İrəm»ə  qədər Azərbaycan tarixinə aid yazılmış 
ümumi bir tarix əsərinə  təsadüf etmirik. A. Bakıxanov bu sahədə 
birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, 
onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» 
əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13- cü ilinə 
qədər Azərbaycan tarixi haqqında verdiyi məlumat diqqəti daha 
çox cəlb edir. A. Bakıxanov burada Şimali Azərbaycana aid siyasi 
hadisələri ətraflı surətdə təsvir etmidir. Əsərdə təsvir edilən hadi-
sələr ilə  əlaqədər olaraq Ermənistan, Gürcüstan, Türkiyə  və sairə 
haqqında məlumat verilir. Hadisələrin təsvirini 1813-cü ildə Rusiya  
ilə İran arasında bağlanan  «Gülüstan müahidəsi»nə qədər çatdırır. 
A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbə-
lərin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin 
olub,  əsərdə xüsusi yer tutur. Çünki müəllif özü bu dövrdə baş 
verən bir çox hadisələrin  şahidi və  iştirakçısı olmuşdur. O öz 
dövrünə aid daha bir çox sənədlər, fərmanlar, xanlar tərəfindən  
yazılmış məktublar və sair vəsiqələrdən də istifadə edə bilmişdir. 
A.Bakıxanovun  şərq tarixçilərinə nisbətən üstünlüklərinə  və 
mühakiməsinin genişlənməsinə rus mədəniyyətinin böyük təsiri ol-
muşdur. O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin  əsər-
lərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir. 
A.Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini rus dilinə 
də tərcumə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 
və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunmuşdur. 
Tam bir halda isə, yalnız  Sovet hakimiyyəti dövründə, “Azərbaycan 
Tədqiq və Tətəbbö  Cəmiyyəti” tərəfindən Bakıda 1926-cı ildə nəşr 
edilmişdir. Lakin əsərin bu çapında bəzi dəyişikliklər və bir çox 
nöqsanlar vardır. Xüsusilə coğrafi və  şəxsi adların düzgün qeyd 
edilməməsini göstərmək lazımdır.  
«Gülüstani-İrəm»in nəşr edilən bu tərcüməsi hicri 1260 (=1844) 
ildə yazılmış bir nüsxədən Azərbaycan dilinə  tərcümə edilmişdir. 
Əsərin bu günə  qədər çap olunmamış farsca mətni isə, müxtəlif 
əlyazmaları şəklində bizə gəlib çatmışdır. Ayrı-ayrı katiblər tərəfin-

 

dən müxtəlif tarixlərdə yazılmış bu əlyazmaları arasında bir çox 
fərq vardır. Buna görə də «Gülüstani - İrəm» redaktə edilərkən, ye-
nidən yoxlanılmış  və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə  Səlyanda, 
1867-ci ildə Qubada, 1879-80-ci ildə Dağıstanda yazılmış əlyazma-
ları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüs-
xə ilə də müqayisə olunmuşdur. 
İstifadə edilən bu əlyazmalarının  hamısı Azərbaycan SSR Elm-
lər Akademiyası Nizami adına  Ədəbiyyat  İnstitutunun  əlyazmaları 
şöbəsində saxlanılır. 
Əsərdən, tarixi  əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi 
hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilmişdir. 
«Gülüstani - İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi 
haqqında yazılmış  ən dəyərli  əsərlərdən biridir. Azərbaycan SSR 
Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən 
bu əsər, şübhəsiz, oxucular  və Azərbaycan tarixini öyrənənlər üçün 
qiymətli bir məxəz olacaqdır. 
                                                                                         
                                                                                                                    
 M. Şərifli 
 
10 yanvar  1951 
 
10
Müəllifdən 
 

1
Təbiətimiz hər  şeydən artıq tarixə malikdir. O, hadisələrdən 
başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və 
bilikli edir, ona dolanacaq və yaşayış  işlərini öyrədir. Buna görə, 
onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix 
hökümsüz  və zülümsüz elə bir hökmdardır ki, bütün  Adəm övladı 
onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dün-
yanın müəllimləri əlifba oxuyan bir uşaqdılar… Tarix elə bir danış-
mayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və    tərif-
lərilə  xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və  tə-
nəzzül yollarını anladır.  Gələcəkdə törəyə bilən əhvalatı keçmişin 
libasında insanların ibrət nəzərinə catdırır. Bəli, keçmişdə vaqe olan 
bir iş  gələcək üçün düsturüləməldir və elmə  əsaslanan bir əməl 
möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə 
başlamaq yolsuz və qorxulu bir cölə yönəlmək kimilir. Öz qısa öm-
ründə  təcrübə  əldə edən  şəxs, ondan çox böyük mənfəətə çatar. 
Tarix elmi isə, dünyanın təcrübəsini bizə  kəşf edir. Bundan daha 
yaxşı  nə olə bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan 
xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlə-
rindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlu-
mat verər, muxtəlif xalqlarla  saxlanan əlaqənin əsas xeyir və zərə-
rini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi tə-
xəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan saninin 
oğlu, yol göstəmək məqsədilə, işin çətinliyindən xəbərdar oldu-
ğum halda, müxtəlif dövlərdə  Şirvan, Dağıstan vilayətləri və  ətra-
fında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım. 
Ümidvarəm ki, həqiqətə bələd olan oxyucular bu əsərin qüsur və 
                                                 
1
 
Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin 
mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və  əsərə 
edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır. 
  

 
11 
nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəyifliyinə, halımın 
pərişanlığına və vəsaitn azlığına həml edib, onun islah və təkmilinə 
çalışarlar… 
Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə 
vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə 
bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə 
iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər 
və maddi mədəniyyət  asarı məhv və tələf olmuşdur. Başqa millət-
lərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. 
Bununla bərabər  «                             
                 
    -  öyrənilməsi tamamilə 
mümkün olmayan bir şeyi tamamilə  də  tərk etmək olmaz»  
kəlamının məzmununca, bu işə lazım olan vasitələrdən mümkün 
olanını  ələ keçirib, dağınıq məsələləri bir-birilə  əlaqələndirdim. 
Mövcud  əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. 
Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri 
müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və ha-
disələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən 
tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbə-
cür kitablar və  məktublar, sultanların fərmanları, sikkələr, asari-
ətiqələrin qalıqları  və  əhalinin bir məzmunlu müxtəlif təqrir və 
bəyanları ilə mümkün dərəcədə  əsaslandırmağa çalışdım.  İxtilaflı 
yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət 
etdim. 
Kitabı bir müqəddəmə, beş fəsil və bir nəticəyə böldüm. 
Müəllifindir: 
Bu  əsər bir tarix kitabı olaraq tanındı, 
 hiyəttarix 
(1257=1841/2) sözü onun təlif tarixi oldu. 
Onun adını  «Gülüstani-İrəm» qoydum. 
Məzmununa mütabiq ad verdim. 
M ü q ə d d ə m ə - Şirvan və Dağıstan vilayətlərinin hüdud və 
ərazisi, adlanmalarının səbəbi,  əhalisinin mənşəi, dilləri və dinləri 
haqqında. 
 
 
12
B i r i n c i   f  ə s i l - İslam dövlətinin zühurundan ərəb 
qoşununun gəlməsinə  qədər  Şirvan və Dağıstan ölkələrində baş 
verən qədim hadisələr haqqında. 
İ k i n c i    f ə s i l - ərəb ordusunun gəlməsindən başlayaraq 
moğolların istilasına qədər. 
Ü ç ü n c ü    f ə s i l - moğol istilasından Səfəvilərin zühuruna 
qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü. 
D ö r d ü n c ü     f ə s i l - Səfəvilərin zühurundan Nadir şahın 
vəfatına qədər. 
B e ş i n c i   f ə s i l - Nadir şahın vəfatından «Gülüstan» adlı 
yerdə Rusiya-İran  dövlətləri arasında bağlanan sülh müahidəsi 
zamanına qədər. 
N ə t i c ə - Şirvan vilayətində və onunla qonşu olan yerlərdə 
təlifat sahibi və ya başqa fəzilət və məziyyətə malik olan şəxslərin 
tərcümeyi-halları haqqıda. 
 
 
 

 
13 
MÜQƏDDƏMƏ 
 
ŞİRVAN VƏ DAĞISTAN VİLAYƏTLƏRİNİN 
HÜDUD VƏ ƏRAZİSİ, ADLANMALARININ SƏBƏBİ, 
ƏHALİSİNİN MƏNŞƏİ, DİLLƏRİ VƏ 
DİNLƏRİ HAQQINDA 
 
Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən 
onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-
qərbdən Qanıq (Alazan) çayı ilə,  İlisu nahiyəsindən keçən qeyri-
müəyyən xətlə Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini 
Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və 
oradan da, Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuş-
duğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnə-
sindən Dərvaq dəhnəsinə qədər təqribən 39°- 42°-yə qədər şimal 
en dairəsi, Qanıq çayı  dəhnəsindən  Əfşəran burnuna qədər 64°-
68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər 
bir dərəcənin məsafəsi, təqribən, 15 coğrafi mil - yeddi rus versti 
qədər və ya bir ağac yarımdır. Hər ağac - üç islami mil uzunluq-
dadır. İslami mil - doxsan altı min barmaq boydadır. Bir barmaq da 
orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin 
qarnına bitişik surətdə düzülmək şərtilə). 
Beləliklə, indiki Şirvan məmləkəti Səlyan,  Şəki, Bakı, Quba, 
Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və  İlisunun aşağı bir 
qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlə-
rindəndir. 
Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cə-
nub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaq-
ları və hər iki tərəfə axan çoxlu çayları vardır. 
Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərindəki geniş  və 
məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. 
Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif 
 
14
Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində  də mü-
kəmməl tərəqqi edə bilər. 
“Təqvimül-büldan”
1
 müəllifi deyir ki, Şirvanı Sasani sülaləsin-
dən olan Ənuşirəvan-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə 
tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılşmışdır. Bəzi-
ləri deyirlər ki, Şirvanın  əsli  Şirvand, yəni  şir olan yer olub, sonra 
Şirvan olmuşdur. Moisey Xorenskinin
2
 tarixində və Zendavesta ki-
tabında  Şerovaner deyə adlanır.  Əmin-Əhməd
3
 «Həft-iqlim» adlı 
əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə, bir ölkə-
nin adı olmuşdur. 
Çamçiyan
4
 «Ermənistan tarixi»ndə Şirvan vilayətini Əğvan ad-
landırır və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı  sərhəd 
əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur. 
Türkmən Həsən padişahın oğlu Sultan Yaqub hicri 892-ci 
(=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fər-
manda, Şirvanı Əğvan deyə adlandırmışdır. 
Dağıstan vilayəti 42°-dən 44°-yə  qədər  şimal en dairəsi və 
63°-dən 66°-yə  qədər  şərq uzunluq dairəsindədir.  Şərq tərəfdən 
                                                 
1
 Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş 
və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-ta-
rixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsərləridir. 
2
 Moisey Xorenski –V əcp tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərin-
dən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlər-
dən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə 
yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cumlədən rus dilinə də tərcü-
mə olunmuşdur. 
3
  Əmin-Əhməd Razi - «Həft-iqlim» adlı  məşhur  əsərin müəllifidir. Bu əsr köhnə 
üsul üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetiş-
miş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır. 
4
 Çamçiyan - XVII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni 
və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərindən başlaya-
raq XVII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» adlı bu 
əsəri, üç cilddən ibarət olaraq, 1785-1787-ci illərdə Venesiya şəhərində çap olun-
muşdur. 
 

 
15 
Xəzər dənizi ilə,  şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os 
(Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və  cənub-
şərqdən  Şirvanla məhduddur. Bu ölkənin  şimal-şərq qismi gözəl 
yerlərə malik olub, yaşayış vəsaitinin bolluğu ilə məşhurdur. Bu his-
sə, xüsusilə dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-
gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət 
vəsaitinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məh-
suldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq 
üçün çox çətin və məşəqqətlidir. 
Bu vilayət Məsudinin
1
 rəvayətinə görə, hicri 332-ci (=944) ildə 
aşağıdakı üç ölkədən ibarət olmuşdur: 
1)  Qaytaq - bura Dərbəndin  şimal tərəfindədir. Hökumət 
mərkəzi Səməndər, yəni Tarxudur ki, Nuşirəvan bina etdirib. Sə-
məndər Xəzər xalqının paytaxtı olmuş idi, lakin Səlman ibni Rəbiə 
buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səmən-
dər  əhalisinin çoxu xəzərlər, müsəlmanlar və  yəhudilərdən ibarət 
olmuşdur... 
2) Sərir (taxt) - Dərbəndin şimal-qərbində, üç mənzillik məsa-
fədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padişahı Filanşah 
adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sa-
sani sülaləsindən olan Yəzdicird,  ərəblər tərəfindən məğlub edil-
dikdən sonra Xorasana getdi. O öz qızıl taxtını başqa qiymətli şey-
lərlə  bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə 
verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adla-
nan mülkü ələ keçirib öz nəslinə tərk etdi. Nizaminin dediyinə gö-
rə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət 
etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. 
Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində 
                                                 
1
 
Məsudi - ərəb tarixçilərinin  ən böyüklərindən biridir, hicri III əsrin axırlarında 
Bağdad  şəhərində anadan olmuş  və 346-cı (=957/8) ildə Misirdə  vəfat etmişdir. 
Əsərlərindən ən məşhuru «Mürucüzzəhəb» adlı kitabdır. 
 
 
16
oturub hökm verdikləri üçün, bu ölkəyə Sərir adı verilmişdir. Sərir 
hökmdarı  rəiyyəti  öz  qulu  hesab  edərdi və dağlılar çöllülərə nis-
bətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək 
onları qarət edərdilər. Səririn Zirihgəran mülkü olub, hazırda 
Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə