A b u z ə r a lı oğ lu X ə lə fo V a z a d İsa oğlu q u r b a n o \


§2.1.  Elektron  sənəd  göndərişi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix22.04.2017
ölçüsü1,11 Mb.
#15300
1   2   3   4   5   6   7   8
§2.1.  Elektron  sənəd  göndərişi

Elektron  sənəd  göndərişi  kitabxanalararası  abone­

ment  xidmətinə  alternativ  xidmət  kimi  yaradılmışdır.  Bu 

xidmət  növü  kağız  üzərində  maddiləşmiş  informasiyaların 

elektron  obrazının  sifarişçiyə  -  kitabxanalara  və  oxuculara 

çatdırılmasını  təmin  edir.  O nun  vasitəsilə  kitabxanalar 

operativ  Lamməlnli  informasiya  mübadiləsi  edir,  oxucular 

isə  öz  informasiya  tələbatını  uzaq  məsafədən  ödəyə  bilir­

lər.  Elektron  sənəd  göndərişi  ödənişli  xidmət  növüdür  və 

kitabxanaya 

əlavə  maliyyə  vəsaitlərinin  daxil  olmasını 

təmin  edir. 

Ödənişin  miqdarı  bazar  münasibədəri  ilə 

tənzimlənir  və  sifarişin  xarakterindən,  göndəriş  növündən 

asılıdır.  Məsələn,  A BŞ-ın  Konqres  kitabxanasında  50 

səhifə  üçün  20  sent  tələb  olunur.'  Q eyd  edək  ki,  bu 

xidmətin  ödənişli  olması  kitabxana  fondunun  daha  yeni  və 

aktual  informasiya  ehtiyatlan  ilə  kompleklləşdirilməsi  üçün 

stimul  yaradır.

Elektron  sənəd  göndərişi  xidməti  kitabxanalarda 

elektron  xidmətin  ilk  forması  olmaqla,  müasir  dövrdə  ən 

yeni  informasiya  xidməti  olan  elektron  kitabxanalann  ya­

radılması  iicün  baza  rolu  oynamışdır.  Bu  xidmət  ilk  dəfə 

ədəbiyyat  yayımı  və  kitab  ticarəti  təşkilatlarında  tətbiq 

edilmişdir.  Belə  ki,  keçən  əsrin  70-ci  illərindən  başlaya­

raq  dövri  nəşrlərin  qiymətlərinin  kəskin  artması  üzündən 

bir  sıra  kitabxanalar  dövri  mətbuata  abunəni  xeyli  məh­

dudlaşdırmaq  məcburiyyətində  oldular.  Kitabxanalar  artıq 

nəşrə  tamamilə  abunə  olmaqdan  çox  oxucu  sorğusuna 

uyğun  konkret  məqaləni  sifariş  etməyə  üstünlük  ,verməyə 

başladılar.  Bu  sifarişlər  sayca  çox  olduğundan  onun  clek-


по

tron  formada  həyata  keçirilməsinə  qərar  verildi  və  bu 

•  qərarın  düzgünlüyü  qısa  müddətdə  özünü  təsdiq  etdi.

Kitabxanalarda  elektron  sənəd  göndərişi  ilk  dəfə 

Kaliforniya  Universitetinin  kitabxanasında,  Avropada  isə 

İsveçin  H öteburq  şəhərində  yerləşən 

Çelmers  Texniki 

Universitetində,  daha  sonra,  1982-ci  ildə  Britaniya  Milli 

Kitabxanasında  faksla  həyata  keçirilmişdir.  C C IT   stan­

dartı 


ilə  işləyən  faks  aparatı  vasitəsilə  sənəd  göndərişi 

uğurla  həyata  keçirildi.  Sonrakı  illər  faksmil  rabitənin 

təkmilləşməsi  ilə  əlaqədar  olaraq  bir  sıra  ölkələrdə  bu 

xidmət  tətbiq  edilməyə  başladı. 

Belə  ki,  artıq  10  ildən 

sonra 


Skandinav  ölkələrinin  120  kitabxanasında,  Qərbi 

Avropanın  5  milli  kitabxanasında  bu  xidmət  uğurla  tətbiq 

edilirdi.

Elektron  sənəd  göndərişi  sürətli  təkamül  yolu  keçə­

rək,  bu  gün  demək  olar  ki,  bütün  ölkələrdə  uzaq  məsafə­

dən  informasiya  mübadiləsi  vasitəsi  kimi  istifadə  olunur 

və  müasir  kitabxanalarda  tətbiq  edilən  əsas  və  sərfəli 

xidmət  növüdür.  Bu  gün  elektron  sənəd  göndərişi  müasir 

informasiya  texnologiyaları  böyük  və  sürətli 

informasiya 

ölürmə  qabiliyyətli  telekommunikasiya  vasitələri  əsasında 

fəaliyyət  göstərən  xidmət  növüdür.  Elektron  sənəd  gön­

dərişi  böyük  texniki  təminat  tələb  etmir.  Bu  xidməti  ki­

tabxanalarda  təşkil  etmək  üçün  internetə  qoşulmuş  kom­

püter,  faks-modem,  telefon  rabitəsi,  skaner,  printerin  ol­

ması  kifayətdir.

Elektron  sənəd  göndərişi  xidməti  ardıcıl  yerinə  yeti­

rilən  aşağıdakı  texnoloji  proseslər  sistemindən  ibarətdir:



1.  Sənədin  axtarışı  və  sifarişi.

2.  ödənişin  həyata  keçirilməsi.

I l l

3.  Sənədin  elektron  obrazının  hazırlanması.



4.  Sifarişin  göndərilməsi.

Bu  texnoloji  proseslər  xüsusi  proqram  vasitələrilə  yerinə 

yetirilir.  Əksər  ölkələrdə,  elektron  sənəd  mübadiləsi  Ariel 

proqramı  əsasında  yerinə  yetirilir.  Ariel  proqramı  kağız 

üzərindəki  sənədin  elektron  obrazının  digər  Ariel  stansiy­

asına  və  «patrona»  çatdırılmasını  təmin  edir.  Qeyd  edək 

ki,  Ariel  stansiyası  dünyanın  müxtəlif  nöqtələrində  yer­

ləşmiş 


Ariel  proqramı  yüklənmiş  kompüterlər,  «patron» 

isə  digər  informasiya  sifarişçiləridir.  Tələb  olunan  sənəd 

elektron  poçtla  sifariş  olunur.  Sifarişçi  ödənişi  həyata  ke­

çirdikdən  sonra  sənədin  elektron  obrazı  Ariel  stansiyasına 

İnternetin  F T P   xidməti  vasitəsilə,  «patrona»  isə.  elektron 

poçt  vasitəsilə  çatdırılır.  Proqram  göndərilən  və  digər 

Ariel  stansiyalarından  göndərilmiş  sənədləri  gələcəkdə 

təkrar  istifadə  etmək  üçün  arxivdə  və  lokal  şəbəkə  vasi­

təsilə 

istifadəsini  təmin  etmək  üçün  verilənlər  bazasında 



saxlamaq  imkanına  malikdir.

Son  illərdə  elektron  sifariş  xidməti  müasir  W eb 

texnologiya,  İnternet  və  telekommunikasiya  proqramları 

vasitəsilə  yerinə  yetirilir.  Ədəbiyyatın  axtarışı,  sifarişi  di­

namik  W eb  sayt  əsasında  yerinə  yetirilir.  Dinamik  saytlar 

«klient-server»  arxitekturası  əsasında  fəaliyyət  göstərir. 

Belə  ki,  ldient  kimi  W eb  brauzer  (məsələn,  İnternet  E x­

plorer,  Opera  və  s.),  server  kimi  W eb  server  və  verilən­

lər  bazası  serveri  çıxış  edir.  Brauzer  vasitəsilə  istifadəçinin 

göndərdiyi  məlumatı  (məsələn,  axtarış  parametrlərini,  is­

tifadəçinin  qeydiyyat  məlumatlarını  və  s.)  W eb   server 

təhlil  edərək,  server  əlavəsinə  ötürür.  Server  əlavəsi  gön­

dərilmiş  məlumat  əsasında  verilənlər  bazası  serverində


112

axtarış 


və 

verilənlər 

üzərində 

nəzərdə 


tutulmuş 

.  əməliyyatları  yerinə  yetirir.  Sonrakı  addımda  server  əlavəsi 

aparılmış  əməliyyatların  nəticəsini  brauzerin  qəbul  etdiyi 

formata  çevirib  W eb  serverə,  o  isə  öz  növbəsində  W eb 

brauzerə  göndərir.  Bu  səbəbdən  dinamik  saytlar  mütləq, 

istifadəçinin  informasiyasını  W eb  serverə  çatdıracaq  forma 

ilə  təchiz  edilmiş  W eb  səhifəyə  və  bu  informasiya  əsa­

sında  verilənlər  bazasında  əməliyyat  aparan  və 

nəticəni 

istifadəçiyə  çatdıran  server  əlavəsinə  malik  olmalıdır.  Bu 

gün  server  əlavəsi  əsasən,  CGI,  ASP.  PHP  texnologiyaları 

tətbiq  edilməklə  yaradılır.  C G I  texnologiyasının  əsas 

üstünlüyü  onun  klient  proqram  təminatından  asılı  olma­

masıdır.  Bu  texnologiyanı  praktiki  olaraq,  istənilən 

ver- 

siyalı  brauzerlər  qəbul  edir.  Lakin,  CGI  texnologiyası 



kompüterin  sistem  resurslarına  cox  tələbkardir.  Proqram 

təminatı 

bazarında 

təklif 


olunan 

CGI 


tipli  server

əlavələrinin  əksəriyyəti  kompilyasiya  olunmuş  proqram 

modullarından- 

exe 

genişlənməsinə 

malik 

fayllardan 



ibarətdir.  C G I  texnologiyası  əsasında  yaradılan  dinamik 

sayt  aşağıdakı  prinsip  əsasında  fəaliyyət  göstərir:

•  W eb  səhifə  istifadəçinin  informasiyası  ilə  yanaşı, 

verilənlər  bazasında  əməliyyat  aparmaq  üçün  müva­

fiq  C G I  əlavəsinin  adını  W eb  serverə  göndərir.

• W eb  server  öz  növbəsində 

həmin  adda 

C G I 


əlavəsinin  icra  olunmasım  təmin  edir.

•  C G I  əlavəsi  verilənlər  bazası  serverində  müəyyən 

əməliyyatlar  apararaq  yekun  W eb  səhifəni  W eb 

serverə  qaytarır.

A S P   (Active  Server  Pages;  serverin  aktiv  səhifə­

ləri)  texnologiyası  «MicroSoft»  firması  tərəfindən  yara­

113

dılmışdır.  W eb   səhifəni  A S P   texnologiyasının  tətbiqi  ilə 



interaktiv  etmək  üçün  W eb  səhifədən 

makrodildə  yazıl­

mış  skriptə1  müraciət  etmək 

lazımdır.  Skript  bilavasitə 

serverdə  yerləşir  və  interpretasiya  olunur.  M əhz  bundan 

sonra  istifadəçi  brauzerinə  A S P   skriptinin  işinin  nəticələri 

ilə  birlikdə  artıq  hazır  H T M L -sənədi  göndərilir.  O na 

görə  də  haqlı  olaraq  qeyd  edilir  ki,  A S P   texnologiyasını 

tətbiq  etmək  üçün  istifadəçi  kompüterində  hansı  proqram 

təminatının  olmasının  heç  bir  mənası  yoxdur.  Ancaq 

A S P -n in  

istifadə 

olunacağı 

W eb 


serverin 

tipinin 


müəyyənləşdirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Belə  ki, 

onların  heç  də  hamısı  bu  texnologiyanı  qəbul  etmir.

P H P  

texnologiyası  da  W eb  səhifədə  yerləşdirilmiş 



skriptə  müraciət  əsasında  fəaliyyət  göstərir.  Skript  P H P  

(Personal  Home  Page  tools)2  dilində  hazırlanmış  xüsusi 

proqram  kodudur  və 

serverdə  yerləşən  W eb 

əlavəyə- 

H T M L   sənədinə  alt  proqram  kimi  daxil  edilir.  Brauzer 

vasitəsilə  skriptə  müraciət  olduqda,  kod  interpretasiya 

olunur.  M əhz  bundan  sonra  istifadəçi  brauzerinə  P H P  

ssenarisinin 

işinin 


nəticələri 

ilə 


birlikdə  artıq 

hazır 


H T M L -sənədi  göndərilir.  Qeyd  edək  ki,  bu  texnologiya, 

əsasən  M y S Q L   bazasından  informasiyanın  istifadəçiyə 

çatdırılması  üçün  geniş  tətbiq  olunur.

Ödənişi  həyata  keçirmək  üçün  istifadəçi  bank  vasi­

təsilə  kitabxananın  hesabına  tələb  olunan  məbləği 

keçir­


məli  və  ya  depozit  acmalıdır.  Bir  sıra  kitabxanalarda  bu 

«elektron  pul»  formasında  Visa  Master  kartları  vasitəsilə 

həyata  keçirilir.

1 .lava Script ve Vbasic Scripl dilində yazılır.

: PHP PHRL-i  xatırladan  interpretasiya dilidir.


114

Sənədin  elektron  formasının  hazırlanması  skanerləş- 

dirilmə  vasitəsilə  həyata  keçirilir.  Skanerləşdirmə  minimum 

300  dpi  keyfiyyətlə  həyata  keçirilir.  Skanerləşdirmə  üçün 

qrafiki  redaktorlardan  istifadə  etmək  olar.  İnformasiya 

J P E C ,  T I F   formatında  saxlanılır.  Son  vaxtlar  daha  çox 

P D F   formatından  istifadə  olunur.  Bu  formatlı  sənədi  In­

ternet  vasitəsilə  dünyanın  istənilən  nöqtəsində  açmaq 

mümkündür.  P D F   formatı  A dobe  Acrobat  proqramı  va­

sitəsilə  yaradılır.  Proqram  həmçinin  sənədin  təhlükəsizliy­

ini,  avtomatik  mündəricat  yaradılmasını  təmin  edir.  Sə­

nədi  sifarişçiyə  elektron  poçt,  F T P   xidməti  vasitəsilə 

göndərmək  və  ya  ümumi  istifadə  üçün  W eb  serverdə 

yerləşdirməklə  çatdırmaq  olar.

Bakı  Dövlət  Universitetinin.  Elmi  kitabxanasında 

elektron  sənəd  göndərişi  xidməti  W eb   texnologiya  əsa­

sında  yerinə  yetirilir.  Elektron  kataloq  C G I  texnologiyası 

əsasında  hazırlanmışdır  və 

kitabxananın  elektron  biblio­

qrafik  məlumat  bazasında  on-line  axtarışı  təmin  edir1. 

Kataloqun  ana  səhifəsində  istifadəçi 

öz  sorğusunu  for­

malaşdırır,  yəni  axtarış  üçün  zəruri  məlumatları  daxil  edir. 

Axtar  düyməsini  sıxdıqda  bu  məlumatlar  və  C G I  əlavəsi­

nin  ünvanı  W eb  serverə  göndərilir.  Nəticədə,  O P A C  



Sewlet.exe  əlavəsi  yerinə  yetirilərək,  oxucu  sorğusuna 

uyğun 


ədəbiyyatların 

biblioqrafik 

məlumatlar  siyahısı 

O P A C   ResultSim p.htm l  səhifəsi  vasitəsilə  oxucuya  çat­

dırılır.  Oxucu  ədəbiyyatı  sifariş  vermək  üçün  O P A C  



ResultSim p.htm l  səhifəsində  onun  biblioqrafik  məlumat-

1 h ttp://w ww.bsu.az/1 ib/cei 1 /marc/opacform.html  ünvanlı  sayta  müraciət 

etməklə oxucular  elektron kataloqdan istifadə edə bilərlər.

115


larini  siyahıdan  seçməli,  özünün  qeydiyyat  nömrəsini  daxil 

etməli 


və 

Sifariş 

düyməsini 

sıxmalıdır. 

Bu 


zaman 

Zakaz.asp 

server 


əlavəsi 

avtomatik 

cari 

sifarişi 



kitabxananın  verilənlər  bazasına  əlavə  edir.  Kitabxanada 

«Elektron  sənəd  göndərişi»  Avtomatlaşmış  İşçi  Yeri 

vasitəsilə  sifarişlər  təhlil  olunur  və  yerinə  yetirilməsi 

mümkün  olan  sifarişlər  istifadəçiyə  elektron  poçt  vasitəsilə 

çatdırılır.

İndi  isə  xaricdə  tətbiq  olunan  bir  sıra  elektron  sə­

nəd  göndərişi  sistemləri  ilə  tanış  olaq:

1)  T he  U n  Cover  Document  D elivery  Service 

amerikan  sistemi  olub,  18  min  adda  müxtəlif  ingilis  dilli 

dövri  mətbuatda  nəşr  olunmuş,  9  milyondan  artıq  məqa­

lələrdən  ibarət  elektron  məlumat  bazasr  əsasında 

sənəd 

axtarışını  və  göndərişini  təmin  edir.  Sənəd  göndərişi  24- 



48  saat  müddətində  Ariel  proqramı,  faksla  həyata  keçiri­

lir  və  ödənişin  orta  qiyməti  10$-15$-dır.  Sistem  açar 

sözlərə,  müəllif  və  ya  sərlövhəyə,  predmet  rubrikasına, 

mövzuya,  nəşr  tarixinə,  serial  indekslərə  görə  (məsələn, 

IS N N )  sənəd  axtarışını  təmin  edir.  Tapılmış  sənəd  əsa­

sında  oxucuya  sifariş  forması  və  qiymət  təklif  olunur.

2 )  British  Library  Document  Supply  Center 

(D S C )  sistemi  Britaniya 

kitabxanasının  sənəd  göndəriş 

mərkəzində  tətbiq  olunur  və  insan  fəaliyyətinin  bütün  sa­

hələrinə  aid  müxtəlif  ölkələrdə  və  müxtəlif  dillərdə  nəşr 

olunmuş  informasiya  ehtiyatları  əsasında  sənəd  göndərişini 

təmin  edir.  Elektron  ehtiyatların  axtanşı  xüsüsi  W eb 

əlavə  —  O P A C   modulu  vasitəsilə  həyata  keçirilir.  Sistem 

sifariş  olunmuş  elektron  sənədi  2  saat  müddətində  sifariş­

çiyə  çatdırır.


116

3) 


«ИНИОН»  elektron  sənəd  göndəriş  sistemi 

•  Rusiya  E A   kitabxanasında  1996-cı  ildən  tətbiq  olunur1. 

Sənəd  göndərişi  ilk  vaxtlar  elektron  poçt,  hal-hazırda  isə 

F T P   xidməti  vasitəsilə  həyata  keçirilir.  Oxuculara  gön­

dərilən  sənədlərin  surəti  həmçinin  W eb  serverlərdə  topla­

nılır  və  təkrar  sifariş  olduqda  oxucular  onu  W eb   brauzer 

vasitəsilə  əldə  edə  bilər.  Elektron  sənədlər  əsasən  P D F  

formatı  və  istifadəçinin  istəyindən  asılı  olaraq  R T F   və 

T İ F   formatında  çatdırıla  bilər.  Sifariş  xüsusi  qeydiyyat 

forması  vasitəsilə  verilir. 

Ödəniş  abonement  ödənişi, 

köçürmə  və  elektron  «pul»  vasitəsilə  yerinə  yetirilir.

4)  Русский  курьерь  elektron 

sənəd 


göndəriş 

sistemi  1998-ci  ildə  yaradılmış  və  100  ölkənin  2300 

kitabxanasının  elektron  kataloqu  vasitəsilə  sənəd  axtarışını, 

kitab,  məqalə  avtoreferatların  elektron  surətinin  oxuculara 

və  Rusiya  və  xarici  ölkə  kitabxanalarına  göndərişini 

həyata  keçirir.  Sistem  sənədin  müəllifə,  sərlövhəyə,  nəşr 

yerinə  və  tarixinə,  mövzuya  görə  axtarışını  təmin  edir. 

Sifariş  olunan  sənəd  «səbətə»  daxil  olunur.  «Səbətdəki» 

məlumatlar 

avtomatik 

olaraq 

sifariş 


formasına 

əlavə 


olunur.  Sifarişçi  bu  formada  əlavə  olaraq  elektron  sənədin 

tipini,  göndəriş  və  ödəniş  formasını  müəyyən  etməlidir. 

Sənəd  göndərişi  elektron  poçt,  F T P ,  faks,  adi  poçt, 

kuryer  xidmətləri  və  Ariel  proqramı  vasitəsilə  həyata

Rusiya  Federasiyasında  elektron  sənəd  göndərişi  xidməti  90-cı 

ıibnn  ortalanndan  başlayaraq  həyata  keçirilir.  Bu  xidmət  ilk  dəfə 

Moskva 

Maşınqayırma 



İnstitutunda, 

tələbələrin 

Nyu-York 

Universitetində  distan  təhsil  alması  üçiin  Ariel  proqramından 

istifadə  elməklə  tətbiq  edilmişdir.

N 7


keçirilir,  ö d ə n iş ,  elektron  ödəmə  sistemi,  kredit  kart, 

bank  hesabı  və  s.  vasitəsilə  həyata  keçirilir.

9

§2.2.  Faksla  elektron  sənəd  göndərişinin  təşkili



Bir  sıra  kitabxanalarda  elektron  sənəd  göndərişi 

xidməti  əsasən  faksmil  rabitəsi  əsasında  həyata  keçirilir. 

Faksmil  rabitəsi  rahat  və  ucuz  rabitə  növüdür.  Xüsusilə 

şəhər  və  ölkə  daxilində  elektron  sənəd  göndərişi  üçün 

səmərəlidir.  Əvvəllər  faksmil  rabitəsi  yalnız  faks  aparatı 

vasitəsilə  yerinə  yetirilirdi.  Lakin  sonradan  mükəmməl 

faks  -  modemlərin  istehsalı  və  xüsusi  faks  mübadiləsi 

proqramlarının  hazırlanması  faks  aparatı  olmadan  faksmil 

sənədlərin  kompüter  vasitəsilə  göndərişini  və  qəbulunu 

təmin  etdi.  Bununla  istifadəçilər  bir  sıra  «yardımçı»  əmə­

liyyatların  yerinə  yetirilməsindən  və  məhdudiyyətdən  azad 

oldular.  Məsələn,  əvvəllər  hazır  elektron  sənədi  sifarişçiyə 

göndərmək  üçün  onu  faks  aparatının  qəbul  etdiyi  standart 

ölçülü  vərəqlərdə  çap  etmək  və  hər  bir  vərəqi  faks  aparatı 

vasitəsilə  göndərmək  lazım  gəlirdi.  Hal-hazırda  bu  işlərin 

görülməsinə  ehtiyac  qalmır,  istifadəçi  sənədi  istənilən  öl­

çüdə  sifarişçiyə  göndərə  bilər.

Bu  gün  faksmil  sənədlərin  göndərişi  üçün  çoxsaylı 

proqramlar  yaradılmışdır.  Bu  proqramlara  misal  olaraq 

Symantec  WinFax  PRO,  TalkWorks  PRO,  VentaFax,  HotFax, 

FaxAmatic,  FaxTalk  Mesenger  PRO,  Interfax  deluxe  və  s. 

göstərmək  olar.  Bunlardan  biri  ilə  -  V entaFax  proqramı­

nın  iş  prinsipi  ilə  tanış  olaq.

V entaFax  sadə  və  rahat  qrafiki  işçi  interfeysinə  m a­

lik  faksmil  sənədlərin  mübadiləsini  təmin  edən  proqram-


ı ı s

dır.  Proqram  ilk  dəfə  yükləndikdə 



Parametrlərin  tən- 

•  zımlənməsi  (Настройка  параметров)  adlı  dialoq  pəncə­

rəsi  acılır  (sək.  1).

Sək.  1.


Bu  pəncərədə  istifadəçi  proqramın  və  faks-modemin  tən­

zimləmə  parametrləri  ilə  tanış  ola  bilər  və  ya  onları  dəy­

işə  bilər.  Məsələn,  istifadəçi  qəbul  olunan  faksmıl  sənədi­

nin  avtomatik  çap  olunma  rejimini,  proqram  pəncərəsinin 

fonunun  rəngini  və  s.  parametrləri  dəyişə  bilər.  Para­

metrlərin  tənzimlənməsi  (Настройка  параметров)  pənc­

ərəsinin  О Ҝ   düyməsini  sıxdıqda  proqramın  əsas  interfeys 

pəncərəsi  açılır  (şək.  2).  İnterfeys  pəncərəsi  başlıq  və 

menyu  sətirlərindən,  alətlər  panelindən  və  şaquli  istiqa­

mətdə  iki  sahəyə  bölünmüş  işci  sahədən  ibarətdir.  Sol 

hissədə  ağacvari  formada  Sorğu  kitabçası  ( Справочники). 



Jurnal  (Журит),  Tapşırııqlar  Siyahısı  (Расписание)  əlavə 

göstəriciləri,  sag  hissədə  isə  «faks-aparalı»  əks  olunur. 

«Faks-aparatı*  vasitəsilə  digər  abonentə  zəng  etmək.

119


sənəd  göndərmək,  zəngləri,  faksmil  sənədini  qəbul  etmək 

əməliyyatları  yerinə  yetirilir,  zəng  edən  şəxsin  telefon 

nömrəsinin  avtomatik  təyin  olunması,  zəng  edən  şəxsə 

avtomatik  cavabvermə  rejimləri  müəyyən  olunur.

Sək.  2.

Göndərilmiş  faksmil  sənəd  iki  rejimdə:  avtomatik  və 

istifadəçi  rejimlərində  qəbul  edilir.  Avtomatik  rejimdə 

göndərilmiş  laksmil  sənədlərini  qəbul  etmək  ücün  faks 

aparatının  A u to   düyməsinin  sağında  yerləşən  indikator 

«yanar»  vəziyyətdə  olmalıdır.  Əks  halda 



A uto  düymə­

sini  sıxmaqla 

avtomatik  rejimi  müəyyən  elmək  lazımdır. 

Avtomatik  rejimdə  sənəd  daxil  olduqda,  bu  barədə  mo­

dernin  siqnalından  sonıa  faksmil  sənədinin  «qəbul»  edil­

məsi  prosesi  pəncərənin  sağ  hissəsində  əyani  şəkildə  əks 

olunur.  Faks-aparatmın  informasiya  sahəsində  isə  faksmil 

sənədin  səhifələrinin  sayı,  daxil  olduğu  tarix  və  vaxt  əks



120

olunur.  Sənəd  tam  qəbul  edildikdə  o,  M əlum at  meneceri 



( Менеджер сообщений)  əlavəsinin  işçi  sahəsində  əks  olu­

nacaqdır  (şək.  3). 

'

Ucue.mcp caoSut >Шч  [ 3/4154i?.llf|



г^втл  >ı  >

(   ü  


3   -  

<3.  .д  я   ;  Ч. 

X f f l j - J ®

1 Э 

• 

Омети*  И#т 



^  

Лорреви»*»  М«т 

»  

П о м и л  



^

  M «сил «C

X

M  


 Х а М М м

-* > •


»**•£* h

й ' Г З


crroç^ı

 «пм м   Докуыотт*

MC-OTT  6 *T V  OTV W X II  10ГДЈ  a £ p « C   М1А0ГуСТ>М  ИЛИ 

е * Д *   E »   *

ot

*

t



*

a W f V | K '  г с т о с л л к   ? ) Д « ' С п р 4 * г » и   п с | « е   В ы

MOOT?* выСось Опрсд*лег*^о дивуимс я «wdoç 

О п я м гт*  Поставку от м#»«с Рос u w n t   ««годы 

«пммлъ постает/ а

ШВГ18  ШЯГОМ

гг*  ane mnv  постам/ доугвпто* в Омсрвдм

#

ОГяО


3

*оти*иот ÄxyMİUw

Омвшич длгумаит а ома  М е т у  Оиаиа

UJV1  Вв^аомт* опрадапаи  ом аггaaiM 'ı документ,  к

•«?

г  

рящ

 • з

14  16Э& 



Я   У*  УХА

U M  Z   Ы ебняпв РосшпаШ f! Ccacai 

Оа*у*ту0 осумавгг  М

М

 Отмамм 


отмаменм громкое* ж ч ч итс*. * до*)*•**? л* 

стпра*лаиим« по пр«т» ага o n p ,jf  «*%e- 

эгс*с«гяаисмв FTP ют* алаатсоияои по*л* 

mplIBIlCB

Стр 1 »о 3

Şək.  3.


istifadəçi  burada  daxil  olmuş  sənədin  səhifələrinə  müxtəlif 

miqyasda  -  90,  180.  270  dərəcə  bucaq  altında  fırladaraq 

baxa  bilər,  digər  sifarişçiyə  göndərə  bilər,  redaktə  və 

çap  edə  bilər.  Belə  ki,  səhifənin  müxtəlif  miqyasda

alətlər 

panelinin 

^   ^  



’  alətləri  vasitəsilə,  səhifənin  fırladılması  isə 



хтшг  'j 

ajətj  vasitəsilə  təmin  olunur.  İstifadəçi  Fayl 

(Ф айл)  menyusunun  Ç ap  (П ечать)  əmrini  yerinə  ye­

tirməklə  göndərilmiş  sənədi  tamamilə,  qeyd  olunmuş  sə­

nər!  hissəsini  və  ya  sənədin  konkret  səhifələrini  bir  və  bir

gorunusu


13

121


neçə 

nüsxədə 


çap 

edə 


bilər. 

Redaktə 

(П р авк а) 

menyusunun  Redaktə  etmək  (Редактировать)  əmrini 

yerinə  yetirməklə  isə  cari  səhifə  üzərində 

redaktə  işi 

apara 


bilər. 

Daxil 


olmuş  sənədi 

digər  sifarişçiyə

göndərmək  üçün 

düyməsini  sıxmaq  və  ardıcıl  olaraq 

açılan  M əlum atın  göndərilməsi  (Передача  сообщений) 

ustasının  pəncərələrində  göndəriləcək  səhifələri,  göndərmə 

rejimini,  sifarişçinin  məlumatlarını  daxil  etmək  lazımdır1.

Q eyd  edək  ki,  eyni  qaydada  M əlumat  meneceri 



(Менеджер  сообщений)  əlavəsi  vasitəsilə  sifarişçiyə  gön­

dərilmiş  sənədlərin  səhifələrinə  müxtəlif  görünüşdə 

bax­

maq,  redaktə  etmək,  digər  sifarişçiyə  göndərmək  və  çap 



etmək  olar.

İstifadəçi  rejimində1

 2  göndərilmiş  faksmil  sənədini 

qəbul  etmək  üçün  istifadəçi  faksmil  sənədin  daxil  olduğu 

haqda  siqnalı  eşitdikdə  aparatın  üzərindəki  Start  düymə­

sini  sıxmaqla  sənədin  qəbul  olunmasını  təmin  etməlidir. 

Bu  halda  da  faksmil  sənədinin  «qəbul»  edilməsi  prosesi 

pəncərənin  sağ  hissəsində  əyani  şəkildə  əks  olunur  və  sə­

nəd  qəbulu  bitdikdən  sonra  göndərilmiş  sənəd  M əlum at 

meneceri  (Менеджер  сообщений) 

əlavəsinin  işçi  sahə­

sində  əks  olunacaqdır.

Sifarişçiyə  sənədi  faksla  göndərmək  üçün  onu  ilk 

növbədə  faksmil  sənədinə  çevirmək  lazımdır.  Bu  əmə­

liyyat  virtual  VentaFax  printeri  vasitəsilə  həyata  keçirilir.

1 Sənəd  göndanşı  aşağıda  şarlı  olunmuşdur.

2 Avtomatik  rejimdən  istifadəçi  rejiminə  keçmək  üçün  təkrar  Aulo 

düyməsini  sıxmaqla  rejim  indikatorunun  «sönmüş»  vəziyyətdə 

olmasına  nail  olmaq  lazımdır



122

Belə  ki.  sənədi  faksmil  sənədinə  çevirmək  üçün  ilk  öncə 

göndəriləcək  sənədi 

açmaq  və  Fayl  (Ф айл, 



F ile) 

menyusunun  Ç ap  (П ечать,  Print)  əmrini  yerinə  yetir­

mək  lazımdır.  Sonra  açılan  Çap  (Печать,  Print

dialoq 


pəncərəsində  çap  qurğusu  olaraq  siyahıdan  VentaFax 

printerini  və  çap  parametrlərini:  sənədin  faksla  göndəri­

ləcək  səhifələrini,  nüsxələrin  sayım  və  s.1  müəyyən  etmək 

və  О Ҝ   düyməsini  sıxmaq  lazımdır.  Sənəd  faksmil  sənə­

dinə  çevrildikdən  sonra  avtomatik  olaraq  açılan  M əlu m a ­

tın  göndərilməsi 

(.Передача  сообщений)  ustasının  ilk

pəncərəsində  göndəriləcək  səhifələri  müəyyən  etmək,  eh­

tiyac  olarsa,  sənədə  loqotip  əlavə  etmək,  fonunu  dəyişmək 

və  D avamı  (Далее)  düyməsini  sıxmaq  lazımdır  (şək.  4).

Şək.  4.


'  Müxtəlif  əlavələr  iiçiin  bu  parametrlər  müxtəlif  ola  bilər.

123


Sonrakı  açılan  pəncərədə  göndərmə  rejimlərindən  birini- 

M əlum atı  avtomatik  rejimdə,  modernlə  nömrəni  yığmaqla 

göndərmək  (Передать  сообщение  автоматическом  ре­

жиме.  с набором  номера модемом)  və  ya  M əlumatı  m o­

dernlə  nömrəni  yığmamaqla,  qoşulmaqla  göndərmək 

(Передать  сообщение  при  установленном  соединении  без 

набора  номера  модемом)  seçmək  və  yenə  Davamı  (Да­

лее)  düyməsini  sıxmaq  lazımdır  (şək.  5).

Sək.  5.


Birinci  rejimi  seçdikdə  açılan  növbəti  pəncərədə  mütləq 

sifarişçinin 

faksmın  nömrəsini,  faksmil  sənəd 

digər  şə­

hərə  və  ya  ölkəyə  göndərildikdə  isə  əlavə  olaraq  şəhər  və 

ya  ölkənin  kodunu  daxil  etmək  lazımdır  (şək.6).  Kilab- 

xanaçı  həmçinin  faksın  çalacağı  təşkilatın  və  şəxsin  adını 

klaviaturadan  və  ya  acılan  siyahıdan  daxil  edb  bilər. 

Faksmil  sənədi  xarici  ölkəyə  göndərdikdə  faksın  düzgün


124

oxunması  məqsədilə  faksın  sərlövhəsinin  dili  olaraq  ingilis 

varianlım  seçmək  məsləhətdir.  Bundan  sonra  Tam am  

(Готово)  düyməsini  sıxmaq  lazımdır. 

y

Y r * U J  



4 X

  f I f ( ı< .i a u 4   С

0 0

б « в *


1

Н«

(•  ^ccuti

r «  

I q i  '4 Ч М  



Номер

jst  _ЈТг 

_

's/v


•o-l IfboılH

т 

i ' ' -   И « * Л Ч  ДЛ.



Н*«ПО<%>#ГСа

> * V  —-4  •*

Ov наго  ıMT\tf

<  К « ш  

Г огова

О и ч а


Şək.  6.

İkinci  göndərmə  rejimini  seçdikdə 

sənəd  avtomatik 

olaraq  tapşırıqlar  cədvəlinə 

əlavə  olunur  və  sifarişçi  ilə 

əlaqə  yaradıldıqdan  sonra  göndərilir.  H ər  iki  rejimdə  fak- 

sın  qəbulu  kimi  göndəriş  prosesi  ekranda  əyani  şəkildə 

əks  olunur.

Sənədi  konkret  qrafik  əsasında  göndərmək  üçün  ilk 

öncə  M əlum atın  göndərilməsi  (Передача  сообщений)  us­

tasının  göndərmə  rejiminin  seçilməsi  pəncərəsində  gön­

dərmə  rejimi  olaraq  A vtom atik  göndəriş  üçün  məsələlər 



siyahısına  əlavə  etmək  (Поместить задание в расписание 

для автоматической рассылки)  variantını  seçmək  və  D a ­

n s

vamı  (Д ш ее)  düyməsini  sıxmaq  lazımdır  (şək.  5).  Bu 

zaman  açılan  növbəti  pəncərədə  sifarişçinin  faks  nömrəsini 

daxil  etmək  və  D avam ı  (Далее)  düyməsini  sıxmaq  lazım­

dır  (şək.  6 ).  U stanın  açılan  daha  sonrakı  pəncərəsində, 

göndərmə 

qrafikini 

və 

tarixini, 



ehtiyac 

olarsa, 


təkrarlanmanın  sayını  və  sənədin  «prioritet  dərəcəsini» 

müəyyən  etmək  və  Tam am   (Готово)  düyməsini  sıxmaq 

lazımdır  (şək.  7).

Şək.  7.


Bundan  sonra  F ayl  (Ф айл)  menyusunun  G öndəriş 

(Рассы лка) əmrini  yerinə  yetirmək  lazımdır.

Göndərişlərin  tapşırıqlar  siyahısına  baxmaq  üçün 

Tapşm qlar  siyahısı  (Расписание)  əlavəsini  F10  funksional 

düyməni  sıxmaqla  yükləmək  lazımdır.  Bu  zaman  açılan



126

proqram  pəncərəsində  yerinə  yetiriləcək  məsələlərin  siya 

Кы  əks  olunur  (şək.  8 ).

S 2k.  8.

İstifadəçi  konkret  məsələni  siyahıdan  silə  bilər,  digəri  ilə 

əvəz  edə  bilər,  göndərmə  qrafikini  dəyişə  bilər,  yerinə 

yetirilmiş  məsələni  təkrar  yerinə  yetirə  bilər.  Bunun  üçün 

məsələni  qeyd  etmək  və  Tapşırıqlır  (Задание)  menyusu­

nun  aşağıdakı  əmrlərindən  birini  müvafiq  olaraq  yerinə 

yetirmək  lazımdır:  Ləğv  elmək  {Удалить),  Ə vəz  elmək 



(Заменить),  Qrajiki  dəyişmək  (Заменить  график),  Təkrar 

yerinə  yetirmək (Повторить выполнение).

Proqramda  abonentin  məlumatlarının  daxil  olun­

masını  avtomatlaşdırmaq  və  yaddaşda  saxlamaq  üçün 

Telefon  kitabçası  {Телефонный  справочник) 

əlavəsi  nə­

zərdə  tutulmuşdur.  Əlavəni  yükləmək  üçün  Əlavə  (П ри­

ложение)  menyusunun  Telefon  kitabçası  (Телефонный 

справочник)  umrini  yerinə  yetirmək  lazımdır.  Açılan 

proqram  pəncərəsində  istifadəçi  telefon  kitabçasında  abo­

127

nentlərin  siyahısı  ilə  tanış  ola  bilər,  yeni  abonentin  məlu­



matını  əlavə  edə  bilər,  qeyd  olunmuş  abonentin  məluma­

tını  ləğv  və  redaktə  edə  bilər,  axtarış  apara  bilər.  Yeni 

inlormasiya 

əlavə 


etmək 

ücün 


Redaktə 

(П равка) 

menyusunun  Ə lavə  (Добавить)  əmrini  yerinə  yetirmək   

açılan  dialoq  pəncərəsinin  müvafiq  sahələrinə  məlumatları 

daxil  etmək  və  O K   düyməsini  sıxmaq  lazımdır  (şək.  9 ).

Şək.  9.


Abonenti  siyahıdan 

ləğv  etmək  üçün  onun  adını  siyahı­

dan  tapıb  qeyd  etmək  və  Redaktə  (П равка)  menyusu­

nun  L əğv  etmək  (Удалить)  əmrini  yerinə  yetirmək  la­

zımdır.  Abonentin  məlumatlarında  dəyişiklik  aparmaq  la-

»•


zım  gəldikdə  isə  siyahıda  abonentin  adım  qeyd  etmək. 

Redaktə  (П равка)  menyusunun  Redaktə  etmək  (Редак­

тировать)  əmrini  yerinə  yetirmək  və  açılan  dialoq  pəncə­

rəsində  məlumatları  dəyişmək  lazımdır.  Abonentlərin  sayı 

çox  olduqda  istifadəçi  lazım  olan  abonenti  axtarış  apar­

maqla  tapa  bilər. 

Bunun  ücün  Redaktə  (П равка) 

menyusunun  Axtarmaq  (Н айти )  əmrini  yerinə  yetirmək 

lazımdır.  Bu  zaman  açılan  pəncərə  axtarışı  müxtəlif  para­

metrlərə  görə:  soyada,  təşkilata  və  s.  aparılmasını  təmin 

edir  (sək.  10).

Sək.  10.

Pəncərənin  müvafiq  sahəsinə  axtarış  parametrini  daxil 

edib.  Axtarm aq  {Найти)  düyməsini  sıxmaq  lazımdır. 

Axtarışın  nəticəsi  olaraq  abonent  siyahısında  kursor  ta­

pılmış  abonentin  üzərində  dayanacaq.

Telefon  kitabçasındakı  informasiyanı  Outlook  E x­

press  və  ya  M S   Outlook  proqramına  ixrac  etmək,  həmin 

proqramlardan  idxal  etmək  olar.  Bu  əməliyyatlar  müvafiq

129

olaraq  Fayl  (Ф айл)  menyusunun  ixrac  (Експорт)  və 



İdxal  (И м порт)  əmrlərini  yerinə  yetirməklə  həyata  keçi­

rilir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin